Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-21/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Bərdə rayonu, Ə.Ədilov küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y ƏN E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədilə Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsini içərisindəki əşyalarla birlikdə icarəyə götürüb işlədəcəyini, hər ay icarə haqqı ödəyərək yekunda əşyaları qaytaracağını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda icarəçi görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 10 may 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sonuncuya məxsus 01 ədəd 1000 manat dəyərində 105 sm diaqonallı “LG” markalı televizoru, 01 ədəd 300 manat dəyərində 50 sm diaqonallı “LG” markalı televizoru, 01 ədəd 800 manat dəyərində müşahidə kamerasının yaddaş sistemini, hər birinin dəyəri 750 manat olmaqla ümumilikdə 1500 manat dəyərində 02 ədəd “Benq Siemens” markalı sinema proyektorunu və hər birinin dəyəri 80 manat olan ümumilikdə 240 manat dəyərində 03 ədəd “LG” markalı DVD aparatını ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 3840 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsini şərikli işlədəcəklərini, obyektə bərabər şəkildə xərc çəkəcəklərini, əldə etdikləri qazancı bərabər şəkildə böləcəklərini, bunun üçün obyektə 12000 manat dəyərində əmlakın alınmalı olmasını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda şərik görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2019-cu ilin avqust ayında dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sonuncuya məxsus hər birinin dəyəri 290 manat olmaqla ümumilikdə 2900 manat dəyərində 10 ədəd “Playstation-3” markalı oyun kompüterini, hər birinin dəyəri 35 manat olmaqla ümumilikdə 700 manat dəyərində 20 ədəd orijinal “Playstation-3” markalı oyun kompüterinin pultlarını, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 225 manat dəyərində 15 ədəd orijinal olmayan “Playstation-3” markalı oyun kompüterinin pultlarını, 01 ədəd 700 manat dəyərində 150 sm diaqonallı“Sony” markalı televizoru, 01 ədəd 700 manat dəyərində 150 sm diaqonallı “Philips” markalı televizoru, hər birinin dəyəri 400 manat olmaqla ümumilikdə 2000 manat dəyərində 05 ədəd 109 sm diaqonallı“LG” markalı televizoru, hərbirinin dəyəri 350 manat olmaqla ümumilikdə 1750 manat dəyərində 107 ekran diaqonallı 05 ədəd “LG” markalı televizoru və “Playstation-4” markalı oyun kompüteri almaq adı ilə 500 manat nağd pulunu alıb, ələ keçirmiş və ümumilikdə ona vahid niyyətlə 9475 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 əmlakını hər ay 450 manat icarə haqqı ödəməklə 6 aylıq müddətə icarəyə götürərək Bakışəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində işlədəcəyini, yekunda həmin əşyaları qaytaracağını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda icarəçi görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 23 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyriyaşayış sahəsində sonuncuya məxsus hər birinin dəyəri 410 manat olmaqla ümumilikdə 2050 manat dəyərində 05 ədəd 109 sm diaqonallı“Shivaki” markalı televizoru, hər birinin dəyəri 210 manat olmaqla ümumilikdə 1050 manat dəyərində 05 ədəd “Playstation-3” markalı oyun kompüterlərini, hər birinin dəyəri 35 manat olmaqla ümumilikdə 105 manat dəyərində 03 ədəd orijinal “Playstation-3” markalı oyun kompüterinin pultlarını, hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 240 manat dəyərində 12 ədəd orijinal olmayan “Playstation-3” markalı oyun kompüterinin pultlarını, hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 300 manat dəyərində 05 ədəd, eni 1 metr, uzunluğu 1,2 metrolan qəhvəyi rəngli dəri üzlüklü divanları, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 200 manat dəyərində 05 ədəd qəhvəyi rəngli qabaq stolunu, hər birinin dəyəri 110 manat olmaqla ümumilikdə 330 manat dəyərində 03 ədəd arakəsməni, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 50 manat dəyərində 05 ədəd yumşaq örtüklü oturacağı və 01 ədəd 110 manat dəyərində stendi ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 4435 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs4 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 əmlakını hər ay 450 manat icarə haqqı ödəməklə 6 aylıq müddətə icarəyə götürərək Bakışəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində işlədəcəyini, yekunda həmin əşyaları qaytaracağını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda icarəçi görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21 sentyabr 2019-cu il tarixdə Bakışəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyriyaşayış sahəsində sonuncuya məxsus hər birinin dəyəri 420 manat olmaqla ümumilikdə 840 manat dəyərində 02 ədəd 108 sm diaqonallı “Ficher” markalı televizorları, hər birinin dəyəri 430 manat olmaqla ümumilikdə 1290 manat dəyərində 03 ədəd 109 sm diaqonallı “Ficher” markalı televizorları, hərbirinin dəyəri 270 manat olmaqla ümumilikdə 1350 manat dəyərində 05 ədəd “Playstation-3 Slim” markalı oyun kompüterlərini, hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 300 manat dəyərində 05 ədəd orijinal “Playstation-3 Slim” kompüterlərin pultlarını və hər birinin dəyəri 35 manat olmaqla ümumilikdə 245 manat dəyərində 07 ədəd orijinal olmayan “Playstation-3 Slim” markalıkompüterlərin pultlarını ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 4025 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 əmlakını 100 manat qarşılığında 1 həftəlik icarəyə götürərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyriyaşayış sahəsində işlədəcəyini, yekunda həmin əşyaları qaytaracağını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda icarəçi görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə 16 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sonuncuya məxsus hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd “Playstation-3” markalı oyun kompüterlərini, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 100 manat dəyərində 04 ədəd orijinal “Playstation-3” markalı oyun kompüterlərinin pultlarını və 01 ədəd 50 manat dəyərində “Acer” markalı çantanı ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 550 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 əmlakını 100 manat qarşılığında 1 həftəlik icarəyə götürərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyriyaşayış sahəsində işlədəcəyini, yekunda həmin əşyaları qaytaracağını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda icarəçi görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə 19 oktyabr 2019-cu il tarixdə Bakışəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sonuncuya məxsus hər birinin dəyəri hər birinin dəyəri 270 manata olmaqla ümumilikdə 540 manat dəyərində 02 ədəd “Playstation-3” markalı oyun kompüterlərini, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 60 manat olan orijinal olmayan “Playstation-3” markalı oyun kompüterlərinin pultlarını, hərbirinin dəyəri 20 manat olmaqla 40 manat dəyərində 02 ədəd “HDMİ” kabelləri, hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 02 ədəd televizora aid pult əlaqələndiricilərini ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs7 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs7 məxsus ünvan 2 ünvanında əşyaları ilə birlikdə 100 manat qarşılığında 2 günlük kirayəçi kimi qalacağını, yekunda mənzili əşyaları ilə birgə qaytaracağını bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda kirayəçi görüntüsü yaradıb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 16 dekabr 2019-cu il tarixdə ünvan 2 ünvanında sonuncuya məxsus 01 ədəd 1000 manat dəyərində 108 sm diaqonallı “Samsung” markalı televizoru, 01 ədəd “Sony” markalı 200 manat dəyərində musiqi mərkəzini, 01 ədəd “Geepas” markalı 40 manat dəyərində ətçəkən maşını, 02 dəst 800 manat dəyərində servis qabları, 01 dəst 1500 manat dəyərində kristal qabları, 03 dəst “Tom” firmasının istehsalı olan ümumilikdə 4000 manat dəyərində müxtəlif formalı qabları, 02 dəst ümumilikdə 500 manat dəyərində meduza qabları, 02 ədəd ümumilikdə 300 manat dəyərində şam qabını, 01 ədəd eni 1 metr, uzunluğu 2 metr olan 20 manat dəyərində parça stol örtüyünü, 02 qutu 60 manat dəyərində qaşıq-çəngəl dəstlərini, 07 ədəd hər biri 15 manat olmaqla ümumilikdə 105 manat dəyərində meyvə qablarını ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 8525 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus obyekti aralarında olan şifahi razılaşmaya əsasən hər ay 250 manat haqq ödəyərək icarəyə götürüb “Winner” adı ilə kompüter oyunları salonu kimi istifadə etmişdir. Zərərçəkmiş şəxs1 həmin obyekti ona icarəyə verərkən obyektin içərisində 1 ədəd “LG” markalı 105 sm ekran ölçüsündə, 1 ədəd “LG” markalı 50 sm ekran ölçüsündə televizorları, 1 ədəd markasını xatırlamadığı yaddaş kamera sistemini, 2 ədəd “Benq siemens” markalı sinema projektorunu, 3 ədəd “LG” markalı DVD cihazını da, obyektlə birlikdə ona təhvil vermiş və razılaşmalarına əsasən o, həmin əşyaları da, istifadə etməli olmuş və bunların hamısı icarə haqqına daxil olmuşdur. Bundan sonra o, həmin obyekti içərsindəki əşyalarla birlikdə istifadə etməklə hər ay 250 manat icarə haqqı ödəmişdir. Bu müddət ərzində o, özü də, həmin obyektə işlətmək üçün 1700 manat dəyərində mətbəx əşyaları, 868 manat dəyərində portret, 1100 manat dəyərində karaoke aparatı, 8 ədəd də, divan qoymuşdur. 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs1 onunla görüşərək aralarındakı icarə müqaviləsini rəsmi olaraq bağlanmasını istəmiş, o da, öz növbəsində buna heç bir etiraz etməyərək onunla 10 may 2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat kontoruna gedərək orada icarə müqaviləsi bağlamışdır. Bundan sonra da, o, yenə eyni qaydada obyekti içərsindəki əşyalarla birlikdə istifadə edərək hər ay icarə haqqı ödəmişdir. Şamillə razılaşmasına əsasən işlər qaydasında getdiyi təqdirdə o, icarə haqqını 500 manata qaldırmalı idi. Lakin 2019-cu ilin iyun-iyul aylarında işləri qaydasında getmədiyinə görə hətta bir müddət obyektin fəaliyyətini də dayandırmışdır. İcarəyə götürdüyü obyekt böyük olmasına baxmayaraq içərisindəki televizor və oyun aparatları az olmuş və onun da maddi imkanı elə çox olmadığına görə əlavə olaraq həmin əşyaları alıb obyektə qoya bilməmiş, icarə haqqını ödəməkdə çətinlik çəkmişdir. Buna görə də, qərar vermişdir ki, hər hansı bir şəxslə razılaşaraq obyekti şərikli işlətsin və şərik işləyəcəyi şəxslə razılaşaraq obyektə əlavə avadanlıqlar qoysun. Bu məqsədlə 2019-cu ilin avqust ayının əvvəllərində o “tap.az” saytında şərikli işləmək üçün elan yerləşdirmiş, elanı yerləşdirdikdən sonra 4-5 gün keçməsinə baxmayaraq hər hansı bir səs-soraq çıxmadığına görə obyekti Zərərçəkmiş şəxs1 təhvil verməyə qərarlaşdırmışdır. Qərar verdiyi gün təxminən axşam saat 19 radələrində əvvəllər tanımadığı daha sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 ona zəng edərək saytda elanı gördüyünü və həmin obyekti şərikli işlətmək istədiyini bildirmişdir. Bundan sonra o, Toğrulla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospketində görüşərək onunla şəriklilik barəsində söhbət aparmışlar. Söhbət zamanı o, Toğrula obyektdə olan əşyaları sayaraq obyektin işləməsi üçün əlavə olaraq televizor və oyun aparatlarına ehtiyac olduğunu bildirmişdir. Bundan sonra Toğrul onunla razılaşmış və onlar şərikli işləmək haqqında müqavilə bağlamışlar. Müqavilə bağladıqdan sonra Toğrul 4 ədəd ümumilikdə 920 manat dəyərində “Hisense” markalı 100 sm ekran ölçüsündə televizor, 3 ədəd 107 ekran ölçüdə ümumilikdə 890 manat dəyərind LG markalı plazma televizor, 1 ədəd 580 manat dəyərində 140 sm ekran ölçüdə Sony markalı plazma televizor, 1 ədəd 580 manat dəyərində 140 sm ekran ölçüdə “Philips” markalı televizor, 3 ədəd 109 ekran ölçüdə ümumilikdə 1020 manat dəyərində Starmax markalı led televizorları, 15 ədəd ümumilikdə 2950 manat dəyərində 20 ədəd pultlarla birlikdə play station-3 oyun aparatlarını, 10 ədəd ümumilikdə 150 manat dəyərində original olmayan play station-3 pultlarını almışdır. Bundan əlavə Toğrul reklam işləri üçün 400 manat da, xərc çəkmiş və yekunda 7500 manat pul xərcləmişdir. Onlar Toğrulun aldığı həmin əşyaları da, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən “Winner” adlı kompüter oyunları salonuna qoyaraq onunla təxminən 2019-cu ilin avqust ayının ortalarından şərikli olaraq obyekti işlətməyə başlamışlar. Həmin vaxt o, əlavə olaraq 2000 manat obyektə xərc qoymuşdur. Onlar həmin obyekti işlətdikdən təxminən 10-15 gün sonra artıq Toğrul şərik kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, obyektin xərclərini verməkdən yayınmış, obyektə isə həftədə bir dəfə gəlib getmişdir. Toğrul ümumilikdə 8000 manat pul xərc çəkmişdir. Həmçinin onların obyekt sahibi ilə razılaşmalarına əsasən obyektin icarə haqqı 500 manat olmuşdur. Lakin işin davamında Toğrul şərik kimi obyektin xərclərini çəkməmişdir. Toğrul bu formada işə yanaşdığına görə o da, qərar vermişdir ki, Toğrulun obyektə qoyduğu avadanlıqları hissə-hissə satsın və əldə etdiyi gəlirlə obyektin xərclərini qarşılasın. O, düşünmüşdür ki, Toğrulun obyektə qoyduğu avadanlıqları satsa və Toğrul həmin avadanlıqları yerində görməsə onunla şərik kimi işləməyəcək. Buna görə də, qərar vermişdir ki, Toğrulun obyektə qoyduğu əşyaları satarkən satılmış əşyaları əvəzləşdirmək üçün yerinə oxşar başqa əşyalar qoysun. Bunu etmək üçün isə həmin əşyaları oxşar başqa əşyalarla əvəz etmək lazım olmuşdur. Bu məqsədlə o, əvvəlcə 2019-cu ilin avqust ayının 23-də Toğrulun aldığı 2 ədəd Starmax və 3 ədəd LG markalı televizorları, 5 ədəd ədəd play station-3 aparatını və 10 ədəd orijinal olmayan play station-3 aparatının pultlarını internet vasitəsilə tanımadığı şəxsə ümumilikdə 1500 manat qarşılığında satmışdır. Satdığı həmin əşyaları əvəzləşdirmək üçün 23 avqust 2019-cu il tarixdə internet vasitəsilə Zərərçəkmiş şəxs3 tapmışdır. Bundan sonra Zərərçəkmiş şəxs3 ilə 23 avqust 2019-cu il tarixdə müqavilə bağlayaraq ondan 6 aylıq müddətə 450 manat icarə haqqı ödəməklə 5 ədəd Shivaki 109 ekran televizor, 5 ədəd play station-3 aparatını, 15 ədəd play station pultalarını, 5 ədəd divan, 5 ədəd stol, 3 ədəd arakəsmə, 5 ədəd pufik və 1 ədəd stend alaraq gətirib obyektə qoymuşdur. Bundan sonra yenə də, obyekt öz işinə davam etmişdir. Lakin işlədiyi dövrdə Toğrul yenə də, obyektin xərclərində ona köməklik göstərmədiyinə görə yenidən eyni qaydada Toğrula məxsus əşyaları sataraq həmin əşyaları əvəzləşdirməyə qərar vermişdir. Bu məqsədlə yenə də, 21 sentyabr 2019-cu il tarixdə Toğrulun aldığı 4 ədəd “Hisense” markalı televizoru və 1 ədəd Starmax markalı televizoru, 5 ədəd play station aparatlarını 10 ədəd pultarı ilə birlikdə internet vasitəsilə tanımadığı şəxsə ümumilikdə 1500 manat qarşılığında satmışdır. Həmin gün də, yəni 21 sentyabr 2019-cu il tarixdə internet vasitəsilə Zərərçəkmiş şəxs4 tapmışdır. Bundan sonra həmin gün Rəfaillə müqavilə bağlayaraq aylıq 450 manata razılaşaraq 5 ədəd Ficher markalı televizoru, 5 ədəd play station aparatları və 12 ədəd pultarı alaraq obyektə qoymuşdur. Rəfailin verdiyi pult və play station aparatlarının təmirinə ehtiyac yarandığına görə ustaya 110 manat xərcləmiş və bunun qarşılığında ilkin olaraq icarə haqqı kimi Rəfailə 340 manat pul ödəmiş. Onun etdiklərinin heç birindən Toğrulun xəbəri olmamış, çünki satdığı əşyaların yerinə icarə əsasında aldığı əşyaları qoymuşdur. Bundan sonra özündə olan play station-3 oyun aparatlarının yaddaşını artırmış və əlavə oyunlar yükləmiş, həmçinin obyektə də əlavə xərclər çəkmiş və onun 1000 manat pula ehtiyacı yaranmışdır. Buna görə də, Zərərçəkmiş şəxs4 aldığı 5 ədəd Ficher markalı televizoru, 5 ədəd play station 3 oyun aparatlarını və 12 ədəd pultarı 01 oktyabr 2019-cu il tarixdə tanımadığı şəxsə 1200 manat qarşılığında satmışdır. Bundan sonra satdığı həmin play station-3 oyun aparatlarını və pultlarını əvəzləşdirmək lazım gəldiyi üçün qərar vermişdir ki, yenə də, eyni qaydada, icarəəsasında play station-3 oyun aparatlarını və pultlarını alsın. Bu məqsədlə o, yenə də, “tap.az” saytında elanlara baxmış və 16 oktyabr 2019-cu il tarixdə oradan Zərərçəkmiş şəxs5 tapmışdır. Zaurla ilkin olaraq icarəni 1 həftə müddətində 100 manat qarşılığında razılaşaraq ondan 2 dəst play station-3 aparatını pultları və çantası ilə birlikdə almış, girov kimi öz sürücülük vəsiqəsini qoymuşdur. Həmin aparatları da aldıqdan sonra obyektə yerləşdirmişdir. Bundan sonra daha 2 ədəd pultları ilə birlikdə play station-3 aparatına ehtiyacı olduğu üçün yenə də, elan saytına nəzər yetirmiş və oradan Zərərçəkmiş şəxs6 tapmışdır. Kamranla da, qərar vermişdir ki, ilkin olaraq icarəni 1 həftəlik razılaşsın və əgər alınarsa icarə müddətini uzadar. Bundan sonra o, Kamranla 19 oktyabr 2019-cu il tarixdə avadanlıqların verilməsi müqaviləsi bağlayaraq təhvil-təslim aktı ilə 2 ədəd play station-3 aparatını, 4 ədəd pultu, 2 ədəd HDMİ kabeli və 2 ədəd USB kabeli ilə bilikdə dəst şəkildə alaraq ona 100 manat icarə haqqı ödəmiş və həmin əşyaları da, gətirib obyektə qoymuşdur. Bu ərəfədə Toğrul yenə də, şərik kimi ona heç bir dəstək olmamışdır. O, artıq işləri yoluna qoya bilməmiş və maddi baxımdan özünü sıxıntıya salmışdır. Toğrulla da mübahisələri yaranmış və dalaşmışdır. Bundan sonra bir günün içində qərar vermişdir ki, obyektdəki əşyaların hamsını dəyər-dəyməzinə sataraq özünə pul etsin və Türkiyə Respublikasına gedərək orada özünə iş qursun. Qərar verdiyi kimi 22 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 5 ədəd Shivaki 109 ekran televizoru, 5 ədəd play station-3 aparatını, 10 ədəd play station pultalarını, Zərərçəkmiş şəxs5 məxsus 2 ədəd play station-3 aparatını, 4 ədəd play station pultalarını çantası ilə birlikdə, həmçinin Zərərçəkmiş şəxs6 məxsus 2 ədəd play station-3 aparatını, 4 ədəd pultu, 2 ədəd HDMİ kabeli və 2 ədəd USB kabelini tanımadığı şəxsə 2000 manat qarşılığında satmışdır. Yerdə qalan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd Sony və 1 ədəd Philips markalı televizorlar, 15 ədəd play station pultları, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “LG” markalı 105 sm ekran ölçüsündə, 1 ədəd “LG” markalı 50 sm ekran ölçüsündə televizorlar, 1 ədəd markasını xatırlamadığı yaddaş kamera sistemi, 2 ədəd “Benq siemens” markalı sinema projektoru, 3 ədəd “LG” markalı DVD cihazı, Zərərçəkmiş şəxs3 məxsus 5 ədəd divan, 5 ədəd qabaq stolu, 3 ədəd ara kəsmə, 5 ədəd yumşaq oturacaqlı stul, 1 ədəd stend, 5 ədəd play station pultlar, həmçinin özünə məxsus 1700 manat dəyərində mətbəx əşyaları, 868 manat dəyərində portret, 1100 manat dəyərində karaoke aparatı, 8 ədəd divan obyektdə qalmışdır. Bundan sonra o, obyekti bağlayıb oradan çıxmış və 23 oktyabr 2019-cu il tarixdə özünə pasport düzəldərək 24 oktyabr 2019-cu il tarixdə Gürcüstan Respublikasına, oradan isə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, orada kirayəyə ev taparaq ayaqqabı satışı ilə məşğul olmağa başlamışdır. O, Türkiyədə olarkən arvadı Uliviya ilə telefonla danışığı zamanı planlaşdırmışdır ki, onları da, Türkiyəyə aparsın. Bir müddət sonra o, qərar vermişdir ki, ailəsini də, Türkiyəyə aparsın və orada birlikdə yaşasınlar. Övladı Dilrubə azyaşlı olduğu üçün onun sərhəddən keçməsi üçün ya onun konsulluq vasitəsilə göndərməli olduğu etibarnamə olmalı, ya da ki, o, Azərbaycana qayıtmalı olmuş və onlar birlikdə Türkiyəyə getməli olmuşlar. Həmçinin, Dilrubənin şəxsiyyət vəsiqəsi və pasportu da olmadığından ona həmin sənədlər də alınmalı olmuşdur. Buna görə də, qərar vermişdir ki, Azərbaycana qayıdaraq Dilrubənin sənədlərini alsın və birlikdə Türkiyəyə qayıtsınlar. Gürcüstan Respublikası ilə sərhəddə yaxın Asan xidmət mərkəzi Gəncə şəhərində yerləşdiyi üçün Uliviyaya bildirmişdir ki, əşyalarını yığaraq qızı Dilrubə ilə Gəncə şəhərinə gəlsin və onlar Gəncə şəhərində görüşsünlər. O, internet vasitəsilə Gəncə şəhərinin girişində “Karvansaray otel”i tapmış və görüş yeri kimi həmin oteli seçmişlər. Bundan sonra o, Tükiyədən çıxaraq 14 dekabr 2019-cu il tarixdə axşam radələrində Gəncə şəhərinə çatmış və Uliviya ilə “Karvansaray otel”də görüşmüşlər. Uliviya özü ilə 5 ədəd çemodan gətirmiş, o isə özü ilə heç bir yük götürməmiş, üzərində isə təxminən 300 manat məbləğində pul olmuşdur. Həmin gecə onlar oteldə qalmış, ancaq həmin otelin şəraiti onları qane etməmişdir. Səhəri gün yəni, 15 dekabr 2019-cu il tarixdə onlar oteldə səhər yeməyi yedikdən sonra Gəncə Asan Xidmət mərkəzinə gedərək Dilrubənin sənədlərinin düzəldilməsi üçün müraciət etmişlər. Gəncə Asan Xidmət mərkəzində işlərini bitirdikdən sonra qaldıqları otelə geri qayıtmışlar. Otelin şəraiti onları qane etmədiyi üçün o, internet vasitəsilə günlük kirayə verilən evlər axtarmağa başlamış, bu məqsədlə “Tap.az” saytına daxil olaraq oradan Gəncə şəhərində günlük kirayə verilən ev axtarmış və nəticədə Murad adlı şəxsin Gəncə şəhəri DOS 102 ünvanında dəqiq nömrəsini xatırlamadığı mənzili kirayə verdiyini görüb elanda yerləşdirilmiş xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır. Murad adlı şəxslə telefonla danışaraq 16 dekabr 2019-cu il tarixdən etibarən iki günlük müddətə günü 50 manata razılaşmış, bundan sonra 16 dekabr 2019-cu il tarixdə səhər radələrində qaldıqları “Karvansaray otel”dən çıxaraq Muradın telefonla ünvanı göstərməsi ilə Gəncə şəhəri DOS 102 ünvanına dəqiq nömrəsini xatırlamadığı mənzilə getmişlər. Orada onları Muradın arvadı Həbibə adlı qadın qarşılamış və o, 100 manat pulu Həbibəyə verərək evin açarını təhvil almışdır. Ev ümumilikdə 3 otaqdan ibarət olmuş, lakin otaqlardan birinin qapısı kilidli olmuş və onların istifadəsində qalan iki otaq (qonaq otağı və yataq otağı) içərisindəki əşyalarla birlikdə olmuşdur. Yataq otağında çarpayı, qonaq otağında içərisində çoxlu qablar olan servant, divardan televizor, yanında musiqi mərkəzi, koridorada iki ədəd şam qabı mətbəxdə isə, yenə də, qab-qacaq və müxtəlif məişət əşyaları olmuşdur. Onlar həmin evə yerləşdikdən sonra Gəncə Asan xidmət mərkəzinə gedərək orada yenə də, müvafiq sənədləşməni aparmış, sonra kirayə götürdüyü evə qayıtmışlar. Onlar həmin günün səhərisi, yəni 17 dekabr 2019-cu il tarixdə yenə də, Asan xidmətə müraciət edərək müvafiq sənədləşmə aparılmış, Asan xidmətdəişləri qurtardıqdan sonra isə şəhərdə gəzmişlər. Onlar həmin gün öyrənmişlər ki, 18 dekabr 2019-cu il tarixdə Dilrubənin pasprotu hazır olacaq. O, görmüşdür ki, sənədlərin hazırlanması hələ bir neçə gün də çəkəcək və onlar hələ bir neçə gün də, Gəncə şəhərində qalmalı olmuşlar və onun üzərində olan pul həmin xərcləri qarşılamayacaq. O, bu barədə Uliviyaya heç bir söz demədən evdə vəziyyətdən necə çıxacağı barədə bir qədər düşünmüş, sonra evə göz gəzdirərək evdəki əşyaları sataraq bu formada qazanc əldə edib xərclərini qarşılaya biləcəyini qərarlaşdırmışdır. Bundan sonra əvvəlcə həmin əşyaların şəklini çəkib “Tap.az” saytında yerləşdirməyə qərar vermişdir. Bundan sonra “Tap.az” saytında bir qədər axtarış etdikdən sonra qarşısına Gəncə şəhərində işlənmiş məişət əşyalarının alınması ilə bağlı elan çıxmışdır. O, həmin elanda yerləşdirilmiş xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamış və dəstəyi bir nəfər kişi götürmüşdür. Həmin kişi ilə telefonla danışaraq özünə məxsus evdə bir neçə məişət əşyaları olduğunu və onları sata biləcəyini bildirmiş, həmin şəxs isə əşyaları gəlib ala biləcəyini demişdir. Həmçinin o, bu vaxt ev sahibinə zəng edərək onlar evə gəlməsin deyə əlavə 2 gün də, qalacağını demişdir. Bütün bu proseduru Uliviyadan xəbərsiz etdiyindən, həmçinin ailəsinin ümumiyyətlə bu məsələdən uzaq qalması üçün qərar vermişdir ki, onları evdən çıxardıb əşyaları sonra satsın. Bu məqsədlə 18 dekabr 2019-cu il tarixdə saat 12 radələrində o, taksi sifariş edərək Uliviyanı qızı Dilrubə ilə birlikdə Gəncə Asan xidmət mərkəzinə yola salmışdır. Bundan sonra o, evə qayıdaraq əşyaları satacağı şəxslə yenidən zəngləşmiş və həmin şəxs yanında iki nəfər qadınla Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onun kirayə qaldığı evə gəlmişdir. Həmin şəxslər evdəki əşyalara baxdıqdan sonra o, həmin şəxslərə satmaq üçün qonaq otağındakı servantda yerləşən bir neçə dəst qab-qacağı, Samsung markalı televizoru, televizorun yanındakı musiqi mərkəzini, koridorda olan iki ədəd şam qabını, mətbəxdə olan çəngəl-bıçaq dəstlərini, ət çəkən maşını, çoxlu meyvə qablarını təklif etmişdir. Həmin şəxslər əşyaları ala biləcəyini bildirmiş və onlar ümumilikdə 720 manat məbləğində razılaşmışlar. Bundan sonra həmin şəxslər qeyd olunan əşyaları yığmış və qab-qacaqlardan bəzilərini yığmaq üçün isə stol örtüyündən istifadə etmişlər. Onlar əşyaları yığıb apardıqdan sonra o, hər an ev sahibinin gələcəyindən narahat qalaraq dərhal qapını bağlayaraq özü də, evdən çıxıb Gəncə Asan xidmət mərkəzin getmişdir. Orada qızı Dilrubənin bütün sənədləri hazır olduqdan sonra onlar avtobusla Gəncə şəhərindən çıxaraq həmin gün də, Gürcüstan Respublikasına və oradan da, Türkiyə Respublikasına getmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həqiqətən ona obyekti icarəyə verərəkən 1 ədəd “LG” markalı 105 sm ekran ölçüsündə, 1 ədəd “LG” markalı 50 sm ekran ölçüsündə televizorları, 1 ədəd markasını xatırlamadığı yaddaş kamera sistemini, 2 ədəd “Benq siemens” markalı sinema projektorunu, 3 ədəd “LG” markalı DVD cihazını da vermişdir. Lakin yuxarıda da, qeyd etdiyi kimi o, 22 oktyabr 2019-cu il tarixdə obyekti bağlayıb çıxarkən Zərərçəkmiş şəxs1 məxsus həmin əşyalar obyektdə qalmış, onları götürməmiş, nə də kiməsə satmamışdır. Torğul Qocayevə məxsus 4 ədəd Hisense markalı, 3 ədəd LG markalı, 3 ədəd Starmax markalı televizorları və 10 ədəd play station-3 oyun aparatını satmış, yerdə qalan 1 ədəd Sony və 1 ədəd Philips markalı televizorlar, 15 ədəd play station pultları isə obyektdə qalmışdır. O, həmin əşyaları götürməmiş və satmamışdır. Toğrul həmçinin televizorların markalarını da, düzgün qeyd etməmiş, həmin televizorların markaları onun ifadəsində qeyd etdiyi kimi olmuşdur. Bundan əlavə Torğulun play-station-4 markalı oyun aparatı olmamışdır. Onların razılaşmasına əsasən o, Torğuldan aldığı 500 manat pulla play station-4 markalı oyun aparatı alıb qoymalı olmuş, lakin o, Playstation-4 aparatını almadığına görə görə Toğrul onu şərləyərək bildirmişdir ki, onun play station-4 markalı oyun aparatını da, guya o aparmışdır. İttihamda da Playstation-4 aparatı ayrı, 500 manat pul da ayrı göstərilmişdir. Halbuki, həmin pul oyun aparatının alınması üçün Toğruldan aldığı puldur, oyun aparatının özü isə alınmamışdır. Qeyd etdiyi cinayət əməllərini tək törətmişdir. Taladığı əşyaları satdığı şəxslərin heç birini tanımır, talanmış əşyaları alan şəxslər həmin əşyaların özgəsinə məxsus olmasını və onun talamasını bilməmişdir. O, əmlakı alan şəxslərə həmişə həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacının yarandığı üçün satdığını demişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı maddi imkanı olmadığı üçün hazırda ödəyə bilmir. Himayəsində bir azyaşlı uşağının olmasını və səmimi ifadəsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşamaqla, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs təxminən hadisədən 6 ay əvvəl tanımışdır. Belə ki, o, Təqsirləndirilən şəxsla sosial şəbəkə olan ”Tap.az” saytında tanış olmuşdur. Təqsirləndirilən şəxs Playstation 3 markalı komputer üçün 01 ədəd pult almış, bunun üçün onunla Bakı şəhəri, Yasamal rayonunda İncəsənət kollecinin yaxınlığında görüşmüşdür. Bundan sonra onların arasında olan söhbət əsnasında məlum olmuşdur ki, Tural komputer salonu işlədib. Həmin ərəfədə o da, kompüter salonu açmaq istəmişdir. Bu məqsədlə də, Turalla danışaraq birgə kompüter salonu açmaq qərarına gəlmişlər. Tural ona Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olduğunu və oranı icarə əsasında götürərək işlədə biləcəyini təklif etmiş və o da, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Komputer salonunu açmaq üçün 12000 manat pul tələb olunmuş və razılaşmalarına əsasən onlar şəriklə komputer salonu açmaq üçün eyni məbləğdə pul qoymalı imişlər. Turalın maddi imkanı zəif olduğundan o, məcbur olaraq özü 10000 manat, Tural isə bəzi mebel avadanlıqlarına 2000 manat pul xərcləmişdir. Belə ki, o, 01 ədədinin dəyəri 250 manat olan 10 ədəd playstation-3 markalı komputer, 01 ədədi 35 manat dəyərində olan 20 ədəd orijinal playstation-3 pultu, 01 ədədi 15 manat dəyərində olan 15 ədəd orijinal olmayan playstation-3 pultu, 01 ədəd 700 manat dəyərində “Sony” markalı televizor, 01 ədəd 700 manat dəyərində “Philips” markalı televizor, 05 ədəd 400 manat dəyərində “LG” markalı televizor, 05 ədəd 350 manat dəyərində “LG” markalı televizor almış, qeyri-yaşayış sahəsinin təmiri üçün 425 manat xərc çəkmişdir. Bundan əlavə Tural ondan play station-4 oytun aparatı almaq üçün 500 manat pul almış, lakin həmin aparatı almamış, pulu mənimsəmişdir. Tural ona birgə işlədikcə ona əlavə 4000 manat da verərək şərik kimi onunla eyni məbləğdə, yəni 6000 manat məbləğində pul qoyacağına söz vermişdir. 2019-cu ilin avqust ayında onlar kompüter salonunu istifadəyə başlamışlar. İcarə pulu isə aylıq 500 manat təşkil etmişdir. Onlar 1 ay birgə işləmələrinə baxmyaraq Tural nə ona olan 500 manat borcunu, nə də onun kompüter salonunu açmaq üçün verdiyi puldan 4000 manat pulu qaytara bilməmişdir. Buna görə də, o Tunala artıq salonu tək işlədəcəyini və onun da, işçi kimi qalacağını bildirmiş, Tural da, onunla razılaşmışdır. O, bütün günü kompüter salonunda olmasa da, hər axşam ora gedərək Turalla hesabat aparmışdır. 22 oktyabr 2020-ci il tarixdə o, axşam saatlarında Turalla hesabat edərək obyektdən çıxmışdır. 23 oktyabr 2020-ci il tarixdə saat 10:00-dan 15:00-dək o, Turalın istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlasa da, Turala zəng çatmamışdır. O, baş verənlərdən narahat olmuş və dərhal Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən icarə əsasında işlətdiyi yerə gəlmiş və içəri daxil olarkən bütün televizorların, kompüter və kompüter avadanlıqlarının yerində olmadığını aşkar etmiş və anlamışdır ki, Tural onu aldadaraq etibarından sui-istifadə etməklə əşyalarını oğurlamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Turalın ələ keçirdiyi avdanlıqları 2019-cu ilin avqust ayında saz vəziyyətdə 10 ədəd “Playstation-3” markalı 500 QB oyun kompüterinin hər birini 250 manata, 20 ədəd orijinal “Playstation-3” markalı oyun kompüterinin pultlarının hər birini 35 manata, 15 ədəd orijinal olmayan “Playstation-3”markalı kompüter pultlarının hər birini 15 manata, 01 ədəd 150 sm diaqonallı “Sony” markalı televizoru 700 manata, 01 ədəd 150 sm dioqanallı “Philips” markalı televizoru 700 manata, 05 ədəd 109 sm diaqonallı “LG” markalı televizorların hər birini 400 manata, 05 ədəd 107 sm “LG” markalı televizorun hər birini 350 manata almışdır. “Playstation-3” 500 QB markalı oyun kompüterlərinin ona yazılmış proqramlarla birlikdə ümumi dəyəri 290 manat təşkil edir. Təqsirləndirilən şəxs ondan 500 manat pulu alarkən həmin pula bir ədəd Playstation-4 oyun kompüteri alacağını demişdir. Lakin sonradan Tural, nə oyun kompüteri almamış, nə də həmin pulu ona qaytarmamış və onu aldadaraq etibarından sui-istifadə etmişdir. İstintaqda verdiyi ifadəsində göstərdiyi Playstation-4 markalı oyun kompüteri həmin pula alınmalı olan oyun aparatıdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xırdalan şəhərində playstation klubda işlədiyi vaxtdan tanıyır. O, 2019-cu ilin avqust ayının ortalarında özünə məxsus olan 5 dəst playstation-3 markalı kompüteri və avadanlıqlarını internet saytında icarəyə vermək məqsədilə yerləşdirmiş, bundan sonra Tural ona zəng edərək yanına gəlmiş və həmin 5 dəst playstation kompüterlərini icarəyə götürmək istədiyini, buna görə hər ay 450 manat ona icarə haqqı pul ödəyəcəyini bildirməklə həmin əşyaları icarəyə verməyi təklif etmişdir. O, etiraz etməmiş və Turalla razılaşmışdır. Təqsirləndirilən şəxs yanında iki nəfər şəxsdə, olmuş, onlardan birinin adı X1 olmuşdur. O, 5 dəst playstation markalı kompüteri Təqsirləndirilən şəxs icarəyə vermə ilə əlaqədar Nurməmmədəli Məmmədzadə, Şahid4, qardaşı Vasif Kərimov, tanışı X4 iştirakı ilə video çəkliş apararaq yazılı şəkildə 23.08.2019cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən obyektdə müqavilə bağlamışlar. Müqavilə tərtib edilənə kimi Elnur Hüseynov, Əliyev Turab, Nurməməmdəli Məmmədzadə oradan getdiklərindən müqaviləyə imza etməmişlər. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs ondan 5 dəst playstation markalı kompüterləri və avadanlıqlarını, yəni 05 ədəd 109 dioqonal “Shivaki” markalı televizoru, 05 ədəd “Playstation-3” markalı kompüteri, “Playstation-3”markalı kompüterə aid 03 ədədi orijinal, 12 ədədi isə orijinal olmayan pultları, 05 ədəd eni 1 metr, uzunluğu 1,2 metrolan qəhvəyi rəngli dəri üzlüklü divan, 05 ədəd qəhvəyi rəngli qabaq stolu, 03 ədəd qəhvəyi rəngli arakəsmə, 05 ədəd yumşaq oturacaqlı stul, 01 ədəd stendi 6 ay müddətinə icarəyə götürmüş və həmin əşyaları Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən Təqsirləndirilən şəxs işlədiyi obyektdə təhvil vermişdir. Müqaviləyə əsasən Tural hər ay ona 450 manat pul ödəməli, müqavilədə nəzərdə tutulan müddət bitdikdən sonra əşyaları tamlıqla saz vəziyyətdə ona qaytarmalı olmuş və müqaviləni ikisindən biri pozduğu halda qarşı tərəfə 5000 manat təzminat verməyi öhdəsinə götürmüşlər. Təqsirləndirilən şəxs icarə haqqını hər ayın 1-ci günü verməyə razılaşmışdır. Təqsirləndirilən şəxs ondan aldığı playstation kompüter dəstləri və avadanlıqlar saz və təzə vəziyyətdə olmuşlar. Alındığı vaxtdan 3 ay müddətinə istifadə edilmişdir. Həmin aparatların üzərində heç bir zədə və sınıq olmamışdır. Təqsirləndirilən şəxs 06.09.2019-cu il tarixdə 450 manat və 14.10.2019-cu il tarixdə 450 manat icarə haqqını ödəmiş, növbəti ayın ödənişi Təqsirləndirilən şəxs götürmək üçün zəng etdikdə ona zəng çatmamışdır. X9 işlədiyi kompüter salonuna göndərmiş, Vasif isə həmin salona getdikdə oranın bağlı olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalandan onunla icarə müqaviləsi bağlayıb görüntü kimi iki ayın icarə haqqını ödəyib “Playstation” markalı kompüterləri və avadanlıqları ələ keçirmişdir. Ona görə də, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs hər birinin qiyməti 410 manat olan 05 ədəd 109 sm dioqonal ekranı olan “Shivaki” markalı televizor, hər birinin qiyməti 210 manat olan 05 ədəd işlənmiş vəziyyətdə olan “Playstation-3” markalı kompüterləri, hər birinin qiyməti 35 manat olan “Playstation-3” markalı kompüterə aid 03 ədəd orijinal pultları, hər birinin qiyməti 20 manat olan “Playstation-3”markalı kompüterə aid 12 ədədi orijinal olmayan pultları, hər birinin qiyməti 60 manat olan 05 ədəd eni 1 metr, uzunu 1,2 metrolan qəhvəyi rəngli dəri üzlüklü divanları, hər birinin qiyməti 40 manat olan 05 ədəd qəhvəyi rəngli qabaq stolu, hər birinin qiyməti 110 manat olan 03 ədəd qəhvəyi rəngli arakəsmə, hər birinin qiyməti 10 manat olan 05 ədəd pufik və hər birinin qiyməti 110 manat olan 01 ədəd stendi, ümumilikdə 4435 manat dəyərində əmlakını ələ keçirmişdir. Hal hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində Playstation klubunu işlətmiş və həmin ayın sonundada, qazanc əldə edə bilmədiyinə görə klubu bağlamaq qərarına gəlmişdir. Klubu bağlayıb həmin klubda olan özünə məxsus olan 5 dəst , 2 ədəd 108 sm diaqonal ekranlı “Ficher” markalı televizoru, 3 ədəd 109 sm diaqonal ekranlı “Ficher” markalı televizoru, 5 ədəd “Playstation-3 Slim” markalı kompüteri, “Playstation-3 Slim” markalı kompüterləri idarə etmək üçün 12 ədəd pultu yaşadığı ünvana aparmışdır. Həmin avadanlığı satmaq məqsədilə “Tap.az” internet saytında elan yerləşdirmişdir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək həmin avadanlığı icarəyə götürmək istədiyini bildirmiş, o isə buna etiraz etməmiş və razılığa gəlmişlər ki, Təqsirləndirilən şəxs adanlıqları icarəyə götürüb işlətməklə ona ayda 450 manat icarə haqqını ödəyəcəkdir. Təqsirləndirilən şəxs 21 sentaybr 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı ünvan 5 ünvana gəlmiş və qeyd olunan yuxarıda adları sadalanan avadanlığı götürüb onunla birlikdə idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamağı avtomobilə yükləyib Turalın işlədiyi ünvan 6 ünvanda yerləşən obyektə gətirib boşaltmışlar. Daha sonra Təqsirləndirilən şəxsla Elmlər Akademiyası metrostansiyasının yaxınğılına gedib ondan texniki avadanlıqları saz vəziyyətdə, yəni 5 dəst, 2 ədəd 108 sm diaqonal ekranlı “Ficher” markalı televizor, 3 ədəd 109 sm diaqonal ekranlı “Ficher” markalı televizor, 5 ədəd “Playstation-3 Slim” markalı kompüteri, “Playstation-3 Slim” kompüterləri idarə etmək üçün 12 ədəd pultu icarəyə alması və aylıq 450 manat ona icarə haqqı ödəyəcəyi barədə aralarında yazılı şəkildə müqavilə bağlamış və müqaviləni hər ikisi imza etmişlər. Turala əşyaları verdikdən bir həftə sonraTəqsirləndirilən şəxs ona 140 manat icarə pulunu, 15 gün sonra da, 200 manat, ümumilikdə 340 manat ona icarə haqqı olaraq pul vermişdir. Növbəti ayın ödənişini Təqsirləndirilən şəxs götürmək üçün onun ***-***-**-** nömrəsinə zəng etdikdə Tural zənglərə cavab verməmişdir. Buna görə də, Turalın işlədiyi ünvan 7 ünvanda yerləşən kompüter salonuna getmiş, lakin həmin salonun bağlı olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalandan onunla icarə müqaviləsi bağlayıb görüntü kimi ona 340 manat icarə haqqını ödəyərək yuxarıda qeyd etdiyi ona məxsus olan əşyaları ələ keçirmişdir. Buna görə də, o, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs verdiyi əşyalar saz və təzə vəziyyətdə olmuş, 2019-cu ilin iyul ayında 2 ədəd 108 sm diaqonal ekranlı “Ficher” markalı televizorların hər birini 420 manata, 3 ədəd 109 sm diaqonal ekranlı “Ficher” markalı televizorları 430 manata, 5 ədəd “Playstation-3 Slim” markalı kompüterlər işlənmiş vəziyyətdə olmuş və o 2018-ci ilin iyul ayında həmin 5 ədəd “Playstation-3 Slim” markalı kompüterlərin hər birini 270 manata, hər birinin qiyməti 60 manat olan “Playstation-3 Slim” kompüterləri idarə etmək üçün 5 ədəd orijinal pultları və hər birinin qiyməti 35 manat olan “Playstation-3 Slim” kompüterləri idarə etmək üçün 7 ədəd orijinal olmayan pultları almış və 2019-cu ilin iyul ayının sonuna kimi istifadə etmişdir. Təqsirləndirilən şəxs onun 4025 manat dəyərində qeyd olunan əməlakımı ələ keçirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri şərti olaraq təxmini hesablanmışdır. Lakin həmin əşyaların dəqiq qiyməti onun ifadəsində qeyd etdiyi kimi göstərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, buna görə də, özünə məxsus ünvan 8 ünvanını günlük kirayə verməklə qazanc əldə edir. Evi ümumilikdə 3 otaqdan ibarətdir. 2019-cu ilin dekabr ayının 16-da əri Seymur Muradov ona zəng edərək evə kirayəçi tapdığını və onların evə baxmaq istədiklərini bildirmişdir. Bundan sonra Tural adlı şəxs arvadı Ülviyyə ilə gəlib evə baxmış və evi bəyəndikdən sonra Tural ona 4 gün qalmaq istədiyini bildirmiş və onlar günü 50 manat olmaqla razılaşmışlar. O, evin bütün otaqlarını içərisindəki əşyalarla birlikdə Turalgilin istifadəsinə versə də, yataq otaqlarından birinə şəxsi əşyalarını yığaraq onun qapısını kilidləmiş və həmin otağı onların istifadəsinə verməmişdir. Tural adlı şəxs ona ilkin olaraq 100 manat pul vermiş və o, evin açarını Turala verib getmişdir. 19.12.2019-cu il tarixdə o, vəziyyətin nə yerdə olduğunu maraqlanmaq üçün Turala zəng etdikdə ona zəng çatmamışdır. Turala zəng çatmadığı üçün o, şübhələnərək gedib evə baxmağa qərar vermiş və evə daxil olduqda həmin şəxlərin evdə olmadığını, evdən ona məxsus onlara etibar edib istifadəsinə verdiyi 1 ədəd 1000 manat dəyərində Samsung markalı 108 ekran ölçüdə televizoru, 1 ədəd Sony markalı 200 manat dəyərində musiqi mərkəzini, 1 ədəd Geepas markalı 40 manat dəyərində ətçəkən maşını, 2 ədəd 800 manat dəyərində servis qablarını, 1 dəst 1500 manat dəyərində kristal qabları, 3 dəst tom firmasında məxsus ümumilikdə 4000 manat dəyərində tom firmasına məxsus müxtəlif formalı qabları, 2 dəst ümumilikdə 500 manat dəyərində meduza qablarını, 2 ədəd ümumilikdə 300 manat dəyərindəşam qabını, 1 ədəd 2x1 ölçüdə 20 manat dəyərində parça stol örtüyünü, 2 qutu 60 manat dəyərində qaşıqçəngəl dəstlərini, 7 ədəd hər biri 15 manat olmaqla ümumilikdə 105 manat dəyərində meyvə qablarını oğurladıqlarını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, verdiyi məlumatdan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müvafiq sənədləşməni aparmışlar. Onun evində kirayəçi kimi yaşayanlardan oğlanın adı Tural arvadının adı isə Ülviyyə olmuşdur. Onun kirayəçinin istifadəsinə vermədiyi digər yataq otağından isə hər hansı bir əmlak talanmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri şərti olaraq təxmini hesablanmışdır. Lakin həmin əşyaların dəqiq qiyməti onun ifadəsində qeyd etdiyi kimi göstərilmişdir. Buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi onun ifadəsində qeyd etdiyi dəyərdə götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir.Ona görə də təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qadaşı Zərərçəkmiş şəxs3 2019-cu ilin avqust ayının ortalarında özünə məxsus olan 5 dəst playstation-3 markalı kompüteri və avadanlıqlarını internet saytında icarəyə vermək məqsədilə yerləşdirmişdir. Tural adlı şəxs Vüsala zəng edərək yanına gəlmiş və həmin 5 dəst playstation kompüterlərini icarəyə götürmək istədiyini, buna görə hər aya 450 manat icarə haqqı pul ödəyəcəyini bildirməklə həmin kompüterləri icarəyə verməyi təklif etmişdir. Qadaşı Vüsal etiraz etməmiş və Turalla razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında iki nəfər şəxs də, olmuşa, onlardan birinin adı X1 olmuş, digər şəxsin isə adını, soyadını, yaşadığı ünvanı bilməmişdir. Qardaşı Zərərçəkmiş şəxs3 5 dəst playstation 3 markalı komputerləri Təqsirləndirilən şəxs icarəyə verməyi ilə əlaqədar Nurməmmədəli Məmmədzadənin, onun, həmçinin tanışları Şahid4 və Şahid3 iştirakı ilə videoçəkliş apararaq yazılı şəkildə 23.08.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən obyektdə müqavilə bağlamışlar. Müqavilə və təhvil-təslim aktı tərtib edilənə kimi Şahid4, Şahid3, Nurməməmdəli Məmmədzadə oradan getdiklərindən müqaviləyə imza etməmişdirlər. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs Vüsaldan 5 dəst “Playstation 3” markalı kompüterləri və avadanlıqlarını, yəni 05 ədəd 109 sm dioqonal “Shivaki” markalı televizor, 05 ədəd “Playstation-3” markalı komputer, “Playstation-3” markalı kompüterə aid 03 ədəd orijinal, 12 ədədi orijinal olmayan pultları, 05 ədəd eni 1 metr, uzunu 1,2 metr olan qəhvəyi rəngli dəri üzlüklü divanı, 05 ədəd qəhvəyi rəngli qabaq stolu, 03 ədəd qəhvəyi rəngli arakəsməni, 05 ədəd yumşaq oturacaqlı stulu, 01 ədəd stendi 6 ay müddətinə icarəyə götürmüş və Vüsal həmin əşyaları Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən Təqsirləndirilən şəxs işlədiyi obyektdə təhvil vermişdir. Müqaviləyə əsasən hər ay Vüsala 450 manat pul ödənməli olmuş, müqavilədə nəzərdə tutulan 6 ay müddət bitdikdən sonra isə əşyaları tamlıqla saz vəziyyətdə Vüsala qaytarmalı və müqaviləni Vusal və ya Təqsirləndirilən şəxs biri pozduqları halda qarşı tərəfə 5000 manat təzminat verməyi öhdələrinə götürmüşlər. Təqsirləndirilən şəxs icarə haqqını hər ayın 1-ci günü verməyə razılaşmış, Təqsirləndirilən şəxs Vüsaldan aldığı playstation kompüter dəstləri, avadanlıqlar saz və təzə vəziyyətdə olmuşdur. Alındığı vaxtdan 3 ay müddətinə istifadə edilmişdir. Həmin aparatların üzərində heç bir zədə və sınıq olmamışdır. Təqsirləndirilən şəxs qardaşı Vüsala 06.09.2019-cu il tarixdə 450 manat və 14.10.2019-cu il tarixdə 450 manat icarə haqqını ödəmiş, bundan sonra növbəti ayın ödənişini Təqsirləndirilən şəxs götürmək üçün zəng etdikdə Turala zəng çatmamışdır. Buna görə də, qardaşı Vüsal ondan xahiş etmişdir ki, Turalın işlədiyi kompüter salonuna gedib ondan icra haqqını nə vaxt ödəyəcəyini soruşsun. O, Turalın işlədiyi Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanda yerləşən kompüter salonunun qarşısına getmiş, lakin salonun qapılarının bağlı olduğunu görmüşdür. Sonradan ona və qardaşı Vüsala məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalandan qardaşı Vüsalla icarə müqaviləsi bağlayıb görüntü kimi iki ayın icarə haqqını ödəyib playstation markalı kompüterləri və avadanlıqları ələ keçirmişdir. Ona görə də, qardaşı Vüsal Yasamal RPİ-nin 27-ci PB-nə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində 23.08.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanında yerləşən obyektdə Təqsirləndirilən şəxs 05 ədəd 109 sm diaqonal “Shivaki” markalı televizoru, 05 ədəd “Playstation-3” markalı komputeri, “Playstation-3” markalı kompüterə aid 03 ədəd orijinal, 12 ədədi orijinal olmayan pultları, 05 ədəd eni 1 metr, uzunu 1,2 metr olan qəhvəyi rəngli dəri üzlüklü divanı, 05 ədəd qəhvəyi rəngli qabaq stolu, 03 ədəd qəhvəyi rəngli arakəsməni, 05 ədəd yumşaq oturacaqlı stulu və 01 ədəd stendi müqavilə əsasında Təqsirləndirilən şəxs təhvil verdiyini bildirərək Şahid5 və X8 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və şahidlər Şahid2 və Şahid1 məhkəmə iclaslarına çağırılmalarına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, onların məcburi qaydada gətirilmələri barədə qərarlar qəbul edilsə də həmin qərarlar müxtəlif səbəblərdən icra edilməmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasına gəlməmiş zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaqda verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində bildirmişdir ki, onun adına Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanda 138 kv.m. qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsini 10.05.2019cu il tarixdə 12 saylı notariat kontorunda bağlanmış təsdiqli müqavilə əsasında Təqsirləndirilən şəxs aylıq 250 manata icarəyə vermişdir. Həmin obyektin içərisində 1 ədəd diaqonalı 50 sm olan “LG” markalı televizor, 1 ədəd ekranının diaqonalı 105 sm olan “LG” markalı televizor, 1 ədəd yaddaş kamera sistemi, 2 ədəd “benq siemens” markalı sinema proyektoru, 3 ədəd “LG” markalı DVD aparatı da olmuş, həmin əşyaları da Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsi ilə birlikdə vermişdir. Təqsirləndirilən şəxs həmin obyekti kompüter oyunları salonu kimi işlətmiş və 2019-cu ilin oktyabr ayına kimi icarə haqqını ödəmişdir. 2019-cu ilin oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmiş, buna görə də, qardaşı Zülfüqar həmin obyektə baxmağa getmiş və obyektin qapısının bağlı olduğunu görmüşdür. Bundan sonra qardaşı Zülfüqar açarı Zərərçəkmiş şəxs2 götürüb birlikdə obyekti açdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ekranının diaqonalı 50 sm olan 1 ədəd “LG” markalı televizoru, ekranının diaqonalı 105 sm olan 1 ədəd “LG” markalı televizoru, 1 ədəd yaddaş kamera sistemini, 2 ədəd “Benq Siemens” markalı sinema projektorunu, 3 ədəd “LG” markalı DVD cihazını, həmçinin şəriki Zərərçəkmiş şəxs2 məxsus həmin obyekdə olan əşyaları götürüb naməlum istiqamətə getmişdir. Sonradan ona məlum oldu ki, Təqsirləndirilən şəxs yalandan görüntü kimi icarə müqaviləsi bağlayıb qeyd olunan əşyaları ələ keçirmişdir. Həmin vaxt o, xəstə olduğundan qardaşı Şahid2 Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs verdiyi avadanlıqlar saz və təzə vəziyyətdə olmuş, 2018-ci ilin oktyabr ayında ekranının diaqonalı 105 sm olan 1 ədəd “LG” markalı televizoru 1000 manata, ekranının diaqonalı 50 sm olan 1 ədəd “LG” markalı televizoru 300 manata, 1 ədəd yaddaş kamera sistemini 800 manata, 2 ədəd “Benq Siemens” markalı Sinema projektorunun hər birinin qiyməti 750 manata, 3 ədəd “LG” markalı DVD cihazının hər birinin 80 manata almışdır. Həmin avadanlıqlar təzə və saz vəziyyətdə olduğundan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı vaxtda qiymətləri aldığı dövrdə olduğu kimi 3840 manat dəyərində olmuşdur. O, daha sonra ifadəsində göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri şərti olaraq təxmini hesablanmışdır. Lakin həmin əşyaların dəqiq qiyməti onun ifadəsində qeyd etdiyi kimidir. Buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi onun ifadəsində qeyd etdiyi dəyərdə götürülməsini xahiş etmişdir. O, Turalla müqavilə bağlayarkən ilkin olaraq 250 manata razılaşmış, sonradan isə onların danışıqlarına əsasən Tural şəriki ilə fəaliyyət göstərdiyinə görə icarə haqqı 500 manat olmuşdur. Məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və ona dəyən maddi ziyana görə heç kimin həbs olunmasını istəmədiyini, maddi ziyanın ödənilməsini istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində bildirmişdir ki, 2019-cu ilin oktyabr ayında özünə məxsus olan 2 ədəd “Playstation-3” markalı kompüterləri və həmin kompüterlərə aid 4 ədəd pultu, 2 ədəd «Hdmi» markalı kabeli, 2 ədəd televizoru aid pult əlaqələndiricisini icarəyə vermək məqsədilə internet saytında elan yerləşdirmişdir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs 19.10.2019-cu il tarixdə saat 00:00 radələrində ona zəng edib kompüter salonu işlətdiyini, elana yerləşdirdiyi kompüter avadanlıqlarını 1 həftəlik icarəyə götürmək istədiyini və Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanda yerləşən obyektinə gətirməyi təklif etmişdir. O, 19 oktyabr 2019-cuil tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanda yerləşən Təqsirləndirilən şəxs işlədiyi “Winner Playstation” klubuna gəlib Turalla görüşmüş və onunla 2 ədəd “Playstation-3” markalı kompüterləri və həmin kompüterlərə aid 4 ədəd pultu, 2 ədəd Hdmi kabeli, 2 ədəd televizora aid pult əlaqələndiricisini 7 gün müddətinə 100 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmək barədə yazılı müqavilə bağlayaraq qeyd olunan avadanlıqları ondan götürməsi barədə təhvil-təslim aktı tərtib etmiş, həmin müqavilə və akt hər ikisi tərəfindən imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin avadanlıqları ondan təhvil almış və ona 100 manat bir həftəlik icarə haqqı vermişdir. Həftə tamam olandan sonra Turalın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, lakin Turala zəng çatmamışdır. Buna görə də, Turalın işlədiyi “Winner Playstation” klubuna getdikdə nə Təqsirləndirilən şəxs, nədəki verdiyi aparatların orada olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs obyekt sahibinə və digər şəxslərə aid əşyaları və onunla ortaq olan Toğrul adlı şəxsin dəyəri təxminən 9000 manat olan əşyaların götürərək naməlum istiqamətə aparmışdır. Bu zaman anlamışdır ki, Təqsirləndirilən şəxs yalandan onunla icarə müqaviləsi bağlayıb görüntü kimi bir həftəlik icarə haqqını ödəyərək 650 manat dəyərində olan kompüter avadanlıqlarını ələ keçirmişdir. Ona görədə Yasamal RPİnin 27-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ona məxsus hər birinin qiyməti 270 manata olan işlənmiş vəziyyətdə 2 ədəd “Playstation-3” markalı kompüterləri, hər birinin qiyməti 15 manat olan “Playstation-3” markalı kompüterləri idarə etmək üçün 4 ədəd orijinal olmayan pultları və hər birinin qiyməti 20 manat olan 2 ədəd “Hdmi” markalı kabeli, hər birinin qiyməti 5 manat olan 2 ədəd televizora aid pult əlaqələndiricisini ələ keçirərək ona ümumilikdə 650 manat dəyərində ziyan vurmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri şərti olaraq təxmini hesablanmışdır. Lakin həmin əşyaların dəqiq qiyməti onun ifadəsində qeyd etdiyi kimi göstərilmişdir. Buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi onun ifadəsində qeyd etdiyi dəyəri götürülməsini xahiş etmişdir. Məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs6 ərizələrindən görünür ki, o, maddi imkansızlıq və ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəməsini tələb etdiyini, vurulmuş maddi ziyan ödənilməsə də Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində bildirmişdir ki, 2019-cu ilin oktaybr ayının ortalarında özünə məxsus olan 2 dəst “Playstation-3”markalı kompüteri və avadanlıqlarını internet də icarəyə vermək məqsədilə “tap.az” saytında elan yerləşdirmişdir. 16.10.2019-cu il tarixdə sonradan tanıdığı X6 ona zəng edərək elana yerləşdirdiyi 2 dəst “Playstation-3” markalı kompüterlərini icarəyə götürmək istədiyini bildirmiş və aralarında olan danışığa görə qeyd olunan kompüterləri 1 həftəlik icarəyə götürüb ona 100 manat pul ödəyəcəyini və 2 dəst “Playstation-3” markalı kompüterlərini götürüb onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanda yerləşən kömpüter salonuna gətirməyini təklif etmişdir. O, Turalla razılaşmış və özünə məxsus olan 2 dəst “Playstation-3” markalı kompüterlərini “Acer” markalı çantaya yerləşdirib aparıb həmin ünvanda Təqsirləndirilən şəxs təhvil vermişdir. Təqsirləndirilən şəxs, ona 100 manat icarə haqqını ödəmiş və girov kimi özünün sürücülük vəsiqəsinin əslini və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. 23.10.2019-cu il tarixdə icarə müqaviləsinin vaxtı bitdiyindən icarəyə verdiyi kompüterləri Təqsirləndirilən şəxs götürmək üçün onun işlədiyi Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanda yerləşən kömpüter salonuna getmiş, lakin həmin kompüter salonunda heç bir kompüter avadanlığını, o cümlədən Təqsirləndirilən şəxs verdiyi 2 dəst playstation markalı kompüterlər olmadığını müəyyən etmişdir. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs digər şəxslərində, kompüter avadanlıqlarını ələ keçirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadə etdiyi telefon nömrəsinə zəng etsədə, telefon bağlı olduğundan hər hansı bir şəxs tərəfindən zəngə cavab verilməmişdir. Buna görə də, o, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs icarəyə verdiyi əmlaklar - 2 ədəd “Playstation-3” markalı kompüterlərdən və həmin kömpüterlərə aid 4 ədəd orijinal pultlardan ibarət və işlənmiş vəziyyətdə olmuşdur. İşlənmiş vəziyyətdə olan “playstation-3” markalı kompüterlərin hər birinin qiyməti 200 manat, “playstation-3” markalı kompüterə aid orijinal pultların hər birinin qiyməti 25 manat, “Acer” markalı çantanın qiyməti isə 50 manat olmuşdur. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, 30.07.2017-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlayıb evlənmişdir. Həmin nikahdan 2018-ci il təvəllüdlü qızları Dilrubə Həsənova dünyaya gəlmişdir. Onlar evləndikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayəçi kimi yaşamışdırlar. Həmin ərəfələrdə Tural müxtəlif şirkətlərdə işləmiş, o isə heç bir yerdə işləməmişdir. Təxminən 2019-cu ilin oktyabr ayının sonlarında Tural təxminən 20 gün evə gəlməmiş və o, Turalın harada olmasını bilməmişdir. Təxminən 20 gün keçdikdən sonra 2019-cu ilin noyabr ayının sonlarında Turla ona xatırlamadığı xarici nömrə ilə zəng edərək Türkiyə Respublikasının İstanbul şəhərində olduğunu orada özünə iş qurduğunu bildirərək onları da, Türkiyəyə aparacağını demişdir. O, da, Turalın təklifi ilə razılaşaraq onun yanına Türkiyəyə getməyə qərar vermiş, lakin övladları Dilrubanın nəşəxsiyyət vəsiqəsi, nədəki pasportu olmamış, buna görə də, onlar əvvəlcə sənəd düzəltdirməli olmuşlar. Həmin sənədi onlar Asan xidmət mərkəzlərində düzəltdirə biləcəklərindən qərar vermişlər ki, Turalla sərhədəən yaxın olan Asan xidmət mərkəzinin yerləşdiyi yerdə görüşsünlər və sənədləri qaydasına saldıqdan sonra birlikdə Türkiyəyə getsinlər. Sərhədə yaxın Asan xidmət mərkəzi isə Gəncə şəhərində yerləşmişdir. Bundan sonra o, 14.12.2019-cu il tarixdə Bakışəhərindən övladı Dilruba ilə birlikdə Gəncəşəhərinə gələrək Karvansaray otelda qalmışlar. Həmin vaxt içərisində qızı və onun şəxsi əşyaları yerləşən 2 ədəd böyük çemodanı və 3 ədəd kiçik çemodanı olmuşdur. Həmin gün Tural da, Türkiyədən onların yanına otelə gəlmişdir. Bundan sonra onlar övladı Dilrubanın sənədləri üçün 15.12.2019-cu il tarixdə Gəncə Asan xidmət mərkəzinə müraciət etmişlər. Karvansaray otelin şəraiti yaxşı olmadığına görə onlar günlük kirayə ev tutmağa qərar vermişlər. Bu zaman Tural “tap.az” saytından günü 50 manata kirayə ev tapmışdır. Sayta yerləşdirilmiş xatırlamadığı mobil nömrə ilə Tural əlaqə saxlayıb 2 gün müddətində qalmaq üçün razılaşmışdır. Bundan sonra onlar 16.12.2019-cu il tarixdə axşam radələrində Karvansaray oteldən çıxaraq Gəncəşəhərində bilmədiyi ünvana getmişlər. Orada onları Həbibə adlı qadın qarşılamış və Tural həmin qadına iki günlük üçün 100 manat pul vermiş və onlar həmin evə yerləşmişlər. Ev üç otaqdan ibarət olmuş və otaqlardan biri bağlı digərləri isə onların istifadəsinə verilmişdir. İstifadələrində olan yataq, qonaq otağı və mətbəxdə isəəşyalar yerləşmişdir. Onlar həmin günün səhərisi, yəni 17.12.2019-cu il tarixdə yenə də, Asan xidmətə müraciət edərək müvafiq sənədləşməni aparmışlar. Asan xidmətdə işləri qurtardıqdan sonra isəşəhərdə gəzmişlər. Onlar həmin gün öyrənmişlər ki, 18.12.2019-cu il tarixdə Dilrubanın pasprotu hazır olacaq. 18.12.2019-cu il tarixdə saat 12 radələrində onlar evdən Asan xidmətə getməyə qərar vermişlər. Tural ona “sənə taksi sifariş edəcəm sən Dilruba ilə Asan xidmətə get mən də arxanızca gələcəm..” deyə bildirmişdir. O da, Turalla razılaşmış və Tural taksi sifariş etdikdən sonra o, taksi ilə qızı Dilrubə ilə birlikdə Gəncə Asan xidmət mərkəzinə getmiş, çemodanları isə evdə qalmışdır. O, Asan xidmətdə pasportu aldıqdan sonra təxminən saat 13 radələrində Tural çemodanlarla birlikdə onların yanına gəlmiş və onlar birlikdə oradan Turkiyə Respublikasına getmişlər. O, Təqsirləndirilən şəxs kirayədə qaldıqları evdən əşyaları götürməsi barədə heç bir məlumatı olmamışdır. Ev sahibi ilə danışıqları Tural həyata keçirmişdir. Onun bildiyinə görə Tural evi iki günlük kirayə götürmüş, çünki onlar ev sahibinə 100 manat ödəniş etmişdirlər. O, Turaldan sadəcə 18.12.2019-cu ildə sadəcə 1 saatlıq ayrılmış, digər vaxtlarda həmişə birlikdə olmuş və onun hər hansı bir şübhəli hərəkətinə rast gəlməmişdir. Tural Gəncəşəhərinə gələrkən üzərində təxminən 200-300 manat pul olmuş, lakin onlar Gürcüstan sərhədində olarkən Tural cibindən təxminən 600- 700 manat pul çıxarmış, o Turaldan pulunun necə artması barədə soruşduqda, Tural bu barədə ona heç bir cavab verməmişdir. Tural sadəcə ona məxsus 2 ədəd böyük çemodanı və 3 ədəd kiçik çemodanı gətirmiş, başqa heç bir əşya gətirməmişdir. Həmin çemodanların içərisində də, sadəcə onun yerləşdiriyi özünə və qızına məxsus əşyalar olmuş, digər heç bir əşya olmamışdır. O, Turalın nəüçün belə etməsini bilməmiş və ondan səbəbini soruşmadan dediklərini etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs1 adına Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvanda 138 kv.m. qeyri-yaşayış sahəsi olmuşdur. Həmin qeyri-yaşayış sahəsini qardaşı Şamil 10.05.2019-cu il tarixdə 12 saylı notariat kontorunda bağlanmış təsdiqli müqavilə əsasında Təqsirləndirilən şəxs aylıq 250 manata icarəyə vermişdir. Həmin obyektin içərisində 1 ədəd ekranının diaqonalı 50 sm olan “LG” markalı televizor, 1 ədəd ekranının diaqonalı 105 sm olan “LG” markalı televizor, 1 ədəd yaddaş kamera sistemi, 2 ədəd “Benq Siemens” markalı sinema projektoru, 3 ədəd “LG” markalı DVD aparatı da, olmuş, həmin əşyaları da qeyri-yaşayış sahəsi ilə birlikdə Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs həmin obyekti kompüter salonu kimi işlətmişdir. Tural 2019-cu il oktyabr ayına kimi icarə haqqını ödəmiş, lakin 2019-cu ilin oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Həmin vaxt qardaşı Şamil xəstələndiyinə görə ondan xahiş etmişdir ki, həmin obyektə baxmağa getsin. O, daöz növbəsində Yasamal rayonu İnşaatçılar prospekti 28 ünvana gəlmiş, lakin obyektin qapısının bağlı olduğunu görmüşdür. O, obyektin açarını Təqsirləndirilən şəxs şəriki Zərərçəkmiş şəxs2 götürüb onunla birlikdə obyekti açdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Şamilə məxsus ekranının diaqonalı 50 sm olan 1 ədəd “LG” markalı televizoru, ekranının diaqonalı 105 sm olan 1 ədəd “LG” markalı televizoru, 1 ədəd yaddaş kamera sistemini, 2 ədəd “benq siemens” markalı sinema projektoruni, 3 ədəd “LG” markalı DVD cihazını, həmçinin şəriki Zərərçəkmiş şəxs2 məxsus həmin obyekdə olan əşyaları götürüb naməlum istiqamətə getmişdir. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Şamillə yalandan icarə müqaviləsi bağlayıb görüntü yaradaraq obyektin içərisindəki yuxarıda qeyd olunan malları ələ keçirmişdir. Həmin vaxt qardaşı Şamil xəstə olduğundan o, Şamilin əvəzinə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Məhkəmə icasında tədqiq edilmiş: “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, istintaq zamanı ifadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işində olan “Məhkəmə-əmtəəşünaslıq” ekspertinin 11 may 2020-ci il tarixli 104 №-li rəyindənn görünür ki, 1 ədəd “Playstation-3” markalı 500 QB oyun kompüteri 175 manat, 1 ədəd 1 ədəd “Playstation-3” markalı 500 QB oyun kompüteri 175 manat, 1 ədəd “Playstation-4” markalı 1TB oyun kompüteri 385 manat, 1 ədəd orijinal “Playstation-3” markalı oyun kompüterinin pultu 28 manat, 1 ədəd orijinal olmayan “Playstation-3” markalı oyun kompüterinin pultu 11 manat, 1 ədəd 150 sm diaqonallı “Sony” markalı televizor 700 manat, 1 ədəd 150 sm diaqonallı “Philips” markalı televizor 700 manat, 1 ədəd 109 sm diaqonallı “LG” markalı televizor 400 manat, 1 ədəd 107 sm diaqonallı“LG” markalı televizor 350 manat, 1 ədəd ədəd “Playstation-3” markalı 500 QB oyun kompüterinə yazılmış multipleyer və oyun proqramının isə təxmini orta bazar qiyməti isə 28 manat müəyyən edilmişdir. Cinayət işində olan “Məhkəmə-əmtəəşünaslıq” ekspertinin 20 may 2020-ci il tarixli 52 №-li rəyindən görünür ki, 1 ədəd 108 sm diaqonallı“Samsung” markalı televizor 396 manat, 1 ədəd “Sony” markalı musiqi mərkəzi 60 manat, 1 ədəd “Geepas” markalıət çəkən maşın 16 manat, 1 dəst servis qablar 200 manat, 1 ədəd şam qabı 80 manat, 1 ədəd 2x1 ölçüdə masa örtüyü 10 manat, 1 dəst qaşıq-çəngəl dəsti 60 manat, 1 ədəd kristal meyvə qabının isə təxmini orta bazar qiyməti isə 15 manat müəyyən edilmişdir. Kristal qablar dəsti, tom firmasına məxsus müxtəlif formalı qablar dəsti, meduza qabları dəstinin isə dəyərini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan “Məhkəmə-əmtəəşünaslıq” ekspertinin 10 iyul 2020-ci il tarixli 217 №-li rəyindən görünür ki, 1 ədəd 105 sm diaqonallı “LG” markalı televizor 700 manat, 1 ədəd 50 sm diaqonallı “LG” markalı televizor 210 manat, 1 ədəd müşahidə kamerasının yaddaş aparatı 560 manat, 1 ədəd “Benq Siemens” markalı sinema proyektoru 525 manat, 1 ədəd “LG” markalı DVD aparatı 56 manat, 1 ədəd 109 sm diaqonallı“Shivaki” markalı televizor 287 manat, 1 ədəd “Playstation-3” markalı oyun kompüteri 210 manat, 1 ədəd orijinal “Playstation-3” markalı oyun kompüterinin pultu 25 manat, 1 ədəd orijinal olmayan “Playstation-3” markalı oyun kompüterinin pultu 14 manat, eni 1 metr, uzunluğu 1,2 metr olan dəri üzlüklü divan 42 manat, 1 ədəd qabaq stolu 28 manat, 1 ədəd arakəsmə 77 manat, 1 ədəd yumşaq örtüklü oturacaq 7 manat, 1 ədəd stend 77 manat, 1 ədəd 108 sm diaqonallı“Ficher” markalı televizor 294 manat, 1 ədəd 109 sm diaqonallı“Ficher” markalı televizor 301 manat, 1 ədəd “Playstation-3 Slim” markalı oyun kompüteri 270 manat, 1 ədəd “Acer” markalıçanta 35 manat, 1 ədəd “HDMİ” markalı kabel 14 manat, 1 ədəd televizora aid pult əlaqələndiricisinin isə təxmini orta bazar qiyməti isə 3,5 manat müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 20 dekabr 2019cu il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Ceyhun Mustafayev tərəfindən Zərərçəkmiş şəxs7 məxsus əmlakın talandığı ünvan 2 ünvanına hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən 22 ədəd əl götürülmüş, həmin əl izləri kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə tədqiqat üçün DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmiş, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 20.12.2019-cu il tarixdə Zərərçəkmiş şəxs7 məxsus ünvan 2 ünvanından götürülmüş əl izlərindən 03 ədədi xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin orta, sol əlinin baş və sol əlinin ovuc əksi ilə eynilik təşkil edir. Cinayət işində olan “Tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkillər üzrə tanınmaya təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs tanıyaraq 16.12.2019-cu il tarixdə özünə məxsus ünvan 12 ünvanını kirayə verdiyi Tural adlı şəxsin həmin şəxs olmasını bildirmişdir. Cinayət işində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 27 oktyabr 2019-cu il tarixdə Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Samir Balakişiyev tərəfindən Zərərçəkmiş şəxs1 məxsus əmlakın talandığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanına - hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 20 dekabr 2019-cu il tarixdə Gəncəşəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Ceyhun Mustafayev tərəfindən Zərərçəkmiş şəxs7 məxsus əmlakın talandığı ünvan 2 ünvanına - hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən 22 ədəd əl izi götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində - Zərərçəkmiş şəxs7 məxsus mənzildə göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işində olan “Götürmə aparılması haqqında” protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 özünə məxsus ünvan 2 ünvanının oğurluq hadisəsindən əvvəl mənzilin qonaq otağı və mətbəxinin oğurlanmış əşyalarla birlikdə çəkilmiş şəkillərini 5 ədəd A4 kağız vərəqində təqdim etmiş, həmin şəkillər ondan götürülərək cinayət işinə əlavə edilərək, bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş 10 may 2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış “icarə müqavilə”-sindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs1 tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən ümumi sahəsi 138,6 kv/m olan qeyri yaşayış sahəsini icarəçi Təqsirləndirilən şəxs icarəyə vermiş, icarə müddəti 10.05.2022-ci il tarixədək müəyyən edilmiş və icarəyə götürən Təqsirləndirilən şəxs icarəyə verən Zərərçəkmiş şəxs1 aylıq 250 manat icarə haqqı ödəməlidir. Cinayət işinə əlavə edilmiş 23 avqust 2019-cu il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, 23 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 05 ədəd 109 sm dioqonal ekranı olan “Shivaki” markalı televizoru, 05 ədəd “Playstation-3” markalı kompüterləri, “Playstation-3”markalıkompüterəaid 03 ədəd orijinal və 12 ədəd orijinal olmayan pultları, 05 ədəd eni 1 metr, uzunluğu 1,2 metrolan qəhvəyi rəngli dəri üzlüklü divanları, 05 ədəd qəhvəyi rəngli qabaq stolunu, 03 ədəd qəhvəyi rəngli arakəsməni, 05 ədəd yumşaq örtüklü oturacağıvə 01 ədəd stendi 6 ay müddətində aylıq 450 manat olmaqla Təqsirləndirilən şəxs icarəyə vermişdir. Cinayət işinə əlavə edilmiş 21 sentyabr 2019-cu il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində Zərərçəkmiş şəxs4 özünə məxsus olan texniki avadanlıqları Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 6 ay müddətində aylıq 450 manat olmaqla Təqsirləndirilən şəxs icarəyə vermişdir. Cinayət işinə əlavə edilmiş 19 oktyabr 2019-cu il tarixli “Avadanlıqların istifadəyə verilməsi haqqında” müqavilədən görünür ki, Zərərçəkmiş şəxs6 2 ədəd “Playstation-3” markalı kompüteri, 4 ədəd “Playstation-3” markalı kompüterin pultu, 2 ədəd Hdmi markalı kabel, 2 ədəd pult və televizor əlaqələndiricisi 7 günlük 100 manat qarşılığında Təqsirləndirilən şəxs istifadəyə vermişdir. Eləcə də 19 oktyabr 2019-cu il tarixli “təhviltəslim aktı”ndan görünür ki, Zərərçəkmiş şəxs6 2 ədəd “Playstation-3” markalı kompüteri, 4 ədəd “Playstation-3” markalı kompüterin pultunu, 2 ədəd Hdmi markalı kabeli, 2 ədəd pult və televizor əlaqələndiricisini 19.10.2019-cu il tarixdə Təqsirləndirilən şəxs təhvil vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Cinayət işində olan sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şahid1 ilə 30 iyul 2017-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 13.03.2018-ci il tarixdə X5 adlı bir uşaqları vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Sony” və 1 ədəd “Philips” markalı televizorları, 15 ədəd playstation pultları, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “LG” markalı 105 sm ekran ölçüsündə, 1 ədəd “LG” markalı 50 sm ekran ölçüsündə televizorları, 1 ədəd markasını xatırlamadığı yaddaş kamera sistemini, 2 ədəd “Benq siemens” markalı sinema projektorunu, 3 ədəd “LG” markalı DVD cihazını, Zərərçəkmiş şəxs3 məxsus 5 ədəd divanı, 5 ədəd qabaq stolunu, 3 ədəd ara kəsməni, 5 ədəd yumşaq örtüklü oturacağı, 1 ədəd stendi, 5 ədəd playstation pultları obyektdə qoymasını, onları ələ keçirmədiyini göstərsə də məhkəmədə tədqiq edilmiş sübutlarla həmin xüsusatlar öz təsdiqini tapmadığından məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə ifadəsini özünümüdafiə xarekterli, zərərçəkmiş şəxslərin ifadələrini şübhə altına almaq və məsuliyyətdən yayınmaq, həmçinin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmişəməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu iləözgəəmlakınıələ keçirmə və ya əmlak hüquqlarınıəldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakıələ keçirərkən və ya əmlak hüquqlarıəldə edərkən hər hansıöhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakıələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onunla şərik işləyəcəyi və qazanc əldə edib böləcəkləri, digər zərərçəkmiş şəxsləri isə əmlaklarını icarəyə və kirayəyə götürməsi adı ilə aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə sonuncuların əmlakını ələ keçirmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, ittihamda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd 500 manat dəyərində “Playstation -4” markalı oyun aparatını, eləcə də zərərçəkmiş şəxsin 500 manat nağd pulunu borc adı ilə alıb qaytarmamaqla dələduzluq yolu ilə ələ keçirməsi göstərilsə də məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 500 manat pulu “Playstation - 4” markalı oyun aparatının alınması üçün verdiyi, sonuncunun isə oyun aparatını almadığı və pulu aldatma yolu ilə ələ keçirdiyi müəyyən edilmişdir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd 500 manat dəyərində “Playstation -4” markalı oyun aparatını dələduzluq yolu ilə ələ keçirməsi hissəsi ittihamdan xaric edilməlidir. Məhkəmə dələduzluq yolu ilə ələ keçirilmiş əşyaların dəyəri ilə bağlı qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübutlar müəyyən edilmədiyindən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əşyaların orta bazar dəyərini nəzəri hesablama metodu ilə təxmini müəyyən etmiş, bəzi əşyaların dəyərini isə ümumiyyətlə müəyyən edə bilməmişdir. Buna görə də məhkəmə əşyaların dəyərinin zərərçəkmiş şəxslərin ifadələrində göstərildiyi kimi müəyyən edilməsinin işin faktiki hallarına uyğun olması qənaətinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən heç birinə vurulmuş ziyanın heç bir hissəsini ödəməmişdir. Bununla belə Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə həmin ərizəni zərərçəkmiş şəxsin təqsirəndirilən şəxslə barışması kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi) və zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün 07 aprel 2020-ci il tarixdə onun barəsində axtarış elan edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2020-ci il tarixli 4(004)-234/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 07 may 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanması göstərilmişdir. Təqsirləndirilən şəxs 14 aprel 2020-ci il tarixdə könüllü olaraq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gələrək özünü təqdim etmişdir. 07 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti başa çatmış və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 14 aprel 2020-ci il tarixdən 07 may 2020-ci il tarixədək 24 gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla (iyirmi dörd gün) ona təyin ediləcək cəzadan çıxılmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli hökmün çıxarıldığı gündən, yəni 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı başlananadək iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzi qismində 9500 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək tələb olunan məbləğin Zərərçəkmiş şəxs2 şəxsi mülahizələrinə söykəndiyini, onun Toğrula çox az borcunun olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Eçin oğlunun təqsirli olaraq törətdiyi hüquqazidd əməllər nəticəsində Zərərçəkmiş şəxs2 9475 manat məbləğində maddi zərər vurması öz təsdiqini tapdığından mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə də mülki iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də Təqsirləndirilən şəxs alınaraq Qocayev Tural Etibar oğluna ödənilməlidir. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Zərərçəkmiş şəxs2 vurulmuş zərərin əvəzi qismində 9475 (doqquz min dörd yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-21/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-21/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver