Məhkəmə qərarları › İş №1(043)-198/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-198/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-198/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən ittiham edilərək məhkəməyə verilmişlər. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinin saxlanc anbarına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişlər. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə 08.05.2021-ci il tarixdə saat 09 radələrindən 12.05.2021-ci il tarixə saat 13:50 radələrinədək istintaqa dəqiq məlum olmayan müddət ərzində Təqsirləndirilən şəxs2 binanın qarşısında dayanaraq gözətçilik etməklə ünvan 1 ünvanında yaşayan X1 məxsus yaşadığı ünvan 2 ünvanının giriş qapısının giriş qapısının kilidini sındırıb qanunsuz olaraq içəri daxil olub evin yataq otağından 1 dəst 1800 manat dəyərində gül formalı brilyant qaşlı qızı! üzük-sırğa dəstini, 1 cüt 2000 manat dəyərində sallaq formalı qızıl sırğanı, 1 ədəd 1200 manat dəyərində brilyant qaşlı qızıl qol saatı, 1 ədəd 300 manat dəyərində kəpənək formalı qızıl klonu, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində ağ qızıldan olan boyunbağını, 1 ədəd 600 manat dəyərində bənövşəyi qaşlı qızıl üzüyü, 1 ədəd 1200 manat dəyərində qızı! komiekt dəsti, 1 dəst 3250 manat dəyərində italyan qızıl dəstini (klonu ilə boyunbağı, üzük, qolbağı), 1 ədəd 1250 manat dəyərində “Səid” yazılmış klonu olan boyunbağını, 1 ədəd 1800 manat dəyərində rəngli daşlarla işlənilmiş gümüş boyunbağını, 3 ədəd hər birinin dəyəri 500 manat olmaqla ümumilikdə 1500 manat dəyərində “Michael korş” markalı qol saatlarını, 1 ədəd 400 manat dəyərində "Cuess" markalı qol saatını, 1 ədəd 150 manat dəyərində “Cuess” markalı qol saatını, 2 dəst hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində, 1 dəst 100 manat dəyərində “İlahi” markalı bjuteriyaları. 1200 manat dəyərində qəhvəyi rəngli “WANKLİV” markalı 1 cüt sırğa 1 ədəd üzüyü. 1 ədəd nazik klonla birlikdi sepi, evin qonaq otağından isə 200 manat nağd pulu gizli olaraq talayıb öz aralarında bölməklə ümumilikdə ona 18150 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla gizli şəkildə talayıb oğurluq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti döngə 151, 6 saylı mənzil X3 tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər. 67.2-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. 67.3-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 67.4-ci maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti döngə 151, 6 saylı mənzildə törədilmişdir. Buna görə də hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar