Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-184/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə “Sukanal” TSC-də maşinist işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu M.Şəfi küçəsi ev 42-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 04 (dörd) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri şəxsi istehlak miqdarından artıq miqdarda 0,446 qram, 0,423 qram, 0,431 qram, 0,441 qram ümumi təmiz çəkisi 1,741 qram çəkidə narkotik vasitə olan heroini və 01 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkişi şəxsi istehlak miqdarından artıq miqdarda 0,465 qram və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,104 qram, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,569 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 28 aprel 2021-ci il tarixdə saat 13:15 dəqiqədə Gəncə şəhəri M.S.Ordubadi küçəsində yerləşən 15 saylı orta məktəbin qarşısında Gəncə şəhər Kəpəz RPİ-nin CAŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər, Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən sağ ayağında olan corabın altındakı plastik qutunun içərisindən təmiz çəkiləri 0,446 qram, 0,423 qram, 0,431 qram, 0,441 qram olmaqla dörd bükümdə, ümumi təmiz çəkisi 1,741 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkiləri 0,465 qram, 0,104 qram olmaqla iki bükümdə ümumi təmiz çəkisi 0,569 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən saxlanılmamışdan 4-5 ay əvvəllər xəstəliyi ilə əlaqədar bədənində ağrılar olduğu üçün narkotik maddə istifadə etmişdir. 26.04.2021-ci il tarixdə axşam saat 20 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə M.Ş.Vazeh küçəsinin kəsişməsində tanımadığı Elvin adlı şəxsdən öz şəxsi istifadəm üçün narkotik tərkibli psixotrop maddə olan 2 ədəd bükümdə olan metafetamin və narkotik vasitə olan 4 ədəd bükümdə olan heroini, 1 bükümünü 30 manata alıb üzərində gəzdirdiyi kiçik ölçülü plastik qəhvə qutusunun içərisinə qoyaraq, həmin qutunu ayağına geyindiyi corabın içərisinə gizlədərək üzərində gəzdirmişdir. 28.04.2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ordubadi küçəsində yerləşən Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin yaxınlığında su açmağa gedən zaman, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olmalarını deyib, xidməti vəsiqələrini təqdim edib ona narkotik vasitə istifadə etməkdə, saxlamaqda və satmaqda şübhəli olduğuna görə onu Kəpəz RPİ-nə gətirmişlər, sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçisi X3 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 20 manat pul əskinazı və sağ ayağına geyindiyi coraba gizlətmiş olduğu 1 ədəd içərisində 26.08.2021-ci il tarixdə Elvin adlı şəxsdən aldığı narkotik tərkibli psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş 4 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroinlər elektron tərəzidə çəkilmiş və 4 büküm heroin olmuşdur. Bundan sonra 2 ədəd bükümdə olan narkotik tərkibli psixotrop maddə olan metamfetaminlər çəkilmişdir. Həmin kütlələr çəkildikdən sonra zərfə qoyularaq üzəri möhürlənmiş, hər iki zərfin üzəri onun, müdafiəçi və iştirakçılar tərəfındən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və narkotik tərkibli psixotrop maddə olan metamfetamini yalandan tanımadığı Elvin adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, lakin əslində isə üzərindən aşkar edilmiş narkotik və psixatrop maddəni o, tutulmamışdan 10-15 gün əvvəl Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yerləşən “supaylayıcı” qurğunun yerləşdiyi quyudan su açarkən tapmışdır. Üzərinə aparılan şəxsi axtarış video çəkiliş vasitəsilə çəkilmişdir. Şəxsi axtarış bitdikdən sonra üzərindən götürülmüş 20 manatlıq pul əskinazı və kiçik ölçülü qəhvə qutusu ona qaytarılmışdır. Üzərindən aşkar olunan narkotik vasitə olan “heroin” və psixotrop maddə “metamfetamin” ona məxsusdur və həmin narkotik vasitəni özü istifadə edir. Üzərində gəzdirdiyi narkotik vasitən olan “heroin”-i və psixotrop maddə olan “metamfetamin”-i özü istifadə etdiyi üçün üzərində gəzdirmişdir. Onun narkotik vasitə qəbul etməyi barədə heç kimin xəbəri olmamışdır. O, həmin narkotik vasitə və psixotrop maddəni yalnız özü istifadə edir, heç kimə verməmiş və ya heç kimə də satmamışdır. Həmin narkotik vasitələri özü bükümlər halına salmamış tapan zaman həmin vəziyyətdə olmuşdur. Həmçinin, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız narkotik vasitələrdən istifadə edir. “Heroin” və “metanfetamin” adlı narkotik vasitələrdən istifadə edir, həmin narkotik vasitələrin aludəçisidir. Həmin narkotik vasitələri ayrılıqda, bəzi hallarda isə birlikdə qəbul edir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməklə saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 28.04.2021-ci il tarixdə saat 13:15 dəqiqədə Kəpəz RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 ilə keçirilən əməliyyat tədbiri nəticəsində vətəndaş Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yerləşən Gəncə şəhər 15 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Kəpəz RPİ-nə gətirilmişdir. Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsilə şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq pul əskinası, sağ ayağına geyinmiş olduğu corabın içərisindən 1 ədəd üzərini “Antitime” yazısı yazılmış plastik qutunun içərisindən 4 ədəd şəffaf sellofana bükülmüş kəskin iyli ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlələr, həmçinin 1 ədəd şəffaf rəngli sellofan bükülmüş ilk baxışdan psixotrop maddə “metamfetamin”-ə oxşar kütlə və 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş ilk baxışdan psixotrop maddə “metamfetamin”-ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlələr aptek tərəzisində çəkilmiş, şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş “heroinə”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,50 (sıfır tam yüzdə əlli) qram, digər götürülmüş “heroinə”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,46 (sıfır tam yüzdə qırx altı) qram, digər götürülmüş “heroinə” oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,47 (sıfır tam yüzdə qırx yeddi) qram, digər götürülmüş “heroinə”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,48 (sıfır tam yüzdə qırx səkkiz) qram olmuşdur. Həmçinin şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş digər “metamfetamin”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,50 (sıfır tam yüzdə əlli) qram, digər götürülmüş "metamfetamin”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş ağ rəngli kağız parçası ilə birlikdə 0,20 (sıfır tam yüzdə iyirmi) qram olmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, ondan aşkar olunan kütlələr “metamfetamin” və “heroin”-dir və bir neçə gün əvvəl tanımadığı Elvin adlı şəxsdən alıb özü istifadə etməsi üçün üstündə saxlamış, satmaq fikrində olmamış, 28.04.2021-ci il tarixdə Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yerləşən Gəncə şəhər 15 nömrəli tam orta axıldığında olan zaman polis əməkdaşları tərəfindən saxlanmışdır. Təqsirləndirilən şəxs olunun üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd bükümlərdəki narkotik vasitəyə bənzər kütlələr, 2 ədəd bükümlərdəki psixotrop maddəyə bənzər kütlələr qablaşdırılmışdır və ağızları Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəriləri o və iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X6 Bölməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər şəxsi əşyaları maddi sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsi axtarış qurtardıqdan sonra hər biri onun özünə qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuş o, və iştirakçılar tərəfindən qablaşdırmanın üzərinə və protokola imza etmişlər. O, daha sonra ifadəsində göstərmişdir ki, keçirilmiş əlavə əməliyyat tədbirləri zamanı Məzahir Əliyarovun narkotik vasitələrin satışı ilə məşğul olmaması müəyyən edilmiş, əməliyyat məlumatı zamanı sonuncunun iki növdə narkotik vasitələri qəbul edən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun atasıdır. Təqsirləndirilən şəxs Gəncə Su idarəsində maşinist işləyir. O, atası Təqsirləndirilən şəxs ilə birlikdə eyni ünvanda yaşayırlar. Atası Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə və ya narkotik vasitədən istifadə etməsini, narkotikə qoşulmasını eşitməmiş, heç bir hiss də etməmişdir. Atası hər gün işə gedib qayıdıb evə gəlmişdir. 28 aprel 2021-ci il tarixdə günorta saatlarında o, yaşadığı evdə olarkən Gəncə şəhər, Kəpəz rayon Polis İdarəsində evə zəng edib bildirmişlər ki, atası Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni üzərində saxladığına görə polis əməkdaşları onu saxlayıb Gəncə şəhər, Kəpəz RPİ-nə aparmışlar. Atasının üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilib götürüldüyünü demişlər. O, əvvəllər atasının narkotik vasitədən, psixotrop maddədən istifadə etməsini bilməmiş, görməmiş, hiss belə etməmişdir. Atasının kiməsə də narkotik vasitə, psixotrop maddə satmasını, almasını da eşitməmiş, elə bir hal olmamışdır, o atası ilə bir mənzildə yaşayır, əgər elə bir hal olsaydı bunu bilərdi, hiss edərdi. Atası Təqsirləndirilən şəxsla yaxın münasibətdə olan elə bir dostu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 29 aprel 2021-ci il tarixli, 114 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” barədə 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri, M.Şəfi küçəsi ev 42-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:45-də şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zamanı sağ ayağında corabın içərisindən “heroinə”-ə oxşar 1 bükumdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,50 (sıfır tam yüzdə əlli) qram, digər götürülmüş “heroinə”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,46 (sıfır tam yüzdə qırx altı) qram, digər götürülmüş “heroinə” oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,47 (sıfır tam yüzdə qırx yeddi) qram, digər götürülmüş “heroinə”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,48 (sıfır tam yüzdə qırx səkkiz) qram oldu. Həmçinin şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş digər “metamfetamin”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellefon ilə birlikdə 0,50 (sıfır tam yüzdə əlli) qram, digər götürülmüş "metamfetamin”-ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş ağ rəngli kağız parçası ilə birlikdə 0,20 (sıfır tam yüzdə iyirmi) qram kütlələr aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 28 aprel 2021-ci il tarixli, 16/398 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələr.» sözlər və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri–0,446 qram, 0,423 qram, 0,431 qram, 0,441 qram, ümumi çəkisi 1,741 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə– “heroin”-dir. Tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə narkotiktərkiblipsixotrop maddə olan metamfetaminə bənzər kütlələr.» sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümündə ayrıayrılıqda təmiz çəkiləri–0,465 qram, 0,104 qram, ümumi çəkisi 0,569 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə–“metamfetamin”-dir. “Cinayət işinin istintaq orqanına göndərilməsi” haqqında 29 aprel 2021-ci il tarixli, 126 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 29 aprel 2021-ci il tarixli, 316 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Video görüntüyə baxış keçirilməsi haqqında” 29 aprel 2021-ci il tarixli, 319 nömrəli protokoldan görünür ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə iki ədəd video görüntü vardır, 1-ci video video çəkiliş 18 dəqiqə 18 saniyə, 2-ci video video çəkiliş 2 dəqiqə 36 saniyə, müddətində çəkilmişdir. Gəncə şəhər, Kəpəz RPİ-nin TB-nin təhqiqatçı, polis baş leytenantı X9, Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid1, Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş serjantı Şahid2, müdafiəçi X7 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçı, polis baş leytenantı X9 bildirir ki, Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 raportla Kəpəz RPİ-nin rəhbərliyinə məruzə edərək Gəncə şəhəri, M.Şəfi küçəsi ev 42-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməsində, saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatlar əsasında Təqsirləndirilən şəxs saat 13:15 radələrində Gəncə şəhəri M.S.Ordubadi küçəsində 15 nömrəli orta məktəbin yaxınlığında saxlanılıb Kəpəz RPİ-nə gətirilməsi barədə müraciət etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saat 13:34 dəqiqədə tutularaq dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxsə AR.CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir və bildiriş təqdim edilir. Şəxsi axtarışda Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin şöbənin kiçik əməliyyat müvəkkili polis baş serjantı Tohid Əsədov və Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili X7 və şübhəli şəxs Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən sağ ayağında olan corabın içərisində üzərinə AitiTime sözləri yazılmış kapron qutu içərisində sellofana bükülmüş kütlələr aşkar edilri. Şübhəli şəxs həmin kütlələrin kofe ilə patı yəni olduğunu deyir. Kofe kimi tanınan narkotik vasitənin “heroin” olduğunu və patı kimi tanınan psixotrop maddənin isə “metamfetamin” olduğunu bildirir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş ağ rəngli şəffaf selofan bükümdə qəhvəyi rəngli ilk baxışdan kəskin iyli narkotik vasitə olan “heroin”-ə oxşar kütlə selofanla birlikdə ümumi çəkisi 0,50 qram, digər şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan “heroin”-ə oxşar kütlə 0,46 qram, digər şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan “heroin”-ə oxşar kütlə 0,47 qram, digər şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan “heroin”-ə oxşar kütlə 0,48 qram gəlir, digər şəffaf rəngli selofan bükümdə psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə 0,50 qram və 1 ədəd ağ rəngli siqaret falqası bükümdə psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə 0,20 qram gəlir. Təqsirləndirilən şəxs həmin kütllələrihardan nə məqsədlə əldə etməsi soruşulur, tanımadığı Elvin adlı şəxsdən aldığını narkotik vasitəni çəkəni olmuş vuranı olmamışdır. Elvin adlı şəxsdən 1 bükümünü 30 manat aldığını, ümumilikdə 150 manata aldığını, 100 manatını vermiş 50 manat borcu qalmışdır. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 2 ədəd bükümdə olan psixotrop maddə “metamfetamin”-ə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılır, zərf AR.DİN-nin 120 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da 1-ci video çəkiliş sona çatır. Bundan sonra 2-ci video çəkilişdə şübhəli şəxsin üzərindən aşkar edilmiş 4 ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar kütlələr zərfə qoyaraq qablaşdırıb, AR.DİN-nin 120 saylı möhürlə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanır. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Bu barədə porotokol tərtib edilərək işitrakçılar tərəfindən imzalanmış və protokola 01 ədəd DVD disk əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması” haqqında 30 aprel 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında30aprel 2021-ci il tarixli, 329 nömrəli qərardan görünür ki,xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, hazırda Gəncə şəhəri Nizami rayonu M.Şəfi küçəsi ev 42-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Cinayət işini icraata qəbul etmə” haqqında 31 may 2021-ci il tarixli, 390 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan etmək” haqqında 02 iyun 2021-ci il tarixli, 403 nömrəli qərardan görünür ki, xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə “Sukanal” TSC-də maşinist işləyən, məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu M.Şəfi küçəsi ev 42də yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 02 iyun 2021-ci il tarixli, 404 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci ilə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə “Sukanal” TSC-də maşinist işləyən, məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu M.Şəfi küçəsi ev 42də yaşayan Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədəkdayandırılması qərara alınmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 14 iyun 2021-ci il tarixli, 426 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnməsi və istintaq davam etdirilməsi qərara alınmışdır. Gəncə şəhəri Evlər üçlüyünün 15 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayonu M.Şəfi küçəsi 42 saylı evdə yaşayır. Gəncə şəhəri Evlər üçlüyünün 15 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji Dispanserinin 05 iyul 2021-ci il tarixli, 275 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 10 iyul 2021-ci il tarixli, 2488 nömrəli arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin 03 iyul 2021-ci il tarixli, 122- 28086-1221 nömrəli məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər kimdənsə narkotik vasitə alması və ya satması müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroin”-i və psixotrop maddə olan “metamfetamin”-i haradan, kimdən, necə əldə etməsi müəyyən edilməmişdir. Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 17 iyul 2021-ci il tarixli, 837 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan “metamfetamin”-dən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 17 iyul 2021-ci il tarixli, 16/691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroin”-ə bənzər kütlələr.» yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümdə olan “heroin”-lər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə narkotik tərkibli psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlələr.» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümündə və 1 (bir) ədəd gümüşü kağız bükümündə olan “metamfetamin”-lər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər heç bir məhkumluğu olmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 25 iyul 2021-ci il tarixli, 561 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş 30.04.2021-ci il tarixli ittihamın məzmunu və həcmi dəyişmədiyi üçün həmin ittiham öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs barəsində 30.04.2021-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmadığı üçün həmin qətimkan tədbiri dəyişdirilmədən və ləğv edilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan, satış məqsədi olmadan narkotik vasitə olan “heroin”-i və psixotrop maddə olan “metamfetamin”-i qanunsuz olaraq əldə edib üzərində saxlama cinayəti kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1,741 qram çəkidə narkotik vasitə olan “heroin”-in və 0,569 qram çəkidə psixotrop maddə olan “metamfetamin”-in əldə olunma mənbəyini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından ayrıca material ayrılması, iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsini ailə üzvləri və ya digər şəxslər bilmədiklərindən həmin şəxslərin bundan məlumatları olmadığından əməllərində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsindən nəzərdə tutulmuş cinayəti xəbər verməmə və cinayəti gizlətmə cinayətlərinin və ya digər hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanması qeyd edilən əsasa görə rədd edilməsi və material ayrılıb saxlanılması üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1,741 qram çəkidə narkotik vasitə olan “heroin”-in və 0,569 qram çəkidə psixotrop maddə olan “metamfetamin”-in əldə edilmə tarixi və mənbəyi istintaqa məlum olmayan tarix və mənbə kimi qiymətləndirilməsi, cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan “heroin”-in çəkiləri 1,741 qram, 1,541 qram, 1,341 qram çəkilər və psixotrop maddə olan “metamfetamin”-in çəkiləri, 0,569 qram, 0,469 qram, ümumi təmiz çəkisi 0,369 qram psixotrop maddə “metamfetam”-in göstərilsə də məhkəmə-kimyəki ekspertizasının rəyindən həmin narkotik vasitə olan heroinin ümumi təmiz çəkisinin 1,741 qram və həmin psixotrop maddə olan “metamfetamin”-in ümumi təmiz çəkisi 0,569 olması müəyyən edildiyindən həmin çəkilər əsas çəki kimi götürülməsi, Təqsirləndirilən şəxs əynində sağ ayağında olan corabın altındakı plastik qutunun içərisində 4 ədəd bükümlərdə təmiz çəkisi 1,741 qram narkotik vasitə olan “heroin” və 2 ədəd bükümdə təmiz çəkisi 0,569 qram psixotrop maddə olan “metamfetamin” iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə yanaşı maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “heroin”-in ekspertizadan qaytarılmış qalığı, yəni 1,341 qram narkotik vasitə olan “heroin” və üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan “metamfetamin”-in ekspertizadan qaytarılmış qalığı, yəni 0,369 qram psixotrop maddə olan “metamfetamin” tanış olduqdan sonra həmin çəkidə narkotik vasitə olan “heroin” və həmin çəkidə psixotrop maddə olan “metamfetamin” Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilməsi, cinayət işinə əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının və 28 aprel 2021-ci il tarixli, 16/398, 17 iyul 2021-ci il tarixli 16/691 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 837 nömrəli rəylər, Gəncə şəhər, Kəpəz RPİ-dən alınmış 06.07.2021-ci il tarixli, 122-28086-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubu, şahid ifadələri, 1 (bir) ədəd DVD iş üzrə sübut növləri kimi tanınması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.Məhkəmə həmin sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,iki növdə əldə etdiyi narkotik vasitə olan “heroin”-nin miqdarının (1,741 qram) və psixotrop maddə olan “metamfetamin”-nin miqdarının (0,465 qram) şəxsi istehlak miqdarından çox olmasını, həmin halın cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığından ona təsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdən 30.04.2021-cu il tarixədək tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 62,80 (altmış iki manat səksən qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsiningörüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,341 qram narkotik vasitə olan “heroin” və 0.369 qram psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 17 iyul 2021-ci il tarixli, 837 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan “metamfetamin”-dən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-ci maddəsinin tələbinə uyğun olaraq narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə 28.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqlaTəqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə аzаdlıqdаn məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 62.80 (altmış iki manat səksən qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış yerdə məsul saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,341qramnarkotik vasitə olan “heroin” və 0.369 qram psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-184/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-184/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver