Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-195/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu ildə Ağdaş rayonu Pirəzə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,398 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:30-da Ağdaş rayonu, Pirəzə Ərazi Dairəsi, Pirəzə kəndində saxlanılaraq DİN-in BNMİ-nin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən QBRŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 6,398 qram narkotik vasitə qurudulmuş marixuana ayrıayrılıqda 2,615 qram və 3,518 qram olmaqla əynindəki tünd göy rəngli şalvarın müvafiq olaraq sağ və sol yan ciblərindən iki ədəd kibrit qutularında, 0,265 qram narkotik vasitə qurudulmuş “marixuana” isə şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, evli olmaqla, əvvəllər məhkum olunmamış və fərdi əməklə məşğul olur. Psixi xəstəlikdən əziyyət çəkdiyi üçün əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan yaşadığı kəndin ərazisində yerləşən yabanı halda olan narkotik vasitə kollarından yığmaqla istifadə etmişdir. Narkotik vasitələri yığdığı əraziyə gedən zaman hər dəfə bir dəfəlik istifadəsindən artıq çəkidə narkotik vasitə yığmışdır ki, lazım olanda istifadə etsin. Narkotik vasitələri yaşadığı evin həyətinə olan tövlədə gizlətmişdir. 19.06.2021-ci il tarixdə narkotik vasitələri tövlədən götürüb istifadə etmək üçün evdən çıxmışdır. Həmin gün saat 14:30-da Ağdaş rayonu, Pirəzə kəndi ərazisində olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmiş və mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı barədə məlumat daxil olduğunu deyərək onu BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. Onlara etiraz etməmiş və qeyd olunan yerə getmişdir. Orada üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, lakin videoçəkilişdən istifadə edilməsinə etiraz etmiş və bundan sonra üzərinə baxış keçiriləcəyi deyilmişdir. Bundan sonra oraya 2 nəfər mülki geyimli şəxs gəlmiş və həmin şəxslər ona təqdim olunmuşdur. Onları tanımadığını, onlarla şəxsi ədavətinin və düşmənçiliyinin olmadığını demişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu və kibrit qutusunu, şalvarın sol cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan sonra üzərinə olan şalvar da götürülmüş və kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. O heç vaxt narkotik vasitələrin becərilməsi və satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və özünün xəstə olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 18 iyun 2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində yaşayan X10 Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən Kür çayındakı adalardan birində qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid1 və Şahid3 daxil olmuşdur. 19 iyun 2021-ci il tarixdə Nahib Babayev saat 07:00-da saxlanılaraq BNMİ-nin QBRŞ-nə dəvət edilmiş və üzərinə şəxsi axtarış aparılan zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Nahib Babayev aşkar edilmiş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları 40 manata yaşadığı kənddə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin kultivasiyası ilə məşğul olmadığını, həmkəndliləri Təqsirləndirilən şəxs və X3 yaşadıqları kəndin ərazisindən keçən Kür çayındakı adaların birində çətənə bitkiləri əkib becərdiklərini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolu hər bir iştirakçı kimi imzalamışdır. Həmin gün təhqiqatçı Vüsal Həsənquliyev Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi barədə raportla məruzə etmiş, həmin raportun icrası onlara həvalə edilmiş və həmin şəxsin anket məlumatlarını müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaşadığı kənddə olması barədə məlumat daxil olduqdan sonra birlikdə Ağdaş rayonu, Pirəzə kəndinə yola düşmüşlər. Orada olan zaman saat 14:30 radələrində xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edib ondan anket məlumatlarını qeyd etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Bundan sonra onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçı Vüsal Həsənquliyevin xidməti iş otağına aparmışlar və təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat vermiş və vəkillərin siyahısını təqdim etmişdir. Sonuncu istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil Yusif Hüseynov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Sonuncu vəkilə etiraz etmədiyini bildirsə də, müvafiq sənədlərə imza etməkdən imtina etmiş, sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini demiş, sonucu buna etiraz etdiyi üçün təhqiqatçı 2 nəfər hal şahidinin iştirakına zərurət yarandığını bildirmişdir. Bundan sonra polis şöbəsindən çıxıb bir qədər getdikdən sonra Gəncə şəhəri ərazisində 2 nəfər şəxsin olduğunu görmüş, onlara yaxınlaşaraq anket məlumatlarını soruşanda hər iki şəxs anket məlumatlarını qeyd etmişdir. Bundan sonra həmin şəxslərə bir nəfər şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və kultivasiyası ilə məşğul olması barədə məlumat olduğunu deyib həmin şəxsin üzərinə baxış keçirilməsində onların hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, həmin şəxslər etiraz etməmiş və onlardan əvvəllər polisdə, prokurorluqda və digər dövlət qurumlarında hal şahidi qismində iştirak edib-etmədiklərini soruşmuşdur. Hər ikisi iştirak etmədiklərini bildirmiş, bundan sonra Gəncə şəhəri ərazisində olan DİN-in BNMİ-nin QBRŞ-nə getmişlər. Orada olan zaman dəvət edilmiş vəkilin, onların və hal şahidlərinin iştirakı ilə X4 üzərinə baxış keçirilməyə başlanılmış, baxışdan əvvəl təhqiqatçı hal şahidlərini Təqsirləndirilən şəxs təqdim edərək onları tanıyıb-tanımadığını, düşmənçiliyinin olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs onları tanımadığını, ədavətinin və düşmənçiliyinin olmadığını bildirmişdir. Həmin suallar hal şahidlərindən də də soruşulmuş və onlar da Təqsirləndirilən şəxs tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmış, baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Bu zaman sonuncu əynində olan şalvarın sağ yan cibindən mobil telefonunu və bir ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, bundan başqa onun üzərindən qanunsuz əşya aşkar edilməmiş, həmin bükümlər açılanda onların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddələrin olması barədə təhqiqatçı məlumat vermişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan başqa mobil telefon da götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Ağdaş rayonu, Pirəzə kəndi ərazisində Kür çayının sahilində yerləşən adaların birində çətənə bitkiləri əkdiyini, həmin maddələrin üzərində saxlamaqda məqsədinin onların satışını həyata keçirmək olduğunu, əvvəllər də bu işlərlə məşğul olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və baxışda iştirak edən hər bir şəxs həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın götürülməsi zərurəti yarandığını təhqiqatçı bildirmiş və onların iştirakları ilə sonuncunun əynində olan şalvar yenisi ilə əvəz edilməklə çıxarılmış və həmin şalvar qablaşdılaraq ekspertizaya göndərilməsi barədə təhqiqatçı tərəfindən onlara məlumat verilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən hər bir şəxs həmin protokolu imzalamış, Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, həmin məlumat öz təsdiqini tapmamış və sonuncunun aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Məhkəməyədək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayının əvvəllərində işləmək üçün Gəncə şəhərinə getmiş, orada tikililərin birində günəmuzd fəhlə işləmişdir. 19 iyun 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhərində tanışı Şahid4 ilə birlikdə hərəkətdə olan zaman 1 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və onların adlarını soruşmuşdur. Hər ikisi anket məlumatlarını qeyd etmiş, bundan sonra həmin polis əməkdaşı bir nəfər şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və kultivasiyası ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyib həmin şəxsin üzərinə baxış keçirilməsində onların hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Polis əməkdaşının dediyini vətəndaşlıq borcu bilib etiraz etməmişlər. Həmçinin polis əməkdaşı onların əvvəllər polisdə, prokurorluqda və digər dövlət qurumlarında hal şahidi qismində iştirak edibetmədiklərini soruşmuş, hər ikisi iştirak etmədiklərini demişlər. Bundan sonra Gəncə şəhəri ərazisində olan DİN-in BNMİ-nin QBRŞ-nə getmişlər. Orada olan zaman vəkil gəlmiş və adı onlara sonradan məlum olan X4 üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxışdan əvvəl təhqiqatçı onları Təqsirləndirilən şəxs təqdim edərək ondan onları tanıyıbtanımadığını, düşmənçiliyinin olub-olmadığı soruşmuş, sonuncu onları tanımadığını, ədavətinin və düşmənçiliyinin olmadığını bildirmişdir. Həmin suallar onlardan da soruşulmuş və onu tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmış, baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Bu zaman sonuncu əynində olan şalvarın sağ yan cibindən mobil telefonunu və bir ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərindən qanunsuz əşya aşkar edilməmiş, həmin bükümlər açılanda onların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddələrin olması barədə təhqiqatçı məlumat vermişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan başqa mobil telefon da götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Ağdaş rayonu, Pirəzə kəndi ərazisində Kür çayının sahilində yerləşən adaların birində çətənə bitkiləri əkdiyini, həmin maddələrin üzərində saxlamaqda məqsədinin onların satışını həyata keçirmək olduğunu, əvvəllər də bu işlərlə məşğul olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və baxışda iştirak edən hər bir şəxs həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın götürülməsi zərurəti yarandığını təhqiqatçı bildirmiş və onların iştirakları ilə onun əynində olan şalvar yenisi ilə əvəz edilməklə çıxarılmış və həmin şalvar qablaşdırılaraq ekspertizaya göndərilməsi barədə təhqiqatçı tərəfindən onlara məlumat verilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən hər bir şəxs həmin protokolu imzalamış, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. Məhkəməyədək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək” haqqında 20 iyun 2021-ci il tarixli, 1032 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli talvarının sağ yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu 1 ədəd kibrit qutusunu, sol yan cibindən də 1 ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə qurudulmuş “marixuana” olduğunu, həmin marixuananı 2021-ci ilin mart ayı ərzində Ağdaş rayonu, Pirəzə kəndi ərazisindən keçən Kür çayındakı adalardan birində əkib-becərdiyi çətənə kollarından əldə etdiyini, üzərində gəzdirməkdə satış niyyəti ilə qarşısına çıxan şəxslərə göstərmək olduğunu bildirmişdir. Həmin yerdə narkotik tərkibli bitkiləri tək özünün əkdiyini, bu barədə heç kimin heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və a predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxsun təqdim etdiyi 1 ədəd “Nokia" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 2 ədəd kibrit qutusuna baxış keçirilən zaman, içərisində tünd aşıl rəngli kəskin iyli narkotik vasitə marixunaya bənzər kütlə olması müəyyən edilmişdir, həmin 2 ədəd kibrit qutusunda olan maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və ümumi çəkilərinin 12 qram olması məlum olmuşdur. Həmin kibrit qutuları 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmişdir, üzərini imzalamaq vəzifəsi iştirakçılara izah olunsa da Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Həmin zərfin üzəri digər iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış keçirilməsi və götürmə aparılması” haqqında 19 iyun 2021-ci il tarixli, 1347 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildikdən sonra əynindəki şalvarının ciblərində narkotik maddələrin hissəciklərin olması şübhəsi ilə ona yeni şalvar verilməklə əynində olan şalvar götürülmüş sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs başqa digər iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək əlavə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə X8 Regional Bölməsinin 19 iyun 2021-ci il tarixli, 16/577 nömrəli məhkəmə-bioloji rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən 2 kibrit qutusunda marixuanaya bənzər maddə...” yazılar və imzalar olan kağız paketdəki 2 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,615 qram, 3,518 qram, ümumi təmiz çəkisi 6,133 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş “marixuana”-dır, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus şalvar...” yazılar və imzalar olan polietilen torbadakı, 1 (bir) ədəd qara rəngli iki yan, iki arxa cibli parça şalvarın sol yan cibində təmiz çəkisi 0,265 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş “marixuana”-dır, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən 2 kibrit qutusunda marixuanaya bənzər maddə...” yazılar və imzalar olan kağız paketdəki marixuana ilə üzərində “Təqsirləndirilən şəxs məxsus şalvar...” yazılar və imzalar olan polietilen torbadakı bir ədəd şalvarın sol yan cibində olan marixuana ilə və üzərində “Nahid Babayevin üzərindən aşkar 2 ədəd sellofan büküm...” sözləri yazılmış kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 iyun 2021-ci il tarixli, 1035 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında 20 iyun 2021-ci il tarixli, 1038 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1969-cu ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs MSY-dən azad olunsun və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi” haqqında 25 iyun 2021-ci il tarixli, 1455 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı telefona aparatına baxış keçirilmişdir. Baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyul 2021-ci il tarixli, 219 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyul 2021-ci il tarixli, 215 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Pirəzə kəndində qeydiyyatdadır. Ailə tərkibi – arvadı: 01.04.1969-cu il təvəllüdlü X5, oğlu: 12.09.1995-ci il təvəllüdlü X11, oğlu: 08.11.2006-ci il təvəllüdlü X13. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsində Regional Şöbəsinin 25 avqust 2021-ci il tarixli, 206-1822-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuananı haradan, kimdən və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamış, eləcə də, onun hər hansı bir şəxsə və ya şəxslərə narkotik vasitə satması, əlavə olaraq digər yerlərdə narkotik vasitələr gizlədərək saxlaması, əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olması, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlər barədə əməliyyat məlumatları daxil olmamışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 06 sentyabr 2021-ci il tarixli, 2843 nömrəli məhkəmə-psixiatrik rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Səhiyyə Nazirliyi Respublika narkoloji X20 Şəxsi Ambulator X1 12 avqust 2021-ci il tarixli, 2815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan “narkomaniya” xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi” haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilsin və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması, iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 19 iyun 2021-ci il tarixli 16/577 nömrəli, ambulator məhkəmə-psixatrik ekspertizasının 12.08.2021-ci il tarixli 1768 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 12.08.2021-ci il tarixli 2815 nömrəli rəyləri işin bütün halları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,15 qram sərf edildikdən sonra 6,248 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana və bir ədəd şalvar iş üzrə maddi sübut kimi tanınması və təqsirləndiirlən şəxsi tanış etdikdən sonra DİN-in BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən 19 iyun 2021-ci il tarixdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasında olunmuş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə haqqında” protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən 19 iyun 2021-ci il tarixdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasında olunmuş 02 vərəqdən ibarət “baxış keçirilməsi və götürmə haqqında” protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən materialın ayrılması, materiala şəxsi axtarış və götürmə aparılması barədə protokolların, təqsirləndirilən şəxsin ifadələri və 19 iyun 2021-ci il tarixli 16/577 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin surəti əlavə edilərək icra olunmasından ötrü Ağdaş RPŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Nokia» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs adı hazırda yazıldığı kimi oxunması və Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə ambulator məcburi narkoloji tibbi yoxlama zamanı verdiyi ifadəsi sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 09 sentyabr 2021-ci il tarixli, 1219 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması qərara alınmışdır. 08 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan 01 ədəd “Nokia” markalı mobil telefonu baş müstəntiq Ayaz Bayramovdan işlək vəziyyətdə təhvil almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 05 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər heç bir məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsindən yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmadığını, yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri olan Ağdaş rayonu Pirəzə kəndində olan yaşadığı evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağdaş rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdən 20 iyun 2021-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6.248 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, saxlanma kamerasına təhvil verilmiş bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi- Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspetiza Mərkəzinin hesabına keçirilməlidir (CPM- 198.1.). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdən 20 iyun 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Ağdaş rayonu Pirəzə kəndində olan yaşadığı evi axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağdaş rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Ağdaş rayon İcra və Prоbаsiyа şöbəsinə həvalə olunsun və cəzаçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyаtа аlındığı аndаn hesаblаnsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6.248 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi- Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 (səksən dörd) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-195/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-195/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver