Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-22/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında günü dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan xeyli miqdar təşkil edən, yəni, ümumi sayı 4 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 12:10 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində, “Sovxoz Nizami” dairəsi adlanan ərazidə saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş və həmin tarixdə saat 15 radələrində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsindən ayrı-ayrılıqda əkilmiş xeyli miqdar təşkil edən, yəni, ümumi sayı 4 ədəd olan və ümumi təmiz çəkisi 1200 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanda tək yaşayır. Həmin ev onun ata evi olmuşdur. Heç vaxt evli olmamış, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə, həmçinin narkotik vasitə saxladığına görə dəfələrlə məhkum olmuş, sonuncu dəfə 2019-cu ildə cəzadan azad olunaraq azadlığa çıxmışdır. Avtomobil yumaqla qazanc əldə edib dolanır. Narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə aludəçisi olduğu üçün istifadə etdiyi narkotik vasitənin toxumlarından yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsində, ağacların arasında gələcəkdə özü istifadə etməsi üçün əkmişdir. 2020-ci ilin təxminən aprel ayının sonunda Gəncə şəhəri ərazisindən, bacısının yaşadığı evin yaxınlığından yerdən bir ədəd bükümdə, bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə olan marixuana tapmışdır ki, həmin marixuananın üzərində 4 ədəd toxum da olmuşdur. O, marixuananı istifadə etdikdən sonra marixuananın üzərindən götürdüyü 4 ədəd toxumu təxminən 2020-ci ilin aprel ayının axırlarında yaşadığı evin həyətyanı sahəsində əkib sulamaqla, böyüdükcə sınmasın deyə yanlarına taxta parçası basdırıb qulluq etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində, “Sovxoz Nizami” dairəsi adlanan ərazidə marketdən siqaret almaq istəyən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və əkib-becərməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən həmin idarəyə getmişdir. Orada ona şübhəli şəxs kimi hüquqlarını izah edərək onu vəkil ilə təmin etmişlər. Daha sonra həmin şəxslərin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Onun üzərindən heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Bundan sonra yaşadığı ünvana baxış keçiriləcəyi barədə ona məlumat verilmiş və özü yenə də etiraz etməyərək yaşadığı ünvana baxış keçirilməsinə könüllü razı olması ilə bağlı ərizə yazmış, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkdiyini demişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanına gedilmişdir. Həmin ünvanda olan evə, evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evdən heç bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməsə də, baxış zamanı həyətyanı sahədə əkdiyi və qulluq edərək yetişdirdiyi 4 ədəd marixuana kolları aşkar edilmişdir. Sorğu zamanı o, həmin kolların marixuana kolları olduğunu, öz istifadəsi üçün əkdiyini və qulluq edərək becərmək istədiyini bildirmişdir. Marixuana kolları kökündən çıxarılmış, həmin kollar qablaşdırılmış, baxış keçirilməsi ilə bağlı müfaviq protokol tərtib edilmiş və iştirakçılara imza etdirilmişdir. Baxış keçirilməsi videokamera vasitəsi ilə qeydə alınmışdır. O, həmin narkotik vasitə olan marixuana kollarını 2020-ci ilin aprel ayının sonunda gələcəkdə özü istifadə etmək məqsədi ilə əkmişdir. Onun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsindən və narkotik vasitə istifadə etməsindən heç kəsin, o cümlədən digər ailə üzvlərinin də xəbərləri olmamışdır. Çünki o, həmin evdə tək yaşayır. O, heç vaxt narkotik vasitə olan marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2002-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2016-cı ildən isə Gəncə şəhəri Kəpəz Rayon Polis X4 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi ilə bağlı məlumat daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşı, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və saat təxminən 12:10-da Təqsirləndirilən şəxs Gəncə şəhəri Z.Hacıyev küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində, “Sovxoz Nizami” adlanan dairənin ərazisində saxlamış və özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməkdə, əkib-becərməkdə şübhəli olduğunu bildirərək onu Gəncə şəhəri Kəpəz RPİ-yə dəvət etmişlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkilin onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Yuxarıda göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən heç bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə, eləcə də evin həyətyanı sahəsinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş, evinə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Həmçinin artıq cinayət əməlinin ifşa olunduğunu görüb yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkib becərdiyini etiraf etmişdir. Bundan sonra Qurban Məmmədov adlı aqronom mütəxəssis kimi iştirak etmək üçün dəvət edilmiş və yuxarıda göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı və ünvan 1 ünvanında yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin ortasında olan ağacların arasından ayrı-ayrılıqda əkilmiş 4 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri gələcəkdə özü istifadə etmək məqsədi ilə özünün əkdiyini və qulluq etdiyini bildirmişdir. X5 isə bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqro-texniki qaydada qulluq edildiyini, xüsusi qaydada əkilib becərildiyini və narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsindən başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 4 ədəd çətənə kolları müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə verib Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsinin ortasında olan ağacların arasından ayrı-ayrılıqda əkilmiş 4 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilməsini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 16/402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş ......” yazılar və imzalar olan sintetik kisədəki ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 1200 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olmaqla, aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş birkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 761 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən mütəxəssis qismində iştirak etmiş, Azərbaycan Dövlət Universitetinin “Bitkiçilik və bitki mühafizəsi” kafedrasının müdiri, dosent X6 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə keçirilən baxışda iştirak etmiş və baxış keçirilən ərazidə aşkar olunmuş tünd yaşıl rəngli və saçaqlı yarpaqları olan, kəskin iyli bitki kolları həqiqətən narkotik xassəli çətənə kollarına aiddir və onlara xüsusi qaydada aqrotexniki qulluq olunmuşdur. Kolların hündürlüyü 106 sm-dən 220 sm-ə qədər dəyişir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan və bir ədəd DVD diskə köçürülmüş video görüntülərdən məlum olur ki, xx.xx.2020-ci il tarixdə Kəpəz RPİ-də, təhqiqatçı Nicat Əvəzlinin, idarənin digər polis əməkdaşları, yəni, Şahid1, Şahid2 həmçinin Müdafiəçi1 və şübhəli şəxs kimi saxlanılmış şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Baxış zamanı isə Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar edilmir. Bundan sonra yuxarıda göstərilən şəxslərin iştirakı ilə, həmçinin aqronom-mütəxəssis kimi dəvət edilmiş X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah edilir. Həyətyanı sahəyə baxış zamanı həyətyanı sahədən evin həyətyanı sahəsinin ortasında olan ağacların arasından ayrı-ayrılıqda əkilmiş 4 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri gələcəkdə özü istifdə etmək məqsədi ilə özünün əkdiyini və qulluq etdiyini, külək əsib sındırmasın deyə dibinə taxta parçası basdırdığını bildirir. X5 isə bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqro-texniki qaydada qulluq edildiyini, xüsusi qaydada əkilib becərildiyini deyir. Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsindən başqa heç bir cinayət xarakterli əşya aşkar edilmir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 4 ədəd çətənə kolları müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin siyahısı”nda (İİİ siyahı) çətənə növlü bitkilərin 3-15 ədədinin xeyli miqdar təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etməsi öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X2-Çerkez Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə RF CM-in 105ci maddəsinin 2-ci hissəsinin “J” bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin “V” bəndi və 69cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X9 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin “J” bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin “V” bəndi və 69-cu maddəsinin 3cü hissəsi Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 181.3.3 və 66.3-cü maddələrinə tövsif edilərək üzərində 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş X9 İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 7(101)-5/09 saylı xx xxxxxx 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair X1-Çerkesk Respublikasının Ali Məhkəməsinin xx xxx 2005-ci il tarixli hökmü Azərbaycan Respublikasının ərazisində icraya qəbul edilməklə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6 və 181.3.3-cü maddələrinə uyğunlaşdırılmaqla Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli xx xxxx 2004-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanı çəkib qurtardığı vaxtdan səkkiz il keçmədən hazırkı cinayət əməlini törətmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 1199,8 qram olan 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 30 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 180 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 1199,8 qram olan 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-22/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-22/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver