Məhkəmə qərarları › İş №1(043)-226/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-226/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-226/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X8 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri Kəpəz rayonu C.Şıxlinski küçəsi, ev 38-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup təşkil edərək, təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamaq niyyəti ilə 18 iyul 2020-ci il tarixdə, təxminən saat 02 radələrində Şahid məxsus “QAZ 3110” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndinə gedərək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən “Fərid market”-in qapısında olan qıfılı sındıraraq açıb qanunsuz daxil olmuş və orada sonuncuya məxsus bir ədədi 6 manat olmaqla 24 manat dəyərində 4 ədəd sobranie ağ filterli, bir ədədi 6 manat olmaqla 30 manat dəyərində 5 ədəd sobranie black filterli, bir ədədi 3,7 manat olmaqla 25,90 manat dəyərində 7 ədəd sobranie blask filterli, bir ədədi 3,7 manat olmaqla 25,90 manat dəyərində 7 ədəd sobranie blue filterli, 3,70 manat dəyərində 1 ədəd sobranie ağ qalın filterli, bir ədədi 3,7 manat olmaqla 55,50 manat dəyərində 15 ədəd sobranie kss black filterli, bir ədədi 3,7 manat olmaqla 77,70 manat dəyərində 21 ədəd sobranie kss blue filterli, bir ədədi 3,7 manat olmaqla 99,90 manat dəyərində 27 ədəd sobranie filterli, 3,70 manat dəyərində 1 ədəd sobranie less smoke filterli, bir ədədi 3,4 manat olmaqla 10,20 manat dəyərində 3 ədəd camel sari filterli, bir ədədi 3,2 manat olmaqla 28,80 manat dəyərində 9 ədəd winston super slim göy filterli, bir ədədi 3,2 manat olmaqla 44,80 manat dəyərində 14 ədəd winston blue filterli, bir ədədi 3,2 manat olmaqla 6,40 manat dəyərində 2 ədəd winston ara qalın filterli, bir ədədi 3,2 manat olmaqla 28,80 manat dəyərində 9 ədəd winston dual filterli, bir ədədi 3,2 manat olmaqla 35,20 manat dəyərində 11 ədəd winston xs style blue filterli, bir ədədi 3,2 manat olmaqla 80 manat dəyərində 25 ədəd winston xs style silver filterli, bir ədədi 3,2 manat olmaqla 9,60 manat dəyərində 3 ədəd winston summer mix filterli, bir ədədi 3,2 manat olmaqla 22,40 manat dəyərində 7 ədəd winston comp mentol filterli, bir ədədi 3,2 manat olmaqla 25,60 manat dəyərində 8 ədəd winston ip filterli, bir ədədi 3,2 manat olmaqla 38,40 manat dəyərində 12 ədəd winston xs impulse filterli, bir ədədi 3,2 manat olmaqla 134,40 manat dəyərində 42 ədəd winston xs silver filterli, bir ədədi 3,2 manat olmaqla 9,60 manat dəyərində 3 ədəd winston xs one filterli, bir ədədi 3,2 manat olmaqla 41,60 manat dəyərində 13 ədəd winston xs blue filterli, bir ədədi 1,8 manat olmaqla 12,60 manat dəyərində 7 ədəd more blue filterli, bir ədədi 1,8 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd more ağ filterli, bir ədədi 2,6 manat olmaqla 28,60 manat dəyərində 11 ədəd İd compact implus filterli, bir ədədi 2,6 manat olmaqla 20,80 manat dəyərində 8 ədəd İd compact silver filterli, bir ədədi 2,6 manat olmaqla 470,60 manat dəyərində 181 ədəd İd platinium qara filterli, bir ədədi 2,3 manat olmaqla 4,60 manat dəyərində 2 ədəd winchester qalın göy filterli, bir ədədi 2,3 manat olmaqla 23 manat dəyərində 10 ədəd winchester qalın filterli, bir ədədi 2,3 manat olmaqla 20,7 manat dəyərində 9 ədəd winchester comak filterli, bir ədədi 2,3 manat olmaqla 16,10 manat dəyərində 7 ədəd winchester kg filterli, bir ədədi 2,3 manat olmaqla 71,30 manat dəyərində 31 ədəd winchester silver filterli, bir ədədi 2,3 manat olmaqla 9,20 manat dəyərində 4 ədəd winchester blue filterli, bir ədədi 2,3 manat olmaqla 18,40 manat dəyərində 8 ədəd winchester qalın filterli, bir ədədi 1,6 manat olmaqla 68,80 manat dəyərində 43 ədəd argo blue filterli, bir ədədi 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 ədəd argo red filterli, bir ədədi 1,6 manat olmaqla 8 manat dəyərində 5 ədəd argo kg filterli, bir ədədi 1,6 manat olmaqla 14,40 manat dəyərində 9 ədəd argo nano red filterli, bir ədədi 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 ədəd argo nano blue filterli, bir ədədi 1,6 manat olmaqla 30,40 manat dəyərində 19 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 3,60 manat dəyərində 2 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 16,20 manat dəyərində 9 ədəd kingston com blue filterli, bir ədədi 1,8 manat olmaqla 9 manat dəyərində 5 ədəd kingston nano qırmızı filterli, bir ədədi 1,8 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd kingston nano göy filterli, bir ədədi 1,8 manat olmaqla 55,80 manat dəyərində 31 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 7,20 manat dəyərində 4 ədəd viceroy filterli, 3,40 manat dəyərində 1 ədəd kent 8 filterli, bir ədədi 3,40 manat olmaqla 30,60 manat dəyərində 9 ədəd kent 4 qalın filterli, bir ədədi 3,40 manat olmaqla 108,80 manat dəyərində 32 ədəd kent 4 filterli, bir ədədi 3,40 manat olmaqla 85 manat dəyərində 25 ədəd kent 1 filterli, 3,40 manat dəyərində 1 ədəd kent mentol filterli, 2,10 manat dəyərində 1 ədəd west q filterli, bir ədədi 1,8 manat olmaqla 32,40 manat dəyərində 18 ədəd prima lyuks gold 4 filterli, bir ədədi 2 manat olmaqla 38 manat dəyərində 19 ədəd classic compact silver filterli, bir ədədi 2 manat olmaqla 30 manat dəyərində 15 ədəd classic sl silver filterli, bir ədədi 2 manat olmaqla 22 manat dəyərində 11 ədəd classic göy qalın filterli, bir ədədi 2,2 manat olmaqla 19,80 manat dəyərində 9 ədəd rothmans m filterli, bir ədədi 2,2 manat olmaqla 118,80 manat dəyərində 54 ədəd rothmans silver filterli, bir ədədi 2,3 manat olmaqla 115 manat dəyərində 50 ədəd pall mall boz filterli, bir ədədi 2,3 manat olmaqla 13,80 manat dəyərində 6 ədəd pall mall ağ filterli, bir ədədi 2,3 manat olmaqla 4,60 manat dəyərində 2 ədəd pall mall m filterli, bir ədədi 1,8 manat olmaqla 27 manat dəyərində 15 ədəd maqna k g filterli, bir ədədi 1,8 manat olmaqla 18 manat dəyərində 10 ədəd maqna cs filterli, bir ədədi 1,8 manat olmaqla 23,40 manat dəyərində 13 ədəd maqna ağ filterli, bir ədədi 1,8 manat olmaqla 97,20 manat dəyərində 54 ədəd maqna carbo black filterli, bir ədədi 1,5 manat olmaqla 18 manat dəyərində 12 ədəd bakı blue filterli, bir ədədi 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd azəri blue filterli, bir ədədi 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd want ağ filterli, bir ədədi 2 manat olmaqla 12 manat dəyərində 6 ədəd want nano silver filterli, bir ədədi 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd want nano blue filterli, bir ədədi 2 manat olmaqla 32 manat dəyərində 16 ədəd want nano black filterli, bir ədədi 2 manat olmaqla 34 manat dəyərində 17 ədəd want line x filterli, bir ədədi 2 manat olmaqla 8 manat dəyərində 4 ədəd want laynes filterli, 2 manat dəyərində 1ədəd want line filterli, bir ədədi 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd want liti blue filterli, bir ədədi 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd want lime red filterli, bir ədədi 1,8 manat olmaqla 88,20 manat dəyərində 49 ədəd prima lyuks blue filterli, 1,60 manat dəyərində 1 ədəd fine komp filterli, bir ədədi 1,6 manat olmaqla 3,20 manat dəyərində 2 ədəd fine konpaq filterli, bir ədədi 1,8 manat olmaqla 25,20 manat dəyərində 14 ədəd maqna silver karbon filterli, bir ədədi 2,6 manat olmaqla 18,20 manat dəyərində 7 ədəd İd compact white filterli, bir ədədi 2 manat olmaqla 22 manat dəyərində 11 ədəd classic sl göy filterli, bir ədədi 2,2 manat olmaqla 11 manat dəyərində 5 ədəd rhotmans filterli, bir ədədi 1,6 manat olmaqla 3,20 manat dəyərində 2 ədəd senate nano gold filterli, bir ədədi 1,6 manat olmaqla 14,40 manat dəyərində 9 ədəd senate grey filterli, bir ədədi 1,6 manat olmaqla 28,80 manat dəyərində 18 ədəd senate nano green filterli, bir ədədi 1,6 manat olmaqla 6,40 manat dəyərində 4 ədəd senate gold filterli siqaretləri, bir ədədi 2,6 manat olmaqla 26 manat dəyərində 10 ədəd rexona markalı antipreaspirant, bir ədədi 1 manat olmaqla 7 manat dəyərində 7 ədəd bizon enerji içkisi, bir ədədi 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd alpengold şokaladı, 69,90 manat dəyərində bir ədəd Powerful 5 in 1 X17 markalı üzqırxan aparatı, 30 manat dəyərində saçqırxan aparat, 10 manat dəyərində şirniyyatlar və kassadan 70 manat nağd pulları talamaqla vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs2 3191 manat 80 qəpik (üç min yüz doxsan bir manat səksən qəpik) dəyərində maddi ziyan vurub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində özgə əmlakını gizli talama məqsədi ilə oğlu MübTəqsirləndirilən şəxs görmək adı ilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanına gəlmiş, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 02 radələrində oğlu yatdıqdan sonra evin mətbəxinə keçib masanın üzərində olan pul çantasından 500 manat və 500 ABŞ dolları olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1350 manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-73/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, X3 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair 1(043)-73/2021 saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrılması və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə məhkəmə baxışının davam etdirilməsi və cinayət işinə Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 30 noyabr 2021-ci il tarixə saat 16:00da baxılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində tam təqsirli bilərək ifadəsində göstərdi ki, 17 iyul 2020-ci il tarixdə axşamüstü xalası oğlu Emilin “Abbas Səhhət” adına xəstəxanasının yanındakı “dördyol” adlanan yerdə mağaza kimi işlətdiyi köşkün yanına gedəndə tanışı Cabbarın da Emilin yanında olduğunu görmüşdür. Emil, Cabbar və o, xeyli söhbət etmişlər. Bundan sonra Emilin tanışı olan Şahid da özünə məxsus “VAZ-21031” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Onlar birlikdə dayanıb söhbət etmişlər. Həmin vaxt Rövşən, Emildən araq istədiyi üçün sonuncu Rövşənə 250 qramlıq araq vermiş, Rövşən arağı onunla birlikdə içdikdən sonra araq azlıq etdiynə görə Emil yenidən 250 qramlıq araq da vermişdir. Həmin arağı da o, Rövşənlə birlikdə kolbasa ilə içmişlər. Söhbət əsnasında Emil təklif etmişdir ki, Rövşənin maşını ilə Gədəbəy rayonuna gedib, orada normal bir mağazadan siqaret oğurlayıb əsgərlərə aparıb versinlər. Onların hamısı Eminin təklifi ilə razılaşmışlar, lakin Rövşən sərxoş olduğu üçün maşın sürməmiş, sonuncunun avtomobilini Cabbar idarə etmiş, Rövşən isə arxaya keçib onunla birlikdə arxa sərnişin oturacağında əyləşmiş, Emil isə qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar, Şəmkir şəhərinə çatanda maşının arxa təkəri buraxmış, həmin vaxt Rövşən maşında yatmışdır. Onlar üçü də aparıb maşının təkərini düzəldib gətirmişlər, daha sonra isə yollarına davam etmişlər və Gədəbəy şəhərinə getmişlər. Həmin vaxt Rövşən isə arxada yatmış vəziyyətdə olmuşdur. Onlar təxminən saat 01 radələrində Gədəbəy şəhərinə çatmışlar. Şəhərdə bir az gəzib oğurluq etmək üçün uyğun mağaza axtarsalar da tapa bilməmişlər. Bundan sonra Gəncə şəhəri istiqamətinə qayıtmışlar. Slavyanka kəndini keçəndə Cabbar bir mağazanı görüb həmin mağazadan oğurluq etməyi təklif etmişdir. Cabbar avtomobili bir az irəli sürüb saxlamış, Rövşən isə həmin vaxt yenə arxada yatmış vəziyyətdə olmuşdur. Emil onun, Cabbarın və özünün idman papağını alışqanla yandırıb göz yeri düzəltmiş, onların hər üçü papaqlarını üzlərində salıb maşından yerə düşmüşlər. Cabbar maşının salonundan rezinin altından maşın açarı, kəlbətin götürmüş və mağazanın yanına getmişlər. Emil kəlbətini qıfıla salıb sındırmış, o, isə çiyni ilə qapını itələyib qapını açmışdır. Mağazanın içərisinə əvvəlcə Emil daxil olmuş, o və Cabbar isə Emilin arxasınca içəri keçmişlər. Onlar iki dənə böyük sellofan torba tapmışlar, əllərinə keçən siqaret bloklarını torbalara doldurmuşlar, daha sonra isə siqaret dolu sellofan torbaları mağazadan çıxardıb bayıra mağazanın yanına qoymuşlar. Cabbar gedib maşını sürüb yaxınlığa gətirmiş, gətirməmişdən əvvəl avtomobilin nömrələrini palçıqlamışlar ki, avtomobilin nömrəsini heç kim görməsin. Onlar torbaları maşının arxa baqajına yığmışlar, avtomobili yenə də Cabbar idarə etmiş və onlar Gəncə şəhərinə gəlmişlər. Rövşən isə Gəncəyədək avtomobildə yatmış vəziyyətdə olmuşdur. Onlar oğurluq edən zaman Rövşən avtomobildə sərxoş olduğundan yatmışdır. Rövşən onların oğurluq etdiklərini bilməmişdir. Rövşən, Gəncə şəhərinə çatdıqdan sonra yuxudan oyanmış, onlar oğurladıqları siqaretləri Gəncə şəhərində «Köhnə Zavod» adlanan zibillik bir ərazidə gizlətmişlər. Həmçinin həmin siqaretlərdən istifadə də etmişlər. Bir gün sonra onlar zəngləşib görüşmüşlər, o, Emil və Cabbarla birlikdə həmin siqaretləri aparıb Tovuz rayonun ərazisində əsgərlərə vermək məqsədilə tanımadıqları 45 yaşlı, orta boylu bir nəfər şəxsə vermişlər. Ölkə ərazisində qüvvədə olan Pandemiya ilə əlaqədar ağzında tibbi maska olduğuna həmin şəxsin sifət quruluşu onun yaddaşında qalmamışdır. O, tanışları Emil və Cabbarla birlikdə Zərərçəkmiş şəxs2 məxsus mağazadan müxtəlif markalı siqaretlərlə yanaşı şirniyyatlar, bir ədəd Powerful 5 in 1 X17 markalı üzqırxan aparatı, bir ədəd saçqırxan aparatı, bir ədəd rexona markalı antipreaspirantı, bizon enerji içkiləri, alpengold şokaladları və kassadan 70 manat nəğd pulu da oğurlamışlar. Onlar törətdikləri oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Onlar həmin mağazadan oğurluq cinayəti törətdikdən sonra təkər açarını avtomobilə qoymuş, istifadə etdikləri papaqları Gəncə şəhərinə gəldikdən sonra Gəncə çayına tullamışlar, kəlbətin isə oğurluq etdikləri marketin yanında yerdə qalmışdır. Həmçinin, o, Zərərçəkmiş şəxs1 ilə 2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan onların bir övladı dünyaya gəlmişdir. 2015-ci ilin sentyabr ayında Daşkəsən rayonunda oğurluq etdiyi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il 06 ay müddətinə azadlıqda məhrum etmə cəzası verilmiş, həbsdə olan zaman, yəni 2016-cı il tarixdə Vüsalə ilə o, rəsmi olaraq boşanmışlar. 2018-ci ilin noyabr ayında o, şərti olaraq azad edilmişdir. Həmin vaxtdan sonra o, oğlu Mübarizi görmək üçün Vüsalənin razılığı ilə sonuncunun yaşadığı evinə aradabir gedib-gəlmişdir. Sonuncu dəfə oğlunu görmək üçün 08 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində Vüsalənin yaşadığı ünvan 2 ünvana getmiş, həmin gün oğlu Mübariz yatana qədər sonuncunun yanında olmuş, 09 oktyabr 2020-ci il tarixdə, saat 02 radələrində oğlu Mübariz yatdıqdan sonra o, su içmək məqsədilə evin mətbəxinə keçəndə masanın üzərində Vüsalənin çantasını görmüş və çantanın içərisində pulun olması görünmüşdür. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün çantanın içərisində olan pulu götürmüş, 500 manat və 500 ABŞ dolları pul olduğunu müəyyən etmişdir. O, həmin pulları cibinə qoymuş və tez evdən çıxıb getmişdir. O, evdən çıxıb getdikdən sonra Vüsalə onun istifadəsində olan telefon nömrəsinə zəng edib pulunu nə üçün oğurladığını ondan soruşanda o, Vüsaləyə ilkin olaraq pulunu oğurlamadığını bildirmiş, lakin sonradan fikirləşmişdir ki, Vüsalə onun barəsində gedib polisə şikayət edər. Ona görə də o, Vüsalə ilə telefonla danışıb sonuncunun pulunu oğurladığını etiraf etmiş və tezliklə Vüsalənin pulunu qaytarıb verəcəyini sonuncuya söz vermişdir. Lakin Vüsalə onunla razılaşmamış və onun barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 məxsus oğurladığı ümumilikdə 1350 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Hadisədən sonra isə atası MübTəqsirləndirilən şəxs onun Vüsalədən oğurladığı pulun hamısını sonuncuya tamamilə ödəmiş, onun özü də Vüsalə ilə barışmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdə axşamüstü Gəncə şəhərində “Abbas Səhhət” adına xəstəxanasının yanındakı «Dördyol» adlanan yerdə tanışı Emilin işlətdiyi köşkün yanında olan vaxt tanışı Təqsirləndirilən şəxs da onların yanına gəlmişdir. Emil, Ariz və o, xeyli söhbət etdikdən sonra Emilin tanışı olan Şahid da özünə məxsus VAZ 21031 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Onlar ordan-burdan söhbət etmişlər. Həmin vaxt Rövşən, Emildən araq istədiyi üçün sonuncu Rövşənə 250 qramlıq araq vermiş, Rövşən arağı Arizlə birlikdə içdikdən sonra araq azlıq etdiyinə görə Emil yenidən Rövşənə 250 qramlıq araq vermiş, həmin arağı da Rövşənlə ikisi kolbasa ilə içmişlər. Söhbət əsnasında Emil təklif etmişdir ki, Rövşənin maşını ilə Gədəbəy rayonuna gedib orada normal bir mağazadan siqaret oğurlayıb əsgərlərə aparıb versinlər, Emilin həmin təklifi ilə onlar razılaşmışlar. Rövşən özü içdiyinə görə maşını sürməyib arxa oturacaqda Arizin yanında əyləşmişdir. O, maşını idarə etmiş, Emil isə qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar Şəmkir şəhərinə çatanda maşının arxa təkəri buraxmış, həmin vaxt Rövən maşında yatılı vəziyyətdə olmuşdur. Onların üçü də aparıb maşının təkərini düzəldib gətirmişlər, daha sonra yollarına davam etmişlər və təxminən saat 01 radələrində Gədəbəy şəhərinə çatmışlar. Həmin vaxt Rövşən yenə maşında yatılı vəziyyətdə olmuşdur. Onlar şəhərdə bir az gəzib oğurluq etmək üçün uyğun mağaza axtarsalar da tapa bilməmişlər. Bundan sonra Gəncə şəhəri istiqamətinə qayıdan vaxt Slavyanka kəndini keçəndə o, bir mağazanı görüb oradan oğurluq etməyi təklif etmişdir. O, avtomobili bir az irəli sürüb saxlamış, Rövşən həmin vaxt yenə maşında yatılı vəziyyətdə olmuşdur. Hər kəs özü özünün idman papağını alışqanla yandırıb göz yeri düzəltmiş, onların hər üçü papaqlarını üzlərinə salıb maşından yerə düşmüşlər. O, maşının salonundan rezinin altından maşın açarı, kəlbətin götürmüş və mağazanın yanına getmişlər. Emil kəlbətini qıfıla salıb sındırmış, Ariz isə çiyni ilə qapını itələyib açmışdır. Əvvəlcə mağazanın içərisinə Emil, daha sonra isə Ariz və o, mağazanın içərisinə daxil olmuşlər. Onlar iki dənə böyük sellofan torba tapmışlar. Onlar əllərinə keçən siqaret bloklarını torbalara doldurmuşlar. Həmin siqaret dolu sellofan torbaları mağazadan çıxarıb bayıra mağazanın yanına qoymuşlar. Sonra o, gedib maşını sürüb yaxınlığa gətirmiş, gətirməmişdən əvvəl avtomobilin nömrələrini palçıqlamışlar ki, avtomobilin nömrəsini heç kim görməsin. Onlar torbaları maşının arxa baqajına yığmışlar. Avtomobili yenə də o, idarə etmiş və onlar Gəncə şəhərinə gəlmişlər. Rövşən isə Gəncəyədək avtomobildə yatmışdır. Onlar oğurluq edən zaman Rövşən avtomobildə sərxoş olduğundan yatmış, sonuncu onların oğurluq etdiklərini bilməmişdir. Rövşən Gəncə şəhərinə çatdıqdan sonra yuxudan oyanmışdır. Onlar siqaretləri Gəncə şəhərində «Köhnə Zavod» adlanan zibillik bir ərazidə gizlətmişlər, həmçinin həmin siqaretlərdən istifadə də etmişlər. Bir gün sonra o, tanışları Emil və Arizlə zəngləşib görüşmüşlər, oğurladıqları həmin siqaretləri aparıb Tovuz rayonun ərazisində əsgərlərə vermək məqsədilə tanımadıqları 45 yaşlı, orta boylu bir nəfər şəxsə vermişlər. Ölkə ərazisində qüvvədə olan Pandemiya ilə əlaqədar ağzında tibbi maska olduğuna həmin şəxsin sifət quruluşu onun yaddaşında qalmamışdır. O, tanışları Emil və Arizlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus mağazadan müxtəlif markalı siqaretlərlə yanaşı şirniyyatlar, bir ədəd Powerful 5 in 1 X17 markalı üzqırxan aparatı, bir ədəd saçqırxan aparatı, bir ədəd rexona markalı antipreaspirantı, bizon enerji içkiləri, alpengold şokaladları və kassadan 70 manat nəğd pulu da oğurlamışlar. Onlar törətdikləri oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Onların oğurluq cinayəti törətmələri barədə Şahid xəbəri olmamışdır. Oğurluq cinayəti törətdikdən sonra o, təkər açarını avtomobilə qoymuş, istifadə etdikləri papaqları Gəncə şəhərinə gəldikdən sonra Gəncə çayına tullamışlar, Kəlbətin isə oğurluq etdikləri marketin yanında yerdə qalmışdır. Məhkəmə iclasında dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdə axşamüstü “Abbas Səhhət” adına xəstəxananın yanındakı «Dördyol» adlanan yerdə icarə əsasında işlətdiyi köşkün yanında Cabbarla söhbət edən vaxt tanışı Təqsirləndirilən şəxs da onların yanına gəlmişdir. Cabbar, Ariz və o, xeyli söhbət etdikdən sonra Şahid da özünə məxsus VAZ 21031 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Onlar birlikdə yenə ordan-burdan söhbət etmişlər. Həmin vaxt Rövşən ondan araq istədiyi üçün o, sonuncuya 250 qramlıq araq vermiş, Rövşən arağı Arizlə birlikdə içdikdən sonra araq azlıq etdiynə görə o, yenidən Rövşənə 250 qramlıq araq vermişdir. Həmin arağı da Rövşənlə Ariz kolbasa ilə içmişlər. Rövşən hər gün içki içən adamdır, Rövşən çoxlu içki içdiyindən sərxoş olub gedib avtomobilində uzanmışdır. Söhbət əsnasında o, təklif etmişdir ki, Rövşənin maşını ilə Gədəbəy rayonuna gedib orada normal bir mağazadan siqaret oğurlayıb əsgərlərə aparıb versinlər, Ariz və Cabbar onun təklifi ilə razılaşmışlar. Rövşən sərxoş olduğuna görə maşını sürməyib arxa oturacaqda Arizin yanında uzanmış, avtomobili Cabbar idarə etmiş, o, isə qabaq sərnişin oturacağında əyləşmişdir. Şəmkir şəhərinə çatanda maşının arxa təkəri buraxmış, həmin vaxt Rövşən maşında yatmış vəziyyətdə olmuş, onların üçü də maşının təkərini aparıb düzəldib gətirmişlər, daha sonra isə yollarına davam etmişlər və Gədəbəy şəhərinə getmişlər. Rövşən isə arxada yatmış vəziyyətdə olmuşdur. Onlar Gədəbəy şəhərinə saat 01 radələrində çatmışlar, şəhərdə bir az gəzib oğurluq etmək üçün uyğun mağaza axtarsalar da tapa bilməmişlər. Bundan sonra Gəncə şəhəri istiqamətinə qayıtmışlar. Onlar Slavyanka kəndini keçəndə Cabbar bir mağazanı görüb demişdir ki, həmin mağazadan oğurluq etsinlər. Cabbar avtomobili bir az irəli sürüb saxlamış, Rövşən həmin vaxt yenə də arxada yatmış vəziyyətdə olmuşdur. Hər kəs özü özünün idman papağını alışqanla yandırıb göz yeri düzəltmişdir. Onlar hər üçü papaqlarını üzlərinə salıb maşından yerə düşmüşlər. Cabbar maşının salonundan rezinin altından maşın açarı, kəlbətin götürmüş və onlar mağazanın yanına getmişlər. O, kəlbətini qıfıla salıb sındırmış, Ariz isə çiyni ilə qapını itələyib açmışdır. Əvvəlcə o, mağazanın içərisinə daxil olmuş, daha sonra isə Ariz və Cabbar içəriyə daxil olmuşlar. Onlar iki dənə böyük sellofan torba tapmışlar, əllərinə keçən siqaret bloklarını torbalara doldurmuşlar. Həmin siqaret dolu sellofan torbaları mağazadan çıxarıb bayıra mağazanın yanına qoymuşlar. Sonra Cabbar gedib maşını sürüb yaxınlığa gətirmişdir. Onlar torbaları maşının arxa baqajına yığmışlar, avtomobili yenə də Cabbar idarə etmiş və onlar Gəncə şəhərinə gəlmişlər. Onlar oğurluq edən zaman Rövşən avtomobildə sərxoş olduğundan yatmış, ümumiyyətlə Rövşən onların oğurluq etdiyini bilməmişdir. Rövşən Gəncə şəhərinə çatdıqdan sonra yuxudan oyanmışdır. Onlar siqaretləri Gəncə şəhərində «Köhnə Zavod» adlanan zibillik bir ərazidə gizlətmişlər. Həmçinin həmin siqaretlərdən istifadə də etmişlər. Bir gün sonra o, tanışları Cabbar və Arizlə zəngləşib görüşmüşlər, oğurladıqları həmin siqaretləri aparıb Tovuz rayonun ərazisində əsgərlərə vermək məqsədilə tanımadıqları 45 yaşlı, orta boylu bir nəfər şəxsə vermişlər. Ölkə ərazisində qüvvədə olan Pandemiya ilə əlaqədar ağzında tibbi maska olduğuna həmin şəxsin sifət quruluşu onun yaddaşında qalmamışdır. O, tanışları Cabbar və Arizlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus mağazadan müxtəlif markalı siqaretlərlə yanaşı şirniyyatlar, bir ədəd Powerful 5 in 1 X17 markalı üzqırxan aparatı, bir ədəd saçqırxan aparatı, bir ədəd rexona markalı antipreaspirantı, bizon enerji içkiləri, alpengold şokaladları və kassadan 70 manat nəğd pulu da oğurlamışlar. Onlar törətdikləri oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Şahid oğurluq hadisəsindən xəbəri olmamışdır. Onlar həmin mağazadan oğurluq cinayəti törətdikdən sonra təkər açarını avtomobilə qoymuşlar, istifadə etdikləri papaqları Gəncə şəhərinə gəldikdən sonra Gəncə çayına tullamışlar, kəlbətin isə oğurluq etdikləri marketin yanında yerdə qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən “Fərid market” ona məxsusdur. 17 iyul 2020-ci i tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, Bakı şəhərinə getməmişdən əvvəl ona məxsus həmin marketdə satıcı işləyən qohumu X7 bildirmişdir ki, rayona gələnə qədər marketi açmasın. 23 iyul 2020-ci il tarixdə Əfqan ona zəng edib bildirmişdir ki, ona məxsus marketdən oğurluq olmuşdur. O, Əfqana bildirmişdir ki, heç bir yerə toxunmasın və dərhal polis şöbəsinə gedib ərizə ilə müraciət etsin. Əfqan da 23 iyul 2020-ci il tarixdə polis şöbəsinə gedib ərizə ilə müraciət edib marketdən oğurluq olmasını və təxminən 4000 manat dəyərində siqaretlərin və başqa əşyaların oğurlanmasını bildirmişdir. 25 iyul 2020-ci il tarixdə o, Bakı şəhərindən rayona qayıtmış, Gədəbəy rayonuna qayıtdıqdan sonra marketə baxış keçirtmiş, sonra polis şöbəsinə ərizə ilə müraciət edib ona məxsus marketdən oğurluq olmasını və təxminən ona 3500 manat dəyərində maddi ziyan dəyməsini bildirmişdir. Daha sonra o, market baxış keçirdib dəqiqləşdirmişdir ki, ona məxsus marketin qapısında olan qıfılı adını sonradan bildiyi Təqsirləndirilən şəxs, X14, X10 və Şahid sındıraraq açıb qanunsuz içəriyə daxil olmuş və ona məxsus bir ədədi 6 manat olmaqla 24 manat dəyərində 4 ədəd sobranie ağ filterli, bir ədədi 6 manat olmaqla 30 manat dəyərində 5 ədəd sobranie black filterli, bir ədədi 3,7 manat olmaqla 25,90 manat dəyərində 7 ədəd sobranie blask filterli, bir ədədi 3,7 manat olmaqla 25,90 manat dəyərində 7 ədəd sobranie blue filterli, 3,70 manat dəyərində 1 ədəd sobranie ağ qalın filterli, bir ədədi 3,7 manat olmaqla 55,50 manat dəyərində 15 ədəd sobranie kss black filterli, bir ədədi 3,7 manat olmaqla 77,70 manat dəyərində 21 ədəd sobranie kss blue filterli, bir ədədi 3,7 manat olmaqla 99,90 manat dəyərində 27 ədəd sobranie filterli, 3,70 manat dəyərində 1 ədəd sobranie less smoke filterli, bir ədədi 3,4 manat olmaqla 10,20 manat dəyərində 3 ədəd camel sari filterli, bir ədədi 3,2 manat olmaqla 28,80 manat dəyərində 9 ədəd winston super slim göy filterli, bir ədədi 3,2 manat olmaqla 44,80 manat dəyərində 14 ədəd winston blue filterli, bir ədədi 3,2 manat olmaqla 6,40 manat dəyərində 2 ədəd winston ara qalın filterli, bir ədədi 3,2 manat olmaqla 28,80 manat dəyərində 9 ədəd winston dual filterli, bir ədədi 3,2 manat olmaqla 35,20 manat dəyərində 11 ədəd winston xs style blue filterli, bir ədədi 3,2 manat olmaqla 80 manat dəyərində 25 ədəd winston xs style silver filterli, bir ədədi 3,2 manat olmaqla 9,60 manat dəyərində 3 ədəd winston summer mix filterli, bir ədədi 3,2 manat olmaqla 22,40 manat dəyərində 7 ədəd winston comp mentol filterli, bir ədədi 3,2 manat olmaqla 25,60 manat dəyərində 8 ədəd winston ip filterli, bir ədədi 3,2 manat olmaqla 38,40 manat dəyərində 12 ədəd winston xs impulse filterli, bir ədədi 3,2 manat olmaqla 134,40 manat dəyərində 42 ədəd winston xs silver filterli, bir ədədi 3,2 manat olmaqla 9,60 manat dəyərində 3 ədəd winston xs one filterli, bir ədədi 3,2 manat olmaqla 41,60 manat dəyərində 13 ədəd winston xs blue filterli, bir ədədi 1,8 manat olmaqla 12,60 manat dəyərində 7 ədəd more blue filterli, bir ədədi 1,8 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd more ağ filterli, bir ədədi 2,6 manat olmaqla 28,60 manat dəyərində 11 ədəd İd compact implus filterli, bir ədədi 2,6 manat olmaqla 20,80 manat dəyərində 8 ədəd İd compact silver filterli, bir ədədi 2,6 manat olmaqla 470,60 manat dəyərində 181 ədəd İd platinium qara filterli, bir ədədi 2,3 manat olmaqla 4,60 manat dəyərində 2 ədəd winchester qalın göy filterli, bir ədədi 2,3 manat olmaqla 23 manat dəyərində 10 ədəd winchester qalın filterli, bir ədədi 2,3 manat olmaqla 20,7 manat dəyərində 9 ədəd winchester comak filterli, bir ədədi 2,3 manat olmaqla 16,10 manat dəyərində 7 ədəd winchester kg filterli, bir ədədi 2,3 manat olmaqla 71,30 manat dəyərində 31 ədəd winchester silver filterli, bir ədədi 2,3 manat olmaqla 9,20 manat dəyərində 4 ədəd winchester blue filterli, bir ədədi 2,3 manat olmaqla 18,40 manat dəyərində 8 ədəd winchester qalın filterli, bir ədədi 1,6 manat olmaqla 68,80 manat dəyərində 43 ədəd argo blue filterli, bir ədədi 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 ədəd argo red filterli, bir ədədi 1,6 manat olmaqla 8 manat dəyərində 5 ədəd argo kg filterli, bir ədədi 1,6 manat olmaqla 14,40 manat dəyərində 9 ədəd argo nano red filterli, bir ədədi 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 ədəd argo nano blue filterli, bir ədədi 1,6 manat olmaqla 30,40 manat dəyərində 19 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 3,60 manat dəyərində 2 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 16,20 manat dəyərində 9 ədəd kingston com blue filterli, bir ədədi 1,8 manat olmaqla 9 manat dəyərində 5 ədəd kingston nano qırmızı filterli, bir ədədi 1,8 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd kingston nano göy filterli, bir ədədi 1,8 manat olmaqla 55,80 manat dəyərində 31 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 7,20 manat dəyərində 4 ədəd viceroy filterli, 3,40 manat dəyərində 1 ədəd kent 8 filterli, bir ədədi 3,40 manat olmaqla 30,60 manat dəyərində 9 ədəd kent 4 qalın filterli, bir ədədi 3,40 manat olmaqla 108,80 manat dəyərində 32 ədəd kent 4 filterli, bir ədədi 3,40 manat olmaqla 85 manat dəyərində 25 ədəd kent 1 filterli, 3,40 manat dəyərində 1 ədəd kent mentol filterli, 2,10 manat dəyərində 1 ədəd west q filterli, bir ədədi 1,8 manat olmaqla 32,40 manat dəyərində 18 ədəd prima lyuks gold 4 filterli, bir ədədi 2 manat olmaqla 38 manat dəyərində 19 ədəd classic compact silver filterli, bir ədədi 2 manat olmaqla 30 manat dəyərində 15 ədəd classic sl silver filterli, bir ədədi 2 manat olmaqla 22 manat dəyərində 11 ədəd classic göy qalın filterli, bir ədədi 2,2 manat olmaqla 19,80 manat dəyərində 9 ədəd rothmans m filterli, bir ədədi 2,2 manat olmaqla 118,80 manat dəyərində 54 ədəd rothmans silver filterli, bir ədədi 2,3 manat olmaqla 115 manat dəyərində 50 ədəd pall mall boz filterli, bir ədədi 2,3 manat olmaqla 13,80 manat dəyərində 6 ədəd pall mall ağ filterli, bir ədədi 2,3 manat olmaqla 4,60 manat dəyərində 2 ədəd pall mall m filterli, bir ədədi 1,8 manat olmaqla 27 manat dəyərində 15 ədəd maqna k g filterli, bir ədədi 1,8 manat olmaqla 18 manat dəyərində 10 ədəd maqna cs filterli, bir ədədi 1,8 manat olmaqla 23,40 manat dəyərində 13 ədəd maqna ağ filterli, bir ədədi 1,8 manat olmaqla 97,20 manat dəyərində 54 ədəd maqna carbo black filterli, bir ədədi 1,5 manat olmaqla 18 manat dəyərində 12 ədəd bakı blue filterli, bir ədədi 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd azəri blue filterli, bir ədədi 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd want ağ filterli, bir ədədi 2 manat olmaqla 12 manat dəyərində 6 ədəd want nano silver filterli, bir ədədi 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd want nano blue filterli, bir ədədi 2 manat olmaqla 32 manat dəyərində 16 ədəd want nano black filterli, bir ədədi 2 manat olmaqla 34 manat dəyərində 17 ədəd want line x filterli, bir ədədi 2 manat olmaqla 8 manat dəyərində 4 ədəd want laynes filterli, 2 manat dəyərində 1ədəd want line filterli, bir ədədi 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd want liti blue filterli, bir ədədi 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd want lime red filterli, bir ədədi 1,8 manat olmaqla 88,20 manat dəyərində 49 ədəd prima lyuks blue filterli, 1,60 manat dəyərində 1 ədəd fine komp filterli, bir ədədi 1,6 manat olmaqla 3,20 manat dəyərində 2 ədəd fine konpaq filterli, bir ədədi 1,8 manat olmaqla 25,20 manat dəyərində 14 ədəd maqna silver karbon filterli, bir ədədi 2,6 manat olmaqla 18,20 manat dəyərində 7 ədəd İd compact white filterli, bir ədədi 2 manat olmaqla 22 manat dəyərində 11 ədəd classic sl göy filterli, bir ədədi 2,2 manat olmaqla 11 manat dəyərində 5 ədəd rhotmans filterli, bir ədədi 1,6 manat olmaqla 3,20 manat dəyərində 2 ədəd senate nano gold filterli, bir ədədi 1,6 manat olmaqla 14,40 manat dəyərində 9 ədəd senate grey filterli, bir ədədi 1,6 manat olmaqla 28,80 manat dəyərində 18 ədəd senate nano green filterli, bir ədədi 1,6 manat olmaqla 6,40 manat dəyərində 4 ədəd senate gold filterli siqaretləri, bir ədədi 2,6 manat olmaqla 26 manat dəyərində 10 ədəd rexona markalı antipreaspirant, bir ədədi 1 manat olmaqla 7 manat dəyərində 7 ədəd bizon enerji içkisi, bir ədədi 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd alpengold şokaladı, 69,90 manat dəyərində bir ədəd Powerful 5 in 1 X17 markalı üzqırxan aparatı, 30 manat dəyərində saçqırxan aparat, 10 manat dəyərində şirniyyatlar və kassadan 70 manat nağd pulları oğurlamışlar. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3191 manat 80 qəpik (üç min yüz doxsan bir manat səksən qəpik) dəyərində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan onların bir övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi üçün həbs olunmuş, Ariz normal bir insan olmadığı üçün onlar 2016-cı il tarixdə rəsmi olaraq boşanmışlar. Təqsirləndirilən şəxs aradabir oğlu Mübarizi görmək üçün onun yaşadığı evə gəlib getmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs oğlunu görmək üçün 08 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində onun yaşadığı ünvan 2 ünvanına gəlmiş, həmin günü Ariz, oğlu Mübariz yatana qədər oğlunun yanında olmuşdur. O, da arada bir Arizgil olan otaqdan çıxıb digər bir otağa keçmiş, həmçinin evin həyətinə düşüb çıxmışdır. O, özünə məxsus pul çantasını da evin mətbəxində olan elektrik sobasının içərisində saxlamış, çantanın içərisində isə 500 manat və 500 ABŞ dolları olmuşdur. 09 oktyabr 2020-ci il tarixdə, saat 02 radələrində oğlu Mübariz yatdıqdan sonra Ariz onun yaşadığı evdən tələsərək tez çıxıb getmişdir. Arizin tələsərək evdən çıxıb getməyindən o, şübhələnmişdir. Ona görə də o, dərhal evin mətbəxinə keçəndə görmüşdür ki, elektrik sobasının içərisində olan çantasında pul yoxdur. Sonra Arizin istifadəsində olan ***-***-**- ** telefon nömrəsinə zəng edib nə üçün onun pul çantasından pulunun oğurlandığını soruşmuşdur. Ariz də bildirmişdir ki, ehtiyacı olduğu üçün onun pulunu oğurlayıb və tezliklə gətirib geri qaytaracaqdır. Səhərisi gün o, Arizin atası Mübarizin istifadəsində olan ***-***- **-** telefon nömrəsinə zəng edib ötən gecə oğlu Arizin onun evinə gəlməsini və onun çantasından pulunu oğurladığını bildirmişdir. Atası Mübariz də ona bildirmişdir ki, iki günə Arizin oğurladığı pullarına ona geri qaytarıb gətirəcəkdir. Lakin nə atası, nədə ki Arizin özü onun pulunu geri qaytarmışlar. O, da buna görə 13 oktyabr 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, daha sonra polis əməkdaşları onun yaşadığı evə gəlib müvafiq sənədləşmə aparmışlar. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti nəticəsində ümumilikdə ona 1350 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, özünə məxsus QAZ-3110 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəlaiyyəti ilə məşğul olur. O, adətən yaşadığı evin yaxınlığında yerləşən “Azərbaycan” inşaat materialları dükanının yaxınlığında özünə məxsus avtomobillə taksi kimi yükləri daşıyır. 17 iyul 2020-ci il tarixdə axşamüstü “Abbas Səhhət” adına xəstəxananın yanındakı «Dördyol» adlanan yerdə tanışı X9 icarə əsasında işlətdiyi köşkün yanına getmiş, adlarını sonradan bildiyi X10 və Təqsirləndirilən şəxs da orada olduqlarını görmüşdür. O, Emildən içmək üçün araq istədiyi üçün sonuncu ona 250 qramlıq araq vermiş, o, arağı Arizlə birlikdə içdikdən sonra araq azlıq etdiyinə görə Emil yenidən onlara 250 qramlıq araq vermişdir. O, həmin arağı da Arizlə birlikdə kolbasa ilə içmişlər. Daha sonra o, sərxoş olduğu üçün özünü idarə edə bilmədiyinə görə özünə məxsus avtomobilin arxa sərnişin oturacağında uzanıb yatmışdır. Sonra o, tualeti gəldiyi üçün yuxudan oyanmış, yuxudan oyananda görmüşdür ki, avtomobilini Cabbar idarə edir, Emil qabaq sərnişin oturacağında, Ariz isə onun yanında əyləşmişdir. Həmçinin görmüşdür ki, onlar Gəncə şəhərində deyil, tanımadığı çöllük ərazidədirlər və hava qaranlıqdır. Cabbar avtomobili saxlamış və o, təbii ehtiyacını ödəmişdir. Hətta həmin vaxt o, yerə də yıxılmış, çünki spirtli içki içdiyindən özünü idarə edə bilməmişdir. Sonra Ariz və Emil onu yerdən qaldırıb avtomobilin arxa sərnişin oturacağına əyləşdirmişlər. Emil yenidən ona spirtli içki vermiş və o, həmin içkini içmişdir. Bundan sonra o, yenidən avtomobildə yatmışdır. 18 iyul 2020-ci il tarixdə o, yuxudan oyananda görmüşdür ki, Gəncə şəhərində 27 saylı məktəbin yaxınlığındadırlar. Emil ona bildirmişdir ki, benzin qurtardığı üçün Cabbar benzin gətirməyə gedibdir. Sonra o, yenidən yatmışdır. O, özünə gələndə görmüşdür ki, Emilin işlətdiyi köşkün yanındadırlar, Ariz ona yenidən araq içməyi təklif etmiş və o, da “olsa içərəm” deyə cavab verdiyi üçün Emil gətirib ona 250 qramlıq araq vermiş, daha sonra Ariz ondan ürəyinin nə istədiyini soruşanda o, Arizə «siqaret də olsa çəkərəm» deyə cavab verdiyi üçün Ariz Emilə demişdir ki, “ona bir blok siqaret və 750 qramlıq da araq ver”. Emil ona köşkdən 750 qramlıq araq və bir blok “Prima” siqareti gətirib vermişdir. Bundan sonra o, çıxıb yaşadığı evinə getmiş, günortadan sonra o, Emilin işlətdiyi köşkün yanına getmiş, həmin vaxt Ariz və Emil də orada olmuşlar. O, axşam hara getdiklərini Emildən soruşanda sonuncu ona bildirmişdir ki, “qırmızı samuxa, kür çayına çimməyə” getmişlər. Həmçinin Emil demişdir ki, “orada Ariz bir nəfərlə dalaşmış, ola bilsin ki avtomobilin nömrəsini görüblər, polisə şikayət edərlər, səndən kimsə nəsə soruşsa, taksi kimi getməyini və heç nədən xəbərinin olmamasını de”. Bundan sonra o, yaşadığı evinə getmiş və 3 gündən sonra tanımadığı polis əməkdaşları onu Gədəbəy rayon polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, Ariz, Emil və Cabbar onu “Qırmızı Samux”-a deyil, Gədəbəy rayonuna aparmış və onun xəbəri olmadan Slavyanka kəndində yerləşən marketdən oğurluq etmişlər. Həmçinin Emilin ona verdiyi bir blok “Prima” markalı siqaretin də həmin marketdən oğurlanmasını bilmişdir. O, sərxoş olub yatdığı üçün Təqsirləndirilən şəxs, Emil Əhmədov və Cabbar Atakişiyevin oğurluq etməkləri barədə məlumatı olmamış, əgər onun bu barədə məlumatı olsaydı həmin şəxslərlə birlikdə araq içməzdi və onların da oğurluq etməklərinə imkan verməzdi. Həmin şəxslərin oğurluq etməkləri barədə onun xəbəri olmamış, sonradan istintaq zamanı ona məlum olmuşdur ki, Cabbar Atakişiyev, Təqsirləndirilən şəxs və Emil Əhmədov marketdən siqaretlər oğurlamışlar. O, “Prima” adlı siqaterdən istifadə etmiş və bütöv bir paçka siqareti isə polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 08 noyabr 2020-ci il tarixli, 859 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və ibtidai araşdırılma aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 13 oktyabr 2020-ci il tarixli, 2001 nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 23 oktyabr 2020-ci il tarixli, 2002 nömrəli qərardan görünür ki, 08.10.2020-ci il tarixdə Gəncə şəhəri Şadılı qəsəbəsi Ç.Cuvarlı küçəsi ev 16-da yaşayan Zərərçəkmiş şəxs1 5 il əvvəl boşandığı əri Təqsirləndirilən şəxs onun razılığı ilə az yaşlı övladı ilə görüşmək üçün onun evində gəlmiş və həmin gecəni onun evində qonaq qalmış,Vüsalə Əsgərovun öz yataq otağında yatmasından istifadə edən Təqsirləndirilən şəxs ona məxsus oğurlaması məlum olduğundan və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış material aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Gəncə şəhər Baş polis İdarəsinin İstintaq və təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanımaq” haqqında 11 noyabr 2020-ci il tarixli, 862 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması və ona bu barədə məlumat verilərək, qərar ona elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 03 dekabr 2020-ci il tarixli, 943 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi” haqqında 03 dekabr 2020-ci il tarixli, 945 nömrəli qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmş, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Cinayət işi üzrə ibtidai istintaq müddətininin uzadılması” barədə 21 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 23 dekabr 2020-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 29 dekabr 2020-ci il tarixli, 1034 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilməsi və istintaqı aparılması qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 29 dekabr 2020-ci il tarixli, 1035 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilməsi və ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 iyul 2020-ci il tarixli, 818 nömrəli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi olduğu üçün fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaq aparılması üçün icraatına qəbul edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında 23 iyul 2020-ci il tarixli, 021 nömrəli protokoldan görünür ki, Gədəbəy rayonu, Slavyanka kənd sakini olan X11 məxsus Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzi küçəsindən keçən Şəmkir-Gədəbəy avtomobil yolunun kənarında yerləşən “Fərid Market” mağazasına baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında 25 iyul 2020-ci il tarixli, 819 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qsimində tanınması barədə qərar qəbul edilmişdir. “Götürmə aparılması” haqqında 29 iyul 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid Miurəsgər oğlunun istintaqa təqdim etdiyi 1 (bir) qutu göy rəngli “Prima Deluxe” markalı siqaret ondan götürülməsi qərara alınmışdır. 29 iyul 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 1 (bir) qutu göy rəngli “Prima Deluxe” markalı siqareti Gədəbəy Rayon Polis X6 müstəntiqi, Rauf Hüseynlidən təhvil almışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-135/2016 saylı, 01 dekabr 2016-cı il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-291/2018 saylı, 05 mart 2018-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 1(101)-135/2016 saylı hökmündə Təqsirləndirilən şəxs əvvəllər özgənin əmlakını gizli talamaya görə iki dəfə məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və götürülmədən, tamah məqsədi ilə yenidən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxsə ziyan vurmaqla (720 manat dəyərində xırdabuynuzlu quzu) törətdiyi oğurluq cinayət əməlində dəyişiklik məhkumun vəziyyətini yaxşılaşdırdığından və Azərbaycan Respublikası Cinayət Məcəlləsində 177.3.3-cü maddəsi ləğv edildiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə verilmiş ittiham xaric edilsin, onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs ogluna Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 1(101)-135/2016 saylı hökmü ilə təqsirli bilinərək təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 26 sentyabr 2015-ci il tarixindən hesablanması və hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 01 oktyabr 2020-ci il tarixli, 863 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövisf edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 05 oktyabr 2020-ci il tarixli, 864 qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması” haqqında 05 oktyabr 2020-ci il tarixli, 867 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işinin dayandırılması” barədə 05 oktyabr 2020-ci il tarixli, 868 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 24 dekabr 2020-ci il tarixli, 869 nömrəli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2020-ci il tarixli, 9/3990 nömrəli məhkəmə-əmtəəşnaslıq rəyindən görünür ki, bir ədədi 6 manat olmaqla 24 manat dəyərində 4 ədəd sobranie ağ filterli, bir ədədi 6 manat olmaqla 30 manat dəyərində 5 ədəd sobranie black filterli, bir ədədi 3,7 manat olmaqla 25,90 manat dəyərində 7 ədəd sobranie blask filterli, bir ədədi 3,7 manat olmaqla 25,90 manat dəyərində 7 ədəd sobranie blue filterli, 3,70 manat dəyərində 1 ədəd sobranie ağ qalın filterli, bir ədədi 3,7 manat olmaqla 55,50 manat dəyərində 15 ədəd sobranie kss black filterli, bir ədədi 3,7 manat olmaqla 77,70 manat dəyərində 21 ədəd sobranie kss blue filterli, bir ədədi 3,7 manat olmaqla 99,90 manat dəyərində 27 ədəd sobranie filterli, 3,70 manat dəyərində 1 ədəd sobranie less smoke filterli, bir ədədi 3,4 manat olmaqla 10,20 manat dəyərində 3 ədəd camel sari filterli, bir ədədi 3,2 manat olmaqla 28,80 manat dəyərində 9 ədəd winston super slim göy filterli, bir ədədi 3,2 manat olmaqla 44,80 manat dəyərində 14 ədəd winston blue filterli, bir ədədi 3,2 manat olmaqla 6,40 manat dəyərində 2 ədəd winston ara qalın filterli, bir ədədi 3,2 manat olmaqla 28,80 manat dəyərində 9 ədəd winston dual filterli, bir ədədi 3,2 manat olmaqla 35,20 manat dəyərində 11 ədəd winston xs style blue filterli, bir ədədi 3,2 manat olmaqla 80 manat dəyərində 25 ədəd winston xs style silver filterli, bir ədədi 3,2 manat olmaqla 9,60 manat dəyərində 3 ədəd winston summer mix filterli, bir ədədi 3,2 manat olmaqla 22,40 manat dəyərində 7 ədəd winston comp mentol filterli, bir ədədi 3,2 manat olmaqla 25,60 manat dəyərində 8 ədəd winston ip filterli, bir ədədi 3,2 manat olmaqla 38,40 manat dəyərində 12 ədəd winston xs impulse filterli, bir ədədi 3,2 manat olmaqla 134,40 manat dəyərində 42 ədəd winston xs silver filterli, bir ədədi 3,2 manat olmaqla 9,60 manat dəyərində 3 ədəd winston xs one filterli, bir ədədi 3,2 manat olmaqla 41,60 manat dəyərində 13 ədəd winston xs blue filterli, bir ədədi 1,8 manat olmaqla 12,60 manat dəyərində 7 ədəd more blue filterli, bir ədədi 1,8 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd more ağ filterli, bir ədədi 2,6 manat olmaqla 28,60 manat dəyərində 11 ədəd İd compact implus filterli, bir ədədi 2,6 manat olmaqla 20,80 manat dəyərində 8 ədəd İd compact silver filterli, bir ədədi 2,6 manat olmaqla 470,60 manat dəyərində 181 ədəd İd platinium qara filterli, bir ədədi 2,3 manat olmaqla 4,60 manat dəyərində 2 ədəd winchester qalın göy filterli, bir ədədi 2,3 manat olmaqla 23 manat dəyərində 10 ədəd winchester qalın filterli, bir ədədi 2,3 manat olmaqla 20,7 manat dəyərində 9 ədəd winchester comak filterli, bir ədədi 2,3 manat olmaqla 16,10 manat dəyərində 7 ədəd winchester kg filterli, bir ədədi 2,3 manat olmaqla 71,30 manat dəyərində 31 ədəd winchester silver filterli, bir ədədi 2,3 manat olmaqla 9,20 manat dəyərində 4 ədəd winchester blue filterli, bir ədədi 2,3 manat olmaqla 18,40 manat dəyərində 8 ədəd winchester qalın filterli, bir ədədi 1,6 manat olmaqla 68,80 manat dəyərində 43 ədəd argo blue filterli, bir ədədi 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 ədəd argo red filterli, bir ədədi 1,6 manat olmaqla 8 manat dəyərində 5 ədəd argo kg filterli, bir ədədi 1,6 manat olmaqla 14,40 manat dəyərində 9 ədəd argo nano red filterli, bir ədədi 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 ədəd argo nano blue filterli, bir ədədi 1,6 manat olmaqla 30,40 manat dəyərində 19 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 3,60 manat dəyərində 2 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 16,20 manat dəyərində 9 ədəd kingston com blue filterli, bir ədədi 1,8 manat olmaqla 9 manat dəyərində 5 ədəd kingston nano qırmızı filterli, bir ədədi 1,8 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd kingston nano göy filterli, bir ədədi 1,8 manat olmaqla 55,80 manat dəyərində 31 ədəd kingston silver filterli, bir ədədi 1,8 manat olmaqla 7,20 manat dəyərində 4 ədəd viceroy filterli, 3,40 manat dəyərində 1 ədəd kent 8 filterli, bir ədədi 3,40 manat olmaqla 30,60 manat dəyərində 9 ədəd kent 4 qalın filterli, bir ədədi 3,40 manat olmaqla 108,80 manat dəyərində 32 ədəd kent 4 filterli, bir ədədi 3,40 manat olmaqla 85 manat dəyərində 25 ədəd kent 1 filterli, 3,40 manat dəyərində 1 ədəd kent mentol filterli, 2,10 manat dəyərində 1 ədəd west filterli, bir ədədi 1,8 manat olmaqla 32,40 manat dəyərində 18 ədəd prima lyuks gold 4 filterli, bir ədədi 2 manat olmaqla 38 manat dəyərində 19 ədəd classic compact silver filterli, bir ədədi 2 manat olmaqla 30 manat dəyərində 15 ədəd classic sl silver filterli, bir ədədi 2 manat olmaqla 22 manat dəyərində 11 ədəd classic göy qalın filterli, bir ədədi 2,2 manat olmaqla 19,80 manat dəyərində 9 ədəd rothmans m filterli, bir ədədi 2,2 manat olmaqla 118,80 manat dəyərində 54 ədəd rothmans silver filterli, bir ədədi 2,3 manat olmaqla 115 manat dəyərində 50 ədəd pall mall boz filterli, bir ədədi 2,3 manat olmaqla 13,80 manat dəyərində 6 ədəd pall mall ağ filterli, bir ədədi 2,3 manat olmaqla 4,60 manat dəyərində 2 ədəd pall mall m filterli, bir ədədi 1,8 manat olmaqla 27 manat dəyərində 15 ədəd maqna kg filterli, bir ədədi 1,8 manat olmaqla 18 manat dəyərində 10 ədəd maqna cs filterli, bir ədədi 1,8 manat olmaqla 23,40 manat dəyərində 13 ədəd maqna ağ filterli, bir ədədi 1,8 manat olmaqla 97,20 manat dəyərində 54 ədəd maqna carbo black filterli, bir ədədi 1,5 manat olmaqla 18 manat dəyərində 12 ədəd bakı blue filterli, bir ədədi 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd azəri blue filterli, bir ədədi 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd want ağ filterli, bir ədədi 2 manat olmaqla 12 manat dəyərində 6 ədəd want nano silver filterli, bir ədədi 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd want nano blue filterli, bir ədədi 2 manat olmaqla 32 manat dəyərində 16 ədəd want nano black filterli, bir ədədi 2 manat olmaqla 34 manat dəyərində 17 ədəd want line x filterli, bir ədədi 2 manat olmaqla 8 manat dəyərində 4 ədəd want laynes filterli, 2 manat dəyərində 1ədəd want line filterli, bir ədədi 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd want liti blue filterli, bir ədədi 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd want lime red filterli, bir ədədi 1,8 manat olmaqla 88,20 manat dəyərində 49 ədəd prima lyuks blue filterli, 1,60 manat dəyərində 1 ədəd fine komp filterli, bir ədədi 1,6 manat olmaqla 3,20 manat dəyərində 2 ədəd fine konpaq filterli, bir ədədi 1,8 manat olmaqla 25,20 manat dəyərində 14 ədəd maqna silver karbon filterli, bir ədədi 2,6 manat olmaqla 18,20 manat dəyərində 7 ədəd İd compact white filterli, bir ədədi 2 manat olmaqla 22 manat dəyərində 11 ədəd classic sl göy filterli, bir ədədi 2,2 manat olmaqla 11 manat dəyərində 5 ədəd rhotmans filterli, bir ədədi 1,6 manat olmaqla 3,20 manat dəyərində 2 ədəd senate nano gold filterli, bir ədədi 1,6 manat olmaqla 14,40 manat dəyərində 9 ədəd senate grey filterli, bir ədədi 1,6 manat olmaqla 28,80 manat dəyərində 18 ədəd senate nano green filterli, bir ədədi 1,6 manat olmaqla 6,40 manat dəyərində 4 ədəd senate gold filterli siqaretləri, bir ədədi 2,6 manat olmaqla 26 manat dəyərində 10 ədəd rexona markalı antipreaspirant, bir ədədi 1 manat olmaqla 7 manat dəyərində 7 ədəd bizon enerji içkisi, bir ədədi 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd alpengold şokalad ekspertiza təyini haqqında qərarda göstərilən məlumatlara və fotocədvələ əsasən 92 adda malların 2020-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3011,90 manat müəyyən edilir. Digər 1 adda “Powerful 5 in 1 X17” markalı üzqırxan aparat haqqında ətraflı məlumat (texniki vəziyyəti, istismar müddəti və s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. “Axtarışda olan şəxsin tutulması” haqqında 03 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə tutularaq Gədəbəy RPŞ-nin MSY-nə təhvil verilmişdir. “Cinayət işinin istintaqınıın təzələnməsi və icraata qəbul olunması” haqqında 03 dekabr 2020-ci il tarixli, 870 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnməsi və icraatına qəbul edilərək istintaq aparılması qərara alınlmışdır. “Təqsirləndirilən şəxsin MSY-dən azad oluması və qətimkan tədbiri seçilməsi” haqqında 04 dekabr 2020-ci il tarixli, 878 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və onun dərhal Gədəbəy RPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 08 noyabr 2020-ci il tarixli, 882 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və ibtidai araşdırılma aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi” haqqında 15 dekabr 2020-cu il tarixli qərardan görünür ki, Gədəbəy RPŞ-nin İB-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Gəncə şəhər BPİ-nin İTİ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Gəncə şəhər BPİ-nin İTİ-nə göndərilməsi qərara alınmışdır. “Cinayət iş üzrə əməlinin tövsif edilməsi” haqqında 29 dekabr 2020-ci il tarixli, 1036 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 09 yanvar 2021-ci il tarixli, 14 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması” haqqında 09 yanvar 2021-ci il tarixli, 15 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçiimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında 29 iyul 2021-ci il tarixli, 75 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, vətəndaş Şahid əməlində hər hansı bir cinayətin tərkibi olmadığı üçün onun barəsində cinayət işi başlanılması rədd edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X14 və X1 götürən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilməsi, baş vermiş oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ümumilikdə 3191 manat 80 qəpik məbləğində hesablanması, baş vermiş oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan ümumilikdə 1350 manat məbləğində hesablanması, Zərərçəkmiş şəxs2 məxsus mağazada baş vermiş oğurluq faktı saxlanc yerinə qanunsuz olaraq daxil olma kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyib zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X14 və X3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması, 23 iyul 2020-ci il tarixdə Gədəbəy Rayon Polis X6 sabiq müstəntiqi Rauf Hüseynli tərəfindən Zərərçəkmiş şəxs2 məxsus Gədəbəy rayonu Slavyanka kəndində yerləşən “Fərid” marketdə baş vermiş oğurluq cinayəti ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilən zamanı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün hadisə yerindən götürülmüş bir ədəd kəlbətin, 29 iyul 2020-ci il tarixdə Gədəbəy Rayon Polis X6 sabiq müstəntiqi Rauf Hüseynli tərəfindən götürülmüş Şahid təqdim etdiyi 1 (bir) qutu göy rəngli “Prima Deluxe” markalı siqaret iş üzrə maddi sübut kimi tanınması, 1 (bir) qutu göy rəngli “Prima Deluxe” markalı siqaretin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxslər və müafiəçiləri, zərərçəkmiş şəxslər cinayət işinin materialları ilə yanaşı maddi sübut hesab edilən hadisə yerindən götürülmüş bir ədəd kəlbətinlə tanış olduqdan sonra həmin kəlbətin Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilməsi, cinayət işinə əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 oktyabr 2020-ci il tarixli, 9/3990 rəyi, Kəpəz Rayon Polis İdarəsindən alınmış 22 yanvar 2021-ci il tarixli, 122-158-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubu iş üzrə sübut növləri kimi tanınması qərara alınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilənlər şəxslər ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və ekspert rəyləri, cinayət işinin bütün materialları ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Belə ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına və təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-59.1.12 və 59.1.13 maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirilən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 28 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 04.07.2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3cü maddələri ilə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti təyin edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 05.08.2008-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən cəzası 01 (bir) il 10 (on) ay 21 (iyirmi bir) gün azadlığın məhdudlaşdırılması ilə əvəz edilmişdir. Daha sonra o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 26.11.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 67.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 (üç) il 09 (doqquz) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 05.10.2012-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 11 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli qərarı ilə 816 VQD saylı 20.10.2017-ci il tarixli Qanunun tətbiqi ilə CM-nin 177.3.3-cü maddəsi xaric edilməklə əməli 177.2.1, 177.2.3-cü maddələrinə tövsif edilməklə cəzası 03 (üç) il 04 (dörd) ay müddətinə endirilmiş, 16.11.2018-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 26.01.2019-cu il tarixdə cəzasının müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-135/2016 saylı, 01 dekabr 2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, habelə əvvəllər də mülkiyyət əleyhinə cinayət törətməsi, onun kriminal meylli olması, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 dekabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş cəzadan çıxılmaldır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustağlığında saxlandığı müddət daxil edilir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-73/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs bаrəsində аxtаrış elаn edilməsi və Təqsirləndirilən şəxs оğlunun bаrəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkаn tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması” haqqında 01 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə saat 09:00 radələrində tutularaq Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətinin 2 sаylı istintаq təcridxаnаsınа köçürülməsi üçün Gədəbəy BPİ-nin MSY-nə təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 (bir) qutu göy rəngli “Prima Deluxe” markalı siqaretin qanuni sahibinə qaytarılması və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən “Fərid” marketdə baş vermiş oğurluq cinayəti ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən götürülmüş bir ədəd kəlbətinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan 1(043)-73/2021 saylı cinayət işi üzrə də maddi sübut olduğundan həmin cinayət işinin materiallarına əlavə edilib saxlanılacağı nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 16.66 manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməldidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə аzаdlıqdаn məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı vaxtdan, yəni 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) qutu göy rəngli “Prima Deluxe” markalı siqaretin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən “Fərid” marketdə baş vermiş oğurluq cinayəti ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən götürülmüş bir ədəd kəlbətinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan 1(043)-73/2021 saylı cinayət işi üzrə də maddi sübut olması və həmin cinayət işinin materiallarına əlavə edilib saxlanılacağı nəzərə alınsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyərinin 16.66 (on altı manat altmış altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar