Məhkəmə qərarları › İş №1(043)-207/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-207/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-207/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: 15.03.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 16.03.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 15.03.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3 15 nömrəli bina, Gəncə şəhəri, X13 Vağzalı ünvanlarında, 16.03.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3 15 nömrəli bina, Samux rayonu, İnstitut qəsəbəsi ünvanlarında, 17.03.2021-ci il tarixdə saat 09 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3 15 nömrəli bina ünvanlarında, 18.03.2021-ci il tarixdə saat 10 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 6ixdə saat 11 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7ixdə saat 11 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib Gəncə şəhəri, Gəncə AMEA Vəli Xuluflu küçəsi, ünvan 8 ünvanlarında, 21.03.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 9ixdə saat 21 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 10adələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 11 əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında arvadı X6 və 2 azyaşlı uşağı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əsasən oteldə xidmətçi işləməklə pul qazanıb ailəsini dolandırmışdır. 13 mart 2021-ci il tarixdə o, dostunun nənəsinin dəfn mərasimində iştirak etdikdən sonra 14 mart 2021-ci il tarixdən etibarən özündə halsızlıq hiss etməyə başlamış, hərarəti 39 dərəcəyə qalxmışdır. Səhəri günü, yəni, 15 mart 2021-ci il tarixdə, saat təxminən 10 radələrində o, müayinə olunmaq, həmçinin koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün Gəncə şəhər 1 nömrəli A.Səhhət adına xəstəxanaya gedərək orada şikayətlərini bildirmiş və ondan koronavirusla bağlı burnundan yaxma üsulu ilə nümunə götürülmüşdür. O, hərbi xidmətdə olarkən sanitar təlimatçı olduğundan bir qədər xəstəliklərdən anlayışı olduğu üçün dəfn mərasimində iştirak etdiyinə görə koronavirusa yoluxduğundan şübhələnmiş və buna görə həmin günü A.Səhhət adına xəstəxanada koronavirusla bağlı ona sistem köçürülmüş və müəyyən dərmanlar yazılmışdır. Xəstəxanadan çıxdıqdan sonra isə ona yazılan dərmanları alaraq yaşadığı evə getmişdir. Səhəri günü, yəni, 16 mart 2021-ci il tarixdə onun istifadəsində olan ********** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan gələn mesajdan öyrənmişdir ki, onun koronavirus testinin nəticəsi pozitiv çıxmış, yəni koronavirus infeksiyasına yoluxmuşdur. Həmçinin mesaj mətnində qeyd olunmuşdur ki, o və ailə üzvləri yaşayış yerini tərk etməməli, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət cəlb oluna biləcəyi barədə xəbərdarlıq da yazılmışdır. Buna baxmayaraq ona yazılan dərmanların içərisində onun üçün gün ərzində 1 dəfə olmaqla 7 ədəd sistem köçürülməsi nəzərdə tutulduğundan və həmin sistemi köçürmək üçün evdə heç kimin olmadığından məcburiyyət qarşısında qalaraq 16 mart 2021-ci il tarixdən etibarən A.Səhhət adına xəstəxanaya gedərək orada 15 mart 2021-ci il tarixdə ona sistem köçürən həkimə təxminən 22 mart 2021-ci il tarixədək sistem köçürtməyə başlamışdır. O, xəstəxanaya tək getmişdir. Həmin ərəfələrdə, təxminən 20 mart 2021ci il tarixdə isə günorta saatlarında o, arvadı Məhsəti Sadıqova ilə birlikdə “Bayraq Meydanı”nın yanındakı aptekə getmişlər və oradakı “Kontakt-Home” mağazasının qarşısındakı apteklərin birindən lazım olan dərmanı alıb evlərinə qayıtmışlar. Onun sistemləri qurtardıqdan sonra, yəni 23 mart 2021-ci il tarixdən etibarən o müalicəsini evdə davam etdirmiş və bir daha evi tərk etməmişdir. Bundan sonra təxminən 31.03.2021-ci il tarixdə isə “İTS.GOV.AZ” saytından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə gələn mesajda evdə özünü təcrid müddətinin bitdiyini, yəni sağaldığını öyrənmişdir. Bundan sonra o, evi tərk etməyə başlamışdır. Evi yalnız sistem köçürülməsi və dərman almaq üçün tərk etmişdir. Telefon izləmə məlumatlarında göstərilən digər yerlərə isə getməmişdir. Eyni telefonu həya yoldaşı ilə birlikdə istifadə etdiyi üçün həyat yoldaşının getdiyi yerlər izlənmə məlumatlarında öz əksini tapmışdır. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 13imi vəzifəsində işləyir və ixtisasca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “L-selenometionin”, “Vitamin D3” və “Parasetamol” dəman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdiyimiz tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən bizə daxil olmuş məlumata əsasən poliklinikanın ərazısındə yaşayan sakin, Gəncə şəhəri, 4-cü mikrorayon 2 saylı yataqxanada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişdirlər. 15.03.2021-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə onun istifadəsində olan “**********” saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmışdır. Daha sonra 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 29.03.2021-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdən “Covid-19” virusu aşkar edilmiş, həmin tarixdən onun karantin müddəti başlamış və karantin müddəti 29.03.2021-ci il tarixdə başa çatmışdır. Koronavirus xəstəsi 14 gün ərzində yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Hal-hazırkı hadisə üzrə də, Ramil Müsayevin 15.03.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və müalicə almalı idi. Onun 15.03.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməsi koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İş materiallarına əlavə edilmiş 03 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış zamanı müəyyən edildi ki, telefon qara rəngdə olmaqla üzərində Təqsirləndirilən şəxs məxsus ***-******* saylı mobil nömrə vardır. Həmin nömrəyə isə 16 mart 2021-ci il tarixdə “Hörmətli RAMİL SADİQOV. Sizin 15.03.2021-cı il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR.Xahiş olunur, SİZ VƏ ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. İD: **********. Tel 1542” məzmunda, 30 mart 2021-ci il tarixdə isə “Hörmətli RAMİL SADİQOV, Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun.” məzmunda “İTS.GOV.AZ”- dan xəbərdarlıq mesajı gəlmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın xəstə qəbulu kitabına baxış keçirilmiş, həmin kitaba baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının 13,15, 16,18 və 19-da Gəncə şəhəri, A.Səhhət adına xəstəxanaya daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 09.09.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3 15 nömrəli bina, Gəncə şəhəri, X13 Vağzalı ünvanlarında, 16.03.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3 15 nömrəli bina, Samux rayonu, İnstitut qəsəbəsi ünvanlarında, 17.03.2021-ci il tarixdə saat 09 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib jəncə şəhəri, ünvan 5 ünvanlarında, 18.03.2021-ci il tarixdə saat 10 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 6ixdə saat 11 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 7ixdə saat 11 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib Gəncə şəhəri, Gəncə AMEA Vəli Xuluflu küçəsi, ünvan 8 ünvanlarında, 21.03.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 9ixdə saat 21 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 10adələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 14teriallarında olan 11 sentyabr 2021-ci il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd “Ambulator tibbi kitabça” 15.03.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1988-ci təvəllüdülü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 16.03.2021 -ci il tarixdən 19.03.2021-ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ilk günlər xəstənin şikayəti, öskürək, halsızlıq, döş qəfəsində ağrı, tərləmə olmuş, növbəti günlərdə isə deməsinə görə özünü yaxşı hiss etmiş, müalicəsi davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 18 fevral 2019-cu il təvəllüdlü X1 və 06.11.2020-ci il təvəllüdlü X2 valideynləri-atası Təqsirləndirilən şəxs, anası X3r. İbtidai istintaq zamanı “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X5 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X12 Sindromu (X8 Syndrome Coronavirus - MERS-CoV) və X7 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və müalicə aldığı dövrdə digər pozuntulara yol verməməsini şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri CM-58.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar