Məhkəmə qərarları › İş №1(043)-24/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-24/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-24/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 09.02.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, 10.05.1988-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, himayəsində 1 azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmiş, Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Musayev Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 1,286 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i əldə edib üzərində saxlayaraq daşıyarkən 27 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Musayev Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və şəxsi axtarış zamanı onun üzərindən təmiz çəkisi 1,286 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Musayev Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanda anası Tahirə Əliyeva ilə birlikdə yaşayır. Özü hal-hazırda heç bir yerdə işləmir. 27.07.2021-ci il tarixdə saat 16:30 radələrində Z.Hacıyev küçəsi ilə yaşadığı evə gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu saxlamış və ona narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, üzərində saxlamaqda şübhəli olduğu üçün Kəpəz RPİ-nə dəvət etmişlər. o, isə etiraz etməyərək Kəpəz RPİ-nə getmişdir. Polis idarəsində üzərinə baxış keçirilən zaman şalvarının cibində sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq polis əməkdaşları tərəfindən götürüldü, tərəzidə çəkilərkən çəkisi 1.38 qram oldu. Həmin narkotik vasitə olan heroini tutulmamışdan bir gün əvvəl yaşadığı ərazidə zibilliyin yanından yerdən taparaq istifadə etmək üzərində cəzdirmişdir.Hərəkətindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 27.07.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Vəlixanov küçəsi ev 35A ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Musayev Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Musayev Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin məlumat əsasında o və Kəpəz RPİ-nin-nin CAŞ-ın əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə saat 16:30 radələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsinə getmişlər və Rasim Musayevin orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Kəpəz RPİ-nə dəvət etmişlər. Kəpəz RPİ-də Rasim Musayevin hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Rasim Musayevin üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Rasim Musayevin əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd açar, sağ yan cibindən 1 ədəd alışqan, sol arxa cibindən 3 ədəd qulaq təmizləyici vasitə və sağ arxa cibindən 1 ədəd şəffaf sellofana bükülüdə tünd qara rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Həmin 1 ədəd şəffaf sellofana bükülmüş kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitəyə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 1,38 qram olmaqla qablaşdırıldı və üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Rasim Musayev üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 1 gün əvvəl yaşadığı ərazidə yerdən tapdığını, tullamaq üçün üzərində saxladığını, satmaq və istifadə etmək niyyətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli, 16/761 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Musayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə..” sözlər olan və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellafon bükümdə, təmiz çəkisi 1,286 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, 935 nömrəli rəydən görünür ki, Musayev Təqsirləndirilən şəxs Rasim oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin 03 sentyabr 2021-ci il tarixli 529 saylı rəyindən görünür ki, Musayev Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə xbt-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyətə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Musayev Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburu müalicə tədbirlərinə ehtiyacı yoxdur. Musayev Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Musayev Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 28.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Musayev Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 27.07.2021-ci il tarixli protokoldan görünür ki, Musayev Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 29.07.2021-ci il tarixli, qərardan görünür ki, Musayev Təqsirləndirilən şəxs 29.07.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 1(043)-219/2021 saylı qərarından görünür ki, Musayev Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 20.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Musayev Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Musayev Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 1,286 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i əldə edib üzərində saxlayaraq daşıyarkən 27 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Musayev Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və şəxsi axtarış zamanı onun üzərindən təmiz çəkisi 1,286 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı övladı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Musayev Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün nəzərə alınmalıdır. Musayev Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və ona məcburi müalicə təyin olunmalıdır. İş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Musayev Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş tədqiqata sərf olunduqdan sonra təmiz çəkisi 1,186 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli,1ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , H Ö K M E T D İ : Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Musayev Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyata alınsın və barəsində məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlama anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,186 qram çəkidə olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış zamanı video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 ( otuz manat 40 qəpik) manat təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar