Məhkəmə qərarları › İş №1(043)-178/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-178/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-178/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi –Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Gəncə şəhər BPİnin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən”Meqa Store” marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİnə gətirilmiş, onun üzərinə Gəncə şəhər BPİ-də şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli siqaret selofanına bükülmüş ümumi təmiz çəkisi 0.631 qram narkotik vasitə heroin və idman gödəkçəsinin sol yan cibindən qara rəngli siqaret selofana bükülmüş ümumi təmiz çəkisi 36,939 qram narkotik vasitə tiryəkin aşkar edilərək götürülməsi ilə bağlı toplanmış material olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yuridiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və ya digər materiallar aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli aşkar olunduğu yerdə, yəni Gəncə şəhəri Nizami rayonu ərazisində başa çatmışdır. Buna görə də hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar