Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-186/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 1966-ci ildə Şəmkir rayonunda anadan olmuş, hal-hazırda Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 147 /mənzil 91-də qeydiyyatda olmaqla yaşayan, Gəncə şəhəri 1 saylı vəkil bürosunda vəkil işləyən X1 və 1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Məhsəti küçəsi ev 13 -də yaşayan, Gəncə şəhəri Gəncə Azər-Avtonəqliyyat ASC-də icraaçı direktor vəzifəsində işləyən X4 məhkəmə məhsuliyyətinə verilməsinə və onların AR CM-nın 147.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalarını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X1 böhtan xarakterli yalan məlumatlar əsasında Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, güya ki, o, X.Cəbrayılovaya “mən sənin başına oyun açdıracam əgər bu işdən geri çəkilməsən səni öldürəcəm” deyərək hədələmişdir. X.Cəbrayılova Y.Hüseynovun barəsində cinayət işinin başlanmasını tələb etmişdir. Eyni zamanda G.Abbasov da ona qoşularaq eyni məzmunda ərizə ilə müraciət etmişdir. Onların ərizəsi əsasında Gəncə şəhər Kəpəz rayon Polis idarəsinin təhqiqat bölməsində və Gəncə şəhər prokurorluğunda araşdırılmalar aparılmış və Gəncə şəhər prokurorluğunda cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, X.Cəbrayılova və G.Abbasov böhtan və yalan xarakterli ərizə yazmaqla bilə-bilə onun şərəfini, ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar vermişlər. Barəsində yayılan böhtanlar səbəbindən şərəf və ləyaqətini qorumaq üçün X. Cəbrayılova və G. Abbasov barələrində cəza verilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X6 xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilərini əsassız hesab edərək, şikayətin icraata qəbul edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Yusif Hüseynov şikayətində Xatirə Cəbrayılova və Gündüz Abbasovun onu kütləvi əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi çıxışlarda deyil, dövlət orqanına (Gəncə şəhər prokurorluğuna) ünvanlanmış müraciətlərində ona böhtan atdıqlarını bildirməklə, həmin şəxslərin onun şərəf və ləyaqətini ləkələtən məlumat verdiklərini qeyd etmiş və Xatirə Cəbrayılova ilə Gündüz Abbasovun Cinayət Məcələsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-186/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-186/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver