Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-217/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu F.Əmirov küçəsi ev 30, mənzil 34-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6.46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 15 iyul 2021-ci il tarixdə, saat 16:30 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhər Nəriman Nərimanov prospektində saxlanılaraq BNMİ-nin QBRŞ-nə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6.46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə də məşğul olub gündəlik dolanışığnı təmin edir. O, 5-6 ildir ki narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə mütəmadi istifadə edir. 15 iyul 2021-ci il tarixdə, saat 16:30 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində 3 saylı Notariat kontorunun binasının yaxınlığında olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu deyib xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinə gedəcəyini bildirmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin inzibati binasına getmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilməsi, əgər seçməkdə tərəddüd edirsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə bilməsi ona izah olunmuşdur. O, təqdim olunmuş vəkillərin siyahısından X6 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X11 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədlər düzgün tərtib edildiyinə görə imzalanmışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılan zamanı o, əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı cibindən çıxardıb stolun üzərinə qoymuşdur. Həmin qutuya onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkmişlər. Həmin qutu ağ rəngli kağız zərfə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Onun üzərinə axtarış keçirilərkən başqa əşya aşkar olunmamışdır. Sonra tərtib edilmiş protokol oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə həmin protokolu imzalamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş “marixuana”-nı 14 iyul 2021-ci il tarixdə axşam radələrində Şəmkir şəhərindən qayıdarkən yolun kənarında olan ağacın dibindən tapıb özünün istifadəsi üçün üzərində saxlamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2013-cü ildən X13, 2021-ci ildən isə hazırda tutduğu vəzifədə, yəni Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 15 iyul 2021-ci il tarixdə Gəncə şəhəri F.Əmirov küçəsi ev 30, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan “marixuana” əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqda qərar qəbul olunmuşdur. Bundan sonra Şöbənin baş əməliyyat müvəkkili Anar Seyidov, operator polis nəfəri Şahid2la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyul 2021-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri N.Nərimanov prospektində olmasını müəyyən edib həmin yerə getmişlər, Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Təqsirləndirilən şəxs tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X14 dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və sonuncu ona təqdim olunmuş Yusif müəllim tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakları ilə həmin kibrit qutusunun içərisinə baxış keçirilən zamanı orada yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs qurudulmuş marixuana istifadə etdiyini, üstündən aşkar olunaraq götürülmüş kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 14 iyul 2021-ci il tarixdə Şəmkir şəhərindən gələrkən yolun kənarında ağacın dibindən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə qurudulmuş “marixuana” olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, daha sonra zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-nin 7(2) saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 16iyul 2021-ci il tarixli, 45 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” barədə 15iyul 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Kəpəz rayonu F.Əmirov küçəsi ev 30, mənzil 34-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşayış yerinə və nəqliyyat vasitəsinə, həmçinin üzrə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya, eləcədə heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş həmin bir ədəd kibrit qutusuna baxış keçirilərkən qutunun içərisində sıxılmış vəziyyətdə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş “marixuana”-ya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə qutusu ilə birlikdə gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 9,68 qram olduğu müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmışdır, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bu barədə videogörüntü çəkilərək 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin 15iyul 2021-ci il tarixli, 16/707 nömrəli rəyindən görünür ki, “........Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş.........” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,46 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Video görüntüyə baxış keçirilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, 85 nömrəli protokoldan görünür ki, DİN-in BNMİ-nin X10 Şöbəsinin təhqiqatçısı, polis mayoru X7, Şöbənin əməliyyat müvəkkilləri Şahid1, X12, operator polis nəfəri Şahid2, müdafiəçi X11 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet, narkotik varsa çıxardıb təqdim etməsi təklif olunanda o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb təqdim edir. X5 sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Rafiq Əhmədov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunun içərisinə baxış keçirilən zamanı orada yaşıl rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması məlum olur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 14 iyul 2021-ci il tarixdə Şəmkir şəhərindən gələrkən yolun kənarında ağacın dibindən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana qutu ilə birlikdə tərəzidə çəkilərək çəkisi 9,68 qram müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılıb ağzı DİN-in 7(2) saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə diskə baxış keçirilən zamanı videogörüntüdə olan şəxsin özü olduğunu bildirmiş və üzərinə baxış keçirilən zamanı videoçəkiliş zamanı dediklərini bir daha etiraf edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 17 iyul 2021-ci il tarixli, 47 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Nicat Rüstəmov tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında 17 iyul 2021-ci il tarixli, 48 nömrəli qərardan görünür ki, xx.xx.1989-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi Gəncə şəhər rayonlararası Ruhi əsəb Dispanserinin 22 iyul 2021-ci il tarixli, 2627 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 29 iyul 2021-ci il tarixli, 223 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-196/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib və ona CM-in 228.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalan qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi hökm edilmişdir. Gəncə şəhər MKTİB-nin 7 nömrəli xidmətinin sahəsinin 30 avqust 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 13 sentyabr 2021-ci il tarixli, 1092 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin 27sentyabr 2021-ci il tarixli, 206-1675-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında 01oktyabr 2021-ci il tarixli, 125 nömrəli qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlama cinayət əməli kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınması və məhkumluğu ödənilməmiş hesab olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxt və hansı mənbədən əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitənin əldə edilmə tarixi və mənbəyi istintaqa məlum olmayan tarix və mənbə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə araşdırma aparılması üçün cinayət işi sənədlərindən material ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən götürülərək tədqiqat zamanı istifadə edilməsini nəzərə alıb rəydə göstərilən 6,46 qram çəki düzgün hesab edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 6,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə yanaşı maddi sübut hesab edilən narkotik vasitənin tədqiqatdan sonra qalmış təmiz çəkisi, yəni 6,26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ilə tanış olduqdan sonra həmin çəkidə narkotik vasitə Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirildiyi üçün Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə onun cəzasını ağırlışdıran hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın müəyyən edilməməsinin nəzərə alınması, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 15.07.2021-ci il tarixli, 16/707 məhkəmənarkoloji ekspertizasının 13.09.2021-ci il tarixli, 1092 nömrəli rəyləri, 27.09.2021-ci il tarixli, 206-1675-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubu, DİN-in BNMİ-nin X10 Şöbəsinin İnzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, şahidlərin, təqsirləndirilən şəxsin etirafedici ifadələri və cinayət işi üzrə toplanmış digər sənədlər iş üzrə sübut növləri kimi tanınması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.Məhkəmə həmin sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 19 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.09.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin 22.11.2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.09.2018-ci il tarixli hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə endirilmiş və 30.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-196/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını),təqsirkarın şəxsiyyətini,təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdən 17.07.2021-cu il tarixədək tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçü nciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 6.26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserinin 13 sentyabr 2021-ci il tarixli, 1092 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə 15.07.2021-ci il tarixdən 17.07.2021-cu il tarixədək bu iş üzrə tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqlaTəqsirləndirilən şəxs təyin edilmiş cəzadan cəmi 2 (iki) gün çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə аzаdlıqdаn məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində müəssisəsində çəksin və cəzasının əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 6.26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-217/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-217/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver