Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-28/2020 16.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Nikolay oğlunun, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncəşəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxxx 1973-cü ildə Neftçala rayonu, Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 kirayədə yaşayan barəsində seçilmiş «başqa yerə getməmə haqqında iltizam qətimkan» tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri iləəvəz edilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-cı il tarixdə, saat 11 radələrində özgənin əmlakınıələ keçirmək məqsədi ilə, Gəncə şəhəri, Nizami küçəsində yerləşən “xxx” marketin qarşısında Gəncə şəhəri ərazisində Azərlotereya ASC-yə məxsus lototeya biletlərinin səyyari satışı ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşaraq öz həyat yoldaşının xəstə olduğunu, ona görə də lotoreya biletinin yoxlanılmasıüçün evlərinə getməsini xahiş etdikdən sonra birgə yaxınlıqda olan 290 nömrəli binanın giriş hissəsinə gələrək orada əlini Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ yan cibinə salıb sonuncunun cibindən 125 manat nağd pulu çıxarıb açıq talamaqla ələ keçirərək soyğunçuluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrəözünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, işüzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, göstərdi ki, maddi ehtiyacları olduğu üçün təxminən 100 manata yaxın pul lazım olmuşdur. Bunun üçün xx.xx.2018-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən çıxıb avtozavod yolu ilə köhnə Yevlax avtovağzalının yaxınlığına gəlib Nizami küçəsində yerləşən “xxx” marketin qarşısına gəlib orada dayanmışdır. Bu zaman görmüşdür ki, Gəncə şəhəri, N.Gəncəvi küçəsi iləüzü “Lüks” otel istiqamətində bir nəfər piyada əlində satmaq üçün lotoreyalar ilə birgə gəlir. Fikirləşmişdir ki, həmin şəxsin üzərində yəqin ki, götürmək üçün pul olar. Ona görə həmin şəxs “xxx’’ marketin bərabərliyinəçatanda ona yaxınlaşıb həyat yoldaşının xəstə olduğunu, onun yaşadığı yaxınlıqda yerləşən ünvana gedərək həyat yoldaşının lotoreya biletini yoxlamağı xahiş etmişdir. Həmin lotoreya satan şəxs onunla razılaşaraq gedə biləcəyini deyəndə həmin şəxsə bildirmişdir ki, dediyi ünvan elə yanında dayandığı binadadır. Ona görə birgə 290 nömrəlibinanın həyətinə gəlib 1-ci blokdan binanın dəhlizinə daxil olmuşlar. Binanın dəhlizinə daxil olanda o bildirmişdir ki, birinci mərtəbədədir. Həmin lotoreya satan şəxsin əynində olan şalvara diqqət yetirəndə isə görmüşdür ki, şalvarının sağ yan cib hissəsi dik vəziyyətdədir binanın dəhlizində heç kimin olmadığından istifadə edib əlini həmin şəxsin əynində olan şalvarın sağ yan cibinə salıb orada olan pulları götürüb digər binaların arasına qaçmışdır. Həmin şəxsin arxasınca gəlmədiyini görüb dayanmış və götürdüyü pul əskinaslarını sayanda 125 manat olduğunu görmüşdür. O həmin pulları şəxsi tələbatlarına xərcləmişdir. xx.xx.2018-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşları evə gəlmişlər və polis bölməsinə getməli olduğunu, cinayət törətdiyini bildirmişlər. O, etiraz etmədən polis bölməsinə getmiş və orada cinayəti törətdiyini etiraf etmişdir Törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmişlə barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə şəhəri ərazisində Azərlotereya ASC-yə məxsus lotoreya biletlərinin səyyari satışı ilə məşğul olur. Təqsirləndirilən şəxsi hadisə iləə laqədar tanımışdır. xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində Gəncə şəhəri, N.Gəncəvi küçəsi iləüzü “Lüks” otelə tərəf gedərkən “xxx” mağazasının bərabərliyinə çatanda bir nəfər şəxs yaxınlaşıb həyat yoldaşının xəstə olduğunu, yaxınlıqda yaşadığı evə gedərək biletini yoxlamağı xahiş etmişdir. O, razılaşaraq həmin binanın həyətinə gəlib 1-ci blokdan binanın dəhlizinə daxil olmuşlar. Binanın dəhlizinə daxil olan zaman həmin şəxs bildirmişdir ki, ev birinci mərtəbədədir. O, binanın dəhlizinə öndə gedərkən həmin şəxs əlini şalvarının sağ yan cibinə salıb orada olan 125 manat pulu götürüb digər binaların arasına qaçmışdır. O, həmin şəxsin arxasınca bir az qaçmış, lakin çata bilməmişdir. Həmin vaxt kənarda da adamlar olmadığından heç kimdən kömək istəyə bilməmişdir. Hadisə olan gün həmin şəxsi özü bir neçə yerə getməklə axtarıb tapmağa çalışmışdır. Lakin tapa bilməmişdir. Ona görə məcbur olub Gəncəşəhər Kəpəz rayon polis bölməsinə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Polisdə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, onun pulunu cibindən çıxarıb qaçan şəxsin adı Müseyibdir. Halhazırda təqsirləndirlən şəxslə barışdığından ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, hazırda Gəncə şəhər. Kəpəz RPB-nın başəməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncəşəhəri, köhnəət kombinatı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Gəncəşəhər Kəpəz raon polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 10:30-da Gəncə şəhəri, Nizami küçəsində yerləşən yaşayış binalarının arasında tanımadığışəxs şalvarının sağ yan cibindən təxminən 125 manat pulu götürüb qaçıb getmişdir. Keçirilmişəməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayəti törətmiş şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs xx.xx.2018ci il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və orada Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri, Nizami küçəsində yerləşən 290 nömrəli binanın giriş hissəsidir (i.v.səh. 6-7) ; xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v.səh. 72) Şübhəli şəxsin tutulmusı haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2018-ci ildə cinayət törətməkdəşübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.40) Başqa yerə getməmək haqqında iltizamdan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(043)-177/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə tutularaq Gəncə şəhəri BPİ-in müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-cı il tarixdə, saat 11 radələrində özgənin əmlakınıələ keçirmək məqsədi ilə, Gəncə şəhəri, Nizami küçəsində yerləşən “xxx” marketin qarşısında Gəncə şəhəri ərazisində Azərlotereya ASC-yə məxsus lototeya biletlərinin səyyari satışı ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşaraq öz həyat yoldaşının xəstə olduğunu, ona görə də lotoreya biletinin yoxlanılmasıüçün evlərinə getməsini xahiş etdikdən sonra birgə yaxınlıqda olan 290 nömrəli binanın giriş hissəsinə gələrək orada əlini Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ yan cibinə salıb sonuncunun cibindən 125 manat nağd pulu çıxarıb açıq talamaqla ələ keçirərək soyğunçuluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşışikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailəüzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə etməsini, zərərçəkmişin ona qarşışikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşimançılıq hissi keçirərək öz hərəkətlərinə tənqidi yanaşıb özünü qınaq obyektinəçevirməsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışıüzərində nəzarət daimi yaşadığı yer üzrə icra və prxxxsiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx xxxxxx 2020-ci il tarixdən həbsdə olduğu 1(bir) ay 22 (iyirmi iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclasından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinəəsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İşüzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İşüzrə müsadirə edilməli əmlak yoxdur. İşüzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və xx xxxxxx 2020-ci il tarixdən həbsdə olduğu 01(bir) ay 22 (iyirmi iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 03 (üç) ay 18 (on səkkiz) gün təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-28/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-28/2020
16.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver