Məhkəmə qərarları › İş №1(043)-209/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-209/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-209/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 20 dekabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1981-ci il tarixdə Gürcüstanın Saqareco rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, ailəli, himayəsində yetkinlik yaşına çatmayan 4 uşağı olan, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gürcüstanın Saqareco rayonu, Düzəyrəm kəndində qeydiyyatda olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 06.01.2014-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 08.02.2021 -ci il tarixdə, saat 18-19 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda Zərərçəkmiş şəxs3 məxsus QAZ 33021 yük markalı, **-CH-***qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək velosiped, araba, asma mühərrikli velosiped, moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına və mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1 -ci hissəsinin 8-ci bəndinin tələblərinə, eləcə də həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 ci bəndinə əsasən, yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 69-cıı maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinə əsasən, 1.3 nişanlama xəttini kəsib keçməməli olduğu halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilinidarəetməsindən ayırmaqla yol şəraitini nəzərə almadan həmin avtomobili hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi 70 km/saat sürətlə idarə edərək qeyd olunan tələblərə əməl etməyib Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospekti ilə həmin prospektin Z.Hacıyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsində avtomobilin dayanıqlı hərəkətini və bərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlər etməklə idarəetməni itirərək əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlama xəttini kəsərək avtomobili qarşı əks hərəkət zolağına çıxarıb həmin vaxt öz zolağı ilə əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi '‘VAZ 21154” minik markalı, BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobilə, ardınca həmin “VAZ 21154” minik markalı, BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobilin arxası ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “ZAZ 968 MD” minik markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilə dəymiş və ehtiyyatsızlıq nəticəsində “ZAZ 968 MD” minik markalı, **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sablamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən L1-L2 bel fəqərələrinin sol yan çıxıntılarının yerinidəyişmiş sınıqları, sağ baldır nahiyəsinin yarası, sağ diz nahiyəsinin sıyrıqları xəsarətləri yetirməklə, həmçinin çırpıldığı “VAZ 21154" minik markalı, BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 2365 manat. "ZAZ 968 MD” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 550 manat, idarə etdiyi “QAZ 33021” yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 isə 2500 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi baş verdikdən sonra qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, yaxud zərərçəkəni səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ciı hissəsinin tələblərinə əməl etməyib yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, hərəkətlərindən peşman olduğunu bildirərək ifadəsində göstərdi ki, Gürcüstanda anadan olsa da uşaqlıq illərindən Azərbaycan Respublikasında, yəni Gəncə şəhərində böyümüş, burada yaşamışdır. Azərbaycan dilində sərbəst oxuya və yaza bilir. Hazırda ünvan 2 ünvanında qeydiyyata alınmış və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Zərərçəkmiş şəxs3 2-3 ildir ki, arvadı Lalənin kürəkəni vasitəsi ilə tanımış, münasibətləri normaldır. Səbuhinin Gədəbəy rayonunda mərmər sexi var və həmin sexdə qəbir daşları hazırlanır. 2021-ci ilin yanvar ayından Səbuhinin mərmər sexində qəbir daşı düzəltməyə başlamışdır. Sürücülük vəsiqəsi yoxdur. 08.02.2021-ci il tarixdə Gədəbəy rayonunda olarkən Səbuhi özünə məxsus olan Qazel yük markalı ** CH *** qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri İmamzadə kompleksinin aşağı tərəfində Samux rayonu ərazisində yerləşən mərmər sexindən baş daşını götürüb Şəmkir rayonu Könüllü kəndinə aparmasını tapşırmışdır. O, Səbuhiyə məxsus olan Qazel markalı yük avtomobil ilə Gəncə şəhərinə gəlmişdir. Həmin vaxt avtomobili özü idarə etmiş və avtomobildə tək olmuşdur. Saat 15 radələrində Gəncə şəhərinə çatmış və Gəncə şəhərində qəbirdaşını götürmək üçün İmamzadə Kompleksinin yaxınlığına getmişdir. Orada qəbir daşı hazır olmadığına görə qayıdıb “Savxoz Nizami” adlanan dairənin yaxınlığında iş yoşdaşları Arzuman, Mehman və Mansur adlı şəxslərlə kafedə əyləşib çörək yemiş və spirtli içki qəbul etmişdir. Həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur.Oradan Samux rayonuna gedən yolla İmamzadə Kompleksinə gedən yolun kəsişməsinin yaxınlığına gedib tanımadığı bir nəfər şəxsdən perefarator götürmüş və həmin avtomobili idarə edib geri, yəni şəhərə tərəf qayıdarkən cəncə şəhəri Atabəylər prospektində, döngəyə çatmamış avtomobilin maqnitafonu sönmüşdür. Maqnitafonu yenidən işə salmaq istəyərkən diqqəti yayındığına görə avtomobili saatda 70 km sürətlə idarə etmiş, döngədə idarəetməni itirmiş və avtomobil öz zolağı ilə əks istiqamətdə hərəkətdə olan '‘VAZ 21154” minik markalı, BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobilə, ardınca həmin “VAZ 21154” minik markalı, BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobilin arxası ilə hərəkətdə olan “ZAZ 968 MD” minik markalı, **- BG-*** qeydiyyat nişanlı avtomobilə çırpılaraq yolun kənarında dayanmışdır. Həmin vaxt avtomobildən düşüb ZAZ markalı avtomobilin sürücüsünə köməklik göstərib avtomobildən çıxartmışdır. Bundan sonra isə qorxduğu üçün yolun qarşı tərəfindən xatırlamadığı taksi avtomobilinə əyləşib yaşadığı evə getmişdir. Evdə ailə üzvlərinə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Səbuhi və arvadı Lalə evə gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, arvadı Lalənin qardaşı Ceyhun onun əvəzinə özünü sürücü kimi təqdim etmişdir. Ona görə o həm məsuliyyətdən qorxduğu üçün, həm də Azərbaycan Respublikasından deportasiya edilməmək və Səbuhinin yanında işləmək üçün sürücünün Ceyhun olması barədə ifadə vermişdir. Lakin sonradan Səbuhigil hadisənin əslində necə olmasını istintaqa bildirmişlər.Hadisə qəfildən baş verdiyinə görə qarşıdan avtomobillərin gəlməsini görə bilməmiş, ona görə hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamış, hadisə zamanı ZAZ- markalı avtomobilin sürcüsü xəsarət almış, başqa heç kim xəsarət almamışdır. Hadisədən sonra oradan uzaqlaşdığı üçün hadisə yerində kənar adam görməmişdir Səbuhinin həyat yoldaşının kürəkəni şəhid olduğuna görə 40 mərasimi keçirilirmiş, Səbuhinin özü orada lazım olduğundan avtomobili idarə etməsi üçün ona vermişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə başqa heç kim olmamışdır.Törətdiyi əməldən peşman olduğunu və himayəsində yetkinlik yaşına çatmayan 4 uşağının olduğunu ailəyə yeganə qazanc gətirən şəxs olduğunu göstərərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Etibrnamə üzrə idarə etdiyi VAZ-21154 minik markalı, BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 08.02.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi VAZ-21154 minik markalı BB76MC150 qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Atabəylər prospekti ilə aşağı Samux rayonu istiqamətdə hərəkətdə olarkən ani bir vaxtda əks hərəkət istiqaməti ilə işıqsız gələn Qazel markalı, ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün ani bir vaxtda qoşa xətti kəsib dönmə əməliyyatı yerinə yetirdiyini görüb avtomobilin sükanını biraz sağa tərəf çəkmiş, lakin Qazel markalı avtomobilin qabaq sol tərəfi ona məxsus olan avtomobilin sol arxa qanadına dəymişdir. Zərbə nəticəsində avtomobili fırlanıb təxminən 30-35 metr məsafə sürüşdükdən sonra əks hərəkət yolunda səkinin üzərinə çıxıb dayanmışdır. Avtomobildən düşdükdən sonra Qazel markalı avtomobilin ZAZ markalı avtomobillə toqquşduğunu, ZAZ markalı avtomobilin sağ səki daşlarına dəyib dayandığını, Qazel markalı avtomobilin isə sağ səkinin üzərinə çıxıb dayandığını görmüşdür. Hadisə zamanı ZAZ markalı avtomobilin sürücüsü xəsarət aldığına görə hadisə yerinə TTYS-nin avtomobili gəlib tibbi yardım göstərilməsi üçün sürücünü xəstəxanaya aparmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirərkən o özü də iştirak etmiş, sonra isə sərxoşluğun yoxlanılması üçün X3 gedərək yoxlanışdan keçmiş və ayıq olması müəyyən edilmişdir. O, Hadisə zamanı heç bir xəsarət almamış, hadisə zamanı yalnız ZAZ markalı avtomobilin sürücüsü xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənildiyi üçün şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi sahibkar olmaqla qəbir daşları düzəldir. Təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi törətdiyi QAZ-32021 yük markalı ** CH *** qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 08.02.2021 -ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini işçisi Təqsirləndirilən şəxs oğlu törətmişdir. Belə ki, 08.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs xahiş etmişdir ki, QAZ 33021 yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Gəncə şəhərinə qəbir daşı aparsın. İlham həmin gün avtomobili idarə edib Gəncə şəhərinə yola düşmüşdür. Həmin gün axşam saatlarında Gəncə şəhərində dövlət yol polis işçiləri ona zəng edib QAZ 33021 yük markalı, ** CH *** qeydiyyat nömrə nişanlı avtomobilin Gəncə şəhəri, Atabəylər küçəsində yol nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. Həmin vaxt o nə qədər İlhama zəng etsə də sonuncu telefona cavab verməmişdir. Ona görə də arvadı Lalə ilə birlikdə dərhal Gəncə şəhərinə yola düşmüşlər. Hadisə yerinə çatdıqda özünə məxsus QAZ 33021 yük markalı avtomobilin qəzalı vəziyyətdə səkinin üzərində dayanıqlı vəziyyətdə olduğunu, həmçinin əlavə iki avtomobilin də qəzalı vəziyyətdə olduğunu aşkar etmişlər. Yolda olarkən qohumu Amil adlı şəxsdən xahiş etmişdir ki, hadisə yerinə gedib özünü QAZ 33021 yük markalı avtomobilin sürücüsü kimi təqdim etsin. Lakin hadisə yerinə çatdıqda Şahid1 oraya gəlib dövlət yol polis əməkdaşları ilə birlikdə sərxoşluğun müayinə olunmasından ötrü xəstəxanaya getdiyini öyrənmişlər. Belə ki, hadisə yerində olan taksi avtomobilinin sürücüsü Ceyhuna zəng edib ona məxsus avtomobilin qəzaya düşdüyünü bildirdiyinə görə Ceyhun özü oraya getmiş və orada həmin avtomobilin sürücüsü olduğunu görüb özünü sürücü kimi təqdim etmişdir. Daha sonra onlar Gəncə şəhər 3 saylı TTYX-yə getmişlər və orada məlum olmuşdur ki, ZAZ markalı avtomobilin sürücüsü Röyal adlı şəxs avtoqəzada xəsarət almışdır. Daha sonra isə oradan İlhamgilin evlərinə getmişlər. Həmin vaxt İlham qəzadan çox qorxmuşdur. Hadisəni Şahid1 törətməsinə dair istintaqa yalan ifadə verməsinə səbəb İlhamın Gürcüstan vətəndaşı olduğundan deportasiya olunmasını istəməməsi olmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını göstərdi. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu əridir və Gürcüstan vətəndaşıdır. Əri İlham, Lalə Allahverdiyevanın nəvəsinin kirvəsidir və Laləgil ilə ailəvi münasibətləri var. Əri İlham, Lalənin əri Səbuhinin mərmər sexində usta işləyir. 08.02.2021 -ci il tarixdə gecə saatlarında əri İlham qorxu içində, rəngi ağarmış halda evə gəlib Səbuhinin idarə etdiyi “QAZ 33021” yük markalı, avtomobil ilə Gəncə şəhərində avtoqəza törətdiyini bildirmişdir. İlham həmçinin bildirmişdir ki, qorxduğu üçün hadisə yerindən qaçıb evə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 08.02.2021-ci il tarixdə o, yaşadığı evdə olarkən Səbuhi ona zəng edərək işçisi İlhamın Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində həmin avtomobillə sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçaraq getdiyini bildirmiş və ondan xahiş etmişdir ki, İlham içkili olduğundan tez hadisə yerinə gedib özünü sürücü kimi təqdim etsin. O da qohum olduqları üçün hadisə yerinə gedib orada olan polis əməkdaşlarına “Qazel” markalı avtomobili özünün idarə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və VAZ-21015 markalı avtomobilin sürücüsünün sərxoşluğunun yoxlanılması üçün hər ikisini X3 aparmışlar. Sonradan bacısıgil ona bildirmişlər ki, onun barəsində cinayət işi məhkəməyə gedərsə məhkəmədə ona cəza verəcəklər. Ona görə də onlar qorxub həqiqəti demişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, əri Səbuhi Gədəbəy rayonunda mərmər sexini işlədir. Səbuhinin özünə məxsus “QAZ 33021” yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 08.02.2021-ci il tarixdə kürəkəninin qırx mərasimi ilə bağlı Gədəbəy rayonunda olarkən Səbuhinin qəbir daşı sifarişi olduğundan həmin daşı Gəncə şəhər İmamzadə qəbiristanlığına aparmaq lazım olmuşdur. Səbuhinin özü hüzr mərasimində iştirak etdiyi üçiin işçisi İlhamdan xahiş etmişdir ki, həmin avtomobillə qəbir daşını Gəncə şəhərinə aparsın. İlham həmin avtomobillə qəbir daşlarını Gəncə şəhərinə gətirmişdir.Həmin gün axşam saatlarında Gəncə şəhərində dövlət yol polis əməkdaşlarından Səbuhiyə zəng edib Səbuhinin adına olan avtomobilin Gəncə şəhəri, Atabəylər küçəsində yol nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. Həmin vaxt Səbuhi nə qədər İlhama zəng etsə də sonuncu telefona cavab verməmişdir. Səbuhi ilə birlikdə dərhal Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şahərinin Atabəylər küçəsinə çatdıqda hadisə yerində avtomobilin qəzalı vəziyyətdə səkinin üzərində dayanıqlı olduğunu, hadisə yerində əlavə olaraq iki avtomobilin də qəzalı vəsiyyətdə olduğunu görmüşdür. Onlar hadisə yerinə çatdıqda məlum olmuşdur ki, qardaşı Ceyhun oraya gəlmiş və dövlət yol polis işçiləri ilə birlikdə sərxoşluğun müayinə olunmasından keçmək üçün xəstəxanaya getmişdir. Ceyhun özü hadisə yerinə gəlib avtomobilin sürücüsüz olduğunu görüb özünü sürücü kimi təqdim etmişdir. Daha sonra isə oradan İlhamgilin evlərinə getmişlər. Həmin vaxt İlham qəzadan çox qorxmuşdur. Sonradan məlum olmuşdur ki, İlham qəbir daşını İmamzadə qəbiristanlığına apardıqdan sonra orada fəhlələrlə birlikdə spirtli içki qəbul etmiş və qorxduğu üçün hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır. 08.02.2021 -ci il tarixdə, saat 19 radələrində şəhər ərazində xidmətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin X4 ,şəhəri. Kəpəz rayonu, Atabəylər prospektində yol nəqliyyat hadisəsi olması barədə aldığı məlumat əsasında ekipaj yoldaşı, polis nəfəri Firuz Alməmmədovla birgə xidməti avtomobillə qeyd edilən yerə getmişlər. Oraya çatanda Qazel markalı yük avtomobilinin, ZAZ markalı və VAZ 21154 markalı avtomobillərin toqquşduğunu görmüşdür. Məlum olmuşdur ki, ZAZ markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün onu xəstəxanaya aparmışlar. o, hadisə yerinə baxışda iştirak etmiş, yol hərəkətini təşkil edərək hərəkəti nizamlamış və hadisənin iştirakçılarının sərxoşluğun müayinəsindən keçirilməsini təmin etmişdir. Məhkəməyədək icraat zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Atabəylər prospektində baş vermişdir. Məhkəməyədək icraat zamanı aparılmış Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının 16.09.2021-ci il tarixli, 8/2089 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqlim olunmuş materiala əsasən QAZ-33021 markalı, 57CH481 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs tavtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21154 markalı, B876MC150 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüsü Zərərçəkmiş şəxs1 oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. 5.6 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ZAZ 968 M markalı, 20BG094 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə enliyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» X8 tərəfindən verilmiş canlı şəxsin ekspertizası haqqında 23.02.2021-ci il tarixli 195 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 Ağah oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər -L1-L2 bel fəqərələrinin sol yan çıxıntılarının yerinidəyişmiş sınıqları, sağ baldır nahiyəsinin yarası, sağ diz nahiyəsinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə, yəni 08.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 15 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş 16 avqust 2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 2006-cı il təvəllüdlü Fatimə, 2007-ci il təvəllüdlü Təhminə, 2009cu il təvəllüdlü Qasım və 2011-cü il təvəllüdlü Zeynəb adlı 4 yetkinlik yaşlarına çatmayan uşaqları vardır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara dəymiş maddi zərərin ödənildiyini bildirmişlər. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan cinayətlər üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən və az ağır cinayət olmaqla hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslərlə barışaraq dəyən zərəri ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yügülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Hazırkı cinayət işinin hallarından görünür ki, təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxslərə dəyən zərəri tamamilə ödəyib zərərçəkmişlərlə barışmış və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 məhkəmədə ona yüngül cəza verilməini xahiş etmişdir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəza növü kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cəza növü kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük istimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs oğluna yekun cəza təyin edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan 4 uşağının olmasını CM-in 52.2-ci maddəsinə əsasən nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun 15 avqust 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək tutulduğu 2 gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Təqsirləndirilən şəxs oğlunun himayəsində yetkinlik yaşna çatmayan 4 uşağının olmasını, hökmün icrasından yayınmaq ehtimalının olmamasını, nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən CM-in 264-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası CM-in 263-1.1-ci maddəsi ilə təyin olunmuş cəza ilə CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs oğluna qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir il) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 avqust 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək tutulduğu 2 gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəlli Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 (yüz) manat pul Təqsirləndirilən şəxs oğlundan alınaraq büdcə təsnifatının kodu 142319,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar