Məhkəmə qərarları › İş №1(043)-221/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-221/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-221/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Zərərçəkmiş şəxs İslam oğlunun iştirakı ilə, xx.xx.1954-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Sem San” şirkətində qara metalların əridilməsi sexinin rəisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2arəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən “Sem San” şirkətinin 28 dekabr 2020-ci il tarixli 89 nömrəli əmrinə əsasən qara metalların əridilməsi sexinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi şirkətin direktoru tərəfindən təsdiq edilmiş “Sex rəsinin vəzifə təlimatının” “Əmək funksiyası” bölməsinin 3-cü abzasında qeyd edilən “Sexin istehsalat-təsərrüfat işinə rəhbərliyi həyata keçirir, avadanlığın və başqa vəsaitlərin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin edir” və “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”-nın 6.6-cı bəndinin tələblərini yerinə yetirməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində şirkət direktoru ilə bağlanmış 03.10.2020-ci il tarixli əmək müqaviləsinə əsasən 10 dekabr 2020-ci il tarixli 87 nömrəli əmrlə qara metallar sexində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs 02 iyun 2021 -ci il tarixdə saat 11 radələrində şirkətin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə daxilində yanar maddələrin konsentrasiyaları olmuş germetik bağlı olan tutumun (qaz balonunu) sobada əridilməsi üçün əritmə prosesindən əvvəl gövdə və yuxarı hissəsində açarkən həmin metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən travmatik amputasiyası” xəsarətini almışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X5 İnstitutunun mexanizasiyası fakültəsində ali təhsil almış, müqavilə əsasında 16.06.2021ci il tarixdən “Sem San” şirkətində mühəndis vəzifəsində işə qəbul edilmiş, eyni zamanda şirkətin qara metalların emalı sexinin rəisi vəzifəsini icra etmişdir. Şirkətin fəaliyyəti sifarişçilərin sifarişi əsasında metal qırıntılarını qəbul etmək, həmin metal qırıntıları təkrar istehsal prosesində əridərək metal pəstahlar hazırlamaqdan və sifarişçilərə təhvil verməkdən ibarətdir. Daha sonra həmin metal pəstahlardan isə sifarişçilər tərəfindən müxtəlif çeşid tikinti materialları hazırlanır. Sex rəisi kimi gündəlik vəzifəsi işçilərə doğranmalı metal qırıntılarının tapşırığını vermək, doğranmış metal qırıntılarını xüsusi nəzərdə tutulmuş dəmir qablarda sobalara daşınmasını və sobada əridilməsinə dair işçilərə nəzarət etmək və tapşırıqlar verməkdən ibarətdir. Qaynaqçı Zərərçəkmiş şəxs sexdə qaynaq işləri görməyi, yəni təkrar emala gedən, sobaya əridilmək üçün hazırlanan qara metalları qaz oksigen kəsicisi ilə kəsilməsi işlərini tapşırmışdır. Zərərçəkmiş şəxs istifadə etdiyi qaz oksigen kəsicisi hadisə baş verdiyi gündən əvvəl nasazlıqla əlaqədər təmirə verilmiş, buna görə də ona qaz oksigen kəsicisini təmirdən götürməsini və şixtə materialları hazırlamasını tapşırmışdır. Şirkətə materiallar ümumi olaraq qəbul olunmuş, daha sonra onların qara və ya əlvan metallar olması xarakteristikasına uyğun olaraq çeşidləmələri aparılmışdır. Zərərçəkmiş şəxs qaz oksigen kəsicisi ilə işlədiyi və patrlayış baş verməsinə səbəb olmuş balonlarının da həmin gündən əvvəl başlıqlarını vizual olaraq yoxlamış, həmin balonların boş olduğunu düşündüyü üçün doğranması üçün kənara qoymuş, Akif də 02 iyun 2021-ci il tarixdə həmin balonları özü ilə birlikdə aparıb şirkətin əlvan metallar sexində doğramaqla məşğul olmuşdur. Belə ki, Akifin özünün də həmin balonları doğramamışdan əvvəl bir-bir başlıqlarını yoxladıqdan sonra doğrayacağını düşündüyü üçün laqeydlik etmiş və digər işləri ilə məşğul olmuşdur. Onun rəisi olduğu sexdə ara fəhlələri, sobaçılarla birlikdə 20- 25 nəfər işçisi fəaliyyət göstərdiyindən həmin gün Akifin işlərinə nəzarət edə bilməmişdir. Həmin gün saat 10:10 radələrində bəzi uçot işləri olduğundan şirkətin mühasibatlığında olmuş və orada olarkən güclü səs eşitmiş, işçilərlə birlikdə çölə, yəni səs gələn əlvan metalların emalı sexinə tərəf qaçmış və əlvan metalların emalı sexinin girişinə çatdıqda Akifin sol ayağının yaralandığını və onu taxta paletin üzərində sexdən çıxarılaraq şirkətin avtomobilinə mindirdiklərini görmüşdür. O, daha sonra Akifin xəsarət aldığı yerə baxarkən, yerdə balonların olduğunu görmüş, buna əsasən partlayışın baş verməsinə səbəb həmin balonlardan birinin boşaldılmamış vəziyyətdə olduğundan baş verdiyini bilmişdir. Hazırda hərəkətindən peşman olduğunu göstərərək, məhkəməyə ərizə təqdim edib “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında”Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən barəsində amnitsiya tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs İslam oğlu göstərdi ki, Rusiya Federasiyasında qaynaqçı ixtisası üzrə təhsil almış, 2020-ci il tarixədək müxtəlif vaxtlarda X2 motorist vəzifəsində işləmiş, 2020-ci il tarixdən isə əmək müqaviləsi əsasında “Sem San” şirkətinin qara metallar sexində qaynaqçı vəzifəsində işə başlamışdır. “Sem San” şirkətinin fəaliyyəti əlvan və qara metalların qəbulu, təkrar istehsala buraxılması, armatur materialların istehsal edilməsindən ibarət olmuşdur. “Sem San” şirkətində işlədiyi müddətdə mütəmadi olaraq şirkətin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi Şahid2 tərəfindən, həmçinin əlavə olaraq da sex rəisi tərəfindən təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. 02 iyun 2021 -ci il tarixdə gündəlik iş rejiminə uyğun olaraq saat 08:00-da şirkətin giriş qapısından daxil olub gündəlik davamiyyət jurnalına imza çəkib işə başlamış, işə başladıqdan sonra şirkət rəhbəri Amir Heydərov ona tərəzi üzərindəki 4 ədəd çuvalı göstərib içərisindəki partlayıcı funksiyaya malik balonları sobada əritmək üçün qaz oksigen kəsicisi vasitəsilə hissələrə bölməsini tapşırmış, o da çuvalları araba ilə birlikdə əlvan metallar sexinə aparmış, həmin balonların dolu olmasını bilməmiş, həmin balonlar yararsız, tamlığı pozulmuş vəziyyətdə olmuşdur. Balonları qaz-oksigen kəsici ilə doğradıqca şirkətin əlvan metallar sexində sobaçı işləmiş Azər adlı iş yoldaşı da həmin metal predmetləri sobaya daşımışdır. Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək şikayəti və tələbi olmadığını bildirdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş 1 avqust 2021-ci il tarixli 1041 nömrəli canlı şəxsin ekspertizası haqqında rəyindən görünür ki, Zərərçəkmiş şəxs İslam oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət- sol bud nahiyəsinin aşağı 1/3 hissəsindən travmatik amputasiyası - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 02 iyun 2021 -ci il tarixə uyğundur və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.08.2021-ci il tarixli 6/2737-10/3433 nömrəli rəyindən görünür ki, “Sem San” şirkətinə işə yeni qəbul edilən işçilərin əməyin mühafizəsi təhlükəsizlik texnikası üzrə ilkin təlimatlandırmalarının qeydiyyatı kitabından görünür ki, Zərərçəkmiş şəxs təlimatlandırılmış və jurnalda imza etmişdir. Fərdi qaydada elektrik qaz qaynaqçısı üzrə Zərərçəkmiş şəxs sonuncu dəfə 10 dekabr 2020-ci il tarixdə bilikləri yoxlanılmış, bu barədə, 02 nömrəli protokol tərtib olunmuş və komissiyanın rəyinə əsasən işə buraxılmışdır. “Sem San” şirkətinin direktoru ilə Zərərçəkmiş şəxs arasında 03.10.2020ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs adına olan təhlükəsizlik texnikası üzrə təlimata dair 82 №-li “şəxsi kitabça”-dan görünür ki, sonuncu mütəmadi olaraq təlimatlandırılmış və bilikləri yoxlanılmışdır. Bununla belə 09 iyun 1990-ci ildə təsdiq olunmuş “Tikinti norma və qaydaları 111-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları’nın tələblərinə görə:

6. Başlığı. Elektrikqaynaq və qazalovlu işlər. -bənd 6.6 “İçərisində yanar mayelər... olmuş tutumlarda qaynaq (kəsmə) işlərindən əvvəl onlarda təmizlənmə işləri aparılmalıdır, yuyulmalıdır, qurudulmalıdır və sonrakı yoxlamalar aparılmaqla zərərli maddələrin konsentrasiyalarınm olmadığı təsdiq edilməlidir”. “Sem San” şirkətinin əlvan metallar sexində daxilində yanar maddələrin konsentrasiyaları olmuş germetik bağlı olan tutumun tam boşaldılması, təmizlənməsi və yuyulması təmin edilmədən qaz-oksigen kəsicisi ilə kəsilməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarf’nm 6.3.6. bəndinin, “Sem San” şirkətinin direktoru S.Heydərov tərəfindən təsdiq edilmiş “Elektrik qövs qaynağı istehsalatında əməyin mühafizəsi təhlükəsizlik texnikası qaydalarına tələbə aid 39 №-li Təlimat”ın və “Sem San” şirkətinin sex rəisinin vəzifə təlimatının tələbləri pozulmuşdur. Daxilində yanar maddələrin konsentrasiyaları olmuş germetik bağlı olan tutumun qaz-oksigen kəsicisi ilə kəsilməzdən əvvəl tam boşaldılması, təmizlənməsi və yuyulmasını təmin etmədiyinə görə, vəzifə təlimatının və “Tikinti norma və qaydaları 111- 4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları’nın 6.6 bəndinin “Sem San” şirkətinin dəmirəritmə sexinin rəisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Sem San” şirkətinin direktoru, S.V.Heydərov tərəfindən 02 mart 2020-ci il tarixdə təsdiq edilmiş “Sem San” şirkətinin sex rəisinin vəzifə təimatmdan görünür ki, onun əmək funksiyası - Sexin istehsalat-təsərrüfat işinə rəhbərliyi həyata keçirir. Tapşırıqlar vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir. Avadanlığın və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsini təmin edir. İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədiqiqndə iştirak edir, onların qarşısmm alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir. Ustaların və sex xidmətlərinin işini əlaqələndirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, 8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə vəsatət vermişdir. Buna görə də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 180 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə 180 (bir yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE**********898501, hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar