Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-175/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 25.03.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrinədək yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib Samux rayonu, İnstitut qəsəbəsi, Gəncə şəhəri, Kəpəz rayonu Sadılı qəsəbəsi, Gəncə şəhəri Vəli Xuluflu küçəsi, Gəncə şəhəri Gəncə AMEA Vəli Xuluflu küçəsi, Gəncə şəhəri şəhəriH.Əliyev prospekti 121,ünvan 2 ünvanlarında, bundan başqa 26.03.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, ünvan 3 ünvanlarında, bundan başqa 27.03.2021-ci il tarixdə saat 12 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib Gəncə şəhəri, Gəncə küçəsi 1, Kəpəz Mehmanxanası, ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 28.03.2021-ci il tarixdə saat 11 radələrindən 17 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 29.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 30.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 31.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 31.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 01.04.2021-ci il tarixdə saat 12 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 02.04.2021-ci il tarixdə saat 14 radələrindən 18 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib Samux rayonu İnstitut qəsəbəsi, ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 03.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 04.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 05.04.2021-ci il tarixdə saat 10 radələrindən 19 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 06.04.2021-ci il tarixdə saat 14 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 07.04.2021-ci il tarixdə saat 12 radələrindən 15 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxanada ailə üzvləri ilə birlikdə yaşayır və "xxxx" MMC-də, sosial işçi vəzifəsində işləyir. 24 mart 2021-ci il tarixdə burnunda qıcolma və bədənində üşütmə olduğu üçün ailə üzvləri ilə birlikdə Gəncə şəhər 6 nömrəli poliklinikaya gedərək “Covid 19” testindən müayinədən keçmişlər. Onun və ailə üzvlərindən nümunə götürülmüş və 25.03.2021-ci il tarixdə onun istifadə etdiyi mobil nömrəyə mesaj gəlmişdir. Həmin mesajda “Covid 19” testinin pozitiv olması və yaşadığı evi tərk etməməli olması barədə məlumat verilmişdir. Həmçinin həmin gün oğlunun mobil nömrəsinə arvadı İradənin “Covid 19” testinin nəticəsinin pozitiv olması barədə mesaj gəlmişdir. Ailə üzvlərindən digər heç kəs “Covid 19” virusuna yoluxmamışdır. O, 26.03.2021-ci il tarixdə “Covid 19” testinin pozitiv olması və 14 gün müddətində yaşadığı evi tərk etməməli olduğu barədə məlumatı olmasına baxmayaraq koronavirus infeksiyasına yoluxduğu üçün 6 nömrəli poliklinikaya gedərək özünün və arvadının müalicəsi üçün dərman preparatları tələb etmişdir. Həkim ona və arvadına ayrılmış dərman preparatlarını gətirib vermişdir. Həkim ona xəstəlik müddəti bitənə kimi evdən çölə çıxmamağını tapşırmışdır. O, yaşadığı evə geri qayıtmışdır. Bundan sonra o, 30.03.2021-ci il tarixə kimi yaşadığı binadan uzağa getməmiş yalnız bəzi vaxtlar havası çatmadığı üçün yaşadığı binanın ətrafına çıxıb gəzmişdir. Növbəti dəfə 30.03.2021-ci il tarixdə saat 16 radələrində hava almaq üçün yaşadığı binanın qarşısına çıxmış və tibbi maska taxmışdır. O, bir neçə dəfə binanın ətrafında fırlanmış və həmin vaxt ona polis əməkdaşları tərəfindən zəng edilərək harada olmasını soruşmuşlar. O, yaşadığı binanın arxasında olduğunu demiş və danışa-danışa yaşadığı binanın qarşısına gəlmişdir. Orada izolyasiya geyimində olan polis əməkdaşları ona saxlamış və ona videoçəkilişlə yaşadığı evdən çölə çıxmaması barədə xəbərdar etmişlər. O da bir daha yaşadığı evdən çölə çıxmayacağını bildirmişdir. O, yaşadığı evə qayıtmış və yaşadığı evdən çölə çıxmamışdır. Həmin ərəfədə arabir həkim tərəfindən zəng edilərək onun səhhəti barədə maraqlanmışlar. 08.04.2021-ci il tarixdə saat 7-8 radələrində o, Gəncə şəhəri Azərbaycan küçəsi, 1-ci döngə ərazisində yerləşən “005” saylı hərbi hissənin ərazisi adlanan əraziyə pay torpağı almaq üçün getmiş və bir müddət orada gözləyib geri qayıtmışdır. 08.04.2021-ci il tarixdə saat 16 radələrində onun mobil nömrəsinə özünütəcrid müddətinin başa çatması ilə bağlı mesaj gəlmişdir. Həmçinin həmin gün polis əməkdaşı tərəfindən zəng edilmiş və özünütəcrid müddətinin bitməsi ilə bağlı mesajın gəlib-gəlməməsi soruşulmuşdur. Onun təhsili olmadığından bilməyərəkdən qeyd edilən cinayət əməlini törətmiş, hazırda əməlindən çox peşimandır. Ailə vəziyyətinin ağır olmasını, yaşını, səhhətini nəzərə alıb məhkəmə tərəfindən ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən X7, 2019-cu ildən isə Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik inspektoru vəzifədə xidmət edir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirlir. Bununla bağlı X8 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq müəyyən edilmişdir ki, 24.03.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan Gəncə şəhəri, 4-cü mikrorayon, yataqxana 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq yaşadığı evi tərk edərək, Gəncə çəhəri ərazisində hərəkətdə olur. Bundan sonra o, 30.03.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs onlara hazırda yaşadığı binanın arxasında olduğunu və binanın ön tərəfinə doğru hərəkət etdiyini bildirmişdir. Həmin vaxt onlar izaolyasıya geyim formasında Təqsirləndirilən şəxs yaxınlaşaraq, Təqsirləndirilən şəxs yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olmasını, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını bildirərək, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə qayıtması tərəflərindən təmin edilmişdir. Daha sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, qeyd olunan şahid də eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, o, Gəncə şəhəri 6 saylı poliklinakının sahə həkimi vəzifəsində işləyir və ixtisasca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “L-selenometionin”, “Vitamin D3” və “Parasetamol” dəman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdiyimiz tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən bizə daxil olmuş məlumata əsasən poliklinikanın ərazısındə yaşayan sakin, Gəncə şəhəri, 4-cü mikrorayon 2 saylı yataqxanada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişdirlər. 25.03.2021-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmışdır. Daha sonra 14 gün ərzində Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 08.04.2021-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdən “Covid-19” virusu aşkar edilmiş, həmin tarixdən onun karantin müddəti başlamış və karantin müddəti 08.04.2021-ci il tarixdə başa çatmışdır. Koronavirus xəstəsi 14 gün ərzində yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Lakin Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməklə korona virus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 29 aprel2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 19.04.2021-ci il məktubundan görünür ki, COVİD-19 Milli Məlumat bazasında Gəncə şəhəri Kəpəz rayonu 4-cü mkr. 2 saylı yataqxanada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsi 25.03.2021-ci il tarixdə pozitiv olduğu qeyd edilmişdir. Karantin rejimi 25.03.2021-ci il tarixdən 08.04.2021-ci il tarixə kimidir. “Baxış keçirilməsi” haqqında” 12.07.2021-ci il tarixli protokoldan görünür ki, şahid Tükəzban Məmmədovanın təqdim etdiyi 1 ədəd “Ambulator tibbi kitabça”nın 1-ci vərəqəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 25.03.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tibbi karta açılmışdır. Tibbi kitabçanın növbəti vərəqələrində görünür ki, Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 26.03.2021-ci il tarixdən 07.04.2021-ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə xəstə ilk günlər özünü halsız hiss etmiş, iybilmə və dadbilməsi itmiş, növbəti günlərdə isə deməsinə görə özünü yaxşı hiss etmiş, müalicəsi davam etmiş, 08.04.2021-ci il tarixdə isə karantin müddəti bitdiyi üçün sərbəst hərəkət etməsi qeyd olunmuşdur. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X4 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarışdan görünür ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X11 Sindromu (X10 Syndrome Coronavirus - MERS-CoV) və X6 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid- 19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. “Diskə baxış keçirilməsi” haqqında 14.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrinədək yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib Samux rayonu, İnstitut qəsəbəsi, Gəncə şəhəri, Kəpəz rayonu Sadılı qəsəbəsi, Gəncə şəhəri Vəli Xuluflu küçəsi, Gəncə şəhəri Gəncə AMEA Vəli Xuluflu küçəsi, Gəncə şəhəri şəhəriH.Əliyev prospekti 121,ünvan 2 ünvanlarında, bundan başqa 26.03.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, ünvan 3 ünvanlarında, bundan başqa 27.03.2021-ci il tarixdə saat 12 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4cü mikrorayon, 2 saylı yataqxananı tərk edib Gəncə şəhəri, Gəncə küçəsi 1, Kəpəz Mehmanxanası, ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 28.03.2021-ci il tarixdə saat 11 radələrindən 17 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 29.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 30.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 31.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 31.03.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 01.04.2021-ci il tarixdə saat 12 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 02.04.2021-ci il tarixdə saat 14 radələrindən 18 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib Samux rayonu İnstitut qəsəbəsi, ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 03.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 04.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 05.04.2021-ci il tarixdə saat 10 radələrindən 19 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 06.04.2021-ci il tarixdə saat 14 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2, Gəncə AMEA Vəli Xuluflu küçəsi ünvanlarında, bundan başqa 07.04.2021-ci il tarixdə saat 12 radələrindən 15 radələrindək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxananı tərk edib ünvan 2 ünvanlarında olmuşdur. “Diskə baxış keçirilməsi” haqqında 01.05.2021-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Kəpəz rayonu, 4-cü mikrorayon, 2 saylı yataqxananın qarşısında gəzmək üçün yaşadığı mənzili tərk etmiş və həmin vaxt Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən saxlanılır. Saxlanıldıqdan sonra xüsusi geyimdə olan iki nəfər polis əməkdaşı onunla məsafə saxlayaraq COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyinə görə həmin şəxsi saxladıqlarını və həmin şəxsin törətdiyi əməlin qanunsuz olduğunu ona izah edirlər. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək COVİD-19 infeksiyasının yayılması təhlükəsini yaratdığını xatırladaraq onu xəbərdar edirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə yoluxduğu vaxtdan mütamadi olaraq yaşadığı evi tərk etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Polis əməkdaşlarının müşayiəti ilə yaşadığı ünvana yola salınır. Bununla da, görüntü bitir. “Qətimkan tədbiri seçilməsi” haqqında 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasınaəsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsininüsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyenanormativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərinyayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarınınməhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri CM-58.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-175/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-175/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver