Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-23/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında dəqiq müəyyən edilməmiş tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 nəzarətində olan Rusiya Federasiyasında yaşayan qardaşı Zərərçəkmiş şəxs4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə novdanından dırmaşaraq çardağına çıxıb evin arxa hissəsində olan dəmir barmaqlıqlardan tutaraq arxa bağçasına düşmüş, evin arxa bağçasında yerləşən əl damından tapdığı dəmir alətdən istifadə etməklə bağçanın qıfılını sındıraraq evin həyətinə daxil olmaqla həyətdəki pilləkəndən qalxaraq evin ikinci mərtəbəsinə çıxmış, evin ikinci mərtəbəsinin pəncərəsini qırıb açmaqla qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən otaqdakı yataq dəstlərinin və çemodanın içərisinə qoyulmuş ümumilikdə 10030 manat dəyərində 5900 ABŞ dolları məbləğində pulu, 2970 manat dəyərində 110000 Rus rublu məbləğində pulu, 5000 manat məbləğində pulu, 1 ədəd 2860 manat dəyərində 583 əyarlı 22 qramlıq üzərində briliyant qaşlar olan qızıl qolbağını, daha sonra evin birinci mərtəbəsinə qapısını açaraq qanunsuz daxil olub zalda yerləşən şkafın sol üst dolabından 250 manat məbləğində pulu, otaqdakı stolun üzərindən 1 ədəd 20 manat dəyərində poverbank aparatını ümumilikdə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdarda 21130 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar 2020-ci ilin yanvar ayında dəqiq müəyyən edilməmiş tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə novdanından dırmaşaraq çardağına çıxıb evin arxa hissəsində olan dəmir barmaqlıqlardan tutaraq arxa bağçasına düşmüş, evin arxa bağçasında olan nərdivanı divara söykəyərək evin ikinci mərtəbəsinin açıq olan pəncərəsinin qarşısına qalxıb pəncərədən evin ikinci mərtəbəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən otaqdakı güzgülü şkafın sol dolabının içərisinə qoyulmuş 1 ədədinin dəyəri 80 manat olan 2 ədəd 160 manat dəyərində litrlik Beluqa markalı araqları, digər otaqdakı komputer şkafının alt hissəsinə qoyulmuş 1 ədədinin dəyəri 60 manat olan 6 ədəd 360 manat dəyərində litrlik GreyGoose markalı araqları, 1 ədəd 350 manat dəyərində Sony markalı videokameranı, daha sonra evin birinci mərtəbəsinin mətbəxinin pəncərəsini açaraq qanunsuz daxil olaraq mətbəxdəki şkafın sol üst dolabından 1 ədəd 175 manat dəyərində Tefal markalı ütünü, güzgülü şkafın alt dolabından 1 ədəd 70 manat dəyərində AD medical markalı təzyiqölçən aparatı ümumilikdə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 1115 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar 2020-ci ilin yanvar ayında dəqiq müəyyən edilməmiş tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 nəzarətində olan Rusiya Federasiyasında yaşayan bacısı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinə novdanından dırmaşaraq çardağına çıxıb evin arxa hissəsində olan dəmir nərdivandan istəməklə arxa bağçasına düşmüş, evin arxa bağçasının dəmir qapısının qıfılını əlində olan dəmir alətdən istifadə edərək qırıb həyətə daxil olmuş, evin plastmast pəncərəsini əlində olan vintaçandan istifadə edərək aralayıb açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən güzgülü şkafın içərisinə qoyulmuş 1 ədəd 350 manat dəyərində EmporioArmani markalı qol saatını, 1 ədəd 400 manat dəyərində MoyTaym markalı qızıl qol saatını, 1 ədədinin dəyəri 10 manat olan 4 ədəd 40 manat dəyərində Nokia 1202 markalı mobil telefonları, mətbəxdəki soyuducunun üzərinə qoyulmuş 1 ədəd 80 manat dəyərində İphone 4 markalı mobil telefonu, orta otaqda yerləşən şkafın üzərinə qoyulmuş 1 ədəd 700 manat dəyərində Panasonic markalı videokameranı, şkafın dolabının içərisinə qoyulmuş 1 dəst 1000 manat dəyərində 750 əyarlı bilərzik və üzük dəstini, 1 ədəd 700 manat dəyərində Kanon markalı fotoaparatı ümumilikdə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 3270 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar 2020-ci ilin fevral ayında dəqiq müəyyən edilməmiş tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs5 nəzarətində olan Rusiya Federasiyasında yaşayan kürəkəni X9 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinə hasarından tullanaraq qanunsuz daxil olub pilləkəndən istifadə etməklə evin ikinci mərtəbəsinə çıxmış, ikinci mərtəbənin qapısını qırıb açmaqla evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən otaqlardan Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 30 manat dəyərində Rusiya istehsalı moruq bəzəkli çay dəstini, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində Rusiya istehsalı qırmızı ağ çiçək bəzəkli bokalları, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində Rusiya istehsalı göy ağ çiçək bəzəkli bokalları, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində Rusiya istehalılepkalı yaşıl bokalları, 1 ədəd 25 manat dəyərində Rusiya istehalı qapaqlı lepkalı hündür yaşıl konfetqabını, 1 ədədinin dəyəri 15 manat olan 2 ədəd 30 manat dəyərində Rusiya istehalılepkalı alçaq yaşıl konfetqabılarını, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində Rusiya istehalınidelkabokalları, 1 ədədinin dəyəri 15 manat olan 2 ədəd 30 manat dəyərində Rusiya istehalı qırmızı çiçəkli konfetqabılarını, 1 ədəd 80 manat dəyərində Çexiya istehsalı böyük gül qabını, 1 ədədinin dəyəri 30 manat olan 2 ədəd 60 manat dəyərində Çexiya istehsalı balaca gül qabını, 1 ədəd 40 manat dəyərində Rusiya istehsalı lepkalı böyük gül qabını, 1 ədəd 15 manat dəyərində Rusiya istehsalı lepkalı balaca gül qabını, 1 ədəd 30 manat dəyərində Rusiya istehsalı lepkalı şirə qabını, 1 ədəd 20 manat dəyərində Rusiya istehsalı günəbaxan gülü bəzəkli şirəqabını, 1 ədəd 110 manat dəyərində Çexiya istehsalı kobalt böyük meyvə qabını, 1 ədəd 80 manat dəyərində Çexiya istehsalı billur böyük gül qabını, 1 ədədinin dəyəri 20 manat olan 3 ədəd 60 manat dəyərində Çexiya istehsalı meduza gül qablarını, 1 ədəd 20 manat dəyərində Çexiya istehsalı meduza meyvə qabını, 1 ədədinin dəyəri 45 manat olan 8 ədəd 360 manat dəyərində pompalı 3 litrlik Smirnoff markalı araqları, 1 ədədinin dəyəri 21 manat olan 5 ədəd 105 manat dəyərində lirtlikPyatOzer markalı araqları, 1 ədədinin dəyəri 18 manat olan 5 ədəd 90 manat dəyərində litrlik Jelzin markalı araqları, 1 ədədinin dəyəri 25 manat olan 3 ədəd 75 manat dəyərində 1,75 litrlik Staraya Moskva markalı araqları, 1 ədədinin dəyəri 18 manat olan 5 ədəd 90 manat dəyərində litrlik Stolichnaya markalı araqları, 1 ədədinin dəyəri 8 manat olan 6 ədəd 48 manat dəyərində litrlik Turriga markalı çaxırları, 1 ədədinin dəyəri 6 manat olan 2 ədəd 12 manat dəyərində Kvint markalı yarım litrlik konyakları, 1 ədədinin dəyəri 7 manat olan 2 ədəd 14 manat dəyərində Praskoveyskoe markalı yarım litrlik konyakları, 1 ədədinin dəyəri 11 manat olan 2 ədəd 22 manat dəyərində Dagestanskiy markalı yarım litrlik konyakları, 1 ədədinin dəyəri 17 manat olan 5 ədəd 85 manat dəyərində litrlik Klukvennaya markalı araqları, 1 ədəd 18 manat dəyərində litrlik Azova markalı şampanı, 1 ədəd 35 manat dəyərində RedLabel markalı litrlik viskini, 1 ədəd 29 manat dəyərində 0,7 litrlik GoldLabel markalı viskini, 1 ədəd 500 manat dəyərində musiqi mərkəzini, 1 ədədinin dəyəri 100 manat olan 5 ədəd 500 manat dəyərində yataq örtüyü dəstlərini ümumilikdə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus 2733 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar 2020-ci ilin aprel ayında dəqiq müəyyən edilməmiş tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 nəzarətində olan Rusiya Federasiyasında yaşayan bacısı Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış evinə hasarından tullanaraq bağçasına qanunsuz daxil olub üzü bağçaya tərəf olan tualetin nəfəsliyindən keçərək eyvana çıxmış, birinci mərtəbənin taxta pəncərəsini əli ilə itələyərək açıb evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən zaldan 1 ədəd 500 manat dəyərində LG markalı 109 ekran ölçülü plazma televizoru, daha sonra evin ikinci mərtəbəsinə taxta pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz daxil olaraq sağ tərəfdə olan otaqdan 1 ədədinin dəyəri 300 manat olan 2 ədəd 600 manat dəyərində yataq dəstlərini vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 1100 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-ci mаddələri ilə оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək və ona qarşı verilmiş mülki iddiaları qəbul edərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 qonşu kimi tanımışdır. Gəncə şəhəri Xəmsə küçəsində Zərərçəkmiş şəxs1, qardaşlarına və bacısına məxsus dörd ədəd yaşayış evləri olmuşdur. Zərərçəkmiş şəxs1 öz evində yaşamış, ancaq qardaşları və bacısı Rusiya Federasiyasında yaşadığından evlərində yaşayış olmamışdır. O, yaşadığı evə bitişik Zərərçəkmiş şəxs1 qardaşına məxsus yaşayış evində heç kimin yaşadığını bilib həmin evdən oğurluq etmək qərarına gələrək təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində gecə saatlarında həmin evin alminium materialdan olan novdanından evin çardağına çıxmış, ustalıqla məşğul olduğundan novdandan asanlıqla çıxıb-düşə bilmiş, evin çardağı ilə evin arxa bağçası tərəfə getmiş, evin arxa hissəsi tamamilə dəmir barmaqlıqlarla əhatələnmiş, həmin dəmir barmaqlıqlardan tutaraq evin arxa bağçasına düşərək arxa bağçada olan əl damından dəmir parçası götürüb həmin dəmir parçasından istifadə etməklə bağçanın dəmir qapısının qıfılını qıraraq açmışdır. Evin həyətində yerləşən hamam və tualetin olduğu yerə çıxıb dəmir parçası ilə həyətə çıxan plasmas qapısını aralayaraq açmış, evin həyətində olan taxta pilləkən ilə evin ikinci mərtəbəsinə qalxaraq axrıncı taxta pəncərəni əli ilə itələyərək açıb evin içərisinə girmişdir. Otağın giriş qapısı ilə üzbəüz yerləşən orta otağın açıq vəziyyətdə olaq taxta qapısını açıb qapıdan sol tərəfdə olan krem rəngli çantanın içərisinə yığılmış ağ rəngli yataq dəstlərinin arasını axtarmış, yataq dəstinin içərisində sellofana bükülmüş 22 ədəd 100-lük ABŞ dolları taparaq oğurlamış, həmin yataq dəstlərinin içərisində ağ rəngli mücrünün içərisindən zəncirvari formalı üzərində brilyant qaşlar olan bir ədəd qızıl qolbağı və həmin otağın qapısından sağ tərəfdə yerləşən qəhvəyi rəngli çemodanın 2-ci cibindən 110000 rus rublu, 3 ədəd 100-lük ABŞ dolları, 55 ədəd 50 manatlıq əskinaz oğurlamışdır. Daha sonra evin həyətinə düşərək açıq olan qapıdan evin birinci mərtəbəsinin mətbəxinə girmiş, evin mətbəxində olan qapıdan birinci mərtəbənin zalına girərək zalda stolun üzərindəki sazın yanına qoyulmuş “Poverbank” aparatını, zalda yerləşən şkafın sol üst dolabında olan 250 manat məbləğdə pulu oğurlamışdır. Daha sonra gəldiyi yoldan evdən çıxmış, yəni ilk öncə çardağın üzərinə çıxıb, sonra novdandan tutaraq küçəyə düşmüş, səhəri gün axşam tanımadığı yol taksisi ilə Bakı şəhərinə getmiş, taksiyə 100 manat pul vermiş və Bakı şəhər Metropolitenin “20 yanvar” stansiyasının yanında düşmüşdür. Təxminən bir ay Bakı şəhərində müxtəlif otellərdə qalmış, dollar və rubl əskinaslarını “Montin” adlanan yerdə və BakıMetropoliteninin“Xətai” stansiyasının yanında yerləşən valyuta dəyişmə məntəqələrində hissə-hissə dəyişmiş, 1 ədəd qolbağı hissələrə ayıraraq Bakı şəhəri ərazisində fəaliyyət göstərən ayrı-aytı zərgərlərə satmışdır. 1 ədəd Poverbank aparatını 7 manata Sədərək ticarət mərkəzində tanımadığı şəxsə satmış, oğurladığı pulların hamısını Bakı şəhəri ərazisində yerləşən barlarda, restoranlarda və otellərdə xərcləmişdir. Ailəsinə Bakı şəhərində avtoyuma məntəqəsində işlədiyini demiş, təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində özü qonşusu Bəsdinin qohumlarının evindən oğurluq etməsindən sonuncunun xəbəri olmamışdan əvvəl digər evlərdən oğurluq etmək üçün yol taksisi ilə Gəncə şəhərinə qayıtmışdır. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs1 qızı ilə birlikdə Bakı şəhərinə getməsini bildiyindən sonuncunun yaşadığı evdən oğurluq etmək qərarına gələrək evin darvazasından sağ tərəfdə yerləşən iki novdandan dırmaşmaqla evin çardağına çıxıb evin arxa hissəsində olan dəmir barmaqlıqlardan istifadə edərək tullanıb evin arxa bağçasına düşmüşdür. Evin arxa bağçasında divara söykənmiş taxta nərdivanı evin bağçasına tərəf baxan ikinci mərtəbəsinin pəncərəsinə tərəf divara söykəmiş, pəncərə açıq olduğundan evin ikinci mərtəbəsinin balaca otağına daxil olaraq balaca otaqdakı qapıdan evin ikinci mərtəbəsinin zalına girmiş, evin zalında olan birinci otağa daxil olaraq həmin otaqda olan güzgülü şkafın sol dolabından 2 ədəd Beluqa markalı litrlik araqları oğurlamış, bundan sonra evin zalında baş tərəfdə yerləşən otağa daxil olaraq həmin otaqda olan komputer şkafın altında olan boşluqdan 6 ədəd “GreyGoose” markalı litrlik araqları oğurlamış, həmin araqların yanında olan “Sony” markalı videokameranın qutusu boş olduğundan videokameranı oğurlaya bilməmişdir. Bundan sonra zalın pəncərəsini açaraq evin ikinci mərtəbəsinə çıxan pilləkənə düşərək pilləkəndən istifadə etməklə evin həyətinə düşmüş, sol tərəfdə küncdə yerləşən açıq vəziyyətdə olan pəncərədən evin mətbəxinə daxil olaraq mətbəx şkafının sol üst dolabından 1 ədəd “Tefal” markalı ütünü və mətbəxin qapısında girdikdə sağ tərəfdə olan şkafın aşağı dolabından “AD” markalı təzyiqölçən aparatı oğurlamışdır. Mətbəxdəki qapıdan evin birinci mərtəbəsinin zalına girib məqsədi pul oğurlamaq olsa da, ancaq zaldan heçnə tapa bilməmiş, evdən tapdığı sellofan torbaları çantaya oxşar formada bir-birinə bərkidərək oğurladığı spirtli içkiləri, “Tefal” markalı ütünü və təzyiqölçən aparatı həmin sellofan torbaların içərisinə qoyub sellofan torbaları belindən asmışdır. Daha sonra gəldiyi yoldan nərdivandan istifadə edərək evdən çıxıb nərdivanı divara söykəmiş, kənardakı dəmir barmaqlıqlardan istifadə edərək evin çardağına çıxaraq novdandan tutub küçəyə düşmüş, oğurladığı əşyaları küçənin baş tərəfində hasarın kənarında olan yanmış “Ford” markalı avtomobilin baqaj hissəsinə qoymuşdur. Oğurladığı spirtli içkiləri hissə-hissə içmiş, “Tefal” markalı ütünü isə 15 manata mal bazarında tanımadığı şəxsə satmış, 1 ədəd təzyiqölçəni 15 manata İlqar adlı tanışına satmışdır. Bundan 2-3 gün sonra yanvar ayında Zərərçəkmiş şəxs1 bacısına məxsus olan,təxminən dörd ev aralıda yerləşən evdən oğurluq etmişdir.Gecə saatlarında evin ön bağçasının içərisində yerləşən novdandan istifadə etməklə evin çardağına çıxıb evin çardağına bitişik su çəninin dəmir pilləkənindən istifadə etməklə evin bağçasına düşmüş, evin bağçasının qapısına taxılmış qıfılı evin bağçasından tapdığı armatur parçası ilə aralayıb qıraraq üzərində gətirdiyi vintaçandan istifadə etməklə evin kənarında yerləşən plastmast pəncərəsini aralayaraq açıb evin içərisinə daxil olmuşdur. Evin yataq otağında yerləşən qara rəngli güzgülü şkafın üst dolabına qoyulmuş qızıl qabının içərisindən 1 ədəd qara rəngli “EmporioArmani” markalı saatı və 1 ədəd qara rəngli dəri kəməri olan qızılı rəngli “MoyTaym” markalı saatı, həmin dolabdan 4 ədəd sadə “Nokia 1202” markalı saatı oğurlamış, daha orta otaqda olan şkafın üzərindən qara rəngli qabda olan 1 ədəd “Panasonic” markalı videokameranı və 1 ədəd Canon markalı fotoaparatıoğurlayaraq evin mətbəxinə daxil olmuş, evin mətbəxinin qapısının yanında olan dondurucunun üzərindən 1 ədəd ağ rəngli “İphone 4” markalı mobil telefonu oğurlamış, ancaq evdə pul tapa bilməmişdir. O, evdən tapdığı sellofan torbaları çantaya oxşar formada bir-birinə bərkidərək oğurladığı əşyaları həmin sellofan torbaların içərisinə qoymuş və sellofan torbaları belindən asmış, o, nərdivandan istifadə edərək evin çardağına qalxıb evin çardağından ön bağçasına düşmüşdür. O, oğurladığı əşyaları küçənin baş tərəfində hasarın kənarında olan yanmış “Ford” markalı avtomobilin baqaj hissəsinə qoymuş, 1 ədəd “Panasonic” markalı kameranı 50 manata İlqar adlı tanışına satmış, mobil telefonları işləmədiyi üçün sata bilməmişdir. 2020-ci ilin aprel ayında Bakı şəhərinə gedən zaman Kürdəmirdə yolun kənarına atmış, saatları Bakı şəhərində “Sədərək” ticarət mərkəzində 1 ədədini 5 manatdan tanımadığı şəxslərə satmışdır. Bundan sonra o, təxminən 2020-ci ilin fevral ayında ünvan 6 ünvanda yerləşən evdən oğurluq etmişdir. Belə ki, gecə saatlarında həmin evin Validə Tutayuq küçəsinə baxan arxa hasarından tullanaraq evin bağçasına daxil olub pilləkəndən istifadə edərək evin ikinci mərtəbəsinə qalxmış və evin ikinci mərtəbəsinin taxta qapısını əli ilə itələyərək qırıb açmışdır. Evin zalından sol tərəfdə yerləşən qapıdan evin çoxlu sayda otaq olan hissəsinə keçmiş, sağ tərəfdə yerləşən qapıdan içəri otağa daxil olaraq mebel şkafının sol orta dolabından ümumilikdə 25 ədəddən çox müxtəlif növ spirtli içkilər oğurlamış, evin digər otaqlarını gəzsə də heçnə tapa bilmədiyindən oğurladığı spirtli içkiləri hissə-hissə daşıyıb hasarın kənarına yığmışdır. O, hissə-hissə spirtli içkiləri hasardan çıxararaq küçəyə daşıyaraq oğurladığı spirtli içkiləri küçənin baş tərəfində hasarın kənarında olan yanmış “Ford” markalı avtomobilin baqaj hissəsinə qoymuş, o, həmin spirtli içkilərin bir hissəsini içmiş, 18 ədəd spirtli içkini 90 manata taksi sürücüsü Elməddin adlı tanışına satmış, Elməddinə 20 manat borcu olduğu üçün Elməddin ona 70 manat pul vermiş, bundan sonra Bakı şəhərinə getmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 yaşadığı evlə üzbəüz yerləşən qardaşına məxsus evdən oğurluq etmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində qayıtmış, o, həmin evin qarşı küçədə yerləşən alçaq arxa hasarına qaz borusundan istifadə edərək qalxıb hasara söykənmiş dəmir barmaqlıqlardan istifadə edərək evin bağçasına düşmüş, evin bağçasında yerləşən nəfəslikdən istifadə edərək evin tualetinə düşüb evin tualetindən evin eyvanına çıxmışdır. Taxta pəncərəni əli ilə itələyib qıraraq evin mətbəxinə düşüb evin mətbəxindəki qapıdan keçərək evin zalına girmiş, evin zalından bir ədəd 109 ekran ölçülü “LG” markalı kənarları boz rəngli plazma televizoru oğurlayaraq gətirib evin bağçasının qapısının yanına qoymuş, daha sonra pilləkəndən istifadə edərək evin ikinci mərtəbəsinə qalxmışdır. Pəncərəni itələyib qıraraq evin zalına daxil olmuş, evin zalına bitişik baş tərəfdə yerləşən otağa daxil olaraq həmin otaqdan iki ədəd yataq örtüyü dəstini oğurlamış, o, evin ikinci mərtəbəsindən heçnə tapmayıb evin həyətinə düşmüş, evin zirzəmisində qapının yanından bir ədəd kəlbətin götürərək kəlbətindən istifadə etməklə bağçanın dəmir barmaqlar olan qapısının xəttini kəsmiş, 109 ekran plazma televizoru və yataq dəstini dəmir barmaqlıqların arasından keçirərək bağçaya qoymuşdur. O, şübhə olmasın deyə qıfılı qırmayaraq tualetdəki nəfəslikdən evin bağçasına düşmüş, üzərində gətirdiyi pres kəndirlərini televizorun hər iki tərəfinə bağlamış, bağçanın hasarına söykənmiş dəmir barmaqlıqların üzərindən hasara qalxmış və kəndirlərdən istifadə edərək televizoru hasara qaldıraraq hasardan küçəyə salmışdır. O, oğurladığı əşyaları küçənin baş tərəfində hasarın kənarında olan yanmış “Ford” markalı avtomobilin baqaj hissəsinə qoymuş, 1 ədəd “LG” markalı plazma televizoru 60 manata İlqara satmış, 2 ədəd yataq dəstlərini bazarda tanımadığı şəxsə 36 manata satmışdır. Sonuncu dəfə aprel ayının ortalarında Bakı şəhərinə getmiş və 26 aprel 2020-ci il tarixdə Bakı şəhərindən qayıtmış, müxtəlif yerlərdən xırda talamalar etdiyi üçün ona bir ay müddətində inzibati həbs cəzası verilmişdir.Zərərçəkmiş şəxs1 məxsus evdən “Sony” markalı videokameranın qutusu boş olduğuna görə oğurlamamış, Zərərçəkmiş şəxs2 məxsus evdən 1 ədəd qızıl üzük və 1 ədəd qızıl bilərziyi oğurlanmamış, ünvan 4 ünvanında yerləşən evdən spirtli içkilərdən başqa qab-qacaq dəstlərini, 1 ədəd musiqi mərkəzini, yataq örtüyü dəstlərini oğurlamamışdır. Oğurladıqları əşyaları satdığı Elməddin və İlqar adlı şəxslərin həmin əşyaların oğurluq yolu ilə əldə edilməsindən məlumatları olmamış, onlara həmin əşyaların yaşadığı evə aid olmasını demiş, İlqar adlı tanışına 2020-ci ilin aprel ayında Bakı şəhərinə getməmişdən əvvəl əşyaları birdəfəyə satmışdır. Cinayət əməllərini törədən zaman tək olmuş, başqa cinayət əməlləri törətməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən ona qarşı irəli sürülmüş mülki iddiaları qəbul edir, azadlıqda qalarsa işləyib onlara dəymiş ziyanı ödəməyə hazırdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, onun qızı X10 ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Qızının əri X1 məxsus ünvan 4 ünvanında iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin ikinci mərtəbəsi boş olduğundan o, öz yaşadığı evə aid əşyaları və spirtli içkiləri ikinci mərtəbədə yerləşən otaqlara yerləşdirmiş, həmin əşyaları və spirtli içkiləri o, öz pulu ilə almış və ona məxsus olmuş, evin birinci mərtəbəsində heç bir əşya olmamış, həmin evə qonşu küçədə yaşadığı üçün tez-tez gedib baş çəkmişdir. Səhhəti ilə bağlı olaraq 2020-ci ilin fevral ayının ortalarından 16.05.2020-ci il tarixə kimi evə baş çəkə bilməmişdir. 16.05.2020-ci il tarixdə evə baş çəkən zaman evin qapılarının sındırılmasını və evin dağınıq vəziyyətdə olmasını görmüş, naməlum şəxs evin baxçasının hasarından düşərək evin həyətinə daxil olmuş və daha sonra qapıları sındıraraq evin içərisinə girdiyini müəyyən etmişdir. Evi axtardıqdan sonra evin ikinci mərtəbəsindən 1 ədəd Rusiya istehsalı moruq bəzəkli çay dəstinin, 6 ədəd Rusiya istehsalı qırmızı ağ çiçək bəzəkli bokalların, 6 ədəd Rusiya istehsalı göy ağ çiçək bəzəkli bokalların, 6 ədəd Rusiya istehalılepkalı yaşıl bokalların, 1 ədəd Rusiya istehalı qabaqlı lepkalı hündür yaşıl konfetqabının, 2 ədəd Rusiya istehalılepkalı alçaq yaşıl konfetqabının, 6 ədəd Rusiya istehalınidelkabokalın, 2 ədəd Rusiya istehalı qırmızı çiçəkli konfetqabının, 1 ədəd Çexiya istehsalı böyük gül qabının, 2 ədəd Çexiya istehsalı balaca gül qabının, 1 ədəd Rusiya istehsalı lepkalı böyük gül qabının, 1 ədəd Rusiya istehsalı lepkalı balaca gül qabının, 1 ədəd Rusiya istehsalı lepkalı şirə qabının, 1 ədəd Rusiya istehsalı günəbaxan gülü bəzəkli şirəqabının, 1 ədəd Çexiya istehsalı kobalt böyük meyvə qabının, 1 ədəd Çexiya istehsalı xrustal böyük gül qabının, 3 ədəd Çexiya istehsalı meduza gül qabının, 1 ədəd Çexiya istehsalı meduza meyvə qabının, 8 ədəd pompalı 3 litrlik Smirnoff markalı arağın, 5 ədəd lirtlikPyatOzer markalı arağın, 5 ədəd litrlik Jelzin markalı arağın, 3 ədəd 1,75 litrlik Staraya Moskva markalı arağın, 5 ədəd litrlik Stolichnaya markalı arağın, 6 ədəd litrlik Turriga markalı çaxırın, 2 ədəd Kvint markalı yarım litrlik konyakın, 2 ədəd Praskoveyskoe markalı yarım litrlik konyakın, 2 ədəd Dagestanskiy markalı yarım litrlik konyakın, 5 ədəd litrlik Klukvennaya markalı arağın, 1 ədəd litrlik Azova markalı şampanın, 1 ədəd RedLabel markalı litrlik viskinin, 1 ədəd 0,7 litrlik GoldLabel markalı viskinin, 1 ədəd musiqi mərkəzinin, 5 ədəd 500 manat dəyərində yataq örtüyü dəstlərinin oğurlanması məlum olmuşdur. O da dərhal bu barədə polisə məlumat vermişdir. Polisin araşdırması ilə cinayətin Təqsirləndirilən şəxs adlı şəxsin törətməsi məlum olmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. Vüsal Qasıma ağır cəza təyin edilməsini xahiş edir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə (watsapp proqramı ilə) zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun ünvan 7 ünvanda yerləşən evə bacısı Zərərçəkmiş şəxs1 nəzarət edir. Bacısı Zərərçəkmiş şəxs1 01 may 2020-ci il tarixədə ona məxsus evə baş çəkən zaman naməlum şəxs və ya şəxlərin evin pəncərəsindən içəriyə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən güzgülü şkafın içərisinə qoyulmuş bir ədəd 500 manat dəyərində «Emporio Armani» markalı qol saatını, bir ədəd 500 manat dəyərində «Moy Taym» markalı qol saatı, bir ədədinin dəyəri 30 manat olan 4 ədəd 120 manat dəyərində Nokia 1202 markalı mobil telefonu, mətbəxdəki soyuducunun üzərinə qoyulmuş bir ədəd 100 manat dəyərində İphone 4 markalı mobil telefonu, digər otaqda yerləşən şkafın üzərinə qoyulmuş bir ədəd 1000 manat dəyərində «Panasonic» markalı videokameranı, şkafın dolabının içərisinə qoyulmuş bir ədəd 1000 manat dəyərində 750 əyarlı bilərzik və üzük dəstini, bir ədəd 1000 manat dəyərində Kanon markalı fotoaparatı oğurladığını aşkar etmişdir. Sonradan onlara məlum olmuşdur ki, onun qardaşlarının da evindən oğurluq cinayəti baş vermiş, həmin cinayət hadisələrini və onun evində baş vermiş oğurluq cinayətini Təqsirləndirilən şəxs törətmişdir. O, mülki iddianı müdafiə edir və Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tamamilə ödəmədiyi halda ondan şikayətçidir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə (watsapp proqramı ilə) zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun ünvan 8 ünvanda yerləşən evə bacısı Zərərçəkmiş şəxs1 nəzarət edir. Bacısı Zərərçəkmiş şəxs1 01 may 2020-ci il tarixdə ona məxsus evə baş çəkən zaman naməlum şəxs və ya şəxlərin həmin evin pəncərəsindən daxil olmaq yolu ilə evin birinci mərtəbəsində yerləşən qonaq otağında olan bir ədəd 1800 manat dəyərində 109 ekran ölçülü “LG" markalı televi/or. ikinci mərtəbədən bir ədədinin dəyəri 300 manat olan 2 ədəd 600 manat dəyərində yataq örtüklərini gizli yolla oğurladığını aşkar etmişdir. Sonradan onlara məlum olmuşdur ki, onun qardaşı Zahidin və bacılarının da evindən oğurluq hadisəsi baş verib, həmin oğurluq cinayətlərini törətmiş şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəsə, ondan şikayətçi olmayacaqdır. Onun tərəfindən verilmiş mülki iddianı müdafiə edir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə (watsapp proqramı ilə) zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun ünvan 9 ünvanda yerləşən evə bacısı Zərərçəkmiş şəxs1 nəzarət edir. Bacısı Zərərçəkmiş şəxs1 01 may 2020-ci il tarixədə ona məxsus evə baş çəkən zaman evində naməlum şəxs və ya şəxlərin həmin evin pəncərəsindən daxil olmaq yolu ilə evin ikinci mərtəbəsində yerləşən otaqdakı çemodanın içərisinə qoyulmuş 5900 ABŞ dolları məbləğində pulun. 110000 (bir yüz on min rus rublunun) rus rublu məbləğində pulun. 5000 AZN, 1 ədəd 5100 manat dəyərində 583 əyarlı qızıl qolbağının, evin birinci mərtəbəsində yerləşən otaqdakı dolabın sol üst gözündən 250 manat məbləğində pulun, otaqdakı stolun üzərindən bir ədəd 30 manat dəyərində «poverbank» aparatının gizli yolla oğurladığını aşkar etmişdir. Sonradan onlara məlum olmuşdur ki. onun qardaşı Zakirin və bacılarının evindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. Verilmiş mülki iddianı müdafiə edir və ona dəymiş zərərin ödənilməsini tələb edir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə (watsapp proqramı ilə) zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, hazırda Rusiya Federasiyasındadır. Qardaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və bacısı Zərərçəkmiş şəxs2 işləri ilə əlaqədar Rusiya Federasiyasında yaşadıqlarından, onların Gəncə şəhərində yaşadığı Xəmsə küçəsində yerləşən fərdi yaşayış evlərinə o, nəzarət etmişdir. 17 dekabr 2019-cu il tarixdə qızı ilə birlikdə Bakı şəhərinə getmişdir. 10 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə getməmişdən əvvəl atasıgil qardaşı Zahidə məxsus evin birinci mərtəbəlində yasamağa başlamışdır. Atası həmin baxçanın qıfılının yerində olmamasını və qapısının açıq olmasını görsədə heç bir şey qırılmadığından və dağılmadığından oğurluq olmasından şübhələnməmişdir. O, 02 yanvar 2020-ci il tarixdə Gəncə şəhərinə qayıtmış, öz evində yaşamamış və atasıgil ilə birlikdə qardaşı Zahidə məxsus evdə yaşamış, bundan bir müddət sonra yanvar ayında o. Bakı şəhərinə qayıtmışdır. O. 26 fevral 2020-ci il tarixdə yenidən Gəncə şəhərinə qayıtmış, yaşadığı evdə bəzi pəncərələrin açıq olmasını görsə də, evdə heç bir dağıntı olmadığından oğurluq olmasından şübhələnməmiş, təxminən 1-2 gün sonra Bakı şəhərinə getmiş, ölkə ərazisində elan olunmuş xüsusi karantin rejiminə görə Bakı şəhərindən 01.05.2020-ci il tarixdə geri qayıtmışdır. O, qardaşı Zakirə məxsus evə baş çəkən zaman evində olan LG markalı plazma televizorun oğurlanmasını görmüş və bundan sonra qardaşlarının və onun yaşadığı evdə pəncərələrin açıq vəziyyətdə olmasının təsadüfi olmamasından şübhələnmiş, o, bir-bir evlərə nəzər yetirmişdir. Ona yaşadığı evdə mətbəx şkafına qoyduğu bir ədəd 1 ədəd 250 manat dəyərində olan "Tefal" markalı ütünün, evin ikinci mərtəbəsində olan yataq otağındakı şkafdan 1 ədədinin dəyəri 80 manat olan 2 ədəd 160 manat dəyərində litrlik Beluga markalı araqların, digər otaqda olan kompüter şkafının altına yığdığı 1 ədədinin dəyəri 60 manat olan 6 ədəd 360 manat dəyərində litrlik Grey Goose markalı araqların və həmin spirtli içkilərin yanında olan 1 ədəd 500 manat dəyərində Sony markalı videokameranın oğurlanması məlum olmuş, ancaq kameranın qutusu orada olmuş, mətbəxi nəzərdən keçirən zaman ayaqqabıları yığdığı güzgülü şkafın dolabından 1 ədəd 100 manat dəyərində təzyiqölçənin oğurlanmasını aşkar etmişdir. Daha sonra qardaşı Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri Xəmsə küçəsi ev 34-də yerləşən evə baxan zaman naməlum şəxs və va şəxlərin həmin evin pəncərəsindən daxil olmaq yolu ilə evin 2-ci mərtəbəsində yataq otağında olan çemodanın və krem rəngli torbanın içərisinə qoyulmuş yataq dəstlərinin axtarılmasını görmüş, qardaşı ilə əlaqə saxlayan zaman qardaşı Zahid torbanın və çemodanın içərisində ümumulikdə 5900 ABŞ dollarının, 5000 manatın, 110000 Rus rublunun, 1 ədəd arvadı X7 məxsus Beynəlxaq bank sosial müavinət kartının və 1 ədəd 583 əyarlı 22 qramlıq 3000 ABŞ dolları dəyərində üzərində brilyant qaşlar olan zəncirvari qızıl qolbağının olmasını demiş, o da qardaşına pulların və qolbağının oğurlanmasını demiş, oğurlanmış sosial müavinət kartının içərisində olan pul 2019-cu ilin sentyabr ayından çıxarılmamış, kartın kodu üzərinə yazıldığından oğurlayan adam kartdan pulu çıxara bilmişdir. Daha sonra qardaşı birinci mərtəbədə olan şkafın sol gözündə 250 manat pul olmasını demiş, o. həmin şkafa baxan zaman pulun oğurlanmasını aşkar etmiş, həmçinin stolun üzərindəki sazın yanından da bir ədəd 30 manat dəyərində olan poverbank oğurlanmışdır. Qardaşı Zahidin evinə baxdıqdan sonra onnun nəzarətində olan digər qardaşı Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri Xəmsə küçəsi ev 29-da yerləşən evə baxan zaman naməlum şəxs və ya şəxlərin həmin evin pəncərəsindən daxil olmaq yolu ilə evin 1-ci mərtəbəsində qonaq otağında olan 1 ədəd 1800 manat dəyərində olan 109 ekran ölçülü "LG" markalı televizoru və ikinci mərtəbədən 1 ədədinin dəyəri 300 manat olan 2 ədəd dəyəri 600 manat dəyərində yataq örtüklərini gizli yolla oğurladığını aşkar etmişdir. Qardaşı Zakirin evinə baxdıqdan sonra onun nəzarətində olan bacısı Zərərçəkmiş şəxs2 qızma məxsus Gəncə şəhəri Xəmsə küçəsi ev 15-də yerləşən evə baxan zaman naməlum şəxs və ya şəxlərin həmin evin pəncərəsindən daxil olmaq yolu ilə evin yataq otağında güzgülü şkafın üst dolabında olan qızıl qabının içərisində olan hər biri 500 manat dəyərində olan 1 ədəd Emporio Armani markalı qol saatının və 1 ədəd qara rəngli kəməri olan qızıl Moy Taym markalı qol saatının, həmin dolabda olan 1 ədədi 30 manat olan 4 ədəd 120 manat dəvərində Nokia 1202 markalı mobil telefonların, mətbəxdəki soyuducunun üzərindən 1 ədəd 100 manat dəyərində İphone 4 markalı mobil telefonun, zala bitişik otaqdakı şkafın üzərindən 1 ədəd 1000 manat dəyərində Panasonic markalı videokameranın, digər otaqda olan şkafdakı qızıl qabının içərisindən 1 ədəd 1000 manat dəyərində 750 əyarlı bilərzik və üzük dəstinin, 1 ədəd 1000 manat dəyərində Kanon markalı foto aparatın gizli yolla oğurladığını aşkar etmişdir. Buna görə də Kəpəz RPİ-nə gələrək bu barədə ərizə ilə müraciət etmiş, bundan bir müddət sonra ona oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Verilmiş mülki iddianı müdafiə edir və ona vurulmuş maddi zərərin tam ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özü taksi sürücüsü olduğuna görə Təqsirləndirilən şəxsn müştəri kimi aparıb-gətirmişdir. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində özü yaşadığı evə gedən zaman Vüsal onun qarşısını kəsərək yaşadıqları evdə artıq spirtli içkilər olduğunu demiş və həmin spirtli içkiləri ucuz qiymətə satıb Bakı şəhərinə işləməyə getmək istəməsini bildirmişdir. Həmçinin Vüsalı bir neçə dəfə avtovağzala apardığı üçün Vüsalın ona 20 manat borcu qalmışdır. Vüsal həmin spirtli içkiləri ona satmağı və borcunu da spirtli içkilərin qiymətindən çıxmağı təklif etmiş, özü, Vüsaldan spirtli içkilərin oğurluq-olmamasını soruşunda, ona öz evlərindən götürməsini bildirmiş, Vüsalla birlikdə onların küçəsində yerləşən yanmış “Ford” markalı avtomobilin yanına gəlmişdir. Vüsal avtomaşının arxasına qoyduğu spirtli içkiləri çıxarmış, arxasında başqa heçnəolmamışdır. Vüsaldan spirtli içkiləri nəyə görə maşının arxasına yığmasını soruşan zaman onu axtardığı zaman spirtli içkilər ağır olduğu üçün daşıya bilmədiyini və ona görə də heç kim oğurlamasın deyə maşının baqaj hissəsinə qoymasını bildirmişdir. Özü, Vüsalla 90 manata razılaşmış, 20 manat borcu olduğu üçün 70 manat pulu evindən götürüb vermiş, Vüsaldan ümumilikdə 18 ədəd müxtəlif növ spirtli içkilər almışdır. Bundan sonra Vüsalı həmin gün Bakı şəhərinə getməsi avtovağzala aparmış, Vüsal özü ilə təxminən 5-6 ədəd spirtli içkiləri içmək üçün Bakı şəhərinə aparmış, özü içkilərdən 5 ədədini içmiş, ümumilikdə 13 ədəd spirtli içki qalmış, həmin spirtli içkiləri sata bilmədiyindən Vüsala zəng edib spirtli içkiləri geri qaytarmaq istəmiş, ancaq Vüsal ona pulunun olmadığını, nə vaxt Bakı şəhərindən qayıtsa imkanı olsa verə biləcəyini demişdir. Buna görə də o, spirtli içkiləri saxlamış, 10 ədədini açılmamış vəziyyətdə saxlamış, ancaq 3 ədədinin çox hissəsini içmiş, ümumilikdə 13 ədəd spirtli içkiləri təqdim etmişdir. O, həmin spirtli içkilərin oğurluq yolu ilə əldə edilməsini bilməmiş və Vüsaldan başqa heçnə almamışdır. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ondan bir neçə küçə aralıda yaşamışdır. Vüsalla əsas tanışlığı çayxanada işlədiyi vaxtdan yaranmışdır. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində o, yaşadığı evdə olan zaman Vüsal onun yaşadığı evin qarşasına gəlmiş, Vüsalın əlində bir ədəd təzyiqölçən aparat və 1 ədəd qara çantanın içərisində “Panasonic” markalı videokamera olmuş, Vüsal ona evlərinə dərman almaq lazım olduğunu və pulu olmadığı üçün ucuz qiymətə ona həmin əşyaları satmağı təklif etmiş,onun maddi vəziyyəti çətin olduğu üçün həmin əşyaları ucuz qiymətə alıb baha satmaq üçün Vüsaldan həmin əşyaları almaq qərarına gəlmişdir. Vüsaldan 1 ədəd təzyiqölçəni 15 manata və 1 ədəd “Panasonic” markalı kameranı 50 manata almış, Vüsal çıxıb getmiş,ancaq o, həmin əşyaları sata bilməmişdir. Təxminən 2020-ci ilin aprel ayının əvvələrində Vüsal 1 ədəd 109 ekran ölçülü “LG” markalı plazma televizoru onun yaşadığı evin qarşısına gətirmiş, Vüsal Bakı şəhərinə işləməyə getdiyi üçün televizoru tezbazar satmalı olduğunu demiş,o, həmin plazma televizoru ucuz qiymətə 60 manata Vüsaldan almış,həmin plazma televizoru özü yaşadığım evə qoyaraq istifadə etmişdir.O, həmin əşyaların oğurluq yolu ilə əldə edilməsini bilməmiş, Vüsal ona həmin əşyaların evlərinin artıq əşyaları olmasını demiş, Vüsaldan başqa heç nə almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” 29 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı 1 ədəd lirtlik “Pyat Ozer” markalı arağı, 1 ədəd litrlik “Jelzin” markalı arağı, 1 ədəd 1,75 litrlik “Staraya Moskva” markalı arağı, 1 ədəd litrlik “Stolichnaya” markalı arağı, 1 ədəd litrlik “Turriga” markalı çaxırı, 2 ədəd “Kvint” markalı yarım litrlik konyakları, 1 ədəd “Praskoveyskoe” markalı yarım litrlik konyakı, 1 ədəd “Dagestanskiy” markalı yarım litrlik konyakı, 1 ədəd litrlik “Klukvennaya” markalı arağı, 1 ədəd litrlik “Azova” markalı şampanı, 1 ədəd “RedLabel” markalı litrlik viskini, 1 ədəd 0,7 litrlik “Gold Label” markalı viskini təqdim etmiş və həmin spirtli içkilər öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən ondan götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış və götürmə haqqında” 29 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs aldığı 1 ədəd “AD” markalı təzyiq ölçəni, 1 ədəd “Panasonic” markalı video kameranı və 1 ədəd “LG” markalı plazma televizoru sonuncu istintaqa təqdim etmiş və həmin əşyalar öz xüsusiyyətinə, əlamətlərinə,üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən qanunla nəzərdə tutulmuş qaydada ondan götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 11 may 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd “Sony” markalı videokameranın qutusunun, 1 ədəd 583 əyarlı 22 qramlıq üzərində brilyant qaşlar olan qızıl qolbağın, 1 ədəd 750 əyarlı bilərzik və üzük dəstinin, 1 ədəd “EmporioArmani” markalı qol saatının və 1 ədəd “MoyTaym” markalı qızıl qol saatının fotoşəkilləri cinayət işinə əlavə edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 29 may 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri Xəmsə küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evinə, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 10 ünvanında yerləşən evə, Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri Xəmsə küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə, Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri Xəmsə küçəsi ev 29 ünvanında yerləşən fərdi yaşayış evinə və X1 məxsus ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə gizli olaraq qanunsuz daxil olub oğurluq etməsini göstərmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim edilmiş əşyalardan “AD” markalı təzyiq ölçənin onun yaşadığı evdən oğurlandığını, “Panasonic” markalı videokameranın onun bacısı Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlandığını, “LG” markalı televizorun qardaşı Zərərçəkmiş şəxs3 məxsus evdən oğurlandığını, həmin əşyaların markası və xüsusiyyətləri ifadəsində göstərdiyi oğurlanmış əşyalar ilə marka və xüsusiyyətlərinə görə eynilik təşkil etdiyini, həmin əşyalardan heç birinə zərər yetirilmədiyini bildirmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs5 təqdim edilmiş spirtli içkilərin hamısının ona məxsus olduğunu, həmin spirtli içkilərin markası və xüsusiyyətləri ifadəsində göstərdiyi oğurlanmış spirtli içkilər ilə marka və xüsusiyyətlərinə görə eynilik təşkil etməsini, həmin spirtli içkilərdən 1 ədəd litrlik “Jelzin” markalı araq, 1 ədəd “Dagestanskiy” markalı yarım litrlik konyak və 1 ədəd litrlik “Klukvennaya” markalı araq yarımçıq vəziyyətdə olmasını, yerdə qalan spirtli içkilərin heç biri açılmadığını bildirmişdir. "xxxx" MMC-dən verilmiş verilmiş 320 nömrəli, 28 avqust 2020-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2019-cu ilin dekabr ayına 1 ədəd 583 əyarlı 22 qramlıq üzərində brilyant qaşlar olan qızıl qolbaq 2860 manat, 1 ədəd poverbank aparatı 20 manat, 1 ədəd Beynəlxalq bank elektron plastik kartı 2 manat, 2020-ci ilin yanvar ayına 1 ədəd litrlik Beluqa markalı araq 80 manat, 1 ədəd litrlik GreyGoose markalı araq 60 manat, 1 ədəd Sony markalı videokamera 350 manat,1 ədəd Tefal markalı ütü 175 manat, 1 ədəd AD medical markalı təzyiqölçən aparat 70 manat, 1 ədəd EmporioArmani markalı qol saatı 350 manat, 1 ədəd MoyTaym markalı qızıl qol saatı 400 manat,1 ədəd Nokia 1202 markalı mobil telefon 10 manat,1 ədəd İphone 4 markalı mobil telefon 80 manat, 1 ədəd Panasonic markalı videokamera 700 manat,1 ədəd Kanon markalı fotoaparat 70 manat, 2020-ci il fevral ayına 1 ədəd Rusiya istehsalı moruq bəzəkli çay dəsti 30 manat, 1 ədəd Rusiya istehsalı qırmızı ağ çiçək bəzəkli bokal 5 manat, 1 ədəd Rusiya istehsalı göy ağ çiçək bəzəkli bokal 5 manat, 1 ədəd Rusiya istehalılepkalı yaşıl bokal 5 manat, 1 ədəd Rusiya istehalı qapaqlı lepkalı hündür yaşıl konfetqabı 25 manat, 1 ədəd Rusiya istehalılepkalı alçaq yaşıl konfetqabı 15 manat, 1 ədəd Rusiya istehalınidelkabokal 5 manat, 1 ədəd Rusiya istehalı qırmızı çiçəkli konfetqabı 15 manat, 1 ədəd Çexiya istehsalı böyük gül qabı 80 manat, 2 ədəd Çexiya istehsalı balaca gül qabı 60 manat, 1 ədəd Rusiya istehsalı lepkalı böyük gül qabı 40 manat, 1 ədəd Rusiya istehsalı lepkalı balaca gül qabı 15 manat, 1 ədəd Rusiya istehsalı lepkalı şirə qabı 30 manat, 1 ədəd Rusiya istehsalı günəbaxan gülü bəzəkli şirəqabı 20 manat, 1 ədəd Çexiya istehsalı kobalt böyük meyvə qabı 110 manat, 1 ədəd Çexiya istehsalı billur böyük gül qabı 80 manat, 1 ədəd Çexiya istehsalı meduza gül qabı 20 manat, 1 ədəd Çexiya istehsalı meduza meyvə qabı 20 manat, 1 ədəd pompalı 3 litrlik Smirnoff markalı araq 45 manat, 1 ədəd lirtlikPyatOzer markalı araq 21 manat, 1 ədəd litrlik Jelzin markalı araq 18 manat, 1 ədəd 1,75 litrlik Staraya Moskva markalı araq 25 manat, 1 ədəd litrlik Stolichnaya markalı araq 18 manat, 1 ədəd litrlik Turriga markalı çaxır 8 manat, 1 ədəd Kvint markalı yarım litrlik konyak 6 manat, 1 ədəd Praskoveyskoe markalı yarım litrlik konyak 7 manat, 1 ədəd Dagestanskiy markalı yarım litrlik konyak 11 manat, 1 ədəd litrlik Klukvennaya markalı araq 17 manat, 1 ədəd litrlik Azova markalı şampan 18 manat, 1 ədəd RedLabel markalı litrlik viski 35 manat, 1 ədəd 0,7 litrlik GoldLabel markalı viski 29 manat, 2020-ci ilin aprel ayına 1 ədəd LG markalı 109 ekran ölçülü plazma televizor 500 manat dəyərindədir. 750 əyarlı bilərzik və üzük dəstinin çəkisi məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı WWW.CBAR.AZ saytından çıxarılmış AZN məzənnələrindən görünür ki, hadisənin baş verdiyi tarixdə, yəni 2019-cu ilin dekabr ayında 1 ABŞ dolları 1.7000 AZN dəyərində, 1 Rus Rublunun orta məzənnəsi 0.0270 AZN dəyərində olmuşdur. 12 sentyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş götürülmüş 1 ədəd AD markalı təzyiq ölçən, 1 ədəd Panasonic markalı videokamera, 1 ədəd LG markalı plazma televizor, 1 ədəd lirtlik “Pyat Ozer” markalı araq, 1 ədəd litrlik Jelzin markalı araq, 1 ədəd 1,75 litrlik Staraya Moskva markalı araq, 1 ədəd litrlik Stolichnaya markalı araq, 1 ədəd litrlik Turriga markalı çaxır, 2 ədəd Kvint markalı yarım litrlik konyaklar, 1 ədəd Praskoveyskoe markalı yarım litrlik konyak, 1 ədəd Dagestanskiy markalı yarım litrlik konyak, 1 ədəd litrlik Klukvennaya markalı araq, 1 ədəd litrlik Azova markalı şampan, 1 ədəd Red Label markalı litrlik viski, 1 ədəd 0,7 litrlik Gold Label markalı viski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus evdən “Sony” markalı videokameranı, Zərərçəkmiş şəxs2 məxsus evdən 1 ədəd qızıl üzük və 1 ədəd qızıl bilərziyi, ünvan 4 ünvanında yerləşən evdən spirtli içkilərdən başqa qab-qacaq dəstlərini, 1 ədəd musiqi mərkəzini, yataq örtüyü dəstlərini oğurlamadığını bildirsə də tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin vurulmuş zərərin və beləliklə də öz məsuliyyətinin həcmini azaltmaq üçün həmin əşyaları oğurlamasını inkar etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətlərin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətini, onun cinayətdən sonrakı davranışını, o cümlədən keçən müddət ərzində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının verilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəyə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 28 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 may 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və 26.07.2021-ci il tarixədək hazırki cinayət işi üzrə həbsdə saxlanılmış, daha sonra ibtidai istintaq zamanı onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə dövründə həbsdə olduğu müddətlər ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasının əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işi üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddialar verərək Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 1045 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun; Zərərçəkmiş şəxs3 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun; Zərərçəkmiş şəxs4 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 21130 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun; Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 2570 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçılara ödənilməsini xahiş etmişdir. Mülki cavabdeh Təqsirləndirilən şəxs izahatında mülki iddiaları qəbul etdiyini, azadlıqda qalarsa vurulmuş ziyanı işləyib ödəyəcəyini bildirmişdir. Məhkəmə mülki iddialarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməllər nəticəsində mülki iddiaçılara iddia tələbində göstərilən həcmdə maddi zərər vurması öz təsdiqini tapdığından mülki iddialar təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd olunan normaların tələblərinə uyğun olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs qarşı mülki iddiaları təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 1045 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs3 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs4 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 21130 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 2570 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçılara verilməlidir. Cinayət işi üzrə maddi sübutlar - 1 ədəd AD markalı təzyiqölçən aparat, 1 ədəd Panasonic markalı videokamera, 1 ədəd LG markalı plazma televizor, 1 ədəd lirtlik Pyat Ozer markalı araq, 1 ədəd litrlik Jelzin markalı araq, 1 ədəd 1,75 litrlik Staraya Moskva markalı araq, 1 ədəd litrlik Stolichnaya markalı araq, 1 ədəd litrlik Turriga markalı çaxır, 2 ədəd Kvint markalı yarım litrlik konyaklar, 1 ədəd Praskoveyskoe markalı yarım litrlik konyak, 1 ədəd Dagestanskiy markalı yarım litrlik konyak, 1 ədəd litrlik Klukvennaya markalı araq, 1 ədəd litrlik Azova markalı şampan, 1 ədəd Red Label markalı litrlik viski, 1 ədəd 0,7 litrlik Gold Label markalı viski hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi ümumilikdə 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN ********** Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə 28.05.2020-ci il tarixdən 26.07.2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 1 ay 28 gün müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 1 il 1 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs qarşı verdikləri mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 1045 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs1; cinayət nəticəsində vurulmuş maddi zərərə görə 600 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs3; cinayət nəticəsində vurulmuş maddi zərərə görə 21130 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs4; cinayət nəticəsində vurulmuş maddi zərərə görə 2570 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanılan iş üzrə maddi sübutlar - 1 ədəd AD markalı təzyiqölçən aparat qanuni sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd Panasonic markalı videokamera qanuni sahibi Zərərçəkmiş şəxs2, 1 ədəd LG markalı plazma televizor qanuni sahibi Zərərçəkmiş şəxs3,1 ədəd lirtlik Pyat Ozer markalı araq, 1 ədəd litrlik Jelzin markalı araq, 1 ədəd 1,75 litrlik Staraya Moskva markalı araq, 1 ədəd litrlik Stolichnaya markalı araq, 1 ədəd litrlik Turriga markalı çaxır, 2 ədəd Kvint markalı yarım litrlik konyaklar, 1 ədəd Praskoveyskoe markalı yarım litrlik konyak, 1 ədəd Dagestanskiy markalı yarım litrlik konyak, 1 ədəd litrlik Klukvennaya markalı araq, 1 ədəd litrlik Azova markalı şampan, 1 ədəd Red Label markalı litrlik viski, 1 ədəd 0,7 litrlik Gold Label markalı viski qanuni sahibi Zərərçəkmiş şəxs5 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab – AZ53AİİB**********04********) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-23/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-23/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver