Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-18/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun, müdafiəçilər- Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri X2, X1 və Müdafiəçi1 iştirakları ilə, 26.05.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirməsinə dair, cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının axırlarında, dəqiq günü məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanına mətbəxin pəncərəsini üzərindəki vintaçanla təsir etməklə açıb içəriyə qanunsuz daxil olaraq oradan 30 manat dəyərində bir ədəd suvenir qılınc, 80 manat dəyərində sapla təbiət şəkli toxunulmuş portret, 150 manat dəyərində bir ədəd divar saatı, 400 manat dəyərində bir ədəd “Kenwood” markalı tozsoran, 200 manat dəyərində bir ədəd “Kenwood” markalı ütü, 300 manat dəyərində bir ədəd qadın üçün qızıl boyunbağı, ümumi dəyəri 500 manat olan beş ədəd müxtəlif ölçülü xalıları gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1660 (bir min altı yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 Mirabbas oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 10 aprel 2020-ci il tarixdə, saat 03 radələrində Gəncə şəhəri Nizami prospektində köhnə «Qala Qapıları»-nın yaxınlığındakı avtobus dayanacağında yerləşən Zərərçəkmiş şəxs3 məxsus ticarət köşkünün aynasını daş parçası ilə sındırıb qanunsuz olaraq köşkə daxil olmaqla oradan 31 manat dəyərində bir blok “Davidov” markalı siqaret, hər bir bloku 17 manat olan 102 manat dəyərində 6 blok “Maqna” markalı siqareti, hər bir bloku 18 manat olan 72 manat dəyərində 4 blok “Want” markalı siqareti, hər bir bloku 18 manat olan 36 manat dəyərində 2 blok “West” markalı siqareti, hər bir bloku 17 manat olan 68 manat dəyərində 4 blok “Viceroy” markalı siqareti, 19 manat dəyərində 1 blok “Senate” markalı siqareti, hər bir bloku 31 manat olan 217 manat dəyərində 7 blok “Winston” markalı siqareti, hər bir bloku 31 manat olan 155 manat dəyərində 5 blok “Kent” markalı siqareti, hər bir bloku 36 manat olan 108 manat dəyərində 3 blok “Sobraniye” markalı siqareti, hər bir bloku 25 manat olan 100 manat dəyərində 4 blok “LD” markalı siqareti, hər bir bloku 22 manat olan 110 manat dəyərində 5 blok “Winchester” markalı siqareti, hər bir bloku 22 manat olan 88 manat dəyərində 4 blok “Pall Mall” markalı siqareti, hər bir bloku 22 manat olan 154 manat dəyərində 7 blok “Rothmans” markalı siqareti, 354 manat dəyərində telefon danışıq konturlarını və 150 manat nəğd pulu talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1764 (bir min yeddi yüz altmış dörd) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 Mirabbas oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02 may 2020-ci il tarixdə, saat 04 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Bolmart” ticarət mərkəzinin qarşı tərəfində avtobus dayanacağında Zərərçəkmiş şəxs1 məxsus ticarət köşkünün aynasına vintaçanla təsir etməklə açıb, aynadan qanunsuz olaraq köşkə daxil olmaqla oradan hər birinin dəyəri 3.7 manat, ümumi dəyəri 37 manat olan 10 ədəd “Sobranie” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 119 manat olan 70 ədəd “Magna” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 102 manat olan 60 ədəd “Viceroy” markalı siqareti, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 108 manat 60 ədəd “Want” markalı siqareti, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 40 manat olan “West” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 34 manat olan 20 ədəd “Prima” markalı siqareti, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 64 manat olan 40 ədəd “Argo” markalı siqareti, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 36 manat olan 40 ədəd “Keno” markalı siqaretlərin, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 60 manat olan 30 ədəd “Winchestr” markalı siqareti, ümumi dəyəri 400 manat olan 75 ədəd 1 manatlıq kontur kartlarının, 55 ədəd 2 manatlıq kontur kartlarının, 30 ədəd 3 manatlıq kontur kartlarının, 25 ədəd 5 manatlıq kontur kartlarının və kassada olan 25 manat nağd pulu, ümumilikdə 1025 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 Mirabbas oğlu onlara qarşı elan olunmuş ittiham üzrə özlərini tam təqsirli bildilər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun əməlində cinayət tərkibi vardır. Onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 Mirabbas oğlu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, hərəkətindən peşmançılıq hissi keçirdiyini bildirərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün 2020-ci ilin mart ayının axırlarında, dəqiq xatırlamadığı tarixdə onunla qonşuluqda yaşayan Həsən adı şəxsin mənzilindən oğurluq etmək qərarına gəlmişdir. O, Həsənin və ailəsinin həmin mənzildə yaşamadıqlarını bilmişdir. Həmin gün binanın qarşısında dayanıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra təxminən saat 03 radələrində blokun girişinin üstündəki beton sahənin üstünə çıxıb özü ilə apardığı vintaçanla mətbəxə açılan pəncərəyə müdaxilə edərək pəncərəni açıb mətbəxə daxil olmuşdur. Həmin vaxt binanın qarşısında kənar şəxslər olmamışdır. Mətbəxdən qonaq otağına keçmiş, həmin vaxt evdə heç kim olmamışdır. O, mənzili axtarıb qızıl və pul tapa bilməsə də bir ədəd suvenir qılınc, bir ədəd təbiət şəkli təsvir olunmuş portret, bir ədəd divar saatı, bir ədəd “Kenwood” markalı tozsoran, bir ədəd “PHİLİPS” markalı ütü, bir ədəd qadın üçün qızıl boyunbağı, beş ədəd müxtəlif ölçülü xalıları görüb götürmüşdür. Həmin əşyaları xalılardan birinin içərisinə yığıb kəndirlə bağlayıb pəncərədən çölə yerə salmış, sonra isə digər dörd ədəd xalıları da pəncərədən çölə atmış və özü də mənzilə daxil olduğu pəncərədən çıxmışdır. O, oğurladığı əşyaları öz yaşadığı mənzilə aparmış, oğurladığı xalıları öz otağında döşəməyə salmış, digər əşyaları da öz otağına yığmışdır. Səhərisi gün anası Tünzalə həmin əşyaları görüb haradan aldığını, kimə məxsus olduğunu soruşanda o, pandemiya ilə əlaqədar olaraq Universitetlər bağlandığı üçün tələbə tanışlarının kirayə yaşadıqları mənzillərdən çıxdıqlarını və həmin əşyalar da saxlamaq üçün ona verdiklərini anasına bildirmişdir. O, həmin əşyaların oğurluq olması barədə anasına və digər şəxslərə bildirməmişdir. Bundan başqa tanışı Təqsirləndirilən şəxs2 Mirabbas oğlu ilə 09 aprel 2020-ci il tarixdə görüşmüşlər və həmin vaxt pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Onlar bir qədər şəhərdə piyada gəzdikdən sonra 09 aprel 2020-ci il tarixdən 10 aprel 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə piyada gedərkən yolun kənarında işıqları sönülü vəziyyətdə olan köşk görmüşlər. Onlar sahibini tanımadıqları, adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus həmin köşkdən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Kərim yerdən götürdüyü daş parçası ilə köşkün aynasını vurub sındırmışdır. Sonra isə o, Kərimlə birliklə köşkə daxil olub oradan müxtəlif markalı siqaretlər, danışıq konturları və dəqiq bilmədiyi məbləğdə nəğd pul oğurlayıb oradan uzaqlaşmışlar. O, tanışı Kərimlə birlikdə həmin köşkdən oğurladıqları yadında qalmayan məbləğdə olan pulu öz aralarında bölmüşlər, siqaretləri və danışıq kartlarını isə yaşadıqları binanın yaxınlığında gizlətmişlər ki, səhərisi gün aparıb satsınlar. Səhərisi gün oğurladıqları siqaretləri və danışıq kartlarını aparıb «Dubay» bazarı adlanan yerdə tanımadıqları şəxslərə satmışlar. Onlar satdıqları siqaretlərin və kontur kartlarının oğurluq olduğunu bildirməmişlər, tanımadıqları şəxslərə dükanları bağlandığı üçün siqaretləri və kontur kartlarını satdıqlarını demişlər. Onlar satdıqları siqaretlərin və kontur kartlarının müqabilində əldə etdikləri ümumilikdə təxminən 200 manata yaxın pulu Təqsirləndirilən şəxs2la öz aralarında bölmüşlər. O, öz payına düşən pulu şəxsi ehtiyacı üçün yeməkxanalarda və kafelərdə xərcləmişdir. Cinayət yolu ilə əldə etdikləri siqaretləri və kontur kartlarını satdıqları şəxsləri tanımamışdır. Bundan başqa 01 may 2020-ci il tarixdə, saat 22 radələrində tanışı Kərimlə birlikdə gedib Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” marketin yaxınlığında yerləşən köşkdən oğurluq etməyi təklif etmiş və Kərim də onunla razılaşmışdır. O, Kərimlə birlikdə 02 may 2020-ci il tarixdə, saat 04 radələrinədək həmin marketin yaxınlığında gözləmişlər. Onlar köşkün ətrafında heç kimin olmadığına əmin olduqdan sonra o, köşkə yaxınlaşmış, Kərim isə yolun digər kənarında dayanıb onu gözləmişdir. O, həmin vaxt üzərində olan vintaçanla köşkün pəncərəsinə müdaxilə edərək pəncərəni açmış və pəncərədən içəri daxil olmuşdur. O, içəridə olan zaman köşkün vitrinində olan müxtəlif markalı 14 blok siqareti orada olan 2 ədəd sellofan torbalara yığmış, həmçinin köşkdə kassanın içərisində olan ümumi dəyəri 170 manat olan müxtəlif qiymətli kontur kartlarını və kassada olan 7 ədəd 1 manatlıq, 1ədəd 5 manatlıq pul əskinazını və 80 qəpik pulu götürüb köşkün pəncərəsindən çıxmışdır.Onlar yaşadıqları binanın yaxınlığında Kərimlə oğurladıqları siqaretləri və kontur kartlarını satmaq barədə razılaşdıqdan sonra o, həmin torbaları yaşadığı binanın arxa tərəfində gizlətmişdir. Təxminən bir iki gün keçdikdən sonra o, oğurladıqları siqaretləri və danışıq kartlarını aparıb «Dubay» bazarında tanımadığı şəxslərə satmış, o, satdığı siqaretlərin və kontur kartlarının oğurluq olduğunu bildirməmiş, tanımadığı şəxslərə dükanı bağlandığı üçün siqaretləri və kontur kartlarını satdığını demişdir. O, əldə etdiyi 200 manatın 130 manatını borcuna vermiş, yerdə qalan 70 manatını isə Kərimlə birlikdə öz ehtiyacları üçün xərcləmişlər. Oğurladıqları konturları isə o, öz yaşadığ evdə saxlamış və sonradan onları polis əməkdaşlarına təqdim etmişdir. 06 may 2020-ci il tarixdə oğurluq etməkdə şübhəli olduğu üçün polis əməkdaşları onu Kəpəz RPİ-nə aparmışlar. Hazırda zərərçəkmiş şəxslərə dəyən zərəri ödəməklə barışıq əldə etdiyini və əməlindən peşman olaraq bir daha belə hallara yol veməyəcəyini bildirdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Mirabbas oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, 09 aprel 2020-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1lə görüşüb söhbət edən vaxt pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Onlar bir qədər şəhərdə piyada gəzdikdən sonra 09 aprel 2020-ci il tarixdən 10 aprel 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə piyada gedərkən yolun kənarında işıqları sönülü vəziyyətdə olan əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus köşk görüb həmin köşkdən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, yerdən götürdüyü daş parçası ilə köşkün aynasını vurub sındırmışdır. Bundan sonra tanışı Zorxanla birlikdə köşkün içərisinə daxil olub vitrindəki təxminən 70-80 blok müxtəlif markalı siqaretləri oğurlayıb köşkdən götürdükləri sellofan torbalara yığmışlar, eyni zamanda danışıq konturları və məbləğini bilmədiyi pulu da köşkdən oğurlayıb oradan uzaqlaşmışlar. O, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə həmin köşkdən oğurladıqları pulu öz aralarında bölmüşlər, siqaretləri və danışıq kartlarını isə yaşadıqları binanın yaxınlığında gizlətmişlər ki, səhərisi gün aparıb satsınlar. Səhərisi gün oğurladıqları siqaretləri və danışıq kartlarını aparıb «Dubay» bazarında tanımadıqları şəxslərə satmışlar. Onlar satdıqları siqaretlərin və kontur kartlarının oğurluq olduğunu bildirməmişlər, Zorxan dükanları bağlandığı üçün siqaretləri və kontur kartlarını satdığını tanımadıqları şəxslərə bildirmişdir. Onlar satdıqları siqaretlərin və kontur kartlarının müqabilində əldə etdikləri ümumilikdə təxminən 200 manata yaxın pulu Təqsirləndirilən şəxs1lə öz aralarında bölmüşlər. O, öz payına düşən pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Onlar oğurladıqları siqaretləri və kontur kartlarının hamısını tanımadıqları şəxslərə satmışlar. Bundan başqa 01 may 2020-ci il tarixdə, saat 22 radələrində tanışı Zorxanla razılaşmışlar ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” marketin yaxınlığında yerləşən köşkdən gedib oğurluq etsinlər. 02 may 2020-ci il tarixdə, saat 04 radələrində Zorxanla birikdə köşkün ətrafında heç kimin olmadığına əmin olduqdan sonra Zorxan köşkə yaxınlaşmış, O, isə yolun digər kənarında dayanıb gözləmişdir ki, əgər gələn olarsa Zorxana məlumat versin. Zorxan həmin vaxt üzərində olan vintaçanla köşkün pəncərəsinə müdaxilə edərək pəncərəni açıb pəncərədən içəriyə daxil olmuşdur. Təxminən 5-7 dəqiqədən sonra Zorxan köşkün pəncərəsindən 2 ədəd sellofan torba ilə birlikdə çölə çıxmışdır. O, Zorxana kömək etmək üçün sonuncunun yanına getmiş və onlar birlikdə yaşadıqları binanın yanına getmişlər. Yaşadıqları binanın yaxınlığında Zorxanla oğurladıqları siqaretləri və kontur kartlarını satmaq barədə razılaşdıqdan sonra Zorxan həmin torbaları yaşadıqları binanın arxa tərəfində gizlətmişdir. Təxminən 2 gün sonra Zorxan oğurladıqları siqaretləri satdığını bildirib ona 120 manat pul vermişdir. O, həmin məbləğdə pulu öz ehtiyacları üçün kafelərdə, çayxanalarda xərcləmişdir. Zorxan siqaretləri kimə satması barədə ona heç heç bir söz deməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə barışıq əldə etdiyini və əməlindən peşman olaraq bir daha belə hallara yol veməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” marketin yaxınlığında yerləşən köşkü icarə əsasında işlədir. Həmin köşkdə müxtəlif markalı tütün məhsulları, kontur kartları və müxtəlif markalı enerji içkiləri satır. 01 may 2020-ci il tarixdə, saat 23:00-da köşkün qapı və pəncərəsini bağlayıb yaşadığı evə getmişdir. 02 may 2020-ci il tarixdə, saat 07:50-də köşkün qapısını açıb köşkə daxil olan zaman köşkün pəncərəsinin açıq olduğunu və köşkün içərisinin dagınıq halda olduğunu gömüş və köşkdən oğurluq olduğunu başa düşmüşdür. O, nəzər saldıqda görmüşdür ki, hər birinin dəyəri 3.7 manat, ümumi dəyəri 37 manat olan 10 ədəd “Sobranie” markalı siqaret, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 119 manat olan 70 ədəd “Magna” markalı siqaret, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 102 manat olan 60 ədəd “Viceroy” markalı siqaret, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 108 manat 60 ədəd “Want” markalı siqaret, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 40 manat olan “West” markalı siqaret, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 34 manat olan 20 ədəd “Prima” markalı siqaret, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 64 manat olan 40 ədəd “Argo” markalı siqaret, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 36 manat olan 40 ədəd “Keno” markalı siqaret, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 60 manat olan 30 ədəd “Winchestr” markalı siqaret, ümumi dəyəri 400 manat olan 75 ədəd 1 manatlıq kontur kartları, 55 ədəd 2 manatlıq kontur kartları, 30 ədəd 3 manatlıq kontur kartları, 25 ədəd 5 manatlıq kontur kartları və kassada olan 25 manat nağd pulu oğurlamışlar. Buna görə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1025 (bir min iyirmi beş) manat məbləğində maddi ziyan dəymişdir.Ona dəyən zərər tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami prospektində yolun kənarında yerləşən köşkü işlədib ailəsini dolandırır. O, köşkdə müxtəlif markalı siqaretlər, alışqanlar, soklar, danışıq kartları satır. O, hər gün saat 07:30 radələrində gedib köşkü açır, saat 21 radələrində isə bağlayıb evinə gedir. 09 aprel 2020-ci il tarixdə saat 21 radələrində köşkü bağlayıb evinə getmiş, səhərisi gün, yəni 10 aprel 2020-ci il tarixdə saat 07:30 radələrində gəlib köşkü açmaq istəyəndə köşkün arxasındakı pəncərənin daşla sındırılmış vəziyyətdə oluğunu görmüşdür. O, köşkdən oğurluq olduğunu başa düşüb, köşkün qapısını açıb içəriyə daxil olaraq həyəcanlı vəziyyətdə köşkə nəzər salanda hər bir bloku 31 manat olan 62 manat dəyərində 2 blok “Kent” markalı siqareti və 20 manat dəyərində danışıq konturlarının gizli şəkildə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdir. Bundan sonra o, dərhal Kəpəz Rayon Polis İdarəsinə gedib ona məxsus köşkdən oğurluq hadisəsi baş verməsi barədə şikayət ərizəsi yazmışdır. Həmin vaxt o, həm həyəcanlı olduğu üçün, həm də Polis İdarəsinə gedib şikayət ərizəsi yazmağa tələsdiyi üçün köşkdən dəqiq hansı əşyaların oğurlandığını və ona ümumilikdə hansı məbləğdə ziyan dəydiyini bilməmişdir. Lakin bundan sonra o, köşkdə hesabat aparmış və dəqiq olaraq müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər pəncərəni sındırıb ona məxsus olan köşkə qanunsuz daxil olaraq oradan 31 manat dəyərində bir blok “Davidov” markalı siqaret, hər bir bloku 17 manat olan 102 manat dəyərində 6 blok “Maqna” markalı siqareti, hər bir bloku 18 manat olan 72 manat dəyərində 4 blok “Want” markalı siqareti, hər bir bloku 18 manat olan 36 manat dəyərində 2 blok “West” markalı siqareti, hər bir bloku 17 manat olan 68 manat dəyərində 4 blok “Viceroy” markalı siqareti, 19 manat dəyərində 1 blok “Senate” markalı siqareti, hər bir bloku 31 manat olan 217 manat dəyərində 7 blok “Winston” markalı siqareti, hər bir bloku 31 manat olan 155 manat dəyərində 5 blok “Kent” markalı siqareti, hər bir bloku 36 manat olan 108 manat dəyərində 3 blok “Sobraniye” markalı siqareti, hər bir bloku 25 manat olan 100 manat dəyərində 4 blok “LD” markalı siqareti, hər bir bloku 22 manat olan 110 manat dəyərində 5 blok “Winchester” markalı siqareti, hər bir bloku 22 manat olan 88 manat dəyərində 4 blok “Pall Mall” markalı siqareti, hər bir bloku 22 manat olan 154 manat dəyərində 7 blok “Rothmans” markalı siqareti, 354 manat dəyərində telefon danışıq konturlarını və 150 manat nəğd pulu oğurlamışlar. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1764 (bir min yeddi yüz altmış dörd) manat məbləğində maddi ziyan dəymişdir. Ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənildiyi üçün təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram verərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərərin ödənildiyini, şikayət və iələbinin olmadığını göstərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunda yerləşən Şərab zavodunda satış meneceri işləyir. Şahid1 onun qardaşıdır və sonuncu Gəncə şəhəri Natəvan qəsəbəsində yaşayır. O, işləri ilə əlaqədar olaraq çox vaxtlar Gəncə şəhərində yaşamadığı üçün qardaşı Şahid1 aradabir gedib ona məxsus ünvan 4 ünvanına baş çəkir. Qardaşı Şahid1 sonuncu dəfə 25 mart 2020-ci il tarixdə ona məxsus ünvan 4 ünvana gedib baş çəkmiş və hər hansı bir narahatçılıq olmadığını görmüşdür. Bundan sonra 25 aprel 2020-ci il tarixdə ona məxsus həmin mənzilə baş çəkməyə gedəndə naməlum şəxs və ya şəxslərin evin pəncərəsindən qanusuz içəriəyə daxil olaraq ona məxsus mənzildən oğurluq etdiklərini görmüşdür. Şahid1 həmin vaxt dərhal ona zəng edib məlumat versə də həmin vaxt nə o, nə də ki onun ailəsi Gəncə şəhərində olmadığı üçün evdən hansı əşyaların oğurlandığını dəqiq bilməmişlər. Qardaşı Şahid1 isə ilkin olaraq gözlə gördüyü 30 manat dəyərində bir ədəd suvenir qılınc və 60 manat dəyərində bir ədəd portret şəkilin oğurlandığını onu deyib ümumilikdə 90 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. O, da qardaşına tapşırmışdır ki, Kəpəz Rayon Polis İdarəsinə gedib ona məxsus mənzildən oğurluq cinayəti baş verməsi barədə şikayət ərizəsi yazsın və onun özü Gəncə şəhərinə gəldikdən sonra mənzilə nəzər salıb daha dəqiq hansı əmlakın oğurlanması barədə ərizə yazacaqdır. 25 mart 2020-ci il tarixdən 25 aprel 2020-ci il tarixədək olan müddət ərzində nə o, nə də ki onun ailəsi Gəncə şəhərində olmuşdur. 08 may 2020-ci il tarixdə o, ailəsilə birlikdə Gəncə şəhərinə gəlmiş və evindəki əşyalara nəzər saldıqdan sonra müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus mənzildən 30 manat dəyərində bir ədəd suvenir qılınc, 80 manat dəyərində sapla təbiət şəkli toxunulmuş portret, 150 manat dəyərində bir ədəd divar saatı, 400 manat dəyərində bir ədəd “Kenwood” markalı tozsoran, 200 manat dəyərində bir ədəd “Kenwood” markalı ütü, 300 manat dəyərində bir ədəd qadın üçün qızıl boyunbağı, ümumi dəyəri 500 manat olan beş ədəd müxtəlif ölçülü xalılar oğurlanmışdır. Bundan sonra o, Kəpəz Rayon Polis İdarəsinə gedib baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş ziyan barədə daha dəqiq və ətraflı şikayət ərizəsi yazmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1660 (bir min altı yüz altmış) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs2 işləri ilə əlaqədar olaraq çox vaxtlar Bakı şəhərində olduğu üçün o, gedib qardaşına məxsus mənzilə baş çəkir. O, sonuncu dəfə 25 mart 2020-ci il tarixdə qardaşı Həsənə məxsus ünvan 4 ünvana gedib baş çəkmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. Bundan sonra şəxsi işləri ilə əlaqədar olaraq demək olar ki bir ay müddətində qardaşının evinə baş çəkməyə gedə bilməmişdir. 25 mart 2020ci il tarixdən 25 aprel 2020-ci il tarixədək olan müddət ərzində nə qardaşı Həsən, nə də ki onun ailəsi Gəncə şəhərində olmamışdır. 25 aprel 2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanına baş çəkməyə gedəndə mətbəxdəki pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb oğurluq olduğunu düşünmüşdür. Bundan sonra o, qonaq otağına daxil olanda divardan asılmış 60 manat dəyərində bir ədəd portret şəkilin və 30 manat dəyərində bir ədəd suvenir qılıncın yerində olmadığını görmüşdür. O, dərhal qardaşı Zərərçəkmiş şəxs2 zəng edib naməlum şəxsin mətbəxin pəncərəsindən mənzilə qanunsuz daxil olaraq bir ədəd portret şəkilin və bir ədəd suvenir qılıncın oğurlaması barədə məlumat vermişdir. Qardaşı Zərərçəkmiş şəxs2 da ona tapşırmışdır ki, polisə gedib bu barədə ilkin olaraq şikayət ərizəsi yazsın və özü Gəncə şəhərinə gəldikdən sonra mənzilindən daha dəqiq hansı əmlakın oğurlandığını müəyyən edib bu barədə özü ərizə yazacaqdır. Həmin vaxt nə qardaşı Həsən, nə də ki onun ailəsi Gəncə şəhərində olmadığı üçün mənzildən hansı əşyaların oğurlandığını o, dəqiq bilməsə də qonaq otağındakı bir ədəd portret şəkil və bir ədəd suvenir qılıncın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığına tam əmin olduğu üçün Kəpəz Rayon Polis İdarəsinə gedib baş vermiş oğurluq hadisəsi barədə şikayət ərizəsi yazmışdır.Bundan sonra 08 may 2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs2 ailəsi ilə birlikdə Gəncə şəhərinə gəlmiş və mənzilindəki əşyalara nəzər saldıqdan sonra müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən mənzildən 30 manat dəyərində bir ədəd suvenir qılınc, 80 manat dəyərində sapla təbiət şəkli toxunulmuş portret, 150 manat dəyərində bir ədəd divar saatı, 400 manat dəyərində bir ədəd “Kenwood” markalı tozsoran, 200 manat dəyərində bir ədəd “Kenwood” markalı ütü, 300 manat dəyərində bir ədəd qadın üçün qızıl boyunbağı, ümumi dəyəri 500 manat olan beş ədəd müxtəlif ölçülü xalılar oğurlanmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1660 (bir min altı yüz altmış) manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs2 Kəpəz Rayon Polis İdarəsinə gedib baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyan barədə daha dəqiq və ətraflı şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqında Şahid2 ifadə verməkdən imtina etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2020-ci il tarixli 216 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 oğurlanmış 7 adda əmlakın orta bazar qiyməti ilə ümumi dəyəri 950 manat müəyyən olunur. ( i.v. səh.50-51) Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən zərər tam ödənildiyi üçün heç bir şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər ödənildiyi üçün şikayəti və tələbi olmadığını göstərmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər ödənildiyi üçün şikayəti və tələbi olmadığını göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 08 iyun 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Apelyasiya Məhkəməsinin 10.01.2018-ci il tarixli qərarı ilə 02 il 06 ay azadlaqdan məhrum etmə cəzası və 400 manat cərimə cəzası təyin edilib, CM-in 70-ci maddəsinə əsasən cəzası 2 il sınaq müddəti ilə şərti tətbiq edilib, CM-in 68.2 maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınıb. 01.01 2020-ci ildə sınaq müddəti başa çatdığından və 27 may 2019-cu ildə cəriməni ödədiyindən şöbədən qeydiyyatdan çıxarılmışdır (cild İ.i.v. səh.126-128) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 08.06.2020-cı il tarixli məlumatından görünür ki, Məmmədov X5 Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli hökmü ilə CM-in 170.1,177.2.1,177.2.3,185.2.1,185.2.2 maddələri ilə təqsirli bilinərək CM-in 69.3 maddəsinə əsasən ona 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Salyan Rayon Məhkəməsinin 01.05.2018-ci il tarixli qərarı ilə cəzası 3 il 06 aya endirilmişdir. 02.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild İ.i.v. səh.130) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli, 1(043)-33/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Mirabbas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 177.2.1-ci və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 185.2.1-ci və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.01.2018-ci il tarixli, 1(104)-10/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli, Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli hökmü ilə CM-nin 66.3cü maddəsinə əsasən təyin edilmiş 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzası və 400 manat cərimə cəzası 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 400 manat miqdarında cərimə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş CM-nin 68.2-ci maddəsinə əsasaən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Gəncə şəhəri Probasiya Şöbəsinin 07 iyul 2020-ci il tarixli, 32026/18 nömrəli məktubundan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.01.2018-ci il tarixli, 1(104)-10/2018 nömrəli qərarı üzrə Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddəti başa çatmış və 400 manat cərimə 27.05.2019-cu ildə tam şəkildə dövlət büdcəsinə ödəmişdir. Şübhəli şəxsin tutulması haqqında 06.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş 08.05.2020-ci il tarixdə MSY-dən azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında 06.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Mirabbas oğlu 06.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş 08.05.2020-ci il tarixdə MSY-dən azad olunmuşdur. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxslərə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun barəsində cəza təyin edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə barışıq əldə etmələrini, cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 Mirabbas oğlu tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddələr üzrə onlara cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 26 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mirabbas oğlu təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Gəzasının əvvəli həbsə alındığı vaxtdan yəni 08 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil X4 və Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğluna göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 35 iş saatına görə 210 (iki yüz on) manat, Müdafiəçi1 35 iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan 33 ədəd 1 manatlıq «Azersell» danışıq kartları, 26 ədəd 2 manatlıq «Azersell» danışıq kartları, 19 ədəd 3 manatlıq «Azersell» danışıq kartları, 7 ədəd 2 manatlıq «Nar» danışıq kartları, 3 ədəd 5 manatlıq «Nar» danışıq kartları, 25 ədəd 1 manatlıq «Baksell» danışıq kartları, 14 ədəd 2 manatlıq «Baksell» danışıq kartları, 18 ədəd 3 manatlıq «Baksell»danışıq kartlarının sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd suvenir qılınc, 1 ədəd təbiət şəkli təsfir olunmuş portret, 1 ədəd bivar saatı, 1 ədəd «Kenwod» markalı tozsoran, 1 ədəd «PHİLİPS» markalı ütü, 1 ədəd qadın üçün qızıl boyunbağı, 5 ədəd müxtəlif ölçülü xalıların isə sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 -cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iki gün tutulduğu müddət azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər hesablanmaqla ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz ) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Mirabbas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 -cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki ) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun iki gün tutulduğu müddət azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər hesablanmaqla ona qəti olaraq 02 (il) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 08 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Mirabbas oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğlundan müştərək qaydada tutularaq büdcə təsnifatının kodu142319,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğluna göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 35 iş saatına görə 210 (iki yüz on) manat, Müdafiəçi1 35 iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirabbas oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-18/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-18/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver