Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-196/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 4-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, A.İmanquliyeva küçəsi, 2-ci döngə, ev 22də yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 08.06.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, A.İmanquliyeva küçəsi, 4-cü döngədə yerləşən və Zərərçəkmiş şəxs məxsus olan 35 nömrəli fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq hasardan aşmaqla, oradan isə evə giriş qapısına güc tədbiq edərək qapını açmaqla evin içərisinə daxil olub yataq otağından 750 manat dəyərində 1 ədəd “Packardbell” markalı dizüstü kompyuteri, 440 manat nağd pulu, 900 manat dəyərində 1 ədəd 583 əyarlıq, 13 qram çəkidə reket toxunuşlu qızıl boyunbağını, 500 manat dəyərində 1 ədəd 583 əyarlıq, 7 qram çəkidə reket toxunuşlu qızıl qolbağını, 150 manat dəyərində 1 ədəd 583 əyarlıq, 3 qram çəkidə qızıl klonu, 200 manat dəyərində 1 cüt 583 əyarlıq, ümumi çəkisi 5 qram olan zəncirvari qızıl sırğanı, ümumilikdə 150 manat dəyərində və 4 qram çəkidə 583 əyarlıq 1 ədəd qızıl boyunbağını və 1 ədəd göz muncuğu formasında qızıl klonu, 500 manat dəyərində 1 ədəd “Zayka” markalı, 583 əyarlıq, 8 qram çəkidə qadın qızıl saatı, ümumilikdə 150 manat dəyərində 2 ədəd 583 əyarlıq, hər biri 1 qram çəkidə qızıl diş qapaqlarını, 250 manat dəyərində, ümumilikdə 4 qram çəkidə olan 583 əyarlıq, üzərində sadə qırmızı qaşları olan 1 cüt uşaq sırğasını, qonaq otağından 330 manat dəyərində 1 ədəd “Xiomi” markalı, “Redmi 6” model mobil telefonu, 30 manat dəyərində 1 ədəd “Alcatel” markalı, “one touch 7041D” model mobil telefonu, 150 manat dəyərində 1 ədəd “Samsung” markalı, “Galaxy Note 3” model mobil telefonu, ümumilikdə isə zərərçəkmiş şəxsin 4500 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilməmişdən bir neçə ay əvvəl maddi imkanı zəif olduğu üçün oğurluq etmək qərarına gəlmiş və oğurluq etmək üçün qonşuluqda yaşayan Elşən adlı şəxsin evini seçmişdir. Belə ki, 08.06.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, A.İmanquliyeva küçəsi, 4-cü döngədə yerləşən 35 nömrəli evin sahibi qonşusu Elşənin oğlu Elşadın evin darvazasını kilidləyib getdiyini görmüş və həmin vaxt evdə heç kimin olmadığını yəqin etmişdir. Belə ki, Elşəngilin ailəlikcə işlədiyini və gündüz saatlarında evdə heç kim olmadığını əvvəlcədən o, bilmişdir. Həmin vaxt küçədə heç kim olmamışdır. Bir daha ətrafa diqqətlə baxıb heç kim olmadığına əmin olduqdan sonra Elşənin evinin həyət darvazasının üzərindən aşıb həyətə daxil olmuş, bundan sonra isə evin taxta materialdan olan giriş qapısını təpiklə vurub açaraq evə daxil olmuşdur. Evin içərisində qısa vaxt ərzində axtarış aparmağa başlamışdır. Belə ki, ilk öncə evin qonaq otağında, pəncərənin yanında olan qab-qacaq dolabının alt hissəsində 3 ədəd mobil telefon görüb onları götürmüşdür. Telefonlardan 2 ədədi ağ rəngli, 1 ədədi isə qara rəngli olmuşdur. Bundan sonra evin yataq otağına keçib orada axtarış aparmışdır. Həmin vaxt kosmetik ləvazimatlar olan dolabda bujiteriya qabları, qadın əl çantası və pulqabı görüb onları çarpayının üzərinə yığaraq içərisini axtarmağa başlamışdır. Qara rəngli saat qutusunun içərisində 1 cüt qırmızı qaşlı qızıl sırğa, 1 cüt zəncirvari formada qızıl sırğa, həmçinin 1 ədəd nazik qızıl boyunbağı və onun klonunu və həmçinin ittihamda göstərilən digər qızıl zinət əşyalarını və 440 manat pul aşkar edib götürmüşdür. Bundan sonra isə yataq otağında olan pəncərənin qarşısındakı 1 ədəd qara rəngli dizüstü kompyuteri çantası və enerji doldurucu naqili ilə bilikdə götürmüşdür. Oğurladığı mobil telefonları və qızıl-zinət əşyalarını kompyuter çantasının içərisinə yığıb komputerlə birlikdə özü ilə götürmüş və yataq otağının küçəyə açılan plastik pəncərəsini açıb həmin pəncərədən küçəyə çıxaraq oradan uzaqlaşmışdır. Həmin gün qızıl-zinət əşyalarını X2rşısında tanımadığı şəxsə 245 manata satmışdır. Həmin şəxsə qızılların özünə məxsus olduğunu və təcili pul lazım olduğuna görə satmaq istədiyini bildirmişdir. Bundan sonra isə kompyuteri və mobil telefonları kirayədə yaşadığı evə aparmışdır. Fürsət olanda həmin əşyaları da satmağı düşünmüş, lakin, 10.06.2021-ci il tarixdə onu Gəncə şəhər Kəpəz RPİ-yə çağırmışlar. Orada onunla söhbətlər edilmiş və oğurluğu səmimi etiraf etməyin, əşyaları təqdim etməyin vəziyyətini yüngülləşdirəcəyini düşünmüş, ona görə də, orada təqsirini etiraf etmişdir. Qeyd olunan oğurluğu tək etmiş, yanında, yaxud evin yaxınlığında onunla birlikdə heç kim olmamış və oğurluq barədə heç kimə məlumat verməmişdir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində H.Əliyev adına istirahət parkının içərisində restoranda satıcı işləyir. Həyat yoldaşı Şahid Gəncə şəhərində “İmperial” restoranında aşbaz işləyir. X11 də onunla birlikdə qeyd olunan restoranda işləyir. X7 isə şirkətdə işləyir. Yaşadığı ev həyət evidir. Həyətə giriş qapısı dəmir darvazadır. Evin giriş qapısı taxtadandır. Ev 3 otaqdan ibarətdir. Ailəlikcə işlədikləri üçün hər gün ən gec saat 13 radələrinədək evdən çıxıb işə gedirlər. Evdən çıxarkən giriş qapısını və həyət darvazasını kilidləyirlər. 08.06.2021-ci il tarixdə, saat 10 radələrində qızı Elşanə işə getmiş, saat 11 radələrində isə özü və oğlu Elşad evdən çıxıb işə getmişlər. Saat 13 radələrində həyat yoldaşı Sabirə işə getmişdir. Həmin gün saat 21 radələrində qızı Elşanə ona zəng edərək evlərindən oğurluq olmasını aşkar etdiyini bildirmişdir. O və oğlu Elşad təcili olaraq evə getmiş, yolda olarkən həyat yoldaşı Sabirəyə də məlumat vermişlər ki, evə qayıtsın. Evə çatdıqda qızı Elşanənin evdə olduğunu və evin otaqlarındakı əşyalar isə yerbə-yerdir. Həmin vaxt evdən oğurluq olmasını anlayıb dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmiş və polisin gəlməsini istəmişdir. Bir qədər sonra evə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşları ilə birlikdə evə baxış keçirtmiş və həmin vaxt məlum olmuşdur ki, oğurluğu etmiş şəxs həyət darvazasından aşaraq həyətə daxil olmuş, bundan sonra evə giriş qapısını güc tətbiq edərək açmış və evin yataq otağından 750 manat dəyərində 1 ədəd “Packardbell” markalı, istifadə edilmiş vəziyyətdə olan dizüstü kompyuteri, onun komplekt hissəsi olan enerji doldurucu naqilini və çantasını, 440 manat nağd pulu, 900 manat dəyərində 1 ədəd 583 əyarlıq, 13 qram çəkidə reket toxunuşlu qızıl boyunbağını, 500 manat dəyərində 1 ədəd 583 əyarlıq, 7 qram çəkidə reket toxunuşlu qızıl qolbağını, 150 manat dəyərində 1 ədəd 583 əyarlıq, 3 qram çəkidə qızıl klonu, 1 cüt 583 əyarlıq, ümumi çəkisi 5 qram olan 200 manat dəyərində zəncirvari qızıl sırğanı, 1 ədəd 150 manat dəyərində, ümumilikdə 4 qram çəkidə qızıl boyunbağını və göz muncuğu formasında qızıl klonu, 500 manat dəyərində 1 ədəd “Zayka” markalı, 583 əyarlıq, 8 qram çəkidə qadın qızıl saatı, 2 ədəd 583 əyarlıq, hər biri 1 qram çəkidə, ümumi dəyəri isə 150 manat olan diş qapaqlarını, 250 manat dəyərində, ümumilikdə 4 qram çəkidə və 583 əyarlıq, üzərində sadə qırmızı qaşları olan 1 cüt uşaq sırğasını, qonaq otağından 330 manat dəyərində 1 ədəd “Xiomi Redmi 6” markalı, istifadə edilmiş vəziyyətdə mobil telefonu, 30 manat dəyərində 1 ədəd “Alcatel” markalı, “one touch 7041D” model istifadə edilmiş mobil telefonu, 150 manat dəyərində 1 ədəd “Samsung Galaxy Note 3” markalı, istifadə edilmiş vəziyyətdə olan mobil telefonu, ümumilikdə isə 4500 manat dəyərində əmlakını oğurlamış və yataq otağının pəncərəsindən çıxıb getmişlər. Bundan sonra onların şikayəti əsasında polisin apardığı araşdırma ilə cinayətin qonşuları Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir.Əlavə olaraq bildirdi ki, cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində cəlb edilərək dindirilmiş Şahid onun həyat yoldaşıdır. Həyat yoldaşı hal-hazırda Bakı şəhərində xəstəxanada səhhəti ilə bağlı müalicə olunduğu üçün məhkəmə iclasına gəlməsi mümkün olmamışdır. Həmçinin, ibtidadi istintaq materiallarında həyat yoldaşı olan Şahid atasının adı texniki səhv olaraq Əmir əvəzinə “Dəmir” kimi yazılmışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan edilməklə tədqiq edilmişdir. Həmin ifadədən görünür ki, Şahid ibtidai istintaq dövründə həyat yoldaşı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 10 iyun 2021-ci il tarixli, 394 nömrəli qərardan görünür ki, 08.06.2021-ci il tarixdə, saat 13 radələrindən saat 21 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslərin Gəncə şəhəri, A.İmanquliycva küçəsi. 4-cü döngədə yerləşən və Zərərçəkmiş şəxs məxsus 35 nömrəli fərdi yaşayı evinin həyətinə qanunsuz olaraq hasardan aşmaq yolu ilə oradan isə evə giriş qapısına güc tətbiq dbiq edərək qapını açıb evin içərisinə daxil olmaqla evin yataq otağmdan 1 ədəd 750 manat dəyərində dizüstü kompyuteri, 1 ədəd 330 manat dəyərində mobil telefonu, 1 ədəd 30 manat dəyərində mobil telefonu, 1 ədəd 150 manat dəyərində mobil telefonu, 440 manat nağd pulu və 2550 manat dəyərində qızıl-zinət əşyalarının gizli yolla talayıb oğurluq etməsi ilə bağlı HK-1/1519 sayh materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 10 iyun 2021-ci il tarixli, 157 nömrəli qərardan görünür ki, HK-1/1519 saylı material istintaq aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdraəsinə göndərilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 08 iyun 2021-ci il tarixli, 553 nömrəli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Həmin ev fərdi yaşayış evi olmaqla həyətyanı sahəyə malikdir və bir mərtəbədən ibarətdir. Evin 3 (üç) pəncərələri küçəyə baxır. Həyətə giriş qapısı dəmir darvazadır. Darvazanın üzərindən qaz borusu çəkilmişdir. Darvazanın hündürlüyü təxminən 2 metr, eni isə 1,2 metrdir. Darvazadan içəri daxil olduqda dar keçid var. Həmin keçidlə hərəkət edib sağa döndükdə taxta materialdan olan evə giriş qapısı var. Həmin qapı taybatay açıq vəziyyətdədir. Qapının tam altı həm də yuxarı cəftələri çərçivədən çıxıb qopmuş vəziyyətdədir. Evin 1 mətbəx, 1 qonaq otağı, 1 yataq otağı var. Qonaq otağında olan əşyalar səliqəli şəkildədir və hər hansı bir dağınıqlıq müşahidə olunmur. Yataq otağında paltar dolabı, yataq dəstləri, kosmetik ləvazimatlar saxlanılan dolab axtarışa məruz qalmış, əşyaları dağıdılmış və yerlə bir edilmişdir. Belə ki, yatağın (çarpayının) üzərində bujiteriya qabları, qadın pul qabı və əl çantası, mobil nömrə qutuları, bəzək əşyaları səpələnmiş, dağınıq haldadır. Yataq otağının pəncərəsi açıq vəziyyətdədir, pərdəsi isə çəkilmiş-yığılmışdır. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs çarpayının üzərində qara rəngli saat qutusunu göstərib bildirmişdir ki, oğurlanmış qızıl-zinət əşyaları həmin qutunun içərisində olmuş, qutu isə kosmetik ləvazimatlar olan dolabda olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs çarpayının üzərindəki qırmızı rəngli qadın əl çantasını göstərib bildirmişdir ki, həmin çantadan 440 manat pul oğurlanmışdır. Zərərçəkmiş şəxs həmçinin yataq otağının pəncərəsinin qarşısını göstərib bildirmişdir ki, dizüstü kompyuteri ordan oğurlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs qonaq otağındakı qab-qacaq dolabının alt hissəsini göstərib bildirmişdir ki, 1 ədəd mobil telefon həmin yerdən oğurlanmışdır. Hadisə yerinə baxış vaxtı qaranlıq havada və təbii işıqlandırma ilə keçirilmiş, hadisə yerində yararlı əl-barmaq izi aşkar olunmamış və hadisə yerindən hər hansı predmet götürülməmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Zərər çəkmiş şəxs kimi tanıma” haqqında 10 iyun 2021-ci il tarixli, 395 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. “Şübhəli şəxs qismində tutma” haqqında 10 iyun 2021-ci il tarixli, 397 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 10 iyun 2021-ci il tarixli, 564 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 10 iyun 2021-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Əşyanın götürülməsi” haqqında 10 iyun 2021-ci il tarixli, 399 nömrəli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd mobil telefon və 01 ədəd dizüstü kompyuterin götürülməsi barədə qərar qəbul edilmişdir. “Təqdim edilmiş əşyanın götürülməsi” haqqında 10 iyun 2021-ci il tarixli, 568 nömrəli protokoldan görünür ki, 03 ədəd mobil telefon, 01 ədəd dizüstü kompyuter, həmçinin kompyuterin çantası və enerji doldurucu naqili şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir “Əşyaya baxış keçirilməsi” haqqında 11 iyun 2021-ci il tarixli, 569 nömrəli protokoldan görünür ki, zərər çəkmiş şəxs qisminda dindirilmiş Zərərçəkmiş şəxs iştirakı ilə istintaq zamanı maddi sübut qisminda şübhəli şəxs Təqsirləndirilən şəxs Azar oğlundan götürülmüş 3 ədəd mobil telefona va 1 ədəd dizüstü kompyuterə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, şübhəli şaxs Təqsirləndirilən şəxs Azar oğlundan götürülmüş mobil telefonlardan biri ağ rəngli, “Alcatel” markalı, “onc touch 70410” model mobil telefondur. Hamin mobil telefonun enerji daşıyıcısı içarisindadir va telefon işlak vəziyyətdədir. Telefonun içərisində mobil nömrə yoxdur. İkinci mobil telefon isə ağ rəngli, “X10 3” markalı, işlək vəziyyətdə olan, içərisinda enerji daşıyıcısı olan va mobil nömrə olmayan mobil telefondur. Üçüncü mobil telefon isə qara rangli, “Xioami Redmi 6” markalı, işlək vəziyyətdə olan, içarisinda enerji daşıyıcısı olan, mobil nömrəsi olmayan mobil telefondur. Şübhəli şaxs Təqsirləndirilən şəxs Azar oğlundan götürülmüş 1 adad dizüstü kompyuter isa qara rangli, “paekard bell” markalı, işlək vəziyyətdə olan, çantası va enerji doldurucu naqili üzərində olan, içərisinda enerji daşıyıcısı olan kompyuterdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Vəsatətə baxılması və təmin edilməsi” haqqında 11 iyun 2021-ci il tarixli, 400 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus maddi sübut qismində götürülmüş 03 ədəd mobil telefonun və 01 ədəd dizüstü kompyuterin qaytarılması ilə bağlı vəsatəti təmin edilməsi və qeyd edilən əşyaların qorunub saxlanması üçün ona qaytarılması qərara alınmışdır. 11 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus olan evdən oğurlanmış əşyalardan 3 ədəd mobil telefonu və 1 ədəd dizüstü kompyuter Gəncə şəhər BPİ-nin binasında təhvil almışdır. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 11 iyun 2021-ci il tarixli, 570 nömrəli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin icrası zamanı Zərərçəkmiş şəxs məxsus həmin evin həyət darvazasını göstərib bildirmişdir ki, o, 08.06.2021-ci il tarixdə, saat 14 radələrində həmin darvazasının üzərindən aşıb həyətə daxil olmuşdur. Qeyd edilən darvazadan içəri daxil olduqdan sonra taxta materialdan olan evə giriş qapısını göstərən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həyətə daxil olduqdan sonra həmin qapım təpiklə vurub güc tədbiq edərək açmış, qapı açıldıqdan sonra isə içəri daxil olmuşdur. Evin içərisində ilk öncə qonaq otağındakı qab-qacaq dolabının alt hissəsini göstərən şübhəli şəxs Təqsirləndirilən şəxs oradan 3 ədəd mobil telefon oğurladığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs evin yataq otağında kosmetik ləvazimatlar olan dolabı göstərərək bildirmişdir ki, oradan 1 cüt qırmızı qaşlı qızıl sırğa, 1 ədəd nazik qızıl boyunbağı və klonu, 1 cüt zəncirvari formada qızıl sırğa oğurlamışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 iyun 2021-ci il tarixli, 400 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-24/2021 saylı, 16 may 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi” haqqında 12 iyun 2021-ci il tarixli, 403 nömrəli qərardan görünür ki, təqsirləndirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınaraq əlavə qətimkan tədbiri seçilməsindən imtina edilməsi və o, həbs qətimkan tədbirinin icrası ilə bağlı saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 17 iyun 2021-ci il tarixli, 1999 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 19 iyun 2021-ci il tarixli, 2470 nömrəli arayışından görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “opiidlərdən aslılıq” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-24/2021 saylı, 04 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının 12 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2021-ci il tarixli, 9/3296 nömrəli məhkəmə-əmtəəşnaslıq rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən malların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 4040,0 manat müəyyən edilir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Həmin qızılzinət əşyalarının üzərində olan daşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. “Üzləşdirmə” haqqında 14 avqust 2021-ci il tarixli, 949 nömrəli protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı ifadələrində iş üçün əhəmiyyət kəsb edən ziddiyyətlər yarandığından həmin ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində oğurlandığını bildirdiyi pul və digər əşyaları ayrıayrılıqda təfsilatı ilə təqsirləndirilən şəxsin üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında 19 avqust 2021-ci il tarixli, 655 nömrəli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılması, təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməli əlavə olaraq Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə qiymətləndirilməməsi və cinayətin residivi hesab edilməməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, oğurlanmış əmlakın dəyəri müəyyən edilərkən ekspert rəyində göstərilənlər deyil, zərərçəkmiş şəxsin göstərdikləri əsas götürülməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs ifadəsində sadalanan əşyaların ayrı-ayrılıqda hesablanmış qiymətləri 4250 manat deyil, ümumilikdə 4500 manat olması nəzərə alınması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, istintaq hərəkətləri protokolları, ekspert rəyi, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər sübut növü kimi tanınıb qəbul edilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, 11.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanından götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli, işlək vəziyyətdə, “Alcatel” markalı, “one touch 7041D” model, 01 ədəd ağ rəngli, “X9 3” markalı, işlək vəziyyətdə, 01 ədəd qara rəngli, “Xiomi Redmi 6” markalı, işlək vəziyyətdə mobil telefonlar, 01 ədəd qara rəngli, “packard bell” markalı, işək vəziyyətdə, çantası və enerji doldurucu naqili üzərində olan kompyuter iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınsın və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 19 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli qərarı ilə islah işləri cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 05.04.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 27.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Evlər üçlüyünün 14 oktyabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə müsbət xarakterizə olunur və barəsində küçə üçlüyünə heç bir şikayət daxil olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli qərarı ilə islah işləri cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 05.04.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 27.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-59.1.12 və 59.1.13 maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)- 24/2021 saylı, 04 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 68.1.1-1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 12 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-cü maddəsinə uyğun olaraq cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin əmələ görə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur, cəzasını yüngülləşdirən hallar isə vurulmuş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Təqsirləndirilən şəxsin əvvəllər də oğurluq cinayətini törətməyə görə məhkum edilməsinin onu şəxsiyyətini mənfi səciyyələndirməsinə baxmayaraq mülkiyyət əleyhinə törədilmiş bu cinayətin ictimai təhlükəli nəticəsinin, yəni vurulmuş əmlak ziyanının tam həcmdə aradan qaldırılması təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsinə imkan verir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları (ağırlaşdran hal müəyyən edilməmişdir), təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum olunması və şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasının orta həddindən artıq müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə Təqsirləndirilən şəxs birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu üçün ona eyni qaydalar üzrə cəza təyin edilərək, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu zaman Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə hesablamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(043)- 24/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu iş üzrə 10 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəlini birinci hökmlə təyin edilmiş cəzanı çəməyə başladığı 12 iyun 2021-ci il tarixdən hesablanmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd ağ rəngli, “Alcatel” markalı, “one touch 7041D” model mobil telefon, 1 ədəd ağ rəngli, işlək vəziyyətdə olan “X9 3” markalı mobil telefon, 1 ədəd qara rəngli, işlək vəziyyətdə olan “Xiomi Redmi 6” markalı mobil telefon, 1 ədəd işlək vəziyyətdə olan “Packard bell” markalı, çantası və enerji doldurucu naqili üzərində olan dizüstü kompyuterin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməldidir: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən edilmiş 1 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 1(043)-24/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar – 1 ədəd ağ rəngli, “Alcatel” markalı, “one touch 7041D” model mobil telefon, 1 ədəd ağ rəngli, işlək vəziyyətdə olan “X9 3” markalı mobil telefon, 1 ədəd qara rəngli, işlək vəziyyətdə olan “Xiomi Redmi 6” markalı mobil telefon, 1 ədəd işlək vəziyyətdə olan “Packard bell” markalı, çantası və enerji doldurucu naqili üzərində olan dizüstü kompyuterin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-196/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-196/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver