Məhkəmə qərarları › İş №1(043)-191/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-191/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-191/2021 19.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəm ələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 19.11.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işsiz, Gəncə şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda ünvan 2əcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azə rbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 47,420 qram narkotik vasitə olan olan tiryəki, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımış, 30 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Avol» ticarət mərkəzinin qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 275 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın kəmərinin altından Vinçester markalı siqaret qutusunun içərisinə qoyulmuş 1 ədəd bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 47,420 (qırx yeddi tam mində dörd yüz iyirmi) qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümk ünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır.Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilə n şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30.04.2021-ci il tarixdə saat 16:30 dəqiqədə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Avol” ticarət mərkəzinin qarşısında olan zaman 2 nəfər polis əməkdaşları mülkü geyimdə ona yaxınlaşaraq özlərini ona təqdim edərək onu Kəpəz RPİ-nə gətirmiş, polis idarəsində onun, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmiş, sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Vəkil Müdafiəçi iştirakı ilə onun üzərin ə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarın cibindən bir ədəd vincestr markalı siqaret,bir ədəd alışqan, sağ yan cibindən bir şüşə ətir,şalvarının arxa sol cibindən isə 20 manat pul əskinazı və şalvarının kəmərinin altından isə vincestr markalı siqaret qutusunun içərisindən narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş vincestr markalı siqaret qutusunun içərisindəki narkotik vasitə olan tiryək ona məxsus olmamışdır. Həmin tiryək onun olmamış, o, polis əməkdaşları tərəfindən tutulan zaman tiryək üzərində olmamışdır. Sonradan onun üzərinə qoyulmuşdur. Əvvəllər narkotik vasitə qəbul etsə də polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, təqsirləndəirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əmə liyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30.04.2021 -ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Avol» ticarət mərkəzinin qarşısında saxlanılaraq K əpəz Rayo n Polis İdarəsinə gətirilmiş, ona üzərində narkotik vasitə saxlaması və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması bildirilmişdir. Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun əynində olan şalvarın cibindən Vinçestr markalı siqaret, ətir, 20 manat pul, cib dəsmalı və şalvarının kəmərinin altından isə vinçestr siqaret qutusuna qoyulmuş kütlə aşkar edilmişdir. Həmin kütlə ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə olmuşdur və elektron tərəzidə çəkilmişdir. Üzərindən uzun müddət keçdiyi üçün çəkisi dəqiq yadında qalmasa da həmin kütlənin ümumi çəkisi 40 qramdan artıq olmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs onun üzərindən götürülmüş narkotik vasitə tiryəkə bənzər kütləni təxminən 2 ay əvvəl Yevlax rayonundan tanımadığı şəxsdən aldığını bildirmiş, daha sonra baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 01.05.2021-ci il tarixli 16/411 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəkə bənzər narkotik vasitə..” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd “Wincmdmester” adlı siqaret qutusunda, təmiz çəkisi 47,420 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.(i.v.41-42) Gə ə şəhəri Narkoloji Dispnserin 20.08.2021-ci il tarixli 973 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v.166) Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi zamanı video görüntünü əks etdirən DVD diskə məhkəmə iclas zalında tərəflərin iştirakı ilə HB markalı kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən olundu ki, baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd Vinçestr markalı siqaret, sağ yan cibindən bir şüşə ətir, şalvarının arxa sol cibindən 20 manat pul əskinası, cib dəsmalı və şalvarının kəmərinin altından isə vinçestr siqaret qutusuna qoyulmuş kütlə aşkar edilir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən götürülmüş narkotik vasitəni təxminən 2 ay əvvəl Yevlax rayonundan tanımadığı şəxsdən aldığını göstərir. Gəncə Şəhəri Kəpəz R ayon Məhkəməsinin 16.10.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.17) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.05.2021-ci il tarixli, 4(043)-79/2021 nömrəli qəraraından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə yəni 30.07.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 30.04.2021-ci il tarixdən hesablanmışdır.(i.v.səh 78-81) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 4(043)-140/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30.09.2021-ci il tarixədək uzadılmışdır. (i.v 153-156) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 1(043)-191/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 47,420 qram narkotik vasitə olan olan tiryəki, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 30 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Avol» ticarət mərkəzinin qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 275 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın kəmərinin altından Vinçester markalı siqaret qutusunun içərisinə qoyulmuş 1 ədəd bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 47,420 (qırx yeddi tam mində dörd yüz iyirmi) qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Həsənov Orx an Aydın oğlunun ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyi, baxış protokolu, üzərinə baxış kesirilərkən videoçəkiliş və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhk əmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlinə görə məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cina yətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzif ələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 30.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mülaicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 32,40 (o tuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhəri Baş Polis idarəsində saxlanca verilmiş narkotik vasitə olan, tədqiqata sərf olunduqdan sonra təmiz çəkisi 47,220 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış və ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzər də tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və hal-hazırda Gəncə şəhəri Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş narkotik vasitə olan 47,220 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar