Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-26/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə X13 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, X13 Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, H.Əliyev prospekti, bina 85, mənzil 30-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətiimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi penitensiar xidmətinin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə 1,065 qram narkotik vasitə olan heroini, məlum olmayan tarixdə isə Samux rayonu, Qarayeri kəndində yerləşən əkin sahəsindən yabanı halda bitmiş çətənə (kannabis) kollarının yarpaqlarını yığıb qurudaraq 1 ədəd kibrit qutusuna 7,391 qram, 1 ədəd sellofan torbaya isə 1115 qram eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı doldurmaqla əldə edib üzərində saxlamış və daşımış, həmçinin Gəncə şəhəri, H.Əliyev prospekti 85 nömrəli binanın yaşadığı 30 nömrəli mənzilində saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynindəki gödəkçəsinin cibindən 1 ədəd kibrit qutusunda 7,391 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, əynindəki şalvarının arxa sağ cibindən isə 1 ədəd sellofan bükümdə 1,065 qram çəkidə narkotik vasitə olan heroin, həmin gün saat 19:30 radələrində yaşadığı mənzilə baxış keçirilərkən qonaq otağında olan paltar dolabının içərisindən 1 ədəd sellofan torbada 1115 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik istifadəçisi olmaqla heroindən istifadə etmişdir. Lakin 9 aydır ki narkotik qəbul etmir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Gəncə şəhərində Azərbaycan bayrağı küçəsində “İmperial” şadlıq sarayının yaxınlığında olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Kəpəz Rayon Polis İdarəsinə dəvət etmişlər, heç bir etiraz etmədən polislərlə bilrikdə Kəpəz Rayon Polis İdarəsinə getmişdir. İdarədə vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki gödəkçəsinin cibində kibrit qutusunda olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra özü istifadə etdiyi 1 ədəd sellofan bükümdə olan heroin şalvarının cibindən aşkar edilərək götürülərək qablaşdırılmışdır. Həmin 1 ədəd sellofan bükümdə olan heroini Şirvan şəhərindən tanışı Azərin digər tanışlarından Fikrət adlı şəxsdən almışdır. Bundan sonra polis əməkdaşları ona yaşadığı mənzildə axtarış aparmaq istədiklərini bildirdikdə onlara etirazının olmadığını bildirmişdir. Yaşadığı mənzildə dolabın içərisindən çıxarılmış 1 ədəd sellofan torbada qurudulmuş marixuana ona məxsus olmamışdır. Onu döydükləri üçün o istintaq zamanı həmin torbada olan marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələri özü istifadə etmək üçün əldə etdiyini göstərərək, hərəkətindən peşiman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadəsindəgöstərmişdirki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsinə getmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində “İmperial” şadlıq sarayının yaxınlığında aşkar edərək özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzrərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibindən aşkar olunmuş 1 ədəd kibrit qutusuna baxış zamanı qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibindən salfetlərin içərisində olan bir ədəd sellofan bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar olunaraq qurudulmuş marixuana və heroinə bənzər kürlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana və heroinə bənzər kütlələri haradan əldə etdiyini soruşduqda, o 1 ədəd sellofan bükümdə olan heroinə bənzər kütləni Şirvan şəhərindən əldə etdiyini, həmin narkotik vasitəni ona tanışı Azərin digər tanışlarından Fikrət adlı şəxsin satdığını demişdir. Qurudulmuş marixuanaya bənzər kütləni isə Samux rayonu, Qarayeri kəndində əkin sahəsinin kənarından yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını qurudaraq əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evində axtarış aparılması üçün onun fikri öyrənildikdə o, etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 30 ünvanda vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə axtarış aparılmışdır. Axtarış zamanı evin qonaq otağında olan paltar dolabının içərisindən 1 ədəd sellofan torbada qurudulmuş marixuana aşkar edilmişdir. Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə ümumilikdə 1 kiloqram təşkil etmişdir. Həmin qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 şahid X5 iləeyniməzmunluifadəvermişdir. X10 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində ələ edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X10 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş oğlunun ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, hal-hazırda Azərbaycan Dövlət Universitetinin Bitkiçilik və Bitkilərin mühafizəsi kafedrasının müdiri vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Gəncə şəhər Kəpər Rayon Polis İdarəsindən ona məlumat verilərək bildirilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və X3 Həsən Abdulla oğlu barəsində istintaqı aparılan cinayət işi üzrə Samux rayonu, Qarayeri kəndi ərazisində əkin sahəsinin kənarında olan çətənə kollarına bənzər kollara baxış keçiriləcəkdir. Həmin bitki kollarının narkotik tərkibli olması ilə bağlı əsaslı şübhələr vardır. Onu aqronom kimi həmin bitkilərə baxış keçirilməsində iştirak etməyi və rəy verməyi üçün dəvət etdilər. O da polis əməkdaşlarının dəvəti ilə Samux rayonu, Qarayeri kəndinə həmin əkin sahəsinə getmişdir. Orada polis əməkdaşları və vəkil Müdafiəçi olmuşdur. Təqsirləndirilən şəxs iştirakı ilə onun könüllü təqdim etdiyi həmin əkin sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə üzərindən və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaları həmin yerdə yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurudaraq əldə etmişdir. O, həmin çətənə kollarına diqqətlə baxmış və müşahidə etdikdə onların yabanı halda bitdiklərini və həmin kollara aqrotexniki qaydada qulluq edilmədiyini aşkarlamışdır. Baxış zamanı həmin yabanı halda bitmiş çətənə kollarından 3 ədəd kol kökü ilə birlikdə çıxarılaraq qablaşdırılmışdır. Bundan sonra baxışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı başqa hər hansı qanunla qadağan olunmuş hal aşkar edilməmişdir. Baxışdan sonra o, aşkar edilmiş çətənə kollarının yabanı halda bitməsi ilə bağlı rəy yazaraq ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşlarına təqdim etmişdir. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin xx xxxxxxxx 2019-cu il tarixli 505 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkoyik maddəyə bənzər kütlələr” sözləri yazılmış kağız paketdə 1 ədəd polietilen kəsiyində təmiz çəkisi 1,065 qram olan maddə kustar üsulla hazırlanmış narktik vasitə heroindir. 1 ədəd kibrit qutusunda təmiz çəkisi 7,391 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus olan, Gəncə şəhəri H.Əliyev prospekti, bina 85, mənzil 30-dan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri yazılmış göy rəngli polietilen torbada, təmiz çəkisi 1115 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan qurudulmuş marixuanadır. (i.v.41-43) Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin xx xxxxxxx 2019-cu il tarixli 580 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Samux rayonu, Qarayeri kəndində əkin sahəsinin kənarından çıxarılan 3 ədəd kol” yazılar və imzalar olan sintetik kisədəki, 3 ədəd, ümumi təmiz çəkisi 1800 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Samux rayonu, Qarayeri kəndində əkin sahəsinin kənarından çıxarılan 3 ədəd kol” yazılar və imzalar olan sintetik kisədəki çətənə (kannabis) bitkiləri ilə, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” sözləri yazılmış kağız paketdə olan və üzərində vət. Təqsirləndirilən şəxs məxsus olan, Gəncə şəhəri H.Əliyev prospekti, bina 85, mənzil 30dan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri MEM-ə məxsus kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilməmişdir, yabanı halda bitmişdir. (i.v.140-142) Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş ambulator məcburi narkoloji–tibbi yoxlamanın nəticələrinə dir xx xxxxxxx 2019-cu il tarixli, 745 nömrəli rəydəgöstərilmişdirki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v.143) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X13 Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məslləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.səh.101-103) X13 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli,1(043)-5/2017 nömrəli hökmündən görünür ki, Quliyev X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. səh.144-148) Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.19) X13 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarilxi, 4(043)-81/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. (i.v.səh.72- 74) X13 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarilxi, 4(043)-81/2019 nömrəli qərarındangörünürki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v.səh.162-163) X13 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarilxi, 4(043)-81/2019 nömrəli qərarındangörünürki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v.səh.162-163) X13 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarilxi, 1(043)-175/2019 nömrəli qərarından görünür ki, məhkəmə hazırlıq iclasının keçirilməsinin təmin olunması məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustağlığı qətimkan tədbirinin müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. X13 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarilxi, 1(043)-175/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustağlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. X13 Rayon Polis İdarəsiinin xx xxxxxx 2020-ci il tarixli, 122-2323-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-ə təhvil verilmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında Gəncə şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviri X1 tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı döyülməs iilə bağlı əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə 1,065 qram narkotik vasitə olan heroin, istintaqa məlum olmayan tarixdə isə Samux rayonu, Qarayeri kəndində yerləşən əkin sahəsindən yabanı halda bitmiş çətənə (kannabis) kollarının yarpaqlarını yığıb qurudaraq 1 ədəd kibrit qutusuna 7,391 qram, 1 ədəd sellofan torbaya isə 1115 qram eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı doldurmaqla əldə edib üzərində saxlamış və daşımış, həmçinin Gəncə şəhəri, H.Əliyev prospekti 85 nömrəli binanın yaşadığı 30 nömrəli mənzilində saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynindəki gödəkçəsinin cibindən 1 ədəd kibrit qutusunda 7,391 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, əynindəki şalvarının arxa sağ cibindən isə 1 ədəd sellofan bükümdə 1,065 qram çəkidə narkotik vasitə olan heroin, həmin gün saat 19:30 radələrində yaşadığı mənzilə baxış keçirilərkən qonaq otağında olan paltar dolabının içərisindən 1 ədəd sellofan torbada 1115 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs QuliyevHəsənAbdullaoğlununifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, baxış protokolu, maddi sübut və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CinayətMəcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəməcəzatəyin edərkənTəqsirləndirilən şəxs məhkumluğununəzərə alaraq,cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 07 (yeddi) gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, barəsind əseçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyinolunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 64,80 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-in maddi sübutların saxlanma kamerasında saxlanılan 1799,85 qram çəkidə 3 ədəd çətənə kolu, 7,291 qram qurudulmuş marixuana, 1114,9 qram qurudulmuş marixuana, 1,015 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 3 ədəd videodisk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 08(səkkiz) ay 23 (iyrimi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 1799,85 qram çəkidə 3 ədəd çətənə kolu, 7,291 qram qurudulmuş marixuana, 1114,9 qram qurudulmuş marixuana, 1,015 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin,3 ədəd videodisk cinayət işinin materialında saxlanılsın. İş üzrə 64,80 (altmış dörd manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X13 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-26/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-26/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver