Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-190/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdən 04.04.2021-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə ayrı-ayrı vaxtlarda, dəqiq məlum olmayan tarixlərdə və gecə saatlarında X5 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, S.Vurğun küçəsində yerləşən 81 nömrəli fərdi yaşayış evinin barısından aşmaqla qanunsuz olaraq həyətinə, oradan da ilk öncə evə giriş qapısının dəmir barmaqlığının qıfılını və qapının kilidini üzərində gətirdiyi məlum olmayan alətlə güc tədbiq edib sındırmaqla açararaq qanunsuz olaraq evə daxil olub evin qonaq, yataq və mətbəx otaqlarından istifadə edilməmiş, hər biri 17 manat dəyərində “Lacoste” markalı 5 ədəd qadın corabını, istifadə edilmiş, işlək vəziyyətdə, üçgözlü, markası bilinməyən 1 ədəd 500 manat dəyərində dönər bişirən avadanlığı, istifadə edilmiş, işlək vəziyyətdə, markası bilinməyən 1 ədəd 100 manat dəyərində köhnə paltaryuyan avadanlığı, istifadə edilməmiş, 9 hissədən ibarət 300 manat dəyərində “Granite” markalı yemək bişirmə dəstini, istifadə edilmiş, işlək vəziyyətdə, markası bilinməyən, elektriklə çalışan 1 ədəd 100 manat dəyərində sacı, istifadə edilmiş, işlək vəziyyətdə “Shivaki” markalı 1 ədəd 50 manat dəyərində DVD aparatı, istifadə edilməmiş, işlək vəziyyətdə “Elekta priscilla” markalı 100 manat dəyərində blender dəstini, istifadə edilməmiş, işlək vəziyyətdə “Arnica promeat w2000” markalı 1 ədəd 350 manat dəyərində ətçəkən avadanlığı, istifadə edilməmiş, 18 hissədən ibarət 300 manat dəyərində “West” markalı yemək bişirmə dəstini, istifadə edilmiş, işlək vəziyyətdə 106 diaqonal “LG” markalı 1 ədəd 1300 manat dəyərində LCD televizoru, istifadə edilmiş, işlək vəziyyətdə “Xtorm” markalı 1 ədəd 100 manat dəyərində peyk tüneri, istifadə edilməmiş, işlək vəziyyətdə “Max Extra CSA52” markalı 1 ədəd 300 manat dəyərində yanacaqla çalışan motorlu mişarı, istifadə edilməmiş, işlək vəziyyətdə “Sinbo” markalı 1 ədəd 150 manat dəyərində ətçəkən avadanlığı, istifadə edilməmiş, işlək vəziyyətdə “Arzum AR461” markalı 1 ədəd 170 manat dəyərində tozsoranı, istifadə edilmiş, işlək vəziyyətdə “Merci NP220” markalı 1 ədəd 400 manat dəyərində səsgücləndirici avadanlığı, istifadə edilmiş, işlək vəziyyətdə “Arı” markalı 1 ədəd 50 manat dəyərində elektrik sobasını, istifadə edilmiş, işlək vəziyyətdə “Lipton” markalı 1 ədəd 300 manat dəyərində elektrikli samovarı, istifadə edilməmiş, Türkiyə istehsalı olan “Galaksi” markalı 3x4 metr ölçüdə 1 ədəd 200 manat dəyərində xalçanı, istifadə edilməmiş, Türkiyə istehsalı olan “Galaksi” markalı, göy rəngdə şirəli 6 ədəddən ibarət 200 manat dəyərində qazan dəstini, istifadə edilməmiş, atlas üzlüklü “Gönüllüler” markalı, içərisi yumşaq yunlu iki nəfərlik 1 ədəd 200 manat dəyərində yorğanı, istifadə edilmiş, hər biri 250 manat dəyərində və 4x5 metr ölçüdə olmaqla 2 ədəd “Galaksi” markalı köhnə gəbəni, istifadə edilməmiş, bənövşəyi rəngli, ikinəfərlik “Tac” markalı 200 manat dəyərində yataq dəstini, istifadə edilməmiş, “Özdilek” markalı, ağ rəngli, üzərində ağac təsviri olan 150 manat dəyərində yataq dəstini, istifadə edilməmiş, hər biri 30 manat dəyərində və üzərində çin dilində yazılar olan “Tac” markalı 4 ədəd bədən dəsmalını, istifadə edilməmiş, hər biri 150 manat dəyərində “English home” markalı 2 ədəd yataq dəstini, istifadə edilməmiş, 124 hissəli “Karaca” markalı 500 manat dəyərində boşqab dəstini, istifadə edilməmiş, hər biri 50 manat dəyərində işlək vəziyyətdə “TP link” markalı, iki antennli 2 ədəd modemi, istifadə edilməmiş, işlək vəziyyətdə “Boch” markalı 1 ədəd 50 manat dəyərində mikseri, istifadə edilməmiş, 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət “Tom” markalı 150 manat dəyərində billur stəkan dəstini, istifadə edilməmiş, hər biri 50 manat dəyərində “Tom” markalı 2 ədəd billur qəndqabını, istifadə edilmiş, işlək vəziyyətdə “Beko” markalı 1 ədəd 50 manat dəyərində ütünü, istifadə edilməmiş, işlək vəziyyətdə “Usp” markalı 1 ədəd 100 manat dəyərində kosmetik ləvazimat çantasını, istifadə edilməmiş, hər biri 10 manat dəyərində “Polo” markalı 7 ədəd qadın corabını, istifadə edilməmiş, hər biri 8 manat dəyərində “Sarar” markalı 5 ədəd qadın corabını, istifadə edilmiş, İtaliya istehsalı olan “Reyban” markalı, şüşəsi göy rəngli və dairəvi formada 1 ədəd 170 manat dəyərində qadın günəş eynəyini, istifadə edilmiş, İtaliya istehsalı olan “Prada” markalı 1 ədəd 500 manat dəyərində qadın günəş eynəyini, istifadə edilməmiş,“Tac” markalı, atlas üzlüklü 1 ədəd 250 manat dəyərində yorğan dəstini, istifadə edilməmiş, “Özdilek” markalı, açıq mavi rəngli 200 manat dəyərində yataq dəstini, istifadə edilməmiş, hər biri 120 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Merinos” markalı, üzərində şir təsviri olan böyüklər üçün 2 ədəd yun ədyalı, istifadə edilməmiş, hər biri 100 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Merinos” markalı, üzərində zolaq təsviri olan böyüklər üçün 2 ədəd yun ədyalı, istifadə edilməmiş, hər biri 100 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Merinos” markalı, üzərində qəhvəyi rəngli kala gül təsviri olan böyüklər üçün 2 ədəd yun ədyalı, istifadə edilməmiş, hər biri 100 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Tac” markalı, böyüklər üçün 5 ədəd yun ədyalı, istifadə edilməmiş, 250 manat dəyərində “Forsage” markalı müxtəlif növ və ölçülü qaz açarları, vintaçan, kəlbətin dəstini, istifadə edilməmiş, təknəfərlik“Fənərbahçe” futbol klubunun milli bayrağı təsvirində 1 ədəd 200 manat dəyərində yorğan dəstini, istifadə edilməmiş, hər biri 50 manat dəyərində “Kaşmir” markalı, 1x1.5 metr ölçülərdə 4 ədəd uşaq ədyalını, istifadə edilməmiş, 300 manat dəyərində 63 hissəli Almaniya istehsalı olan çəngəl, qaşıq, bıçaq, çömçə dəstini, istifadə edilməmiş, krem rəngli, atlas üzlüklü 1 ədəd 100 manat dəyərində təknəfərlik yorğanı, istifadə edilməmiş, hər biri 2.50 manat dəyərində 24 ədəd stəkan dəsmalını, istifadə edilməmiş, hər biri 10 manat dəyərində 24 ədəd əlüz dəsmalını, istifadə edilməmiş, işlək vəziyyətdə, markası bilinməyən bluetoothla qoşulan 1 ədəd 150 manat dəyərində səsgücləndiricini, istifadə edilməmiş, işlək vəziyyətdə, markası bilinməyən bluetoothla qoşulan 3 hissədən ibarət 200 manat dəyərində səsgücləndirici dəstini, istifadə edilmiş, 12 nəfərlik salfetkaları və 1 ədəd əlavəsi ilə birlikdə 170 manat dəyərində masa örtüyünü, istifadə edilmiş, üzərində qırmız gül təsvirləri olan 50 manat dəyərində divan örtüyü və 4 ədəd döşəkçəni, istifadə edilmiş, ağ rəngli və üzərində gül təsvirləri olan 120 manat dəyərində divan-kreslo örtük dəstini, istifadə edilmiş, 4x2 metr ölçüdə 1 ədəd 20 manat dəyərində atlas pərdə günəşliyini, istifadə edilməmiş, 12 hissəli 100 manat dəyərində fincan dəstini, istifadə edilmiş, kənar fonları qara rəngli, orta hissəsi isə krem rəngli, yataq otağı üçün 1 ədəd 510 manat dəyərində pərdəni, istifadə edilmiş, 4x2 metr ölçüdə 1 ədəd 120 manat dəyərində yataq otağı pərdəsini, istifadə edilmiş, hər biri 120 manat dəyərində və 3x2 metr ölçülərdə olan 2 ədəd qonaq otağı pərdəsini, istifadə edilmiş, ümumilikdə 100 manat dəyərində olmaqla hər biri 4x2 metr ölçülərdə olan, krem rəngli, içərisindən sarı çizgilər gedən 3 ədəd pərdəni, istifadə edilmiş, ümumilikdə 100 manat dəyərində olmaqla hər biri 3x2 metr ölçülərdə, qəhvəyi rəngli, orta hissəsində gül naxışları təsvir edilmiş 3 ədəd pərdəni, istifadə edilməmiş, qoz ağacından hazırlanmış 1 ədəd 150 manat dəyərində nərdtaxtanı, ümumilikdə isə zərərçəkmiş şəxsin 13325 manat dəyərində xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, X6 onunla eyni küçədə yaşamışdır. Belə ki, X10 küçəsi, ev 81 ünvanında yerləşən fərdi yaşayış evi var. İlhamə Türkiyə Respublikasında işlədiyindən həmin evdə heç kim yaşamır. Maddi vəziyyəti ilə əlaqədar İlhaməyə məxsus evdən oğurluq etmək məqsədi ilə 2021-ci ilin mart ayında Novruz bayramından sonra gecə saat 04 radələrində İlhamənin evinin alçaq hasarından tullanaraq həyətə düşmüş, özü ilə apardığı qaz açarından istifadə edib qapının qarşısına bərkidilmiş dəmir barmaqlıqları aralayaraq qıfilını əyib qırmışdır. Bundan sonra evin taxta qapısının arasına qaz açarını salıb aralayaraq taxta qapının qıfılını sındırmaqla qapını açmışdır. Qapı açıldıqdan sonra evin zalına daxil olmuş və zaldan bir ədəd LG markalı plazma televizoru, 1 ədəd DVD aparatını, 1 ədəd peyk tuneri (krosnu), 2 ədəd TP-link markalı internet modemlərini götürmüşdür. Həmin əşyaları yataq otağından tapdığı yataq örtüklərinə bükmüş və yataq örtüyünü cıraraq kəndir hazırlayıb əşyaları bükdüyü örtüyü də kəndirlə bağlamışdır. Mətbəxdə, zalda və yataq otağında olan əşyaları isə 1-2 gün müddətində oğurlamağı planlaşdırmışdır. Yükü çox olduğu üçün bütün əşyaları daşımağa gücü çatmayacaqdı. Bundan sonra evin həyətində olan pilləkəni hasara söykəmiş və pilləkəndən istifadə edərək hasara qalxmışdır. Oğurladığı əşyaları kəndirlə yuxarı dartaraq qaldırmış və küçəyə sallayaraq yerə endirmişdir. Daha sonra saat təxminən 05 radələrində oğurladığı əşyaları yaşadığı evə aparıb evin baş hissəsində yerləşən əl damına yığmış, həmin əşyaların qarşısına da taxtalar düzmüşdür. Bir gün gözləmiş və heç bir səs-küy olmadığını görüb oğurluq etdiyi gündən təxminən 2 gün sonra gecə saat 03 radələrində yenidən həmin evə girmişdir. Evin zalında olan bir ədəd səsucaldanı, 1 ədəd nərdtaxtanı, evin mətbəxindən 1 dəst blenderi, 1 ədəd mikseri, 2 ədəd ət çəkən maşını, 1 ədəd ütünü oğurlamış və yenə də yataq örtüyünə büküb evdən çıxarmışdır. Gücü çatmadığı üçün digər əşyaları da yenə bir neçə gün sonra oğurlamağı planlaşdırmışdır. Həmin gecə oğurladığı əşyaları da pilləkəndən yuxarı dartaraq evdən çıxartmış və yaşadığı evin əl damına yığmışdır. Yenə də bir gün gözləmiş və təxminən 2 gün sonra gecə saat 03 radələrində İlhamənin evinə yenidən daxil olmuşdur. Bu dəfə evin mətbəxindən 1 ədəd elektrikli sobanı, 1 ədəd paltaryuyan maşını, 1 ədəd elektrikli sacı, 1 ədəd elektrikli samovarı, 1 ədəd yanacaqla çalışan mişarı oğurlamışdır. Evdə qalan digər əşyaları götürməyə gücü çatmadığı üçün gələn dəfə oğurlamağı qarşısına məqsəd qoymuşdur. Həmin əşyaları yenə də yataq örtüklərinə büküb evin hasarına qalxmış və eyni qaydada evdən çıxarıb öz yaşadığı evin əl damında gizlətmişdir. Təxminən 2 gün sonra gecə saat 03 radələrində yenidən İlhamənin evinə daxil olmuşdur. Evin mətbəxindən 1 ədəd tozsoranı, 1 ədəd qazla işləyən dönər aparatını, bir neçə çeşiddə qazan dəstlərini oğurlamışdır.Həmin əşyaları yataq örtüklərinə bükərək hasardan keçməklə küçəyə, oradan da yaşadığı evin əl damına daşıyıb yığmış və qapısını açarla bağlamışdır. Evdə olan digər əşyaları isə yaxın müddətdə oğurlamağı qarşısına məqsəd qoymuşdur. Təxminən 2 gün sonra gecə saat 04 radələrində eyni üsulla yenə də həmin evə daxil olmuşdur. Evin mətbəxindən çoxhissəli boşqab dəstini, qaşıq-çəngəl-bıçaq-çömçə dəstini, fincan və nəlbəki dəstlərini, qənd qabılarını, evin yataq otağından çoxlu sayda ədyal dəstlərini, yorğan və yorğan dəstlərini, yataq örtüklərini, əl-üz, stəkan və bədən dəsmal dəstlərini, masa örtüyü və dəsmallarını, evin zalından kreslo və divan örtüklərini, döşəkçələri oğurlamışdır. Həmin əşyaları yataq örtüklərinə bükmüş, qutusunda olan əşyaları isə tutacağından tutaraq daşımış, hasardan sallayaraq küçəyə tərəf keçirmiş, yenə eyni qaydada evinə aparıb əl damına yığmışdır. Evdə olan xalçaları və pərdələri isə gələn dəfə oğurlamağı planlaşdırmışdır. Təxminən 2 gün sonra gecə saat 03 radələrində həmin evə yenə daxil olmuşdur. Bu dəfə evin zalında yerə yığılmış 2 ədəd 4x5 ölçüdə xalçaları və 1 ədəd 3x4 ölçüdə xalçanı, evin yataq otağında və mətbəxində olan pərdə və pərdə altlıqlarını oğurlamışdır. Xalçaları qatlayaraq pərdələrə bükmüş və digər əşyalarla birlikdə hasardan sallayaraq küçəyə keçirmişdir Artıq evdə dəyərli əşya qalmadığı üçün bir daha həmin evə girməyi qarşısına məqsəd qoymamışdır. Sonuncu dəfə oğurladığı əşyaları da yaşadığı evin əl damına yığmış və əl damının qapısını bağlamışdır. Oğurladığı əşyalardan peyk tuneri, göy şirəli qazanların bir hissəsini, pərdələrin çox hissəsini, masa örtüyü və masa dəsmallarını, ədyalların çox hissəsini, döşəkçələri, divan-kreslo dəstini, çəngəlqaşıq-bıçaq-çömçə dəstinin bir hissəsini, yataq dəstlərini, yorğan dəstlərini, internet modemlərini, boşqab dəstini, ütünü, stəkan-nəlbəki dəstini, qənqabıları, bədən dəsmallarını, əl-üz və stəkan dəsmallarını, nərdtaxtanı Kolxoz bazarında tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Oğurladığı digər əşyalar isə yaşadığı evin əl damında qalmış, onları da satmağı düşünmüş, lakin fürsət olmamışdır. O, bütün cinayət əməllərini törədən zaman tək olmuş, heç kim yanında olmamış və ona köməklik etməmişdir. Oğurladığı əşyaları evdə kimsə olmadığı vaxtda çıxardıb satmışdır. İstintaq zamanı ittihamda əks olunmuş əşyalardan qadın corabları, eynəklər, 1 ədəd səsgücləndiricidən başqa digər səsgücləndirici, parfumeriya çantası, eləcə də təmir açarları dəstini oğurlamadığını bildirsə də, hazırda həmin əşyaları oğurladığı və satdığına da etiraf edir. Çünki, zərər çəkmiş şəxs ilkin izahatında ona dəymiş zərərin 10530 manat olduğunu bildirsə də, sonradan ifadəsində ona dəymiş zərəri 13325 manat hesabladığına görə, o, istintaqda verdiyi ifadəsində bir sıra əşyaları oğurlamamasına dair ifadə vermişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərərin ödənildiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, X1 şəhərində yaşayır. ünvan 2 ünvanında özünə məxsus fərdi yaşayış evi var. 2020-ci ilin avqust ayında Türkiyə Respublikasına getmiş, həmin vaxtdan evinə həm qohumu, həm də qonşusu Maniya adlı şəxs nəzarət etmişdir. 04.04.2021-ci il tarixdə ona zəng edilərək yaşadığı evdən oğurluq olması barədə məlumat verilmişdir. Ona görə də yola çıxıb 05.04.2021-ci il tarixdə Gəncə şəhərinə gəlmişdir. Maniyanın deməsinə görə sonuncu dəfə 22.03.2021-ci il tarixdə ona məxsus evə baş çəkməyə gəlmiş, 04.04.2021-ci il tarixdə, günorta saatlarında evə baş çəkən zaman isə oğurluq olmasını aşkar etmişdir. Özü evə nəzarət edən zaman isə oğurluq etmiş şəxsin evin qonaq, yataq və mətbəx otaqlarından istifadə edilməmiş, hər biri 17 manat dəyərində “Lacoste” markalı 5 ədəd qadın corabını, istifadə edilmiş, işlək vəziyyətdə, üçgözlü, markası bilinməyən 1 ədəd 500 manat dəyərində dönər bişirən avadanlığı, istifadə edilmiş, işlək vəziyyətdə, markası bilinməyən 1 ədəd 100 manat dəyərində köhnə paltaryuyan avadanlığı, istifadə edilməmiş, 9 hissədən ibarət 300 manat dəyərində “Granite” markalı yemək bişirmə dəstini, istifadə edilmiş, işlək vəziyyətdə, markası bilinməyən, elektriklə çalışan 1 ədəd 100 manat dəyərində sacı, istifadə edilmiş, işlək vəziyyətdə “Shivaki” markalı 1 ədəd 50 manat dəyərində DVD aparatı, istifadə edilməmiş, işlək vəziyyətdə “Elekta priscilla” markalı 100 manat dəyərində blender dəstini, istifadə edilməmiş, işlək vəziyyətdə “Arnica promeat w2000” markalı 1 ədəd 350 manat dəyərində ətçəkən avadanlığı, istifadə edilməmiş, 18 hissədən ibarət 300 manat dəyərində “West” markalı yemək bişirmə dəstini, istifadə edilmiş, işlək vəziyyətdə 106 diaqonal “LG” markalı 1 ədəd 1300 manat dəyərində LCD televizoru, istifadə edilmiş, işlək vəziyyətdə “Xtorm” markalı 1 ədəd 100 manat dəyərində peyk tüneri, istifadə edilməmiş, işlək vəziyyətdə “Max Extra CSA52” markalı 1 ədəd 300 manat dəyərində yanacaqla çalışan motorlu mişarı, istifadə edilməmiş, işlək vəziyyətdə “Sinbo” markalı 1 ədəd 150 manat dəyərində ətçəkən avadanlığı, istifadə edilməmiş, işlək vəziyyətdə “Arzum AR461” markalı 1 ədəd 170 manat dəyərində tozsoranı, istifadə edilmiş, işlək vəziyyətdə “Merci NP220” markalı 1 ədəd 400 manat dəyərində səsgücləndirici avadanlığı, istifadə edilmiş, işlək vəziyyətdə “Arı” markalı 1 ədəd 50 manat dəyərində elektrik sobasını, istifadə edilmiş, işlək vəziyyətdə “Lipton” markalı 1 ədəd 300 manat dəyərində elektrikli samovarı, istifadə edilməmiş, Türkiyə istehsalı olan “Galaksi” markalı 3x4 metr ölçüdə 1 ədəd 200 manat dəyərində xalçanı, istifadə edilməmiş, Türkiyə istehsalı olan “Galaksi” markalı, göy rəngdə şirəli 6 ədəddən ibarət 200 manat dəyərində qazan dəstini, istifadə edilməmiş, atlas üzlüklü “Gönüllüler” markalı, içərisi yumşaq yunlu iki nəfərlik 1 ədəd 200 manat dəyərində yorğanı, istifadə edilmiş, hər biri 250 manat dəyərində və 4x5 metr ölçüdə olmaqla 2 ədəd “Galaksi” markalı köhnə gəbəni, istifadə edilməmiş, bənövşəyi rəngli, ikinəfərlik “Tac” markalı 200 manat dəyərində yataq dəstini, istifadə edilməmiş, “Özdilek” markalı, ağ rəngli, üzərində ağac təsviri olan 150 manat dəyərində yataq dəstini, istifadə edilməmiş, hər biri 30 manat dəyərində və üzərində çin dilində yazılar olan “Tac” markalı 4 ədəd bədən dəsmalını, istifadə edilməmiş, hər biri 150 manat dəyərində “English home” markalı 2 ədəd yataq dəstini, istifadə edilməmiş, 124 hissəli “Karaca” markalı 500 manat dəyərində boşqab dəstini, istifadə edilməmiş, hər biri 50 manat dəyərində işlək vəziyyətdə “TP link” markalı, iki antennli 2 ədəd modemi, istifadə edilməmiş, işlək vəziyyətdə “Boch” markalı 1 ədəd 50 manat dəyərində mikseri, istifadə edilməmiş, 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət “Tom” markalı 150 manat dəyərində billur stəkan dəstini, istifadə edilməmiş, hər biri 50 manat dəyərində “Tom” markalı 2 ədəd billur qəndqabını, istifadə edilmiş, işlək vəziyyətdə “Beko” markalı 1 ədəd 50 manat dəyərində ütünü, istifadə edilməmiş, işlək vəziyyətdə “Usp” markalı 1 ədəd 100 manat dəyərində kosmetik ləvazimat çantasını, istifadə edilməmiş, hər biri 10 manat dəyərində “Polo” markalı 7 ədəd qadın corabını, istifadə edilməmiş, hər biri 8 manat dəyərində “Sarar” markalı 5 ədəd qadın corabını, istifadə edilmiş, İtaliya istehsalı olan “Reyban” markalı, şüşəsi göy rəngli və dairəvi formada 1 ədəd 170 manat dəyərində qadın günəş eynəyini, istifadə edilmiş, İtaliya istehsalı olan “Prada” markalı 1 ədəd 500 manat dəyərində qadın günəş eynəyini, istifadə edilməmiş,“Tac” markalı, atlas üzlüklü 1 ədəd 250 manat dəyərində yorğan dəstini, istifadə edilməmiş, “Özdilek” markalı, açıq mavi rəngli 200 manat dəyərində yataq dəstini, istifadə edilməmiş, hər biri 120 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Merinos” markalı, üzərində şir təsviri olan böyüklər üçün 2 ədəd yun ədyalı, istifadə edilməmiş, hər biri 100 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Merinos” markalı, üzərində zolaq təsviri olan böyüklər üçün 2 ədəd yun ədyalı, istifadə edilməmiş, hər biri 100 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Merinos” markalı, üzərində qəhvəyi rəngli kala gül təsviri olan böyüklər üçün 2 ədəd yun ədyalı, istifadə edilməmiş, hər biri 100 manat dəyərində və hər biri 2.40x2 metr ölçülərdə olan “Tac” markalı, böyüklər üçün 5 ədəd yun ədyalı, istifadə edilməmiş, 250 manat dəyərində “Forsage” markalı müxtəlif növ və ölçülü qaz açarları, vintaçan, kəlbətin dəstini, istifadə edilməmiş, təknəfərlik“Fənərbahçe” futbol klubunun milli bayrağı təsvirində 1 ədəd 200 manat dəyərində yorğan dəstini, istifadə edilməmiş, hər biri 50 manat dəyərində “Kaşmir” markalı, 1x1.5 metr ölçülərdə 4 ədəd uşaq ədyalını, istifadə edilməmiş, 300 manat dəyərində 63 hissəli Almaniya istehsalı olan çəngəl, qaşıq, bıçaq, çömçə dəstini, istifadə edilməmiş, krem rəngli, atlas üzlüklü 1 ədəd 100 manat dəyərində təknəfərlik yorğanı, istifadə edilməmiş, hər biri 2.50 manat dəyərində 24 ədəd stəkan dəsmalını, istifadə edilməmiş, hər biri 10 manat dəyərində 24 ədəd əlüz dəsmalını, istifadə edilməmiş, işlək vəziyyətdə, markası bilinməyən bluetoothla qoşulan 1 ədəd 150 manat dəyərində səsgücləndiricini, istifadə edilməmiş, işlək vəziyyətdə, markası bilinməyən bluetoothla qoşulan 3 hissədən ibarət 200 manat dəyərində səsgücləndirici dəstini, istifadə edilmiş, 12 nəfərlik salfetkaları və 1 ədəd əlavəsi ilə birlikdə 170 manat dəyərində masa örtüyünü, istifadə edilmiş, üzərində qırmız gül təsvirləri olan 50 manat dəyərində divan örtüyü və 4 ədəd döşəkçəni, istifadə edilmiş, ağ rəngli və üzərində gül təsvirləri olan 120 manat dəyərində divan-kreslo örtük dəstini, istifadə edilmiş, 4x2 metr ölçüdə 1 ədəd 20 manat dəyərində atlas pərdə günəşliyini, istifadə edilməmiş, 12 hissəli 100 manat dəyərində fincan dəstini, istifadə edilmiş, kənar fonları qara rəngli, orta hissəsi isə krem rəngli, yataq otağı üçün 1 ədəd 510 manat dəyərində pərdəni, istifadə edilmiş, 4x2 metr ölçüdə 1 ədəd 120 manat dəyərində yataq otağı pərdəsini, istifadə edilmiş, hər biri 120 manat dəyərində və 3x2 metr ölçülərdə olan 2 ədəd qonaq otağı pərdəsini, istifadə edilmiş, ümumilikdə 100 manat dəyərində olmaqla hər biri 4x2 metr ölçülərdə olan, krem rəngli, içərisindən sarı çizgilər gedən 3 ədəd pərdəni, istifadə edilmiş, ümumilikdə 100 manat dəyərində olmaqla hər biri 3x2 metr ölçülərdə, qəhvəyi rəngli, orta hissəsində gül naxışları təsvir edilmiş 3 ədəd pərdəni, istifadə edilməmiş, qoz ağacından hazırlanmış 1 ədəd 150 manat dəyərində nərdtaxtanı oğurladığını müəyyən etmişdir. Hadisə nəticəsində ümumilikdə ona 13325 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan oğurluq etmiş şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Xəyal ilə uşaqlıqları bir küçədə keçmişdir. Oğurlanmış əşyaların bir hissəsi ona qaytarılmış, qalan hissəsi ilə bağlı maddi zərər isə ona ödənilmişdir. Ona görə hal-hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 04.04.2021-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakları ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Hasarın həyət hissəsində torpaq üzərində ayaq izləri vardır. Evin giriş qapısının dəmir barmaqlıqları aralanmışdır. Evin taxta giriş qapısının qıfılı sındırılmışdır. Evin mətbəx və yataq otağı dağınıq vəziyyətdə olmuşdur. “Təqdim edilmiş əşyaların götürülməsi haqqında” 09.04.2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakları ilə xüsusi texniki vasitədən istifadə etməklə fotoşəkillər çəkilərək zərərçəkmiş şəxs X5 məxsus cinayətin predmeti olan ev əşyaları, yəni 1 ədəd dönər bişirən aparat, 1 ədəd markası bilinməyən köhnə paltaryuyan maşın, 9 hissədən ibarət “Granite” markalı yemək bişirmə dəsti, 1 ədəd elektriklə işləyən sac, 1 ədəd “Shivaki” markalı DVD aparat, “Elekta priscilla” markalı blender dəsti, 1 ədəd “Arnica promeat w2000” markalı ətçəkən maşın, 18 hissədən ibarət “west” markalı yemək bişirmə dəsti, 1 ədəd “LG” markalı, 106 diaqonal LCD televizor, 1 ədəd “Max Extra CSA52” markalı yanacaqla çalışan motorlu mişar, 1 ədəd “Sinbo” markalı ətçəkən maşın, 1 ədəd “Arzum AR461” markalı tozsoran avadanlıq, 1 ədəd “Merci NP220” markalı səsgücləndirici, 1 ədəd “Arı” markalı elektrik sobası, 1 ədəd “Lipton” adlanan elektrikli samovar, 1 ədəd 3x4 metr ölçüdə “Galaksi” markalı xalça, 2 ədəd göy şirəli qazan, 12 hissəli fincan dəsti, 1 ədəd kənar fonları qara, orta hissəsi isə krem rəngli pərdə, 1 ədəd 4x2 metr ölçüdə yataq otağı pərdəsi, 1 ədəd yataq otağı üçün 3x2 metr ölçüdə pərdə, 1 ədəd atlas üzlüklü içərisi yumşaq yunlu iki nəfərlik yorğan, 1 ədəd masa örtüyünün əlavəsi (ranırı), üzərində uşaq təsviri olan 1x1.5 metr ölçülərdə 2 ədəd uşaq ədyalı, üzərində şir təsviri olan 2.40x2 metr ölçülərdə 2 ədəd ədyal, üzəri zolaqlı 2.40x2 metr ölçülərdə 2 ədəd ədyal, 1 ədəd üzərində qırmızı gül təsvirləri olan divan örtüyü, 4x2 metr ölçüdə 1 ədəd pərdə günəşliyi, 6 ədəd bıçaq, 7 ədəd xörək qaşığı, 3 ədəd çay qaşığı, 1 ədəd çömçə, 7 ədəd limon çəngəli, 7 ədəd xörək çəngəlindən ibarət dəst, hər biri 4x5 ölçüdə 2 ədəd köhnə gəvə, 1 ədəd açıq mavi rəngli döşək üzlüyü, 1 ədəd bənövşəyi rəngli ikinəfərlik yataq dəsti, üzərində ağac təsviri olan ağ rəngli 1 ədəd yataq dəstinin ədyalı, üzərində çin dilində yazılar olan 1 ədəd bədən dəsmalı, bənövşəyi və ağ rənglərdən ibarət yataq dəsti şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, S.Vurğun küçəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsindəki əl damından baxış keçirilərək götürülmüşdür. Baxış zamanı zərərçəkmiş şəxs İ.Bağırova həmin əşyaların ona məxsus olan evdən oğurlandığını bildirmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09.04.2021-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi Gəncə şəhəri, Kəpəz rayonu, S.Vurğun küçəsində yerləşən 81 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində və evin içərisində əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən göstərilən cinayətlərin mexanizmi baş vermiş cinayət hadisələri ilə üst-üstə düşür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. 21.05.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X6 təkrar ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək istintaqa verdiyi ilkin ərizə və ifadəsində göstərdiyi əşyaların sayını, növünü, çeşidini və qiymətlərini natamam şəkildə bildirdiyini, sonradan evinə ətraflı baxış keçirdikdə əlavə ev əşyalarının da oğurlandığını aşkar etdiyini, həmin əşyaların sayı, növü, çeşidi və qiyməti ilə bağlı geniş siyahı hazırladığını bildirmiş və həmin siyahını ərizəsinə əlavə etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2021-ci il tarixli, 9/5087 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilən 35 adda malların 2021-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4856,0 manat müəyyən edilmiş, qərarda göstərilən digər 24 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Əməliyyat tapşırığına 26.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə kömək etmiş şəxslərin vəcinayətdə birgə iştirakçıların olub-olmamasını, həmçinin cinayət nəticəsində əldə edilmiş əşyaların bir qisminin satıldığı şəxs(lər)in şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 20.08.2021-ci il tarixli qərardan və 09.04.2021-c il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yardımçı damdan götürülmüş zərər çəkmiş X5 məxsus ev əşyaları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır. Zərər çəkmiş şəxs X6 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir. Buna görə də onunla barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08.05.2021-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin 07.10.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 274, 334.3 və 338.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 08.05.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakların zərər çəkmiş şəxs tərəfindən müəyyən edilmiş ayrı-ayrılıqda və ümumi dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlər arasında ziddiyyətlər mövcuddur. Belə ki, ekspertiza rəyində ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilən 35 adda malların 2021-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4856 manat müəyyən edilmiş, qərarda göstərilən digər 24 adda mallar haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərər çəkmiş şəxs isə oğurlanmış əşyalar barədə daha təfsilatlı məlumat verərək, onların ümumi dəyərini 13325 manat qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış bütün əşyların qiymətləri göstərilmədiyindən, eləcə də rəydə qeyd edilən əşyların isə təxmini qiymətləri göstərildiyindən, oğurlanmış əşyaların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilənlər deyil, zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlər əsas götürülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə hərəkət etməklə müxtəlif vaxtlarda zərər çəkmiş şəxsə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, oradan dəyəri xeyli miqdar təşkil edən əşyaları gizli olaraq talaması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməsi və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 08.04.2021-ci il tarixdən hesablanmış, daha sonra həmin məhkəmənin 06.07.2021-ci il tarixli və 07.08.2021-ci il tarixli qərarlarına əsasən onun həbsdə saxlanılma müddəti uzadılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 08.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan əşyaların zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 08.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd dönər bişirən aparat, 1 ədəd markası bilinməyən köhnə paltaryuyan maşın, 9 hissədən ibarət “Granite” markalı yemək bişirmə dəsti, 1 ədəd elektriklə işləyən sac, 1 ədəd “Shivaki” markalı DVD aparat, “Elekta priscilla” markalı blender dəsti, 1 ədəd “Arnica promeat w2000” markalı ətçəkən maşın, 18 hissədən ibarət “west” markalı yemək bişirmə dəsti, 1 ədəd “LG” markalı, 106 diaqonal LCD televizor, 1 ədəd “Max Extra CSA52” markalı yanacaqla çalışan motorlu mişar, 1 ədəd “Sinbo” markalı ətçəkən maşın, 1 ədəd “Arzum AR461” markalı tozsoran avadanlıq, 1 ədəd “Merci NP220” markalı səsgücləndirici, 1 ədəd “Arı” markalı elektrik sobası, 1 ədəd “Lipton” adlanan elektrikli samovar, 1 ədəd 3x4 metr ölçüdə “Galaksi” markalı xalça, 2 ədəd göy şirəli qazan, 12 hissəli fincan dəsti, 1 ədəd kənar fonları qara, orta hissəsi isə krem rəngli pərdə, 1 ədəd 4x2 metr ölçüdə yataq otağı pərdəsi, 1 ədəd yataq otağı üçün 3x2 metr ölçüdə pərdə, 1 ədəd atlas üzlüklü içərisi yumşaq yunlu iki nəfərlik yorğan, 1 ədəd masa örtüyünün əlavəsi (ranırı), üzərində uşaq təsviri olan 1x1.5 metr ölçülərdə 2 ədəd uşaq ədyalı, üzərində şir təsviri olan 2.40x2 metr ölçülərdə 2 ədəd ədyal, üzəri zolaqlı 2.40x2 metr ölçülərdə 2 ədəd ədyal, 1 ədəd üzərində qırmızı gül təsvirləri olan divan örtüyü, 4x2 metr ölçüdə 1 ədəd pərdə günəşliyi, 6 ədəd bıçaq, 7 ədəd xörək qaşığı, 3 ədəd çay qaşığı, 1 ədəd çömçə, 7 ədəd limon çəngəli, 7 ədəd xörək çəngəlindən ibarət dəst, hər biri 4x5 ölçüdə 2 ədəd köhnə gəvə, 1 ədəd açıq mavi rəngli döşək üzlüyü, 1 ədəd bənövşəyi rəngli ikinəfərlik yataq dəsti, üzərində ağac təsviri olan ağ rəngli 1 ədəd yataq dəstinin ədyalı, üzərində çin dilində yazılar olan 1 ədəd bədən dəsmalı, bənövşəyi və ağ rənglərdən ibarət yataq dəstinin zərər çəkmiş şəxs X5 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-190/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-190/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver