Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-26/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxsistintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd kustar üsulla hazırlanmış 9 mm kalibirli, revolver sistemi, yivsiz, atəşə yararlı odlu silah və zavod üsullu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov”, “PA-63”, “P64”, “P61”, “RK59” konstruksiyalı tapancalarda, “Steçka” (APS) konstrunsiyalı avtomatik tapançalarda və sayrə yivli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş 04 ədəd döyüş sursatı hesab edilən, atəşə yararlı patronu əldə etməklə üzərində daşyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər Kəpəz RPİ-nə daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Gəncə- Asan Xidmət mərkəzinin qarşısındakı çay evində saxlanılaraq Gəncə şəhəri Kəpəz RPİ-yə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa hissəsində kəmərə taxılmış həmin odlu silah və həmin silahın barabanından döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi şəkildə işləyib özünü dolandırır. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında olan çayxanada oturub çay içmiş, həmin vaxt yanında heç kimsə olmamışdır. Bu vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona qanunsuz olaraq odlu silah əldə etmə və saxlamada şübhəli olduğunu bildirmişdilər. Onu Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə dəvət etmişdilər. O, da etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. İdarədə təhqiqatçı Nicat Məmmədovun xidməti otağında ona qanunsuz olaraq odlu və soyuq silah saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Ona üzərində axtarış aparılacağını və bunun üçün şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. O, şübhəli şəxs qismində saxlanıldıqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət büdcəsi hesabına ona vəkil təyin edilmişdir. Vəkil gəldikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ arxa hissəsində kəmərə taxdığı 1 ədəd “Naqan” tipli “Revolver” tapançası, həmin tapançanın barabanından isə 4 ədəd patronlar aşkar edilmişdir. Aşkar edilmiş tapançanı haradan və kimdən əldə etdiyini soruşduqda o, həmin tapançanın Gəncə şəhərində Bağmanlar qəsəbəsində zibil yeşiyindən tapdığını bildirmişdir. Bundan başqa üzərindən hər hansı silah və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd tapança və 4 ədəd patronları əldə edib saxlamaqda hər hansı məqsədi olmamışdır. O, həmin silahı heç bir yerdə istifadə etməmiş və həmin silahı istifadə etmək üçün heç kimə verməmişdir. O, əvvəllər oğurluq cinayəti törətmiş və buna görə məhkum olunmuşdur. Törətdiyi əməldən peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Kəpəz rayon X4 Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Cinayət Axtarışı Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhərində H.Əliyev prospektində yerləşən Asan xidmətin qarşısında yerləşən çay evində görüb ona yaxınlaşmışdılar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə və saxlamaqda şübhəli olduğunu bildirmiş, onu Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Nicat Məmmədov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Nicat Məmmədov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 müdafiəçi qismində dəvət olunmuşdur. Müfadafiəçi Müdafiəçi1, Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təhqiqatçı Nicat Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa hissəsində kəmərə taxılmış 1 ədəd üzərinə "Naqan" tipli revolver tapançası, həmin tapançanın barabanından isə 4 ədəd makarov tipli tapançaya məxsus patronlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapança və patronları Gəncə şəhəri Bağömanlar qəsəbəsi ərazisindən zibil qutusundan tapıldığını bildirmişdir. Həmin tapança və patronlar zərfə qoyularaq qablaşdırılmış, şəxsi axrtarışla bağlı protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Kəpəz rayon X4 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Cinayət Axtarışı Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhərində H.Əliyev prospektində yerləşən “Asan xidmət”in qarşısında yerləşən çay evində görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə və saxlamaqda şübhəli olduğunu bildirmiş, onu Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Nicat Məmmədov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, X8 İsmayılova üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 müdafiəçi qismində dəvət olunmuşdur. Müfadafiəçi Müdafiəçi1, Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təhqiqatçı Nicat Məmmədov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa hissəsində kəmərə taxılmış 1 ədəd üzərinə "Naqan" tipli revolver tapançası, həmin tapançanın barabanından isə 4 ədəd makarov tipli tapançaya məxsus patronlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapança və patronları Gəncə şəhəri Bağömanlar qəsəbəsi ərazisindən zibil qutusundan tapdığını bildirmişdir. Həmin tapança və patronlar zərfə qoyularaq qablaşdırılmış, Şəxsi axrtarışla bağlı protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz RPİ-nin təhqiqatçısı X3 tərəfindənmüdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 1 ədəd üzərinə "Naqan" tipli revolver tapançası, həmin tapançanın barabanından isə 4 ədəd makarov tipli tapançaya məxsus patronlar aşkar olunmaqla qanunla nəzərdə tutulmuş qaydada götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3/977, 3/978 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş silahkustar üsulla hazırlanmış 9 mm kalibrli, revolver sistemli, yivsiz odlu silahdır. Silahın barobanının kamorası lülə ilə eyni istiqamətdə fiksə olunmadığı üçün nasaz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patron – zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” kontruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. Yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar- döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Müvafiq metadika olmadığına görə atəşin vaxtını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildə Moskva şəhər, Taqan rayon məhkəməsinin hökmü ilə Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2009-cu il tarixdə Göygöl rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib 2.000 manat cərimə cəzasına, xx.xx.2013-cü il tarixdə Göygöl rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 69.3-cü maddələri ilə təqsirli bilinib 3 ay 6 gün islah işləri cəzasına, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinib 2 il 1 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(009)-136/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-299/18 saylı xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 ay azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 01 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 7(003)-619/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 7(003)-619/2019 saylı qərarı ilə təyin olunmuş 09 ay 04 gün müddətinə cəzanı xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan AZ-İİ 621961 saylı döqğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2011-ci ildə doğulmuş X1 atası Təqsirləndirilən şəxs, anası X2r. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti MKTB 9 saylı Mənzil İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan iki il keçmədən hazırkı cinayət əməlini törətmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(043)-79/2020 saylı qərarı ilə onun barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırkı iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətində daxil edilməklə onun cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd tapança və 4 ədəd patronlar xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 15 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 90 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il (06) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd tapança və 4 ədəd patronlar xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-26/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-26/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver