Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-28/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 06.05.2019-cu il tarixdən başlayaraq 27.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancından və başa gəlirlərindən hər ay 160 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs və 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsinə dair verilmiş Samux Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli 2(058)-492/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 05.03.2020ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona icra məmuru tərəfindən 06.04.2020-ci, 17.04.2020-ci, 27.04.2020ci və 14.08.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə barəsində cinayət təqibi üçün verilmiş təqdimata əsasən 07.05.2021-ci il tarixədək cəmi 4110 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 04.10.2015-ci ildə Zərərçəkmiş şəxs ilə faktiki olaraq ailə qurmuş, evli olduqları müddətdə 1 oğlu - 27.01.2017-ci il təvəllüdlü Quliyev Yaşar anadan olmuşdur. Yaşadıqları müddətdə yola getmədikləri üçün ayrılmışlar. Zərərçəkmiş şəxs alimentin alınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Samux Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 06.05.2019-cu il tarixdən hesablanmaqla, uşağın yetkinlik yaşına çatanək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra zamanı cəmi 1 dəfə 50 manat ödəniş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsini maddi imkanının kifayət qədər yaxşı olmadığından icra etməmişdir. Lakin, halhazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 04.10.2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə faktiki olaraq ailə qurmuş, birgə nikahdan bir övladları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşamışlar, daha sonra münasibətləri pozulduğuna görə faktiki olaraq ayırılmışlar. Bundan sonra Yaşar Quliyev uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. Bu səbəbdən uşağın saxlanılmasından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və məhkəmənin qətnaməsinə əsasən 06.05.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, evlərin təmiri və tikintisində usta kimi işlədiyi halda, cəmi 1 dəfə 50 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən verilən təqdimata əsasən 07.05.2021-ci il tarxə kimi ödənilməmiş alimentin məbləği 4100 manat təşkil etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 Yunus oğlu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Samux Rayon Məhkəməsinin 29.05.209-cu il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 06.05.2019-cu il tarixdən başlayaraq 27.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilmılidir. Gəncə şəhəri üzrə İcra İdarəsində 13.06.2019-cu uil tarixdə ba.şlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsdilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs 05.03.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra icra tələbini icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq sonuncu icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. İcra sənədi üzrə 07.05.2021-ci il tarixədək tələbkara ödəməli olduğu 4100,00 manat aliment pulundan heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 Calal oğlunun ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o da Şahid2 Yunus oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Samux Rayon Məhkəməsinin 2(058)-492/2019 saylı, 29.05.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs tutularaq sabit pul məbləğində 160 manat aliment tutularaq, 27.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Zərərçəkmiş şəxs verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş 13.06.2019-cu il tarixli qərardan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-492/2019 saylı, 29.05.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 13.06.2019-cu il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Samux Rayon Məhkəməsinin 2(058)-492/2019 saylı, 29.05.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” 16.03.2020-ci il tarixli bildirişdən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-492/2019 saylı, 29.05.2019-cu il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. 06.04.2020-ci, 17.04.2020-ci, 27.04.2020-ci və 14.08.2020-ci il-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 23 oktyabr 2021-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdır. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306-cı maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-28/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-28/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver