Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-2/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri: Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, 10 avqust 1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxx 1984-cü ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını xeyli miqdarda aldatmış, saxta aksiz markalarını əldə etmiş, saxlamış, həmçinin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmiş, saxlamış və satmışdır. Belə ki, ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Təqsirləndirilən şəxs1 malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını aldatma, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə, habelə saxta aksiz markalarını əldə etmə, saxlama, həmçinin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmə, saxlama və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən inventar nömrəsi olmayan fərdi tikilidə təşkil etdiyi gizli sexdə müxtəlif markalı spirtli içkiləri istintaqa məlum olmayan mənbədən əldə etdiyi rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlamaqla butulkaların üzərinə istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə edib saxladığı «Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal» məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etməyən saxta aksiz markalarını yapışdırdıqdan sonra tanışı Təqsirləndirilən şəxs2 təqdim etmiş, aralarında olan cinayətkar plana uyğun olaraq sonuncu orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən, istifadəyə yararsız olan, Təqsirləndirilən şəxs1 kustar üsulla hazırladığı, saxta aksiz markaları ilə markalamaqla saxladığı spirtli içki məhsullarını, yəni 01 ədəd 0,7 litrlik «Stoliçnaya vodka», 01 ədəd 1 litrlik «Stoliçnaya», 01 ədəd 0,7 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,7 litrlik «Russkaya Vısota», 02 ədəd 0,5 litrlik «Banketnaya», 03 ədəd 0,7 litrlik «Banketnaya, 05 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,7 litrlik «Yakor», 03 ədəd 0,5 litrlik «Yakor», 04 ədəd 0,5 litrlik «Mamedoff», 03 ədəd 0,7 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «Minskiy Standart», 01 ədəd 0,7 litrlik «Minskiy Standart», 01 ədəd 0,5 litrlik «Çarskaya», 02 ədəd 0,25 litrlik «Ağsu», 01 ədəd 0,7 litrlik «Sultanbek», 10 ədəd 0,5 litrlik «Sultanbek», 03 ədəd 1 litrlik «Rusinka Vodka», 03 ədəd 0,7 litrlik «Rusinka Vodka», 09 ədəd 1 litrlik «Zolotoe koltso», 07 ədəd 0,7 litrlik «Zolotoe koltso», 11 ədəd 0,5 litrlik «Zolotoe koltso», 03 ədəd 0,5 litrlik «Göygöl», 01 ədəd 0,7 litrlik «Göygöl», 03 ədəd 0,5 litrlik «Arxangelsk», 04 ədəd 0,5 litrlik «Moskovskiy Kremlin», 06 ədəd 1 litrlik «Kazyonka», 03 ədəd 0,7 litrlik «Kazyonka», 02 ədəd 0,5 litrlik «Kazyonka», 03 ədəd 0,5 litrlik «Orel», 05 ədəd 0,5 litrlik «İmmunitet», 01 ədəd 0,7 litrlik «İmmunitet», 02 ədəd 0,5 litrlik «Blast», 01 ədəd 0,5 litrlik «Vodoçka», 01 ədəd 1 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Fayton», 01 ədəd 1 litrlik «Nobel», 01 ədəd 0,75 litrlik «Starıy dvorik», 01 ədəd 0,75 litrlik «Oligarch», 02 ədəd 0,7 litrlik «Xan kristal», 03 ədəd 0,5 litrlik «Xan kristal», 01 ədəd 0,5 litrlik «Kremlevka» və 01 ədəd 0,7 litrlik «Kremlevka» markalı araqları 2020-ci ilin iyun ayının əvvəllərindən 03 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində bir neçə dəfəyə Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən mağazada ticarət obyektinin sahibi Zərərçəkmiş şəxs yüksək keyfiyyətli, rəsmi istehsalçı zavod tərəfindən hazırlanmış məhsul adı ilə sataraq onun ümumilikdə 960 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs qarşı dələduzluq etmiş, eləcə də fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Təqsirləndirilən şəxs1 malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçı Zərərçəkmiş şəxs xeyli miqdarda - 960 manat məbləğində aldatmışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma gedişində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 sentyabr 2020-ci il tarixdə Zaqatala rayonu, E.Ağayev küçəsində yerləşən «Dəniz» şadlıq evinin yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı markalı avtomaşının yük yerindən Təqsirləndirilən şəxs1 əldə edib saxladığı saxta aksiz markaları ilə markalanmış, rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız 04 ədəd 1,75 litrlik «Zolotoe koltso», 07 ədəd 0,75 litrlik «Zolotoe koltso», 03 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,5 litrlik «Yakor», 05 ədəd 1 litrlik «Kolosok», 01 ədəd 0,5 litrlik «Kolosok», 01 ədəd 1 litrlik «Çarskaya», 01 ədəd 0,5 litrlik «Terminal», 01 ədəd 0,5 litrlik «Merlin», 01 ədəd 0,7 litrlik «Nobel», 02 ədəd 0,7 litrlik «Rusinka», 01 ədəd 0,5 litrlik «Rusinka», 01 ədəd 1 litrlik «Rusinka», 01 ədəd 1 litrlik «Arxangelsk», 02 ədəd 0,7 litrlik «Yubiley», 01 ədəd 1 litrlik «Milenium», 01 ədəd 1 litrlik «Russkaya vısota», 09 ədəd 0,5 litrlik «Zolotoe koltso», 05 ədəd 0,5 litrlik «Banketnaya», 01 ədəd 0,5 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «White water», 01 ədəd 0,7 litrlik «White water», 02 ədəd 0,7 litrlik «Belıy volk», 01 ədəd 0,5 litrlik «Belıy volk» markalı spirtli içkilər aşkar olunaraq götürülmüşdür. Həmin tarixdə əməliyyat axtarış tədbirlərinin davamı olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız, üzərinə saxta aksiz markaları yapışdırılmış 03 ədəd 1,75 litrlik «Zolotoe koltso», 02 ədəd 0,7 litrlik «Zolotoe koltso», 03 ədəd 0,5 litrlik «Zolotoe koltso», 01 ədəd 1,75 litrlik «Zolotoe koltso», 04 ədəd 1,75 litrlik «Rusinka vodka», 01 ədəd 0,5 litrlik «Yakor», 12 ədəd 0,7 litrlik «Belıy volk», 28 ədəd 0,25 litrlik «Ağsu» markalı araqlar, 03 ədəd 0,5 litrlik «Jack Daniels» markalı viski, habelə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ofset çap üsulu ilə hazırlanmış, «Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal» məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etməyən 102 ədəd aksiz markaya bənzər obyektlər (saxta aksiz markaları), Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən nömrəsiz fərdi tikilidə təşkil olunmuş gizli sexə baxış nəticəsində isə rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız 126 ədəd 1 itrlik «Arxangelsk», 192 ədəd 0,7 litrlik «Arxangelsk», 80 ədəd 0,5 litrlik «Arxangelsk», 153 ədəd 1 litrlik «Russkiy brend», 24 ədəd 0,7 litrlik «Russkiy brend», 64 ədəd 0,5 litrlik «Russkiy brend», 26 ədəd 1 litrlik «Belıy volk», 89 ədəd 0,7 litrlik «Belıy volk», 45 ədəd 1 litrlik «Moskovskaya osobaya», 60 ədəd 0,7 litrlik «Moskovskaya osobaya», 80 ədəd 0,5 litrlik «Moskovskaya osobaya», 60 ədəd 0,7 litrlik «Lapland», 30 ədəd 0,25 litrlik «Banketnaya», 02 ədəd 0,5 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Xortitsa», 16 ədəd 0,5 litrlik «Nemiroff», 28 ədəd 0,7 litrlik «Nemiroff», 01 ədəd 0,5 litrlik «Nemiroff Delikat», 03 ədəd 1 litrlik «Nemiroff», 32 ədəd 0,7 litrlik «Mamedoff», 03 ədəd 0,5 litrlik «Absolyut», 12 ədəd 1 litrlik «White water», 03 ədəd 1,75 litrlik «Belıy volk», 10 ədəd 0,5 litrlik «Rusinka vodka», 03 ədəd 0,7 litrlik «Sapfir», 01 ədəd 0,7 litrlik «Natsionalnıy», 04 ədəd 0,5 litrlik «Natsionalnıy», 04 ədəd 0,7 litrlik «Yubiley», 06 ədəd 0,7 litrlik «Çarskaya oxota», 08 ədəd 0,7 litrlik «Yakor», 14 ədəd 0,5 litrlik «Yakor» markalı spirtli içkilər, həmçinin Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi 847 ədəd 1 litrlik plastik qablarda tündlüyü 54-55 faiz olan rektifikat etil spirti əsasında kustar üsulla hazırlanmış maye, 4 ədəd 5 litrlik plastik qablarda orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən spirttərkibli giləmeyvədən çəkilmiş, tündlüyü (etil spirtinin miqdarı) 13 faiz təşkil edən şərab məhsulu, 01 ədəd 10 litrlik plastik qabda tündlüyü 9,5 faiz olan etil spirtindən, içməli sudan, limon turşusundan, tünd çəhrayı boya maddəsindən kustar üsulla hazırlanmış spirttərkibli maye və 506 ədəd müxtəlif həcmli boş şüşə butulkalar aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını xeyli miqdarda aldatmış, saxta aksiz markalarını əldə etmiş, saxlamış, həmçinin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmiş, saxlamış və satmışdır. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə, malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını aldatma, habelə saxta aksiz markalarını əldə etmə, saxlama, həmçinin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmə, saxlama və satma barədə fərdi sahibkar qismində qeydə alınmış tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən inventar nömrəsi olmayan fərdi tikilidə təşkil etdiyi gizli sexdə müxtəlif markalı spirtli içkiləri istintaqa məlum olmayan mənbədən əldə etdiyi rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlamaqla butulkaların üzərinə istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə edib saxladığı «Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal» məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etməyən saxta aksiz markalarını yapışdırdıqdan sonra tanışı Təqsirləndirilən şəxs2 təqdim etmiş, aralarında olan cinayətkar plana uyğun olaraq sonuncu orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən, istifadəyə yararsız olan, Təqsirləndirilən şəxs1 kustar üsulla hazırladığı, saxta aksiz markaları ilə markalamaqla saxladığı spirtli içki məhsullarını, yəni 01 ədəd 0,7 litrlik «Stoliçnaya vodka», 01 ədəd 1 litrlik «Stoliçnaya», 01 ədəd 0,7 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,7 litrlik «Russkaya Vısota», 02 ədəd 0,5 litrlik «Banketnaya», 03 ədəd 0,7 litrlik «Banketnaya, 05 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,7 litrlik «Yakor», 03 ədəd 0,5 litrlik «Yakor», 04 ədəd 0,5 litrlik «Mamedoff», 03 ədəd 0,7 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «Minskiy Standart», 01 ədəd 0,7 litrlik «Minskiy Standart», 01 ədəd 0,5 litrlik «Çarskaya», 02 ədəd 0,25 litrlik «Ağsu», 01 ədəd 0,7 litrlik «Sultanbek», 10 ədəd 0,5 litrlik «Sultanbek», 03 ədəd 1 litrlik «Rusinka Vodka», 03 ədəd 0,7 litrlik «Rusinka Vodka», 09 ədəd 1 litrlik «Zolotoe koltso», 07 ədəd 0,7 litrlik «Zolotoe koltso», 11 ədəd 0,5 litrlik «Zolotoe koltso», 03 ədəd 0,5 litrlik «Göygöl», 01 ədəd 0,7 litrlik «Göygöl», 03 ədəd 0,5 litrlik «Arxangelsk», 04 ədəd 0,5 litrlik «Moskovskiy Kremlin», 06 ədəd 1 litrlik «Kazyonka», 03 ədəd 0,7 litrlik «Kazyonka», 02 ədəd 0,5 litrlik «Kazyonka», 03 ədəd 0,5 litrlik «Orel», 05 ədəd 0,5 litrlik «İmmunitet», 01 ədəd 0,7 litrlik «İmmunitet», 02 ədəd 0,5 litrlik «Blast», 01 ədəd 0,5 litrlik «Vodoçka», 01 ədəd 1 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Fayton», 01 ədəd 1 litrlik «Nobel», 01 ədəd 0,75 litrlik «Starıy dvorik», 01 ədəd 0,75 litrlik «Oligarch», 02 ədəd 0,7 litrlik «Xan kristal», 03 ədəd 0,5 litrlik «Xan kristal», 01 ədəd 0,5 litrlik «Kremlevka» və 01 ədəd 0,7 litrlik «Kremlevka» markalı araqları 2020-ci ilin iyun ayının əvvəllərindən 03 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində bir neçə dəfəyə Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən mağazada ticarət obyektinin sahibi Zərərçəkmiş şəxs yüksək keyfiyyətli, rəsmi istehsalçı zavod tərəfindən hazırlanmış məhsul adı ilə sataraq onun ümumilikdə 960 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs qarşı dələduzluq etmiş, malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçı Zərərçəkmiş şəxs xeyli miqdarda - 960 manat məbləğində aldatmışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma gedişində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 sentyabr 2020-ci il tarixdə Zaqatala rayonu, E.Ağayev küçəsində yerləşən «Dəniz» şadlıq evinin yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı markalı avtomaşının yük yerindən Təqsirləndirilən şəxs1 əldə edib saxladığı saxta aksiz markaları ilə markalanmış, rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız 04 ədəd 1,75 litrlik «Zolotoe koltso», 07 ədəd 0,75 litrlik «Zolotoe koltso», 03 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,5 litrlik «Yakor», 05 ədəd 1 litrlik «Kolosok», 01 ədəd 0,5 litrlik «Kolosok», 01 ədəd 1 litrlik «Çarskaya», 01 ədəd 0,5 litrlik «Terminal», 01 ədəd 0,5 litrlik «Merlin», 01 ədəd 0,7 litrlik «Nobel», 02 ədəd 0,7 litrlik «Rusinka», 01 ədəd 0,5 litrlik «Rusinka», 01 ədəd 1 litrlik «Rusinka», 01 ədəd 1 litrlik «Arxangelsk», 02 ədəd 0,7 litrlik «Yubiley», 01 ədəd 1 litrlik «Milenium», 01 ədəd 1 litrlik «Russkaya vısota», 09 ədəd 0,5 litrlik «Zolotoe koltso», 05 ədəd 0,5 litrlik «Banketnaya», 01 ədəd 0,5 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «White water», 01 ədəd 0,7 litrlik «White water», 02 ədəd 0,7 litrlik «Belıy volk», 01 ədəd 0,5 litrlik «Belıy volk» markalı spirtli içkilər aşkar olunaraq götürülmüşdür. Həmin tarixdə əməliyyat axtarış tədbirlərinin davamı olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız, üzərinə saxta aksiz markaları yapışdırılmış 03 ədəd 1,75 litrlik «Zolotoe koltso», 02 ədəd 0,7 litrlik «Zolotoe koltso», 03 ədəd 0,5 litrlik «Zolotoe koltso», 01 ədəd 1,75 litrlik «Zolotoe koltso», 04 ədəd 1,75 litrlik «Rusinka vodka», 01 ədəd 0,5 litrlik «Yakor», 12 ədəd 0,7 litrlik «Belıy volk», 28 ədəd 0,25 litrlik «Ağsu» markalı araqlar, 03 ədəd 0,5 litrlik «Jack Daniels» markalı viski, habelə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ofset çap üsulu ilə hazırlanmış, «Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal» məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etməyən 102 ədəd aksiz markaya bənzər obyektlər (saxta aksiz markaları), Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən nömrəsiz fərdi tikilidə təşkil olunmuş gizli sexə baxış nəticəsində isə rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız 126 ədəd 1 itrlik «Arxangelsk», 192 ədəd 0,7 litrlik «Arxangelsk», 80 ədəd 0,5 litrlik «Arxangelsk», 153 ədəd 1 litrlik «Russkiy brend», 24 ədəd 0,7 litrlik «Russkiy brend», 64 ədəd 0,5 litrlik «Russkiy brend», 26 ədəd 1 litrlik «Belıy volk», 89 ədəd 0,7 litrlik «Belıy volk», 45 ədəd 1 litrlik «Moskovskaya osobaya», 60 ədəd 0,7 litrlik «Moskovskaya osobaya», 80 ədəd 0,5 litrlik «Moskovskaya osobaya», 60 ədəd 0,7 litrlik «Lapland», 30 ədəd 0,25 litrlik «Banketnaya», 02 ədəd 0,5 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Xortitsa», 16 ədəd 0,5 litrlik «Nemiroff», 28 ədəd 0,7 litrlik «Nemiroff», 01 ədəd 0,5 litrlik «Nemiroff Delikat», 03 ədəd 1 litrlik «Nemiroff», 32 ədəd 0,7 litrlik «Mamedoff», 03 ədəd 0,5 litrlik «Absolyut», 12 ədəd 1 litrlik «White water», 03 ədəd 1,75 litrlik «Belıy volk», 10 ədəd 0,5 litrlik «Rusinka vodka», 03 ədəd 0,7 litrlik «Sapfir», 01 ədəd 0,7 litrlik «Natsionalnıy», 04 ədəd 0,5 litrlik «Natsionalnıy», 04 ədəd 0,7 litrlik «Yubiley», 06 ədəd 0,7 litrlik «Çarskaya oxota», 08 ədəd 0,7 litrlik «Yakor», 14 ədəd 0,5 litrlik «Yakor» markalı spirtli içkilər, həmçinin Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi 847 ədəd 1 litrlik plastik qablarda tündlüyü 54-55 faiz olan rektifikat etil spirti əsasında kustar üsulla hazırlanmış maye, 4 ədəd 5 litrlik plastik qablarda orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən spirttərkibli giləmeyvədən çəkilmiş, tündlüyü (etil spirtinin miqdarı) 13 faiz təşkil edən şərab məhsulu, 01 ədəd 10 litrlik plastik qabda tündlüyü 9,5 faiz olan etil spirtindən, içməli sudan, limon turşusundan, tünd çəhrayı boya maddəsindən kustar üsulla hazırlanmış spirttərkibli maye və 506 ədəd müxtəlif həcmli boş şüşə butulkalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətmələri onların özlərinin səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyi və maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildə hərbidən təxris olunduqdan sonra ticarətlə məşğul olmuşdur. Belə ki, o, Gəncə şəhəri, «Dubay bazarı» adlanan topdan satış bazarında müxtəlif spirtsiz içkilər, kolbasa, uşaq bezləri satmış və kustar üsulla araq hazırlayıb satmaqla məşğul olmuşdur. X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən fərdi yaşayış evində kustar üsulla araq hazırlamış, evin zirzəmisini isə anbar kimi istifadə etmişdir. Həmin evdə heç kim yaşamamışdır. Şəmkir rayonunda bazarda tanış olduğu Səməd adlı şəxsdən 2020-ci ilin fevral ayında 1 litrlik butulkalarda 1000 ədəd araq hazırlamaq üçün spirt almış, həmin spirtə görə ona 3000 manat pul ödəmişdir. Bundan əlavə Bakı şəhərində tanış olduğu Vasif adlı şəxsdən birini 20 qəpikdən 200 ədəd aksiz marka almış, saxta araq hazırladığı evdə spirti yığmaq üçün qab, adi rezin boru, yəni şlanqlar da olmuşdur. Saxta araq hazırlanmasında istifadə etmək üçün Gəncə şəhərində müxtəlif kafe və restoranlardan qapaqları ilə birlikdə işlənmiş araq butulkaları yığmış, butulkaları yuyub təmizləmişdir. 10 litr spirt məhluluna 5 litr içməli su qatıb hazırladığı mayeni butulkalara doldurmuşdur. Əsasən Gəncə, Göygöl, Ağsu şərab zavodlarının istehsal etdiyi araq markalarını saxtalaşdırmışdır. 2020-ci ilin mart ayında Zaqatala rayon sakini Təqsirləndirilən şəxs2lə Gəncə şəhərində bazarda tanış olmuş, hazırladığı saxta araqların satışını həyata keçirmişdir. Araqları taksi sürücüsü olan Elçinin vasitəsi ilə Turala Zaqatalaya göndərmişdir. Araqları karton qutu və sellofan torbaya qablaşdırırmışdır. Tural araqların saxta olmasını bilmiş, onun hazırladığı araqları keyfiyyətli məhsul adı ilə satmışdır. Göndərəcəyi araqların həcmi və miqdarı Turalın sifarişindən asılı olmuşdur. Tural araqları satandan sonra pulu ona bank kartı vasitəsi ilə göndərmişdir. Onun qayını X5 adına "xxxx"a məxsus bank kartı olmuş, Tural pulu həmin bank kartının hesabına yükləmişdir. 03 sentyabr 2020-ci il tarixdə taksi sürücüsü Elçinin vasitəsi ilə Turala sellofan torbalara qablaşdırılmış vəziyyətdə saxta araqlar göndərmişdir. 06 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərində «Nizami» məqbərəsinin yanında «Nissan X-Trail» markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Saxta araq hazırlanması barədə aparılan araşdırma ilə bağlı avtomaşına və evə baxış keçirəcəklərini bildirmişlər. Artıq polis əməkdaşlarının onun saxta araq hazırlaması barədə məlumatlı olmasını başa düşmüş, buna görə də baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı avtomaşının yük yerindən «Zolotoe kolço», «Rusinka», «Belıy Volk», «Ağsu» markalı araqlar və aksiz markalar aşkar olunmuşdur. Həmin araqları satması üçün Turala göndərmək istəmişdir. Bundan sonra onun iştirakı və razılığı ilə Əmir Nəcib küçəsində yerləşən evin zirzəmisinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış nəticəsində hazırladığı saxta spirtli içkilərlə yanaşı, 1 litrlik qablarda 847 litr araq spirti, müxtəlif həcmli qablarda 25 litr çaxır, 5 litr konyak, boş araq butulkaları aşkar olunmuşdur. Daha sonra baxışla bağlı protokol tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. Aşkar olunmuş saxta spirtli içkilər və xammal onun iştirakı ilə qablaşdırılmışdır. Əsasən «Zolotoe kolço», «Rusinka», «Belıy Volk», «Xan» araqlarını kustar üsulla hazırlamış, bundan əlavə restoranlardan «Kazyonka», «İmmunitet», «Vodoçka», «Nobel», «Starıy dvorik», «Stoliçnaya», «Banketnaya», «Fayton» və s. markalı boş butulkalar yığmışdır. Araq hazırlamaq üçün spirt əldə etdiyi Səməd adlı şəxsi və aksiz marka əldə etdiyi Vasif adlı şəxsləri bir dəfə görmüş, onlarla əlaqəsi olmamış, telefon nömrələrini və yaşadıqları yeri bilməmişdir. Şərab və konyak üçün olan spirti Şəmkir bazarında tanımadığı şəxsdən almış, lakin kustar üsulla konyak və ya şərab hazırlamamışdır. Yalnız Turalın vasitəsi ilə saxta araq satmışdır. Təqsirləndirilən şəxs2lə aralarında mövcud olan sürücü Şahid1 heç bir aidiyyəti olmamış, araqların saxta olmasından Elçinin məlumatı olmamışdır. Bank məlumatlarına baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokola əlavə edilmiş fotogörüntülərlə tanış olduqdan sonra şəkillərdə təsvir olunmuş şəxsin özü olmasını, qaynı Harun Məmmədovun bank kartından bankomat vasitəsi ilə pul çıxaran zaman çəkilməsini, ********** nömrəsinin uzun müddətdirki istifadəsində olduğunu, Təqsirləndirilən şəxs2lə danışıq və sms-lərin məzmununun əsasən kustar üsulla hazırladığı spirtli içkilərin alqı-satqısı ilə bağlı olduğunu bildirmişdir. Su və spirt əsasında kustar üsulla hazırladığı mayeni boş araq butulkalarına adi qıfla doldururmuş, daha sonra qapağı adi əllə bağlayıb, aksiz markanı yapışdırmış, qeyd olunan prosesi adi əllə həyata keçirmək mümkün olduğuna görə hər hansı qurğuya ehtiyac olmamışdır. Araq butulkalarının üzərində olan firma adının və ya məhsulun adının qeyd olunduğu etiket-yarlıqlar onun yığdığı boş şüşə butulkalarının üzərində olmuş, boş araq butulkalarını yığıb onları sonradan kustar üsulla özü hazırladığı spirt məhlulu ilə doldurmuşdur. Etiketlər ayrıca şəkildə əldə edilməmiş və ya hazırlanmamış, etiket boş butulkanın üzərində olmuşdur. Etiketsiz butulkanı tapanda isə aparıb zavoda təhvil verib əvəzində hər butulkaya görə zavoddan 22 qəpik ödəniş almışdır. Aksiz markanı Vasif adlı şəxsdən almış, onunla heç bir əlaqəsi olmamış, Vasiflə 2020-ci ilin fevral ayında Bakı şəhərində tanış olmuşdur. Saxta aksiz markalarını başqa şəxsdən əldə etməyini təsdiq edən hər hansı qaimə və ya digər rəsmi sənəd mövcud deyil, çünki həmin aksiz markaya bənzər obyektləri hər hansı rəsmi sənəd əsasında almamışdır. Qanunvericiliyin tələblərinə əsasən aksiz marka ilə markalanması zəruri olan məhsullara aid olan spirtli içkilər üçün aksiz marka əldə etmək məqsədilə rəsmi dövlət orqanlarına müraciət etməmişdir. Saxta aksiz markaları əldə etdiyi Vasif və xammal kimi spirt əldə etdiyi Səməd adlı şəxslərin saxta spirtli içkilər istehsal etməsi və ya satması ilə bağlı qanunsuz fəaliyyətinə heç bir aidiyyətləri olmamışdır. Vasif adlı şəxsdən bir dəfə aksiz almış, bir hissəsini istifadə etmiş, bir hissəsi isə qalmışdır. O, uzun müddət keçdiyinə görə aldığı aksizlərin sayını tam dəqiqliyi ilə xatırlamır, aksizlərin sayının təxminən 300-500 ədəd olmuşdur. Saxta aksiz markaların dövriyyəsi ilə bağlı törətdiyi cinayət barədə Təqsirləndirilən şəxs2 məlumatı olmuş, Turalın hər şey barədə, o cümlədən aksizlərin də saxta olmasından məlumatı olmuşdur. Turaldan heç nəyi gizlətməmiş, fəaliyyətləri bir olmuş və aralarında razılaşma olmuşdur. Turalın araq məhsullarının və üzərindəki aksizlərin də saxta olmasından məlumatı olmuş, həmin araqları götürüb müştəriyə keyfiyyətli məhsul adı ilə satmışdır. 06 sentyabr 2020-ci il tarixdə evin zirzəmisinə baxış zamanı aşkar edilmiş 30 litr həcmdə səffaf olmayan mayenin 10 litrlik qabda olanı konyak məhsulu, 5 litrlik qablarda olanları isə şərab məhsulu olmuş, saxta konyak və ya şərab məhsulu hazırlamamış, həmin şərab və konyakdan heç kimə satmamışdır. 06 sentyabr 2020-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən aşkar edilmiş spirtli içki məhsullarını müştəri tapsa satmaq məqsədi ilə avtomaşınında saxlamış, konkret olaraq kiməsə satmaq fikri olmamışdır. Hazırda törətmiş olduğu cinayət əməllərinə görə peşimandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Bundan başqa vurulan ziyanın iyirmi beş faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də CM-nın 178.2.1-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsini, digər maddələrlə isə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə digər Təqsirləndirilən şəxs1la 2 ildən artıqdır ki, Gəncə şəhərində yerləşən «Dubay» bazarı adlanan yerdə tanış olmuşdur. Azər həmin bazarda ticarətlə məşğul olumuş və aralarında normal münasibət olmuşdur. 2020-ci ilin fevral ayında Azərlə görüşmüş, sonuncu ona saxta araq satmağı təklif etmiş, o da saxta araqları keyfiyyətli məhsul adı ilə satıb pul qazanması barədə təkliflə razılaşmışdır. Əldə olunan gəlirin bir hissəsi Azərə, bir hissəsi isə ona çatmışdır. Lakin mart ayından başlayaraq ölkədə sərt karantin rejimi tətbiq olunduğuna görə həmin araq işini həyata keçirə bilməmişlər. Rayonlardakı karantin rejimi yumşaldıldıqdan sonra 2020-ci ilin iyun ayından başlayaraq Azərlə razılaşdığı işə başlamışdır. Elçinin vasitəsi ilə Azərdən saxta araqları götürüb Zaqatala şəhərində müxtəlif dükanlara satmış, lakin Azərin saxta araqları hansı şəraitdə hazırlamasını bilməmişdir. Daşıdığı araqların saxta olmasından Elçinin məlumatı olmamışdır. Şahid1la rayon sakini və həmyaşıdı kimi tanışlığı olmuş, Zaqatala və Gəncə şəhərləri arasında sərnişin daşımaqla məşğul olmasını bilmişdir. Elçinə Gəncəyə gedəndə Azərdən araqları götürüb ona gətirməyi təklif etmiş və hər qutuya görə Elçinə 3-5 manat arası xidmət haqqı verməyə razılaşmışdır. 2020-ci ilin may ayının sonları iyun ayının əvvəllərində Azərdən Elçinin vasitəsi ilə ilk dəfə araq almış, araqların pulunu Azər X1 adına olan «Kapital banka» məxsus bank kartı vasitəsi ilə «Milliön» ödəmə portalının aparatları ilə göndərmişdir. Azərin verdiyi, qohumu Harun Məmmədovun adına olan kartın nömrəsini ödəmə portalına daxil edib pulu həmin hesaba yükləmişdir. Həmin ödəmə əməliyyatları ilə bağlı qəbzlərin hamısını atmışdır. 1-2 dəfə isə Azərə pulu taksi sürücüsü Elçinin vasitəsi ilə ödəmiş, Akifə saxta araqları keyfiyyətli məhsul adı ilə satıb aldatmış, Akifi aldatmaqda məqsədi saxta araqları satıb gəlir əldə etmək olmuşdur. Akifə iyun-sentyabr ayları ərzində hissə-hissə olmaqla 4 dəfəyə araq satmış, satdığı araqların pulunu Akifdən nəğd şəkildə almışdır. 06 sentyabr 2020-ci il tarixdə Zaqatala rayonu, Eldar Ağayev küçəsində, «Dəniz» şadlıq evinin yaxınlığında mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, saxta araq faktı ilə bağlı avtomaşınına baxış keçirəcəklərini bildirmiş, ərizə və qərarla tanış etmişlər. Baxışa etiraz etməmiş və videoçəkilişlə «VAZ-2107» markalı, **-DS- *** dövlət nömrə nişanlı avtomaşının yük yerinə keçirilmiş baxış zamanı «Zolotoe kolço», «Yakor», «Kolosok», «Çarskaya», «Terminal», «Merlin», «Nobel», «Rusinka», «Arxangelsk», «Yubiley», «Milenium», «Russkaya vısota», «Banketnaya», «Mamedoff», «White water», «Belıy volk» markalı araqlar aşkar olunmuş, bununla bağlı protokol tərtib edilmişdir. Sorğu zamanı araqları Təqsirləndirilən şəxs1 aldığını bildirmiş və saxta olmasını etiraf etmşidir. Aşkar edilmiş araqlar qablaşdırılaraq götürülmüş, həmin araqları Zərərçəkmiş şəxs satmaq məqsədilə Azərdən almış, lakin polis əməkdaşları aşkar etdiklərinə görə satmaq mümkün olmamışdır. Sonuncu dəfə 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs araq satmışdır. Akifə satdığı saxta araqlara görə ümumilikdə 960 manat almışdır. Təqsirləndirilən şəxs1 nömrəsinə özünün istifadəsində olan ***-***-**-** nömrəsi ilə zənglər etmiş, sms yazmış, danışıqların məzmunu əsasən saxta spirtli içkilərin alqısatqısı ilə bağlı olmuşdur. Azərin tapşırığı ilə Zərərçəkmiş şəxs əldə edilmiş pul vəsaitlərini Zaqatala rayonu ərazisində yerləşən “Milliön” ödəmə terminalları vasitəsilə Harun Məmmədovun bank kartının hesabına göndərmiş, pulun göndərilmə tarixlərini dəqiq xatırlamasa da, məbləğlərin 150-250 manat təşkil etmişdir. Hazırda törətmiş olduğu cinayət əməllərinə görə peşimandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Bundan başqa vurulan ziyanın iyirmi beş faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də CM-nın 178.2.1-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsini, digər maddələrlə isə onkoloji xəstəlikdən əziyyət çəkməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında ifadəsi alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, Zaqatala rayonu, Sumaylı kəndində oğlunun ailəsi ilə birlikdə fərdi evdə yaşayır. 2014-cü ildən etibarən öz vəsaiti hesabına 45 kvadratmetr sahədə market inşa etdirib həmin dükanda ərzaq mallarının satışı ilə məşğul olur, vergi orqanlarında fərdi sahibkar kimi müvafiq qeydiyyatdan keçmişdir. 2020-ci ilin iyun ayında Tural adlı şəxslə tanış olmuş, Tural özünü rəsmi firma araqlarının satışı ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Tural onun mağazasına «VAZ-2107» markalı **-DC-*** dövlət qeydiyyat nişlanlı avtomaşınla gəlmiş, «Göygöl», «Gəncə», «Ağsu» və digər şərab zavodları tərəfindən istehsal olunan «Zolotoe kolço», «Sultan bek», «Banketnaya», «Fayton», «Göygöl», «Xan», «Belıy volk», «Çarskaya», «Yakır» və digər markalı araqları ona təklif etmişdir. Turaldan əvvəl araqları Zaqatala şəhərinin mərkəzində topdan satış məntəqəsindən almış, lakin Tural öz satdığı araqları çox təriflədiyinə görə ona inanmış, buna görə də ondan araq almağa razılaşmışdır. Tural araqları rəsmi zavoddan alıb bilavasitə onun kənddəki dükanına gətirəcəyinə bildirdiyinə görə fikirləşmişdir ki, bu ona iqtisadi cəhətdən sərf edir, yəni mal gətirmək üçün əlavə olaraq Zaqatala şəhərinin mərkəzinə getməyə ehtiyac olmayacaqdır, yol puluna qənaət etmiş olacaqdır. Həmçinin Turalın təklif etdiyi qiymət Zaqatala şəhərindəki topdan satış məntəqəsinin təklif etdiyi qiymətdən 10-20 qəpik ucuz olmuşdur. Tural ona izah etmişdir ki, araqları istehsal edən rəsmi zavodlarla birbaşa əlaqəsi var, buna görə araqları nisbətən ucuz qiymətə əldə edir. Ümumilikdə Turaldan 4 dəfəyə cəmi 960 manat dəyərində araq almış, araqların üzərinə 80 qəpik – 1 manat civarında əlavə haqq qoyub satış üçün vitrinə yığmış, sonuncu dəfə 03 sentyabr 2020-ci il tarixdə saat 19:00 radələrində Tural ona rəsmi zavodda istehsal olunmuş firma məhsulu adı ilə müxtəlif adda araqlar gətirmişdir. Həmin tarixdə saat 20:00 radələrində mağazaya gələn bir neçə müştəri Turalın satdığı araqlara baxıb narazılıq etmiş və araqları almaqdan imtina etmişlər. Turaldan aldığı araqlara diqqətlə baxanda, həmçinin başı aşağı çevirəndə aşkar etmişdir ki, butulkaların ağız hissəsindən, yəni qapağın dibindən maye axıdır. Bundan təəccüblənib əvvəlki vaxtlarda Turaldan aldığı, vitrində olan, yəni satılmamış araqlara da baxanda aşkar etmişdir ki, digər butulkalar da qapaq olan hissəsindən maye axıdır. Bundan əlavə araqlara diqqətlə baxanda butulkanın içinin bulanıq vəziyyətə düşməsini görmüşdür. Ümumilikdə Turaldan aldığı araqların 90 faizinin butulkası qapaq olan hissədən maye axmışdır. Bundan sonra Turalın onu aldatmasını, keyfiyyətli araq adı ilə saxta və zavod üsulu ilə hazırlanmayan araqlar satıb pulunu ələ keçirməsini başa düşmüş, aldadıldığına görə bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Hadisədən sonra ona vurulan ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tamamilə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, «VAZ-21015» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonundan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla, bu məqsədlə vergi orqanlarında fiziki şəxs olaraq qediyyatdan keçmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 10 ildir ki, Zaqatala rayon sakini və həmyaşıdı kimi tanıyır. Tural onun Gəncə şəhərinə mütəmadi olaraq sərnişin daşıdığını bildiyi üçün 2020-ci ilin iyun ayının əvvəllərində Gəncə şəhərində Azər adlı şəxslə görüşdükdən sonra araqları götürüb gətirməsi ilə bağlı müraciət etmişdir. Hər qutunu 3-5 manata daşımaq barədə razılaşmışlar. Azər ona birinci dəfə Turala təqdim etməsi üçün üç qutu araq vermiş, qutuları avtomobilin yük yerinə yükləyib sərnişinlər də gəldikdən sonra Zaqatalaya yola düşmüşdür. Zaqatalaya çatanda şəhərin girişində Turalla görüşmüş, Tural ağ rəngli «VAZ-2107» markalı nömrə nişanının son rəqəmi 474 ilə bitən avtomaşınla gəlib araqları ondan götürmüşdür. Üç qutu daşımağa görə Turaldan 10 manat xidmət haqqı almışdır. Bu minvalla ayda bir neçə dəfə olmaqla Turalın sifarişi ilə Gəncə şəhərində Azərlə görüşüb araq qutularını götürüb Turala təhvil vermişdir. Həmin araqların markaları və keyfiyyəti barədə məlumatsız olmuş, araqlar hərdən karton qutuda, hərdən isə sellofan torbalara qablaşdırılmış vəziyyətdə olmuşdur. 03 sentyabr 2020-ci il tarixdə saat 07:00 radələrində Zaqataladan 4 nəfər sərnişin götürüb Gəncəyə yola düşmüş, saat 10:00 radələrində Gəncəyə çatmışdır. Tural ona axşamdan zəng edib «Azər də mal var, gələndə onu da götürərsən»-demişdir. O, Gəncə şəhərinə çatan kimi Azərə zəng etmiş, həmin gün saat 12:00 radələrində Azərlə «Gəncə Petrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb ondan 4 ədəd qara rəngli sellofan torbaya qablaşdırılmış vəziyyətdə olan, ağzı yapışqanlı lentlə bağlanmış torbaları götürüb maşına yükləmişdir. 03 sentyabr 2020-ci il tarixdə saat 17:30 radələrində Turalla yaşadığı evdə görüşüb 4 ədəd sellofan torbada olan arağı ona vermiş, bu daşıma xidmətinə görə 20 manat pul almışdır. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən araşdırmaya dəvət edilən zaman ona məlum olmuşdur ki, Azərin ona verdiyi və Turala çatdırdığı araqlar saxta imiş və kustar üsulla hazırlanmışdır. Maddi imkanı zəif olduğuna görə sərnişin daşımaqla yanaşı Turalın sifarişi ilə də razılaşıb araq daşımış, araqların saxta olmasından məlumatı olmamışdır. 06 sentyabr 2020-ci il tarixdə Turalın idarə etdiyi avtomaşına videoçəkilişlə baxış keçirilərkən iştirak etmiş, Tural və Azərin qanunsuz işlə məşğul olduğunu bildikdən sonra polis əməkdaşlarına araşdırma gedişində köməklik göstərmişdir. Onlarla birlikdə Gəncə şəhərində Təqsirləndirilən şəxs1 «Nissan» markalı avtomaşınına baxış keçirilməsində iştirak etmiş, tərtib olunmuş protokol ona ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə tərəfindən imzalanmışdır. Daşıdığı araqların qablaşdırıldığı qutular araq qutusu deyilmiş, qutuların üzərində heç bir rekvizit və ya firma nişanı olmamış, əsasən işlənmiş yağ və ya yuyucu toz qutuları olmuşdur. Qablaşdırmada istifadə olunan sellofanlar isə adi bazar selofonları olmuş, hər hansı firma nişanı olmamışdır. Arağın mənbəyi barədə heç bir məlumatı olmamış, bu barədə heç nə soruşmamış, kasıb adam olduğuna görə heç nəyə qarışmamış, 3-5 manat qazanca görə qutuları daşımışdır. Məhkəmə istintaqında ifadəsi alınmış şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2020-ci il tarixdə icraatına vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi daxil olmuş, müraciətdə Zaqatala rayon sakini Tural adlı şəxs tərəfindən saxta araqların keyfiyyətli məhsul adı ilə satılaraq 960 manat pulunun ələ keçirilməsi qeyd olunmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs Tural adlı şəxs tərəfindən ona satılmış və saxta hesab etdiyi araqları təqdim temiş və bununla bağlı müvafiq sənədləşmə aparılmış, spirtli içki məhsulları qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilməsi üçün maddi sübut kimi götürülmüşdür. Təqdim edilən araqlar 01 ədəd 0,75 litrlik «Strarıy dvorik», 01 ədəd 0,75 litrlik «Oligarch», 02 ədəd 0,7 litrlik «Xan kristal», 03 ədəd 0,5 litrlik «Xan kristal», 01 ədəd 0,5 litrlik «Kremlevka» və 01 ədəd 0,7 litrlik «Kremlevka», 01 ədəd 0,7 litrlik «Stoliçnaya vodka», 01 ədəd 1 litrlik «Stoliçnaya», 01 ədəd 0,7 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,7 litrlik «Russkaya Vısota», 02 ədəd 0,5 litrlik «Banketnaya», 03 ədəd 0,7 litrlik «Banketnaya, 05 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,7 litrlik «Yakor», 03 ədəd 0,5 litrlik «Yakor», 04 ədəd 0,5 litrlik «Mamedoff», 03 ədəd 0,7 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «Minskiy Standart», 01 ədəd 0,7 litrlik «Minskiy Standart», 01 ədəd 0,5 litrlik «Çarskaya», 02 ədəd 0,25 litrlik «Ağsu», 01 ədəd 0,7 litrlik «Sultanbek», 10 ədəd 0,5 litrlik «Sultanbek», 03 ədəd 1 litrlik «Rusinka Vodka», 03 ədəd 0,7 litrlik «Rusinka Vodka», 09 ədəd 1 litrlik «Zolotoe kolço», 07 ədəd 0,7 litrlik «Zolotoe kolço», 11 ədəd 0,5 litrlik «Zolotoe kolço», 03 ədəd 0,5 litrlik «Göygöl», 01 ədəd 0,7 litrlik «Göygöl», 03 ədəd 0,5 litrlik «Arxangelsk», 04 ədəd 0,5 litrlik «Moskovskiy Kremlin», 06 ədəd 1 litrlik «Kazyonka», 03 ədəd 0,7 litrlik «Kazyonka», 02 ədəd 0,5 litrlik «Kazyonka», 03 ədəd 0,5 litrlik «Orel», 05 ədəd 0,5 litrlik «İmmunitet», 01 ədəd 0,7 litrlik «İmmunitet», 02 ədəd 0,5 litrlik «Blast», 01 ədəd 0,5 litrlik «Vodoçka», 01 ədəd 1 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Fayton», 01 ədəd 1 litrlik «Nobel» markalı olmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs butulkaların böyük bir hissəsinin qapaq hissədən maye axıtdığına, bəzi butulkalardakı mayenin bulanıq rəngdə olduğuna görə məhsulların saxtalığından şübhələndiyini bildirmişdir. Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi Tural adlı şəxsin anket məlumatlarını dəqiqləşdirməklə Zaqatala rayon sakini Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmiş, keçirilmiş tədbirlər nəticəsində 06 sentyabr 2020-ci il tarixdə saat 13.30 radələrində Təqsirləndirilən şəxs2 rayon ərazisində «Dəniz» şadlıq evinin yaxınlığında müəyyən edərək idarə etdiyi «VAZ- 2107» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə baxış keçirmişdir. Videoçəkiliş aparılmaqla keçirilmiş baxış nəticəsində qeyd olunan nəqliyyat vasitəsinin yük yerindən karton qutulara kustar üsulla qablaşdırılmış vəziyyətdə olan müxtəlif markalı spirtli içkilər aşkar olunmuşdur. Aşkar olunmuş müxtəlif həcmli və müxtəlif markalı spirtli içkilər maddi sübut kimi götürülmüşdür. Keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş və iştirakıçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 saxta araqları Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 göndərdiyini bildirmişdir. Taksi sürücüsü Şahid1 da etiraf etmişdir ki, saxta araqları Gəncə şəhərində Təqsirləndirilən şəxs1 götürüb Zaqatalaya Turala gətirmişdir. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Gəncə şəhərinə yollanmış, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Gəncə şəhərində «Nizami Gəncəvi»nin məqbərəsi deyilən yerin yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 razılığı ilə idarə etdiyi «Nissan» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerinə baxış keçirilmiş, baxış videoçəkilişlə aparılmış və baxışda neytral tərəf kimi taksi sürücüsü Şahid1 da iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus avtomobilin yük yerindən müxtəlif markalı araqlar və 03 ədəd 0,5 litrlik «Jack Daniels» markalı viski aşkar olunmuşdur. Spirtli içkilərdən əlavə avtomobilin yük yerindən aksiz markaya bənzər obyektlər də aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Kəpəz rayonunda fərdi yaşayış evində gizli sex təşkil etdiyini və araqları orada hazırladığını bildirmişdir. Baxışla bağlı protokol tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə həmin ünvana yollanmış, artıq axşam saatlarında gizli sexin təşkil olunduğu ünvan müəyyən edilmişdir. 06 sentyabr 2020-ci il tarixdə saat 21.30 radələrində Təqsirləndirilən şəxs1 təşkil etdiyi gizli sexə gəlmiş, sex tikilməkdə olan fərdi yaşayış evinin zirzəmisində yerləşirmiş. Azərin razılığı ilə sexdə videoçəkilişlə baxış aparılmışdır. Baxış zamanı gizli sexdən müxtəlif markalı spirtli içkilər, araq hazırlanmasında xammal kimi istifadə olunan 847 ədəd 1 litrlik plastik qablarda spirt, 30 litr həcmində plastik qablarda tünd qırmızı rəngli maye, müxtəlif markalı, həmçinin müxtəlif həcmli və markalı 506 ədəd boş araq butulkaları aşkar edilmişdir. Aşkar olunanlar qablaşdırılaraq maddi sübut əhəmiyyəti daşıdığına görə götürülmüşdür. Baxışla bağlı protokol tərtib olunmuş və düzgünlüyü Təqsirləndirilən şəxs1 tərəfindən imzası ilə təsdiq edilmişdir. İş üzrə şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 məhkəmə iclasında tədqiq olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Bununla yanaşı məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş; «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 06 sentyabr 2020-ci il tarixli protokollardan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerindən istifadəyə yararsız kustar üsulla hazırlanmış 55 ədəd spirtli içki, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerindən istifadəyə yararsız kustar üsulla hazırlanmış 52 ədəd spirtli içki və 102 ədəd aksiz markaya bənzər obyektlər (saxta aksizlər), həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində nömrəsiz fərdi yaşayış evinin zirzəmisindən istifadəyə yararsız kustar üsulla hazırlanmış 1175 ədəd spirtli içki, rektifikat etil spirti əsasında kustar üsulla hazırlanmış 847 litr maye, 30 litr həcmdə şərab məhsulu və kustar üsulla hazırlanmış spirttərkibli maye, habelə 506 ədəd müxtəlif həcmli boş şüşə butulkalar aşkar edilərək götürülmüşdür. Kompleks materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 08.09.2020-ci il tarixli, 6/1805-9/3395 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 avtomaşınında və Təqsirləndirilən şəxs1 məxsus sexdə aşkar edilmiş şüşə qablardakı etiket adları müvafiq olaraq 1, 2, 3, 4 saylı cədvəllərdə qeyd olunan mayelər rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmışdırlar. Qablaşdırmalar üzərində araq və viski içkisinə məxsus etiketlər olan mayelər yoxlanılan orqanoleptik, tündlük göstəricilərinə (32-37%) və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab vermirlər və bu göstəricilərə əsasən istifadəyə yararsızdırlar. Təqdim edilmiş «Starlink Etil spirti gigiyenik vasitə 96%» etiketli plastik qablardakı mayelər tündlüyü 54-55% olan rektifikat etil spirti əsasında kustar üsulla hazırlanmışdır, etiket üzərindəki tündlük göstəricisinə görə standartın tələblərinə uyğun deyildir. Qablaşdırmalar üzərlərində araq və viski içkisinə məxsus etiketlər olan mayelər (1, 2, 3, 4 saylı cədvəllərdə etiket adları qeyd olunan eyni etiketli mayelər) orqanoleptik və tərkib göstəricilərinə əsasən öz aralarında uyğunluq təşkil edirlər. Təqdim edilmiş spirtli içkilərin analoji mallara uyğun olaraq satışda olan istifadəyə yararlı alkoqollu içkilərin qiymətinə müvafiq olan hazırki orta bazar qiyməti ilə ümümi dəyəri 19726,3 manat müəyyən edildi. Həmin içkilərin hər birinin ayrı-ayrılıqda və ümumilikdə orta bazar qiymətləri rəyə əlavə olunmuş 1-4 saylı cədvəllərdə göstərilmişdir. Sənədlərin texniki ekspertizasının 08.09.2020-ci il tarixli, 5/612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 102 ədəd aksiz markalara oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş aksiz markalara oxşar obyektlər ekspertizaya təqdim edilmiş «Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal» məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etmir. Əlavə kompleks materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 14.10.2020-ci il tarixli, 6/1885-9/3590 nömrəli rəyindən görünür ki, 01 ədəd 5 litrlik «Slavyanka» etiketli plastik qabdakı tünd qırmızı rəngli maye orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən spirttərkibli olub giləmeyvədən çəkilmiş, tündlüyü (etil spirtinin miqdarı) 13 faiz təşkil edən şərab məhsuludur. Təqdim olunmuş, 10 litrlik qabdan götürülmüş çəhrayı rəngli maye nümunəsi tündlüyü 9,5 faiz olan etil spirtindən, içməli sudan, limon turşusundan və tünd çəhrayı boya maddəsindən kustar üsulla hazırlanmış spirttərkibli qarışıqdır. 01 ədəd 5 litrlik «Slavyanka» etiketli plastik qabda tünd qırmızı rəngli maye qırmızı kəmşirin şərab məhsuludur. 10 litrlik qabdan götürülmüş çəhrayı rəngli maye nümunəsi heç bir içki növünə aid deyildir, yəni hər iki maye orqanoleptik əlamətlərinə və tərkiblərinə görə fərqlidirlər. Şərab məhsulu və çəhrayı rəngli maye nümunəsi kustar üsulla hazırlanmışdırlar və adi plastik qaba qablaşdırıldıqlarından, məhsula dair heç bir məlumat olmadığı üçün tərkib göstəricilərinin standartla müqayisəsini vermək (standarta aid olub-olmadığını müəyyən etmək) mümkün deyildir. 01 ədəd 5 litrlik «Slavyanka» etiketli plastik qabdakı maye, 10 litrlik qabdan götürülmüş çəhrayı rəngli maye nümunəsi və təqdim olunmuş 01 ədəd 0,5 litrlik «Jack Daniels» markalı kustar üsulla hazıranmış viski orqanoleptik əlamətlərinə və tərkiblərinə görə fərqlidirlər. 01 ədəd 5 litrlik «Slavyanka» etiketli plastik qabdakı və 01 ədəd 10 litrlik plastik qabdakı mayelərə dair qablaşdırmalar üzərində heç bir markalanma göstəriciləri olmadığından həmin malları qiymətləndirmək mümkün olmadı. Sənədlərin əlavə məhkəmə-texniki ekspertizasının 27.10.2020-ci il tarixli, 5/712- 5/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş butulkaların üzərlərindəki aksiz markalar (aksiz markalarının nömrələri 1 nömrəli Əlavədə qeyd olunub) ekspertizaya təqdim edilmiş eyni məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş butulkaların üzərlərindəki aksiz markalar (aksiz markalarının nömrələri 2 nömrəli Əlavədə qeyd olunub) ekspertizaya təqdim edilmiş eyni məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim olunmuş butulkaların üzərlərindəki aksiz markaların (1 və 2 nömrəli Əlavələr) və «MEM»ə məxsus kağız paketdə təqdim olunmuş 102 ədəd aksiz markalara oxşar obyektlərin üzərilərində olan yapışdırıcı maddələr kimyəvi tərkibinə görə öz aralarında fərqlənirlər. 1 nömrəli Əlavədə göstərilən aksiz markaların hazırlanmasında istifadə olunan istifadə olunan kağız kimyəvi tərkibinə və fiziki xüsusiyyətlərinə görə 2 nömrəli Əlavədə göstərilən aksiz markaların və «MEM»ə məxsus kağız paketdə təqdim olunmuş 102 ədəd aksiz markalara oxşar obyektlərin hazırlanmasında istifadə olunan kağızlardan fərqlənir. 2 nömrəli Əlavədə göstərilən aksiz markaların və «MEM»ə məxsus kağız paketdə təqdim olunmuş 102 ədəd aksiz markaların və «MEM»ə məxsus kağız paketdə təqdim olunmuş 102 ədəd aksiz markalara oxşar obyektlərin hazırlanmasında istifadə olunan kağızlar kimyəvi tərkiblərinə və fiziki xüsusiyyətlərinə görə eynidirlər. "xxxx" MMC mobil telefon operatorundan daxil olmuş telefon danışıqları ilə bağlı məlumatları özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair 24 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, kompakt diskin yaddaşında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, sms-lər, həmçinin abonentlərə dair məlumatları özündə əks etdirən qovluqlar vardır. «Zənglərin detallaşması» qovluğundakı məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** nömrəsi ilə cari ilin fevral-sentyabr ayları ərzində mütəmadi danışıqlar aparılması müəyyən edildi. «SMS tarixçəsi» qovluğundakı mesajların məzmunundan da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında saxta spirtli içkilərin satılması ilə bağlı qabaqcadan əlbirliyin olması müşahidə olunmuşdur. SMS-lərin iş üzrə əhəmiyyət kəsb edən bəzi hissəsinin məzmunu olduğu kimi (yazı səhvləri daxil olmaqla) protokola köçürülməklə «Nolub qardaş nese problem var seher 10 da pulu qoyacam», «X14 varsa zenge cvb ver Qaqu Arax lazımdı 200.300 manatlıq» kimi müəyyən edilmişdir. "xxxx" ASC-dən əldə edilmiş bank məlumatlarına baxışla bağlı tərtib edilmiş 28.10.2020-ci il tarixli protokoldan görünür ki, X6 adına olan bank kartı vasitəsi ilə aparılmış əməliyyatlara dair hesabat təqdim edilmişdir. Həmin hesabat qrafa şəklində olub özündə əməliyyatın aparılma tarixini, məbləği, balansı, köçürmənin təyinatı və qeyd bölmələrini əks etdirir. Həmin bank kartı vasitəsi ilə həm pul köçürmə əməliyyatları, həm pul mədaxil etmə əməliyyatları, həm də kart vasitəsi ilə müxtəlif ödəniş əməliyyatları (mobil nömrəyə və ya internet ödənişi, başqa hesaba köçürmə) həyata keçirilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlar istintaq materialları ilə uyğunluq təşkil edir. Belə ki, istintaq zamanı toplanmış ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2 saxta spirtli içkilərin satışından əldə etdiyi pulu «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 Harun Məmmədovun bank kartının hesabına köçürmə yolu ilə göndərmişdir. Təqdim edilmiş 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, elektron daşıyıcının yaddaşında qovluqlar vardır, həmin qovluqların içərisində pulun nağdlaşdırılması zamanı bankomatda olan videonəzarət qurğusunun qeydə aldığı fotogörüntülər köçürülmüşdür. Görüntülərdən müşahidə olunur ki, qeyd olunan bank kartından istifadə etməklə Gəncə şəhərində yerləşən bankomatlar vasitəsi ilə nağdlaşdırma əməliyyatları əsasən Təqsirləndirilən şəxs1 tərəfindən aparılmışdır. Qeyd olunan xüsusatlar istintaq materialları ilə uyğunluq təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində görmə qüsuru olan qayını Harun Məmmədova məxsus bank kartından istifadə etməklə bankomatdan Təqsirləndirilən şəxs2 göndərdiyi, saxta spirtli içkilərin satışından əldə edilmiş pulu çıxardığını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2021-ci il tarixli, 6/3700-5/951 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş rəyə əlavə olunmuş kompakt diskə yazılmış əlavə 1-də göstərilən 118 ədəd müxtəlif adda alkoqollu içkilərin butulkalarına yapışdırılmış aksiz markalar AA ******* nömrəli “Azərbaycan Respublikası Alkoqollu içkilər AKSİZ MARKASİ” məzmunlu aksiz markasının eksperimental nümunəsi ilə eynilik təşkil etmirlər. 2. Tədqiqata təqdim edilmiş rəyə əlavə olunmuş kompakt diskə yazılmış əlavə 2-də göstərilən 10 ədəd müxtəlif adda alkoqollu içkilərin butulkalarına yapışdırılmış aksiz markalar AA ******* nömrəli “Azərbaycan Respublikası Alkoqollu içkilər AKSİZ MARKASİ” məzmunlu aksiz markasının eksperimental nümunəsi ilə eynilik təşkil edirlər. Qeyd: Təqsirləndirilən şəxs1 məxsus Gəncə Şəhər Kəpəz rayonu Əmirnəcib qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərən gizli sexdə maddi sübut kimi götürülmüş alkoqollu içkilər təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “Təqsirləndirilən şəxs1 məxsus Gəncə Şəhər Kəpəz rayonu Əmirnəcib qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərən gizli sexdə maddi sübut kimi götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan spirtli içkilərin üzərində olan aksiz markalar, Tovuz rayonu,Bozaqanlı kəndində fiziki şəxs kimi fəaliyyət göstərən (xidmət sahəsinin növü 11011 Spirtli içkilərin istehsalı) X2 məxsus müəssisəyə məxsus aksiz markalarla eynilik təşkil edirmi? “sual üzrə tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş 1 saylı cədvəl üzrə göstərilmiş alkoqollu içkilər orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə,doldurulma tamlığına görə etiket göstəricilərinə uyğundur və müvafiq standartın tələblərinə cavab verir. Qeyd: Təqsirləndirilən şəxs1 məxsus Gəncə Şəhər Kəpəz rayonu Əmirnəcib qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərən gizli sexdə maddi sübut kimi götürülmüş “Arxangelsk”, ”Russkiy Brend”, ”Moskovskaya Osobaya” markalı alkoqollu içkilər təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “X8 məhkəməyə üzərində aksiz marka ilə təqdim etmiş olduğu 1 ədəd üzərində yazılmış “Arxangelsk Xlebnaya -0,7 litrlik”, 1 ədəd üzərində yazılmış ARXANGELSK Premium”-0,7 litrlik , 1 ədəd üzərində yazılmış “ARXANGELSK Sevemaya Viderjko “-0,7 litlrlik, 1 ədəd üzərində yazılmış “X20 Original”-0,7 litrlik,1 ədəd üzərində yazılmış “RUSSKİY BREND premium vodka”-0,7 litrlik, 1 ədəd üzərində yazılmış “RUSSKİY BREND premium vodka”-0,5 litrlik, 1 ədəd “MOSKOVSKAYA” -0,7 litrlik , 1 ədəd “MOSKOVSKAYA” -0,5 litrlik spirtli içkilər (araqlar) Təqsirləndirilən şəxs1 məxsus Gəncə Şəhər Kəpəz rayonu Əmirnəcib qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərən gizli sexdə maddi sübut kimi götürülərək Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 80 ədəd 0,5 litrlik “ARXANGELSK XLEBNAYA”, “ARXANGELSK PREMİUM”, “ARXANGELSK SEVEMAYA VİDERJKO “,192 ədəd 0,7 litrlik “ARXANGELSK XLEBNAYA”, “ARXANGELSK PREMİUM”, “ARXANGELSK SEVEMAYA VİDERJKO “,126 ədəd 1 litrlik ARXANGELSK XLEBNAYA”, “ARXANGELSK PREMİUM”, “ARXANGELSK SEVEMAYA VİDERJKO “, 64 ədəd 0,5 litrlik “X20 Original”, “RUSSKİY BREND premium vodka”,24 ədəd 0,7 litrlik “X20 Original”, “RUSSKİY BREND premium vodka”, 153 ədəd 1 litrlik “X20 Original”, “RUSSKİY BREND premium vodka”, 80 ədəd 0,5 litrlik “MOSKOVSKAYA Osobaya”,60 ədəd 0,7 litrlik “MOSKOVSKAYA Osobaya”,45 ədəd 1 litrlik “MOSKOVSKAYA Osobaya” adlı spirtli içkilərin (araqların) tərkibi eynilik təşkil edirmi? sual üzrə tədqiqat aparılmadı. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 31 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid X6 əməllərində cinayət tərkibi olmadığından barələrində CM-in 178.2.1, 194, 200.2.2 və 205-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Şahid1 əməlində cinayət tərkibi olmadığından onun barəsində CM-in 178.2.1, 200.2.2 və 205-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Gəncə şəhəri X19 küçəsində yerləşən nömrəsi fərdi yaşayış evi Təqsirləndirilən şəxs1 qaynanası X3 mülkiyyətində olsa da sonuncunun cinayətkar fəaliyyətə fər hansı aidiyyəti müəyyən olunmadığından barəsində CPM-in 39.1.2-ci maddəsinə istinadən CM-in 178.2.1, 194, 200.2.2 və 205-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Daha sonra həmin qərarla zərərçəkmiş Zərərçəkmiş şəxs satılmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı markalı avtomaşının yük yerindən, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən nömrəsiz fərdi tikilinin zirzəmisindən aşkar edilmiş istifadəyə yararsız və kustar üsulla hazırlanmış müxtəlif markalı spirtli içkilər, 102 ədəd aksiz markaya bənzər obyektlər, 847 ədəd 1 litrlik plastik qablarda etil spirti əsasında kustar üsulla hazırlanmış maye, plastik qablarda olan şərab məhsulu və spirttərkibli maye, müxtəlif həcmli boş şüşə butulkalar iş üzrə maddi sübut hesab edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 1(043)-56/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213- 1.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay sınaq müddəti müəyyən edilməklə qəti olaraq 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, yəni CM-nın 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 20:00-da tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 4(005)- 1069/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(043)-68/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. “Şübhəli şəxsin tutulması” haqqında 07 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 20:30-da tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” və “təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında” 09 sentyabr 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin gün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. DSMF-nin Zaqatala Rayon Şöbəsindən verilmiş 30 iyul 2019-cu il tarixli, **********4 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 sağ xayanın xərçəngi xəstəliyi aşkar olunmuşdur. Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 25 sentyabr 2020-ci il tarixli, 1673 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 X9 ilə evli olmaqla himayəsində Vəlixan, Nəzakət və Aysu adlı 3 azyaşlı uşaqları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zaqatala RİHB Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 01 oktyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 19 aprel 2021-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduğu ziyan onlar tərəfindən tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı vəsatətdən və vəsatətə əlavə olunmuş bank qəbzindən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulan ziyanın 960 manat ziyanın 25 faizi yəni 240 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişlər. Bu səbəbdən onlar CM-nın 178.2.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmalarını xahiş etmişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmə, malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını xeyli miqdarda aldatma, saxta aksiz markalarını əldə etmə, saxlama, həmçinin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmə, saxlama və satma ictimai təhlükəli əməlləri törətmiş və onların əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Onlara qarşı elan edilmiş ittihamlarda təqsirli olması, özlərinin etirafedici ifadələri ilə yanaşı, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Lakin, təqsirləndirilən şəxslərin CM-nın 178.2.1-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Məhkəmə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizələrində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları (bank qəbzini v.s) qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi, eləcə də vurulan ziyanın 25 faizi miqdarında dövlət nəfinə ödəniş edilməsi əsasi ilə hazırki işlə bağlı təqsirləndirilən şəxslərə verilən ittihamlar üzrə CM-nın 178.2.1-ci maddəsinə münasibətdə cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddəyə münasibətdə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, təqsirləndirilən şəxslər az ağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq onlara elan olunmuş ittihamdan CM-nın 178.2.1-ci maddəsinə münasibətdə cinayət təqibinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, sözügedən hüquqi nəticə təqsirləndirilən şəxslərin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi digər cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in 205-1 və 200.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 barəsində CM-nın 205-1 və 2002.2-ci maddələri ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsində nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən, CM-in 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır olmaqla, qanunla qorunan iqtisadi fəaliyyət sahəsində olan qəsdən törədilən cinayətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanaraq zərərçəkmiş şəxslə razılıq əldə etməsini, ona dəymiş ziyanı tamamilə ödəməsini, evli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verib, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsində müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 200.2.2-ci maddəsində müəyyən edilmiş həddə cərimə növündə cəza təyin olunmalıdır. Başqa sözlə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 qeyd olunan cəzaların təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 sentyabr 2020-ci il tarixdən 09 sentyabr 2020-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu, 09 sentyabr 2020-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı, 19 mart 2021-ci il tarixdən isə 10 mart 2022-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 01 (bir) il, 06 (altı) ay, 03 gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 qeyd edilən müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və bu səbəbdən Təqsirləndirilən şəxs1 cəzasını çəkmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.3-cü və 346.1.20-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə dövründə həbsdə və ev dustaqlığında olduğu müddətin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6–cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı–ayrılıqda qeyd edilməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi digər cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in 200.2.2 və 205-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində CM-nın 205-1 və 2002.2-ci maddələri ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsində nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən, CM-in 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır olmaqla, qanunla qorunan iqtisadi fəaliyyət sahəsində olan qəsdən törədilən cinayətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanaraq zərərçəkmiş şəxslə razılıq əldə etməsini, ona dəymiş ziyanı tamamilə ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə İİ qrup əlil olub xərçəng xəstəliyindən əziyyət çəkməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verib, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsində müəyyən olunmuş həddə islah işləri, həmin Məcəllənin 200.2.2-ci maddəsində müəyyən edilmiş həddə cərimə növündə cəza təyin olunmalıdır. Başqa sözlə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 qeyd olunan cəzaların təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 sentyabr 2020-ci ildən 09 sentyabr 2020-ci ilədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulub təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq islah işləri cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş qəti cəzanın əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalı, təyin edilmiş islah işləri cəzasına münasibətdə hökmün icrasına nəzarət yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs satılmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı markalı avtomaşının yük yerindən, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən nömrəsiz fərdi tikilinin zirzəmisindən aşkar edilmiş istifadəyə yararsız və kustar üsulla hazırlanmış müxtəlif markalı spirtli içkilər, 102 ədəd aksiz markaya bənzər obyektlər, 847 ədəd 1 litrlik plastik qablarda etil spirti əsasında kustar üsulla hazırlanmış maye, plastik qablarda olan şərab məhsulu və spirt tərkibli maye, müxtəlif həcmli boş şüşə butulkalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 721,52 (yeddi yüz iyirmi bir manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid edilsin və onlardan həmin məbləğ müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər müdafiəçi tərəfindən 100 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 ödənilməsi üçün onların işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) hər bir müdafiəçi üçün ayrılıqda 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 205-1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 200.2.2-ci maddəsi ilə 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 sentyabr 2020-ci il tarixdən 09 sentyabr 2020-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu, 09 sentyabr 2020-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı, 19 mart 2021-ci il tarixdən isə 10 mart 2022-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 01 (bir) il, 06 (altı) ay, 03 gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs1 cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 205-1-ci maddəsi ilə qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri, CM-in 200.2.2-ci maddəsi ilə 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 07 sentyabr 2020-ci ildən 09 sentyabr 2020-ci ilədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulub təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş qəti cəzanın əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş islah işləri cəzasına münasibətdə hökmün icrasına nəzarət Zaqatala Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş Zərərçəkmiş şəxs satılmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı markalı avtomaşının yük yerindən, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı **- FM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X19 küçəsində yerləşən nömrəsiz fərdi tikilinin zirzəmisindən aşkar edilmiş istifadəyə yararsız və kustar üsulla hazırlanmış müxtəlif markalı spirtli içkilər, 102 ədəd aksiz markaya bənzər obyektlər, 847 ədəd 1 litrlik plastik qablarda etil spirti əsasında kustar üsulla hazırlanmış maye, plastik qablarda olan şərab məhsulu və spirt tərkibli maye, müxtəlif həcmli boş şüşə butulkalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 721,52 (yeddi yüz iyirmi bir manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid edilsin və onlardan həmin məbləğ müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 600 (altı yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 600 (altı yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №1(043)-2/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-2/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver