Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-18/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 97, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə haqqında cinayət işi ayrılmış başqa bir şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10.04.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olma yolu ilə oradan 2000 manat dəyərində istilik sistemini, ümumi dəyəri 180 manat olan 03 ədəd alüminium qazanı, ümumi dəyəri 90 manat olan 03 ədəd alüminium ləyəni, ümumi dəyəri 90 manat olan 03 ədəd alüminium aşsüzəni, ümumi dəyəri 200 manat olan 03 ədəd su matorunu, ümumi dəyəri 150 manat olan 04 ədəd tozsoranı, ümumi dəyəri 50 manat olan 03 ədəd 10 litr həcmli su betonunu, ümumi dəyəri 500 manat olan 03 ədəd xalçanı gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxsə 3260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda 5 ədəd siqaret falqasına bükülü halda təmiz çəkiləri 0,186 qram, 0,103 qram, 0,170 qram, 0,136 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,738 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib, üzərində daşımış və 10.07.2021-ci il tarixdə Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, qanunsuz olaraq psixotrop maddələri satmaqda, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri 10.07.2021-ci il tarixdə saat 17:40 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 1 saylı poliklinikanın qarşısında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş və idarədə onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan göy cins şalvarın arxa sol cibindən ayrı-ayrılıqda 5 ədəd siqaret falqasına bükülü halda təmiz çəkiləri 0,186 qram, 0,103 qram, 0,170 qram, 0,136 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,738 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci mаddələri ilə оnа elаn edilmiş ittihаmlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin aprel ayının axırlarında qonşusu İlkin ilə birlikdə digər qonşuları Etibarın bibigilə məxsus Gəncə şəhəri, Balabağman qəsəbəsi M.Maqomayev küçəsində yaşayış olmayan evə getmişdir. Həmin vaxt o, evə girməmiş, İlkin hasardan evin həyətinə düşmüşdür. Oradan iki ədəd alüminium ləyənləri, 1 ədəd qazanı, 1 ədəd xalçanı və istilik sistemini sökərək gizli olaraq götürmüş, daha sonra taksi ilə Gəncə şəhəri Əttarlar küçəsinə gəlmiş və həmin əşyaları İlkin Gəncə şəhəri Əttarlar küçəsində yerləşən köhnə Mərkəzi Bazarın qarşıında yerləşən mağazada tanımadıqları qadına satmışdır. İstilik sistemini isə İlkin başqa bir şəxsə satmışdır. Oğurluq hadisəsini İlkin təkbaşına törətmiş, onun həmin hadisədə heç bir rolu olmamış, sadəcə hadisə vaxtı İlkinin yanında olmuşdur. Bundan başqa o, əvvəllər Gəncə şəhəri, Dubay bazarı kimi tanınan yerdə qardaşı ilə birlikdə mağazada işləmiş, lakin sonradan psixotrop maddə qəbul etməyə başladığına və davamlı ağrıları olduğuna görə işlərini davam etdirə bilməmişdir. O, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin psixotrop maddəni istifadə etdiyi üçün ilk görünüşdən tanıyır. 10.07.2021-ci il tarixdə saat 17:40 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində 1 saylı poliklinikanın qarşısı ilə yol kənarı ilə gedən zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmiş, onu polis idarəsinə dəvət etmişlər. Kəpəz rayon polis idarəsində üzərinə şəxsi axtarış başlanmış, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd üzərində dollar şəkli olan pul kisəsi, pul kisəsinin içərisindən isə 5 ədəd ayrı-ayrılıqda siqaret falqalarına bükülü halda metamfetamin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş bükümlər ayrı-ayrılıqda elektron tərəzisində çəkilmiş, daha sonra qablaşdırılmışdır. O, üzərindən aşkar edilmiş metamfetamindən heç kimə satmamış, həmin maddələri satmaq niyyəti ilə üzərində gəzdirməmişdir. Həmin vasitəni yalnız özünün istifadəsi üçün əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 adlı şəxsi xeyli müddətdir tanıyır, o onun əvvəllər idarə etdiyi taksi avtomobilindən istifadə etmişdir. Lakin, sonradan onunla münasibəti olmamışdır. O, Elşənə heç vaxt metamfetamin satmamışdır. Elşənin bu barədə bildirdikləri yalandır. Bu səbəbdən o, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Sonda təqsirləndirilən şəxs onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 10 aprel 2021-ci il tarixdə o evə baxış keçirən zaman evin bütün əşyaları yerində olmuşdur. 17 may 2021-ci il tarixdə saat 11 radələrində o, evə getmiş və evin dəhlizinə quraşdırılmış istilik sisteminin yerində olmadığını görmüş və həmin vaxt evdən oğurluq edildiyini başa düşmüşdür. Buna görə də evin otaqlarına və yardımçı tikililərə baxış keçirmişdir. O, evin yataq otağında olan divanın üzərinə qoyulmuş 03 ədəd qədimi xalçanın, evin yardımçı tikilisində olan 03 ədəd alüminium materialından olan ləyənin, 03 ədəd alüminium materialından olan qazanların, 03 ədəd aşsüzənlərin, 03 ədəd su matorunun, 04 ədəd tozsoranın və 03 ədəd 10 litr həcmində su betonunun yerində olmadığını görmüşdür. Buna görə də o, həmin evdə oğurluq olduğunu dəqiqləşdirdiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Evdən əşyalar 10 aprel 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək olan müddət ərzində oğurlanmışdır. Oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Öz yaşadıqları evdə yer olmadığına görə müəyyən əşyaları ünvan 4 ünvanda yerləşən evə yığmışlar. Həmin evdən oğurlanmış istilik sisteminin qiyməti 2000 manat, 03 ədəd alüminium qazanın ümumi qiyməti 180 manat, 03 ədəd alüminium ləyənin ümumi qiyməti 90 manat, 03 ədəd alüminium materialından olan aşsüzənlərin qiyməti 90 manat, 03 ədəd su matorunun qiyməti 200 manat, 04 ədəd tozsoranın ümumi qiyməti 150 manat, 03 ədəd 10 litr həcmli su betonunun ümumi qiyməti 50 manat və 03 ədəd qədimi xalçaların ümumi qiyməti 500 manat təşkil edir. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 3260 manat dəyərində maddi ziyan dəymişdir. Oğurlanmış əşyalardan bir ədəd ləyən və bir ədəd xalça qaytarılmış, digər əşyalar nə qaytarılmamış, nə də ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmədiyinə görə ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri qismində Təqsirləndirilən şəxsla tanış olmuşdur. Raminlə tez-tez Gəncə şəhəri ərazisində qarşılaşdıqlarına görə onunla münasibəti yaranmağa başlamışdır. Bir müddət keçdikdən sonra Ramin onda metamfetamin olduğunu, həmin maddəni ona pul müqabilində sata biləcəyini bildirmişdir. O isə ilk vaxtlar Raminə etibar etmədiyinə görə ondan metamfetamin almağa qorxmuş, lakin sonradan məcbur olduğuna, bədənində ağrıları olduğuna görə Ramindən psixotrop maddə almaq qərarına gəlmişdir. Ramin ona əvvəllər 4-5 dəfə metamfetamini pul qarşılığında almağını təklif etmişdir. Lakin, o Raminə etibar etmədiyi üçün almamışdır. Sonuncu dəfə isə 07 iyul 2021-ci il tarixdə bədənində ağrıları olduğuna görə Raminlə görüşüb ondan metamfetamin almış və buna görə Raminə 10 manat pul vermişdir. Ağrıları olduğuna görə vaxt itirmədən yaşadığı evə gedib Ramindən aldığı metamfetamini istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri Ş.İ.Xətai prospekti, ev 97, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə gəzdirməsi, satması və psixotrop maddə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, baş əməliyyat müvəkkili X7 və əməliyyat müvəkkili Şahid4 iştirakları ilə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 10.07.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı poliklinikanın qarşısında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti, 265 ünvanında yerləşən Kəpəz rayon polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxlaması, satması və psixotrop maddələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən pul kisəsi, pul kisəsinin içərisindən isə 5 ədəd ayrı-ayrılıqda siqaret falqalarına bükülü halda metamfetaminə oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş bükümlərdə olan metamfetam ayrı-ayrılıqda elektron tərəzisində çəkilmiş, daha sonra zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkilləri Şahid4 və X7 öz ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X9 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahin ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən obyektdə işlənmiş köhnə əşyaların alqı-satqısı ilə məşğul olur. 12 aprel 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində işlədiyi mağazaya bir nəfər uca boylu, arıq, nisbətən qarabəniz, adı ona sonradan məlum olan İlkin adlı şəxs onun yanına gələrək özünə məxsus 03 ədəd qazanı, 02 ədəd alüminium ləyəni, 01 ədəd aşsüzəni, həmin 03 ədəd qazandan hər hansı birinə məxsus 01 ədəd qapağı istifadə etmədiyini və Rusiya Fedarasiyasına gedəcəyi üçün pula ehiyacı olduğu üçün həmin əşyaları satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə həmin əşyalara baxdıqdan sonra ala biləcəyini bildirmiş, bundan sonra həmin şəxs ona 03 ədəd qazanı, 02 ədəd alüminium ləyəni, 01 ədəd aşsüzəni, həmin 03 ədəd qazandan hər hansı birinə məxsus 01 ədəd qapağı təqdim etmişdir. O, həmin əşyalara baxdıqdan sonra 120 manat qarşılığında ala biləcəyini bildirmiş, həmin şəxs onunla razılaşdıqdan sonra İlkin ona sürücülük vəsiqəsini təqdim etmiş və o, X10 olduğunu bilmişdir. O, həmin şəxsdən aldığı əşyaları və sürücülük vəsiqəsinin seriya nömrəsini dəftərə yazmışdır. Bundan sonra həmin şəxsə 120 manat ödəniş etmiş və pulu götürərək çıxıb getmişdir. Bundan sonra o, həmin əşyaları mağazaya qoyaraq satışa çıxarmış və təxminən 1-2 gün sonra həmin əşyalardan hamısını əvvəllər tanımadığı şəxslərə satmış və geriyə yalnız 01 ədəd ləyən qalmış, o, həmin ləyəni satmamış və həmin şəxsdən aldığı ləyəni və sürücülük vəsiqəsinin seriya nömrəsini yazdığı dəftəri təqdim edə biləcəyidir. O, X4 yuxarıda qeyd etdiyi hadisəyədək tanımamış, hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. İlkin ona həmin əşyaların özünə məxsus olduğunu, Rusiya Fedarasiyasına getdiyindən ötrü pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, həmin əşyaların oğurluq olmasını bilməmiş, X10 əvvəllər və ya sonrasında ona hər hansı bir əşya satmamış, hər hansı bir alış verişləri olmamışdır. Yuxarıda da, qeyd etdiyi kimi o, həmin hadisəyədək X4 tanımamışdır. Ona həmin əşyaları satacağını əvvəlcədən bilməmiş, bu barədə hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. İlkin ona sadəcə yuxarıda qeyd etdiyi miqdarda və növdə əşyanı satmaq istədiyini bildirmiş və o da sadəcə həmin əşyaları almış, başqa hər hansı bir əşya almamışdır. İlkin həmin vaxt tək olmamış, arıq bədən quruluşlu, qarabəniz bir oğlan köməklik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” 10.07.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd üzərində dollar şəkli olan pul kisəsi, pul kisəsinin içərisindən isə 5 ədəd ayrı-ayrılıqda siqaret falqalarına bükülü halda şəffaf rəngli, kristal şəkilli ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş siqaret falqasına bükülmüş vəziyyətdə olan maddə metamfetamindir. O, həmin kütlələri 3 gün əvvəl Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Dubay bazarı deyilən bazarın yaxınlığında küçədən yol kənarından tapmış, narkotik vasitə aludəçisi olduğuna görə üzərində saxlamış, satmaq niyyətində olmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 11.07.2021-ci il tarixli, 16/677 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki, 5 (beş) ədəd “qızılı” rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,103 qram, 0,170 qram, 0,136 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,738 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi – 0,738 qram, tədqiqata sərf edilmiş – 0,25 qram (hər birindən 0,05 qram) qalıq 0,488 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 13.09.2021-ci il tarixli, 1083 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Üzləşdirmə haqqında” 28.08.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək, ondan 07.07.2021-ci il tarixdə 10 manat müqabilində metamfetamin aldığını demişdir. “Şübhəli şəxsin ifadənin yerində yoxlanılması haqqında” 04.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanması zamanı 2021-ci ilin aprel ayının sonlarında İlkin adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdikləri fərdi yaşayış evində iş üçün əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadələrini təsdiq etmiş, daha sonra yaşadığı evdə saxladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd xalçanı istintaqa təhvil vermişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. “Könüllü təqdim etmə və götürmə haqqında” 23.06.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd ləyən götürülmüşdür. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 24.06.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 götürülmüş 1 ədəd ləyən və təqsirləndirilən şəxsin könüllü təqdim etdiyi 1 ədəd xalça Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Tanıyan zərər çəkmiş şəxs bildirdi ki, ona təqdim edilmiş 1 ədəd ləyəni üzərində əvvəlcədən xüsusi işarələr qoyduğuna, rənginə, üzərində müəyyən çapıq və əziklərin olması əlamətlərinə görə tanımışdır. Eyni zamanda təqsirləndirilən şəxsin təqdim etdiyi 1 ədəd xalçanı isə qədimiliyinə, özünə məxsus xüsusi naxışları olduğuna görə tanımışdır. 24.06.2021-ci il tarixli qəbzdən görünür ki, ibtidai istintaq zamanı şahid Şahid1 götürülmüş 1 ədəd ləyən və təqsirləndirilən şəxsin könüllü təqdim etdiyi 1 ədəd xalça Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil vermişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28.07.2021-ci il tarixli 9/4971 nömrəli rəyinə əsasən, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə əşyaların satışı məntəqələrində möcvud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən əvvəllər istifadə olmuş tədqiqat obyektlərinin, 2021-ci ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur. Belə ki, 01 ədəd 1,5x2,10 metr ölçülərdə yerli istehsallı, işlənmiş yun gəvə 500,00 manat, 02 ədəd hər biri 20 litr tutumlu, alüminium işlənmiş qazanlar 40,00 manat, 02 ədəd hər biri 15 litr tutumlu, alüminium işlənmiş ləyənlər 30,00 manat, “Chaffoteaux” markalı TALİA System 25FF-30FF-35FF markalı 32 KW-lıq işlənmiş istilik sistemi (kombi) 800,00 manat olması müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14.09.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının müvafiq tədqiqatlarından qalıq qalmış narkotik vasitə olan qurudulmuş marixuana, şahid Lidya Rafatovanın təqdim etdiyi 01 ədəd ləyən, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd xalça iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmiş cinayət işi üzrə təqsirləndirilən X5 istintaqdan yayınması nəzərə alınaraq, onun barəsində ayrıca istintaq aparılması üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ayrılmışdır. 03.06.2021-ci il tarixli, 121-18489-1221 nömrəli əməliyyat-tapşırığına cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən 25.04.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək olan müddət ərzində istilik sistemi və məişət əşyaları oğurlayan şəxslərin xx.xx.1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 97, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs və İlkin adlı şəxslər tərəfindən oğurlandığı müəyyən edilmiş, lakin oğurladıqları əşyaları satdıqları şəxslərin dairəsi və İlkin adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin, yəni onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlaması, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurluğu İlkin adlı şəxsin təkbaşına törətdiyini, onun həmin hadisədə heç bir rolunun olmadığını, sadəcə hadisə vaxtı İlkinin yanında olduğunu, eləcə də onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə üzərində saxlamadığını bildirsə də, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri və məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, 2021-ci ilin aprel ayının axırlarında qonşusu İlkinə digər qonşuları Etibarın bibigilə məxsus Gəncə şəhəri, Balabağman qəsəbəsi M.Maqomayev küçəsində yaşayış olmayan evlərinin olması barədə məlumat vermiş, sonra onlar həmin günü səhər saatlarında İlkin ilə birlikdə qabaqcadan razılaşaraq həmin ünvana getmiş və hasardan evin həyətinə düşmüşdür. Oradan iki ədəd alüminium ləyənləri, 1 ədəd qazanı və 1 ədəd xalçanı gizli olaraq götürmüş, daha sonra gəldikləri yerdən çıxaraq özünü, nömrəsini və markasını tanımadıqları taksi ilə Gəncə şəhəri Əttarlar küçəsinə gəlmiş və həmin əşyaları Gəncə şəhəri Əttarlar küçəsində yerləşən köhnə Mərkəzi Bazarın qarşısında yerləşən mağazada tanımadıqları qadına ümumilikdə hamısını 85 manat qiymətə satmışlar. Daha sonra həmin 85 manat pulu İlkin ilə qabaqcadan razılaşmaqlarına görə aralarında bölmüşlər. Bu hadisədən sonra İlkin ilə yenidən həmin günün səhərisi ikinci dəfə həmin ünvana, yəni ünvan 9 üçün getmiş, evin hasarından aşaraq həyətə düşmüş və evin sağ tərəf divarına bitişik istilik sistemini özləri ilə gətirdikləri qaz açarı ilə sökərək İlkingilin yaşadığı ünvan 10 ünvanının zirzəməsinə gətirib qoymuşlar. Bu hadisədən iki gün sonra İlkin həmin istilik sistemini metal sexinə satdığını demiş, lakin İlkin həmin istilik sistemini kimə və nə qədər qiymətə satdığını ona dəqiq deməmiş, daha sonra Gəncə şəhər Nizami rayon polis idarəsinin əməkdaşları onu yaşadığı ünvanın yaxınlığında saxlayaraq polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olarkən isə o, törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs oğurluq ittihamı üzrə ibtidai istintaq zamanı daha dolğun, təfərruatlı ifadə vermiş, digər şəxslə birlikdə hansı qaydada zərər çəkmiş şəxsə məxsus evə daxil olmalarını, həmin evdən hansı əşyaları oğurlamalarını və başqa şəxsə satmalarını dəqiqliklə göstərmişdir. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən də o, oğurluq hadisəsini necə törətmələrini əyani şəkildə izah edərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı oğurluq cinayət əməli üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, onun digər şəxslə qabaqcadan əlbir olaraq həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətinin protokolları ilə tam sübuta yetirildiyindən, onun həmin epizod üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi daha mötəbər sübut kimi qəbul edilməli, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi isə məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə oğurlanmış əşyaların dəyəri barədə ekspert rəyi ilə zərərçəkmiş şəxsin ona vurulmuş ziyanın miqdarı ilə bağlı ifadəsini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində olan qiymət əsas götürülməlidir. Belə ki, məhkəmə qeyd edir ki, həmin əşyaların metal tullantı kimi satış qiyməti belə ekspert rəyində göstərilən qiymətdən artıqdır. Bundan başqa, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Raminlə tez-tez Gəncə şəhəri ərazisində qarşılaşdıqlarına görə onunla münasibəti yaranmağa başlamışdır. Bir müddət keçdikdən sonra Ramin onda metamfetamin olduğunu, həmin maddəni ona pul müqabilində sata biləcəyini bildirmişdir. O isə ilk vaxtlar Raminə etibar etmədiyinə görə ondan metamfetamin almağa qorxmuş, lakin sonradan məcbur olduğuna, bədənində ağrıları olduğuna görə Ramindən psixotrop maddə almaq qərarına gəlmişdir. Ramin ona əvvəllər 4- 5 dəfə metamfetamini pul qarşılığında almağını təklif etmişdir. Lakin, o Raminə etibar etmədiyi üçün almamışdır. Sonuncu dəfə isə 07 iyul 2021-ci il tarixdə bədənində ağrıları olduğuna görə Raminlə görüşüb ondan metamfetamin almış və buna görə Raminə 10 manat pul vermişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs ilə şahid arasında keçirilmiş üzləşmə zamanı, eləcə də məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona pul müqabilində metamfetamin satdığını demişdir. Təqsirləndirilən şəxsin özü də ifadələrində şəxsi axtarış zamanı onun üzərindən beş bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunduğunu etiraf etmiş, lakin nə üçün üzərində məhz beş bükümdə metamfetamin gəzdirməsinin səbəbini izah edə bilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin beş ədəd ayrı-ayrı bükümlərə bölünməsini və üzərində daşımasını, eləcə də şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları qarşılıqlı surətdə təhlil edərək belə hesab edir ki, ibtidai araşdırma orqanı haqlı olaraq təqsirləndirilən şəxsin məhz satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıması qənaətinə gəlmiş və ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə münasibətdə isə sanksiyada nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-129/2021 saylı, 12.07.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 10.07.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10.07.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınan Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanc yerində saxlanılan cəmi 0,488 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd alüminium materialdan olan ləyən və 01 ədəd xalçanın zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80,40 manat pul təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 13.09.2021-ci il tarixli, 1083 saylı rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 0,488 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd alüminium materialdan olan ləyən və 1 ədəd xalçanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 80,40 manat (səksən manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-18/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-18/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver