Məhkəmə qərarları › İş №1(043)-25/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-25/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-25/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1960-cı ildə Goranboy rayonu Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış,Goranboy rayon Dəyirmanlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində özünə məxsus Kamaz 53212 markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ əsasında idarə edib Gəncə şəhər Azərbaycan Bayrağı küçəsi ilə Ş.İ.Xətai prospekti istiqamətində dönmə əməliyyatı edib Ş.İ.Xətai prospekti hərəkətə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla,sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli , təhlükəsiz manevr edib və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda əks istiqamətli hərəkət zolaqlarının ayıran 1.3 üfiqi nişanlanma xəttini kəsib keçdiyindən bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək Ş.İ.Xətai prospekti hərəkətdə olan zaman düzgün ötmə etməyib 1.3 üfiqi nişanlanma xəttini kəsib keçərək X3 məxsus Muravey markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan motorellerlə ehtiyatsızlıqdan toqquşmuş, nəticədə həmin Muravey markalı motorellerin yük yerində olan X4 L5 fəqərə cismin sağ çıxıntısının,oma üyünün,hər iki qasıq, hər iki oturaq sümüklərinin,asğ sirkə kasasının, sağ sümüyünün boynunun sınıqları,sağ budun yuxarı 1/3 hissəsinin əzilmiş infeksiyalaşmış yaraları, hər iki budun yuxarı 1/3 hissəsinin dərialtı hematoması, sağ bud-çanaq oynağının kontrakturası, kəskin qanitirmə ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurulmasına, həmçinin Zərərçəkmiş şəxs2 məxsus Muravey markalı motorelə 126 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, hərəkətindən peşmançılıq hissi keçirdiyini bildirərək ifadəsində göstərdi ki, 1992-ci ildə sürücülük vəsiqəsi almış həmin müddətdən də avtomobil idarə etmişdir. “Kamaz 53212” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmaqla həmin avtomobili özü etibarnamə əsasında idarə edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 08:30 radələrində Gəncə şəhəri “Azərbaycan Bayrağı” küçəsi ilə “X10” prospekti istiqamətində hərəkət etmiş, “Azərbaycan Bayrağı” küçəsi ilə ”Ş.İ.Xətai” prospektinin kəsişməsində yerləşən işıqforun yaşıl işığından dövlət qeydiyyat nömrə nişanı olmayan motosikl sağa dönmüş, həmin muraveyin yük hissəsində isə bir nəfər əvvəllər tanımadığı şəxs ayaqüstə durmuşdur. Motosikl sağa döndükdən sonra, idarə etdiyi “Kamaz 53212” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə sağa tərəf dönmüş, özü də motorellerin arxası ilə “Ş.İ.Xətai” prospektinə tərəf dönüb bir qədər öz dönmə bucağını geniş götürmüşdür. Özü isə dönən zaman orada olan qoşa nişanlanma xəttini tapdalayaraq ötmə əməliyyatı etmək istəyən zaman onun idarə etdiyi “Kamaz 53212” yük markalı avtomobilin təkəri həmin motorelin ön təkərinə dəymiş, motorel idarəetməni itirərək aşmışdır. O, isə bu hadisəni görüb dərhal avtomobilini kənarda saxlayıb motorelə yaxınlaşmış, hadisəni görən bir neçə şəxs oraya yaxınlaşmışdır. O, özü qorxduğu üçün orada olan şəxslərdən təcili tibbi yardıma zəng etmiş, bir qədər sonra təcili tibbi yardım maşını hadisə yerinə gələrək həm motorelin sürücüsünü, həm də yük yerində olan şəxsi xəstəxanaya aparmış, bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, həmin polis əməkdaşları ilə birlikdə özü də hadisə yerinin müayinəsində iştirak etmiş, ondan sonra polis əməkdaşları ilə narkoloji panserə getmiş,orada müayinə olunduqdan sonra onun sərxoş olmadığı müəyyən edilmişdir.Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışaraq dəymiş zərəri ödədiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində Gəncə şəhər “Azərbaycan Bayrağı” küçəsində yerləşən «X7 Mərkəzin»dən satmaq üçün ərzaq məhsulları alıb əvvəldən tanıdığı Anar adlı şəxsə məxsus olan motorola yükləmiş, özü də həmin motorolun yük yerinə minmişdir. Onlar “Ş.İ.Xətai” prospekti ilə "Azərbaycan Bayrağı” küçəsinin kəsişməsinə çatmış, orada işıqforun yaşıl işığı olduğundan onlar hərəkətlərini sağa dönərək davam etdirmiş, “Azərbaycan Bayrağı” küçəsindən “Ş.İ.Xətai” prospektinə dönüb bir qədər getdikdən sonra arxalarında olan “Kamaz” markalı avtomobilin sürücüsü, motorol tam dönmədən motorolu ötüb keçmək istəmiş, bu zaman həmin “Kamaz” markalı avtomobilin təkəri motorola dəymiş, nəticədə motorol aşdığı üçün o, yıxılraq xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin ödənildiyini və heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. . İş üzrə digər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasına dəvət olunsa da, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etməklə, onun ibtidai istintaqa verdiyi ifdəsini məhkəmə iclasında elan etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin DYP qrupunun YPX inspektoru vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində Gəncə şəhəri "Ş.İ.Xətai” prospekti ilə “Azərbaycan bayrağı” küçəsinin kəsişməsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında yol-nəqliyyat hadisəsi baş verməsi və mototellə “Kamaz” markalı avtomobilin toqquşması barədə Gəncə şəhər BPİ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra dərhal hadisə yerinə getmiş, həmin vaxt "Ş.İ.Xətai” prospektində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında dövlət qeydiyyat nömrə nişanı olmayan motorolla “Kamaz 53212” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşması müəyyən edilmişdir. Həmin vaxt onlar tərəfindən hadisə yerinin mühafizəsi təmin edilmişdir. Təhqiqatçının, onun, sürcünün, eləcə də digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilməklə protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsini idarə edənlərin sərxoş olub-olmadığını müəyyən etmək üçün həkim müyinəsinə aparmış və sürücü Təqsirləndirilən şəxs məxsus “Kamaz 53212” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili və sürücü Zərərçəkmiş şəxs2 məxsus qeydiyyat nömrə nişanı olmayan motorolu dayanacağa yerləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin canlı şəxsin ekspertizası haqqında xx.xx.2020-ci il tarixli 508 saylı ekspert rəyindən və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 541 nömrəli əlavədən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-L5 fəqərə cisminin sağ çıxıntısının, oma sümüyünün, hər iki qasıq, hər iki oturaq sümüklərinin, sağ sirkə kasasının, sağ bud sümüyünün boynunun sınıqları, sağ budun yuxarı 1/3 hissəsinin əzilmiş infeksiyalaşmış yaraları, hər iki budun yuxarı 1/3 hissəsinin dərialtı hematoması, sağ bud-çanaq oynağının kontrakturası, kəskin qanitirmə - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin canlı şəxsin ekspertizası haqqında xx.xx.2020-ci il tarixli 450 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində xəsarəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/445 nömrəli məhkəmə-yol nəqliyyat hadissələri ekspertizasının rəyindən görünür ki, “Kamaz-53212”markalı 32BE717 qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkət hissəsinin əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfiqi nişanlanma xəttini kəsib keçdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli, 878/2020 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AC726331 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 32BE717 qeydiyyat nömrəli, “Kamaz 53212 YÜK” markalı nəqliyyat vasitəsi X2 məxsusdur. Gəncə şəhəri 5 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə, 7E-6464 nəqliyyat vaitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, “Kamaz 53212 YÜK” markalı nəqliyyat vasitəsi idarə etmək üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. AC601536 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriya üzrə sürücülük hüququ vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş 1220 nömrəli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Goranboy rayonu İcra Hakimiyyəti başçısnın Dəyirmanlar kənd inzibati ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 06 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 Gəncə şəhəri 1 sayılı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 8İ- 2553 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 Gəncə şəhəri 5 sayılı notariat ofisində xx.xx.2021-ci il tarixdə, 8İ- 204 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərlə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 70 manat təşkil etmişdir. Həmin xərclərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 70 manat məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və hadisə yerinin görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 -ci maddələrini rəhbər tutuaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə maddi sübut olan və hadisə yerinin görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar