Məhkəmə qərarları › İş №1(043)-194/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-194/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-194/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxslər X5, X9 və onların nümayəndəsi X10, təqsirləndirilən şəxs X11 və Müdafiəçi iştirakı ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 və X9 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 və X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X11 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Xüsusi ittihamçılar şikayəti onunla əsaslandırmışlar ki, 2018-ci ildə xüsusi ittiham qaydasında şikayət verən X15, ünvan 1 ünvanda yaşayan X16 ilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmış, onun evinə gedib-gəlmişdir. X2 adlı qız ilə nişanlandıqdan sonra X22 acıq almaq, onun evlənməsinə mane olmaq üçün, 08.01.2020-ci il tarixdən bu günə, yəni 05.08.2021-ci ilədək onun təhqir, böhtan dolu əməlləri davam edir, hətta məhkəməyə təqdim olunan məlumatlarda da var ki, o özü deyib «mən sizdən əl çəkən deyiləm», ünvan 2 ünvanında oğlumun adına ondan xəbərsiz instagramda «İmran_802_nasti», «sevgi_dunyam_2021», «Xalidə_a liyeva_official» profilləri işlədərək, profildə İmranla öz şəklini də qoyaraq +**********87 telefon nömrəsindən smslər, internet informasiya ehtiyatlarında mənim, oğlumun, gəlinim Kəmalənin ünvanına nəlayiq sözlərlə, görüntülərlə paylaşımalar edir, etik qaydalara, normalara uyğun olaraq yaza bilmədikləri ifadələr, sms-lə göndərdiyi məlumatlarda İmrana etdiyi zənglərdə onu, oğlunu, gəlinini ağır və tərbiyəsiz şəkildə təhqir edir, böhtan atır və onlara qarşı cinayət əməlini, hərəkətlərini bu gün də davam edir və son bizə göndərdiyi məlumatlarda bildirir ki, onlardan əl çəkən deyil. Onun onlara qarşı son ana qədər davam edən cinayət əməlini sübut edən hərəkətləri, böhtan, təhqir dolu əxlaqsız sözləri, məlumatları həm internet informasiya ehtiyatlarından çıxarılmış məlumatlar, bu həm də onun təhdid, hədələyici, təhqiredici sözləri diskdə də öz əksini tapmışdır. Həmin 100-dən çox vərəqələrdə məlumatlar və disk məhkəməyə təqdim olunur. Barəsində şikayət verilmiş X16 hərbi Prokurorluğa xüsusi ittiham qaydasında şikayət vermiş İmranlı İmranın onun qızı ilə cinsi əlaqədə olması və «X31», «Vine Azərbaycan», «Xəbər Az.», «Az Xəbər» saytlarında İmranın narkoman olması barədə məlumatların bilə-bilə yalan olduğunu yayması, (hərbi prokurorluqda araşdırmalarda o öz ifadəsində qızı ilə İmran yox, öz oğlunun cinsi əlaqədə olduğunu bildirmişdir, eyni zamanda tibbi müayinədən keçərək İmranın narkoman olmaması müəyyən olunmuşdur) kimi böhtan dolu əməlləri AR CM-nin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Onun İmrana bildirməsi ki, «səndən hayıf almaq üçün bunları edirəm», «10000 manat məbləğində mənə pul versən səndən əl çəkərəm» kimi ifadələri məhkəməyə təqdim edilən diskdə vardır. Xalidə X1 barəsində internet informasiya ehtiyatlarında: «İmran_802_nasti», «sevgi_dunyam_2021», «Xalidə_aliyeva_official» profillərində, +99450 ******* telefon nömrəsindən sms-lərdə «yanındakı Arifin qəhbəsidir», «ana da qəhbə, arvad (nişanlı qız) da qəhbə», «anan sələmçidir, Raufun saxladığı qəhbə», «anası orda-burda verdirir...» və s. bu kimi böhtan dolu hərəkətləri AR CPM-nin 147.1-ci maddəsi ilə tövsif olunmalıdır. Əliyeva Xalidə internet informasiya ehtiyatlarında: «İmran_802_nasti» , «sevgi_dunyam_2021», «Xalidə_aliyeva_official» profillərində, +**********87 telefon nömrəsindən smslərdə: «başı çıxmırdı paçamın arasından», «kameranın o tayından şey görəndə dili çöldə qalan adam idi», «bir azda sən yalat», «qəhbənin qarnından çıxan», «matışka tumanına girən peysər...», sözlərlə İmranlı İmranın şərəf və ləyaqətini alçaldan, aşağılayan hərəkətləri, təhqiredici əməlləri AR CM-nin 148-ci maddəsi ilə tövsif edilməlidir. Onun mənim X5 internet informasiya ehtiyatlarında: «İmran_802_nasti», «sevgi_dunyam_2021», «Xalidə_aliyeva_official» profillərində, +**********87 telefon nömrəsindən ünvanına, adına yağdırdığı təhqir dolu «Tunuş anası ilə qabaq-qabağa sikdən, sikişməkdən danışır. Ana oğluna başa salır ki, qızların harasına necə sox», «Tünzaləyədə deyin adımı çəkməsin ağzına verərəm...» sözləri, onun şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzunu ləkələyən əməlləri AR CM-nin 148-ci maddəsi ilə tövsif olunaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. O müəllimədir, İmran hərbiçidir. Onun yuxanda yazdığı ifadələri, sözləri onun qohumlarım, qonşular, iş yoldaşlarının, onun dərs dediyi şagirdləri oxuyub bilməkləri, bilirsiz onu necə mənəvi psixoloji cəhətdən sarsıdır? Bütün bunlar onun şərəfini, ləyaqətini, nüfuzunu ləkələyir, düzdür, onu hər kəs tanıyır, amma onun əməlləri onun və oğlunun psixikasında izsiz getmir, həyəcan, stress əsəbləri tarıma çəkmişdir. Belə getməz, ədalət mühakiməsi bunun qarşısını almalı və cəzalandırmalıdır. 16.04.2021-ci ildə Xalidə onların evin önünə küçəyə gələrək qonşuları, şahidlər: Vaqif küçəsi ev 111-də yaşayan X7. S.Əsgərova küç., ev 7-də yaşayan X3 və digər qonşuların yanında onun, oğlunun ünvanına ağır təhqiredici, alçaldıcı söyüşlər, hədə-qorxu gələrək onları biabır etmiş, onları rahat buraxmayacağını bildirmişdir. X30 küçədə onun hərəkətlərinə görə hətta DİN-nin 102 qaynar xəttinə zəng etmişdir. Xalidənin cinayət xarakterli hərəkətlərindən mənəvi psixoloji sarsıntı keçirdiyim üçün onun artıq ürəyində son vaxtlar problemlər yaranmış, mütəmadi olaraq həkim- kardioloqa müraciət edir və müalicə kursları keçir. AR Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli, 3 saylı Qərarının, AR CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə uyğun olaraq bildirirəm ki, cinayət əməlinin X16 tərəfindən törədilməsi onun oğlumun adına saxta «İmran_802_nasti», «sevgi_dunyam_2021», «Xalidə_aliyeva_official» profil açaraq öz şəklini və İmranın şəklini qoymaqla, smslərlə, internet informasiya ehtiyatlarından çıxarılmış məlumatların əks olunduğu və məhkəməyə sübut kimi təqdim olunan (vərəqələrdə) məlumatlardır, səsinin yazıldığı diskin olması, həmçinin yuxanda qeyd etdiyim kimi onun bizim evin önünə, küçəyə gələrək bizi təhqir etdiyinin şahidləri olan qonşularının X8 X3 yanında olması faktları sübut edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərarı ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 və X9 xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmiş, X12 və X15 iş üzrə xüsusi ittihamçılar qismində tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 Müdafiəçi məhkəməyə vəsatət verərək bildirdi ki, sözügedən xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilərək ilkin baxış iclası keçirilmiş və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xüsusi ittihamçıların qeyd etdikləri hadisənin olduğu Gəncə şəhəri, Vaqif küçəsi, ev 105 ərazi aidiyyəti olaraq Nizami rayonunun ərazisidir. Hüquqlarını müdafiə etdiyi Xalidə Əliyeva xüsusi ittihamçıların qeyd etdikləri hadisə üzrə zərərçəkmiş kimi tanınmış həmin ərazi Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin ərazisi olduğu üçün və X5 əməlində inzibati xətanın tərkibi olduğu üçün iş aidiyyəti üzrə Nizami rayon Polis idarəsində araşdırılaraq baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bir sözlə xüsusi ittihamçıların şikayətdə qeyd etdikləri yer, yəni hadisənin baş verdiyi ərazi Gəncə şəhəri Nizami rayonunun inzibati ərazi vahidliyində yerləşdiyindən hazırki işə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxıla bilməz. Odur ki, 1(043)-194/2021 saylı cinayət işini aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X16 ifadə verərək, şikayətdə göstərilənləri qəbul etmədiyini, Gəncə şəhəri, 3-cü mikrorayon, bina 10, mənzil 2-də qeydiyyatda olmasına baxmayaraq 2019-cu il yanvar ayından həmin ünvanda yaşamayaraq, müvəqqəti olaraq Bakı şəhərinə köçmüşdür və işin aidiyyət qaydalarının pozulduğunu bildirərək, işin baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittihamçılar X12, X15 və onların nümayəndəsi X17 işin baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Vəsatətə əlavə edilmiş Gəncə şəhəri İH MKTİB Kooperativ Binalar üzrə Xidmət Sahəsi 306 nömrəli, 18.10.2021-ci il tarixli arayışdan görünür ki, X4 şəhəri, 3-cü mikrorayon, bina 10, 2019-cu il yanvar ayından həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərinə köçmüşdür. Həmçinin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(043)-194/2021 saylı, 27.09.2021-ci il tarixli qərarın surətindən görünür ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə başlanmış inzibati xata haqqında iş üzrə icraata həmin Məcəlləsinin 39,2 və 53.1.9-cu maddələrinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 7.0.26-ci maddəsinə əsasən xüsusi ittihamçı-bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli qərarından görünür ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 75.2.-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Məhkəmə iclasında tərəflərin izahatları və xüsusi ittihamda qaydasında verilmiş şikayətin dəlilləri ilə müəyyən olunur ki, təqsirləndirlən şəxs X4 şəhəri, 3-cü mikrorayon, bina 10, mənzil 2-də qeydiyyatda olmasına baxmayaraq 2019-cu il yanvar ayından həmin ünvanda yaşamamış, təqsirlənləndirlən şəxs tərəfindən zərərçəkmiş şəxslərə qarşı xüsusi ittihamda göstərilən hərəkətlər kütləvi informasiya vasitələrində 2021-ci ilin yanvar ayından sonrakı dövrlərdə edilmiş, bundan əlavə 16.04.2021-ci il tarixdə X16 tərəfindən X5 və X9 ünvanına ağır, təhqiredici, alçaldıcı söyüşlər, hədə-qorxu gələrək onları biabır etməsi, onları rahat buraxmayacağını bildirməsi xüsusi ittihamçıların (şikayətçilərin) yaşadıqları ünvan 6 ünvanının qarşısında edilmişdir ki, bununla da həmin əməlin törədildiyi yer olaraq Gəncə şəhəri, Nizami rayonu Vaqif küçəsi göstərilmişdir. Məhkəmə müəyyən olmuş hallara əsasən belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittihamda göstərilən əməlin başa çatdığı Gəncə şəhəri, Nizami rayonu Vaqif küçəsi ərazi yurisdiksiyasına görə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 67.4-cü, 74.1-ci və 75.1-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 67.4, 74 və 75-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar