Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-204/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 01 noyabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində yetkinlik yaşına çatmayan 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27.06.2021-ci il tarixdə saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs işlətdiyi ünvan 3 ünvanında yerləşən mebel təmiri sexində olarkən Zərərçəkmiş şəxs sexdə olmamasından istifadə edib paltar dəyişmə otağında asılqandan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd 1200 manat dəyərində “Polet” markalı qızıl qol saatını gizli yolla talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, şahid ifadəsini ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, D.Qorqud küçəsi 40 nömrəli evin 1-ci mərtəbəsində yerləşən bərbərxananı icarə əsasında qardaşı X3 ilə birlikdə işlədir. Təxminən bir ay bundan əvvəl işlədiyi yerin yaxınlığında əvvələr işləyən mobil telefon və aksesuarların satışı mağazasından “Samsung” markalı mobil telefonu 135 manat nisyə almışdır. Ona pul lazım olduğuna görə aldığı telefonu satmış mağazaya borcu qalmışdır. 27.06.2021-ci il tarixdə səhər 10 radələrində yaşadığı evdən çıxıb Gəncə şəhəri, D.Qorduq küçəsində icarə əsasında işlədiyi bərbərxanaya iş yerinə gəlmişdir. O, iş yerində olarkən boşluq olduğuna görə həmin binanın 1-ci mərtəbəsində yerləşən yan tərəfdə mebellərin təmiri sexində işləyən Zərərçəkmiş şəxs yanına getmiş, həmin vaxt Samir də iş yerinə təzə gəlmişdir. Samir mebel sexinə daxil olarkən o, da Samirin arxası ilə mebel sexinə girmişdir. Samir mebel sexinin içərisində paltar dəyişmə otağına keçmişdir. Samir paltar dəyişmə otağında paltarını dəyişərkən o, da qapının ağzında durmuşdur. Samir paltarını dəyişərkən əlində olan polet markalı qızıl qol saatını əlindən çıxarıb paltar dəyişmə otağında divarda asılqandan asmış sonra isə Samir paltar dəyişmə otağından çıxmışdır. Samir paltar dəyişmə otağından çıxdıqdan sonra mebel sexində otaqda olan masanın üzərindən sərinkeşi götürüb təmir etdirmək üçün yan tərəfdə elektrik avadanlıqlarının təmiri mağazasına getmişdir. Həmin vaxt o, Samirin orada olmamasından istifadə edərək paltar dəyişmə otağında qoyduğu 1 ədəd qızıl qol saatını götürmək qərarına gəlmiş və divarda asılqandan asılmış 1 ədəd polet markalı qızıl qol saatını götürüb cibinə qoymuş və mebel sexini tərk edib getmişdir. O, mebel sexindən çıxdıqdan sonra oğurladığı qızıl qol saatını satmaq qərarına gəlmişdir. Bunun üçün o, piyada Gəncə şəhəri N.Gəncəvi prospekti ilə gedərkən görmüşdür ki, Damat adlı paltar satılan mağazada qızıl-zinyət əşyalarının alqı satqısı ilə də məşğul olurlar. O, oğurladığı qızıl qol saatını satmaq üçün həmin mağazaya daxil olub qzıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan bir qadına yaxınlaşıb özünə məxsus olan qızıl qol saatını satdığını bildirmişdir. Satıcı qızıl qol saatını ondan alıb qiymətini soruşduqda o, qiymətinin dəqiq bilmədiyini dedikdə satıcı qadın saata baxıb qramını 58 manata almaq istədiyini bildirdikdə o, bununla razılaşmışdır. Həmin satıcı qadın saatı açıb qızılını çıxartmış təmiz çəkisi 16 qram gəlmiş, qızılın qiyməti 920 manata olduğunu demişdir. Ona 400 manat pul vermiş, şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, da şəxsiyyət vəsiqəsi üzərində olmadığını deyib sonrakı gün gətirib verəcəyini bildirmiş, buna görə pulun 520 manatını saxlamışdır. Satıcı ona demişdir ki, şəxsiyyət vəsiqəni gətirib verəndə qalan 520 manat pulu verəcəkdir. O, 400 manat pulu götürüb saatı ona vermişdir. Ordan çıxdıqdan sonra telefon aldığı şəxsin işçisi ilə görüşüb 100 manatını vermiş, qalan pulu isə tanış şəxslərə olan borclarından vermişdir Bundan sonra öz iş yerimə qayıtmış, iş yerində olarkən Samir ona yaxınlaşaraq işlədiyi mebel sexinə ondan başqa heç kimin daxil olmadığını, saatın onun tərəfindən götürüldüyünü bildirmişdir.O, utandıdığından saatı götürdüyünü boynuna almamışdır. Samir saatın onda olduğunu, polisə şikayət etməmiş saatın ona qaytarılmasını tələb etmişdir. 27.06.2021-ci il tarixdə Kəpəz RPİ-nin əməkdaşları gələrək oğurluq etməkdə şübhəli olduğunu deyib onu Kəpəz RPİ-nə aparmışdırlar. O, Kəpəz RPİ-də olarkən etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışıraq dəymiş ziyanı ödədiyini, əməlindən peşman olmaqla bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kəpəz rayonu, D.Qorqud küçəsi 40 ünvanında yerləşən mebel təmiri sexini icarəyə götürüb işlədir. Həmin mebel sexində tək işləyir. 27.06.2021-ci il tarixdə saat 11 radələrində sexə gəlmişdir. O, sexin qapısını açıb içəri daxil olanda sexin yan tərəfində bərbərxanada işləyən Oqtayın oğlu Şamo kimi tanıdığı şəxs də onun arxası ilə sexə daxil olmuşdur. O, işləmək üçün paltar dəyişmə otağına keçib paltarını dəyişərkən Şamil paltar dəyişmə otağın qarşısında durmuşdur. O, paltar dəyişmə otağında paltarını dəyişərkən qolunda olan Polet markalı 1200 manat dəyərində qızıl saatını qolundan çıxarıb paltar dəyişmə otağında divarda olan asılqandan asmışdır. O, saatını qolundan çıxarıb asarkən Şamil onu görmüşdür. Bundan sonra o, sexə keçib sərinkeşi götürüb təmir etdirmək üçün qonşuluqda yerləşən məişət avadanlıqları təmiri sexinə getmiş, Şamil onun işlədiyi sexdə tək qalmışdır. Usta ona demişdir ki, sərinkeşin sarğısında problem vardır, başqa ustaya göstərərsən. O, öz iş yerinə qayıdanda görmüşdür ki, Şamil onun işlədiyi sexdə yoxdur, çıxıb getmişdir. O, su içmək üçün paltar dəyişmə otağına keçəndə görmüşdür ki, saatı yerində yoxdur. Sexdən çıxıb Samildən saatını istəmək üçün Şamilin qonşuluqda işlədiyi bərbərxanaya getmişdir. O, bərbərxanaya daxil olnada görmüşdür ki, Şamilin qardaşı Ramin divanda uzanmış, Şamil isə orada yoxdur. Orada durub Şamilin gəlməyini gözləmiş, Şamil gələndə ona demişdir ki, guya ağrıyır sancılanmışdır. O, Şamildən haraya getməsini soruşanda demişdir ki, “bir nəfər şəxslə parkda fırlanırdım.” O, Şamlə «biz qonşuyuq sonra məndən incimə gətir mənim saatımı qaytar özümə ver.” demişdir. Çünki Samildən başqa onun sexinə heç kim gəlməmişdir. Paltar dəyişmə otağında paltarını dəyişərkən saatı divardan asılqandan asarkən yalnız Şamil görmüşdür. Şamil and içmişdir ki, saat onda deyil o götürməmişdir. O, Şamili kənara çəkib demişdir ki, əgər sən götürmüsənsə qaytar özümə ver deyəcəm ki, guya saatı özüm tapmışam. Lakin Şamil onunla razı olmayıb saatı götürmədiyini bildirmişdir. O, da 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən araşdırma aparılarkən Şamil saatı götürdüyünü etiraf etmişdir. Hazırda ona dəyən zərər tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını göstərərək təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, N.Gəncəvi prospekti, 17 ünvanda yerləşən “Damat” mağazasında qızıl zinət əşyalarının alqı- satqısı ilə məşğul olur. O, Şamil adlı şəxsi onun işlədiyi mağazaya gəldiyi gün tanımışdır. Təxminən 27 iyun 2021-ci il tarixində əvvəllər tanımadığı Şamil adlı şəxs onun işlədiyi mağazaya gələrək ona qızıl qol saatının olduğunu, həmin saatın özünə məxsus olduğunu və hədiyyə edildiyini deyib pul lazım olduğunu demişdir. O, isə Şamil adlı şəxsin əlində olan bir ədəd polet markalı qızıl qol saatı lom formasında çəkmiş 15,86 qram ümumi çəksini Şamilə bildirmişdir. Həmin qızılın qramını 58 manata aldığını demiş və həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, Şamil adlı şəxsə satdığı 1 ədəd qızıl qol saatının ümumi dəyəri 920 manat etdiyini demişdir. Şamil adlı şəxs şəxsiyyət vəqisəqinin üzərində olmadığını yaşadığı evdə olduğunu evdən gətirib təqdim edəcəyini bildirmişdir. Şamil adlı şəxsə inanmış 400 manat pulu ona vermiş və 520 manat pulunu isə şəxsiyyət vəsiqəsini gətirib verdikdən sonra qalan pulunu verəcəyini bildirmişdir. Şamil adlı şəxsə 400 manat pul verib qızılı ondan götürmüş, Şamil adlı şəxsə 520 manat borclu qalmış həmin pulu şəxsiyyət vəsiqəsini verdikdən sonra verəcəyini demişdir. Aradan təxinən bir saat keçdikdən sonra Şamil adlı şəxs yenidən mağazaya gələrək anasının evdə olmadığını yas mərasiminə getdiyi üçün evin açarı onda olmadığına görə şəxsiyyət vəsiqəsini gətirə bilməmiş və saat 17 radələrinədək gətirib şəxsiyyət vəsiqəsini təqdim edəcəkdir. 27.06.2021- ci il tarixdə Şamil adlı şəxsin polis əməkdaşları tərəfindən tutulduğunu bilmiş, Şamil adlı şəxsin ona satdığı 01 ədəd qızıl qol saatının oğurluq olduğunu öyrənmiş həmin vaxta qədər həmin əşayanın oğurluq olduğunu bilməmişdir. O, Şamil adlı şəxsi əvvələr tanımamış, onunla heç vaxt alver etməmişdir. Şamil adlı şəxs onun Nizami prospektində işlədiyi mağazaya gələrək ona 1 ədəd qızıl qol satını satmışdır. Şamil onu inandırdığına görə qızıl-zinət əşyasını almışdır. Qızıl qol saatının ümumi çəkisi 15,58 qram gəlmişdir. Şamil adlı şəxs onu inandırdığına görə və şəxsiyyətini təsdiq edən sənədi sonradan təqdim etməsini dediyi üçün inanmışdır. Lakin sonradan Şamilin ona satdığı qızıl qol saatının oğurluq olduğunu bilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27.06.2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.( i.v 32) MSY-dən azad etmə haqqında və qətimkan tədbiri seçilməsi haqqında 29.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. (i.v 68-69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli, 6/3564-9/5771 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 39,93 qram kütləli, qolbaq hissələri olmayan, siferblatının ön hissəsində “Polet” və “23 kamnya” yazıları, arxa hissəsində “583 MDMF” damğası və “112288” yazısı olan 583/585 əyarlı qızıldan hazırlanmış qol saatının istifadə olunması nəzərə alınmaqla 27.06.2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 950 (doqquz yüz əlli) manat müəyyən edilir.(i.v 98-101) DİN BƏSİİ-nin 14.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v 97) Gəncə şəhəri 3 saylı Notariat Ofisi tərəfindən 01.11.2021-ci il tarixdə , 8İ-3357 reyestr nömrə ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27.06.2021-ci il tarixdə saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs işlətdiyi ünvan 5 ünvanında yerləşən mebel təmiri sexində olarkən Zərərçəkmiş şəxs sexdə olmamasından istifadə edib paltar dəyişmə otağında asılqandan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd 1200 manat dəyərində “Polet” markalı qızıl qol saatını gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi islah işləri cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 27.06.2021-ci il tarixdən 29.06.2021-ci il tarixədək tutulduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri” hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 90 (doxsan) manat məhkəmə xərci təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “Polet” markalı qızıl qol saatının zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Oktay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Oktay oğlunun 27.06.2021-ci il tarixdən 29.06.2021-ci il tarixədək tutulduğu 02 gün, islah işləri növündə cəzanın 1 gününə 4 gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 05(beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Oktay oğlunun işlədiyi və qazancından dövlət nəfinə tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Oktay oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat Təqsirləndirilən şəxs Oktay oğlundan tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Təyin olunmuş cəzanın icrası təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Oktay oğlunun yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-204/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-204/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver