Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-19/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 58 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində onun narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olduğunu əvvəlcədən bilməklə narkotik vasitə olan heroin almaq məqsədi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə zəng edən Şahid1 ilə telefon danışığı zamanı 35 manat pul müqabilində narkotik vasitə olan heroini Şahid1 satmağa razılaşaraq sonuncu ilə qeyd edilən tarixdə və vaxtda yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı tam orta məktəbin kənarında görüşüb həmin yerdə Şahid1 35 manat pul müqabilində 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 0.226 qram, yəni şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq satmış, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 xx.xx.2020-ci il tarixdə, saat 19:45-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 0.226 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 mənzil 57 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər cinayət törətdiyi üçün məhkum olunmuşdur. O, narkotik vasitədən özü istifadə edir, lakin heç kimə, o cümlədən Şahid1 narkotik vasitə satmamışdır. Heç kimə narkotik vasitə satmadığı üçün özünü ona elan edilmiş ittihamla təqsirli bilmir. O, “Çivin” ləqəbli Mehmanı tanıyır və Mehmanla arasında ədavətləri olmuşdur. Belə ki, Mehman onun yaşadığı binanın dəhlizində narkotik vasitə istifadə etdiyi üçün o, Mehmanla birlikdə narkotik vasitə istifadə edən Dəliməmmədli şəhər sakinlərinə Mehmana çatdırmaları üçün bildirmişdir ki, binanın dəhlizində narkotik vasitə istifadə edən şəxsə söyüş qoymuşdur. Həmin sözü Dəliməmmədli şəhər sakinləri Mehmana çatdırdıqları üçün Mehmanla aralarında mübahisələri olmuşdur. Mehman iki il əvvəl bu hadisəyə görə başqa şəxslərlə birlikdə onun yaşadığı yerə gəlmiş və onunla mübahisə etmişdir. Ona görə də o, düşünür ki, Mehman həmin ədavətə görə ona böhtan atır. Bundan başqa, o, “Malış” ləqəbli Şahid3 da tanıyır. Zaurla aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. Zaurun özü də uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. O, Zaura narkotik vasitə satmamışdır, Zaur yalan danışır. Onun istifadəsində olan mobil nömrə ***-***-**-**-dir və həmin mobil nömrəni uzun müddətdir ki, istifadə edir. Zaurun və Mehmanın mobil telefon nömrələrini bilmir. Buna baxmayaraq, o, həmin şəxslərlə dəqiq xatrılamadığı tarixlərdə mobil telefon vasitəsilə danışmışdır. Danışıq zamanı aralarında narkotiklə bağlı heç bir söhbət olmamışdır, danışığın məzmununu isə xatırlamır. 2020-ci ilin mart ayında, yəni tutulmamışdan əvvəl Mehmanla telefon vasitəsilə danışmamış və görüşməmişdir. Şahid2 adlı şəxsi isə ümumiyyətlə tanımır, ilk dəfə məhkəmə iclasında görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə isə 2018-ci ildən etibarən xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Gəncə şəhəri, DOS 6 ünvanında yaşayan “çivin” ləqəbli, Mehman adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində daşıması və istifadə etməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-yə daxil olmuş əməliyyat məlumatı ilə bağlı xx.xx.2020-ci il tarixdə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərarın icrası üzrə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin kiçik əməliyyat müvəkkilləri Şahid5 və Şahid6 iştirakları ilə xx.xx.2020-ci il tarixdə Mehman adlı həmin şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılaraq təxirəsalınmadan Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində təhqiqatçı Yaqub Cəlilov tərəfindən Mehman adlı həmin şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, bundan sonra isə onların da iştirakları ilə Mehmanın üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Mehman adlı həmin şəxs edilən təklifə əsasən, əynində olan cins şalvarın sağ yan cibindən polietilen kəsiyi bükümündə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı Mehman həmin bükülünün narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni 35 manat pul müqabilində şəxsi istifadəsi üçün “Göygöz” ləqəbli şəxsdən almasını etiraf etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və onların da iştirakları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 digər Şahid4 ilə eyni məzmunlu ifadələr verərək ifadələrində sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ünvan 4 mənzil 25 ünvanında anası Sona ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. O, narkotik vasitə olan heroini şprisə doldurub damarına vurma yolu ilə istifadə edir. Narkotik vasitə olan heroini tanımadığı şəxslərdən əldə edir. “Göygöz” ləqəbli Təqsirləndirilən şəxs bir məhəllənin uşağı kimi tanıyır, lakin onun narkotik vasitə satması barədə məlumatı yoxdur. Elşadla heş vaxt aralarında ədavət və ya düşmənçilik olmayıb. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamışdır. İbtidai istintaqda narkotik vasitəni Elşaddan alması barədə ifadə verməsinin səbəbi həmin vaxt ona təzyiq göstərilməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və atası Azərlə birlikdə yaşadığı evin həyətində avtomobil təmiri ilə məşğul olur. Əvvəllər oğurluq etdiyinə görə məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Bir ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, “kakos” kimi tanınan narkotik vasitə olan heroini həm şpristə doldurub damarına vurmaqla, həm də burnuyla nəfəs alma yolu ilə qəbul edir. Narkotik vasitə olan heroini Gəncə şəhərində tanımadığı şəxslərdən, eləcə də tanımadığı şəxslərin vasitəsilə əldə edir. O, Şahid1 uzun müddətdir ki, tanıyır, aralarında dostluq münasibətləri vardır. Mehmanın özü də narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci il tarixdə, günorta saatlarında o, narkotik vasitə olan heroin alıb istifadə etməyi dostu Mehman təklif etmiş, bunun üçün özündə 35 manat pulu da var imiş. Mehman isə tanıdığı bir nəfər şəxsdən narkotik vasitə olan heroin ala biləcəyini bildirmişdir. Həmin vaxt Mehman onun istifadəsində olan mobil telefonla narkotik vasitə alacağı həmin şəxsə zəng edib danışmış və razılığa gəlmişdir. Bundan sonra onlar Gəncə şəhəri, Atatürk prospekti ilə A.Ziyadxanov küçəsinin kəsişməsində olan işıqforun yanına getmişlər. O, həmin yerdə dayanıb gözləmiş, Mehman isə narkotik vasitə almaq üçün həmin şəxslə telefonla danışıb onun yanından bir qədər kənarlaşaraq 18 saylı tam ora məktəb tərəfə getmişdir. Bir qədər sonra isə Mehman geri qayıtmış və onlar birlikdə gedib xatırlamadığı yerdə Mehmanın 35 manata aldığı narkotik vasitə olan heroini istifadə etmişlər. Mehmanın narkotik vasitə aldığı şəxsi isə o, görməmişdir və tanımır. Mehman sadəcə olaraq onun mobil telefonu ilə həmin şəxslə danışıb görüşmüşdür. Mehmanın özünün mobil nömrəsinin balansında pul olmadığı üçün onun mobil telefonundan istifadə etmişdir. Daha sonra, yəni xx.xx.2020-ci il tarixdə, günorta saatlarında o, Mehmanla birlikdə yenə narkotik vasitə olan heroin almaq üçün Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” adlanan aptekin yanına getmişdir. Həmin vaxt Mehman özünün istifadəsində olan mobil nömrə ilə narkotik vasitə aldığı həmin şəxsin istifadəsində olan mobil nömrəyə zəng edib danışmış və narkotik vasitə olan heroin almaq barədə razılaşmışlar. Həmin vaxt o, “Şəfa” aptekin yaxınlığında gözləyirmiş. Mehman isə həmin şəxsdən narkotik vasitə almaq üçün xx.xx.2020-ci il tarixdə getdiyi istiqamətə, yəni 18 saylı məktəb tərəfə getmiş və bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Həmin vaxt onun üzərində 35 manat pul olduğundan xx.xx.2020-ci il tarixdə aldığı narkotik vasitə olan heroinin pulunu vermişdir. Mehman geri gəldikdə Mehmanın üzərində 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin var imiş. Həmin vaxt mülki geyimdə olan polis əməkdaşları Mehmanı saxlamışlar. O isə bunu görüb qaçmışdır. Həmin narkotik vasitəni isə istifadə edə bilməmişlər. Qeyd etdiyi tarixlərdə onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin mobil nömrəni hadisədən bir həftə əvvəl əldə etmişdir. Qeyd edilən mobil nömrə dostu Şahid7 adına rəsmiləşdirilmişdir. Bundan başqa, Mehmanın istifadəsində olan mobil nömrə ***- ***-**-**-dür. 13-xx xxxx 2020-ci il tarixlərində və ondan əvvəl Şahid1la həmin telefon nömrəsi vasitəsilə əlaqə saxlayıb danışmışdır. O, Mehmanın narkotik vasitə aldığı şəxsin adını və kim olduğunu bilmir. Doğrudur, Mehman onun mobil telefonu ilə həmin şəxslə danışmış və görüşüb 2 dəfə ayrı-ayrı vaxtlarda 35 manat pul müqabilində narkotik vasitə olan heroin almışdır. Mehman həmin şəxslə 18 saylı orta məktəbin yaxınlığında, dəqiq bilmədiyi və görmədiyi yerdə görüşüb narkotik vasitə almışdır. Onun mobil telefonunun ekranı nasaz olduğuna görə Mehmanın narkotik vasitə aldığı şəxsin mobil nömrəsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, DOS-6, ev 66, mənzil 3-də ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi ustalıqla məşğul olur. Şahid2 uzun müddətdir ki, tanıyır. Belə ki, Şahid2 onun qonşusudur. İbrahim ilə aralarında olan münasibətlər qonşuluq münasibətləri olmuşdur. O, İbrahimin narkotik vasitədən istifadə etdiyini sonradan öyrənmişdir. ***-***-**-** saylı mobil nömrə onun adına rəsmiləşdirilib. Belə ki, o, həmin mobil nömrəni 2020-ci ilin əvvəllərində, dəqiq xatırlamadığı tarixdə alıb qonşusu İbrahimə vermişdir. Həmin ərəfələr İbrahim özünün şəxsiyyət vəsiqəsini girov qoyub bir neçə yerdən borc pul götürürmüş. Ona görə anası həmin borcu ödəyib İbrahimin şəxsiyyət vəsiqəsini götürüb özündə saxlayırmış. İbrahim isə köhnə tanışlarından uzaqlaşmaq üçün mobil nömrəsini dəyişmək istədiyini, lakin bunun üçün şəxsiyyət vəsiqəsinin anasında olduğunu bildirib ondan öz adına mobil nömrə alıb ona verməsini xahiş etmişdir. O da qeyd edilən vaxtda ***-***-**-** saylı mobil nömrəni alıb İbrahimə vermişdir. Həmin vaxtdan da İbrahim qeyd edilən mobil nömrəni istifadə etmişdir. Həmin mobil nömrə onun adına olsa da, qeydiyyatdan keçdiyi ilk gündən Şahid2 istifadəsində olmuşdur. Onun özünün istifadəsində olan mobil nömrə ***-***-**-**-dur. O, “Göygöz” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitədən qanunsuz istifadə etdiyi üçün məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Hazırda da narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, heroini şpristə doldurub damarına vurmaqla istifadə edir. Onunla birlikdə dostu İbrahim Xudaverdiyev də narkotik vasitə olan heroindən istifadə edir. O, nə Təqsirləndirilən şəxs, nə də “Göygöz” ləqəbli şəxsi tanımır. Onu ilk dəfə istintaq zamanı polis idarəsində görmüşdür. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamış, onunla telefonda danışmamışdır. 055 608-04-04 mobil telefon nömrəsi onun adına rəsmiləşdirilsə də uzun müddət öncə onu Ruslan adlı tanımadığı şəxsə satmışdır və tutulduğu zaman həmin nömrə onun istifadəsində olmamışdır. Tutulmazdan bir neçə gün əvvəl Gədəbəy rayonunda olmuş, burada yerdən narkotik vasitə olan heroin tapmışdır. xx xxxx 2020-ci il tarixdə dostu Şahid2lə Gəncə şəhəri Atatürk prospektində “Şəfa” adlı aptekin yaxınlığında görüşmüş, İbrahim ona narkotik istifadə etmək istədiyini bildirmiş, o da İbrahimə gözləməsini deyib, biraz aralaşmış, daha sonra tapdığı heroindən bir az gətirib onunla birlikdə istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə də İbrahimlə eyni yerdə görüşmüş, ona orada gözləməsini deyərək yenə aralaşmış daha sonra üzərindəki narkotik vasitə olan heroini İbrahimlə birlikdə istifadə etmək üçün yolu keçib “Şəfa” adlanan aptekə tərəf gedərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. İbrahim bunu görüb qaçmışdır. Onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirib müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış zamanı üzərindən narkotik vasitə sayılan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Həmin narkotik vasitəni Elşaddan almamışdır və Elşadı tanımır. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. İbtidai istintaqda narkotik vasitəni İbrahimin verdiyi pul müqabilində Elşaddan alması ilə bağlı ifadəni isə təzyiq altında vermişdir. Məhkəmədə ifadəsini dəyişməsi üçün ona heç kim təzyiq göstərməmişdir. İbrahim ona narkotik vasitə alması üçün pul verməmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 verdiyi ifadələrlə onların ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğundan X6 və Şahid3 ibtidai istintaqda verdikləri ifadələr elan və tədqiq olunmuşdur. Cinayət işi üzrə istintaq zamanı videoçəkiliş aparılmaqla dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifafdəsində bildirmişdir ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitədən qanunsuz istifadə etdiyi üçün məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Hazırda da narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, heroini şpristə doldurub damarına vurmaqla istifadə edir. Onunla birlikdə tanışı İbrahim Xudaverdiyev də narkotik vasitə olan heroindən istifadə edir. O, İbrahimlə birlikdə pul müqabilində narkotik vasitə olan heroini Ruslan kimi tanıdığı Göygöz ləqəbli şəxsdən alır. Belə ki, Göygöz ləqəbli həmin şəxs narkotik vasitə olan heroin satışını həyata keçirir. O, Göygözdən narkotik vasitə olan heroini 35 manat pul müqabilində alır. Ümumiyyətlə, Göygöz ləqəbli həmin şəxsdən, təxminən 10 dəfə narkotik vasitə olan heroin almışdır. Həmin şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı məktəbin yaxınlığında satır. Yadında dəqiq qalan belədir ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə o, İbrahimlə birlikdə gedib Göygöz ləqəbli Ruslan kimi tanıdığı şəxsdən narkotik vasitə olan heroin almışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə, günorta saatlarında dostu İbrahimlə birlikdə Göygöz ləqəbli şəxsdən narkotik vasitə olan heroin almaq üçün sonuncunun yaşadığı binanın yaxınlığına getmişlər. Dostu İbrahim ondan bir qədər kənarda dayanıb gözləmiş, o isə özünün mobil nömrəsinin balansında pul olmadığı üçün İbrahimin mobil telefonu ilə Göygöz ləqəbli şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmişəki kimi narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Göygöz ləqəbli şəxs də ona narkotik vasitə satacağını bildirib məktəbin yaxınlığında gözləməsini istəmişdir. O, deyilən yerdə dayanıb Göygöz ləqəbli həmin şəxsi gözləyərkən sonuncu, yaşadığı binanın orta dəhlizindən çıxıb gəlmiş və ona İbrahimdən aldığı 35 manat pul müqabilində 1 ədəd sellofana bükülü vəziyyətdə narkotik vasitə sayılan heroin satmışdır. O, həmin yerdən uzaqlaşmış və İbrahimlə birlikdə gedib gizlincə həmin narkotik vasitəni istifadə etmişlər. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində o, yenə narkotik vasitə almaq üçün İbrahimlə birlikdə Göygöz ləqəbli şəxsin yaşadığı binanın yaxınlığına getmiş və orada öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Göygöz ləqəbli şəxsin mobil nömrəsinə zəng etmişdir. O yenə Göygöz ləqəbli şəxslə danışıb pul müqabilində narkotik vasitə olan heroin almaq barədə razılaşmış və bir qədər sonra Göygöz ləqəbli həmin şəxs gəlib 35 manat pul müqabilində ona 1 ədəd sellofan bükülüdə narkotik vasitə sayılan heroin satmışdır. O, həmin pulu da İbrahimdən alıbmış. Həmin vaxt İbrahim “Şəfa” adlanan aptekin yaxınlığında onu gözləyirmiş. O, Göygöz ləqəbli şəxsdən aldığı narkotik vasitəni İbrahimlə birlikdə istifadə etmək üçün yolu keçib “Şəfa” adlanan aptekə tərəf gedərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. İbrahim bunu görüb qaçmışdır. Onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirib müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış zamanı üzərindən Göygöz ləqəbli şəxsdən 35 manata aldığı, lakin tutulduğu üçün istifadə edə bilmədiyi narkotik vasitə sayılan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Şahid1 ifadəsində, həminçinin bildirmişdir ki, Ruslan kimi bildiyi Göygöz ləqəbli həmin şəxsi 15-20 gündür ki, tanıyır, və həmin şəxslə aralarında heç bir ədavət, düşmənçilik münasibətləri olmamış, hazırda da yoxdur. O, həmin şəxsi Ruslan kimi tanıyır. Belə ki, həmin şəxs narkotik vasitə satışı ilə məşğul olur. Həmin şəxsin əsl adının Elşad olmasını istintaq zamanı öyrənmiş, lakin buna baxmayaraq o, həmin şəxsi Ruslan kimi tanımışdır. Belə ki, o, həmin şəxsi Moskva şəhərində yaşayan Ruslan adlı dostunun vasitəsilə tanımışdır. Bundan başqa, dostu Şahid2, Göygöz ləqəbli şəxsi tanımır. Belə ki, o və İbrahim narkotik vasitə almağa gedərkən sonuncu ondan bir qədər kənarda dayanırmış. O isə Göygöz ləqəbli şəxlə görüşüb narkotik vasitə alırmış. Bununla belə, dostu İbrahim hansı istiqamətə getdiyini görürmüş. Bundan başqa, o, narkotik vasitə satışı ilə məşğul olmur, həmin narkotik vasitəni də şəxsi istifadələri üçün almışdır. Bundan başqa, Göygöz ləqəbli Təqsirləndirilən şəxs hər dəfəsində onun yanına tək gəlirmiş və o, Təqsirləndirilən şəxs ona satdığı narkotik vasitəni haradan almasını bilmir. O, Təqsirləndirilən şəxs narkotik vasitə alarkən həmin narkotik vasitənin pulunu dostu İbrahim ona görə verirmiş ki, onun öz pulu yox imiş və onlar həmin narkotik vasitəni birlikdə istifadə edirlərmiş. Cinayət işi üzrə istintaq zamanı videoçəkiliş aparılmaqla şahid qismində dindirilmiş Şahid3 ibtidai istinaqda verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 4 mənzil 25 ünvanında anası Sona ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. O, narkotik vasitə olan heroini şpristə doldurub damarına vurma yolu ilə istifadə edir. Narkotik vasitə olan heroini ünvan 1 mənzil 58-də yaşayan “Göygöz” ləqəbli şəxsdən pul müqabilində alır. Belə ki, Göygöz ləqəbli həmin şəxs 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, sarıbəniz, gözləri göy rəngli, səsi nisbətən xırıltılı olan şəxsdir. Həmin şəxs anası və qardaşı ilə birlikdə yaşayır. O, bir neçə dəfə də Göygöz ləqəbli həmin şəxsin yaşadığı evdə olmuşdur. Göygöz ləqəbli həmin şəxs yaşadığı evdən narkotik vasitə olan heroini götürüb ona satmışdır. Göygöz ləqəbli şəxs narkotik vasitə olan heroini 20 manat pul müqabilində satır. Ümumilikdə, o, Göygöz ləqəbli şəxsdən 2-3 aydır ki, narkotik vasitə olan heroin alır. O, Göygöz ləqəbli şəxsdən indiyədək, ümumilikdə 15-20 dəfə narkotik vasitə olan heroin almışdır. Bununla belə, dəqiq xatırladıqları belədir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 11-12 radələrində narkotik vasitə olan heroin almaq məqsədilə Göygöz ləqəbli şəxsin yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsinə, daha dəqiq orada yerləşən 18 saylı tam orta məktəbin qarşısına getmiş və orada istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Göygöz ləqəbli həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və 20 manat dəyərində narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Göygöz ləqəbli şəxs də ona problem olmadığını və 5 dəqiqəyə gətirib gələcəyini bildirmişdir. Bundan, təxminən 5 dəqiqə sonra Göygöz ləqəbli şəxs yaşadığı evdən çıxıb onun olduğu yerə, yəni 18 nömrəli orta məktəbin qarşısına gəlmiş və ondan 20 manatı götürüb 1 ədəd siqaret kağızına bükülü halda narkotik vasitə olan heroini ona vermişdir. O da həmin yerdən uzaqlaşıb getmişdir. Həmin gün o, Göygöz ləqəbli şəxsdən aldığı narkotik vasitə olan heroini yaşadığı evdə heç kim olmadığı müddətdə istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 10-11 radələrində o, yenə eyni qaydada Göygöz ləqəbli şəxsin yaşadığı binanın yaxınlığına, yəni 18 saylı orta məktəbin qarşısına getmiş və oradan yenə Göygöz ləqəbli şəxsin istifadəsində olan həmin mobil nömrəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib narkotik vasitə olan heroin istəmişdir. Göygöz ləqəbli şəxs yenə 5-10 dəqiqə sonra onun yanına gəlib 20 manat pul müqabilində ona 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin satmış və o, həmin yerdən yaşadığı evə gedib həmin narkotik vasitəni istifadə etmişdir. Göygöz ləqəbli şəxs narkotik vasitə olan heroin satışı ilə məşğul olur və bildiyi qədərilə həmin şəxs Vüsal adlı şəxsin narkotik vasitəsini satır. O, Vüsal adlı şəxsi bir neçə dəfə Göygöz ləqəbli həmin şəxsin yanında görmüşdür. Göygöz ləqəbli şəxs özü də ona Vüsal adlı şəxsdən narkotik vasitə alıb satdığını bildirmişdir. Vüsalın özü bildiyim qədərilə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” adlanan aptekin binasında yaşayır. Göygöz ləqəbli şəxsin özü də narkotik vasitədən istifadə edir və narkotik vasitə olan heroin satmaqla pul qazanır. Şahid3 ifadəsində, həmçinin bildirmişdir ki, narkotik vasitə aldığı həmin şəxsi Göygöz ləqəbi ilə tanıyır, əsl adını bilmir. Göygöz ləqəbli şəxslə arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmayıb, hazırda da yoxdur. O, Göygöz ləqəbli həmin şəxsi görsə tanıya bilər. Göygöz ləqəbli həmin şəxs ona narkotik vasitə gətirərkən özü həmişə tək gəlirmiş. Bundan başqa, o, narkotik vasitə almaq üçün pulu yaşlı anasından alırmış. İstintaq hərəkətinin gedişatını əks etdirən videogörüntü isə 1 ədəd DVD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş diskə yazılmış videogörüntülərdən məlum olur ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Prosessual hərəkət zamanı şübhəli şəxs Şahid1 Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, o cümlədən narkotik vasitə olub-olmaması barədə sual verilir. Şahid1 isə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edir. İlkin dindirmə zamanı o, həmin bükülünün narkotik vasitə olan heroin, yəni “kakos” kimi tanınan narkotik vasitə olduğunu, “Göygöz” ləqəbli Ruslan adlı şəxsdən xx.xx.2020-ci il tarixdə 35 manat pul müqabilində əldə etdiyini, ümumiyyətlə həmin şəxsdən tez-tez narkotik vasitə aldığını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan başqa, Şahid1 “Göygöz” ləqəbli həmin şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, “Göygöz” ləqəbli şəxsin mobil nömrəsinin ***-***-**-** olduğunu bildirir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilir, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilmir. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilir və çəkisinin 0.3 qram olduğu müəyyən edilir. Daha sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənir və imzalarla təsdiq edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Şahid3 təqdim etdiyi “Samsung” markalı, “SM-B312E” modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı qeyd edilən mobil telefonun içərisində 1 ədəd “Nar” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə olması, mobil telefonun ekranının isə nasaz olduğuna görə göstərməməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Şahid2 təqdim etdiyi “Mikromax” markalı, “Q3001” modelli mobil telefonuna baxış keçirilmiş, baxış zamanı qeyd edilən mobil telefonun içərisində biri ***-***-**-** saylı mobil nömrə olmaqla 2 ədəd “xxxx” mobil operatoruna məxsus mobil nömrə olması, mobil telefonun ekranının isə nasaz olduğuna görə göstərməməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan məlum olur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs cinayət işi üzrə şəxsi marağı olmayan, eyni cinsdən olan və ondan xarici görkəmi, geyimi ilə kəskin fərqlənməyən digər üç nəfər şəxslə birlikdə Şahid3 tanınmaya təqdim edilmişdir. Şəxsin tanınması istintaq hərəkətinin icrası zamanı Şahid3 digər üç nəfər şəxsin arasından Təqsirləndirilən şəxs tanıyıb göstərərək ondan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə, eləcə də əvvəllər 20 manat pul müqabilində narkotik vasitə olan heroin aldığını bildirmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə yazılmış videogörüntüdən məlum olur ki, cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ilə cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri arasında iş üçün əhəmiyyətli ziddiyyətlər olduğundan həmin ziddiyyətləri aradan qaldırmaq məqsədilə videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətinin icrası zamanı Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə, eləcə də əvvəllər 20 manat pul müqabilində narkotik vasitə olan heroin satdığını deyərək ifadəsini bir daha təsdiq etmişdir. İstintaq hərəkətinin gedişatını əks etdirən videogörüntü isə 1 ədəd DVD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan məlum olur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs cinayət işi üzrə şəxsi marağı olmayan, eyni cinsdən olan və ondan xarici görkəmi, geyimi ilə kəskin fərqlənməyən digər üç nəfər şəxslə birlikdə cinayət işi üzrə digər şübhəli şəxs Şahid1 tanınmaya təqdim edilmişdir. Şəxsin tanınması istintaq hərəkətinin icrası zamanı şübhəli şəxs Şahid1 digər üç nəfər şəxsin arasından Təqsirləndirilən şəxs tanıyıb göstərərək ondan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə, eləcə də əvvəllər pul müqabilində narkotik vasitə olan heroin aldığını bildirmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə yazılmış videogörüntüdən məlum olur ki, cinayət işi üzrə istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş Şahid1 ilə digər şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri arasında iş üçün əhəmiyyətli ziddiyyətlər olduğundan həmin ziddiyyətləri aradan qaldırmaq məqsədilə videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətinin icrası zamanı şübhəli şəxs Şahid1 digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona bir neçə dəfə 35 manat pul müqabilində narkotik vasitə olan heroin satdığını deyərək ifadəsini bir daha təsdiq etmişdir. İstintaq hərəkətinin gedişatını əks etdirən videogörüntü isə 1 ədəd DVD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan məlum olur ki, cinayət işi üzrə istintaq zaman şübhəli şəxs qismində tutulmuş Şahid1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İstintaq hərəkəti icra edilərkən Şahid1 Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 4 saylı yaşayış binasının sağdan sola ikinci blokunu göstərərək narkotik vasitəni aldığı “Göygöz” ləqəbli şəxsin həmin dəhlizdən çıxıb gəldiyini bildirmiş, daha sonra isə həmin yaşayış binasının kənarında yerləşən 18 saylı orta məktəblə həmin binanın arasında olan küçədə məktəbin kənarını göstərərək “Göygöz” ləqəbli şəxsdən pul müqabilində narkotik vasitəni həmin yerdə aldğını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/209 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş-üzərində “şübhəli şəxs Şahid1 üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri olan kağız paketdəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0.226 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 418 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olduğu 1 ədəd DVD disk müvafiq qaydada “xxxx” MMC-dən əldə edilərək həmin diskə baxış keçirilərək müəyyən edilmişdir ki, içərisində dörd ədəd “SMS_Tarixçəsi__**********1401__5********.pdf”,“SMS_Tarixçəsi__**********1406__5******* *.pdf”, “Zənglər_Məxsusluqtarixçələri_553565317_onlyBKC.pdf” “Zənglərin Detallaşması_5********.pdf” adı ilə fayllar var. Baxış zamanı ilk öncə birinci fayl açılmış və içərisində xx.xx.2020-ci il tarixdə, saat 17:38:48 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mene zeng ele tecli” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 18:13:52 dəqiqədə “Qaqa goygozdu bu ne hereketdi meni yg” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 18:14:08 dəqiqədə “İsm var tecli brat” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 21:04:12 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Cesr kifayet deyr ki gerek qapsna gedm byabrclq elym teli accavab ver cesr allaha and olsn narazlqmz olacax gel bele eleme cesr qapna getmesn amam evn corey pulnu verb sene bunun adni ne qoyaq hay sen de ” məzmunda mesaj göndərildiyi məlum olmuşdur. Bundan sonra ikinci fayl açılmış və içərisində xx.xx.2020-ci il tarixdə, saat 12:02:43 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa sen ol ter temiz 20 manatim var komek vere bilersen” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 19:44:48 dəqiqədə ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa olum qabagnda qardawdiq ele men pis olmamiwam ureyime berk duwub cox xaiw edirem Allaha xatir mene komeklik et cox xaiw edirem ” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 19:33:13 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gelirem yanina sebirli ol indi durmuwam yuxudan” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 20:08:53 dəqiqədə “Qadanalim uzulu say bawqa wey getirecekdim sene alinmadi ona gore gozletdim senin xeyrine idi bu gun goruwey pulu verim” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 20:11:22 dəqiqədə “And olsjn Allaha senin xeyrine birwey edecekdim alinmadi deye gecikdi uzurlu say bugun gotuwek amma” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 14:33:53 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa sa qurban olum gejikdim axi men bu nagarmaqdiey ay dede vermisense dinen vermiremde ne olardi ki canim agriyir hemde telesirem axi gelde ne olar ” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 15:20:46 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qurban sene sen acmadin tapdim” məzmunda, xx.xx.2020-ci il tarixdə, saat 17:11:22 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ayqa basqa isim var ac teli” məzmunda mesajlar göndərildiyi məlum olmuşdur. Bundan sonra diskin içərisində olan 3-cü fayl player proqramı vasitəsilə açılmış və içərisində ***-***-**-** saylı mobil nömrədən və həmin nömrəyə edilmiş zənglərin olduğu mobil nömrələrin sahiblərinin şəxsi məlumatları olması müəyyən edilmişdir. Bundan sonra 4-cü fayl player proqramı vasitəsilə açılmış və içərisində xx xxxx 2020-ci il tarixdə saat 00:00-dan xx xxxx 2020-ci il tarixə, saat 22:00-a qədər olan müddət ərzində ***-***-**-** saylı mobil nömrəyə və həmin mobil nömrədən edilmiş zənglərin siyahısı olduğu müəyyən edilmişdir. Həmin siyahıdan görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 18:30:38 dəqiqədə zəng edilmiş və 37 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 18:51:34 dəqiqədə zəng edilmiş və 10 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 18:56:47 dəqiqədə zəng edilmiş və 14 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 19:07:48 dəqiqədə zəng edilmiş və 10 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 19:16:11 dəqiqədə isə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 5 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 19:16:32 dəqiqədə ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 63 saniyə danışıq olmuşdur. Bundan başqa, yenə, xx.xx.2020-ci il tarixdə, saat 19:20:08 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 54 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 19:25:02 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 33 saniyə danışıq olmuşdur. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 14:47:44 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 29 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 14:50:32 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 23 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:01:56 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 39 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:09:34 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 36 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:17:56 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 27 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:27:14 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 30 saniyə danışıq olmuşdur. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 15:41:55 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 27 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:47:59 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 26 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:53:18 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 10 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 15:56:46 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 25 saniyə danışıq olmuşdur. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 15:58:26 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 34 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 16:01:53 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 37 saniyə danışıq olmuşdur. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 16:14:04 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 36 saniyə danışıq olmuşdur. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 16:17:59 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 19 saniyə danışıq olmuşdur. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 16:29:47 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 56 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 16:37:42 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 15 saniyə danışıq olmuş, xx.xx.2020-ci il tarixdə, saat 16:46:58 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 46 saniyə danışıq olmuşdur. Göründüyü kimi, ***-***-**-** saylı mobil nömrə və ***-***-**-** saylı mobil nömrələr arasında çoxsaylı telefon danışıqları olmuşdur. Bundan başqa, həmin siyahından görünür ki, Şahid2 istifadəsində olan və Şahid7 adına rəsmiləşdirilmiş ***-***- **-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 18:43:56 dəqiqədə zəng olunaraq 104 saniyə telefon danışığı aparılmışdır. Bundan başqa, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 18:56:53 dəqiqədə zəng olunaraq 57 saniyə telefon danışığı aparılmışdır. Həmin siyahıda olan digər mobil nömrələrdən edilən zənglərin isə cinayət işi üçün mühüm əhəmiyyət kəsb etmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi X7 xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və həmin qərarlara əlavə edilmiş ərizə və izahatlardan görünür ki, Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və qanunazidd hərəkətlərə məruz qalması ilə bağlı X2 şikayəti üzrə aparılmış araşdırma zamanı izahatı alınmış Şahid1 bildirmişdir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq məhkəməyə göndərilmişdir. Həmin iş üzrə o, narkotik vasitə olan heroini “Göygöz” ləqəbli Təqsirləndirilən şəxs almış və verdiyi ifadəsində, həmçinin üzləşmə zamanı bunu demişdir. Daha sonra Elşadın anası Kifayət onu taparaq oğlundan şikayətçi olmamasını xahiş etmiş, o da Kifayətin xahişi ilə notarial qaydada ərizə verərək narkotik vasitəni Elşaddan almadığını bildirmişdir. Əslində isə narkotik vasitə olan heroini Elşaddan almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilməsə də məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun təqsirliliyi öz təsdiqini tapmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsi ümumiyyətlə tanımadığını, onu ilk dəfə Gəncə şəhər Baş Polis İdarəsində gördüyünü bildirsə də onun bu ifadəsi ilk növbədə təqsirləndirilən şəxsin ifadəsi ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs Şahid1 tanıdığını, hətta onunla bu hadisədən əvvəl aralarında mübahisə də olduğunu, eləcə də Şahid1la ara-sıra telefon vasitəsilə danışdığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni Gədəbəy rayonunda olarkən yerdən tapdığını, narkotik vasitədən Şahid2lə birlikdə istifadə etdikləri günlərdə tapdığı narkotik vasitəni təqdim etdiyini bildirsə də Şahid2 verdiyi ifadəsində həmin narkotik vasitəni Şahid1 onun verdiyi pulla tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid1 055 608-04-04 mobil telefon nömrəsini işlətmədiyini, hadisədən əvvəl Ruslan adlı tanımadığı şəxsə satdığını bildirsə də Şahid2 Şahid1 istifadəsində hadisə vaxtı məhz həmin mobil telefon nömrəsinin olduğunu, Şahid1 həm həmin nömrə ilə, həm də Şahid2 istifadəsində olan nömrə ilə narkotik vasitəni aldığı adamla telefonda danışdığını bildirmişdir. Şahid2 ifadəsində göstərdiyi hallar “xxxx” MMC-dən götürülmüş zəng tarixçələri ilə də öz təsdiqini tapmış, 13-xx xxxx 2020-ci il tarixlərində, eləcə də ondan əvvəl Şahid1 adına qeydə alınmış 055 608-04-04 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında çoxsaylı telefon danışıqlarının olması müəyyən edilmişdir. Eyni zamanda Şahid2 istifadəsində olan və Şahid7 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə iki dəfə zəng olunaraq telefon danışığı aparılmışdır. Göründüyü kimi, Şahid1 məhkəmə iclasında verdiyi ifadə təqsirləndirilən şəxsin və Şahid2 ifadələri ilə, eləcə də “xxxx” MMC-dən verilmiş zəng tarixçələri ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, Şahid1 məhkəmə iclasında verdiyi ifadə aşkar surətdə həqiqətə zidd olmaqla hadisənin baş vermə mexanizmini ümumiyyətlə açıqlamır. İfadə daxilən də ziddiyyətli olmaqla öz-özlüyündə Şahid1 hərəkətlərinə məntiqi izah gətirə bilmir və aydın görünür ki, bu ifadə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmağa yönəlmişdir. Şahid1 ibtidai istintaq zamanı həm şahid qismində, həm şübhəli şəxs qismində verdiyi ifadələrdə, üzləşdirmə, ifadənin yerində yoxlanılması, şəxsi axtarış və götürmə kimi istintaq hərəkətlərinin icrası zamanı dəfələrlə tutularkən üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, bu zaman verdiyi ifadəsində hadisənin baş vermə mexanizmini tam, ətraflı izah etmişdir. Onun ibtidai istintaqda verdiyi ifadəsi Şahid2 ifadəsi ilə, zəng tarixçələri ilə uyğun olmaqla narkotik vasitənin mənbəyi barədə tam və dolğun təsəvvür yaradır. Buna görə də Şahid1 məhkəmə istintaqında verdiyi ifadə yox, ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Elşad X1 narkotik vasitə satmaması barədə ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, təqsirləndirilən şəxs Şahid1la aralarında ədavət olduğunu, buna görə də Şahid1 ona böhtan atdığını bildirsə də Şahid1 istifadəsində olan mobil telefon nömrəsi ilə onun mobil telefon nömrəsi arasındakı, eləcə də Şahid2 istifadəsində olan mobil telefon nömrəsi ilə onun mobil telefon nömrəsi arasındakı çoxsaylı zəngləri və danışıqları nə ibtidai istintaq zamanı, nə də məhkəmə iclasında izah edə bilməmiş, həmin vaxt kiminlə danışdığını xatırlamadığını bildirmişdir. Halbuki, Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində, Şahid2 isə həm ibtidai istintaqda, həm də məhkəmə iclasında verdiyi ifadəsində həmin vaxt Mehmanın özünün və onun mobil telefonu vasitəsilə zəng edib danışdığı şəxsdən narkotik vasitə olan heroin aldığını bildirmiş, bu zənglərdən qısa müddət sonra tutulmuş Şahid1 üzərindən narkotik vasitə olan heroin aşkar edilmiş, Şahid1 həmin heroini “Göygöz” ləqəbli şəxsdən aldığını bildirmiş və daha sonra şəxsin tanınması istintaq hərəkəti zamanı “Göygöz” ləqəbli şəxsi tanıyaraq Təqsirləndirilən şəxs olduğunu göstərmiş və onun üzünə qarşı da eyni ifadəni təkrar etmişdir. Bütün bunlar təqsirləndirilən şəxsin ifadəsinin həqiqəti əks etdirmədiyini sübut edir. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cinayət məsuliyyətini aradan qaldıran hallar, habelə cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Fizuli Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi üzrə təqsirli bilinərək 09 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci il, 177.2.2 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəriməni tam ödəmişdir. Bundan başqa, o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi üzrə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(043)-127/2019 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi üzrə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi üçün xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Probasiya Şöbəsində qeydiyyata alınmış və cəza müddəti başlamışdır. Məhkumun cəza müddətinin 04 ay 11 günü çəkilmiş, 01 il 01 ay 15 günü qalmışdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(043)-23/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə olmanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(043)-48/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs məhkəməyə verildikdən sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3- cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən onun əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunmasını, başqa cinayətə görə məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan hazırkı cinayət əməlini törətməsini, cinayətin xarakteri və ictimai təhlükəliliyinin dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəzanın təyin edilməsi, eləcə də cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd edilən hallar, eləcə də təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Gəncə şəhər Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubunda təqsirləndirilən şəxsə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(043)-127/2019 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 01 ay 15 gün hissəsinin qaldığı göstərilsə də həmin cəzanın 01 il 01 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Belə ki, məktubda təqsirləndirilən şəxsin xx xxxx 2020-ci il tarixdən həbsə alındığı nəzərə alınmamış, məktubun verildiyi xx xxxx 2020-ci il tarixədək hesablama aparılmışdır. Azərbaycan Respublikası Cəzaları İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarda həbsetmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablandığı qeyd olunmuşdur. Buna uyğun olaraq cəzanın icrasının başlandığı xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək 04 ay 09 gün müddət keçmiş, cəzanın 01 il 01 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 01 ay 17 gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 ay 23 gün azadlıqdan məhrumetməyə bərabər tutulmalı, həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli və cəzasının əvvəli onun həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut – Şahid1 üzərindən aşkar edilmiş və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitə olan heorinin X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə də maddi sübut olması və maddi sübutun taleyinin həmin cinayət işi üzrə çıxarılacaq qərarda həll edilməli olması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-127/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 ay 17 gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 ay 23 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz tam, yüzdə qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-19/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-19/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver