Məhkəmə qərarları › İş №1(043)-230/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-230/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-230/2021 09.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən ittiham edilərək məhkəməyə verilmişlər. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarında narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetamin” əldə edərək daşımış və saxlamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0.102 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”-i və təmiz çəkisi 0.189 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin”-i satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24.08.2021-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhəri, R,Qasımov küçəsində yerləşən X5 Şöbəsinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin İnzibati Binasına gətirilmiş, həmin ünvanda onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq əldə edib saxladığı 0.102 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” və təmiz çəkisi 0.189 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaret falqasında aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər. 67.2-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. 67.3-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 67.4-ci maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. İşin məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törədilməsində ittiham olunduğu cinayət hadisəsi Gəncə şəhəri, Nizami rayonu ərazisində törədilmişdir. Belə ki, ittiham aktından və cinayət işinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş və üstünə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetamin” onun üzərində aşkar edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin başa çatdığı yer Gəncə Şəhər Baş Polis İdarəsinin inizibati binasıdır. Cinayətin başa çatdığı yer Gəncə şəhərinin Nizami rayonunun ərazisində yerləşdiyi üçün cinayət işinə müvafiq olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar