Məhkəmə qərarları › İş №1(043)-23/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-23/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-23/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 26.04.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 44,759 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31.03.2020-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhər sakini X6 idarə etdiyi Kia Optima markalı, **-HD-*** qeydiyat nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisinda xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış 2 saylı postda polis əməkdaşlarının qanuni tələbini pozaraq polis əməkdaşına xəsarət yetirib hadisə yerindən qaçaraq avtomobillə Gəncə şəhəri istiqamətinə hərəkət etmiş və polis əməkdaşları tərəfindən 31.03.2020-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 1A ünvanında saxlanılan zaman o da həmin avtomobildə olmuş, Göygöl RPŞ-nin və Gəncə şəhər BPİ-nin PPXT-in polis əməkdaşları tərərfindən saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə aparılmış, 31.03.2020-ci il tarixdə saat 05:00-dan 05:35-dək olan vaxt ərzində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 44,759 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Sultan Əliyev onun dostudur. 31 mart 2020-ci il tarixdə Sultana məxsus 99- HD-025 qeydiyat nömrə nişanlı “Kia Optima” markalı avtomaşını ilə özü, Sultan, Sultanın tanışı Aytac və dostu Nurlan ilə Göygöl rayonuna getmişdilər. Göygöl Rayon Xəstəxanasının qarşısında karantin rejimi ilə əlaqədar olaraq Göygöl RPŞ-nin DYP və PPX əməkdaşları Sultanın idarə etdiyi avtomaşını işarə edərək saxlamışlar. Sultan maşından düşüb polis işçiləri ilə söhbət etmişdir. Daha sonra DYP əməkdaşları avtomaşının həbsdə olduğunu bildirərək avtomaşını cərimə meydançasına aparacaqlarını bildirmişlər. Sultan da avtomaşının cərimə meydançasına girməsini istəmədiyi üçün maşına əyləşmişdir. Daha sonra polis əməkdaşı Sultanı tutub saxlamaq istədikdə Sultan avtomaşını hərəkətə gətirib oradan uzaqlaşan zaman avtomaşınının qapısı avtomaşının qapısından tutan polis işçisinə dəymişdir. Bundan sonra Sultan Hacıməlik yolu ilə avtomaşını sürərək izini itirmişdir. Lakin Sultan daha sonra Göygöl-Bakı yoluna təkrar çıxmışdır. Sultan, Gəncə şəhərinə getmək istəyəndə Göygöl RPŞ-nin işçilərinin təkrar arxasınca gəldiyini görmüşdülər. Bu səbəbdən Sultan avtomaşını sürətlə sürməyə başlamışdır. Gəncə şəhərinin girişində “Qala qapıları” adlanan yerdə polis əməkdaşlarının dayandığını gördüyünə görə Sultan avtomaşını yolun əks istqamətinə sürmüş və həmin vaxt orada olan dəmir barmaqlıqları vurub aşıraraq üzərindən keçmişdir. Daha sonra Sultan Gəncə şəhərində “Əlillər dairəsi” adlanan yerin yaxınlığında yerləşən istifadə etdikləri sexə avtomaşının salmaq istəyəndə sexin darvazasını avtomaşınla vuraraq qırmış və avtomaşını sexin içərisinə salmışdır. Bu vaxtı Göygöl rayon YPX əməkdaşları və Gəncə şəhər PBİ-nin polis işçiləri içəri daxil olmuşdular. Bundan sonra polislər onu və maşında olanları avtomaşından düşürtmüş və aralarında münaqişə yaranmışdır. Bundan sonra onları Göygöl rayon PŞ-in əməkdaşları və Gəncə şəhər BPİ-nin polis işçiləri avtomaşınla birlikdə Gəncə şəhər Kəpəz RPİ-nə gətirmişdilər. Polis İdarəsində onu şübhəli şəxs qismində saxlamışdılar. Üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən salafana bükülü 45,4 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə ona məxsus olmuşdur. Narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Həmin narkotik vasitəni Gəncə şəhərində yaşadığı binanın dəhlizində sayğacın üzərindən tapmışdır. Hərəkətindən olduqca peşman olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019cu ildən Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. X4, Cəmilli Nurlan Cəlal oğlunu və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 31 mart 2020-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhər sakini X6 idarə etdiyi “Kia Optima” markalı, **-HD-*** qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış 2 saylı posta polis əməkdaşlarının qanuni tələbini pozaraq polisə əməkdaşına xəsarət yetirib hadisə yerindən qaçmışdır. Sultan Əliyev avtomobillə Gəncə şəhəri istiqamətinə hərəkət etmiş və Göygöl RPŞ-nin polis əməkdaşları tərəfindən təqib edilmişdir. Sultan Əliyev idarə etdiyi avtomobillə Gəncə şəhəri Kəpəz rayonu, N.Nərimanov 1A ünvanında yerləşən Gəncə petrol yanacaq doldurma məntəqəsinin arxasında olan əmlak kompleksi sexinin çöl qapısını avtomobillə vurub açıb, binanın həyətinə daxil olmuşdur. Həmin vaxt onları təqib edən Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Qeyd olunan avtomobildə Sultdan başqa Cəmilli Nurlan Cəlal oğlu, Təqsirləndirilən şəxs və X2 da olmuşdur. Sonra həmin yerə Gəncə şəhər BPİ-nin PPX-nin əməkdaşları da cəlb edilmişdir. Göygöl RPŞ-nin və Gəncə şəhər BPİ-nin PPX-in əməkdaşları tərəfindən xidməti avtomobillə həmin şəxslər Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmişdir. X3 idarə etdiyi avtomobildə və üzərində narkotik vasitə gəzdirməkdə, həmçinin Cəmilli Nurlan Cəlal oğlunun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhə yarandığından həmin şəxslər şübhəli şəxs qismində tutulmuşdular. Hər birinin üzərinə baxış keçirilməsi üçün ayrı-ayrı vəkil dəvət edilmişdir. Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra həmin bükülü aptek tərəzisində çəkilmiş və 45,4 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan tiryəkdir, bədənində ağrılar olduğu üçün özü istifadə etmək məqəsdi ilə üzərində saxlamışdır. Həmin kütləni H.Əliyev parkından tapdığını bildirmişdir .Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2015-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanında xidmət edir. 2016-cı ildən isə Gəncə şəhər Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili işləyir. X4, Cəmilli Nurlan Cəlal oğlunu və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, -hər-hansı bir münasibəti olmamışdır. 31 mart 2020-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhər sakini X6 idarə etdiyi “Kia Optima” markalı, **-HD-*** nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış 2 saylı postda polis əməkdaşlarının qanuni tələbini pozaraq polis əməkdaşına xəsarət yetirib hadisə yerindən qaçmışdır. Sultan Əliyev avtomobillə Gəncə şəhəri istiqamətinə hərəkət etmiş və Göygöl RPŞ-nin polis əməkdaşları tərəfindən təqib edilmişdir. Sultan Əliyevin idarə etdiyi avtomobillə Gəncə şəhəri Kəpəz rayonu, N.Nərimanov 1A ünvanında yerləşən “Gəncə petrol” adlı yanacaq doldurma məntəqəsinin arxasında olan əmlak kompleksi sexinin çöl qapısını avtomobillə vurub açaraq həyətə daxil olmuş, Göygöl RPŞ-in əməkdaşları tərəfindən saxlanmışdır. Həmin vaxt avtmobilidə Sultandan başqa Cəmilli Nurlan Cəlal oğlu, Təqsirləndirilən şəxs və X2 da olmuşdur. Sonra həmin yerə Gəncə şəhər BPİ-nin PPX-in əməkdaşları da cəlb edilmişdir. Göygöl RPŞ və Gəncə şəhər BPİ-nin PPX-in əməkdaşları xidməti avtomobilləri ilə həmin şəxsləri Gəncə şəhər Kəpəz RPİ-yə gətirmişdir. Həmin şəxslərin üzərində narkotik vasitə gəzdirməkdə şübhələr olduğundan həmin şəxslər şübhəli şəxs qismində tutulmuşdular. Hər birinin üzərinə baxış keşirilməsi üçün ayrı-ayrı vəkil dəvət edilmişdiir. Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan tiryəlkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra həmin bükülü aptek tərəzisində çəkilmiş və 45,4 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan tiryəkdir, bədənində ağrılar olduğu üçün özü istifadə etmək məqəsdi ilə üzərində saxlamışdır və satmaq fikrində olmamışdır. Həmin kütləni H.Əliyev parkından tapdığını bildirmişdir. mışdır. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib olunaraq onlar tərəfdən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 01.04.2020-ci il tarixli, HK-1/822 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, , “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar tiryək” yazı və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi-44,759 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - tiryəkdir. Tiryəkin təmiz çəkisi- 44,759 qram, tədqiqata sərf edilmiş 0,2 qram, qalıq-44,559 qramdır.(i.v.səh 119-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 10.09.2020-ci il tarixli, 784 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( i.v.səh. 276). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06.05.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.244). Şübhəli şəxsin tutulması haqqında 31.03.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ.v. səh 43) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 01.04.2020-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs 01.04.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (İ.v. səh.223-224) Axtarışda olan şəxsin tutulması barədə 09.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.09.2020-ci il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. (İ.v. səh. 267) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 10.09.2020-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.09.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (İ.v. səh.274-275) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 1(043)-158/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəydişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin olunması barədə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 1(043)-23/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs qətimkan» tədbiri dəydişdirilərək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 44,759 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31.03.2020-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhər sakini X3 idarə etdiyi Kia Optima markalı, **-HD-*** nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisinda xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış 2 saylı postda polis əməkdaşlarının qanuni tələbini pozaraq polis əməkdaşına xəsarət yetirib hadisə yerindən qaçaraq avtomobillə Gəncə şəhəri istiqamətinə hərəkət etmiş və polis əməkdaşları tərəfindən 31.03.2020-ci il tarixdə saat 02 radələrində Gəncə şəhər Kəpəz rayonu, N.Nərimanov 1A ünvanında saxlanılan zaman o da həmin avtomobildə olmuş, Göygöl RPŞ-nin və Gəncə şəhər BPİ-nin PPXT-nun polis əməkdaşları tərərfindən saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə aparılmış, 31.03.2020-ci il tarixdə saat 05:00-da n 05:35-dək olan vaxt ərzində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 44,759 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 4 (dörd) gün və həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on dörd) gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan- tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 44,559 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , h ö k m e t di: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 4 (dord) gün və həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 44,559 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 ( otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar