Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-173/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 20.08.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə, ev 24 ünvanında qeydiyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 02.04.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda həmin günü, yəni 02 aprel 2021 -ci il tarixdə saat 11 radələrindən 21 radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Gəncə şəhəri, N.Nərimanov küçəsi 135 ünvanına, Gəncə şəhəri X8,Gəncə şəhəri B.Hacıyev küçəsi 1 ünvanına, bundan başqa 03 aprel 2021 -ci il tarixdə saat 10-radələrindən 21-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 5arixdə saat 09-radələrindən 19- radələrindək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 6 tarixdə saat 09-radələrindən 21-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7 1, Gəncə şəhəri, Kəpəz rayonu F.Əmirov küçəsi 20A, Ə.Cəmil 4 küçəsinə, ünvan 8 ünvanının yerləşdiyi ərazilərdə, bundan başqa 06 aprel 2021-ci tarixdə saat 10:00 radələrindən 23-radələrindək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7 1, N.Nərimanov küçəsi 135, R.Qasımov 2-ci dalan ev 20 ünvanına, Ş.İ.Xətai prospekti 64, Ş.İ.Xətai prospekti 155, ünvan 10pəz mehmanxanasına, Ozan küçəsi, X8 yerləşdiyi ərazilərdə, bundan başqa 07 aprel 2021-ci il tarixdə saat 10-radələrindən 22radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Lyuks Otel, ünvan 12həri N.Nərimanov prospekti Aztuqraz müəssisəsinin binası, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri H.Əliyev prospekti 121, Gəncə şəhəri T.Arani küçəsi ilə Ş.İ.Xətai prospekti ilə kəsişməsi, Gəncə şəhəri 4-cü mikrorayon 15 nömrəli bina, Gəncə şəhəri 4-cü mikrorayon 4 saylı yeməkxana, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 95, Gəncə şəhəri Dəyirman adalan ərazi, X8, Gəncə küçəsi Kəpəz mehmanxanası, Gəncə şəhəri Vaqif 104-104A, Ş.İ.Xətai prospekti 155,Ə.Cəmil küçəsi 1, Ozan küçəsi, Nəriman Nərimanov küçəsi 135, A.lsgəndorov 46, Gəncə şəhəri Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi, Nəriman Nərimanov prospekti 10-cu döngə, Ə.Ü.Gəncəvi küçəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 08 aprel 2021-ci il tarixdə saat 12-radələrindən 23radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib -ünvan 13l, Azərsənayetikintinin SCnin 3 saylı müəssisəsi, Göygöl rayonu Üçtəpə kəndi, A.İsgəndərov 46, Gəncə küçəsi Kəpəz mehmanxanası, R.Qasımov küçəsi 2-ci dalan ev 20, Ş.İ.Xətai prospekti 64, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 51, mənzil 1, Şəddadilər küçəsi, Ş.İ.Xətai prospekti 155, N.Nərimanov küçəsi 135, Cavadxan qəsəbəsi, Gəncə- Yevlax şossesi, bundan başqa 09 aprel 2021-ci il tarixdə saat 08-radələrindən 23- radələrindək Azərsənayetikinti ASC-nin 3 saylı müəsissəsi, B.Hacıyev küçəsi 1, N.Nərimanov prospekti 10-cu döngə Sportzal, X8, Totanlı küçəsi 36, Bayan küçəsi 108A, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon, 28 may küçəsi, Göygöl rayonu, Üçtəpə kəndi, Bala Bağban, Göygöl rayonu Qızılca kəndi, Samux rayonu Sarıqamış kəndi, Füzuli kəndi, Gəncə şəhəri YGGG-nin yardımçı kombinatı ərazisi, Göygöl rayonu Balçılı kəndi, Gəncə-Şəmkir şossesi, Göygöl rayonu Quşqara kəndi, Şahevənlər küçəsi, N.Nərimanov küçəsi 135, X8, A.İsgəndərov 46, H.Əliyev propekti 95, R.Qasımov küçəsi 2-ci dalan ev 20, ş.İ.Xətai prospekti 64, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 10 aprel 2021-ci il tarixdə saat 12- radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 14si 108A, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon, Bala Bağban, Göygöl rayonu, Üçtəpə kəndi, Qızılca kəndi, A.Mehmandarov küçəsi ilə Bayan küçəsi ilə kəsişməsi, Təbriz küçəsi 16 saylı məktəbinin yanı qeyri-yaşayış binası 11 saylı mağaza, Kəpəz mehmanxanası, A.İsgəndərov 46, Vaqif küçəsi 104-104A, Ş.İ.Xətai prospekti 155, Ə.Cəmil 4, X8, bundan başqa 11 aprel 2021-ci il tarixdə saat 04-radələrindən saat 13radələrinədək Cavadxan qəsəbəsi, Ə.Cəmil 4, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsinin ərazisi, Göygöl rayonu Üçtəpə kəndi, X8, Ozan küçəsi, Bala Bağban, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon 28 may küçəsi, Gəncə RTYS, Göygöl rayonu Balçılı kəndi, Gəncə şəhəri Bayan küçəsi 108A, Göygöl rayonu Qızılca kəndi, Quşqara kəndi, Üçtəpə kəndinin ərazilərində, bundan başqa 15 aprel 2021-ci il tarixdə saat 09radələrindən 22- radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Cavadxan qəsəbəsi, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsi, Şahevənlər küçəsi 153, Nizami küçəsi 150, H.Ə.Hüseynzadə 33A, Yeni Gəncə qəsəbəsi 51, mənzil 1, Ş.l.Xətai prospekti 62, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, Gəncə AMEA Vəli. Xuluflu, Lyuk Otel, Göygöl rayonu Üçtəpə kəndi, N.Nərimanov prospekti 10-cu döngə, A.İsgəndərov 46, X8, bundan başqa 16 aprel 2021-ci il tarixdə saat 09-radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Cavadxan qəsəbəsi, Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi ərazisi, Yevlax şosesi 15, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, Göygöl rayonu Üçtəpə kəndi, Samux rayonu Füzuli kəndi, Göygöl rayonu Qızılca kəndi, ünvan 15 ünvanlarında olan zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o ünvan 16 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailə üzvləri 5 nəfərdən ibarətdir, lakin övladlarından ikisi onunla bir yerdə yaşamır. Uzun müddətdir ki, anası yaşlı qadın olduğuna görə onunla bir yerdə yaşayırlar. O, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir və maldarlıqla məşğul olur. 30.03.2020-ci il tarixdə qızdırması olduğu üçün Gəncə şəhəri TTYX-yə müraciət etmişdir. TTYX-i yaşadığı ünvan 17 ünvanına gələrək ondan və ailə üzvlərindən, yəni arvadı və qızından “Covid-19” virusu ilə bağlı analiz götürmüşlər. 01.04.2021-ci il tarixdə gündüz saatlarında “Covid-19” virusuna yoluxması ilə bağlı mobil nömrəsinə İTS.GOV.AZ saytından bildiriş mesajı gəlmişdir. Həmin mesajda test nəticələrinin pozitiv olması və karantin rejimini pozacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq yazılmışdır. Bundan dərhal sonra 02.04.2021-ci il tarixdə adını bilmədiyi sahə həkimi ona zəng etmiş və səhhət ilə maraqlanmışdır.Təsərrüfatla məşğul olduğu üçün və pul lazım olduğu üçün 11.04.2021-ci il tarixdə özünə məxsus “Qazel” markalı **-EH-*** nömrə nişanlı avtomobili ilə bir baş iribuynuzlu heyvanını satmaq üçün Göygöl rayonunda yerləşən mal bazarına aparmışdır. Həmin günü həmin bir baş iribuynuzlu heyvanı tanımadığı şəxsə satmış, təxminən saat mə 12-radələrində adını bilmədiyi polis əməkdaşı ona zəng edərək yaşadığı ünvanı nə səbəbə tərk etdiyini və hansı ünvanda olduğunu soruşmuşdur.Həmin günü polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, videogörüntü çəkilmiş, bundan sonra o birdaha yaşadığı evdən çölə çıxmamışdır.19.04.2021-ci il tarixdə isə onun mobil telefonuna “İTS.GOV.AZ’’-dan yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilmişdir ki, qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitmişdir. “Covid-19” virusuna yoluxandan sonra özünütəcrid dövründə yalnız bir dəfə yaşadığı evi tərk etdiyini göstərərək, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Ölkədə, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilir. Bununla bağlı X5 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 11,04.2021-ci il tarixdə tərəflərindən müəyyən edilmişdir ki, 02.04.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan ünvan 18-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Göygöl rayonunda yerləşən mal bazarına getmişdir. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşmuş, həmin şəxs hazırda yaşadığı ünvan 18 ünvanını tərk edərək Göygöl rayonunda yerləşən mal bazarına özünə məxsus bir baş iribuynuzlu heyvanını satmaq üçün getdiyini hal- hazırda bir baş iribuynuzlu heyvanını satdığını və yaşadığı evə geri qayıtdığını bildirmişdir. Həmin şəxs yaşadığı ünvan 18 ünvana geri qayıtdıqdan sonra videoçəkiliş ilə ona özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 16.04.2021-ci il tarixli, 2013 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə yaxma nümunəsi vermiş, 02.04.2021-ci il tarixdən 16.04.2021-ci il tarixədək olan müddət ərzində ev şəratinində karantində olmuşdur. ( i.v.səh 12). 02.05.2021-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, “Ambulator tibbi kitabça”nın 1-ci vərəqindən görünür ki, tibbi kitabça 02.04.2021-ci il tarixdə “Covid- 19” testi pozitiv çıxmış 1978-ci təvəllüdülü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs 02.04.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 03.04.2021-ci il tarixdən 18.04.2021 -ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ilk günlər özünü halsız və zəif hiss etmiş növbəti günlərdə isə deməsinə görə özünü yaxşı hiss etmiş, müalicəsi davam etmiş, 16.04.2021-ci il tarixdə isə karantin müddəti bitdiyi üçün sərbəst hərəkət edə bilər. ( i.v.səh 31-37). “Covid-19" virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatdan görünür ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X9 Sindromu (X6 Syndrome Coronavirus - MERS-CoV) ve X4 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fasiləsidir. MERS- CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür.Xəstə monitorinq müddətini evdə keçirməlidir. ( i.v.səh39-61). Diskə baxış keçirilməsi haqqında 23.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.04.2021 -ci il tarixdə saat 13-radələrində Gəncə şəhəri, Neman Vəliyev küçəsi, 2-ci döngədə yaşadığı evin yaxınlığında Gəncə şəhər BPİ- nin Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılır. Saxlanıldıqdan sonra xüsusi geyimdə olan bir nəfər polis əməkdaşı onunla məsafə saxlayaraq COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyinə görə həmin şəxsi saxladıqlarını və həmin şəxsin törətdiyi əməlin qanunsuz olduğunu ona izah edirlər. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə tərk edərək COVİD-19 infeksiyasının yayılması təhlükəsini yaratdığını xatırladaraq onu xəbərdar edirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə yoluxduğu växtdan hal-hazırda polis əməkdaşları tərəfindən saxlanıldığı ana qədər yaşadığı evi iki dəfə tərk etdiyini bildirir və Gəncə şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən təsərrüfatı ilə əlaqədar evdən çıxdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə özünə məxsus yaşadığı ünvana yola salınır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə ünsiyyətdə olması müəyyən edilməmişdir. ( i.v.səh 22). Diskə baxış keçirilməsi haqqında 25.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.04.2021-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi “Qazel” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu “Heyvan Bazarı” adlanan yerdən üzü Gəncə şəhəri Bayan küçəsi ilə gələrək Totanlı küçəsinə, oradan da Bəxtiyar Əliyev küçəsi istiqamətində hərəkətini davam etdirir. Bununla da, görüntü bitir. Diskə baxış keçirilməsi haqqında 03.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saat 11 radələrindən 21 radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Gəncə şəhəri, N.Nərimanov küçəsi 135 ünvanına, Gəncə şəhəri X8,Gəncə şəhəri B.Hacıyev küçəsi 1 ünvanına, bundan başqa 03 aprel 2021-ci il tarixdə saat 10-radələrindən 21-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 5arixdə saat 09-radələrindən 19-radələrindək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 6 tarixdə saat 09-radələrindən 21- radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7 1, Gəncə şəhəri, Kəpəz rayonu F.Əmirov küçəsi 20A, Ə.Cəmil 4 küçəsinə, ünvan 8 ünvanının yerləşdiyi ərazilərdə, bundan başqa 06 aprel 2021-ci tarixdə saat 10-radələrindən 23-radələrindək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 20 ünvanına, Ş.İ.Xətai prospekti 64, Ş.İ.Xətai prospekti 155, ünvan 10pəz mehmanxanasına, Ozan küçəsi, X8 yerləşdiyi ərazilərdə, bundan başqa 07 aprel 2021-ci il tarixdə saat 10-radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Lyuks Otel, ünvan 12həri N.Nərimanov prospekti Aztuqraz müəssisəsinin binası, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri H.Əliyev prospekti 121, Gəncə şəhəri T.Arani küçəsi ilə Ş.İ.Xətai prospekti ilə kəsişməsi, Gəncə şəhəri 4-cü mikrorayon 15 nömrəli bina, Gəncə şəhəri 4-cü mikrorayon 4 saylı yeməkxana, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 95, Gəncə şəhəri Dəyirman adalan ərazi, X8, Gəncə küçəsi Kəpəz mehmanxanası, Gəncə şəhəri Vaqif 104-104A, Ş.İ.Xətai prospekti 155, Ə.Cəmil küçəsi 1, Ozan küçəsi, Nəriman Nərimanov küçəsi 135, A.İsgəndorov 46, Gəncə şəhəri Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi, Nəriman Nərimanov prospekti 10-cu döngə, Ə.Ü.Gəncəvi küçəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 08 aprel 2021-ci il tarixdə saat 12-radələrindən 23- radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib -ünvan 21el, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsi, Göygöl rayonu Üçtəpə kəndi, A.İsgəndərov 46, Gəncə küçəsi Kəpəz mehmanxanası, R.Qasımov küçəsi 2-ci dalan ev 20, Ş.İ.Xətai prospekti 64, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 51, mənzil 1, Şəddadilər küçəsi, Ş.İ.Xətai prospekti 155, N.Nərimanov küçəsi 135, Cavadxan qəsəbəsi, Gəncə-Yevlax şossesi, bundan başqa 09 aprel 2021-ci il tarixdə saat 08-radələrindən 23radələrindək Azərsənayetikintinin ASC-nin 3 saylı müəsissəsi, B.Hacıyev küçəsi 1, N.Nərimanov prospekti 10-cu döngə Sportzal, X8, Totanlı küçəsi 36, Bayan küçəsi 108A, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon, 28 may küçəsi, Göygöl rayonu, Üçtəpə kəndi, Bala Bağban, Göygöl rayonu Qızılca kəndi, Samux rayonu Sarıqamış kəndi, Füzuli kəndi, Gəncə şəhəri YGGG-nin yardımçı kombinatı ərazisi, Göygöl rayonu Balçılı kəndi, Gəncə-Şəmkir şossesi, Göygöl rayonu Quşqara kəndi, Şahevənlər küçəsi, N.Nərimanov küçəsi 135, X8, A.İsgəndərov 46, H.Əliyev propekti 95, R.Qasımov küçəsi 2-ci dalan ev 20, Ş.İ.Xətai prospekti 64, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 10 aprel 2021-ci il tarixdə saat 12- radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 14si 108A, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon, Bala Bağban, Göygöl rayonu, Üçtəpə kəndi, Qızılca kəndi, A.Mehmandarov küçəsi ilə Bayan küçəsi ilə kəsişməsi, Təbriz küçəsi 16 saylı məktəbinin yanı qeyri-yaşayış binası 11 saylı mağaza, Kəpəz mehmanxanası, A.İsgəndərov 46, Vaqif küçəsi 104-104A, Ş.İ.Xətai prospekti 155, Ə.Cəmil 4, X8, bundan başqa 11 aprel 2021-ci il tarixdə saat 04-radələrindən saat 13radələrinədək Cavadxan qəsəbəsi, Ə.Cəmil 4, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsinin ərazisi, Göygöl rayonu Üçtəpə kəndi, X8, Ozan küçəsi, Bala Bağban, Yeni Gəncə yaşayış massivi 2-ci Tnikrorayon 28 may küçəsi, Gəncə RTYS, Göygöl rayonu Balçılı kəndi, Gəncə şəhəri Bayan küçəsi 108A, Göygöl rayonu Qızılca kəndi, Quşqara kəndi, Üçtəpə kəndinin ərazilərində, bundan başqa 15 aprel 2021-ci il tarixdə saat 09radələrindən 22- radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Cavadxan qəsəbəsi, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsi, Şahevənlər küçəsi 153, Nizami küçəsi 150, H.Ə.Hüseynzadə 33A, Yeni Gəncə qəsəbəsi 51, mənzil 1, Ş.İ.Xətai prospekti 62, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, Gəncə AMEA Vəli Xuluflu, Lyuk Otel, Göygöl rayonu Üçtəpə kəndi, N.Nərimanov prospekti 10-cu döngə, A.İsgəndərov 46, X8, bundan başqa 16 aprel 2021-ci il tarixdə saat 09-radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Cavadxan qəsəbəsi, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsi ərazisi, Yevlax şosei 15, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, Göygöl rayonu Üçtəpə kəndi. Samux rayonu Füzuli kəndi, Göygöl rayonu Qızılca kəndi, ünvan 15 ünvanlarında olmuşdur. ( i.v.səh 68-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 10.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.71). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 02.04.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda həmin günü, yəni 02 aprel 2021 -ci il tarixdə saat 11 radələrindən 21 radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Gəncə şəhəri, N.Nərimanov küçəsi 135 ünvanına, Gəncə şəhəri X8,Gəncə şəhəri B.Hacıyev küçəsi 1 ünvanına, bundan başqa 03 aprel 2021 -ci il tarixdə saat 10-radələrindən 21-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 5arixdə saat 09-radələrindən 19- radələrindək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 6 tarixdə saat 09-radələrindən 21-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7 1, Gəncə şəhəri, Kəpəz rayonu F.Əmirov küçəsi 20A, Ə.Cəmil 4 küçəsinə, ünvan 8 ünvanının yerləşdiyi ərazilərdə, bundan başqa 06 aprel 2021-ci tarixdə saat 10radələrindən 23-radələrindək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7 1, N.Nərimanov küçəsi 135, R.Qasımov 2-ci dalan ev 20 ünvanına, Ş.İ.Xətai prospekti 64, Ş.İ.Xətai prospekti 155, ünvan 10pəz mehmanxanasına, Ozan küçəsi, X8 yerləşdiyi ərazilərdə, bundan başqa 07 aprel 2021-ci il tarixdə saat 10-radələrindən 22radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Lyuks Otel, ünvan 12həri N.Nərimanov prospekti Aztuqraz müəssisəsinin binası, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri H.Əliyev prospekti 121, Gəncə şəhəri T.Arani küçəsi ilə Ş.İ.Xətai prospekti ilə kəsişməsi, Gəncə şəhəri 4-cü mikrorayon 15 nömrəli bina, Gəncə şəhəri 4-cü mikrorayon 4 saylı yeməkxana, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 95, Gəncə şəhəri Dəyirman adalan ərazi, X8, Gəncə küçəsi Kəpəz mehmanxanası, Gəncə şəhəri Vaqif 104-104A, Ş.İ.Xətai prospekti 155,Ə.Cəmil küçəsi 1, Ozan küçəsi, Nəriman Nərimanov küçəsi 135, A.lsgəndorov 46, Gəncə şəhəri Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi, Nəriman Nərimanov prospekti 10-cu döngə, Ə.Ü.Gəncəvi küçəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 08 aprel 2021-ci il tarixdə saat 12-radələrindən 23radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib -ünvan 13l, Azərsənayetikintinin SCnin 3 saylı müəssisəsi, Göygöl rayonu Üçtəpə kəndi, A.İsgəndərov 46, Gəncə küçəsi Kəpəz mehmanxanası, R.Qasımov küçəsi 2-ci dalan ev 20, Ş.İ.Xətai prospekti 64, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 51, mənzil 1, Şəddadilər küçəsi, Ş.İ.Xətai prospekti 155, N.Nərimanov küçəsi 135, Cavadxan qəsəbəsi, Gəncə- Yevlax şossesi, bundan başqa 09 aprel 2021-ci il tarixdə saat 08-radələrindən 23- radələrindək Azərsənayetikintinin SC-nin 3 saylı müəsissəsi, B.Hacıyev küçəsi 1, N.Nərimanov prospekti 10-cu döngə Sportzal, X8, Totanlı küçəsi 36, Bayan küçəsi 108A, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon, 28 may küçəsi, Göygöl rayonu, Üçtəpə kəndi, Bala Bağban, Göygöl rayonu Qızılca kəndi, Samux rayonu Sarıqamış kəndi, Füzuli kəndi, Gəncə şəhəri YGGG-nin yardımçı kombinatı ərazisi, Göygöl rayonu Balçılı kəndi, Gəncə-Şəmkir şossesi, Göygöl rayonu Quşqara kəndi, Şahevənlər küçəsi, N.Nərimanov küçəsi 135, X8, A.İsgəndərov 46, H.Əliyev propekti 95, R.Qasımov küçəsi 2-ci dalan ev 20, ş.İ.Xətai prospekti 64, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 10 aprel 2021-ci il tarixdə saat 12- radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 14si 108A, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon, Bala Bağban, Göygöl rayonu, Üçtəpə kəndi, Qızılca kəndi, A.Mehmandarov küçəsi ilə Bayan küçəsi ilə kəsişməsi, Təbriz küçəsi 16 saylı məktəbinin yanı qeyri-yaşayış binası 11 saylı mağaza, Kəpəz mehmanxanası, A.İsgəndərov 46, Vaqif küçəsi 104-104A, Ş.İ.Xətai prospekti 155, Ə.Cəmil 4, X8, bundan başqa 11 aprel 2021-ci il tarixdə saat 04-radələrindən saat 13radələrinədək Cavadxan qəsəbəsi, Ə.Cəmil 4, Azərsənayetikinti ASC-nin 3 saylı müəssisəsinin ərazisi, Göygöl rayonu Üçtəpə kəndi, X8, Ozan küçəsi, Bala Bağban, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon 28 may küçəsi, Gəncə RTYS, Göygöl rayonu Balçılı kəndi, Gəncə şəhəri Bayan küçəsi 108A, Göygöl rayonu Qızılca kəndi, Quşqara kəndi, Üçtəpə kəndinin ərazilərində, bundan başqa 15 aprel 2021-ci il tarixdə saat 09radələrindən 22- radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Cavadxan qəsəbəsi, Azərsənayetikintinin SC-nin 3 saylı müəssisəsi, Şahevənlər küçəsi 153, Nizami küçəsi 150, H.Ə.Hüseynzadə 33A, Yeni Gəncə qəsəbəsi 51, mənzil 1, Ş.l.Xətai prospekti 62, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, Gəncə AMEA Vəli. Xuluflu, Lyuk Otel, Göygöl rayonu Üçtəpə kəndi, N.Nərimanov prospekti 10-cu döngə, A.İsgəndərov 46, X8, bundan başqa 16 aprel 2021-ci il tarixdə saat 09-radələrindən 22-radələrinədək yaşadığı ünvan 2 ünvanını tərk edib Cavadxan qəsəbəsi, Azərsənayetikintinin ASC-nin 3 saylı müəssisəsi ərazisi, Yevlax şosei 15, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, Göygöl rayonu Üçtəpə kəndi, Samux rayonu Füzuli kəndi, Göygöl rayonu Qızılca kəndi, ünvan 15 ünvanlarında olan zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulan müsadirə edilməli əmlak yoxdur. İş üzrə cinayət hadisəsinin görüntüsünü və telefon məlumatlarını özündə əks etdirən -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İş üzrə cinayət hadisəsinin görüntülərini və telefon məlumatlarını özündə əks etdirən -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-173/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-173/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver