Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-25/2020 25.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x1 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, himayəsində 3 az yaşlı uşağı olan, müharibə veteranı, ünvan 1 ünvanında qeydiyyatda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 08.08.2019-cu il tarixdə saat 15 radələrində idarə etdiyi özünə məxsus “Nissan-Navara” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə valideyinlərinin yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsində küçədə hərəkətdə olarkən orada qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətdiyi üçün sonuncu ona irad bildirərkən, heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan qızları x4 və Şahid1 gözü qarşısında xüsusi amansızlıqla, yəni onlara əzab verdiyini dərk etməklə və xuliqanlıq niyyəti ilə Şahid1 evdən səs-küyə küçəyə çıxdığı zaman təsadüf nəticəsində əlində götürmüş olduğu ayaqqabı dabankeşini sonuncunun əlindən alaraq Zərərçəkmiş şəxs həmin dabankeş ilə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq baş beyinin silkələnməsi və təpə sümüyünün xarici səhfəsinin xətti sınığı ilə müşayiət olunan təpə nahiyəsinin əzilmiş yarası, sol bazu, sol diz, sol çiyin və sol sarğı nahiyələrinin qançırları ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, sağlamlığının uzunmüddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, anası Şahid3, atası Şahid4 və bacısı Şahid5 Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsində olan evlərində yaşayırlar. O, mütəmadi olaraq ailə üzvlərinin yaşadıqları evə gedib gəlir. Zərərçəkmiş şəxs və onun ailə üzvlərini uzun müddətdir ki, qonşuluqda yaşayan ailə kimi tanıyır. Onlarla əvvəllər heç bir düşmənçəlikləri və ədavətləri olmamışdır, lakin son zamanlarda ailə üzvləri Afətgil ilə yaxınlıqda ərzaq mağazası işlətdikləri üçün və eyni zamanda Afətində mağaza işlətdiyinə görə aralarında narazılıqlar yaranmışdır. 07 avqust 2019-cu il tarixdən 08 avqust 2019-cu il tarixinə keçən gecə “Məhsəti” qəsəbəsində olan evlərində qalmışdır. Səhər saatlarında oyanıb özünə məxsus “Nissan” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs evinin qarşısından keçərkən, pəncərənin açıq olduğu üçün Afətin onun ünvanına nalayiq söz işlətdiyini eşitmişdir. O, Afətin qadın olduğu üçün özünü eşitməməzliyə vuraraq avtomobilini sürüb çıxıb getmişdir. Gün ərzində Gəncə şəhəri ərazisində olan şəxsi işlərini həll etdikdən sonra saat təxminən 15 radələrində qayıdıb “Məhsəti” qəsəbəsində ki, evinə gələrkən Zərərçəkmiş şəxs evinin qarşısından keçdiyi zaman Afətin əlində süpürgə ilə mağazasının qarşısında yolu süpürdüyünü görmüşdür. O, Afətin yanına çatdığı zaman Afət yenidən nalayiq ifadə işlətdiyi üçün avtomobilini saxlayaraq Afətdən nəyə görə ona söyüşlər söydüyünü və onunla nə səbəbə ədavət apardığını soruşmuşdur. Bu vaxt Afət ona bildirmişdir ki, guya o, qonşuluqda yaşayan şəxslərə onunla ədavətlərinin olduğunu və onunla bu məsələni çözəcəyini bildirmişdir. Daha sonra Afətin qızı Jalə onların yanına gələrək dayanmışdır. Həmin vaxt o, Afətdən həmin sözü kimin yanında işlətmiş olduğu şəxsi çağırmasını tələb etmiş və andlar içərək heç kimin yanında elə bir söz işlətmədiyini demişdir. Daha sonra Afətə bildirmişdir ki, himayəsində üç övladı var onunla işi olmasın və ailə üzvləri ilə olan ədavətlərinə onu qatmayaraq öz aralarında həll etsinlər. Bu vaxt Afət ona “sənin yetimin olan oğlunun boğazını quş boğazı kimi üzərəm” deyib təkrarən ünvanına nalayiq sözlər işlətmişdir. Daha sonra o, atası İmanın anası Suğranın və bacısı Kəmələnin onların yanına gəldiklərini görüb avtomobilini bir qədər irəliyə sürmüşdür ki, qabaqda saxlayaraq oraya qayıtsın. O, avtomobilini bir qədər qarşıda saxlayaraq qayıdıb Afətgilin yanına gəldiyi zaman Afətin artıq hər iki qızları Jalə və Lalə ilə birlikdə onun ailə üzvləri ilə əlbəyaxa olduqlarını və atası İmanı Lalənin əlində olan dabankeş və Afətin əlində olan süpürgə ilə vurduqlarını görüb Lalənin əlində olan dabankeşi alaraq bir neçə dəfə Afəti və onun qızlarını vurmuşdur ki, onun ailə üzvlərindən əl çəksinlər. Bu vaxt aralarında olan mübahisələri daha da, şiddətlənmiş və Afət və qızları ilə o, əlbəyaxa olaraq dalaşmışdır. Daha sonra ailə üzvləri onu bir qədər kənara çəkmişlər Afəti isə qızları öz evini qarşısına aparmaqlarına baxmayaraq Afət yenə də, onun və ailə üzvlərinin ünvanına söyüşlər söydüyü üçün o, təkrarən Afətin üzərinə gedib onu vararaq xəsarət yetirmişdir. Bundan sonra onları ayırmışlar və o, qayıdıb anasının evinə gəlmişdir. Evdə olarkən o, boğazında olan qızıl boyunbağının naməlum şəraitdə dava zamanı itdiyini bilmişdir. Bundan sonra onlar polisə zəng edərək bu barədə polisə müraciət etmişlər. Eyni zamanda hadisənin təxminən 3-5 dəqiqə müddət ərzində davam etdiyini və ətrafa kənar şəxslərin toplaşmadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmişə vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təkbaşına himayəsində üç azyaşlı uşağa baxmasını, müharibə veteranı olmasını nəzərə alınaraq məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, daimi olaraq Gəncə şəhərində yaşasa da, ailəsinin maddi təminatını mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində 0.08 ha torpaq sahəsində həyata keçirdiyi bağçılıq təsərrüfatı hesabına təmin edir. Məhkəmə zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, onlarla Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsində qonşuluqda yaşayan bir şəxs kimi tanımışdır. Belə ki, Ülvi özü onların yanında qalmasa da, anası Suğra, atası İman və bacısı Kəmalə onlarla qonşuluqda yaşayırlar. Ülvinin valideyinləri “Məhsəti” qəsəbəsində qaldıqları üçün o, mütəmadi olaraq qonşuluqda olan evlərinə gəlib gedir. Əvvəllər Ülvi və onun ailəsi ilə aralarında heç bir ədavətləri olmasa da, son zamanlarda Ülvinin səbəbsiz olaraq onların evlərinin qarşısından keçən zaman oraya teztez tüpürməsi və onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında narazılıqları yaranmışdır. 08 avqust 2019-cu il tarixdə hər gün olduğu kimi “Məhsəti” qəsəbəsində olan evində olmuş və evdə şəxsi işləri ilə məşğul olmuşdur. Saat təxminən 15 radələrində evinin qarşında əlində süpürgə ilə küçəni süpürdüyü zaman Ülvinin özünə məxsus qara rəngli avtomobili ilə pəncərəni aşağı edərək onun ünvanına söyüşlər söyərək gəldiyini görüb Ülvinin avtomobilinə əl edərək saxlatdırmışdır. Ülvi avtomobilini onun yanında saxlayan zaman o, Ülvidən hansı səbəbə onun ünvanına söyüşlər söydüyünü soruşan zaman Ülvi öz hərəkətlərinə məhəl qoymayaraq yaxşı etdiyini bildirib ona yenə də, söyməyə davam etmişdir. Bu vaxt onların səsinə qızları Lalə və Jalə ikisi birlikdə gələrək Ülvi ilə olan mübahisələrinə müdaxilə edib Ülvidən nəyə görə səbəbsiz söyüşlər söyüb tüpürdüyünü soruşduqları vaxt Ülvinin atası İman, bacısı Kəmalə və anası Suğra onların yanına gələrək onlarla mübahisə etməyə başlamışlar. Ülvi isə avtomobilini idarə edərək öz evlərinə tərəf getmişdir. Həmin vaxtı qızı Lalənin əlində evlərindən çıxarkən əlində gətirmiş olduğu ayaqqabı dabankeşi olmuşdur. Belə ki, Lalə həmin dabankeşlə evin həyətində övladının ayaqqabısını geyindirdiyi zaman onun səsini qəflətən eşidib küçəyə çıxdığı üçün Lalə dabankeşi də özüdə bilməyərəkdən əlində çölə çıxartmışdır. Onlar Ülvinin ailə üzvləri ilə sözlə mübahisə etdikləri zaman Ülvi avtomobilini idarə edərək bir qədər qabağa sürüb orada dayandırdıqdan sonra qəflətən öz evləri tərəfdən onların üzərinə gələrək əl zərbələri ilə onları vuraraq döyməyə başlamışdır. Bu vaxt Lalə əlində olan dabankeş ilə Ülvini vuraraq özündən aralamaq istədiyi zaman Ülvi Lalənin əlindən dabankeşi alaraq onu, qızı Laləni və Jaləni vuraraq onlara müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin vaxt orada qızları onu Ülvinin əlindən almaq üçün əl və ayaq zərbələri ilə Ülvinin əlindən onu zornan almışlar ki, Ülvi ona daha da artıq zərbələr yetirməsin. Bundan sonra Ülvinin öz ailə üzvləri güclə ayıraraq evlərinə aparmışlar. Daha sonra Ülvi təkrarən ailə üzvlərinin əlindən çıxıb qaçaraq yenidən onun üzərinə gəlib ona və qızlarına vuraraq bədən xəsarətləri yetirmişdir. Bundan sonra oraya toplaşan qonşular və Ülvinin ailə üzvləri Ülvini onlardan ayıraraq aparmışlar. Daha sonra qızları onu evinin həyətinə salaraq orada yardım göstərdikləri vaxt Ülvi təkrarən onların qapılarına gələrək evin və dükanın qapısına təpiklə vuraraq söyüşlər söyüb ölümlə hədələmişdir. Daha sonra o, 102 xidmətinə zəng edərək bu barədə polisə məlumat vermişdir. Eyni zamanda hadisə təxminən 3-5 dəqiqə müddət ərzində davam etmişdir. Sonda Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsində qonşuluqda yaşayan bir şəxs kimi tanıyır. Ülvinin valideyinləri “Məhsəti” qəsəbəsində qaldıqları üçün mütəmadi olaraq onlarla qonşuluqda olan evlərinə gəlib gedir. Əvvəllər Ülvi və onun ailəsi ilə aralarında heç bir ədavətləri olmasa da, son zamanlarda Ülvi səbəbsiz olaraq onların evlərinin qarşısından keçən zaman oraya tez tez tüpürərək və anası Afətin ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında narazılıqları yaranmışdır. 08 avqust 2019-cu il tarixdə hər gün olduğu kimi “Məhsəti” qəsəbəsində olan evdə olmuş və şəxsi işləri ilə məşğul olmuşdur. Saat təxminən 15 radələrində evin həyətində bacısı Lalə ilə birlikdə olduqları zaman anası Afətin küçədən səsinin gəldiyini eşidib evin qarşısına çıxmışlar. Bu vaxt Ülvinin özünə məxsus “Nissan Navara” markalı qara rəngli avtomobilini saxlayaraq pəncərədən anası ilə mübahisə etdiyini görüb onlara yaxınlaşarkən, onlara məlum olmuşdur ki, Ülvi səhər saatlarında öz idarə etdiyi avtomobili ilə onların evinin qarşısından keçən zaman anasının üstünə tərəf pəncərədən tüpürərək nalayiq ifadələr işlətmiş, buna görə də anası əl edərək Ülvinin avtomobilini saxladaraq onlardan nə səbəbə əl çəkmədiyini soruşan zaman Ülvi yenidən nalayiq ifadələr işlədərək anasının ünvanına söyüşlər söymüşdür. Bundan sonra o, bacısı Lalə ilə birlikdə anası ilə Ülvinin mübahisələrinə müdaxilə edib ondan nəyə görə analarına söyüşlər söyüb ona tərəf tüpürdüyünü soruşan zaman Ülvinin atası İman, bacısı Kəmalə və anası Suğrada onların yanına gələrək mübahisə etməyə başlamışlar. Ülvi isə avtomobilini idarə edərək öz evlərinə tərəf getmişdir. Həmin vaxt bacısı Lalənin evdən çıxarkən əlində gətirmiş olduğu ayaqqabı dabankeşi olmuşdur. Belə ki, Lalə həmin dabankeşlə evin həyətində övladının ayaqqabısını geyindirdiyi zaman onlar anasının səsini qəflətən eşidib küçəyə çıxdığı üçün Lalə dabankeşi də bilməyərəkdən əlində çölə çıxartmışdır. Onlar Ülvinin ailə üzvləri ilə sözlə mübahisə etdikləri zaman Ülvi avtomobilini idarə edərək bir qədər qabağa sürüb orada dayandırdıqdan sonra qəflətən öz evləri tərəfdən onların üzərinə gələrək əl zərbələri ilə onları vuraraq döyməyə başlamışdır. Bu vaxt Lalə, əlində olan dabankeş ilə Ülvini vuraraq özündən aralamaq istədiyi zaman Ülvi Lalənin əlindən dabankeşi alaraq anası Afəti, bacısı Laləni və onu vuraraq onlara müxtəlif bədən xəsarətləri yetirməyə başlamışdır. Həmin vaxt orada bacısı Lalə ilə anaları Afəti Ülvinin əlindən almaq üçün əl və ayaq zərbələri ilə Ülvini vurub analarını Ülvinin əlindən zornan almışlar ki, Ülvi analarını daha da artıq döyməsin. Bundan sonra Ülvinin öz ailə üzvləri onu güclə ayıraraq evlərinə aparmışlar. Daha sonra Ülvi təkrarən ailə üzvlərinin əlindən çıxıb qaçaraq yenidən anasının üzərinə gəlib onları təkrarən vuraraq bədən xəsarətlər yetirmişdir. Bundan sonra oraya toplaşan qonşular və Ülvinin ailə üzvləri Ülvini ayıraraq aparmışlar. Daha sonra onlar analarını evlərinin həyətinə salaraq ona ilkin tibbi yardım göstərdikləri vaxt Ülvi təkrarən onların qapılarına gələrək evin və dükanın qapısını təpiklə vuraraq söyüşlər söyüb ölümlə hədələmişdir. Daha sonra anası 102 xidmətinə zəng edərək bu barədə polisə məlumat vermişdir. Hadisə təxminən 3-5 dəqiqə müddət ərzində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək bacısı x3 ifadəsində göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Ülvi uzun müddətdir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən evlərində yaşayır. Ülvinin onlardan ayrılıqda yaşamasına baxmayaraq mütəmadi olaraq onun yoldaşı Suğra və qızı Kəmalə ilə birlikdə yaşadığı “Məhsəti” qəsəbəsində olan evinə gəlib gedir. Zərərçəkmiş şəxs öz ailə üzvləri ilə birlikdə onlarla qonşuluqda yaşayır. Afətlə onların aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. 08 avqust 2019-cu il tarixdə hər gün olduğu kimi evdə olmuş, saat təxminən 16 radələrində küçədən səs küy eşidib qızı Kəmalə ilə birlikdə yola çıxan oğlu Təqsirləndirilən şəxs özünə məxsus “Nissan Navara” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Afətin evinin qarşısında dayanıb mübahisə etdiklərini görmüşdür. Onların yanına yaxınlaşarkən ona məlum olmuşdur ki, Ülvi yaşadığı evə gələn zaman qonşuları Afət adlı qadının yaşadığı evinin qarşısından keçərkən Afət Ülvinin avtomobilinə əl edərək saxlatmış və Ülviyə qarşı nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışdır. Daha sonra Ülvi idarə etdiyi avtomobilini bir qədər aralıda yəni evlərinin qarşısında saxlamağa getmişdir. Həmin vaxt Afətin qızları Jalə və Lalədə onların yanına gəlmişlər. Həmin vaxt orada Afət əli ilə onu vuraraq xəsarət yetirmiş və aralarında mübahisələri yaranmışdır. Mübahisə vaxtı Ülvi avtomobilini saxlayaraq onların yanına gəlmiş və Afətin qızı Lalənin əlində olan ayaqqabı dabankeşini alaraq Afəti vurmuşdur. Həmin vaxt mübahisə daha da şiddətlənmiş, bu səbəbdən Afət qızları ilə birlikdə onlarla yəni oğlu Ülvi, qızı Kəmalə, yoldaşı Suğra və onunla mübahisə edərək əlbəyaxa olaraq dalaşmağa başlamışlar. Bundan sonra o, ailə üzvləri ilə bərabər Ülvi ilə Afəti ayıraraq evinə aparmışdır. Evdə olarkən Ülvi onlara Afətgil ilə dalaşan zaman boynunda olan qızıl boyunbağısı naməlum şəraitdə itirdiyini bildirmişdir. Hadisə təxminən 3-5 dəqiqə müddət ərzində davam etdiyini və ətrafa kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan bir şəxslər kimi tanıyır, onların heç biri ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 08.08.2019-cu il tarixdə hər gün olduğu kimi yaşadığı Məhsəti qəsəbəsində olan evlərində olmuşdur, saat təxminə 16:30 radələrində küçədən səs küy eşidib yola çıxdığı zaman Zərərçəkmiş şəxs qızları Lalə və Jalə ilə birlikdə digər qonşusu Şahid4 və onun ailə üzvləri ilə əlbəyaxa olaraq dava etdiklərini görmüşdür. O, yaxınlaşaraq onları ayırmağa çalışsa da Ülvi əlində olan dabankeşlə Zərərçəkmiş şəxs və onun qızlarını vuraraq döydüyünü görmüşdür. Daha sonra İmanın ailə üzvləri onun oğlu Ülvini ayıraraq öz evlərinə tərəf aparmışlar o, qayıdıb evinə gəlmişdir. Hadisə təxminən 3-5 dəqiqə müddət ərzində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan bir şəxslər kimi tanıyır, onların heç biri ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 08.08.2019-cu il tarixdə hər gün olduğu kimi yaşadığı Məhsəti qəsəbəsində olan evlərində olmuşdur, saat təxminə 16 radələrində küçədən səs küy eşidib həyat yoldaşı Şahid8 ilə bitlikdə evin həyətindən küçəyə çıxmışdır. Küçədə olduğu zaman Zərərçəkmiş şəxs qızları Lalə və Jalə ilə birlikdə digər qonşusu Şahid4 və onun ailə üzvləri ilə əlbəyaxa olaraq dava etdiklərini görmüşdür. Daha sonra İmanın ailə üzvləri onun oğlu Ülvini ayıraraq öz evlərinə tərəf aparmışlar o, qayıdıb evinə gəlmişdir. Eyni zamanda hadisənin təxminən 3-5 dəqiqə müddət ərzində davam etdiyini və ətrafa kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəməyədək istintaq dövründə iş üzrə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid8 ifadəsindən görünür ki, o eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 avqust 2019-cu il tarixli, 1200 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərinə olan xəsarətlər-Baş beyin silkələnməsi və təpə sümüyünün xarici səhfəsinin xətti sınığı ilə müşayiət olunan təpə nahiyəsinin əzilmiş yarası, sol bazu, sol diz, sol çiyin və sol sarğı nahiyələrinin qançırıbərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 08.08.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan video görüntüyə baxış keçirilməsi barədə 09 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilk dəfə Təqsirləndirilən şəxs Nissan Navara markalı avtomaşınının yanında Ülvi ilə söhbət edir həmin vaxtı Ülvinin atası İman, bacısı Kəmalə və anası Suqra onların yəni Afət Rzayevə ilə Təqsirləndirilən şəxs söhbət etdiyi yerə gəlirlər. Həmin vaxtı Ülvi Rzayev avtomaşını sürüb həmin yerdən gedir bu zaman onların yanına Arifə Rzayevanın qızları Lalə və Jalə gəlir. Həmin an onların arasında mübahisə baş verir, həmin vaxtı Lalə əlində gətirdiyi dabankeş ilə Zərərçəkmiş şəxs əlində olan plastik süpürgə açıq aydın görünür. Həmin vaxtı Təqsirləndirilən şəxs qaça qaça gələrək onlarla mübahisə etməyə başladığı an Afət Rzayevə əlində olan süpürgə ilə Təqsirləndirilən şəxs vurur və sonradan Təqsirləndirilən şəxs Lalənin əlindən dabankeşi alaraq Arifə Rzayevaya zərbələr endirir və həmin vaxtı Arifə Rzayevə yerə yıxılır. Onlar həmin vaxtı biri birlərini vuraraq biri birlərinə müxtəlif xəsarətlər yetirmələri açıq aydın kamera görüntüsünə düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış 30.09.2019-cu il tarixli 4059 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış 3673 nömrəli 14.10.2019-cu il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin arayışından məlum olur ki, BƏSİİ-də Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan doğum haqqında şahadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı övladı var. İş materiallarında olan 574 nömrəli 24.10.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə müsbətxarakterizə olunur. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 08.11.2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 050245 nörməli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 22.02.2001-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ciil tarixli qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda da ifadə oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, (CM59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və bu hallar onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı- ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 noyabr 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 noyabr 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir və o dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02.11.2019-cu il tarixdən 25.02.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və qətimkan tədbiri qismində ev dustaqlığında saxlanıldığı cəmi 116 (bir yüz on altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və Göygöl rayon İHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.02.2020-ci il tarixli 180 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində Göygöl rayonu Üçtəpə kəndi ərazisində 0.08 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsində meyvə ağaclarının və əkin sahəsinin becərilməsi ilə məşğuldur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində yaşasa da ailəsinin maddi təminatını Göygöl rayonu Üçtəpə kəndi ərazisində olan bağ təsərrüfatı hesabına təmin etdiyinə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən digər vəzifələrlə yanaşı Gəncə şəhəri və Göygöl rayonu ərazi hüdudlarını tərk etməmə vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş videоçəkilişə dаir birədədbir ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Gəncə ŞBPİ-nin saxlancına verilmiş iş üzrə maddi sübut olan 1 ədəd ayaqqabı dabankeşi və 1 ədəd plastik tutacaqlı ev süpürgəsi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 132, 179- 188, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib,1 (bir) il müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 02.11.2019-cu il tarixdən 25.02.2020-ci il tarixədək tutulduğu və qətimkаn tədbiri qismində ev dustaqlığında saxlanıldığı 116 (bir yüz on altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 7 (yeddi) ay 22 (iyirmi iki) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri və Göygöl rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək Gəncə şəhərinin və Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək, hаbelə cəzаnın icrаsınа nəzаrət edən оrqаnı iş yerinin dəyişdirilməsi bаrədə əvvəlcədən məlumаtlаndırmаq vəzifələri qоyulsun. Cəzаnın icrаsı Gəncə şəhər Prоbаsiyа şöbəsinə həvаlə оlunsun və cəzаçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyаtа аlındığı аndаn hesаblаnsın. Təqsirləndirilən şəxs оğlu bаrəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə mаddi sübut videоçəkilişə dаir birədəd CD diskcinаyət işinin mаteriаllаrındа sаxlаnılsın. Cinayətşii üzr ə addisübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmiş 1 ədəd ayaqqabı dabankeşi və 1 ədəd plastik tutacaqlı ev süpürgəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpelyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(043)-25/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-25/2020
25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver