Məhkəmə qərarları › İş №1(043)-19/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-19/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-19/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 17.01.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1999-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı test analizi verməklə 24.04.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 26.04.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvandan yaşayış evini qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Kəpəz rayonu, Sadılı qəsəbəsi istiqamətinə gedən və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman, bundan başqa 27.04.2021-ci il tarixdə saat 14:45 radələrində yaşadığı ünvan 2 ünvanından yaşayış yerini qanunsuz olaraq tərk edib ünvan 4stiqamətinə gedən və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman, bundan başqa 28.04.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi istiqamətinə gedən və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman, bundan başqa 30.04.2021-ci il tarixdə 04 radələrində yaşadığı ünvan 2 ünvanından yaşayış evini qanunsuz olaraq tərk edib dostu Şahid3 oğu ilə Gəncə şəhərinin mərkəzində görüşüb Şahid3 məxsus olan “VAZ- 21074” minik markalı ** DR *** qeydiyyat nömrə nişanlı avtomobili alıb idarə edərək Gəncə şəhəri, Atatürk prospekti ilə Z.Hacıyev küşəsi istiqamətdə hərəkətdə olarkən avtoxuliqanılq hərəkəti edib və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman, bundan başqa 03.05.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı ünvan 5 ünvanından yaşayış evini qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti istiqamətinə gedərək və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman həmçinin 08.05.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 2 ünvanından yaşayış evini qanunsuz olaraq tərk edib ünvan 7ri, Ş.İ.Xətai prospekti, Gəncə şəhəri Vaqif küçəsi istiqamətinə və şəhərin digər yerlərinə gedən və oradan yaşadığı ünvan 8 ünvana gələn zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş, onların rəsmi nikahı olmamışdır. 2020-ci ildə onların Məryəm adlı uşaqları anadan olmuşdur. ünvan 8 ünvanında yaşamışlar. 23.04.2021-ci il tarixdə özünü narahat hiss etdiyi üçün COVİD-19 pandemiyasma yoluxmağına şübhə olduğuna görə TTYS-dan həkim çağırmışdır. Həkim gəlib onun burnundan yaxma götürməklə analiz vermişdir. Həmin vaxt həyat yoldaşı Gülcanın da burundan yaxma götürmüşdülər. Analiz verdikdən 2-3 gündən sonra dəqiq vaxtını xatırlamadığı vaxtda istifadə etdiyi ***-***-**-** nömrəsinə mesaj gəlmiş, həmin mesajdan bilmişdir ki, COVİD- 19 virusuna yoluxmuşdur. Gülcanın COVİD-19 virusuna yoluxmaması barədə mesaj gəlmişdir. Onun barəsində gələn mesajda 14 gün müddətinə yaşadığı evi tərk etməməyi barədə bildiriş də gəlmişdir. Bildirişdə göstərilmişdir ki, yaşadığı evi həmin müddətdə tərk etsə cinayət işi qaldırılacaqdır. Bundan sonra ona poliklinikadan zəng edib adını bilmədiyi həkim ona stasionar şəraitdə müalicəyə ehtiyac olmadığını demişdir. O, xəstəliyi ilə əlaqədar müəyyən dərmanlar alıb içmişdir. Həkim ona ev şəraitində müalicə olmağını qapalı vəziyyətdə müalicə almağını yaşadığı evi tərk etməməyini demişdir. Ona dərman lazım olanda evə ərzaq məhsulları və uşağa lazım olanları almaq üçün bir neçə dəfə evi tərk etmişdir. 30.04.2021-ci il tarixdə saat 01 radələrində dostu Şahid3 ilə şəhərin mərkəzində görüşüb Nadirə məxsus olan VAZ-2107 markalı avtomobili idarə edib gecə vaxtı VAZ-2107 markalı dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilə avtoxuliqanlıq hərəkəti etdiyinə görə Gəncə şəhər DYPŞ-nin əməkdaşları onun barəsində inzibati protokol tərtib edib Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə gətirmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində olarkən ona inzibati həbs verilməsin deyə COVİD-19 virusuna yoluxduğunu demişdir. Buna görə onun barəsində 600 manat cərimə yazılmışdır. Həmin ərəfədə o, başqa heç kəsi yoluxdurmamış, onun virusa yoluxmağı yüngül simptomla keçmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, X2 ilə 2018-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuş, onların nikahları qeydə alınmamışdır. 23 avqust 2020-ci ildə Məryəm adlı bir uşaqları anadan olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yaşamışlar.21.04.2021-ci il tarixdə Röyalın səhhətində halsızlıq yaranmışdır. Narahat olduğuna görə Gəncə şəhər TTYS-dan həkim çağırmışdır. TTYS-nın avtomobili gəldikdən sonra həkimlər Röyaldan və ondan yaxma götürmüşdülər. 24.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs COVİD 19 virusuna yoluxması barədə testin cavabı pozitiv çıxmışdır. Onun verdiyi testin cavabı isə neqativ çıxmışdır. Təqsirləndirilən şəxs mobil telefonuna həmin mesajda 14 gün müddətinə yaşadığı evi tərk etməməyi barədə bildiriş də gəlmişdir. Orada bildirilmişdir ki, yaşadığı evi həmin müddət ərzində tərk etsə, cinayət işi qaldırılacaqdır. Bundan sonra Röyala 1-2 dəfə poliklinikadan həkim zəng vurub Röyala bildirmişdilər ki, Röyalın stasionar şəraitdə müalicəyə ehtiyacı yoxdur. Bundan sonra Röyal yaşadıqları evdə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs özünü halsız hiss etmiş, öksürməsi olmuşdur. Buna görə də o, qızı Məryəm ilə evdə başqa otaqda qalmışdılar. Təqsirləndirilən şəxs arada bir azyaşlı qızı Məryəmə pampers və evə ərzaq almaq üçün evdən çıxıb şəhərə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər X6 Şöbəsində axtarış üzrə inspektor vəzifəsində işləyir. Nazirlər Kabineti tərəfindən elan edilmiş sərtləşdirilmiş karantinlə əlaqədar olaraq Covid-19 virusuna yoluxmuş və ev şəraitində müalicə alaraq karantində olan şəxslərin Gəncə şəhər Baş Polis İdarəsində, onun tabeli orqanlarında və Gəncə şəhər X7 Şöbəsində nəzarətdə saxlanılmışdır. 2021-ci ilin aprel ayında Covid-19 virusuna yoluxanların sayı yenidən çoxaldığı üçün polis daim vətəndaşlarla profloktiki söhbətlər aparıb qoyulmuş qaydalara əməl olunmasını izah edilmişidir. Həmçinin COVİD-19 virusuna yoluxmuş və yaşadığı evi tərk edən şəxsləri müəyyən edib həmin şəxsləri evlərinə qayıtmasını və karantin müddətində evlərini tərk etməmələri bildirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz şəhər xidməti kameraları vasitəsilə müəyyən edilmişdir ki, 30 aprel 2021-ci il tarixdə saat 04:41 radələrində VAZ-21074 minik markalı ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Atatürk prospekti ilə Z.Hacıyev küçəsinin istiqamətdə hərəkətdə olarkən başqa bir nəqliyyat vasitəsi də onun arxası ilə yüksək surətlə hərəkət edir. Həmin vaxt hər iki nəqliyyat vasitəsi təhlükəli manevrlər edərək birbirini ötməyə çalışır. Qeyd edilən qayda pozuntuları ilə əlaqədar olaraq 10.05.2021-ci il tarixdə VAZ-21074 minik markalı ** DR *** minik markalı avtomobil Gəncə şəhər ərazisində saxlanılaraq Gəncə şəhər X6 Şöbəsinin avtomobillərin müvəqqəti duracağına gətirilmişdir. Sonradan müəyyən olunmuşdur ki, VAZ-21074 minik markalı ** DR *** minik markalı avtomobil Şahid3 məxsusdur, vətəndaş Şahid3 izahat verərək bildirmişdir ki, 30.04.2021-ci il tarixdə özünə məxsus olan VAZ-21074 minik markalı ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün dostu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsindən xəbəri olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəvət edilərək izahatı alınmış, izahatında Təqsirləndirilən şəxs inzibati xətanı törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs Azrbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən barəsində İnzibati Xətalar Məcəlləsini 332.3 və 511.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə olan zaman vətəndaş Təqsirləndirilən şəxs “COVİD-19” xəstəsi olduğunu və məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 1 nömrəli şəhər poliklinikasında sahə həkimi işləyir. O və digər sahə həkimləri yüngül simptomlu Covid-19 xəstələrinin ev şəraitində müalicələrini və onlara nəzarəti həyata keçirirlər. Təqsirləndirilən şəxs da o işlədiyi poliklinikaya qeydiyyata düşmüş və ev şəraitində müalicə almışdır. Belə ki, 24 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu Covid-19 testinin analiz nəticələri pozitiv çıxdığı və poliklinikaya qeydiyyata düşməsi barədə məlumat daxil olmuşdur. Həmin vaxtdan ambulator qaydada xəstəlik tarixçəsi açmışlar və Təqsirləndirilən şəxsla əlaqə saxlayıb onun yaşadığı evdən 14 gün müddətində kənara çıxmaması, yaşadığı evdə izolyasiya qaydalarına əməl edərək evdə olan digər şəxslərlə təması azaltmağını tapşırmışlar. 25.04.2021-ci il tarixdən başlayaraq 14 gün müddətində Təqsirləndirilən şəxsla mütamadi əlaqə saxlanılmış və təyinatı dərman pereperatlarını vermişlər. Bundan sonra müalicəni nə cür aparması barədə daim nəzarət olunmuş, Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlanılan zaman Təqsirləndirilən şəxs daim özünü yaxşı hiss etdiyini və səhhəti üçün hər hansı bir ciddi narahatçılıq olmadığını, yəni yüksək tempuratur, boğulma ilə nəticələnən öksürmə olmadığı üçün xəstəliyin nəzarət qaydasında ev şəraitində keçirib sağalmışdır. Təqsirləndirilən şəxs Covid 19 xəstəsi kimi 08.05.2021-ci il tarixədək poliklinikada qeydiyyatda durdu və həmin tarixdə sağaldıqdan sonra qeydiyyatdan çıxmışdır. O və digər sahə həkimləri virusu yüngül keçirən xəstələrlə ev şəraitində telefon vasitəsi ilə əlaqə saxlayıb müalicəsinin gedişinə nəzarət edirlər. Təqsirləndirilən şəxs evdən çıxıb-çıxmamasını bilmir. Ancaq xəstəyə evdən çıxmaması barədə xəbərdarlıq etmişlər. İttiham tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 Hüseyn qızı ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 1 nömrəli şəhər poliklinikasında tibb bacısı işləyir.Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Bir dəfə yaşadığı ünvana Ə.Əliyev küçəsinə dərman vermək üçün getmiş, həmin vaxt qapı bağlı olduğu üçün pilləkəndə qarşılaşmış və həmin vaxt dərmanı ona vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, VAZ-21074 minik markalı ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. Təqsirləndirilən şəxs tanıyır, onlar daimi bir yerdə olurlar, Röyal onun dostudur, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs işi olanda özünə məxsus olan avtomobili bir neçə dəfə idarə etmək üçün Röyala vermişdir. 29.04.2021-ci il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxsla şəhərin mərkəzində Univermağın yaxınlığında görüşən vaxt işi ilə əlaqədar olaraq ondan avtomobili istəmişdir. O, da özünə məxsus VAZ-21074 minik markalı ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün Röyala vermişdir. 30.05.2021-ci il tarixdə səhər təxminən saat 07 radələrində Röyal ona məxsus olan avtomobili gətirib yaşadığı evdə ona vermişdir. 10.05.2021-ci il tarixdə o, idarə etdiyi VAZ-21074 minik markalı ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə şəhərin mərkəzində «Tantuni» deyilən yerdə hərəkətdə olarkən Gəncə şəhər DYPŞ-nin əməkdaşları avtomobili saxlayıb ona məxsus olan avtomobilə 30.04.2021-ci tarixdə Gəncə şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edildiyini bildirmişdilər. Buna görə də onun idarə etdiyi avtomobili Gəncə şəhər DYPŞ-nin avtomobillərin müvəqqəti duracağına yerləşdirmişdilər. Gəncə şəhər DYPŞ-də məlum olmuşdur ki, 30.04.2021-ci il tarixdə ona məxsus olan avtomobili dostu Röyal idarə etmiş və saat 04:40 radələrində Gəncə şəhəri Dəmiryol Vağzalı ərazisində avtoxuliqanlıq hərəkəti etmişdir. Bununla əlaqədar olaraq o, Gəncə şəhər DYPŞ-də izahat vermişdir. Həmin gün Röyal da onunla birikdə DYPŞ-də izahat vermişdir. 11.05.2021 -ci il tarixdə Röyalın barəsində toplanmış material inzibati qayadada tədbir görülməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində olarkən Röyal hakimdən “Covid-19” xəstəsi olduğu üçün məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində AR.İXM-nin 511.1 -ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Röyal Samux rayon ərazisində oğurluq hadisəsi etdiyi üçün Samux Rayon Məhkəməsinin hökmü ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası verilmiş lakin Röyal Gəncə şəhər propasiya idarəsində qeydiyyat alınmağına baxmayaraq ayağında olan qolbağını evdə qoyub tərk etdiyinə görə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. O, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu bilməmiş, 29.04.2021-ci il tarixdə Röyala görüşərkən onların yanında başqa heç kim olmamış və 30.04.2021 -ci il tarixdə Röyal onunla görüşərkən yanlarında heç kim olmamışdır. O, elə bilmişdir ki, Röyalın sürücülük vəsiqəsi vardır, ona görə də 29.04.2021-ci il avtomobili idarə etmək üçün Röyala vermiş, Röyalın sürücülük vəsiqəsinin məhdudlaşdırılmasını məhkəmədə olarkən bilmişdir. Ona məxsus olan avtomobili 29.04.2021-ci il və 30.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən idarə etməsi üçün etibarnamə olmamışdır. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 2992 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 2-ci döngə, ev 1, mənzil 6-da yaşayan 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 24.04.2021-ci il tarixdə COVİD-19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin 24.04.2021ci il tarixdən 08.05.2021-ci il tarixədək olan müddətdə giriş-çıxış zənglərin və həmin zənglərin anten dairəsinin müəyyən edilməsi üçün verilmiş əməliyyat tapşırığına əsasən diskə baxış keçirilərkən məlum oldu ki, diskdə 03 ədəd qovluq vardır. 1-ci qovluqda B-S yerdəyişmə (hamısı abunə) sözlərinin yazılması, 2-ci qovluqda SMS Statistika (qarşı aubnə) sözlərinin yazılması, 3-cü qovluqda isə Zəng statistika (qarşı abunə) sözlərinin yazılması məlum oldu. Həmin qovluqlara baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 26.04.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evi qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Kəpəz rayonu, Şadılı qəsəbəsi istiqamətə gəlmiş ordan isə yaşadığı ünvan 9 ünvanına geri qayıtmışdır. Bundan əlavə baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**- ** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 27.04.2021-ci il tarixdə saat 14:45 radələrində yaşadığı evi qanunsuz olaraq tərk edib ünvan 4stiqamətə gəlmiş ordan isə yaşadığı ünvan 2 ünvanına geri qayıtmışdır. Bundan əlavə baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 28.04.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evi qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi istiqamətinə gəlmiş ordan isə yaşadığı ünvan 2 ünvanına geri qayıtmışdır. Bundan əlavə baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 03.05.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı evi qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti istiqamətə gəlmiş ordan isə yaşadığı ünvan 2 ünvanına geri qayıtmışdır. Bundan əlavə baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 08.05.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evi qanunsuz olaraq tərk edib ünvan 7ri, Ş.İ.Xətai prospekti, Gəncə şəhəri Vaqif küçəsi istiqamətə gəlmiş ordan isə yaşadığı ünvan 10 ünvanına geri qayıtmışdır. “Ambulator xəstənin tibbi karta”sının 1-ci vərəqindən görünür ki, tibbi kitabça 25.04.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1999-cu təvəllüdülü Təqsirləndirilən şəxs adıa açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. DİN-in baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 07.09.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 25.01.2017-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 126.2.4, 221.2.1, 221.2.2-ci maddəsi ilə 05 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkuş edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 26.04.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası azaldılaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qərarı ilə 09 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, 25.09.2019-cu ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Samux Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkuş edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi CM-nin 52.1-5 maddəsinə əsasən 10 ay 25 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26.04.2017-ci il tarixli 1(104) -101/2017 nömrəli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 1(088)-11/2017 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Samux Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli, 1(058)-29/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 7(043)-48/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli, 1(058)-29/2020 nömrəli hökmü ilə təyin edilmiş 01 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 09 ay, 21 gününün iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 10 ay, 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 21.09.2021 ci i tarixli qərarın surətindən görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində çəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməmişdir. 27.12.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli, 1(058)-29/2020 nömrəli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə CM-in 139-1.1-ci maddəsi ilə istinad olunan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunmasını CM-in 18.4-cü maddəsinə əsasən nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, himayəsində azyaşlı uşağının olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar