Məhkəmə qərarları › İş №1(043)-179/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-179/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-179/2021 17.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X13 iclas katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X5, X9 və onların vəkili X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X11 müdafiəçisi Müdafiəçi iştirakı ilə, X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X12 və X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 və X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan X11 X6 və X14 qarşı törətdiyi təhqir və böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yayması kimi əməlləri AR CM-nin 147.1 və 148-ci maddələri ilə töfsiv edilərək cinayət məsuliyyətinə cəlb edilməsini və onlara vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2018-ci ildə X5 oğlu xüsusi ittihamçı X4 şəhər, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, İ.Abbasov küçəsi, ev 57 ünvanda yaşayan X16 ilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmış, onun evinə gedib-gəlmişdir. X2 adlı qızla nişanlandıqdan sonra Xalidə oğlundan acıq almaq, onun evlənməsinə mane olmaq üçün, oğlunun adına ondan xəbərsiz instagramda profil işlədərək və digər internet informasiya ehtiyatlarında onun və oğlunun, hətta gəlini Kəmalənin ünvanına nalayiq sözlərlə, görüntülərlə paylaşmalar edir, şikayətdə etik qaydalara uyğun olaraq yaza bilmədikləri ifadələr, sms-lə göndərdiyi məlumatlarda, oğluna etdiyi zənglərdə onu, oğlunu, gəlinini ağır və tərbiyəsiz şəkildə təhqir edir, böhtan atır və hərəkətlərini bu gün də davam edir. Onun oğluna qarşı böhtanı ondan ibarətdir ki, guya İmran onun qızı ilə cinsi əlaqədə olmuş, amma nə yaxşı ki, Xalidə İmrana sonra etiraf edib ki, sən demə onun qızı ilə öz oğlu arasında cinsi əlaqə olmuşdur ki, o, yəni Xalidə hərbi prokurorluqda istintaqa verdiyi ifadəsində də bunu qeyd etmişdir və o İmrana bunu ondan hayıf almaq üçün etdiyini demişdir. Onun bu böhtan haqqında məlumatı diskdə də vardır. X28 zəng edərək bildirib ki, əgər o ona 10.000 manat pul versə ondan əl çəkəcək. Diskdə bu faktda vardır. İmranın narkoman olması haqqında da yalan məlumatları X29, Vine Azərbaycan, Xəbər Az. Az Xəbər saytlarında yaymışdır. Ekspertiza keçirilib və onun məlumatı yalan olduğu bildirmişdir. 16.04.2021-ci ildə Xalidə onların evinin önünə küçəyə gələrək qonşuları şahidlər Vaqif 111-də yaşayan X7, S.Əsgərov küçəsi, ev 7-də yaşayan X3 yanında onun, oğlunun ünvanına ağır, təhqiredici, alçaldıcı söyüşlər, hədə-qorxu gələrək onları biabır etmiş, onları rahat buraxmayacağını bildirmişdir. Şahid Ramil küçədə onun tərbiyəsiz hərəkətlərinə görə hətta DİN-nin 102 qaynar xəttinə zəng etmişdir. Xalidənin ona və oğluna qarşı etdiyi cinayət əməlləri, internet informasiya ehtiyatında olduğuna görə çoxlu sayda müxtəlif vaxtlarda, müxtəlif sosial şəbəkələrdən yayınlamış təhqir, böhtan xarakterli sözləri, nalayiq formada onları alçaltmalar barədə məlumatların surətləri çıxardılmış və işə əlavə olunmuşdur. Oğluna guya ondan hamilə qalıb bəhanəsi ilə onu özünə cəlb etmək üçün onu təhdid edir və hədə-qorxu gəlir. Onun təhqir, böhtan dolu cinayət əməlləri hələ də davam edir. Onun hamiləlik barədə oğlunu aldatması da məlumatların surətlərində vardır. Hər ikisi Xalidənin hərəkətlərindən mənəvi, psixoloji sarsıntı keçirir, onun artıq ürəyində son vaxtlar problemlər yarandığı üçün müalicə kursları keçirir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X12, X17 və onların vəkili X18 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 müdafiəçisi Müdafiəçi şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini bildirdi, şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayətdə X16 tərəfindən X5 oğlu X8 acıq almaq, onun evlənməsinə mane olmaq üçün, oğlunun adına ondan xəbərsiz instagramda profil işlədərək və digər internet informasiya ehtiyatlarında onun və oğlunun, hətta gəlini Kəmalənin ünvanına nalayiq sözlərlə, görüntülərlə paylaşımlar etməsi, şikayətdə etik qaydalara uyğun olaraq yaza bilmədikləri ifadələr, sms-lə göndərdiyi məlumatlarda, oğluna etdiyi zənglərdə onu, oğlunu, gəlinini ağır və tərbiyəsiz şəkildə təhqir etməsi, böhtan atması və hərəkətlərini bu gün də davam etdirməsi göstərilsə də, şikayətdə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması və kimə qarşı edilməsi dəqiq olaraq göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə kimin şərəf və ləyaqətini ləkələnməsini, hansı sözlərlə və ya ifadələrlə isə kimə qarşı şər-böhtan atılması, nə vaxt və harada edilməsi qeyd edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Belə ki, şikayət vermiş şəxslər Xalidə Əliyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsələr də sonuncunun X6 qarşı hansı əməllərinə görə həmin Məcəllənin 147.1-ci, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişlər. Bundan başqa Xalidə X1 qarşı hansı əməllərinə görə həmin Məcəllənin 147.1-ci, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını konkret olaraq qeyd edilməmiş, əməllərin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, nə vaxt və harada edilməsi qeyd edilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X12 və X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar