Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-29/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, H.Əliyev prospekti ev 265-də qeydiyyatda olan, Gəncə şəhəri, H.Əliyev prospekti ev 20, mənzil 46-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Atatürk küçəsi ev 46-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi ev 71-də qeydiyyatda olan, Gəncə şəhəri, Sadıllı bağı, 4-cü məhəllədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, A.Səhhət küçəsi ev 55, mənzil 5-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 2 ədəd, ümumi 200 manat dəyərində kiçik samovarı, 1 ədəd 150 manat dəyərində böyük samovarı, ümumlikdə zərərçəkmiş şəxsin 350 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 1 ədəd 50 manat dəyərində 24 ölçülü “Evren” markalı qazanı, 1 ədəd 60 manat dəyərində 26 ölçülü “Evren” markalı qazanı, 1 ədəd 100 manat dəyərində 15 hissədən ibarət “Empire-Tea set” markalı kofe dəstini və 1 ədəd 60 manat dəyərində 10 hissədən ibarət “Simay” markalı qazan dəstini, ümumlikdə zərərçəkmiş şəxsin 270 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olub evdən 1 ədəd 450 manat dəyərində “LG” markalı, “42LD461F” modelli televizoru, 2 ədəd, ümumi 700 manat dəyərində qazan dəstini, 30 ədəd, ümumi 400 manat dəyərində qızıl suyuna batırılmış qaşığı, 2 ədəd, ümumi 200 manat dəyərində yataq dəstini, 1 ədəd 100 manat dəyərində pul qabını, 1 ədəd 300 manat dəyərində qəhvəyi rəngli dəri gödəkçəni, ümumlikdə zərərçəkmiş şəxsin 2150 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saatlarında ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 1 ədəd 120 manat dəyərində “Haomai” markalı işıq generatorunu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olub evdən 1 ədəd 450 manat dəyərində “LG” markalı, “42LD461F” modelli televizoru, 2 ədəd, ümumi 700 manat dəyərində qazan dəstini, 30 ədəd, ümumi 400 manat dəyərində qızıl suyuna batırılmış qaşığı, 2 ədəd, ümumi 200 manat dəyərində yataq dəstini, 1 ədəd 100 manat dəyərində pul qabını, 1 ədəd 300 manat dəyərində qəhvəyi rəngli dəri gödəkçəni, ümumlikdə zərərçəkmiş şəxsin 2150 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə 14.02.2020-ci il tarixdə, gecə saat 04 radələrində Gəncə şəhəri Dəmiryol vağzalının qarşısında, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs2 məxsus köşkə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olub köşkdən hər birinin dəyəri 2 manat olan 20 ədəd boz rəngli “Rothmans” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd göy rəngli “Rothmans” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd “Rothmans mentol kompakt” markalı, hər birinin dəyəri 2,80 manat olan 10 ədəd boz rəngli “Winston kompakt XStyle” markalı, hər birinin dəyəri 2,80 manat olan 10 ədəd göy rəngli “Winston kompakt” markalı, hər birinin dəyəri 2,80 manat olan 10 ədəd qara rəngli “Winston kompakt XStyle” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd göy rəngli “Winchester kompakt” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd qara-göy rəngli “Winchester” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd qara-boz rəngli “Winchester” markalı, hər birinin dəyəri 3 manat olan 10 ədəd nazik “Kent 4” markalı, hər birinin dəyəri 3 manat olan 10 ədəd nazik “Kent 8” markalı, hər birinin dəyəri 1,90 manat olan 20 ədəd qalın “West” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd “West kompakt” markalı, hər birinin dəyəri 1,70 manat olan 20 ədəd boz rəngli nazik “Want” markalı, hər birinin dəyəri 1,70 manat olan 20 ədəd qara rəngli nazik “Want” markalı, hər birinin dəyəri 2,30 manat olan 20 ədəd ağ rəngli “LD kompakt” markalı, hər birinin dəyəri 2,30 manat olan 20 ədəd boz rəngli “LD kompakt” markalı, hər birinin dəyəri 2,50 manat olan 10 ədəd boz rəngli nazik “LD” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd qara rəngli nazik “Maqna” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd boz rəngli nazik “Maqna” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd ağ rəngli nazik “Maqna” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd boz rəngli “Maqna kompakt” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli “Maqna kompakt” markalı, hər birinin dəyəri 1,80 manat olan 20 ədəd boz rəngli “Classik kompakt” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd qırmızı rəngli “Arqo7” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd göy rəngli “Arqo kompakt” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd göy rəngli “Arqo4” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli “Arqo1” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd boz rəngli nazik “Vegas” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd boz rəngli qalın “Vegas” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli nazik “Vegas” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd göy rəngli qalın “Vegas” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli qalın “Prima” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd sarı rəngli qalın “Prima” markalı, hər birinin dəyəri 2 manat olan 10 ədəd qara-boz rəngli “Palma” markalı, hər birinin dəyəri 2 manat olan 10 ədəd nazik “Palma mentol” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd qara-boz rəngli “Viceroy” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd göy rəngli nazik “Viceroy” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd nazik “Viceroy1” markalı, hər birinin dəyəri 1,40 manat olan 10 ədəd boz rəngli qalın “Kingston” markalı, ümumilikdə 1233 manat dəyərində siqareti, həmçinin hər birinin dəyəri 1 manat olan 72 ədəd böyük “Hell” markalı, hər birinin dəyəri 1 manat olan 72 ədəd böyük “Bizon” markalı, hər birinin dəyəri 1 manat olan 72 ədəd böyük “Atom” markalı, hər birinin dəyəri 0,75 manat olan 48 ədəd balaca “Bizon” markalı, hər birinin dəyəri 0,75 manat olan 72 ədəd balaca “Hell” markalı, hər birinin dəyəri 0,75 manat olan 48 ədəd balaca “Atom” markalı ümumilikdə 342 manat dəyərində enerji içkisini ümumlikdə zərərçəkmiş şəxsin 1575 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 2 ədəd, ümumi 200 manat dəyərində kiçik samovarı, 1 ədəd 150 manat dəyərində böyük samovarı, ümumlikdə zərərçəkmiş şəxsin 350 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 1 ədəd 50 manat dəyərində 24 ölçülü “Evren” markalı qazanı, 1 ədəd 60 manat dəyərində 26 ölçülü “Evren” markalı qazanı, 1 ədəd 100 manat dəyərində 15 hissədən ibarət “Empire-Tea set” markalı kofe dəstini və 1 ədəd 60 manat dəyərində 10 hissədən ibarət “Simay” markalı qazan dəstini, ümumlikdə zərərçəkmiş şəxsin 270 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 2 ədəd, ümumi 200 manat dəyərində kiçik samovarı, 1 ədəd 150 manat dəyərində böyük samovarı, ümumlikdə zərərçəkmiş şəxsin 350 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 01.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək olan müddət ərzində, məlum olmayan tarixdə, gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evin zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub zirzəmidən 1 ədəd 50 manat dəyərində 24 ölçülü “Evren” markalı qazanı, 1 ədəd 60 manat dəyərində 26 ölçülü “Evren” markalı qazanı, 1 ədəd 100 manat dəyərində 15 hissədən ibarət “Empire-Tea set” markalı kofe dəstini və 1 ədəd 60 manat dəyərində 10 hissədən ibarət “Simay” markalı qazan dəstini, ümumlikdə zərərçəkmiş şəxsin 270 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ailəsində müəyyən problemləri yarandığı üçün bir müddət tanışı Elşənin evində qalmalı olmuşdur. Elşənlə söhbət edən vaxtı ona öz problemlərindən və pula ehtiyacının olmasından danışmışdır. Həmin vaxt Elşən ona təklif etmişdir ki, onun qonşuluğunda yerləşən və heç kimin olmadığı evdən oğurluq etsinlər. Həmin vaxt digər tanışı olan Emin də onların söhbətini eşitmiş və Emin də onlarla birlikdə oğurluq etməyə razılıq vermişdir. Belə ki, 2020-ci ilin fevral ayının əvvəllərində onlar üçü birlikdə Elşənin evində gecə saatlarına qədər gözləmişlər və saat təxminən 03 radələrində birlikdə Elşənin göstərdiyi evə getmişlər. Hasardan həyətyanı sahəyə, oradan isə açıq olan qapısından zirzəmiyə daxil olub bir ədəd böyük və iki ədəd kiçik samovar götürüb oradan çıxmışlar və Elşənin qaldığı evə gəlmişlər. Səhərə qədər gözlədikdən sonra isə o və Elşən birlikdə samovarları kolxoz bazarı adlanan bazarda Elşənin şəxsiyyət vəsiqəsi ilə satmışlar. Əldə etdiyi pulu üçü öz aralarında bölmüşlər. Bundan təxminən 1 həftə sonra onlar yenidən pula ehtiyacı olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Birinci dəfə evə daxil olarkən zirzəmidə qutuda qazan və qab-qacaq gördümüşlər. Lakin həmin vaxt onları oğurlamaq fikrləri olmamışdır. Oğurladıqları samovarların onlara bəs edəcəyini fikirləşmişlər. Həmin qazanları və qabları oğurlamaq üçün yenə o, Elşən və Emin üçü birlikdə gecə saatlarına qədər Elşənin evində gözləmişlər və gecə vaxtı yenidən həmin evin yanına gedərək hasardan həyətə, oradan isə zirzəmiyə daxil olaraq oradan qutuda olan qab-qacağı və qazanları oğurlamışlar. Həmin vaxt o və Emin həyətə düşsələr də, Elşən həyətə girməmişdir və çöldə kiminsə gələcəyi təqdirdə onlara xəbər etməsi üçün gözləmişdir. Oğurladıqları qab-qacağı və qazanları Elşəngilin evinə gətirmişlər və səhəri günü Emin həmin əşyaları tanımadığı hasısa şəxsə satmışdır. Əldə etdiyi pulu öz aralarında bölmüşlər. Bundan təxminən bir neçə gün sonra o, tanışı Azərlə söhbət edərkən onunla da oğurluq etmək qərarına gəlmişlər və o, Azərə Emin və Elşənlə birlikdə oğurluq etdikləri evdən oğurluq etməyi təklif etmişdir. Lakin Azərə həmin evdən əvvəlcədən oğurluq etdiyini bildirməmişdir. Onlar razılaşmış və vaxtını dəqiq xatırlamadığı gün gecə saat 2 radələrində, Azərlə birlikdə həmin evin yanına gələrək hasardan evə daxil olmuşlar. Həmin vaxt evin qapısı bağlı olduğundan Azər əli ilə pəncərənin şüşəsini sındıraraq pəncərəni açıb evə daxil olmuşlar. Evə girdikdən sonra isə qonaq otağında olan bir ədəd böyük televizoru götürüb evdən çölə çıxmışlar və televizoru götürüb vağzalın yaxınlığında olan bağçada gizlətmişdir. Səhəri günü isə o, həmin televizor üçün müştəri axtarmağa başlamış, lakin televizoru sata bilməmişdir. Evin zirzəmisindən 3 ədəd samovar, qazan və qab-qacaq dəstlərindən, həmçinin evin içərisindən 1 ədəd televizordan başqa heç bir əşya oğurlamamışdır. Ola bilsin ki, həmin əşyalar Ramidənin evindən oğurlanmışdır, lakin o, həmin oğurluq hadisəsində iştirak etməmiş və bundan heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin fevral ayının əvvəlində Gəncə şəhəri Dəmir yol vağzalının yaxınlığında yerləşən və sahibini tanımadığı fərdi yaşayış evinin yanına gedərək hasardan həyətyanı sahəyə daxil olmuş və evin zirzəmisindən bir ədəd işıq generatoru götürüb çölə çıxaraq generatoru yaxınlıqda olan bağçada gizlətmişdir. Özüm isə oradan evə getmişdir. Səhər açıldıqdan sonra həmin generatoru gizlətdiyi yerdən götürərək Gəncə şəhəri Təzə bazar adlanan bazara gəlib generatoru 15 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu isə özünə xərcləmişdir. Bundan təxminən bir neçə gün sonra o, tanışı Sərvanla söhbət edərkən oğurluq etmək qərarına gəlmiş və o, Sərvana generatoru oğurladığı evə girməyi təklif etmişdir. Lakin, Sərvana həmin evdən generator oğurladığını bildirməmişdir. Onlar razılaşmışlar və vaxtını dəqiq xatırlamadığı gündə gecə vaxtı Sərvanla birlikdə həmin evin yanına gələrək hasardan evə daxil olmuşlar. Həmin vaxt evin qapısı bağlı olduğundan o, əli ilə pəncərənin şüşəsini sındıraraq pəncərəni açıb evə daxil olmuşlar. Evə girdikdən sonra isə qonaq otağında olan bir ədəd böyük televizoru götürüb evdən çölə çıxmışlar və televizoru Sərvana verib Sərvandan ayrılmışdır. Daha sonra isə Sərvandan televizoru satıbsatmamasını soruşmamışdır. Çünki Sərvan probleminin olduğunu və pula ehtiyacının olduğunu ona bildirmişdir. Bundan bir neçə gün sonra yenidən pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və vaxtını dəqiq xatırlamadığı gündə gecə vaxtı, saat təxminən 04 radələrində dəmir yol vağzalının qarşısına getmişdir. Vağzalın qarşısında, yolun kənarında köşk var idi. O, köşkün arxa tərəfindən olan qapısının şüşəsini sındırıb köşkə daxil olmuş və oradan sayını və çeşidini xatırlamadığı qədər siqaret götürüb iki sellofana doldurub oradan uzaqlaşmışdır. Oradan isə birbaşa Gəncə şəhəri mal bazarına gedərək oğurladığı siqaretləri səyyari olaraq mal bazarında siqaret satan tanımadığı şəxsə sataraq təxminən 300 manat pul əldə etmişdir. Həmin pulu da o, öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, zərər çəkmiş Ramidənin evindən 1 ədəd işıq generatoru və 1 ədəd televizordan başqa heç bir əşya oğurlamamışdır. Ola bilsin ki, Ramidənin göstərdiyi digər əşyalar Ramidənin evindən oğurlanmışdır, lakin o, həmin oğurluq hadisəsində iştirak etməmiş və bundan heç bir məlumatı yoxdur. Köşkdən oğurladığı siqaretlərin bazar dəyəri maksimum 400 manat olardı. Həmin vaxt o, köşkdən ümumiyyətlə enerji içkisi oğurlamamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 və Elşən Yusubovu uzun müddətdirki tanıyır. Sərvan Elşəngilin evində qalırdı ki, o da, bir neçə dəfə Elşəngilin evinə gedib-gəlmişdir. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Elşən və Sərvanla söhbət edərkən pul əldə etmək üçün fikirləşmişlər ki, oğurluq etsinlər. Həmin vaxt Elşən onlara təklif etmişdir ki, onların evinin yanında boş ev var və həmin evdən oğurluq etmək olar. Onlar razılaşmışlar və oğurluğa girmək üçün Elşəngilin evində gecələmişlər. Gecə saat təxminən 03 radələrində onlar üçü birlikdə Elşənin göstərdiyi evin yanına gəlmişlər və birlikdə hasardan keçərək həyətə daxil olmuşlar. Həyətə girdikdən sonra isə evin zirzəmisinin açıq qapısından zirzəmiyə girərək oradan bir ədəd böyük və iki ədəd balaca samovar götürərək yenidən hasarın üstündən çıxıb oğurladıqları əşyaları Elşəngilin evinə gətirmişlər. Onlar zirzəmidə qutuda olan dəst qazanlar və digər əşyalar da görmüşdülər. Səhəri gün o, öz evlərinə gedib yemək yeyib yenidən Elşəngilin evinə qayıtmışdır. Elşənlə Sərvanın artıq samovarları satdıqlarını görmüşdür. Həmin vaxt Sərvan ona 5 manat pul vermişdir. Lakin Samovarları kimin və hara satmasını o bilməmişdir. Təxminən 1 həftədən sonra onların pula yenidən ehtiyacı olduğundan onlar həmin evə yenidən oğurluğa girməyi qərarlaşdırmışlar. Tarixini xatırlamadığı gündə, gecə saat 03 radələrində onlar üçü birlikdə həmin evə getmişlər. Bu dəfə Sərvan və o, hasardan keçərək həyətə düşmüşlər. Elşən isə həyətə daxil olmamış, kimsə gələcəyi təqdirdə onlara xəbər etmək üçün, həmçinin oğurlayacaqları əşyaları hasardan düşürməkdə köməklik göstərmək üçün bir qədər aralıda dayanıb onları gözləməyə başlamışdır. O və Sərvan yenidən zirzəmiyə daxil olaraq zirzəmidən bir neçə qazan dəsti, həmçinin qutuda qab-qacaq oğurlayaraq çölə çıxıb oğurladıqları əşyaları Elşəngilin evinə gətirmişlər. Səhərə qədər Elşəngilin evində qaldıqdan sonra oğurladıqları qazan dəstlərini və qab-qacağı o, dostu Kamrana 65 manata satmışdır. Həmin pulu isə o, Sərvanla öz aralarında bölmüşlər. Bundan sonra o, bir daha Elşəngilə getməmişdir. Daha sonra isə polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. Polis idarəsində olarkən isə o, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmişdir. 3 ədəd samovar və qab və qazan dəstlərindən başqa o, oradan heç bir əşya oğurlamamışdır. O, Elşən və Sərvan zirzəmiyə daxil olsalar da, evin içərisinə ümumiyyətlə girməmişlər. Ola bilsin ki, Ramidənin ərizəsində göstərdiyi digər əşyalar Ramidənin evindən oğurlanmışdır, lakin o, həmin oğurluq hadisəsində iştirak etməmiş və bundan heç bir məlumatı yoxdur. Kamrana o, qabların və qazanların özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır. Oğurluq hadisələrindən təxminən bir ay qabaq Sərvan ona qalmaq üçün evinin olmadığını bildirərək müvəqqəti olaraq onun yanında qalmasını xahiş etmişdir. O da, Sərvanla razılaşmış və son bir ayı Sərvan onunla yaşamağa başlamışdır. Emin də bəzən onlarla birlikdə gecələyirdi. Onun pulu olmadığından, həmçinin Sərvana və Eminə də pul lazım olduğundan o, onlara təklif etmişdir ki, qonşuluqda yaşayan Ramidə adlı qadının evindən oğurluq etsinlər və oğurladıqları əşyaları sataraq pul qazansınlar. Çünki, o, hər gün evə gedib-gələrkən Ramidənin evinin yanından keçirdi və son vaxtlar həmin evdə heç kimin yaşamadığını, işıqların yanmadığını, evə kiminsə girib-çıxmadığını görürdü. Emin və Sərvan həmin evdən oğurluq etmələri üçün onunla razılaşmışlar. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində, həmin evə oğurluğa girmək üçün onların evində gecələmişlər. Gecə saat təxminən 03 radələrində onlar üçü birlikdə Ramidənin evinin yanına gəlmiş və birlikdə hasardan keçərək həyətə daxil olmuşlar. Həyətə girdikdən sonra isə evin zirzəmisinə açıq qapısından zirzəmiyə girərək oradan bir ədəd böyük və iki ədəd balaca samovar götürərək yenidən hasarın üstündən çıxıb oğurladıqları əşyaları evə gətirmişlər. Səhəri gün o, Sərvanla birlikdə samovarları kolxoz bazarı adlanan yerdə tanımadığı şəxsə öz şəxsiyyət vəsiqəsini göstərib satmış və əldə edilən pulu öz ehtiyaclarına xərcləmişlər. Təxminən bir həftədən sonra onların pula yenidən ehtiyacları olduğundan onlar həmin evə yenidən oğurluğa girməyi qərarlaşdırmışlar. Tarixini xatırlamadığı gündə, yenə gecə saat 03 radələrində onlar üçü birlikdə Ramidənin evinə getmişlər. Bu dəfə Emin və Sərvan hasardan keçərək həyətə düşmüşlər, o isə, xəstə olduğu üçün həyətə daxil olmamış, kimsə gələcəyi təqdirdə onlara xəbər etmək üçün, həmçinin oğurlayacaqları əşyaları hasardan düşürməkdə köməklik göstərmək üçün bir qədər aralıda dayanıb onları gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra onlar hasarın yanına gəlib zirzəmidən oğurladıqları və iki ədəd qutunun içərisində olan qazan dəstlərini ona vermişlər və onlar yenidən həmin qutuları evə gətirmişlər. Səhəri günü Emin və Sərvan oğurladıqları qazanları özləri kiməsə satmışlar. Lakin o, onların qazanları satdıqları şəxsin kim olduğunu, hara satdıqlarını bilməmişdir. Bundan təxminən 15 gün sonra o, evə gələrkən polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. Polis idarəsində olarkən isə o, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmişdir. 3 ədəd samovar və 2 ədəd qazan dəstlərindən başqa o, oradan heç bir əşya oğurlamamışdır. Ola bilsin ki, Ramidənin ərizəsində göstərdiyi digər əşyalar Ramidənin evindən oğurlanmışdır, lakin o, həmin oğurluq hadisəsində iştirak etməmiş və bundan heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Ağamir oğlu ifadəsində bildirdi ki, Gəncə şəhəri Dəmiryol vağzalının qarşısında, H.Əliyev prospektində yerləşən köşk ona məxsusdur və həmin köşkdə digər əşyalarla yanaşı müxtəlif növdə və çeşiddə siqaretlər və enerji içkiləri satır. O, köşkü hər gün səhər tezdən açır və gecə saatlarına qədər işlədikdən sonra köşkü bağlayır. 13 fevral 2020-ci il tarixdə səhər saatlarında həmişə olduğu kimi o, köşkə gələrək köşkü açmış və 14 fevral 2020-ci il tarixdə isə gecə saat 02:30-da köşkü bağlayaraq evə getmişdir. Səhəri günü isə o, köşkə gələrkən köşkün arxa tərəfində olan qapısının şüşəsinin sındığını, içərisindən isə müxtəlif sayda və çeşiddə enerji içkilərinin və siqaretlərin oğurlandığını görmüşdür. O, bu barədə dərhal 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Həmin vaxt o, malları sayarkən ona məlum oldu ki, köşkdən həmin gecə hər birinin dəyəri 2 manat olan 20 ədəd boz rəngli “Rothmans” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd göy rəngli “Rothmans” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd “Rothmans mentol kompakt” markalı, hər birinin dəyəri 2,80 manat olan 10 ədəd boz rəngli “Winston kompakt XStyle” markalı, hər birinin dəyəri 2,80 manat olan 10 ədəd göy rəngli “Winston kompakt” markalı, hər birinin dəyəri 2,80 manat olan 10 ədəd qara rəngli “Winston kompakt XStyle” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd göy rəngli “Winchester kompakt” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd qara-göy rəngli “Winchester” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd qara-boz rəngli “Winchester” markalı, hər birinin dəyəri 3 manat olan 10 ədəd nazik “Kent 4” markalı, hər birinin dəyəri 3 manat olan 10 ədəd nazik “Kent 8” markalı, hər birinin dəyəri 1,90 manat olan 20 ədəd qalın “West” markalı, hər birinin dəyəri 2 manat olan 20 ədəd “West kompakt” markalı, hər birinin dəyəri 1,70 manat olan 20 ədəd boz rəngli nazik “Want” markalı, hər birinin dəyəri 1,70 manat olan 20 ədəd qara rəngli nazik “Want” markalı, hər birinin dəyəri 2,30 manat olan 20 ədəd ağ rəngli “LD kompakt” markalı, hər birinin dəyəri 2,30 manat olan 20 ədəd boz rəngli “LD kompakt” markalı, hər birinin dəyəri 2,50 manat olan 10 ədəd boz rəngli nazik “LD” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd qara rəngli nazik “Maqna” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd boz rəngli nazik “Maqna” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd ağ rəngli nazik “Maqna” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd boz rəngli “Maqna kompakt” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli “Maqna kompakt” markalı, hər birinin dəyəri 1,80 manat olan 20 ədəd boz rəngli “Classik kompakt” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd qırmızı rəngli “Arqo7” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd göy rəngli “Arqo kompakt” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd göy rəngli “Arqo4” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli “Arqo1” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd boz rəngli nazik “Vegas” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd boz rəngli qalın “Vegas” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli nazik “Vegas” markalı, hər birinin dəyəri 1,40 manat olan 20 ədəd göy rəngli qalın “Vegas” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd göy rəngli qalın “Prima” markalı, hər birinin dəyəri 1,60 manat olan 20 ədəd sarı rəngli qalın “Prima” markalı, hər birinin dəyəri 2 manat olan 10 ədəd qara-boz rəngli “Palma” markalı, hər birinin dəyəri 2 manat olan 10 ədəd nazik “Palma mentol” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd qara-boz rəngli “Viceroy” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd göy rəngli nazik “Viceroy” markalı, hər birinin dəyəri 1,60 manat olan 10 ədəd nazik “Viceroy1” markalı, hər birinin dəyəri 1,40 manat olan 10 ədəd boz rəngli qalın “Kingston” markalı siqaretlər, hər birinin dəyəri 1 manat olan 72 ədəd böyük “Hell” markalı, hər birinin dəyəri 1 manat olan 72 ədəd böyük “Bizon” markalı, hər birinin dəyəri 1 manat olan 72 ədəd böyük “Atom” markalı, hər birinin dəyəri 0,75 manat olan 48 ədəd balaca “Bizon” markalı, hər birinin dəyəri 0,75 manat olan 72 ədəd balaca “Hell” markalı, hər birinin dəyəri 0,75 manat olan 48 ədəd balaca “Atom” markalı enerji içkiləri oğurlanmışdır. Siqaretlərin oğurlanması nəticəsində ona 1233 manat, enerji içkilərinin oğurlanması nəticəsində ona 342 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 54/10, mənzil 1-də ona məxsus ev yerləşsə də halhazırda o, Bakı şəhərində yaşadığı üçün mənzilində kimsə yaşamır. O və ailə üzvləri arasıra gəlib mənzilə baş çəkirlər. Sonuncu dəfə 01.02.2020-ci il tarixdə mənzildə olan zaman hər şey qaydasında olmuşdur. Lakin 18.02.2020-ci il tarixdə qonşularından hansısa evin qarajının qapısının açıq olduğunu ona bildirmiş və o, evə kiminsə oğurluq etmək üçün girdiyini zənn etdiyindən bu barədə qohumu Elton Abdurahmanova məlumat vermişdir və evə gedib baxmasını xahiş etmişdir. Bundan sonra Elton evə gedərək evin pəncərəsinin sındırıldığını, içərisindəki əşyaların isə dağıdıldığını ona bildirmişdir. Onlar başa düşmüşlər ki, evə oğurluğa giriblər. Həmin günü Elton polisə müraciət etmiş və araşdırma aparılmağa başlanmışdır. 27.02.2020-ci il tarixdə isə o, Bakı şəhərindən Gəncə şəhərinə gəlib evinə baş çəkən zaman ona məlum olmuşdur ki, 01.02.2020-ci il tarixdən 18.02.2020-ci il tarixədək evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evin zirzəmisindən 2 ədəd, ümumi 300 manat dəyərində qazan dəstləri, 1 ədəd 1000 manat dəyərində yaşıl rəngli italyan cofe üçün çaynik və stakan dəsti, 2 ədəd, ümumi 200 manat dəyərində kiçik samovar, 1 ədəd 150 manat dəyərində böyük samovar, 1 ədəd 700 manat dəyərində işıq generatoru, evin içərisindən isə 2 ədəd, ümumi 700 manat dəyərində qazan dəstləri, 30 ədəd, ümumi 400 manat dəyərində qızıl suyuna batırılmış qaşıqlar, 2 ədəd, ümumi 200 manat dəyərində yataq dəsti, 1 ədəd 1000 manat dəyərində LG markalı televizor, 1 ədəd 100 manat dəyərində pul qabı, 1 ədəd 300 manat dəyərində qəhvəyi rəngli dəri gödəkçə oğurlamışlar. Ümumilikdə ona 5050 manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus evdən 01.02.2020-ci iltarixdən 18.02.2020-ci il tarixədək olan müddət ərzində oğurluq olmuşdur. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Gəncə şəhəri Təzə bazar ərazisində yerləşən mağazada müxtəlif növ məişət avadanlıqlarının və əşyalarının alqı-satqısı, xüsusilə təmiri ilə məşğul olur. Təxminən 2020-ci ilin fevral ayının ortalarında o, mağazada olarkən Azər onun yanına gələrək əlində bir ədəd “HAOMAİ” markalı, göy rəngli kiçik işıq generatoru gətirərək həmin generatoru təmir etməsini istəmiş və generatoru yanında qoyaraq çıxıb getmişdir. O, bir neçə gündən sonra generatora baxdıqda həmin generatorun mühərrikinin işləmədiyini və tamamilə xarab olduğunu görmüşdür. Bir həftədən sonra Azər onun yanına gələrkən Azərə bu barədə bildirmiş və təmir üçün çox pul lazım olduğunu demişdir. Azər isə pulunun olmadığını ona demiş və həmin generatoru ondan ehtiyyat hissəsi kimi neçəyə ala biləcəyini soruşmuşdur. O da, əvvəlcə həmin generatoru almaq istəmədiyini bildirsə də, Azər heç olmasa 15 manat pul müqabilində həmin generatoru ondan almasını təkid etmişdir. Buna görə o, Azərlə razılaşmış və generatoru ehtiyyat hissəsi kimi almışdır. Təxminən bir aydan sonra polis əməkdaşları onun yanına gələrək həmin generatorun oğurluq olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs1 ona satdığı generatorun oğurluq olması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Həmin vaxt Azər həmin generatorun özünə məxsus olduğunu bildirmiş və ilkin olaraq ona təmir etmək üçün vermişdir və buna görə onda Azərə qarşı heç bir şübhə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, X8 onun kürəkənidir və ailəsi, anası Zərərçəkmiş şəxs1 ilə birlikdə uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşənşən həyət evi də onlara məxsusdur ki, onlar Bakı şəhərində olduqları üçün evlərinə nəzarət etməyi ona tapşırmışdılar. Buna görə o, arabir həmin evə gedib-gəlirdi. Onlar özləri də bəzən Gəncə şəhərinə evlərinə baş çəkmək üçün gəlib gedirdilər. Sonuncu dəfə 01 fevral 2020-ci il tarixdə onlar həmin evdə olan zaman hər şey qaydasında olmuşdur və evin qapılarını bağlayıb Bakı şəhərinə getmişdilər. 18.02.2020-ci il tarixdə, saat təxminən 22 radələrində evdə olarkən Ramidə ona zəng edərək qonşularından kiminsə onlara məxsus qarajın qapısının açıq olduğunu ona dediyini, evdən oğurluq edildiyini yəqin etdiyini ona bildirib həmin evə getməssini istədi. O, dərhal həmin evə getmiş və qapıdan həyətə daxil olduqda evin pəncərəsinin sınıq olduğunu görmüşdür. O, evin də qapısını açıb evə daxil olduqda evdə televizorun olmadığını, evdəki əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, heçnəyə toxunmamış və dərhal “102” xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başladılar. Lakin, o, dəqiq olaraq evdən hansı əşyaların oğurlandığını bilmədiyi üçün şikayət ərizəsi yazmamış və polisdən ev sahibəsi Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamalarını istəmişdir. Polis əməkdaşları Zərərçəkmiş şəxs1 ilə əlaqə saxladıqda o, qısa müddət ərzində Gəncə şəhərinə gələrək evinə baxıb ərizə yazacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, dəmir yığıb satmaqla çörəkpulu qazanıb ailəsini dolandırır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs3 əvvəllər tanıyırdı və onunla qonşuluqda yaşayırdı. Münasibəti həmişə yaxı olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə ümumiyyətlə tanımırdı və onlarla heç bir ədavət və düşmənçiliyim olmamışdır. Təxminən 2020-ci ilin fevral ayının ortalarında o, küçədə olarkən Emin onun yanına gələrək onda qazan dəstləri və kofe dəsti olduğunu, həmin əşyaları pula ehtiyacı olduğundan satmaq istədiyini ona bildirmişdir. O, Emindən həmin əşyaları haradan əldə etdiyini soruşduqda Emin həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O isə, bir neçə dəfə Emindən həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, Emin isə and içərək həmin əşyaların özünə məxsus olduğunu və heç bir problem olmadığını ona bildirmişdir. Bundan sonra o, həmin əşyaları Emindən almağa razılıq vermişdir. Həmin əşyalar iki ədəd ayrı-ayrı qazandan, bir ədəd qazan dəstindən və bir ədəd kofe dəstindən ibarət idi. Həmin əşyalara ümumilikdə 65 manat pul verəcəyini Eminə demiş və Eminlə razılaşaraq əşyaları alıb evinə aparmışdır. Həmin əşyalar qutunun içərisində olmuş və o da, gələcəkdə istifadə etmək üçün əşyaları evində saxlamışdır. Hal-hazırda da həmin əşyalar ondadır və könüllü olaraq istintaqa təqdim edə bilər. Təqsirləndirilən şəxs3 ona satdığı əşyaların oğurluq olması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Həmin vaxt Emin həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bu barədə polis əməkdaşları ona məlumat verdikdən sonra bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan Gəncə şəhəri, H.Əliyev prospektində olan köşkə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 fevral 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 15 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 15 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 17 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 17 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmiş, həmçinin zərərçəkmiş şəxsin evindən oğurladığı bir ədəd televizoru gizlətdiyi yeri göstərərək həmin televizoru təqdim etmiş, televizora baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin televizor “LG” markalı televizordur, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Götürmə aparılması haqqında” 17 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurladığı televizoru zirzəmidə gizlətdiyi yeri göstərmiş və həmin yerdə bir ədəd televizor aşkar edilmişdir. Həmin televizorun iki ədəd qara sellofan bükülmüş qara rəngli LG markalı televizor olması müəyyən edilmiş və həmin əşya götürülmüşdür. “Üzləşdirmə aparılması haqqında” 30 mart 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmiş və o, ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. “Götürmə aparılması haqqında” 08 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs3 satın aldığı əşyaları istintaqa təqdim etmiş, bununla əlaqədar olaraq Şahid2 təqdim etdiyi əşyalara baxış keçirilərək götürülmüş, həmin əşyalara baxış zamanı isə müəyyən edilmişdir ki, həmin əşyalar 2 ədəd “Evren” markalı qazan dəstindən, 1 ədəd “Empire-Tea set” markalı kofe dəstindən və 1 ədəd “Simay” markalı qazan dəstindən ibarətdir və işlənməmiş vəziyyətdədir. Şahid2 təqdim etdiyi əşyaların fotoşəkilləri “Samsung” markalı fotoaparatdan istifadə edilərək çəkilib protokola əlavə edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 aprel 2020-ci il tarixli, 9/732 nömrəli rəyindən görünür ki, 2020-ci ilin fevral ayına istifadə olunmuş “LG” markalı, “42LD461F” modelli televizorun orta bazar qiyməti 450 manat, 24 ölçülü “Evren” markalı qazanın orta bazar qiyməti 50 manat, 26 ölçülü “Evren” markalı qazanın orta bazar qiyməti 60 manat, 15 hissədən ibarət “Empire-Tea set” markalı kofe dəstinin orta bazar qiyməti 100 manat, 10 hissədən ibarət “Simay” markalı qazan dəstinin orta bazar qiyməti 60 manat, 23 iyun 2020-ci il tarixli, 9/1421 nömrəli rəydə isə 2020-ci ilin fevral ayına mühərriki işlək vəziyyətdə olan “Haomai” markalı işıq generatorunun orta bazar qiymətinin 300 manat olması göstərilmişdir. “Götürmə aparılması haqqında” 15 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs1 satın aldığı generatoru istintaqa təqdim etmiş, bununla əlaqədar olaraq Şahid3 təqdim etdiyi generatora baxış keçirilərək götürülmüş, həmin generatora baxış zamanı isə müəyyən edilmişdir ki, generator göy rəngdə olmaqla “HAOMAİ” markalıdır, 10A göstəriciyə malikdir, işlənmiş vəziyyətdədir. Şahid3 təqdim etdiyi generatorun fotoşəkilləri “Samsung” markalı fotoaparatdan istifadə edilərək çəkilib protokola əlavə edilmişdir. 14 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, daxili yanma mühərriki həmin generator qurğusunun iş görmə qabiliyətinin 60%-ni təşkil etdiyindən mühərrikin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 180 manat təşkil edir. “Üzləşdirmə aparılması haqqında” 15 sentyabr 2020-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmiş və o, ifadəsində göstərilənləri təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 15 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid3 oğlunun təqdim etdiyi əşyalar Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 həmin əşyaları tanıyaraq məhz ona məxsus evdən oğurlanmış əşyalar olduğunu bildirmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid3 təqdim etdiyi 1 ədəd generator, Şahid2 təqdim etdiyi 2 ədəd qazan, 1 ədəd qazan dəsti və 1 ədəd kofe-çay dəsti, həmçinin Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd televizor iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Sadıllı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 yaşadıqları yer üzrə müsbət xarakterizə olunmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 18.03.2020-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 20.06.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.07.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 21.09.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.04.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.12.2018-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluqları ödənilmiş olsa da, sonuncu hökm üzrə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 18.03.2020-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra həmin məhkəmənin qərarına əsasən cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan başqa, o, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 21.11.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 01.03.2020ci il tarixdə cəzasını başa çatmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 18.03.2020-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Samux rayon Məhkəməsinin 16.08.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzası 3 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 18.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış 16.02.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad olunan əməlləri törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə məxsus evdən 1 ədəd televizordan başqa zərərçəkmiş şəxsin göstərdiyi digər əşyaları, yəni, 2 ədəd, ümumi 700 manat dəyərində qazan dəstini, 30 ədəd, ümumi 400 manat dəyərində qızıl suyuna batırılmış qaşığı, 2 ədəd, ümumi 200 manat dəyərində yataq dəstini, 1 ədəd 100 manat dəyərində pul qabını, 1 ədəd 300 manat dəyərində qəhvəyi rəngli dəri gödəkçəni, həmçinin Təqsirləndirilən şəxs1 köşkdən ümumiyyətlə enerji içkiləri oğurlamaması barədə verdiyi ifadələrinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla, yəni zərərçəkmiş şəxslərin ifadələri, baxış və götürmə protokolları, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə qəsdən cinayət törətməyə görə məhkum olunmalarına baxmayaraq, məhkumluqları ödənilmədən yenidən cinayət əməlləri törətmələri onların cinayət törətməyə meyilli şəxslər olmasına dəlalət edir və bu hal onların şəxsiyyətlərini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onların barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, məsuliyyətlərini yüngülləşdirən halların olması və Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran hal kimi əməlində cinayətin residivi olması və CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, barələrində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, digər təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalı və onlara Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs4 28.02.2020-ci il tarixdən 01.03.2020-ci il tarixədək, Təqsirləndirilən şəxs3 isə 14.03.2020ci il tarixdən 16.03.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onların həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmənin çağırışlarına gəlmədiyinə görə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, 27.03.2021-ci il tarixdə tutularaq həbs edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli tutulduğu 27.03.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-55/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə, yəni 07.08.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbinin seçilməsi nəzərə alınmalı və onun cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – 1 ədəd generator, 2 ədəd qazan, 1 ədəd qazan dəsti, 1 ədəd çay-kofe dəsti, 1 ədəd televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçildiyinə görə dövlət büdcəsi hesabına ona müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 5 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 manat pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)- 55/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın . Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 14.03.2020-ci il tarixdən 16.03.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 28.02.2020-ci il tarixdən 01.03.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd generator, 2 ədəd qazan, 1 ədəd qazan dəsti, 1 ədəd çay-kofe dəsti və 1 ədəd televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-29/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-29/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver