Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-185/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X9 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, bu iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.08.2021-ci il tarixli, 4(043)-159/2021 saylı qərarı “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 21 aprel 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev 56 ünvanında yerləşən qonşusu Zərərçəkmiş şəxs məxsus mənzilin pəncərəsinin dəmir barmaqlığının kilidini və pəncərənin şüşəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olaraq mənzilin qonaq otağından 1 ədəd 650 manat dəyərində “Toshiba” markalı televizorum pultu ilə birlikdə, 12 ədəd 40 manat dəyərində xrustal stəkanlar, 12 ədəd 80 manat dəyərində boşqablar, 1 ədəd 80 manat dəyərində xrustal gül qabı, 2 ədəd 80 manat dəyərində xrustal meyvə qabı, 2 ədəd 40 manat dəyərində xrustal mürəbbə qabı, 2 ədəd 30 manat dəyərində xrustal qənd qabı, 1 ədəd 50 manat dəyərində xrustal konfet qabı, 12 ədəd 30 manat dəyərində nəlbəkilər, 2 ədəd 80 manat dəyərində bəzəkli meyvə qabı, 12 ədəd 50 manat dəyərində limon qabları, 12 ədəd 50 manat dəyərində şirə stəkanları, 12 ədəd 40 manat dəyərində qaşıqlar, 12 ədəd 40 manat dəyərində çəngəllər, 12 ədəd 30 manat dəyərində bıçaqlar, 2 ədəd 50 manat dəyərində podnos, 12 ədəd 40 manat dəyərində balaca mürəbbə qabı, 3 ədəd 20 manat dəyərində çömçələr, 200 manat dəyərində nahar servisi, 6 ədəd 30 manat dəyərində kasalar, bundan başqa mənzilimin qonaq otağından 1 ədəd 150 manat dəyərində elektriklə işləyən dəm çayniki üzərində olan samovarı ilə birlikdə, 1 ədəd 180 manat dəyərində 4 litr tutumlu termosu, 1 ədəd 70 manat dəyərində elektriklə işləyən çayniki gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2110 (iki min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Tutulmamışdan əvvəl rəsmi olaraq heç bir yerdə işləməmiş və fərdi əməklə məşğul olmuşdur. O, tanıdığı qonşusu Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus mənzildə uzun müddət yaşayış olmadığını və onların Rusiya Fedarsiyasında yaşadığını bilmişdir. 2021-ci ilin aprel ayının 21-də saat 22 radələrində fəhləlik etdiyi qonşusu Rauf adlı şəxsin evində işini qutarandan sonra orada biraz spirtli içki qəbul etmiş və sonra öz yaşadığı evə gəlmiş və iş paltarlarını dəyişmişdir. Daha sonra yaşadığı evdə əlavə biraz da spirtli içki qəbul etmişdir. Sonra həmin günü, yəni 21.04.2021-ci il tarixdə saat 23-radələrində həyətə düşmüş və qonşusu Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Kəpəz rayonu Zülfü Hacıyev 56 ünvanında yerləşən binanın 1-ci mərtəbədə yerləşən həmin mənzildə yaşayış olmadığını və ev sahiblərinin Rusiya Fedarsiyasında olduqlarını əvvəlcədən bilidiyindən pula ehtiyacı olduğuna görə həmin mənzilə girərək oğurluq etməyə qərar vermişdir. O, qonşusu Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında 1-ci mərtəbədə yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqla əhatə olunmuş kilidini əli ilə sındırmış və kilidi sındırdıqdan sonra isə əli ilə şüşəni itələyərkən şüşə də sınmışdır. Sonra isə həmin küçə tərəfdə yerləşən pəncərədən mənzilin qonaq otağına gizli olaraq daxil olmuş və mənzilin qonaq otağından 1 ədəd “Toshiba” markalı televizor, mənzilin yataq otağından isə 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 12 (on iki) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını və 1 ədəd elektriklə işləyən çaydanı oğurlayaraq daxil olduğu yerdən çıxaraq özü ilə yaşadığı ünvana, yəni ünvan 5 zirzəmisinə gətirib qoymuşdur. Daha sonra 23.04.2021-ci il tarixdə saat 11-12-radələrində nömrəsini, markasını, özünü tanımadığı taksi ilə qonşusu Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında yerləşən mənzilindən oğurladığı 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 12 (on iki) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını Gəncə şəhəri “Keçəllər” adlanan yerdə suvenir satılan mağazada tanımadığı qadına 130 manat dəyərində satmışdır. Daha sonra polis əməkdaşları onu Kəpəz rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olarkən törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında yerləşən mənzilin qonaq otağından 1 ədəd “Toshiba” markalı televizoru. mənzilin yataq otağından isə 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 12 (on iki) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını və 1 ədəd elektriklə işləyən çaydanı və digər əşyaları oğurlamışdır. Oğurladığı həmin əşyaları ilk öncə yaşadığı Gəncə şəhəri Kəpəz rayonu Zülfü Hacıyev 56 ünvanında yerləşən mənzilinin zirzəmisində gizlətmişdir. Həmin əşyaları birdəfəyə oğurlamışdır. Daha sonra oğurladığı 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 12 (on iki) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını 23.04.2021-ci il tarixdə saat 11-12-radələrində Gəncə şəhəri “Keçəllər” adlanan ərazidə yerləşən suvenir mağazasında satıcı işləyən tanımadığı qadına 130 manata satmışdır. 1 ədəd elektriklə işləyən çaydanı və ittihamda göstərilən digər əşyaları satdığı yeri dəqiq xatırlamır. Lakin, həmin mənzildən oğurladığı “Toshiba” markalı televizoru həmin mağazaya satmağa aparmamışdır. Həmin mağazada satıcı işləyən qadına o, oğurladığı əşyaları özünə məxsus olduğunu və Rusiya Fedarasiyasına köçəcəyinə görə satmağını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, uzun müddət Rusiya Fedarasiyasında yaşamış və orada ticarətlə məşğul olmuşdur. Onun Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında yerləşən mənzilində ailə üzvləri ilə yaşamış və hadisədən 3-4 il əvvəl ailə üzvləri onun yanına Rusiya Fedarasiyasına gəlmişlər.Onlar evdə olmadıqda evlərinə qonşusu Fatma adlı şəxs nəzarət etmişdir. 24 aprel 2021-ci il tarixdə qonşusu Fatma adlı qadın telefon ilə zəng edərək ünvan 6 ünvanında yerləşən evlərindən oğurluq olması barədə məlumat vermişdir.Həmin vaxt o, Rusiya Fedarasiyasında olduğuna görə arvadının qardaşı X2 ünvan 6 ünvanında yerləşən evindən oğurluq hadisəsi ilə bağlı polis orqanlarına rəsmi ərizə verməsini xahiş etmişdir.Bundan sonra 2021-ci ilin may ayının 1-də Rusiya Fedarsiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Evinə gəldikdən sonra mənzilində olmuş hansı əşyalarının dəqiq oğurlanmasını müəyyən etmişdir. Bildirmişdir ki, 2021-ci ilin aprel ayının 17-dən aprel ayının 24-dək olan müddətdə Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev 56 ünvanında yerləşən mənzilinin yataq otağından 1 ədəd 650 manat dəyərində “Toshiba” markalı televizoru pultu ilə birlikdə, 12 ədəd 40 manat dəyərində xrustal stəkanlar, 12 ədəd 80 manat dəyərində boşqablar, 1 ədəd 80 manat dəyərində xrustal gül qabı, 2 ədəd 80 manat dəyərində xrustal meyvə qabı, 2 ədəd 40 manat dəyərində xrustal mürəbbə qabı, 2 ədəd 30 manat dəyərində xrustal qənd qabı, 1 ədəd 50 manat dəyərində xrustal konfet qabı, 12 ədəd 30 manat dəyərində nəlbəkilər, 2 ədəd 80 manat dəyərində bəzəkli meyvə qabı, 12 ədəd 50 manat dəyərində limon qabları, 12 ədəd 50 manat dəyərində şirə stəkanları, 12 ədəd 40 manat dəyərində qaşıqlar, 12 ədəd 40 manat dəyərində çəngəllər, 12 ədəd 30 manat dəyərində bıçaqlar, 2 ədəd 50 manat dəyərində podnos, 12 ədəd 40 manat dəyərində balaca mürəbbə qabı, 3 ədəd 20 manat dəyərində çömçələr, 200 manat dəyərində nahar servisi, 6 ədəd 30 manat dəyərində kasalar, bundan başqa mənzilimin qonaq otağından 1 ədəd 150 manat dəyərində elektriklə işləyən dəm çayniki üzərində olan samovar, 1 ədəd 180 manat dəyərində 4 litr tutumlu termosu, 1 ədəd 70 manat dəyərində elektriklə işləyən çayniki oğurlanaraq ona maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, qonşusu Salahova Fatmadan soruşandan sonra bilmişdir ki, mənzilinə pəncərəsinin aynasını sındırılması yolu ilə daxil olunmuşdur. Oğurlanmış əşyalarının ümumilikdə 2110 manat qiyməti olmuş və pəncərəsinin sındırılması ilə birlikdə ona 2120 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətləri əsasında polisin apardığı araşdırma ilə cinayətin qonnşuları Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. X13 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailəsilə birlikdə yaşayır. ünvan 8də işlənmiş köhnə əşyaların alqı-satqısı ilə məşğul olur. 23 aprel 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində işlədiyi mağazaya bir nəfər uca boylu, arıq, nisbətən qarabəniz, adı ona sonradan məlum olan Elnur adlı şəxs onun yanına gələrək özünə məxsus 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 12 (on iki) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını və istifadə etmədiyini və Rusiya Fedarasiyasına gedəcəyi üçün pula ehiyacı olduğu üçün həmin əşyaları satmaq istədiyini bildirmişdir. O Elnura həmin əşyalara baxdıqdan sonra ala biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 12 (on iki) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını təqdim etmişdir. O, həmin əşyalara baxdıqdan sonra onları 130 manat qarşılığında ala biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra ona şəxsiyyət vəsiqəsini təqdim etmiş və o həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, həmin şəxsdən aldığı əşyaları və onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsini dəftərə yazmışdır. Bundan sonra həmin şəxsə 130 manat ödəniş etmiş və o, pulu götürərək çıxıb getmişdir. Bundan sonra o həmin əşyaları mağazaya qoyaraq satışa çıxarmışdır və təxminən 1-2 gün sonra həmin əşyalardan əşyalardan 12(on iki) ədəd şüşə materialdan olan stəkanı və 6 (altı) ədəd kasanı mağazaya gələn tanımadığı müştəriyə satmış, digərləri isə mağazada olmuşdur. Qeyd etmişdir ki, həmin şəxsin ona satdığı 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal bəzəkli gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 6 (altı) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabını satmamış və həmin şəxsdən aldığı əşyaları və onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazdığı dəftəri və eyni zamanda əşyaları təqdim edə biləcəyini bildirmişdir və Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 aprel 2021-ci il tarixli, 32 nömrəli qərardan görünür ki, Cinayət işinin başlanılmasına səbəb və əsas 25.04.2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi ev 60-da yaşayan X1 şəhər BPİ-yə ərizə ilə müraciət edərək 17.04.2021-ci il tarixdən 24.04.2020-ci il tarixədək olan müddət ərzində bacısı hal-hazırda Rusiya Fedarasiyasında yaşayan X8 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilindən naməlum şəxs və ya şəxslər tərəfindən həmin mənzildən 1 ədəd 600 manat dəyərində “Toshiba” markalı televizor və 2000 manat dəyərində qab-qacaqları və geyim əşyalarının gizli yolla talayaraq ümumilikdə 2600 manat dəyərində maddi ziyan vurulmaqla oğurluq etməsi barədə Gəncə şəhər Kəpəz RPB-nin icraatına daxil olan HK-1/1079 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında 24 aprel 2021-ci il tarixli, 34 nömrəli protokoldan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 56 ünvanında yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilinə baxış keçirilmişdir. Mənzilin giriş qapısından daxil olarkən sağ tərəfdə mətbəx yerləşir. Mənzil bir qonaq otağı və iki yataq otağından ibarətdir. Mənzilin dəmir barmaqlıqlarla əhatə olunmuş pəncərəsi vardır. Baxış keçirilən zaman X3 bildirmişdir ki, mənzilin küçəyə baxan pəncərəsinin şüşəsini sındararaq mənzilə daxil olunmuş və sağ tərəfdə yerləşən qonaq otağından bir ədəd “LG” markalı 82 dioqanallı televizoru və mənzilin baş tərəfində yerləşən yataq otağından geyim əşyalarını qab-qacaqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması bildirilmişdir. Həmin əşyaların hal-hazırda Rusiya Federasiyasında yaşayan bacısı X8 məxsus olmasını bildirmişdir. Başqa bir əşyalarının oğurlanmadığını bildirmişdir. Həqiqətən həmin otaqlara baxış keçirilən zaman yataq otağının pəncərəsinin bir hissəsinin sındırılması və oğurluq olan həmin yataq otağının və qonaq otağının səliqə-səhmanın pozulması məlum olmuşdur. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması” haqqında 26 aprel 2021-ci il tarixli, 36 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 26 aprel 2021-ci il tarixli, 40 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 26 aprel 2021-ci il tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Telefon danışıqlarının aparılmasına” dair 26 aprel 2021-ci il tarixli, 45 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X15 ********* nömrəli cinayət işi üzrə hal-hazırda Rusiya Fedarasiyasında yaşayan X6 Gəncə şəhər, Kəpəz rayonu, Zülfü Hacıyev 56 ünvanında yerləşən mənzilindən oğurluq hadisəsi zamanı ona məxsus hansı əşyalarının oğurlanması barədə özünə məxsus olan ***-***-**-** mobil nömrəmdən 26 aprel 2021-ci il tarixdə saat 19:49 dəqiqədə İradə Əsgərovanın istifadəsində olan +7 901 ***-**-** mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vurub telefon əlaqəsi yaradan zaman onun mənzilindən hansı əşyaların oğurlanması və həmin əşyaların dəyəri barədə tərəfindən suallar verilmişdir. İradə Əsgərova bildirmişdir ki, mənzilin qonaq otağından 1 ədəd “Toshiba” markalı 600 manat dəyərində televizoru, 1 ədəd “Xena” markalı 400 manat dəyərində fotoaparatı, 1 ədəd 4 litr tutumlu “Tefal” markalı 160 manat dəyərində elektriklə işləyən çayniki, 1 ədəd 3 litr tutumlu 100 manat dəyərində elektrikli samovarı, bundan başqa həmin mənzilin yataq otağında yerləşən şkafdan 1 ədəd 80 manat dəyərində donu, 1 ədəd 30 manat dəyərində jaketi, 1 ədəd 50 manat dəyərində yubkanı, 4 ədəd hər birinin dəyəri 10 manat olan əl dəsmalını, bundan başqa mənzilin digər yataq otağından 1 ədəd qutuda olan 400 manat dəyərində keramika materialdan olan boşqab dəsti, 1 ədəd qutuda olan 150 manat dəyərində xrustal çay stəkan dəsti, 1 ədəd qutuda olan 300 manat dəyərində qaşıq-çəngəl dəsti, 1 ədəd qutuda olan 150 manat dəyərində şirə stəkanın oğurlandığını və ümumilikdə ona 2460 (iki min dördyüz altmış) manat məbləğində maddi ziyan dəydiyini qeyd etmişdir. Eyni zamanda İradə Əsgərova bildirmişdir ki, onda oğurlanmış əşyaların bəzilərinin fotoşəkilləri var və həmin şəkilləri “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərəcəkdir. “Sənədlərin cinayət işi materiallarına əlavə edilməsinə” dair 26 aprel 2021-ci il tarixli, 46 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X15 ********* nömrəii cinayət işi üzrə hal-hazırda Rusiya Fedarasiyasında yaşayan X6 Gəncə şəhər, Kəpəz rayonu, Züifü Hacıyev 56 ünvanında yerləşən mənzilindən oğurluq hadisəsi zamanı ona məxsus hansı əşyaların oğurlanması barədə özünə məxsus olan ***-***-**-** mobil nömrəsindən 26 aprel 2021-ci ii tarixdə saat 19:49 dəqiqədə iradə Əsgərovamn istifadəsində olan +7 901 ***-**- ** mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vurub telefon əlaqəsi yaradan zaman o, bildirmişdir ki, mənzilindən oğurlanmış 1 ədəd “Toshiba” markalı televizorunun qutusunun şəkil var və onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə İradə Əsgərova öz istifadəsində olan +7 901 ***-**-** mobil nömrəsindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həmin bir ədəd “Toshiba” markalı televizorun qutusunun şəklini göndərmiş və həmin şəkil printer vasitəsilə çap edilərək cinayət işi materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 aprel 2021-ci il tarixli, 35 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 27 aprel 2021-ci il tarixli, 52 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, ünvan 11 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində getməyi təklif etmişdir. Qeyd edilən ünvana gedildikdə Təqsirləndirilən şəxs binanın qarşısında əli ilə mənzilin pəncərəsinin qarşısında dayanaraq 1 ədəd “Toshiba” markalı televizoru, 12 ədəd xrustal stəkanı, 12 ədəd boşqabı, 1 ədəd xrustal gül qabını, 1 ədəd xrustal meyvə qablarını, 12 ədəd kasaları, 2 ədəd xrustal qənd qabını və 01 ədəd elektriklə işləyən çaydanı həmin ünvandan oğurladığı yeri göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs həmin oğurladığı 01 ədəd “Toshiba” markalı televizoru oğurladıqdan sonra yaşadığı ünvan 12 ünvanının qarşısında yerləşən özünə məxsus zirzəmiyə getməyi təklif etmiş və həmin ünvanda 01 ədəd “Toshiba” markalı televizoru göstərərək həmin televizoru təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ünvan 13 ünvanında yerləşən işlənmiş köhnə əşyaların alqı-satqısı mağazasına getməyi təklif etmişdir. Həmin ünvanda olan zaman Təqsirləndirilən şəxs oğuladığı 12 ədəd xrustal stəkanı, 12 ədəd boşqabı, 1 ədəd xrustal gül qabını. 1 ədəd xrustal meyvə qablarını, 12 ədəd kasaları, 2 ədəd xrustal qənd qabını və 01 ədəd elektriklə işləyən çaydanı satdığı mağazanı və həmin mağazada satdığı qadını göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın götürülməsi” haqqında 27 aprel 2021-ci il tarixli, 39 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Toshiba” markalı televizor iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ondan götürülməsi barədə qərar qəbul edilmişdir. “Götürmə” haqqında 27 aprel 2021-ci il tarixli, 53 nömrəli protokoldan görünür ki, 01 ədəd “Toshiba” markalı televizor Təqsirləndirilən şəxs götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. “Əşyanın götürülməsi” haqqında 27 aprel 2021-ci il tarixli, 37 nömrəli qərardan görünür ki, şahid X16 təqdim etdiyi 12 ədəd xrustal stəkanı, 12 ədəd boşqabı, 1 ədəd xrustal gül qabı, 1 ədəd xrustal meyvə qablarını, 6 ədəd kasaları, 2 ədəd xrustal qənd qabını iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ondan götürülməsi barədə qərar qəbul edilmişdir. “Götürmə” haqqında 27 aprel 2021-ci il tarixli, 57 nömrəli protokoldan görünür ki, 12 ədəd xrustal stəkanı, 12 ədəd boşqabı, 1 ədəd xrustal gül qabı, 1 ədəd xrustal meyvə qablarını, 6 ədəd kasaları, 2 ədəd xrustal qənd qabı şahid X17 götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış keçrilməsi” 27 aprel 2021-ci il tarixli, 58 nömrəli protokoldan görünür ki, şahid Lidya Rafatovanın təqdim etdiyi 1 ədəd Təqsirləndirilən şəxs oğurladığı əşyaları satarkən üzərində həmin satışla bağlı aparılmış qeydləri özündə əks etdııən 01 ədəd kağız vərəqdən görünür ki, vərəq 23.04.2021-ci il tarixdə tərtib edilərək kiril əlifbası ilə Təqsirləndirilən şəxs adı və şəxsiyyət vəsiqəsinin AA ******* seriya nömrəsi və 5AEN43P pin kodu, 12 ədəd xrustal stəkan, 6 ədəd kasa, 6 ədəd balaca kasa. 1 ədəd gül qabı, 1 ədəd meyvə qabı, 12 ədəd “prastoy” stəkan və 2 ədəd peçenye qabı və 130 manat sözləri yazılmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi” haqqında 27 aprel 2021-ci il tarixli, 40 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs kimi tanıma” haqqında 04 may 2021-ci il tarixli, 45 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 04 may 2021-ci il tarixli, 65 nömrəli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vahid nüsxə üzrə təqdim edilmiş 12 ədəd xrustal stəkanı, 12 ədəd boşqabı, 1 ədəd xrustal gül qabını, 1 ədəd xrustal meyvə qablarını, 6 ədəd kasaları, 2 ədəd xrustal qənd qabı və 01 ədəd "Toshiba" markalı televizoru tanıyıb göstərərək bildirdi ki, həmin əşyalar yaşadığı ünvan 12 ünvanından oğurlanmış ona məxsus əşyaların bir qismidir. O, həmin əşyaları markasına, formasına, rənginə görə tanımışdır. Gəncə şəhər Narkoloji Dispanser 28 aprel 2021-ci il tarixli, 2855 nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Barkoloji Dispanserində qeydiyyat durmur. Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserində 18 aprel 2021-ci il tarixli, 2641 nömrəli arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. “Təsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 15 may 2021-ci il tarixli, 34 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə işi üzrə icraatın dayandırılması” haqqında 29 may 2021-ci il tarixli, 60 nömrəli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs (xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Gəncə şəhəri Zülfü Hacıyev 56 ünvanında yaşayan) barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2021-ci il tarixli, 9/3296 nömrəli məhkəmə-əmtəəşnaslıq rəyindən görünür ki, 1 ədəd “Toshiba” markalı televizor 250 manat, 12 ədəd boşqab 24 manat, 12 ədəd nəlbəki 6 manat, 12 ədəd şirə stəkanı 12 manat, 12 ədəd limon qabı 6 manat, 12 ədəd qaşıq, 12 ədəd çəngəl və 12 ədəd bıçaq 72 manat, 2 ədəd podnos 8 manat, 12 ədəd balaca ölçüdə mürəbbə qabı 36 manat, 3 ədəd çömçə 15 manat, 6 ədəd kasa 9 manat, 1 ədəd üzərində dəm çayniki olan elektrikli samovar 70 manat, 1 ədəd 4 litr tutumlu termos 8 manat və 1 ədəd elektriklə işləyən çaynikin 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 15 manat müəyyən edilmişdir. Ekpertiza təyini haqqında qərarda qeyd dilən 13 adda malların istifadədə olması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intevsiliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 531,00 manat müəyyən edilmişdir. 8 adda mallar barədə kifayət qədər məlumat olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmişdir. “Axtarışda olan şəxsin tutulması” haqqında 27 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə saat 12 radələrində tutularaq Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 27 iyul 2021-ci il, 70 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 27 iyul 2021-ci il tarixli, 98 nömrəli qərardan görünür ki, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 15 ünvanında qeydiyyatda otmaqla yaşayan, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 27 aprel 2021-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında 29 iyul 2021-ci il tarixli, 75 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2021-ci il tarixdə elan edilmiş ittihamı dəqiqləşdirmək və əlavələr etmək zərurəti yaranmadığı üçün ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə özgə əmlaklarını qanunsuz olaraq gizli talaması əməlləri açıq talama ilə müşayət edilmədiyindən soyğunçuluq kimi qiymətləndirilməməsi və ona Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə özgə əmlakını qanunsuz olaraq gizli talaması əməli yaşayış sahəsinə qanunsuz daxil olma kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməli özgənin əmlakını gizli olaraq təkrar talama kimi qiymətləndirilməməsi və ona Azərbaycan Respublikasının 177.2.2-ci maddəsilə ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə özgə əmlaklarını qanunsuz olaraq gizli talaması əməlləri zamanı zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə ilə müşayət edilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs ilə bərabər digər hər hansı bir şəxsin sözügedən oğurluq cinayəti əməlinin törədilməsində iştirakçılıqları ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından qeyd olunan xüsusatla bağlı cinayət işinin başlanmasının rədd ediməsi və bu barədə material ayrılmaması, X10baqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etməsi, onlara sahiblik və ya onlardan istifadə etməsi, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməsi ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından, onlar X16 xeyrinə həll edilsin, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə material ayrılmaması, Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi cinayətin residivini yaratmaması nəzərə alınması, Talamanın predmeti olmuş 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 6 (altı) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabı və 01 ədəd “Toshiba” markalı televizor iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi, Məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri orta bazar qiymətinə uyğun təxmini hesablandığından Zərərçəkmiş şəxs məxsus dəymiş ziyanın məbləği hesablanarkən onun ifadəsində qeyd olunan məbləğ əsas kimi götürülməsi, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidin ifadəsi, baxış və götürmə, ifadənin yerində yoxlanılması, əşyanın tanınmaya təqdim edilməsi, ekspert rəyi, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. 05 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə özünə məxsus 01 ədəd “Toshiba” markalı televizor, 12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 6 (altı) ədəd kasaları və 2 (iki) ədəd xrustal qənd qabını saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X7 təhvil almışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 28 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 14.11.2007-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 128-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzası seçilmişdir.Bundan başqa Samux rayon Məhkəməsinin 20.08.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 1000 manat cərimə cəzası seçilmişdir.Bundan başqa Gəncə Hərbi məhkəməsinin 19.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinirək 04 il 06 azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası seçilmişdir. Bundan başqa Gəncə şəhər Nizami rayon Məhkəməsinin 02.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksının CM-in 317-2.1(2.2)-ci maddələri ilə 05 il azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası seçilmişdir.Gəncə şəhər Apelyasiya Məhkəməsinin 05.09.2012-ci il tarixli qərarı ilə 20.06.2012-ci il tarixli hökm dəyişdirilərək AR CM-in 317- 2.2, 66.5-ci maddəsinə əsasən üzərində 05 il azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası saxlanılıb və 27.02.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhər Probasiya şöbəsinin 02 noyabr 2021-ci il tarixli, 154/2010 saylı məktubdan görünür ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq ediiməklə X4 rayon Məhkəməsinin 1(058)-37/2010 saylı, 20.08.2010-cu il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzasından azad edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-59.1.12 və 59.1.13 maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Gəncə şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 14.11.2007-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 128-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzası seçilmişdir.Bundan başqa Samux rayon Məhkəməsinin 20.08.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 1000 manat cərimə cəzası seçilmişdir.Bundan başqa Gəncə Hərbi məhkəməsinin 19.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinirək 04 il 06 azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası seçilmişdir. Bundan başqa Gəncə şəhər Nizami rayon Məhkəməsinin 02.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksının CM-in 317-2.1(2.2)-ci maddələri ilə 05 il azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası seçilmişdir.Gəncə şəhər Apellyasiya Məhkəməsinin 05.09.2012-ci il tarixli qərarı ilə 20.06.2012-ci il tarixli hökm dəyişdirilərək AR CM-in 317- 2.2, 66.5-ci maddəsinə əsasən üzərində 05 il azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası saxlanılıb və 27.02.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq ediiməklə X4 rayon Məhkəməsinin 1(058)-37/2010 saylı, 20.08.2010-cu il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzasından azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ödənilmiş məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmadığından hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), şəxsiyyətini xarakterizə edən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasının orta həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixədə şübhəli şəxs qismində tutulduğu 2 (iki) günü və 27 iyul 2021-ci il tarixdə axtarışla tutulduğu 1 (bir) gün, ümumilikdə 3 (üç) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 4(043)- 159/2021 saylı, 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 56 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 12.08.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toshiba” markalı televizor,12 (on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 6 (altı) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməldidir: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 27 iyul 2021-ci il tarixdə axtarışla tutulduğu 1 (bir) gün, ümumilikdə 3 (üç) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 6 (altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 1 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri ünvan 1 ünvanını axşam saat 20:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar – 01 ədəd “Toshiba” markalı televizor,12(on iki) ədəd xrustal stəkan, 12 (on iki) ədəd boşqab, 1 (bir) ədəd xrustal gül qabı, 1 (bir) ədəd xrustal meyvə qabı, 6 (altı) ədəd kasa, 2 (iki) ədəd xrustal qənd qabı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-185/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-185/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver