Məhkəmə qərarları › İş №1(043)-21/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-21/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-21/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ İş № 1(043)-21/2022 Azərbaycan Respublikası adından QƏRAR Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Quşqara kəndində yaşayan, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hal-hazırda 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs ondan 18 yanvar 2017-ci il tarixdən hesablanmaqla, 06 may 2013-cü il təvəllüdlü X3 01 sentyabr 2016-cə il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat məbləğində aliment tutularaq X4 verilməsi, həmçinin ondan 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 fevral 2017-ci il tarixli, 2(043)-911/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 3(043)-56/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 17.12.2019-cu il, 04.02.2020-ci il, 04.03.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 18 mart 2021-ci il tarixinədək cəmi 970090 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Verdiyeva (Məmmədova) Yeganə Vətən qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Verdiyeva (Məmmədova) Yeganə Vətən qızı ilə evlənib rəsmi ailə qurmuş, münasibətlərindən 06 may 2013-cü il təvəllüdlü X7 və 01 sentyabr 2016-cə il təvəllüdlü X8 adında övladları anadan olmuşdur. Daha sonra münasibətləri pozulmuş və Zərərçəkmiş şəxs (Məmmədova) ilə ayrılmışlar, həmin vaxtdan da uşaqlar anaları Zərərçəkmiş şəxs (Məmmədova) himayəsində yaşamışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs (Məmmədova) uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış, məhkəmənin 16 fevral 2017-ci il tarixli, 2(043)-911/2017 saylı qətnaməsinə əsasən ondan 18 yanvar 2017-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay bir uşaq üçün 100.00 manat olmaqla iki üşağa cəmi 200,00 manat məbləğində aliment tutularaq Verdiyeva (Məmmədova) Yeganə Vətən qızına verilməsi, həmçinin ondan 300.00 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Övladlarına baxmalı olduğunu dərk edir, sadəcə qətnamədə qeyd edilən aliment məbləği çoxdur. Bundan başqa ilk evliliyindən bir övladı var.Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-911/2017 saylı 16.02.2017-ci il tarixli icra sənədinə əsasən 18.01.2017-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 06.05.2013-cü ildə doğulmuş X5 və 01.09.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Təqsirləndirilən şəxs hər ay hər bir uşağa 100 manat olmaqla, iki uşağa görə cami 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbsdə olma müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün yeni müddət verilmiş və işə düzəlməsi üçün isə aidiyyəti Məşğulluq Mərkəzinə müraciət etməsi barədə 24.01.2020-ci il tarixdə təklif verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Gəncə-Kəpəz Rayon Məşğulluq Mərkəzinin 10.07.2019-cu il tarixli məktubunda Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etdiyi və onun “Neon” firmasında fəhlə işi ilə razılaşdığı bildirilmişdir. Borclu etdiyi bu kimi hərəkətlərlə icra sənədinin icrasından yayınmış və borcun ödənilməsindən boyun qaçırmağa cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə işlə bağlı müraciət etməsi tərəfimizdən təklif olunsada o, inzibati qaydada həbs edildikdən sonra tələbkarlara ödənişlər etməmiş və məşğulluq mərkəzinə müraciət edərək ona təklif olunan “Neon” firmasında fəhlə işi ilə razılaşdığını bildirsədə işə düzəlmək üçün firmaya müraciət etməmişdir. Keçən bu müddət ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcundan ödəniş etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, borclu borcunu ödəmək iqtidarında olsa da, etdiyi bütün hərəkət və hərəkətsizliklərlə hər fürsətdə öhdəliyindən boyun qaçırır. Dəfələrlə müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir. Bildirilir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 911/2017 saylı 16.02.2017-ci il tarixli qətnaməsi üzrə Təqsirləndirilən şəxs iş üzrə tələbkar Verdiyeva (Məmmədova) Yeganə Vətən qızına cəmi 2100,00 manat pul ödəmiş, 18.02.2017-ci il tarixdən-18.03.2021-ci il tarixədək 970090,00 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs (Məmmədova) onun qızıdır. Qızı Yeganə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış, məhkəmənin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 100.00 manat olmaqla iki üşağa cəmi 200,00 manat məbləğində aliment tutularaq qızı Verdiyeva (Məmmədova) Yeganə Vətən qızına verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs alimenti ödəmədiyi üçün on gün həbs edilmişdir. Buna baxmayaraq alimenti ödəməmiş İşləməsinə və yetərli qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə ödəməli aylıq alimenti ödəməmiş,doqquz min manatdan çox borcu yığılıb qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Verdiyeva (Məmmədova) Yeganə Vətən qızı onun qohumudur. Məhkəmənin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir uşaq üçün 100.00 manat olmaqla iki uşağa cəmi 200,00 manat məbləğində aliment tutularaq Yeganəyə verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsi ilə kəsilən alimenti ödəmədiyi üçün Yeganənin deməsinə görə on minə yaxın aliment borcu yığılıb qalmışdır. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.07.2017-ci il tarixli, 2(043)- 911/2017 saylı icra vərəqəsindən görünür ki, 18 yanvar 2017-ci il tarixdən hesablanmaqla, iki uşağın yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla iki uşağa cəmi 200 manat məbləğində aliment tutularaq Verdiyeva (Məmmədova) Yeganə Vətən qızına verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin 08.07.2019-cu il tarixli icraata başlama haqqında qərarından görünür ki, iş üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etməsi təklif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və vurulmuş zərəri ödəməsini, habelə zərərçəkmiş şəxs Verdiyeva (Məmmədova) Yeganə Vətən qızının cinayət işi üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəlarının qüvvəsinə görə şəxsin cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılan cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: «imza var» Cavid Tağıyev «Əsli ilə düzdür » Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar