Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-193/2021 28.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 28 dekabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda ünvan 3intaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, özgə əmləkanı gizli talama məqsədilə 27.11.2020-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus,Gəncə şəhər Kəpəz rayon V.Xuluflu küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən mağazaya qıfılını sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq 200 manat nəğd pulu,10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan Kent 1 siqaretlərini,10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan nazik Kent 4 markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan Kent 8 markalı siqaretləri, 10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan Kent mentol markalı siqaretləri,70 ədəd hər birinin dəyəri 3 manat 70 qəpik olan sobraniye markalı siqaretləri, 2 ədəd hər birinin dəyəri 6 manat olan Sobranie markalı siqaretləri,90 ədəd hər birinin dəyəri 3 manat 20 qəpik olan vinston markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olan Maqna markalı siqaretləri, 5 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik olan “AXE” dezodarantlarını, 1 ədəd 250 manat dəyərində olan “Adidas” markalı velosipedi, 6 ədəd hər birinin dəyəri 6 manat olan “İpək” şampunlarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1216 manat 50 qəpik maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmləkanı gizli talama məqsədilə 25.12.2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Gəncə şəhər Kəpəz rayonu Ə.Ü.Gəncəvi küçəsində yerləşən “Qabil” marketə mağazanın damından saxlanc yerinə qanunsuz daxil olaraq 20 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan nazik “Kent 4” markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan “Kent 8” markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan qalın “Kent 4” markalı siqaretləri,20 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan “Let 1” markalı siqaretləri, 10 ədəd hər birinin dəyəri 3 manat olan “qara vinston” markalı siqaretləri,20 ədəd hər birinin dəyəri 3 manat olan “Vinston XS” markalı siqaretləri,4 ədəd hər birinin dəyəri 2 manat 46 qəpik olan “LD” markalı siqaretləri,4 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “Vinchester” markalı siqaretləri,30 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “Rhothmans” markalı siqaretləri,30 ədəd hər birinin dəyəri 1 manat 75 qəpik olan “Viceroy” markalı siqaretləri, 2 ədəd hər birinin dəyəri 10 manat olan 1 kiloqram çəkidə kolbasaları, 1 ədəd 16 manat dəyərində olan “Banket” markalı arağı,1 qutu, ümumi dəyəri 36 manat, içərisində 48 ədəd olan snikersləri və 20 manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikə 665 manat 30 qəpik dəyərində maddi ziyan vurub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmləkanı gizli talama məqsədilə 17 yanvar 2021-ci il tarixdə saat 02:00-da Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanda yerləşən evin qarşısındakı “Turan” marketin qapısındakı qıfılı yararsız hala salaraq saxlanc yerinə qanunsuz daxil olub “Turan” marketin içərisindən 4 ədəd hər birinin dəyəri 9 manat olan Rusinkaya araqlarını,10 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan nazik kent 4 markalı siqaretləri, 8 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan kent 1 markalı siqaretləri, 12 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan kent konpakt markalı siqaretləri, 7 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan kent 8 markalı siqaretləri,9 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan qalın kent 4 markalı siqaretləri, 21 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan “Rothmans” markalı siqaretləri, 10 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan “Vhinchester” markalı siqaretləri, 12 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan “Palmall” markalı siqaretləri,15 ədəd hər birinin dəyəri 2 manat olan qalın “Palmall” siqaretlərini,20 ədəd hər birinin dəyəri 2 manat olan “Prima” markalı siqaretlərini, 8 ədəd hər birinin dəyəri 2 manat 30 qəpik olan “Vest”markalı siqaretləri, 40 ədəd hər birinin dəyəri 2 manat olan “Maqna” markalı siqaretləri, 13 ədəd hər birinin dəyəri 3 manat 80 qəpik olan “Sobranie” markalı siqaretləri, 25 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “klassik” markalı siqaretləri, 20 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olan “Argo” markalı siqaretləri, 15 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “Argo Kompakt” markalı siqaretləri, 10 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olan “Kingston markalı siqaretləri, 12 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan “Vinston” kompakt markalı, 14 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan “Vinston” nazik markalı siqaretləri gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikə 789 manat dəyərində maddi ziyan vurub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 18 yanvar 2021-ci il tarixdə saat 01 radələrində özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs1 işlətdiyi Gəncə şəhəri Kəpəz rayonu 3-cü mikrorayon 23 nömrəli məktəbin yaxınlığında yerləşən ət dükanınnın qapısındakı qıfılı sındırıaraq saxlanc yerinə qanunsuz daxil olmuş və dükanın içərisindən 850 manat nəğd pul, bir kilosu 12 manata olmaqla 300 manat dəyərində 25 kiloqram quzu əti, bir kilosu 10 manta olmaqla 200 manat dəyərində 20 kiloqram dana əti və bir ədədi 6 manat olmaqla 60 manat dəyərində 10 ədəd toyuqları, bir ədəd 90 manat dəyərində Samsung markalı telefonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmləkanı gizli talama məqsədilə 21 yanvar 2021-ci il tarixdə saat 22 radələrində X2 ünvan 5 ünvanda yerləşən icarə əsasında işlətdiyi yem dükanın pəncərəsindən içəri saxlanc yerinə qanunsuz daxil olaraq dükanın içərisindəki kiçik ölçüdə olan otaqdakı seyfin içərisindən 600 manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakanı gizli talama məqsədilə 08 mart 2021-ci il tarixdə saat 03:00-da Zərərçəkmiş şəxs5 oğluna məxsus ünvan 6 ünvanda yerləşən “Abbasoğlu” marketin pəncərəsinin şüşəsini qırıb saxlanc yerinə qanunsuz daxil olub 200 manat nəqd pulu, 70 ədəd ümumi dəyəri 259 manat olan sobranie markalı siqaretləri,50 ədəd ümumi dəyərləri 170 manat olan kent markalı siqaretləri, 40 ədəd ümumi dəyərləri 128 manat olan “Vinston” markalı siqaretləri,10 ədəd ümumi dəyərləri 26 manat olan “LD” markalı siqaretləri, 5 manat dəyərində olan siqaret almaq üçün kartı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikə 788 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmləkanı gizli talama məqsədilə 01.01.2021-ci il tarixdə saat 17:00-dan 20:00-a qədər olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus olan Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən evə daxil olaraq 1 ədəd 70 manat dəyərində olan qaz sobasını,2 ədəd hər birinin dəyəri 15 manat olan qazanları,2 ədəd hər birinin dəyəri 3 manat olan bıçaqları, 1 ədəd 80 manat dəyərində olan “DVD” aparatını, 1 ədəd 30 manat dəyərində olan feni,1 ədəd 10 manat dəyərində olan əl fənərini, 500 manat nəğd pulu, 7 kiloqram çəkidə ümumilikdə 70 manat dəyərində olan əti,hər birinin dəyəri 5 manat olan toyuqları oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 821 manat maddi ziyan vurub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, bəzi maddi sıxıntıları olduğu üçün o, 27.11.2020-ci il tarixdə gecə saat təxminən 02 radələrində Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə üzü Vəli Xuluflu küçəsinə olarkən Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsinə yerləşən market görmüş, həmin marketin orda yan tərəfdə yerləşən qapının kilidini sındırma yolu ilə mağazaya daxil olmuş, orada kasada olan məbləğini xatırlamadığı pulu, müxtəlif növ siqaretləri, şampunlar, dezodarantları və orada olan velosipedi götürərək oğurlamış, sonradan oradan götürdüyü əşyaları özü üçün istifadə etmiş, bir hissəsini isə tanımadığı müxtəlif şəxslərə satmışdır. Bundan başqa 25.12.2020-ci il tarixdə yenə də gecə saat 03 radələrində Gəncə şəhər 36 saylı orta məktəbin yanında olarkən yolun kənarında market olduğunu, marketin qabağında kamera olduğunu görmüş, həmin mağazaya oğurluq etmək üçün daxil olmaq qərarına gəlmiş, mağazanın sağ hissəsinə keçmiş, mağazanın üzərinə çıxaraq mağazanın dam örtüyünü qırmaqla içərisinə daxil olmuş, mağazada axtarışlar aparmış, oradan müxtəlif növ sayını, markasını xatırlamadığı siqaretləri, müxtəlif növ spirtli içkiləri və kolbasaları götürmüş, həmin oğurladığı məhsulları 2 ədəd böyük sellofana qoyub mağazaya daxil olduğu yerdən də geriyə çıxmış, sonradan yaşadığı evə gedib həmin məhsulları evinin zirzəmisinə qoymuş, həmin məhsulların bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə tanımadığı şəxslərə ucuz qiymətlətə satmışdır. Bundan başqa 17 yanvar 2021-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanda yerləşən evin qarşısındakı “Turan” marketin yaxınlığına getmiş, marketin qapısında qıfıl olduğunu görüb, yoldan tapdığı dəmir parçası ilə həmin qıfılı sındırmış, marketin içərisinə daxil olmuş, marketin içərisində siqaretlər olan yerə getmiş, marketin içərisindən sayını və markalarını xatırlamadığı qədər siqaretləri sellofan torbaya yığmış, həmçinin oradan 4 ədəd “Rusinka” markalı araqları götürmüş, marketdə pul olmadığından siqaretləri və araqları götrüb oradan çıxıb getmiş, oğurladığı siqaretlərdən həm istifadə etmiş, həm də bəzilərini tanımadığı şəxsə 92 manata satmış, həmin pulları da öz ehtiyaclarına xərcləmiş, araqları da özü müxtəlif vaxtlarda içmişdir. Həmçinin 18 yanvar 2021-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri Kəpəz rayonu 3cü mikrorayon ərazisində yerləşən 23 nömrəli məktəbin yaxınlığında yerləşən ət dükanından da oğurluq etmiş, həmin ət dükanın qapısı qıfıl ilə bağlı olmuş, evdən özü ilə götürdüyü qayçı ilə dükanın qapısındakı qıfılı açmış, içəri daxil olmuş, o, içəriyə daxil olduqda içəridə olan qutudan ümumilikdə 850 manat pul, şkaf soyuducudan çəkisini xatırlamadığı qədər ət və dükanın arxa tərəf çıxışında olan soyuducudan 10 ədəd toyuq və masanın üzərində olan X5 2 markalı mobil telefonu götürmüş, arxa qapıdan çıxıb getmiş, əti yaşadığı evin zirzəmisində gizlədərək satmaq istəmişdir. Lakin, əti sata bilmədiyi üçün yararsız hala düşdüyü üçün küçədə itlərə vermiş ,oradan oğurladığı pulu isə öz ehtiyaclarına xərcləmiş, X5 2 markalı mobil telefonu isə itirmişdir. Daha sonra 21 yanvar 2021-ci il tarixdə Elburus Məmmədova məxsus dükandan da oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Elburus Məmmədovun işlətdiyi dükanın arxasında yerləşən avtomobil təmiri mərkəzinə tez-tez gedib gəlmiş, o, əvvəllər müxtəlif evlərdə elektrik ustası kimi işləmiş, həmçinin avtomobil təmiri mərkəzində də əvvəllər elektrik işi görmüşdür. Elburus Məmmədovun işlətdiyi dükanda da olmuş, o, bir neçə dəfə Elburus Məmmədovun işçisi olan Aftandildən borca pul alıb sonra qaytarmış, onda borca pul alan zaman görmüşdür ki, Aftandil pulu dükanın içərisində yerləşən balaca otaqdakı dəmir seyfin içərisində saxlamışdır. Seyfin qapısının işlək vəziyyətdə olmamasını, yəni qapının kilidlənməməsini görmüşdür. 21 yanvar 2021-ci il tarixdə saat təxminən 22 radələrində avtomobil təmir mərkəzinin daş hasarından içəriyə daxil olmuş, sonra isə dükanının arxa tərəfinə yaxınlaşıb dükananın pəncərəsindən içəri daxil olub seyfin qapısını açmış, orada olan 600 manat pulu götürmüşdür. Səhəri günü o, oğurladığı 600 manat puldan 170 manata mərkəzi univermağın qarşısında tanımadığı şəxsdən Samsung A10 markalı mobil telefon almış, qalan pulları isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 08.03.2021-ci il tarixdə gecə saat təxminən 03 radələrində Gəncə şəhər Sadıllı qəsəbəsində Xəmsə küçəsində olan zaman «Nur» marketin yaxınlığında yerləşən balaca bir mağazanın qarşısına gəlmiş, ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra mağazanın sol hissəsində olan balaca pəncərəni vintaçanla sındırıb mağazaya daxil olmuş, mağazadan təxminən 70-80 ədəd siqaret, 11 manat pul oğurlamışdır. Siqaretləri tanımadığı şəxslərə satmışdır. Bundan başqa 01 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində evdən 500 manat pul və ev əşyalarını oğurlamışdır. Səhərisi gün həmin əşyaları Gəncə şəhərinin çıxışında yerləşən “Mal bazarı” adlanan yerdə tanımadığı şəxslərə satmışdır. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir.Əməlindən peşiman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən evin qarşısındakı Turan market ona məxsusdur.17 yanvar 2021-ci il tarixdə gecə saat 01 radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. 17 yanvar 2021-ci il tarixdə saat 08 radələrində marketi açmaq istəyən zaman marketin qıfılının yerində olmadığını, qapının açıq vəziyyətdə olduğunu görmüb, içəri daxil olarkən naməlum şəxsin gecə mağazaya daxil olduğunu müəyyən etmişdir. Mağazanın piştaxtalarına nəzər yetirərkən 4 ədəd hər birinin dəyəri 9 manat olan Rusinkaya araqların,10 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan nazik kent 4 markalı siqaretlərin, 8 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan kent 1 markalı siqaretlərin, 12 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan kent kompakt markalı siqaretlərin, 7 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan kent 8 markalı siqaretlərin, 9 ədəd hər birinin dəyəri 3 manat 60 qəpik olan qalın kent 4 markalı siqaretlərin, 21 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan “Rothmans” markalı siqaretlərin, 10 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan “Vhinchester” markalı siqaretlərin, 12 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan “Palmall” markalı siqaretlərin,15 ədəd hər birinin dəyəri 2 manat olan qalın “Palmall” siqaretlərin,20 ədəd hər birinin dəyəri 2 manat olan “Prima” markalı siqaretlərini, 8 ədəd hər birinin dəyəri 2 manat 30 qəpik olan “Vest”markalı siqaretlərin, 40 ədəd hər birinin dəyəri 2 manat olan “Maqna” markalı siqaretlərin, 13 ədəd hər birinin dəyəri 3 manat 80 qəpik olan “Sobranie” markalı siqaretlərin, 25 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “klassik” markalı siqaretlərin, 20 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olan “Argo” markalı siqaretlərin, 15 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “Argo Kompakt” markalı siqaretlərin, 10 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olan “Kingston markalı siqaretlərin, 12 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan “Vinston” kompakt markalı siqaretlərin, 14 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan “Vinston” nazik markalı siqaretlərin oğurlandığını müəyyən etmişdir. Həmin oğurlanmış malların dəyəri cəmi 789 manat təşkil etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş zərərin ödənlidiyini göstərərək təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirərək, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 24 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər Ə.Ü.Gəncəvi küçəsində yerləşən “Qabil” marketi bağlayıb evə getmiş, 25 dekabr 2021-ci il tarixdə mağazaya gəlib saat 09 radələrində mağazanı açan zaman naməlum şəxsin mağazaya daxil olaraq oradan 20 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan nazik “Kent 4” markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan “Kent 8” markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan qalın “Kent 4” markalı siqaretləri,20 ədəd hər birinin dəyəri 3 manat 19 qəpik olan “Let 1” markalı siqaretləri, 10 ədəd hər birinin dəyəri 3 manat olan “qara vinston” markalı siqaretləri,20 ədəd hər birinin dəyəri 3 manat olan “Vinston XS” markalı siqaretləri,4 ədəd hər birinin dəyəri 2 manat 46 qəpik olan “LD” markalı siqaretləri,4 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “Vinchester” markalı siqaretləri,30 ədəd hər birinin dəyəri 2 manat 20 qəpik olan “Rhothmans” markalı siqaretləri,30 ədəd hər birinin dəyəri 1 manat 75 qəpik olan “Viceroy” markalı siqaretləri, 2 ədəd hər birinin dəyəri 10 manat olan 1 kiloqram çəkidə kolbasaları, 1 ədəd 16 manat dəyərində olan “Banket” markalı arağın,1 qutu, ümumi dəyəri 36 manat, içərisində 48 ədəd olan snikerslərin və 20 manat nəğd pulun oğurlandığını görmüşdür. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 665 manat 30 qəpik maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş zərərin ödənlidiyini göstərərək təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirib bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində yerləşən marketi işlədir, son zamanlar ölkədə olan pandemiya ilə əlaqədar olaraq o, həmin mağazanı səhər saat 08:00-da açıb axşam saat 20:30-da bağlamış, həmin mağazanın iki qapısı olmuş, həmin qapılardan biri istifadə edilsə də digər qapı istifadə edilməmişdir. Həmin qapı daima olaraq bağlı olmuş, 26 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində o, həmin mağazanı bağlayıb yaşadığı evə getmiş, 27 noyabr 2021-ci il tarixdə o, saat 07 radələrində mağazaya gəlib əsas qapıdan içəri daxil olmuş, içəridə rəflərin tərpəndiyini görüb digər qapıya yaxınlaşmış, bu zaman naməlum şəxsin gecə mağazaya daxil olduğunu, mağazadan 200 manat nəğd pulu,10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan Kent 1 siqaretlərini, 10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan nazik Kent 4 markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan Kent 8 markalı siqaretləri, 10 ədəd hər birinin dəyəri 3 manat 40 qəpik olan Kent mentol markalı siqaretləri, 70 ədəd hər birinin dəyəri 3 manat 70 qəpik olan sobraniye markalı siqaretləri, 2 ədəd hər birinin dəyəri 6 manat olan Sobranie markalı siqaretləri, 90 ədəd hər birinin dəyəri 3 manat 20 qəpik olan vinston markalı siqaretləri,10 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olan Maqna markalı siqaretləri, 5 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik olan “AXE” dezodarantlarını, 1 ədəd 250 manat dəyərində olan “Adidas” markalı velosipedi, 6 ədəd hər birinin dəyəri 6 manat olan “İpək” şampunlarının oğurlandığını görmüşdür. Baş vermiş oğurluq hadisəsi zamanı ona 1216 manat 50 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yerləşən dükanı icarə əsasında 4 ildir ki, işlədir, həmin dükanda heyvanlar üçün yemlər, buğda və qarğıdalı ticarəti ilə məşğul olmuş, dükanı hər gün səhər saat 08:00-da işçisi Aftandil Əliyev açmış, axşam saat 18:00da bağlamışdır. 21 yanvar 2021-ci il tarixdə saat 18:00-da Aftandil Əliyev dükanı bağlamış, onun istifadəsində olan telefon nömrəsinə zəng edib 600 manat pulu dükandakı seyfə qoymasını bildirmiş, 22 yanvar 2021-ci il tarixdə saat 08 radələrində isə Aftandil ona zəng edib axşam seyfə qoyduğu 600 manat pulun yerində olmamasını, həmçinin dükanın arxa tərəfindəki pəncərəyə şüşə əvəzi qoyulmuş dəmir məftildən hörülmüş torun da yerdə olmasını bildirmişdir. O, Aftandil Əliyevə DİN-102 xidmətinə zəng edib bu barədə məlumat verməsini istəmiş, dükanda yemlər satıldığı üçün içəridə toz çox olduğundan pəncərəyə şüşə deyil, dəmir məftildən hörülmüş tor qoymuşdur ki, içəridə toz az olsun, ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhər Sadıllı qəsəbəsi Xəmsə küçəsində yerləşən Abbasoğlu market ona məxsusdur. O, Gəncə şəhərində yerləşən Abbasoğlu marketi işlədir. 07 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixə keçən gecə naməlum şəxs ona məxsus olan ünvan 9 ünvanında yerləşən “Abbasoğlu” marketə daxil olaraq 200 manat nəqd pulu, 70 ədəd ümumi dəyəri 259 manat olan sobranie markalı siqaretləri,50 ədəd ümumi dəyərləri 170 manat olan kent markalı siqaretləri, 40 ədəd ümumi dəyərləri 128 manat olan “Vinston” markalı siqaretləri,10 ədəd ümumi dəyərləri 26 manat olan “LD” markalı siqaretləri, 5 manat dəyərində olan siqaret almaq üçün kartı oğurlamış, baş vermiş oğurluq hadisəsi zamanı ona 788 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən Gəncə şəhəri Kəpəz rayonu 3-cü mikrorayonunda yerləşən 23 saylı orta məktəbin yaxınlığında icarə əsasında ət dükanını işlətmiş, o, hər gün ət dükanını səhər saat 08 radələrində açmış, axşam saat 19 radələrində bağlamış, sonuncu dəfə o, 17 yanvar 2021-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq səhər saat 10 radələrində ət dükanını bağlamış, yaşadığı evinə getmişdir. 18 yanvar 2021-ci il tarixdə səhər saat 08:45-də ət dükanına gəlmiş, dükanın qapısındakı qıfılın bayırda olan stolun üzərində olduğunu, dükanından oğurluq olduğunu görmüş, dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra polislər onun işlətdiyi dükana gəlmiş, həmin vaxt polislərin iştirakı ilə dükana baxış keçirmiş, ona dükanından oğurluq etmiş şəxsin dükanda saxladığı 700 manat nəğd pulu və 150 manat qəpik pullar olmaqla ümumilikdə 850 manat nağd pulunu, bir kilosu 12 manata olmaqla 300 manat dəyərində 25 kiloqram quzu ətini, bir kilosu 10 manta olmaqla 200 manat dəyərində 20 kiloqram dana ətini, bir ədədi 6 manata olmaqla 60 manat dəyərində 10 ədəd toyuqları və bir ədəd 90 manat dəyərində Samsung markalı telefonu oğurlanmaqla ona ümumilikdə 1500 manat maddi ziyan dəydiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarı Gəncə saxlama bölməsində fəhlə işləyir. Hər gün səhər saat 08 radələrində yaşadığı evdən çıxıb işə gedərək aşxam saat 20 radələrində isə evə qayıtmışdır. 01.01.2021-ci il tarixdə yenə adəti üzrə səhər saat 08 radələrində yaşadığı evdən çıxaraq işə getmiş, ailə üzvləri isə evdə qalmış, saat 17 radələrində arvadı Gülnar ona zəng edərək övladlar ilə birlikdə evlərindən təxminən 500 metr aralıda yaşayan qayınanası Validə gilə getdiyini demiş, təxminən saat 19 radələrində işdən çıxdıqdan sonra ailəsi qayınanasıgildən götürərək təxminən saat 20 radələrində öz evinə qayıtmış, onlar evə çatdıqda evinin giriş qapısının açıq olduğunu görmüş, dərhal qapıya yaxınlaşdıqda qapının asma kilidinin qırıldığını müəyyən etmişdir. Evdə olmadığı müddət ərzində kiminsə evinin kilidini sındıraraq içəri daxil olduğunu bilmiş, dərhal evin giriş qapısından mətbəxə daxil olduqda mətbəxdə olan 1 ədəd 70 manat dəyərində stolüstü qaz sobasının, 2 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində qazanların 1 ədəd 15 manat dəyərində mətbəx bıçağının, 2 ədəd yağ bıçağının oğurladığını müəyyən etmiş, sonra evinin yataq otağının qapısına baxdıqda həmin qapının da, kilidinin sındırıldığını görüb dərhal yataq otağına daxil olmuş, yataq otağına daxil olduqda paltar şkafının qapılarının açıq olduğunu görmüş, şkafa baxdıqda həmin yerdə sənədlərin arasında qoyduğu 500 manat nəğd pulun, həmçinin televizorun alt hissəsində olan 1 ədəd 80 manat dəyərində Samsung DVX-P375K markalı DVD pleyerin, kamodun üzərində olan 1 ədəd 30 manat dəyərində fenin və 1 ədəd 10 manat dəyərində olan əl fənərinin oğurlandığını müəyyən etmişdir. Polis əməkdaşları hadisə yerindən getdikdən sonra ətraflı şəkildə evə baxdıqda qeyd etdiyi əşyalarından əlavə evimin qonaq otağında olan soyuducunun içərisindən 7 kq çəkidə ümumilikdə 70 manat dəyərində mal ətinin və hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd kəsilmiş toyuğun da, oğurlandığını, yəni ümumilikdə ona 821 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. Məhkəmədə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur.İntiqam ilkin olaraq mərc oyunlarına qurşanıb ona xeyli miqdarda maddi çətinliklər yaratdıqdan sonra, 2020-ci ilin təxminən mart-aprel ayından narkotik vasitə qəbul etməyə başlamış, narkotik vasitə qəbul etməyə başladıqdan sonra onunla işləməməyə, eşitdiyinə görə oğurluqlar etməyə başlamışdır. O İntiqamın oğurluq etdiyini, yaşadığı evə oğurluq əşya gətirdiyini görməmişdir. İntiqamın oğurluqlar etməsi barədə məlumat aldıqdan sonra yaşadıqları evə hər hansı oğurluq əşya gətirdiyi halda İntiqamı evdən qovacağını demiş, sonradan dəfələrlə İntiqamın arxası ilə polis əməkdaşları yaşadığı evə getmiş, sonuncu dəfə isə İntiqam özü narkomaniya xəstəliyindən əl çəkmək üçün polisə gedib etdiyi oğurluqları etiraf edəcəyini ona demişdir. Yaşadığı evdən çıxıb getmiş, sonradan İntiqam həbsdə olduğu müddətdə İntiqamla bir neçə dəfə əlaqə saxlamış İntiqam həmin şəxslərin ziyanlarını ödəməyi ondan xahiş etmişdir. O, maddi durumunun çatacağı qədər həmin şəxslərə dəymiş maddi ziyanları ödəməyə çalışacağını İntiqama bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2021 -ci il tarixli 9/4376 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, oğurluq hadisəsi zamanı oğurlanan əşyaların qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, Kent markalı siqaret 2020-ci ilin noyabr ayı üçün – bir ədədinin qiyməti 3.4 manat, Sobranie markalı siqaret 2020-ci ilin noyabr ayına - bir ədədinin qiyməti 3.7 manat, Winston markalı siqaretin 2020-ci ilin noyabr ayına- bir ədədinin qiyməti 3.2 manat, Magna markalı siqaret 2020-ci ilin noyabr ayına - bir ədədinin qiyməti 1.8 manat, “AXE markalı dezodarant 2020-ci ilin noyabr ayına - bir ədədinin qiyməti 15 manat, Quzu əti 2021-ci ilin yanvar ayına - bir kiloqramının dəyəri 12 manat, Dana əti 2021-ci ilin yanvar ayına - bir kiloqramının dəyəri 10 manat, Sobranie markalı siqaret 2021-ci ilin mart - bir ədədinin qiyməti 3.9 manat, Kent markalı siqaret 2021-ci ilin mart ayı üçün - bir ədədinin qiyməti 3.6 manat, Winston markalı siqaretin 2021-ci ilin mart ayına- bir ədədinin qiyməti 3.4 manat, LD markalı siqaret 2021-ci ilin mart ayına -bir ədədinin qiyməti 2.8 manat, Samsung markalı DVX-P3375K modelli DVD pleyr 2021-ci ilin yanvar ayına- 1 ədəddinin qiyməti 20 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 29.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə-psixiatrik ekspertizasının 18 fevral 2021-ci il tarixli 93 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayətləri törədən zaman anlaqlı olmuş, onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür, onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur, o, öz hərəkətlərini dərk etmək, idarə etmək iqtidarındadır. 02.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli, 4(043)-67/2021 saylı qərarından görünür k, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə yəni 18.07.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 18.04.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 4(043)-131/2021 saylı qərarından görünür k, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətinə yəni 18.09.2021-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 4(043)-184/2021 saylı qərarından görünür k, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 13 (on üç) gün müddətinə yəni 01.10.2021-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 1(043)-193/2021 saylı qərarından görünür k, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 1(043)- 193/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxslərin ərizlərindən görünür ki, onlara dəymiş maddi ziyan ödənildiyi üçün təqsirləndirilən şəx Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə onlarla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə onlarla barışıq əldə etməsini, əməlindən peşman olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 08 ay 10 gün həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 8 (səkkiz) ay 10 (on) günün bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bəarabər hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 10 (gün) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-193/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-193/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver