Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-183/2021 19.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Yaləyəddin qızının, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 19 noyabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1981-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Təzə Məhəllələrdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 20 dekabr 2020-ci il tarixdə saat 00:30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Cavad xan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs4 yaşayış evinin pəncərəsinə mexaniki təsir göstərib sındıraraq həmin pəncərədən yaşayış evinə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus olan 01 ədəd 108 dioqanal ölçülü 780 manat dəyərində «Samsung» markalı televizoru, 01 ədəd 20 manat dəyərində ütünü, 01 ədəd 100 manat dəyərində yataq üzlüyü dəstini, 470 manat dəyərində qab-qacaq dəstini, 01 ədəd 170 manat dəyərində tozsoranı, 01 ədəd 128 manat dəyərində İran istiehsalı olan elektrik daş sobasını, 01 ədəd 30 manat dəyərində saç fenini, 01 ədəd 70 manat dəyərində DVD pleyer aparatını, cəmi 1610 manat dəyərində olan 01 ədəd kişi üzüyü, 01 ədəd uşaq boyunbağı, 01 ədəd uşaq üçün sırğadan ibarət qızıl-zinyət əşyalarını gizli yolla talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 3358 (üç min üç yüz əlli səkkiz) manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, bundan sonra o, həmin cinayət əməlini gizlətmək məqsədilə Zərərçəkmiş şəxs4 46,0 kv.m-dən ibarət yaşayış evini qəsdən yandırıb 20000 (iyirmi min) manat dəyərində yaşayış evində olan ev və geyim əşyalarını məhv etməklə, habelə yaşayış evinin tikili və təmir hissəsini zədələyib məhv etməklə 9200 (doqquz min iki yüz) manat məbləğində ziyan vuraraq zərərçəkmiş şəxsə ümumilikdə xeyli miqdar hesab edilən 29200 (iyirmi doqquz min iki yüz) manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs4 əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 27 dekabr 2020-ci il tarixdə saat 20:30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Cavad xan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs2 yaşayış evinin pəcərəsinə mexaniki təsir göstərib sındıraraq həmin pəncərədən yaşayış evinə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd «Supra» markalı 200 manat dəyərində televizoru, 01 ədəd 50 manat dəyərində «Super max» markalı anten peyk aparatını, 01 ədəd 40 manat dəyərində kişi köynəyini, 01 ədəd 70 manat dəyərində tozsoranı, 01 ədəd 120 manat dəyərində tozsoranı, 02 ədəd hər biri 60 manat dəyərində yataq üzlüyü dəstlərini, 01 ədəd 50 manat dəyərində su çəlləyini, 02 ədəd hər biri 30 manat dəyərində qənd qabılarından ibarət ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində əşyaları gizli yolla talayaraq zərər çəkmiş şəxsə 710 (yeddi yüz on) manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, bundan sonra o, həmin cinayət əməlini gizlətmək məqsədilə Zərərçəkmiş şəxs2 12,0 kvadrat metrdən ibarət yaşayış evini qəsdən yandırıb 5000 (beş min) manat dəyərində yaşayış evində olan ev və geyim əşyalarını məhv etməklə, habelə yaşayış evinin tikili və təmir hissəsini zədələyib məhv etməklə 5000 (beş min) manat məbləğində ziyan vuraraq zərərçəkmiş şəxsə ümumilikdə xeyli miqdar hesab edilən 10000 (on min) manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs2 əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 30 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Cavad xan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs3 yaşayış evinin qapısına mexaniki təsir göstərib sındıraraq həmin qapıdan yaşayış evinə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd 400 manat dəyərində «İPONE 4S» markalı mobil telefonuu, 01 ədəd 200 manat dəyərində «LC» markalı televizoru, 01 ədəd 30 manat əyərində ütünü, 60 manat dəyərində çay üçün çaynik və 06 ədəd stəkan-nəlbəki olan çay dəstini, 01 ədəd 40 manat dəyərində qaz sobasını, 02 ədəd hər biri 20 manat dəyərində kişi köynəyini, 02 ədəd hər biri 30 manat dəyərində kişi şalvarını, 03 dəst hər biri 30 manat dəyərində yorğan-döşək üzlüyünü, 02 ədəd hər biri 10 manat dəyərində əl çantalarını, 01 ədəd 20 manat dəyərində diplomat tipli çantadan ibarət ümumilikdə 960 manat məbləğində əşyalarını gizli yolla talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 960 (doqquz yüz altmış) manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, bundan sonra o, həmin cinayət əməlini gizlətmək məqsədilə Zərərçəkmiş şəxs3 16,0 kvadrat metrdən ibarət yaşayış evini qəsdən yandırıb 2000 (iki min) manat dəyərində yaşayış evində olan ev və geyim əşyalarını məhv etməklə, habelə yaşayış evinin tikili və təmir hissəsini zədələyib məhv etməklə 6000 (altı min) manat məbləğində ziyan vuraraq zərərçəkmiş şəxsə ümumilikdə xeyli miqdar hesab edilən 8000 (səkkiz min) manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs3 əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 11 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri,Kəpəz rayonu, Cavad xan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yaşayanZərərçəkmiş şəxs1 yaşayış evinin arxa tərəf pəncərəsini daşla vurubsmdararaq həmin pəncərədən yaşayış evinə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd 50 manat dəyərində «Daevo» markalı televizoru, 01 ədəd 500 manat dəyərində «Toshiba» markalı televizoru, 01 ədəd 100 manat dəyərində elektrik mişarını, 01 ədəd 50 manat dəyərində «Marquss» markalı su nasosunu, 01 ədəd 30 manat dəyərində «Reka» markalı su gücləndirici hidrofonu, 01 ədəd 200 manat dəyərində «İphone 6» markalı mobil telefonu, 02 ədəd hər biri 250manat dəyərində xalçaları və evin mətbəx hissəsində olan soyuducudan dəyəri 20 manat dəyərində 2 kiloqram mal ətini gizli yolla talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 1450 (min dörd yüz əlli) manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, bundan sonra o, həmin cinayət əməlini gizlətmək məqsədilə Zərərçəkmiş şəxs1 97,6 kvadrat metrdən ibarət yaşayış evini qəsdən yandırıb 13125 (on üç min yüz iyirmi beş) manat dəyərində yaşayış evində olan ev və geyim əşyalarını məhv etməklə, habelə yaşayış evinin tikili və təmir hissəsini zədələyib məhv etməklə 21425 (iyirmi bir min dörd yüz iyirmi beş) manat məbləğində ziyan vuraraq zərərçəkmiş şəxsə ümumilikdə xeyli miqdar hesab edilən 34550 (otuz dörd min beş yüz əlli) manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs1 əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini,istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki , o, ailəsi ilə ayrıldığı üçün Gəncə şəhəri, Cavadxan qəsəbəsində təzə məhəllələr adlanan ünvanda anası tərəfindən alınmış frdi yaşayış evində yaşayır. Həmin evdə təkcə yaşayır. Gəncə şəhəri, Daşqın inşaat bazarında fəhləlik edir. Dəqiq xatırlamadığı tarixdə səhər işə gedərkən zibilxananın yaxınlığında gizlədilmiş məişət avadanlıqları aşkar edərək həmin əşyaları yığıb yaşadığı evə aparmışdır. Bundan sonra Polis əməkdaşları onun yaşadığı evə gələrək ona oğurluq etdiyini bildirərək onu polis idarəsinə aparmışlar. Polis idarəsində ona cinayət hadisələrinin etiraf etməsini bildirərək ona kömək olunacağını bildirdikləri üçün o, polisdə verdiyi ifadəsində cinayət hadisəsini törətməsini etiraf etmişdir.Tapdığı həmin əşyaların bir qismini yaşadığı evdə saxlamış, Göygöl rayonunun Hacıməlik qəsəbəsində mağazada yorğan-döşək üzünü 20 manata satmış, bir neçəsini də tanımadığı şəxslərə satmışdır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 Yoləyəddin qızı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində bir otaqlı ev tikərək orada yaşamışlar. Onlar həmin evə zəruri ev əşyaları almışdır. Müharibə ilə əlaqədar 2020-ci ilin okytabr ayından evlərində bir müddət yaşamamışlar, sonra da qış olduğuna görə qaz olmadığı üçün anasıgildə qalmışlar. 27 dekabr 2020-ci il tarixdə saat 21 radələrində o, Şəmkir rayonunun Seyfəli kəndində ata evində olarkən qonşuları Vüqarın həyat yoldaşı Mətiş ona zəng vurub onun Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki bir otaqlı evinin yandığını bildirmiş, o, həmin gün gələ bilməmiş, ertəsi günü gələndə onun bir otaqlı evinin ev əşyaları ilə birlikdə tamamilə yandığını görmüşdür. Evə daxil olarkən ev əşyalarından 01 ədəd «Surra» markalı, dəyəri 200 manat dəyərində televizor, 01 ədəd 50 manat dəyərində Super Max markalı, krosnu aparatı, bir ədəd 40 manat dəyərində markası bilmədiyi kişi köynəyi, 01 ədəd 70 manat dəyərində markaısı dəqiq bilmədiyi tozsoran və 01 ədəd 120 manat dəyərində tozsoran, 02 ədəd işlənməmiş hər biri 60 manat dəyərində yataq dəstləri, 01 ədəd 50 manat dəyərində su çəlləyi, 02 ədəd hər biri 30 manat dəyərində qənd qabılarının qalıqları belə olmadığını görmüş, o, qalan əşyaların, o cümlədən yorğan döşəyin qalığına kimi müəyyən etmiş, ona görə də sadaladığı ümumilikdə dəyəri 710 manat dəyərində ev əşyalarının oğurlanmasını dəqiqləşdirmişdir. Onun yanan ev əşyaları, yəni, yorğandöşəkləri, pal-paltarlar, xalçalar və digər əşyaları ümumilikdə 5000 manat civarında olmuşdur, yanmış evin təmiri və tkintisinə isə 5000 manat zərər dəymişdir.Baş vermiş hadisədən bir neçə gün sonra onların yaxın ərazidə yaşayan Arzu adlı şəxs onun evini və onun evindən başqa da digər bir neçə evi yandırdığı, yandırmamışdan əvvəl də evdəki müəyyən əşyaları oğurladığı, izi itirmək üçün də evi yandırdığı ona məlum olmuşdur. Onun evində iki döşək, iki yorğan, bir ikinəfərlik yorğan döşək dəsti, özlərinin müəyyən paltarları, uşağın paltarı, bir ədəd yerə sərdikləri xalça və digər əşyaları özü təxminən hesablamış, 5000 (beş min) manata yaxın məbləğ etmişdir. Yanmış ev idə usta və qohumlarla hesablamış, həmin evi əvvəlki əvəziyətinə gətirmək üçün azı 5000 manat xərc çıxacağını bildirmişlər. Ona görə də o, ev əşyaları ilə birlikdə ümumilikdə 10000 manat civarında dəyərləndirir. Yəni, yanğın hadisəsinin baş verməsi nəticəsində ona ümumilikdə 10000 (on min) manat maddi ziyan vurulmuşdur.O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, tanımadığı üçün də hər hansı bir münasibəti, ədavəti olmamışdır. O, oğurlanmış əşyaları özü almış, tozsoranlarını qiymətini bilir, ümumilikdə hamısının qiymətini bilir, həmin əşyaları özü aldığı üçün də qimyətlərini dəqiq yazmışdır. Həmin əşyaları o, bazardan almış, qiyməti və almağı barədə hər hansı bir rəsmi sənədi yoxdur. Təqsirləndirilən şəxs barəsində ciddi cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2013-cü ildə onlar Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsindən 4 sot torpaq sahəsi alıb fəhləliklə, iki otaqlı ev tikib orada yaşayırlar. 2020-ci ilin sentyabr ayından müharibə ilə əlaqədar Gəncə şəhərinə atılan raketlərə görə onlar bir müddət Göygöl rayonunun Tülallar kəndində ata evində qalmış, arabir Gəncə şəhərinə evlərinə baxmağa gəlibgetmişlər. O, həmin evin tikintisinə təxminən 10000 (on min) manata kimi xərc çəkmiş, evlərində yaşayış üçün lazım olan ev əşyaları, yataq dəstləri, lazımi əşyaların hamısı da olmuşdur. 20 dekabr 2020-ci il tarixinə keçən gecə saat 01 radələrində qonşulardan yadında qalmayan şəxs ona zəng vurub evin yandığını bildirmiş, onlar Gəncə şəhərinə evlərinə gələndə artıq evlərinin yandığını, yanğın söndürən də yanğını söndürüb getdiyini görmüşlər. Evin içərisində bir odun sobasından başqa heç bir əşyaları qalmamış, hamısı da yanmışdır. Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional idarəsinin əməkdaşları hadisə yerinə gəlib hadisə yerini ölçüb-biçmiş, hadisə nəticəsində o ev əşyaları ilə birlikdə evinin yandırılması nəticəsində evin tikintisinə və əşyalarına görə 27300 manat dəyərində ziyan vurulmasını yazdırmışlar. Onların evinin yandırılması nəticəsində yenidən həmin tikilinin bərpasına görə 5000 manat pul lazım olduğunu müəyyən etmişdir. Bundan əlavə fərdi yaşayış evindən müəyyən əşyaları yandırılmamış, həmin əşyaların qalıqları olmadığına görə, külü və digər detalları olmadığına görə o, həmin əşyaların ev yandırılmamışdan əvvəl oğurlandığını dəqiq bilmişdir. Həmin oğurlanmış əşyalara bir ədəd 780 manat dəyərində Samsung markalı, 108 mm diametrli televizor, 01 ədəd 20 manat dəyəində ütü, 01 ədəd 100 manat dəyərində yeni aldıqları yataq dəsti, 470 manat dəyərində qab-qacaq dəsti, 01 ədəd 170 manat dəyərində su ilə işləyən tozsoran, 01 ədəd 128 manata aldıqları markasını dəqiq bilmədiyi İran istehsalı elektrik daş sobası, bir ədəd 30 manat dəyərində saç feni, bir ədəd 70 manata aldıqları DVD pleyer aparatı həyat yoldaşı Sevincə məxsus 01 ədəd qızıl üzük, bir dəst sırğa, qolbağı və boyunbağı, ona məxsus olan 01 ədəd kişi üzüyü, 01 ədəd uşaq üçün boyunbağı, və uşaq üçün bir dəst sırğa olmaqla ümumilikdə 1610 manat qızıl-zinyət əşyaları oğurlanmışdır. Sadaladığı əşyalar dəqiq oğurlanmışdır. Belə ki, həmin əşyaların heç bir qalığını müəyyən edə bilməmiş, bu səbəbdən də onlar həmin əşyalar ev yandırılmamışdan əvvəl oğurlandığını dəqiq demişlər. Beləliklə də onların evdən ümumilikdə 3358 (üç min üçyüz əlli səkkiz) manat dəyərində ev əşyaları və qızıl-zinyət əşyaları oğurlanmışdır. Bundan əlavə evində yataq dəstləri, yoldaşının cehizlik əşyaları, divan, kreslo, xalçalar, yorğandöşək dəstləri, ayaqaltı kilimlər digər əşyalar da qəsdən yandırılmışdır. Ümumilikdə 20000 (iyirmi min) manata yaxın maddi ziyan vurulmuşdur. Onlar evin qəsdən yandırılması nəticəsində ona evin tikinti və təmiri ilə birlikdə 25000 (iyirmi beş min) manat civarında maddi ziyan vurulmuş, 3358 manat dəyərində də ev əşyaları və qızıl- zinyət əşyaları oğurlanmış, ümumilikdə o, 28358 (iyirmi səkkiz min üç yüz əlli səkkiz) manat civarında maddi ziyan vurulmuşdur.Bundan əlavə onların evin yanması nəticəsində həyat yoldaşı Sevincin təhsil diplomu, uşaqların doğum haqqında şəhadətnamələri, nikah sənədləri, əmək kitabçaları və digər sənədləri, şəkilləri hamısı yanmışdır. İlk əvvəl onların evdən oğurluq edən və evin yandıran şəxsin onlara yaxın ərazidə yaşayan Təqsirləndirilən şəxs adlı şəxs onların evdən və digər bir neçə evdən oğurluqlar etməklə eyni qaydada evləri yandırdığı onlara məlum olmuşdur. Hər il evə müəyyən tələbatları üçün əşyalar almış, uşaqlara pal-paltalar, özülərinə pal-paltarlar, uşaqlara müəyyən hədiyyələr və digər bu kimi əşyalar almışlar. Onlar onu ümumilikdə 10000 (on min) manat civarında hesablamışlar.Tikintiyə özü tanış usta ilə hesablayıb evi təmir edib əvvəlki vəziyyətinə gətirmək üçün 5000 (beş min) manat pul lazım olduğu müəyyən olunmuşdur.O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.O, əşyaları dəqiq hansı qiymətə aldığını bilir. Həmin əşyaları sənədsiz almış, televizoru da Goran qəsəbəsindən almış, sənədi olmamışdır, amma hamısının qiymətini dəqiq bilir. Uşaq boyunbağını 230 manata almış, uşaq sırğanı isə 240 manata almışlar, Sevincin üzüklərini birini 310 manata, bilərzik, üzük və sırğanı 630 manata özünə məxsus üzüyü 200 manata almışlar. Ümulikdə qızıl-zinyət əşyalarına 1610 manat pul verilmiş, dəyəri o qiymətə olmuşdur. Ümumilikdə onların evindən 3358 manat dəyərində ev və qızıl-zinət əşyaları oğurlanmışdır. Evlərinin yanması nəticəsində də əşyalarla biridikdə ümumilikdə 25000 (iyirmi beş min) manat ziyan vurulmuşdur, 20000 (iyirmi min) manat ev əşyalarının yanması nəticəsində 5000 (beş min) manat da fərdi yaşayış evinin yenidən təmiri, əvvəlki vəziyyətinə qaytarılması üçün vəsait lazımdır. Beləliklə də, ona ümumilikdə 28358 manat dəyərində maddi ziyan vurulmuşdur. Şikayətçi olduğunu və təqsirlənsirilən şəxsə daha ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, hərbi qulluqçudur. O, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən həmin evi ilkin sənədlərlə almışdır. 31 dekabr 2020-ci il tarixdə ona Gəncə şəhərində yadında qalmayan qohumlardan biri zəng vurub onların Gəncə şəhərindəki evlərində yanğın olduğunu, yanğın öz-özünə söndüyünü demişdir. O, bunu biləndən sonra işdən icazə alıb Gəncə şəhərinə gəlmiş, o, evə girəndə onların iki otaqlı yeni tikdirdikləri evin yola tərəf olan birinci otağında yanğın baş verdiyini görmüş, otağa girəndə otağın ortasında döşəmənin üzərində yorğan-döşək qoyub yandırıldığını, ətrafda olan çarpayı və özlərinin bir neçə geyim əşyalarının da yandığını görmüşdür. O, bunu görüb dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş, yanğın keçdiyi üçün Fövqaladə Hallardan heç kəsi çağırmamış, bir az keçmiş hadisə yerinə Kəpəz rayon Polis İdarəsinin işçiləri gəlmişdir. O, təcili iş yerinə qayıtmalı olduğu üçün tələsik bir ərizə və izahat vermişdir. Sonradan o, işdən çıxıb bir neçə gündən sonra ailə ilə birlikdə yaşadığı evə gələrkən yaşadıqları həmin evdən oğurluq da edildiyi ona məlum olmuşdur. Belə ki, ona atasıgil Rusiya Federasiyasından göndərdikləri təxminən 400 manat dəyərində İPONE 4S markalı ağ rəngli mobil telefonu, evdən bir neçə kişi paltarları, yastıq-döşək üzləri, qab-qacaq, yadında qalmayan digər bir neçə əşya da oğurlanmışdır.Bundan əlavə ona məxsus olan evin yanması nəticəsində ona təxminən 6000 (altı min) manat məbləğində ziyan vurulmuşdur. Belə ki, evin döşəmə və tavan hissəsi, evin pəncərə-qapı hissəsi tamamilə dəyişməlidir, evin iç hissəsi yenidən suvanıb rənglənməlidir. Onu da tanış ustalara hesablatmış, material və usta haqqı ilə birlikdə 6000 (altı min) manata başa gəlməsi müəyyən olunmuşdur. Bundan əlavə özlərinə məxsus olan yorğan-döşəklər, iki ədəd çapayının, geyim əşyaları yanması nəticəsində də 2000 (iki min) manat məbləğində ziyan vurulmuşdur. Eyni zamanda ona məxsus olan evdən 400 manat dəyərində İPONE 4S markalı mobil telefonu, 200 manat dəyərində LC markalı telefovizoru, bir ədəd 30 manat dəyərində ütü, 60 manat dəyərində çaynik, çay dəsti, 40 manat dəyərində qaz sobası, 2 ədəd hər biri 20 manat dəyərində kişi köynəyi, 02 ədəd hər biri 30 manat dəyərində kişi şalvarı, 3 dəst hər biri 30 manat dəyərində yorğan- döşək üzü, iki ədəd hər biri 10 manat dəyərində əl çantalarıı, bir ədəd 20 manat dəyərində diplomat tipli çantası oğurlanmışdır. Onun ümumilikdə yaşadığı evdən 960 manat dəyərində əşyası oğurlanmışdır. Beləliklə ona ümumilikdə 8960 manat dəyərində maddi ziyan vurulmuşdur. İlk əvvəl onların evindən oğurluq edən və evi yandıran şəxs müəyyən edilməmiş, sonradan onlara yaxın ərazidə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin evdən və digər bir neçə evdən oğurluqlar etməklə eyni qaydada evləri yandırdığı məlum olmuşdur. Onlar həmin şəxsi tanımamış, evlərini nəyə görə yandırmasını bilməmişlər. Oğurlanmış əşyaların bir qismini, o, bir qismini həyat yolddaşı, bir qismini də valideynləri almışdır. O, həmin əşyaları tanıyır, özü də həyat yoldaşından, valideynlərindən hər birinin qiymətini öyrənib dəqiqləşdirmişdir. Şikayətçi olduğunu və təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının 2-də yaşadıqları evdə qaz yanacağı olmadığı üçün, eyni zamanda oduncaq tədarükü tükəndiyi üçün maddi imkanı olmadığından ailəsi ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yaşayan qayınatası Səməndər Mehdiyevin evinə gedib orada qalmışlar, arabir gedib evlərinə baş çəkirmiş, özlərinə geyim əşyaları və digər əşyalar lazım olanda evdən götürmüdür. 12 yanvar 2021-ci il tarixdə gecə saat 00:30 radələrində tanışı Elnur adlı şəxs ona zəng vurub onların evlərinin yandığını bildirmişdir. O, qayınatası Səməndərlə birlikdə evlərinə baxmağa gedəndə evlərinin artıq yanğın söndürənlər tərəfindən söndürdüyünü görmüşdür. O, həmin vaxt evinin nə səbəbdən yanmasını, ona nə qədər maddi ziyan dəyməsini bilməmiş, ertəsi günü o, evinə girəndə evin çöl tərəfindən su xəttinə qoşulu olan su matoru, üzərindəki hidrafon olmadığını, yəni, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmiş, bundan sonra o, evin içərisinə daxil olub diqqətlə baxanda evin dəhliz hissəsində sağ tərəfdə qoyduğu elektrik mişarı da olmadığını, yəni, o mişarın nə yanığı, nə də ki özü olmadığını görmüş, ona görə də o mişarın oğurlanmasını bilmişdir. Bundan sonra evin zal və otaq hissələrinə baxanda zalın yuxarı baş tərəfində divara bərkidilmiş vəziyyətdə olan «Toshiba» markalı, 72 sm dioqanal ölçülü, dəyəri 500 manat olan 01 ədəd televizor da oğurlandığını, yəni, televizorun divara bərkidilmələri, yeri yandığını, televizorun da nə külü, nə də ki, özü olmadığını görmüşdür. Bu əlamətlərə görə də televizorun oğurlanmasını bilmişdir. Bundan əlavə onun evində olan köhnə model, «Daevoo» markalı, 50 manat dəyərində televizorunun da nə külü, nə də ki özü olmamış, həmin əşyanın da oğurlanmasını bilmiş, bundan əvvəl evində biri zal hissədə, digəri isə yataq otağının qapısının arxa tərəfində bükülü olan 02 ədəd, hər birinin dəyəri 250 manat olan xalçalarının «İpone 6» markalı mobil telefonun oğurlanmasını, ümumilikdə 1430 manat dəyərində əşyanın oğurlanmasını bilmiş, sonra yaşayış evinin bütün hissələrinin, o cümlədən dam örtüyünün də yanıb sıradan çıxmasını görmüş, eyni zamanda evində olan elektrik xəttinin aralı, sönülü olmasına görə, evində heç bir qaz xəttinin olmadığına görə tam əmin olmuşdur. Onun evi qəsdən yandırılmışdır. Hadisədən sonra onların evə yanğın zamanı gələn fövqəladə hallar əməkdaşları ilə əlaqə saxlayan zaman da evində baş vermiş yanğın kənar müdaxilədən yaranan, yəni, qəsdən yandırılmaqla olan bir hadisə olduğunu bildirmişlər. Bunları dəqiqləşdirəndən sonra o, 14.01.2021-ci il tarixdə Kəpəz rayon Pİ-nə gələrək şikayət ərizəsi vermişdir. Daha sonra isə onun evinin qəsdən yandırılması nəticəsində onun təxminən 13125 (on üç min yüz iyirmi beş) manat dəyərində ev əşyaları qəsdən yandırılmış, təxminən 21425 (iyirmi bir min dörd yüz iyirmi beş) manat dəyərində isə evinin tavan, döşəmə, pəncərə, qapı, dam örtüyü və digər hissələri yanmaqla ona qeyd etdiyi məbləğdə ziyan vurulduğunu dəqiqləşdirmişdir. Həmçinin baş vermiş yanğın hadisəsi nəticəsində ona ümumilikdə 34550 (otuz dörd min beş yüz əlli) manat maddi ziyan vurulmuşdur. Evinin qəsdən yandırılması nəticəsində uşaqlarının doğum haqqında şəhadətnamələri, sürücülük vəsiqəsi, yaşayış evinin kadastr və ilkin sənədləri, nikah haqqında şəhadətnaməsi anasının şəxsiyyət vəsiqəsi, onların özlərinin ümumvətəndaşlıq pasportları, uşaqlarının 600 manat dəyərində bahalı kitablar və digər zəruri əşyalarıda yanıb kül olmuşdur. Onun əvvəllər heç kəslə heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Soradan ona məlum olmuşdur ki, bütün bu hadisələri Təqsirləndirilən şəxs törətmişdir. Hətta onların soyuducusunda 2 kiloqram ət olmuşdur. İstintaq zamanı həmin ət təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim olunmuşdur. Şikayətçi olduğunu və təqsirləndirilən şəsxin barəsində ciddi cəza tyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Göygöl rayonu Tülallar kənd sakini Zərərçəkmiş şəxs4 ilə ailə həyatı qurmuş, əvvəl Göygöl rayonunun Tülallar kəndində Azərin ata evində qalmışlar, 2013-cü ildə onlar Gəncə şəhəri, Kəpəz rayonu, Cavad xan qəsəbəsindən 4 sot torpaq sahəsi alıb fəhləliklə, iki otaqlı ev tikib orada yaşamışlar. 2020-ci ilin sentyabr ayından müharibə ilə əlaqədəar Gəncə şəhərinə atılan raketlərə görə onlar bir müddət Göygöl rayonunun Tülallar kəndində Azərin ata evində qalmış, arabir Gəncə şəhərinə evlərinə baxmağa gəlib-getmişlər. Evin tikintisinə təxminən 10000 (on min) manata kimi xərc çəkmişlər, evlərində yaşayış üçün lazım olan ev əşyaları, yataq dəstləri, lazımi əşyaları olmuşdur. 20 dekabr 2020-ci il tarixinə keçən gecə saat 01 radələrində qonşulardan bir nəfər Azərə zəng vurub evlərinin yandığını bildirmişdir. Onlar Gəncə şəhərinə evlərinə gələndə artıq evlərinin yandığını görmüşlər. Evin içərisində bir odun sobasından başqa heç bir əşyaları qalmamış, hamısı da yanmışdır. Yanğınsöndürən əməkdaşları hadisə yerinə gəlib hadisə yerini ölçüb-biçmişlər, hadisə nəticəsində evin tikintisinə və əşyalarına görə 27300 manat dəyərində ziyan vurulması müəyyən olunmuşdur. Evlərinin yandırılması nəticəsində yenidən həmin tikilinin bərpasına görə 5000 manat pul lazımdır. Onlar bunu hesablamış, evin dam örtüyü, evin tavan və döşəmə hissəsi, pəncərə-qapı və digər təmir və tikinti əşyalarının alınması üçün pul lazımdır. Bundan əlavə fərdi yaşayış evlərində olan əşyaların külü və digər detalları olmadığına görə o, həmin əşyaların ev yandırılmamışdan əvvəl oğurlandığım bildirmişdir. Həmin oğurlanmış əşyalara bir ədəd 780 manat dəyərində Samsung markalı, 108 mm dioqanal televizor, 01 ədəd 20 manat dəyəində ütü, 01 ədəd 100 manat dəyərində yeni aldıqları yataq dəsti, 470 manat dəyərində qab-qacaq dəsti, 01 ədəd 170 manat dəyərində su ilə işləyən tozsoran, 01 ədəd 128 manata aldıqları markasını dəqiq bilmədiyi İran istehsalı elektrik daş sobası, bir ədəd 30 manat dəyərində saç feni, bir ədəd 70 manata aldıqları DVD pleyer aparatı oğulanmışdır. Onların evdən ümumilikdə 3358 (üç min üç yüz əlli səkkiz) manat dəyərində ev əşyaları və qızıl-zinət əşyaları oğurlanmışdır. Bundan əlavə evində yataq dəstləri, onun cehizlik əşyaları, divan, kresla, xalçalar, yorğan-döşək dəstləri, ayaqaltı kilimlər digər əşyalar da qəsdən yandırılmışdır. Bundan əlavə evin yanması nəticəsində onun təhsil diplomu, uşaqların doğum haqqında şəhadətnamələri, nikah haqqında sənədləri, əmək kitabçaları və digər sənədləri, şəkilləri hamısı yanmışdır. İlk əvvəl onların evdən oğurluq edən və evin yandıran şəxs müəyyən edilməmiş, sonradan onlara yaxın ərazidə yaşayan Təqsirləndirilən şəxs adlı şəxs onların evdən və digər bir neçə evdən oğurluqlar etməklə eyni qaydada evləri yandırdığı onlara məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma bibisi qızıdır, Pərvanə ilə münasibətləri çox yaxşıdır, birbirinə gediş-gəlişləri vardır. Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yerləşən torpaq sahəsini bibisi qızı Pərvanəyə 3000 manata satmışdır. Pərvanə həmin torpaqda bir otaqlı ev tikib müəyyən əşyalar almaqla yaşamağa başlamışlar. Sonra Pərvanənin həyat yoldaşı Rafiq işləmək üçün Rusiya Federasiyasına getmiş, Pərvanə də bəzi vaxtlar ata evinə getmiş, arabir də həmin evə baş çəkirmiş, o, özü Pərvanəgildə olmuş, evində zəruri ev əşyaları, televizorları olmuşdur. Elə bir yaxşı şəraitləri olmasa da orada qalmışlar, imkansız ailədirlər, qalmağa başqa yerləri olmamışdır. Sonra 2020-ci ilin dekabr ayının sonlarında Pərvanə ona zeng vurub evinin yandığını, evin içərisindəki əşyalar da yandığını demiş, sonra Pərvanə ona gedib evə baxdığını, bəzi əşyaların yanıq qalıqları olmadığını evin əşyasını oğurlandığını demişdir. Bir müddətdən sonra həmin evləri yandıran şəxsin, evlərdən oğurluq edib tutulduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1991-ci ildə Şahid7 ilə ailə həyatı qurmuş, birgə nigahlarından bir oğulları -Fariz olmuşdur. Onun oğlu Fariz 5 ildir ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir, o, özü də həyat yoldaşı Xalidə ilə birlikdə Rusiya Federasiyasına getmişlər, o, orada taksilik edib çörək pulu qazanır. Oğlu Fariz də həm Gəncə şəhərində, həm də işlədiyi Goranboy rayonunda qalmış, qış aylarında bəzi vaxtlar hava şəraiti ilə əlaqədar gəlib-gedə bilmir, Goranboy rayonunda qalmışdır. 01 yanvar 2021-ci il tarixdə oğlu Farizlə telefonla danışan zaman Fariz onların Gəncə şəhərində Farizə tiktirdikləri həmin iki otaqlı evin qəsdən yandırdığını demişdir. Hadisədən təxminən 40-45 gün sonra Fariz onların evdən oğurluq edən, sonra da evi yandıran şəxsin tutulduğunu demiş, həmin şəxsn də təzə məhəllələrdə yaşadığını demişdir. Onlar 2021-ci ilin iyun ayının 18-dən Rusiya Federasiyasından gələndən sonra bir daha özü də bunu hesablamış, tanış usta da gətirib hesablatmışlar. Həmin məbləğləri o, həyat yoldaşı Xalidə, oğlu Fariz, Farizin həyat yoldaşı, eyni zamanda usta şəxslərlə birlikdə hesablamış, evdən təxminən yorğan-döşək, çarpayı, geyim əşyaları ilə birlikdə 2000 manata yaxın əşya yanmışdır, evin özünün yanması nəticəsində evin tavanının, döşəməsinin, təzələnməsi, yenidən suvağının süvanması və əvvəlki vəziyyətinə düşməsi üçün usta pulu ilə birlikdə 6000 manat pul lazım olduğu müəyyən olunmuşdur. O, evdən oğulanmış əşyalardan 200 manat dəyərində televizorun qiymətini və Farizə Rusiyadan aldığı İPONE S4 markalı mobil telefonun 400 manat olmasını dəqiq bilir, qalan əşyaları Farizgil özləri bilirlər, özləri almışlar. O, bildiyinə görə təxminən 1000 manata yaxın əşya oğurlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 şahid Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, onlar bir neçə ildir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavad xan küçəsində torpaq sahəsi alıb ev tikdirmişlər. Onların yaşadıqları evdə təbii qaz xətti çəkilsə də qazın verilişi həyata keçirilməmişdir, qış aylarında evdə odun yandırmaqla və elektrik sobasından istifadə etməklə evlərini isidirlər. 2021-ci ilin yanvar ayının 2-də yaşadıqları evdə qaz yanacağı olmadığı üçün, eyni zamanda oduncaq tədarükü tükəndiyi üçün maddi imkanları olmadığından ailələri birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Cavad xan qəsəbəsində yaşayan qaynatası Səməndər Mehdiyevin evinə gedib orada qalmışlar. 12 yanvar 2021ci il tarixdə gecə saat 00:30 radələrində həyat yoldaşı Anarın tanışı Elnur adlı şəxs zəng vurub onların evlərinin yandığını bildirmişdir. Ertəsi günü evlərinə baxış keçirərkən evin çöl tərəfindən su xəttinə qoşulu olan su matoru, üzərindəki hidrafonun, evin dəhliz hissəsində sağ tərəfdə qoyduqları elektrik mişarının, evin zal və otaq hissələrinə baxanda zalın yuxarı baş tərəfində divara bərkidilmiş vəziyyətdə olan «Toshiba» markalı, 72 sm dioqanal ölçülü, dəyəri 500 manat olan 1 ədəd televizorun və divara bərkidilmələrinin, nə külünün, nə də ki özünün olmadığını görmüşlər. Bundan əlavə evlərində olan köhnə model, «Daevoo» markalı, 50 manat dəyərində televizorun 2 ədəd, hər birinin dəyəri 250 manat olan xalçaların da nə külü, nə də ki, özü olmamışdır. Rusiya Federasiyasından göndərilmiş «İpone 6» markalı mobil telefon da olmamışdır. Beləliklə, onların evlərindən qeyd etdiyi əşyaların oğurlanmasını, ümumilikdə 1430 manat dəyərində əşyanın oğurlanmasını bilmişlər.Daha sonra isə onların evlərinin qəsdən yandırılması nəticəsində onların təxminən 15000 (on beş min) manat dəyərində ev əşyaları qəsdən yandırılmış, təxminən 20000 (iyirmi min) manat dəyərində isə evin tavan, döşəmə, pəncərə, qapı, dam örtüyü və digər hissələri yanmaqla ziyan vurulduğu müəyyən olunmuşdur. Onların uşaqlarının bahalı kitabları da yanmış, o kitablara 600 manat pul vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, Daşqın inşaat bazarı yaxınlığında çayçı işləyir, bəzi vaxtlar da müştərilər istəyəndə çayçıda pivə verir. Cavadxan qəsəbəsinin Təzə Məhəllələr yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs son vaxtlar tanımışdır. Arzu «Daşqın» inşaat bazarında fəhlə işləyir, daha kimin yanında işləməsini bilmir. Arzu çayçıya gəlirdi, çay, pivə içirdi, həmişə də qızının ölümündən, ailəsinin dağılmasından danışırdı. Arzu bir neçə dəfə nəğd pula pivə içəndən sonra pivəni ondan nisyə formasında alırdı. Deyirdi ki, pulunu verəcəkdir. Arzu gəlib ona demişdir ki, onun evdə LC markalı televizoru var, işlətmir, həvəsi yoxdur,televizora baxsın. Arzu ona təklif etmişdir ki, həmin televizoru gətirib ona olan 50 manat borcunun yerinə versin. Arzu bunu təklif edəndən sonra Arzu ilə,doğrusu Arzunun təklifi ilə onun yaşadığı evə getmiş, qapıda gözləmiş, içəri girib bir ədəd LC markalı, arxası böyük ölçülü televizoru gətirib avtomobilə qoymuşdur. O, isə televizoru aparıb evə qoymuşdur, lakin televizorun ekranı açılmamışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşmış Arzudan televizor almasını ondan soruşmuşlar. O isə etiraf etmişdir. Belə ki, televizorun oğurlq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, «Daşqın» inşaat bazarının yaxınlığında mebel təmir etməklə ailəsini dolandırır. Goranboy rayon sakini Təqsirləndirilən şəxs son vaxlar tanımışdır. Ondan əvvəl tanışlıqları olmamışdır. Arzu Daşqın inşaat bazarında Turalın yanında fəhlə işləyir, oradan taxta və digər əşyalar alanda görmüşdür. Arzu ilə elə bir yaxın münasibətləri olmamışdır. Arzu əlində su matoru və su hidrofonu ilə onun yanına gəlib demişdir ki, özününküdür, evindir, ehtiyacı var, uşağı xəstədir,o da inanmışdır. Demişdir ki, 30 manata satır. Həmin su matorunu və hidrofonu almışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin əşyalar oğurlyq əşyalar olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, tikinti-təmir işlərində işləməklə ailəsinə çörək pulu qazanır. Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 xeyli vaxtdır ki, tanıyır, münasibətləri normaldır, qonşudurlar. 11 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixinə keçən gecə saat 24 radələrində o, evdə olmuş, yanğın söndürən avtomobillərin serena səsi ilə getməsini görüb küçəyə tərəf çıxanda aşağı tərəfdə ev yandığını görmüş, həmin evin yanmasını onun diqqətini cəlb etmiş, o, avtomobillərin arxasınca gedəndə yanğın söndürən avtomobillər Anargilin evlərinin yanında dayandığını Anarın da evinin yandığını görmüş, o, ilk əvvəl Anar və ailə üzvləri evdə olmasından qorxmuş, ona görə də o, tez özünə məxsus olan mobil telefonu ilə Anarın mobil nömrəsini yığıb harada olmasını soruşmuş, Anar evdə yatmasını demişdir. O, Anara qışqırıb tez çölə çıxmasını, evlərinin yandığını demiş, Anar da qaynatasıgildə olduğunu demiş, indi gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Anar oraya gəlmiş, yanğın söndürənlər evin yanğınını söndürmüş, Anarın evi demək olar ki, tam yanmış, dam örtüyü, döşəmə, tavan, evin içərisindəki əşyaların hamısı yanmışdır. O, bir az orada durub sonra çıxıb evinə gəlmişdir. Bir neçə gündən sonra Anarın evini Arzu adlı şəxs yandırdığı ona məlum olmuş, Arzu adlı şəxs Anarın evini yandırmamışdan əvvəl Anar ona evindən Arzunun bir neçə əşyasını da oğurladığını, oğurladıqlan sonra evi yandırdığını bildirmişdir. Həmçinin ona Arzunun Anarın evindən başqa Cavad xan qəsəbəsində digər bir neçə evidə eyni qaydada oğurluq edib yandırdığı məlum olmuşdur. O, oraya gələndə yanğın söndürənləri görmüş, ayrı onun kimi bir neçə nəfər də oraya gəlmiş, dəqiq həmin şəxslər yadında qalmamış, evin yanmasını ilk görən şəxsin də kim olmasını bilməmiş, o haqda heç bir məlumatı olmamışdır. Arzu adlı şəxsi əvvəllər tanımamış, elə bir münasibəti olmamışdır, Arzunun «Daşqın» inşaat bazarında fəhlə işlədiyini, bir neçə vaxtdır ki, Cavadxan qəsəbəsində yaşadığını sonradan eşitmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 03.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İİ, i.v.265-266) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.06.2021-ci il arixli, 10/1420 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə tikinti üzrə dəymiş ziyan təqribən 19520 manat, Zərərçəkmiş şəxs3Vahid oğluna məxsüus tikiliyə tikinti üzrə dəymiş ziyanın məbləği təqribən 3200 manat, Zərərçəkmiş şəxs4 istifadəsində olan tikiliyə tikinti üzrə dəymiş ziyanın məbləği təqriban 9200 manat, Zərərçəkmiş şəxs2 məxsus tikiliyə tikinti üzrə dəymiş ziyanın məbləği təqribən 2400 manat, naməlum şəxsə məxsus tikiliyə tikinti üzrə dəymiş ziyanın məbləği isə təqriban 2644,50 manat məbləğində müəyyən olunmuşdur. (cild İİİ, i.v. 48-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.04.2021-ci il arixli, 9/2216 nömrəli rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda və siyahıda göstərilən 11 adda malların orta istismar müddəti və orta istismar intensivliyi prpmetrlərinə uyğun olaraq 2020-ci ilin dekabr ayından 2021-ci ilin yanvar ayınadək olan orta bazar qimyəti nəzəri hesablama yolu ilə təxminən 815,0 manat müəyyən edilmiş, ekspertiza təyini haqqında qərarda və siyahıda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüsü, texniki göstəriciləri, hansı materialdan hazırlanması və sair) olmadığı üçün qimyətləndirmə aparmaq mümkün olmamışdır. (cild İİ, i.v 230-233) Şübhəli şəxsin tutulması haqqında 02.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v 82-83) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 4(043)-14/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 02.02.2021-ci il tarixdən hesablanmışdır. (cild İ, i.v 199-202) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 4(043)-57/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15.06.2021-ci il tarixədək uzadılmışdır. (cild İİ, i.v 196-198) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 4(043)-102/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15.08.2021-ci il tarixədək uzadılmışdır. (cild İİİ, i.v 21-23) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 4(043)-158/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə yəni 30.08.2021-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında 27.08.2021-ci il tarixli, 1(043)- 183/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq və əmlakı məhv etmə və zədələmə cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyi, baxış və gtürmə protokolu üzrə maddi sübutlarla və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayətin törədilməsinə görə əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin təkrar törədilməsini habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin edilən cəzasının əvvəli həbsə alındığı, 02.02.2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd 72 dioqanal ölçülü “Toshiba” markalı televizor, 01 ədəd suvenir at heykəli, 01 ədəd su gücləndirici hidrofonla birlikdə olan su nasosu iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd “Super max” markalı peyk anten aparatının pultu ilə birlikdə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Yaləyəddin qızına, 01 ədəd DVD pleyeri pultu ilə birlikdə, 01 ədəd ütü, 01 ədəd yataq dəstinin üzlüyü və 01 ədəd saç feni Zərərçəkmiş şəxs4, 01 ədəd qara rəngli «LC» markalı televizor, 01 ədəd ağ rəngli qaz sobası, 02 ədəd kişi şalvarı, 01 ədəd qutuda kişi köynəyi, 02 ədəd parça materialdan olan çantalar, 01 ədəd diplomat tipli çanta, 01 ədəd ütü, 01 ədəd çaynik, çay üçün 06 ədəd qab-qacaq dəsti, 02 ədəd kişi köynəyi, 01 ədəd kizi üst jileti və 02 ədəd yorğan-döşək üzlüyü dəsti Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, üzərində qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 02.02.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-183/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-183/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver