Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-205/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğlunun və Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayında, günü dəqiq məlum olmayan tarixdə X1 olan xəstəliyi ilə əlaqədar olaraq xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində saxlamaq adı ilə yalan vədlər verərək sonuncunun qardaşı Tovuz rayon sakini Zərərçəkmiş şəxs2 İsrail oğlunu aldadıb Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlanan çayxananın yaxınlığında N0 (iki min) manat pulunu ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin noyabr ayında, günü dəqiq məlum olmayan tarixdə Tovuz rayon, Əyyublu kənd sakini Zərərçəkmiş şəxs1 və həyat yoldaşı Şahid1 Mehdi qızına təqaüd düzəltmək adı ilə yalan vədlər verib aldadaraq yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci fevral ayında, günü dəqiq məlum olmayan tarixdə Tovuz rayon, Əyyublu kənd sakini Zərərçəkmiş şəxs3 və həyat yoldaşı Şahid2 təqaüd düzəltmək adı ilə yalan vədlər verib aldadaraq yaşadığı ünvan 4 ünvanında Zərərçəkmiş şəxs3 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd alır. O, əvvəllər Gəncə şəhəri «Billur» zavodun mühasibi, daha sonra isə Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Xidmətinin Maliyyə Şöbəsinin rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 2019-cu ildə «Bakı Press» qəzetinin baş redaktoru Novruz Əzizovun vasitəsilə tanımışdır. Həmin vaxta qədər Zərərçəkmiş şəxs1 tanımamış, görüşməmiş, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. Belə ki, həmin ərəfələrdə Novruz Əzizov ona zəng edib onun mobil telefon nömrəsini Zərərçəkmiş şəxs1 verdiyini bildirmiş və xahiş etmişdir ki, əgər bacarırsa Zərərçəkmiş şəxs1 köməklik etsin. O, da etiraz etməyib razılaşmışdır. Bir neçə saat keçdikdən sonra hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan 055-275- 85-54 mobil telefon nömrəsinə zəng gəlmiş, telefona cavab verəndə özünü Eldəniz kimi təqdim edən şəxs ona bildirmişdir ki, xidmətdə olan bir nəfər uşağın xidmət etdiyi hərbi hissədə saxlanılmasına köməklik edə biləcəyini ya bilməyəcəyini soruşanda o, Eldənizə Gəncə şəhərinə gəlməsini və söhbət etmələrini təklif etmişdir. Əslində isə onun heç bir yerdə tanışı olmamış, hər hansı bir nazirlikdə əlaqələri və vəzifəli şəxslərlə tanışlığı olmamışdır. Sadəcə olaraq həmin ərəfələrdə xəstə övladının müalicəsinə pul lazım olduğu üçün kiminsə işini düzəltmək adı ilə pul almaq qərarına gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 adlı şəxslə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlı kafenin yanında görüşmüşlər, əvvəllər tanımadığı, ilk dəfə görüb tanıdığı Zərərçəkmiş şəxs1lə söhbət edən vaxt sonuncu ona həmkəndlisi Röyal İbrahimov adlı şəxsin ürək çatışmazlığı və belində yırtıq olduğu üçün xidmət etdiyi hərbi hissədə saxlamaq lazım olduğunu, bu işdə köməklik edib-etmədiyini ondan soruşanda o, etiraz etməmiş, köməklik edəcəyini, Röyal İbrahimovu xidmət etdiyi hərbi hissədə saxlayacağını və daha sonra isə təxris etdirib təqaüdə çıxartmaq məqsədilə N manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və sağollaşaraq yanından çıxıb getmişdir. Əslində hər hansı bir əsgəri xidmət etdiyi hərbi hissədə saxlamaq, yaxud təqaüdə çıxartmaq onun gücündə və səlahiyyətində olmamış, sadəcə olaraq övladının müalicəsi üçün pul lazım olduğuna görə Zərərçəkmiş şəxs1 yalandan vəd verib pulu ələ keçirtmək fikrinə düşmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 ona zəng edib Gəncə şəhərinə gəldiyini bildirmiş, onlar Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlı kafenin yanında görüşmüşlər. Eldəniz oraya VAZ- 2107 markalı, **-LD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə gəlmiş, sonuncu avtomobildən yerə düşüb onunla görüşmüş, həmin vaxt avtomobildə Zərərçəkmiş şəxs2 da olmuşdur. Qaranlıq olduğu üçün Telmanın üzünü yaxşı görməmişdir. Zərərçəkmiş şəxs2 ona X7u xidmət etdiyi hərbi hissədə saxlamaq və daha sonra isə tərxis etdirib təqaüdə çıxartmaq məqsədilə avtomobildə N manat pul vermişdir. O, 3 ay müddətində Röyal İbrahimovun işini düzəldəcəyinə söz vermiş, bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oradan çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs2 aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləməyə başlamış, onun heç bir yerdə tanışı və vəzifəli adamı olmadığı üçün o, iş düzəltmək fikrində olmamış, sadəcə olaraq özünə pul lazım olduğu üçün özünü iş görən adam kimi tanıtmışdır. Bundan sonra Röyal İbrahimovun anası kimi özünə təqdim edən adını bilmədiyi bir nəfər qadın bir neçə dəfə onun mobil telefonuna zəng edib övladının işi ilə maraqlanmış və o, da həmin qadına hər dəfə müxtəlif bəhanələr gətirərək tez bir zamanda işlərinin düzələcəyini bildirmişdir, lakin vədinə əməl etməyib iş düzəltməmiş və hər hansı bir işin düzəlməsi üçün kiməsə heç bir söz deməmişdir. Bundan sonra şəxsi ehtiyacları üçün pul lazım olduğuna görə Zərərçəkmiş şəxs1 yalandan bildirmişdir ki, vətəndaşlara təqaüd düzəltməyi də bacarır. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 özünə və həyat yoldaşı Şahid1 təqaüd düzəltdirmək istədiyini bildirmişdir. O, da Eldənizə 5500 manat pulun müqabilində Eldənizin özünə və həyat yoldaşına təqaüd düzəldə biləcəyini bildirmişdir. Eldəniz etiraz etməyib onunla razılaşmışdır. 2019-cu ilin noyabr ayında yaşadığı evdə olan vaxt Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 ilə birlikdə onun yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsində yerləşən evinə gəlmişlər. Həmin vaxtı həyat yoldaşı, qızının yanında Zərərçəkmiş şəxs1 özünə və həyat yoldaşı Şahid1 təqaüd düzəltdirmək məqsədilə ona 5500 manat pul vermişdir. O, da həmin puldan 300 manatı qaytarıb Zərərçəkmiş şəxs1 özünə qaytarmış və yerdə qalan 5N manat pulu isə özü götürmüşdür. O, 3 ay müddətində Eldənizə və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. Bundan sonra Eldənizgil onların evindən çıxıb getmişlər. Lakin həmin pulu o, heç kimə vermək fikrində olmamış, kiməsə təqaüd düzəltmək fikrində olmamışdır. Sadəcə olaraq şəxsi ehtiyacları üçün xərcləmək məqsədilə yalandan təqaüd düzəltmək məqsədilə Eldənizdən pul almış və aldığı 5N manat məbləğində pulu da öz şəxsi ehtiyacları, övladının müalicəsi üçün xərcləmişdir. Bundan sonra 2019-cu ilin dekabr ayının axırlarında yenə də şəxsi ehtiyacları üçün ona pul lazım olduğuna görə Zərərçəkmiş şəxs1 zəng edib tanışlarından kiminsə təqaüd düzəltmək istəyib-istəmədiyini soruşmuşdur. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 ona zəng edib qonşusu, əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 və həyat yoldaşının da təqaüd düzəltmək fikrində olduqlarını bildirmişdir. O, da etiraz etməyib razılaşmışdır. Bundan sonra 2020-ci ilin fevral ayının əvvəllərində, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs1lə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlı kafenin yanında görüşmüş, sonuncu ona qonşusu Zərərçəkmiş şəxs3 və həyat yoldaşı üçün təqaüd düzəltmək məqsədilə 5500 manat pul vermişdir. O, da həmin puldan 300 manatı qaytarıb Zərərçəkmiş şəxs1 özünə vermiş və yerdə qalan 5N manat pulu götürüb cibinə qoymuşdur. O, Eldənizə 3 ay müddətində qonşusu Zərərçəkmiş şəxs3 və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 sağollaşaraq ondan ayrılıb çıxıb getmişdir. Lakin həmin pulu o, heç kimə vermək fikrində olmamış, kiməsə təqaüd düzəltmək fikrində olmamışdır. Sadəcə olaraq şəxsi ehtiyacları üçün xərcləmək məqsədilə yalandan təqaüd düzəltmək məqsədilə Eldənizdən pul almış və aldığı 5N manat məbləğində həmin pulu da öz şəxsi ehtiyacları, övladının müalicəsi üçün xərcləmişdir. Onun dələduzluq cinayəti törətməyi barədə Novruz Əzizovun əvvəlcədən məlumatı olmamış, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirtmək üçün Novruz Əzizovla əvvəlcədən aralarında hər hansı bir razılaşma və danışıq olmamışdır. Sadəcə olaraq Novruz Əzizova özünü iş adamı kimi tanıtdığı üçün sonuncu onun mobil telefon nömrəsini Zərərçəkmiş şəxs1 vermişdir ki, bəlkə o, kiminsə işini düzəldə bilər. O, Novruz Əzizovun yaşadığı ünvanı bilməmiş, təxminən 2 il olar ki, sonuncu ilə əlaqə saxlamadığı üçün mobil telefon nömrəsini də bilmir. Onun dələduzluq cinayəti törətməyi barədə Zərərçəkmiş şəxs1 əvvəlcədən məlumatı olmamış, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirtmək üçün Zərərçəkmiş şəxs1lə əvvəlcədən aralarında hər hansı bir razılaşma və danışıq olmamışdır. Sadəcə olaraq Zərərçəkmiş şəxs1 özünü iş adamı kimi tanıtdığı üçün Eldəniz onun köməkliyi ilə iş düzəltməyi xahiş etmiş, o, da iş düzəltmək məqsədilə Zərərçəkmiş şəxs1 hər dəfə aldığı puldan 300 manatı Zərərçəkmiş şəxs1 əziyyət çəkib maşın sürüb Gəncə şəhərinə gəldiyinə görə sonuncunun özünə qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş bütün zərəri ödəmişdir, əməlindən peşmandır, buna görə də barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 İsrail oğlu ifadəsində göstərmişdir ki, X5 onun qardaşıdır. Röyal İbrahimov 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, ilk hərbi xidmət dövrünü Bakı şəhər Biləcəri qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə keçmişdir. Röyal İbrahimovun ürək çatışmazlığı və belində yırtıq olduğu üçün qərara gəlmişlər ki, Röyal İbrahimovu xidmət etdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən həmin «N» saylı hərbi hissədə saxlasınlar. O, həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edən vaxt sonuncudan bu işdə onlara köməklik edən tanışının olub-olmadığını soruşanda Zərərçəkmiş şəxs1 bununla əlaqədar maraqlanmış, daha sonra onlara bildirmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs onlara bu işdə köməklik edə bilər və X7un xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən həmin «N» saylı hərbi hissədə saxlaması üçün N manat pul istəyir. Həmin vaxt o, işləyib pul qazandığı üçün evində özünə məxsus pulu olduğuna görə qardaşının işinin düzəlməsini istəmişdir. Bundan sonra 2019-cu ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə qardaşı Elman İbrahimovla birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2107 markalı, **-LD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərinə gəlmişlər, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlı kafenin yanında Təqsirləndirilən şəxslə görüşmüşlər. Təqsirləndirilən şəxs qardaşını xidmət etdiyi hərbi hissədə saxlayacağını, təxris olunqduqdan soğna təqaüdə çıxartdıracağına söz vermişdir. Bundan sonra X7un xəstəliyi ilə bağlı sənədlərin surətini və Röyal İbrahimovu xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə saxlamaq məqsədilə o, özünə məxsus N manat pulu qardaşı Elman İbrahimov və Zərərçəkmiş şəxs1 yanında sonuncunun avtomobilinin içərisində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 3 ay müddətində Röyal İbrahimovun işini düzəldəcəyinə söz versə də vədinə əməl etməyib onu aldatmışdır. Bundan sonra dəfələrlə o və anası Şahid3 Təqsirləndirilən şəxs zəng edib işləri barədə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda qardaşının işini həll edəcəyini bildirsə də sonradan vədinə əməl etməmişdir. Artıq Təqsirləndirilən şəxs onu aldadaraq etibarından sui-istifadə edib N manat məbləğində pulunu ələ keçirtdiyini başa düşüb sonuncunun barəsində 2021-ci ilin fevral ayında Kəpəz Rayon Polis İdarəsinə gəlib şikayət ərizəsi yazmışdır. X7 xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə yox, Sumqayıtda yerləşən hərbi hissədə xidmətini davam etdirmiş və 2021-ci ilin iyul ayında təxris olunmuşdur. Təqsirləndirilən şəxsX7u xidmət etdiyi hərbi hissədə saxlamaq məqsədilə aldadaraq onun N manat pulunu ələ keçirdərək dələduzluq etmiş, həmin məbləğdə pullar onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs X7u xidmət etdiyi hərbi hissədə saxlamaq məqsədilə ondan N manat pul alan vaxt həmin pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də Müdafiə Nazirliyində tanışlarının olduğunu, əlaqələri geniş olduğu üçün tez bir zamanda onun işini düzəldəcəyinə söz vermiş, o, da Təqsirləndirilən şəxs sözlərinə inanmışdır. Təqsirləndirilən şəxs ona dəymiş həcmdə ziyanı ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. X2 tanıyır, onunla bir kənddə yaşayır. 2019-cu ilin oktyabr ayında Röyal İbrahimov hərbi xidmətdə olan vaxt sonuncunun ürək çatışmazlığı və belində yırtıq olduğu üçün anası Şahid3 bir kəndçi kimi ondan Röyal İbrahimovu xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə saxlamaqda köməklik etməyə tanışının olub-olmadığını soruşanda o, istifadəsində olan ***-***-**-** saylı mobil telefonu ilə Sumqayıtda yaşayan hazırda mobil telefon nömrəsini xatırlamadığı «Bakı Press» qəzetinin baş redaktoru Novruz Əzizovla telefon əlaqəsi saxlamışdır. Novruz Əzizovdan həmkəndlisi Röyal İbrahimovun xidmət etdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə saxlamaqda köməklik etməsini xahiş edəndə Novruz Əzizov ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermiş, Təqsirləndirilən şəxs geniş əlaqələrinin olduğunu və bu məsələdə onlara köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsinə zəng edib həmkəndlisi Röyal İbrahimovun ürək çatışmazlığı və belində yırtıq olduğu üçün xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə saxlamaqda köməklik etməsini xahiş edəndə Təqsirləndirilən şəxs üzbəüz danışmaq üçün onu Gəncə şəhərinə çağırmışdır. O, əvvəllər tanımadığı, ilk dəfə görüşdüyü Təqsirləndirilən şəxslə söhbət edən vaxt sonuncu Röyal İbrahimovu xidmət etdiyi hərbi hissədə saxlamaq, daha sonra isə Röyal İbrahimovu təxris etdirib təqaüdə çıxartmaq məqsədilə N manat pul istəmişdir. Sonra 2019-cu ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə o, həmkəndliləri Şahid3 oğlanları Elman və Telmanla birlikdə idarə etdiyi VAZ-2107 markalı, **-LD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhərinə gəlmişlər, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlı kafenin yanıda Təqsirləndirilən şəxslə görüşmüşlər, Röyal İbrahimovun xəstəliyi ilə bağlı sənədlərin surətini və sonuncunu xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə saxlamaq məqsədilə N manat pulu ona məxsus avtomobilin içərisində Elman və Telmanla birlikdə Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs 3 ay müddətində Röyal İbrahimovun işini düzəldəcəyinə söz vermişdir. Həmin vaxt o. Təqsirləndirilən şəxslə söhbət edən vaxt sonuncu onun alın nahiyəsində tikiş izini görüb nə olduğunu soruşanda o, azyaşlı olan vaxt baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və almış olduğu xəsarətlə əlaqədar olaraq həkimlər tərəfindən 33 tikiş qoyulduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu xəstəliklə bağlı təqaüdə çıxarda biləcəyini demişdir. Hətta Təqsirləndirilən şəxslə söhbət əsnasında həyat yoldaşı Şahid1 Mehdi qızının da dörd dəfə qarın boşluğundan və yırtıqdan əməliyyat olduğunu bildirəndə Təqsirləndirilən şəxs 7000 manat pulun müqabilində ona və həyat yoldaşına təqaüd düzəldə biləcəyini, 300 manatdan artıq təqaüd alacaqlarını, bununla bağlı təqaüd kartı onlara veriləndə isə gecikmiş 6 ayın təqaüdünü də alacaqlarını onlara bildirmişdir. Təqsirləndirilən şəxs 3 ay müddətində ona və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ayrılıb yaşadıqları Tovuz rayonuna getmişlər. O, Təqsirləndirilən şəxs təqaüd düzəltmək məqsədilə ona təklif etdiyi fikirləri həyat yoldaşı Şahid1 danışmış və Təqsirləndirilən şəxs dediklərinə inanmışdır. Həmin vaxt evində özü işləyib qazandığı pulu olduğu üçün özünə və həyat yoldaşı Şahid1 təqaüd düzəltmək qərarına gəlmişdir. 2019-cu ilin noyabr ayında həyat yoldaşı Şahid1 ilə birlikdə Gəncə şəhərinə gəlib Təqsirləndirilən şəxs yaşadığı Sadıllı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsində yerləşən evinə gəlmişlər, Təqsirləndirilən şəxs yaşadığı evdə sonuncunun ailə üzvlərinin və həyat yoldaşı Şahid1 yanında ona və həyat yoldaşına təqaüd düzəltmək məqsədilə özünə məxsus 7000 manat pulu, sənədlərin surətini Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs də 3 ay müddətində ona və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayanda sonuncu ilin sonu olduğu üçün pensiya düzəltmək istəyən tanışlarına təqaüd düzəldə biləcəyini bildirmişdir. O, da qohumları, tanışları və qonşuları ilə bu barədə maraqlananda onunla qonşulaqda yaşayan Zərərçəkmiş şəxs3 təqaüdə çıxmaq istədiyini, eyni zamanda arvadı Şahid2 Bahadur qızını da təqaüdə çıxartmaq istədiyini bildirmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs3 və arvadı Şahid2 Bahadur qızının sənədlərini, təqaüd düzəltmək məqsədilə Təqsirləndirilən şəxs çatacaq N manat məbləğində pulu götürüb Gəncə şəhərinə gəlmiş, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlı kafenin yanıda Təqsirləndirilən şəxslə görüşmüş, onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 və arvadı Şahid2 Bahadur qızma təqaüd düzəltmək məqsədilə Zərərçəkmiş şəxs3 ona verdiyi Təqsirləndirilən şəxs çatacaq N manat məbləğində pulu Təqsirləndirilən şəxs özünə vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs işin düzəlməsi üçün ondan yerdə qalan 5000 manat pulu istədiyi üçün o, Zərərçəkmiş şəxs3 özünə və arvadı Nigar Rzayevə təqaüd düzəltmək məqsədilə ona verdiyi 5000 manat pulu həyat yoldaşı Şahid1 ilə birlikdə Gəncə şəhərinə gəlib Təqsirləndirilən şəxs yaşadığı Sadıllı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsində yerləşən evində sonuncunun özünə vermişdir. Həmin vaxt onların yanında həyat yoldaşı Şahid1 və sonuncunun ailə üzvləri, yəni həyat yoldaşı, qızı olmuşdur. Təqsirləndirilən şəxs qısa bir müddət ərzində ona, həyat yoldaşına, o cümlədən qonşularına təqaüd düzəldəcəyinə, təqaüd kartlarını alacaqlarını bildirdiyi üçün o, Təqsirləndirilən şəxs sözlərinə inanmış və çıxıb evlərinə getmişlər. Lakin bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng edib işləri barədə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda təqaüd düzəldirəcəyini bildirsə də sonradan vədinə əməl etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları aldadaraq etibarından sui-istifadə edib pullarını ələ keçirdərək onlara qarşı dələduzluq etdiyini başa düşüb bu barədə məcbur qalıb 2021-ci ilin fevral ayında Kəpəz Rayon Polis İdarəsinə gəlib şikayət ərizəsi yazmışdır. Röyal İbrahimovu xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə saxlaması məqsədilə Təqsirləndirilən şəxs N manat məbləğində pulu ələ keçirtsə də vədinə əməl etməmiş, Röyal İbrahimov xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə yox, Sumqayıtda yerləşən hərbi hissədə xidmətini davam etdirmiş və 2021-ci ilin iyul ayında təxris olunmuşdur. Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid1 təqaüd düzəltmək məqsədilə onun 7000 manat pulunu ələ keçirdərək dələduzluq etmiş, həmin məbləğdə pullar onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxstəqaüd düzəltmək məqsədilə ondan aldığı pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də Nazirlikdə tanışlarının olduğunu, əlaqələri geniş olduğu üçün tez bir zamanda işlərini düzəldəcəyinə söz vermişdir. O, da Təqsirləndirilən şəxs sözlərinə inanıb əvvəlcə qonşusu Röyal İbrahimovun xidmət etdiyi hərbi hissədə saxlanılması üçün sonuncunun qardaşları Elman və Telmanla birlikdə Təqsirləndirilən şəxs N manat məbləğində pul vermişlər, daha sonra özünə və həyat yoldaşı Şahid1 təqaüd düzəltmək məqsədilə özünə məxsus 7000 manat məbləğində pulu aparıb Təqsirləndirilən şəxs vermiş, bundan sonra isə Zərərçəkmiş şəxs3 özünə və arvadı Nigar Rzayevə təqaüd düzəltmək məqsədilə Zərərçəkmiş şəxs3 ona verdiyi 7000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. O, əgər Təqsirləndirilən şəxs dələduz olduğunu, onları aldadıb pullarını ələ keçirtmək fikri olduğunu bilsəydi sonuncuya pul verməzdi, eyni zamanda Zərərçəkmiş şəxs3 ona verdiyi pulları aparıb Təqsirləndirilən şəxs verməzdi. Təqsirləndirilən şəxs ona dəymiş həcmdə ziyanı ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Kamaz” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə vətəndaşların ağır yüklərini daşıyıb pul qazanmaqla ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu ilə qonşuluqda yaşayır, münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təqaüd düzəltməklə məşğuldur və təqaüd düzəltmək istəyib-istəmədiyini ondan soruşanda o, özünə və həyat yoldaşı Şahid2 təqaüd düzəltdirməyə razılıq vermişdir. Zərərçəkmiş şəxs1 həyat yoldaşı və ona təqaüd düzəldirmək üçün Təqsirləndirilən şəxs 7000 manat pul istədiyini ona deyəndə o, imkanı olmadığını, kredit götürüb təqaüd düzəltdirəcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 tez bir zamanda təqaüd düzəldirmək üçün Təqsirləndirilən şəxs pul çatması üçün ondan pul istədiyinə görə, o, həmkəndlisi X4 N manat məbləğində pul götürüb həmin məqsədlə Təqsirləndirilən şəxs çatması üçün Zərərçəkmiş şəxs1 vermişdir. 03 fevral 2020-ci il tarixdə isə ailəsinin qızıllarını Tovuz rayonunda yerləşən "xxxx" BOKT ASC-yə girov qoyub həyat yoldaşı Şahid2 adına 8000 manat məbləğində pul götürmüşlər, həm özünə, həm də həyat yoldaşı Şahid2 təqaüd düzəltmək məqsədilə Təqsirləndirilən şəxs aparıb verməsi üçün 5000 manat məbləğində pulu qonşusu Zərərçəkmiş şəxs1 vermişlər. Həmin kredit borcunu hər ay onun özü işləyib ödəməyə başlamışdır. Zərərçəkmiş şəxs1 dediyinə görə Təqsirləndirilən şəxs 3 ay müddətində ona və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs vəd etdiyi tarix gəlib bitsə də sonuncu vədinə əməl etməmiş, ona və həyat yoldaşı Şahid2 təqaüd düzəltməmişdir. Bundan sonra o, dəfələrlə Zərərçəkmiş şəxs1lə əlaqə saxlayıb işinin nə yerdə olduğunu maraqlananda Zərərçəkmiş şəxs1 təqaüd düzəldən şəxslə danışdığını, həmin şəxsin işinin tez bir zamanda düzəldəcəyini, təqaüd kartı alacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldadaraq etibarından sui-istifadə edib pulunu ələ keçirdərək ona qarşı dələduzluq etdiyini başa düşmüş, lakin o, Təqsirləndirilən şəxs görməmiş, ona və həyat yoldaşına təqaüd düzəltmək məqsədilə ümumilikdə 7000 manat məbləğində pulunu Eldəniz Mirzyevə verdiyi üçün məcbur qalıb 2021-ci ilin fevral ayında Tovuz rayon Prokuroluğuna gedib Zərərçəkmiş şəxs1 barəsində şikayət ərizəsi yazmışdır. O, özünə və həyat yoldaşı Şahid2 təqaüd düzəltmək məqsədilə aparıb Təqsirləndirilən şəxs çatdırması üçün Zərərçəkmiş şəxs1 ümumilikdə 7000 manat məbləğində pul vermişdir. Belə ki N manat məbləğində pulu həmkəndlisi X4 alıb vermiş, 5000 manat məbləğində pulu isə ailəsinin qızıllarını girova qoyub həyat yoldaşı Şahid2 adına kredit götürüb vermiş, 5000 manat məbləğində pulu həyat yoldaşı lombarddan götürsə də hər aylıq ödənişi onun özü ödəmiş, baş vermiş dələduzluq cinayəti nəticəsində ona maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs görməmiş, sonuncu tanımır, sonuncu ilə hər hansı bir üsulla əlaqə saxlamamış və Təqsirləndirilən şəxs ona təqaüd düzəltmək məqsədilə hər hansı bir təklif etməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş həcmdə ziyanı ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X5 onun oğludur. Röyal İbrahimov 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, ilk hərbi xidmət dövrünü Bakı şəhər Biləcəri qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə keçitmişdir. Röyal İbrahimovun ürək çatışmazlığı və belində yırtıq olduğu üçün onlar qərara gəlmişlər ki, Röyal İbrahimovu xidmət etdiyi Bakı şəhər Biləcəri qəsəbəsində yerləşən həmin «N» saylı hərbi hissədə saxlasınlar. Bu barədə həmkəndlisi Zərərçəkmiş şəxs1 bu işdə onlara köməklik edən tanışının olub-olmadığını soruşanda Zərərçəkmiş şəxs1 bununla əlaqədar maraqlanmış, daha sonra sonuncu onlara bildirmişdir ki, tanışı «Bakı Press» qəzetinin baş redaktoru Novruz Əzizovun vasitəsilə tanıdığı Gəncə şəhər sakini Təqsirləndirilən şəxsonlara bu işdə köməklik edə bilər və X9un xidmət etdiyi Bakı şəhər Biləcəri qəsəbəsində yerləşən həmin «N» saylı hərbi hissədə saxlaması üçün N manat pul istəyir. Həmin vaxt digər oğlu Zərərçəkmiş şəxs2 özü işləyib pul qazandığı üçün özünə məxsus pulu olduğunu ona bildirmiş və onlar Röyal İbrahimovun işini düzəltmək qərarına gəlmişlər. Bundan sonra 2019-cu ilin oktyabr ayında, gününü dəqiq bilmədyi tarixdə oğlanları Elman İbrahimov və Zərərçəkmiş şəxs2 həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2107 markalı, **-LD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərinə gəlmişlər, Gəncə şəhərində Təqsirləndirilən şəxslə görüşüb X9un xidmət etdiyi hərbi hissədə saxlamaq məqsədilə N manat pulu Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs 3 ay müddətində Röyal İbrahimovun işini düzəldəcəyinə, hətta oğlu təxris olunqduqdan sonra təqaüdə çıxartıracağına da söz vermişdir. Lakin Təqsirləndirilən şəxs 3 ay müddətində Röyal İbrahimovun işini düzəldəcəyinə söz versə də vədinə əməl eməyib onları aldatmışdır. Bundan sonra dəfələrlə o, Təqsirləndirilən şəxs zəng edib işləri barədə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda oğlunun işini həll edəcəyini, əks halda pulunu qaytaracağına söz versə də sonradan vədinə əməl etməmişdir. Artıq Təqsirləndirilən şəxs onları aldadaraq etibarından suiistifadə edib N manat məbləğində pullarını ələ keçirtdiyini başa düşmüşlər. Bundan sonra oğlu Zərərçəkmiş şəxs2 2021-ci ilin fevral ayında Kəpəz Rayon Polis İdarəsinə gəlib Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. X9 xidmət etdiyi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə yox, Sumqayıtda yerləşən hərbi hissədə xidmətini davam etdirmiş və 2021-ci ilin iyul ayında təxris olunmuşdur. Təqsirləndirilən şəxsRöyal İbrahimovu xidmət etdiyi hərbi hissədə saxlamaq məqsədilə aldadaraq digər oğlu Zərərçəkmiş şəxs2 N manat pulunu ələ keçirdərək dələduzluq etmiş, həmin məbləğdə pullar Zərərçəkmiş şəxs2 özünə məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. 2019-cu ilin noyabr ayında yaşadığı evdə olan vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, «Bakı Press» qəzetinin baş redaktoru Novruz Əzizovun vasitəsilə tanıdığı Təqsirləndirilən şəxsilə görüşüb söhbət edən vaxt Təqsirləndirilən şəxs 7000 manat pulun müqabilində həyat yoldaşına və ona təqaüd düzəltməkdə köməklik edə biləcəyinə söz vermişdir. O, da Təqsirləndirilən şəxs dediklərinə inanıb buna etiraz etməmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayında həyat yoldaşı Zərərçəkmiş şəxs1lə birlikdə Gəncə şəhərinə gəlib Təqsirləndirilən şəxs yaşadığı Sadıllı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsində yerləşən evinə getmişlər, Təqsirləndirilən şəxs yaşadığı evdə sonuncunun ailə üzvlərinin yanında ona və həyat yoldaşı Zərərçəkmiş şəxs1 təqaüd düzəltmək məqsədilə Zərərçəkmiş şəxs1 özünə məxsus 7000 manat pulu, sənədlərin surətini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də 3 ay müddətində ona və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs ilin sonu olduğu üçün pensiya düzəltmək istəyən tanışlarına təqaüd düzəldə biləcəyini bildirdiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs1 qohum, tanış və qonşularla bu barədə maraqlananda onlarla qonşulaqda yaşayan Zərərçəkmiş şəxs3 təqaüdə çıxmaq istədiyini, eyni zamanda arvadı Şahid2 Bahadur qızını da təqaüdə çıxartmaq istədiyini bildirmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs3 və arvadı Şahid2 Bahadur qızının sənədlərini, təqaüd düzəltmək məqsədilə Təqsirləndirilən şəxs çatacaq N manat məbləğində pulu həyat yoldaşı Zərərçəkmiş şəxs1 gətirib Gəncə şəhərində Təqsirləndirilən şəxslə görüşüb sonuncuya vermişdir. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs işin düzəlməsi üçün yerdə qalan 5000 manat pulu da istədiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 özünə və arvadı Şahid2 təqaüd düzəltmək məqsədilə verdiyi 5000 manat pulu Zərərçəkmiş şəxs1 onunla birlikdə Gəncə şəhərinə gəlib Təqsirləndirilən şəxs yaşadığı Sadıllı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsində yerləşən evində sonuncunun özünə vermişlər. Həmin vaxt onların yanında Təqsirləndirilən şəxs ailə üzvləri, yəni həyat yoldaşı, qızı da olmuşdur. Təqsirləndirilən şəxs qısa bir müddət ərzində ona, həyat yoldaşına təqaüd düzəldəcəyinə, təqaüd kartlarını alacaqlarını bildirdiyi üçün onlar Familin sözlərinə inanmışlar. Lakin bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng edib işləri barədə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda təqaüd düzəltdirəcəyini bildirsə də sonradan vədinə əməl etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldadaraq etibarından sui-istifadə edib pullarını ələ keçirdərək onlara qarşı dələduzluq etdiyini başa düşmüşlər, həyat yoldaşı Zərərçəkmiş şəxs1 məcbur qalıb 2021-ci ilin fevral ayında Kəpəz Rayon Polis İdarəsinə gəlib Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Əyyublu kənd 1 saylı orta məktəbdə laborant işləyir. Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır, sonuncu özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə yük daşımaqla məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu onlarla qonşuluda yaşayır, münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır.2020-ci ilin yanvar ayında yaşadığı evdə olan vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs3 evə gəlib ona bildirmişdir ki, onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 tanımadığı, adını bilmədiyi şəxsin vasitəsilə 7000 manat pulun müqabilində həyat yoldaşı Zərərçəkmiş şəxs3 və ona təqaüd düzəltdirməyi təklif etmişdir. O, da etiraz etməyib razılaşmış və qərara gəlmişlər ki, kredit götürüb təqaüd düzəltdirsin. Lakin Zərərçəkmiş şəxs1 tez bir zamanda həmin şəxsə pul çatdırmasını bildirdiyi üçün həyat yoldaşı həmkəndlisi X4 N manat məbləğində pul götürüb həmin məqsədlə Təqsirləndirilən şəxs çatması üçün Zərərçəkmiş şəxs1 vermişdir. 03 fevral 2020-ci il tarixdə isə ailəsinin qızıllarını Tovuz rayonunda yerləşən "xxxx" BOKT ASC-yə girov qoyub onun adına 8000 manat məbləğində pul götürmüşlər, həm özünə, həm də həyat yoldaşı Zərərçəkmiş şəxs3 təqaüd düzəltmək məqsədilə Təqsirləndirilən şəxs aparıb verməsi üçün 5000 manat məbləğində pulu qonşusu Zərərçəkmiş şəxs1 vermişlər. Həmin kredit onun adına sənədləşdirilib götürülsə də kredit borcunu hər ay həyat yoldaşı Zərərçəkmiş şəxs3 özü işləyib ödəmişdir. Zərərçəkmiş şəxs1 dediyinə görə, Təqsirləndirilən şəxs 3 ay müddətində ona və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs vəd etdiyi tarix gəlib bitsə də sonuncu vədinə əməl etməmiş, ona və həyat yoldaşı Zərərçəkmiş şəxs3 təqaüd düzəltməmişdir. Bundan sonra onlar dəfələrlə Zərərçəkmiş şəxs1lə əlaqə saxlayıb işlərinin nə yerdə olduğunu maraqlananda Zərərçəkmiş şəxs1 təqaüd düzəldən şəxslə danışdığını, həmin şəxsin işlərini tez bir zamanda düzəldəcəyini, təqaüd kartı alacaqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldadaraq etibarından sui-istifadə edib pullarını ələ keçirdərək dələduzluq etdiyini başa düşmüşlər, lakin onlar Təqsirləndirilən şəxs görmədikləri üçün ona və həyat yoldaşına təqaüd düzəltmək məqsədilə ümumilikdə 7000 manat məbləğində pulu həyat yoldaşı Zərərçəkmiş şəxs3 aparıb qonşusu Eldəniz Mirzyevə verdiyi üçün həyat yoldaşı məcbur qalıb 2021-ci ilin fevral ayında Tovuz rayon Prokuroluğuna gedib Zərərçəkmiş şəxs1 barəsində şikayət ərizəsi yazmışdır. Baş vermiş dələduzluq cinayəti nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs3 ümumilikdə 7000 manat məbləğində maddi ziyan dəymişdir. Çünki bankdan onun adına götürülmüş kreditin pulunu hər ay həyat yoldaşı Zərərçəkmiş şəxs3 özü ödəmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs1 telefon danışığı zamanı Zərərçəkmiş şəxs1 təqaüd düzəltməkdə ona köməklik etməsi üçün Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 pul verdiyini bildirir. Zərərçəkmiş şəxs1 isə pulu aldığını və köməklik edəcəyini etiraf edir. Videoyazı formatında olan fayla baxış keçirilərkən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 işinin düzəlmədiyinə görə pulunu tələb edir. Şübhəli şəxsi tutma haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus pul vəsaitini ələ keçirməklə onlara müxtəlif məbləğlərdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair ifadələr, o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hər birinin 7000 manat pulunu yox, 5500 manat pulunu almasına dair ifadələr və aldığı pulun bir hissəsini Zərərçəkmiş şəxs1 verməsinə dair ifadələr özünümüdafiə xarakterli olmaqla, zərərçəkmiş şəxslərin və şahidlərin bir-biri ilə üst-üstə düşən və həqiqiliyi şübhə doğurmayan ətraflı ifadələri ilə tam təkzib olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun N3-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ali Məhkəmənin Hərbi Kollegiyasının 12 avqust 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93-8-ci maddəsinin 3-cü hissəsi, 255ci maddəsinin “b2 bəndi 172-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətinə sınaq müddəti müəyyən edilməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.12.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 22.07.2016-cı ildə Azərbaycan Respublikasının Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.5 və 1.8-ci bəndlərinə əsasən islah işləri cəzasından və cərimə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsn oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olacaqdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 avqust 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 180 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə başqa məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 11 ay (on bir) ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 180 (yüz səksən) manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-205/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-205/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver