Məhkəmə qərarları › İş №1(043)-29/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-29/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-29/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nın 66.5-ci maddəsinə əsasən qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayının əvəllərindən aprel ayının sonlarına kimi olan müddət ərzində günü istintaqa dəqiq məlum olmayan tarixdə X4 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə ev sahibinin evdə olmamasından istifadə edərək binanın birinci mərtəbəsində yerləşən mənzilin nəfəsliyindən zirzəmiyə daxil olaraq pilləkənlərlə yuxarı qalxıb mənzilin içərisinə daxil olmuş, mənzildə axtarış aparan vaxt həmin mənzilin giriş qapısının açarını zalda olan rəfin içərisindən tapdıqdan sonra günü istintaqa dəqiq məlum olumayan vaxtlarda vahid niyyətlə ayrı-ayrı vaxtlarda Çiçək Mustafayevaya məxsus evin qapısını açarla açıb mənzilə qanunsuz daxil olaraq evin giriş hissəsindəki yardımçı mətbəxdən bir ədəd 1000 (bir min) manat dəyərində işlənməmiş vəziyyətdə olan 10 kiloluq LG markalı paltaryuyan maşını, bir ədəd 300 (üç yüz) manat dəyərində az işlənmiş vəziyyətdə markası istintaqa məlum olmayan su qızıdırıcısı (minutka), bir ədəd 30 (otuz) manat dəyərində işlənmiş vəziyyətdə eletrik tərəzisi, bir ədəd işlənməmiş vəziyyətdə «Samsung» markalı soyuducunun 500 manat dəyərində mühərriki, evin zalından bir ədəd 1200 (bir min iki yüz) manat dəyərində işlənməmiş vəziyyətdə 3D eynəklə birlikdə 120 diaqanallı «Samsung» markalı plazma televizor, işlənməmiş vəziyyətdə 150 manat dəyərində bir ədəd televizor altlığı, evin yataq otağının qarşısında yerləşən qonaq otağında qab rəfindən hər biri 5 manat olan 300 manat dəyərində işlənməmiş vəziyyətdə 60 ədəd stəkan və nəlbəki dəsti, hər biri 15 manat olan 360 manat dəyərində işlənməmiş vəziyyətdə 24 ədəd xurustal mürəbbə qabları, 50 manat dəyərində işlənməmiş vəziyyətdə 12 ədəd Rusiya istehsalı olan mürəbbə qaşıqları, hər biri 5 manat olan 60 manat dəyərində işlənməmiş vəziyyətdə 12 ədəd qənddan, hər biri 3 manat olan 36 manat dəyərində işlənmiş vəziyyətdə 12 ədəd SSRİ istehsalı olan böyük buludlar, hər biri 2 manat olan 24 manat dəyərində işlənmiş vəziyyətdə 12 ədəd dovğa kasaları, Rusiya istehaslı olan ümumlikdə 100 manat dəyərində işlənməmiş vəziyyətdə sellofan bağlamalarda 48 ədəd çəngəl, 48 ədəd xörək qaşıqları və 48 ədəd çay qaşıqları, 250 manat dəyərində Almaniya istehsalı olan müxtəlif ölçülərdə işlənməmiş vəziyyətdə 18 ədədlik qazan dəsti, 250 manat dəyərində bir ədəd işlənmiş vəziyyətdə LG markalı tozsoran, həmin otaqda stolun üzərində olan işlənməmiş vəziyyətdə bir ədəd göy rəngli 30 manat dəyərində gül qabı, işlənməmiş vəziyyətdə 100 manat dəyərində bir dəst çayni servis, işlənməmiş vəziyyətdə 150 manat dəyərində iki ədəd meyvə qabı və iki ədəd konfet qabı dəsti, həmin otaqda yerləşən bardan hər birinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində 6 ədəd 0,7 litrlik «Tekila» araqları, həmin otaqda yerlşən qab rəfindən işlənməmiş vəziyyətdə 100 manat dəyərində stəkanları ilə birlikdə su qabı, işlənməmiş vəziyyətdə 80 manat dəyərində 12 ədəd nəlbəkiləri ilə birlikdə xurustal stəkanlar, işlənməmiş vəziyyətdə 60 manat dəyərində 12 ədəd xurustal armudu stəkanlar, hər birinin qiyməti 7 manat olmaqla 28 manat dəyərində dörd ədəd xurustal meyvə qabları, hər birinin qiyməti 6 manat olmaqla 24 manat dəyərində dörd ədəd konfet qabları, işlənməmiş vəziyyətdə 50 manat dəyərində 1 ədəd elektrik samovarı, işlənməmiş vəziyyətdə 35 manat dəyərində 1 ədəd elektrik çaydanı, həmin otaqdan 180 manat dəyərində Almaniya istehsalı olan gümüş qab (futliyar), həmin qabın içərisində işlənməmiş vəziyyətdə 200 manat dəyərində 80 ədəd qaşıqlar, işlənməmiş vəziyyətdə 40 manat dəyərində 1 ədəd elektrik çaydanı, işlənməmiş vəziyyətdə 40 manat dəyərində 1 ədəd «toster», işlənməmiş vəziyyətdə hər birinin qiyməti, 10 manat olan 60 manat dəyərində Türkiyə istehsalı 6 ədəd məhrabalar, işlənməmiş vəziyyətdə 15 manat dəyərində bir cüt evdə geyinmək üçün yay çəkməsi, həmin otaqda olan sandığın içərisindən işlənməmiş vəziyyətdə hər birinin qiyməti 10 manat olan 60 manat dəyərində 6 ədəd kiçik mebel stolu üçün nəzərdə tutulan skater, işlənməmiş vəziyyətdə hər birinin qiyməti 20 manat olan 120 manat dəyərində 6 ədəd böyük skater, işlənməmiş vəziyyətdə qutularda olan hər birinin qiyməti 15 manat olan 150 manat dəyərində 10 ədəd yataq dəstləri, evin yataq otğından hər birinin qiyməti 60 manat olan 360 manat dəyərində 6 ədəd 2,5 kiloluq yorğanlar, hər birinin qiyməti 100 manat olamqla 200 manat dəyərində iki ədəd 10-12 kiloluq döşəklər, hər birinin qiyməti 800 manat olan 1600 manat dəyərində işlənmiş vəziyyətdə iki ədəd 3,5-4,5 metr ölçülərdə İran istehaslı olan xalçalar, 2500 manat dəyərində əl ilə toxunmuş bir ədəd xalı, hər birinin qiyməti 150 manat olan təxminən 2-3 metr ölçülərdə Bakı istehsalı olan 13 ədəd 1950 manat dəyərində xalçalar, yataq otağındakı çarpayıların yanından hər birinin qiyməti 20 manat olan iki ədəd 40 manat dəyərində gecə lampaları, 1500 manat dəyərində bir ədəd Yalona markalı gitara, həmin otaqdakı dolabdan hər birinin qiyməti 150 manat olan geyinilməmiş vəziyyətdə 450 manat dəyərində üç ədəd qadın donları, hər birinin qiyməti 20 manat olan müxtəlif ölçülərdə olmaqla 600 manat dəyərində 30 dəst məhrabalar, hər birinin qiyməti 15 manat olan işlənməmiş vəziyyətdə 90 manat dəyərində 6 ədəd yay üçün adyallar, hər birinin qiyməti 50 manat olan işlənməmiş vəziyyətdə 100 manat dəyərində 2 ədəd qış üçün qalın adyallar, hər birinin qiyməti 20 manat olan işlənmiş vəziyyətdə 60 manat dəyərində 3 ədəd çarpayının üzərinə örtülən örtüklər, mənzilin zirzəmisindən 80 manat dəyərində bir ədəd «ORSK» markalı işlənmiş vəziyyətdə olan soyuducunun mühərriki, işlənmiş vəziyyətdə 80 manat dəyərində bir ədəd aspirator, hər birinin qiyməti 20 manat olan 60 manat dəyərində 3 ədəd aşsüzən, 25 manat dəyərində 10 kiloluq bir ədəd qazan, 30 manat dəyərində işlənmiş vəziyyətdə çəngəl-qaşıq dəsti, 25 manat dəyərində bir ədəd işlənmiş vəziyyətdə elektrik sərinkeşi, 10 manat dəyərində ayaq hissəsi qartal formasında olan bir ədəd işlənmiş vəziyyətdə divar saatı, daha sonra isə qapısını açarla açma yolu ilə digər zirzəmiyə qanunsuz daxil olaraq oradan 20 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd iri qırmızı rəngli qaz balonu, 15 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd kiçik yaşıl rəngli qaz balonu, 80 manat dəyərində bir ədəd xeyir-şər qazanı, 100 manat dəyərində bir ədəd iri aş bişirmək üçün nəzərdə tutulan qazan, 150 manat dəyərində bir ədəd 3 kiloluq mejmayı, 60 manat dəyərində bir ədəd 1 kiloluq mejmayı, hər birinin qiyməti 15 manat olan 90 manat dəyərində 6 ədəd müxtəlif ölçülü mürəbbə bişirmək üçün şirəli ləyənlər, hər birinin qiyməti 30 manat olan 60 manat dəyərində iki ədəd mis materialdan hazırlanmış iri tiyən, hər birinin qiyməti 15 manat olan 60 manat dəyərində 4 ədəd iri ölçüdə tiyənlər, 80 manat dəyərində iri ölçüdə bir ədəd məngənə, bir ədəd 130 manat dəyərində 8 litrlik mis materialından hazırlanmış köz samovarını gizli yolla talayıb X4 ümumilikdə 16.917 (on altı min doqquz yüz on yeddi manat) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə alüdəçisidir. Narkotik vasitə almaq üçün pulu olmadığından 2021-ci il fevral ayının əvvəlində, gününü dəqiq bilmədiyi tarixdə gecə saatlarında onunla qonşuluqda binanın birinci mərtəbəsində yaşayan X1 yaşadığı mənzildən oğurluq edib aparıb evdəki əşyaları sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlədə həmin evdə yaşayış olmadığını və ev sahibi Çiçək Mustafayevanın uzun müddət Rusiya Federasiyasında yaşadığını bildiyindən mənzilin artırma hissəsində olan balaca nəfəslikdən içəriyə daxil olmuşdur. Nəfəslikdən içəriyə daxil olub pilləkənlərlə qalxıb mənzilə daxil olmuşdur. Mənzildə axtarış aparan vaxt qab rəfində olan qutunun içərisindən həmin mənzilə aid iki ədəd açar tapmışdır. Evdə qiymətli əşya yəni qızıl və pul tapmadığına görə həmin gün oradan bir dəst “madonna” markalı qab dəstini götürüb evdən tapdığı əl çantasına yığmış və qapını da açarla açıb evdən çıxıb getmişdir. Mənzildən tapdığı açarları da özü ilə götürmüşdür. O, oğurladığı qab dəstini Gəncə şəhərində “Kolxoz bazarı” adlanan yerə aparıb orada qab-qaşıq satan Leyla adlı arvada 140 manat satmışdır. Bundan sonra iki-üç gündən bir həmin evə qapını açarla açıb mütəmadi daxil olaraq oradan ev əşyalarını az-az götürüb aparıb müxtəlif şəxslərə satmışdır. Həmin evdən müxtəlif vaxtlarda oğurlamış olduğu qab-qacaqları, 2 ədəd böyük gəvəni, 4-5 ədəd balaca xalçanı, 10 dəst yataq dəstlərini, təzə vəziyyətdə olan hamam xalatlarını, əl üz və hamam dəsmallarını, markalarını və saylarını xatırlamadığı qazanları, qazan dəstlərini aşsüzənləri və digər gündəlik istifadə edilə bilən ev əşyalarını oğurlayıb Leyla adlı qadına satmışdır. Bundan başqa evdən oğurladığı “Samsung” markalı, 124 dioqanallı televizoru, yanında olan iki ədəd “3D” markalı eynəyi, 4 ədəd yorğanı, 1 ədəd tozsoranı və bir ədəd su qızdırıcını isə oğurlayıb tanışı Seymurun anası Amiləyə 500 manata satmışdır. Həmin evdən oğurladığı paltaryuyan və aspiratoru isə Gəncə şəhərində yerləşən mal bazarında tanımadığı şəxsə 150 manata satmışdır. Evdən oğurladığı mis və aliminium materialdan olan işlənmiş qazanları və qab-qacaqları isə əzib Gəncə şəhərində “Sovxoz Nizami” adlanan yerdə motorollerlə metal yığan tanımadığı şəxsə satıb 60 manat pul əldə etmişdir. Həmin evdən oğurladığı SSRİ istehsalı olan soyuducunun matorunu isə söküb qazanları satan zaman onun içində olan misi də çıxarıb metal qəbulu məntəqəsinə satmışdır. Bundan başqa Çiçək Mustafayevanın evindən oğurladığı iç-içə 5 qazan olmaqla bir dəst qazanı 140 manata qonşuluqda yaşayan Şahid6 adlı şəxsə satmışdır. Həmin qazanları yaşadığı evdən götürüb satdığını Kənana dediyi üçün Kənan qazanların oğurluq olduğunu bilməmişdir. Bundan başqa Çiçək Mustafayevanın evindən oğurladığı bir ədəd alüminium materialdan hazırlanmış qazanı 5 manata tanışı Emiş ləqəbli Şahid3 satmışdır. Həmin qazanı yaşadığı evdən götürüb satdığını Elmirə bildirmiş və Elmir qazanın oğurluq olduğunu bilməmişdir. Bundan başqa Çiçək Mustafayevanın evindən oğurladığı yataq üzlüklərindən 1 dəstini və bir ədəd yorğanı 40 manata tanışı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsindəki yataqxanada yaşayan Günay adlı qıza satmış, yataq üzlüklərini yaşadığı evdən götürüb satdığını Günaya dediyi üçün sonuncu həmin yataq üzlüklərinin oğurluq olduğunu bilməmişdir. Bundan başqa Çiçək Mustafayevanın evindən oğurladığı bir ədəd bir ədəd sərinkeş, bir ədəd xalçanı «X21 Ticarət Mərkəzində» yerləşən işlənmiş malları alan dükana ümumilikdə 69 manat pul müqabilində satmış, həmin əşyaları satdığı şəxsə oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin evdə olan təzə soyuducunun matorunu da söküb “Qaqaş” ləqəbli əsl adını bilmədiyi “Poçt” qəsəbəsində yaşayan şəxsə vermişdir. Çiçək Mustafayevanın evindən oğurladığı, yəni ona verilən ittihamda qeyd olunan əşyaları tək oğurlamış, həmin əşyaları hadisədən təxminən 6-7 ay əvvəl oğurladığı üçün ayrı-ayrılıqda adları yadında qalmamışdır. O, həmin əşyaları Gəncə şəhəri ərazisində xatırlamadığı şəxslərə satmış, satdığı əşyaların özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Hazırda əməlindən peşiman olmaqlıa cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 məhkəmə istintaqında tədqiq olunmuş ifadəsindən görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, oğurluq edlmiş mənzil ona məxsusdur. O, Rusiya Federasiyasının Moskva şəhərində övladları və həyat yoldaşı ilə birlikdə yaşayır. Təxminən 30 ildir ki hər il yay aylarında gəlib həmin ünvandakı evində yaşayır. 2020-ci ilin yay aylarında məlum «karonavirus» pandemiyası ilə bağlı Azərbaycana gələ bilməmişdir. Rusiya Fesderasiyasında olduqları zaman evinə qardaşı Şahid1 gedib nəzarət etmiş və evinin açarları yalnız həmişə onda olmuşdur. 24 iyun 2021-ci il tarixdə qardaşı Eldar ona zəng edib evindən oğurluq olduğunu bildirmişdir. O, bu xəbəri eşidən kimi dərhal bilet alıb Rusiya Federasiyasından ünvan 4 ünvanda yaşadığı evinə gəlmişdir. Gəncə şəhərinə gələnədək evindən oğurluq hadisəsi baş verməsi barədə qardaşı Şahid1 DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və bu barədə şikayət ərizəsi yazmışdır. O, Gəncə şəhərinə gəldikdən sonra evindən xeyli sayda əşyalarının oğurlandığını görmüş, dəqiq olaraq hansı əşyaların oğurlandığını müəyyən edə bilməsə də təxmini olaraq evinə nəzər salıb oğurlanmış əşyalar barədə qısa izahat vermişdir. Naməlum şəxs binanın birinci mərtəbəsində yerləşən mənzilinə nəfəslikdən keçərək zirzəmiyə daxil olmuş, oradan pilləkənlərlə yuxarı qalxaraq qapı açıq olduğu üçün mənzilə daxil olmuş, mənzildə axtarış aparan vaxt mənzilin giriş qapısının açarını zalda olan rəfin içərisindən açarları götürmüş, daha sonra isə heç bir qapı və pəncərəni sındırmadan sərbəst şəkildə mənzilin giriş qapısını açaraq mənzilə qanunsuz olaraq daxil olub əşyalarını oğurlamışdır. O, sonradan evinə və əşyalarını yığdığı zirzəmiyə nəzər salıb baş vermiş oğurluq hadisəsi barədə hansı əşyaların oğurlandığını dəqiqləşdirmiş və baş vermiş oğurluq hadisəsi nəticəsində yaşadığı evinin giriş hissəsindəki yardımçı mətbəx kimi istifadə etdiyi yerə qoymuş olduğu təxminən 10 il əvvəl almış olduğu bir ədəd 1000 (bir min) manat dəyərində işlənməmiş vəziyyətdə olan 10 kiloluq LG markalı paltaryuyan maşın, təxminən 10 il əvvəl almış olduğu bir ədəd 300 (üç yüz) manat dəyərində az işlənmiş vəziyyətdə olan markasını bilmədiyi su qızıdırıcısı (minutka), təxminən 10 il əvvəl almış olduğu bir ədəd 30 (otuz) manat dəyərində işlənmiş vəziyyətdə olan eletrik tərəzisi, təxminən 10 il əvvəl almış olduğu bir ədəd 3000 (üç min) manat dəyərində işlənməmiş vəziyyətdə olan “Samsung” markalı soyuducunun matoru, bundan sonra evinin zalında olan təxminən 10 il əvvəl almış olduğu bir ədəd 1200 (bir min iki yüz) manat dəyərində işlənməmiş vəziyyətdə olan təxminən 120 dioqonal ölçüdə “Samsung” markalı plazma televizor və 3D eynəklə birlikdə, həmin vaxt almış olduğu işlənməmiş vəziyyətdə olan 150 manat dəyərində televizor altlığı, daha sonra evin yataq otağının qarşısında yerləşən qonaq otağında olan qab rəfindən 5-6 il əvvəl hər birini 5 manata almış olduğu 300 manat dəyərində işlənməmiş 60 ədəd stəkan və nəlbəki dəsti, həmin vaxt hər birini 15 manata almış olduğu 360 manat dəyərində işlənməmiş 24 ədəd xurustal mürəbbə qabları, SSRİ dövründə aldığı təxminən 50 manat dəyərində işlənməmiş 12 ədəd Rusiya istehsalı olan mürəbbə qaşıqları, 5-6 il əvvəl hər birini 5 manata almış olduğu 60 manat dəyərində işlənməmiş 12 ədəd qənddan, hər birinin qiyməti 3 manat olmaqla 36 manat dəyərində işlənmiş vəziyyətdə 12 ədəd SSRİ istehsalı olan böyük buludlar, hər birinin qiyməti 2 manat olmaqla 24 manat dəyərində işlənmiş vəziyyətdə 12 ədəd dovğa kasaları, bir neçə il əvvəl aldığı Rusiya istehaslı olan ümumlikdə 100 manat dəyərində işlənməmiş vəziyyətdə sellofan bağlamalarda saxladığı 48 ədəd çəngəl, 48 ədəd xörək qaşıqları və 48 ədəd çay qaşıqları, 5-6 il əvvəl 250 manata almış olduğu Almaniya istehsalı olan müxtəlif ölçülərdə işlənməmiş vəziyyətdə 18 ədədlik qazan dəsti, həmin otaqda stolun üzərində olan işlənməmiş vəziyyətdə bir ədəd göy rəngli 30 manat dəyərində gül qabı, işlənməmiş vəziyyətdə 100 manat dəyərində bir dəst çayni servis, işlənməmiş vəziyyətdə 150 manat dəyərində iki ədəd meyvə qabı və iki ədəd konfet qabı dəsti, həmin otaqda yerləşən bardan hər birinin qiyməti 30 mant olmaqla 180 manat dəyərində 6 ədəd 0,7 litrlik “Tekila” araqları, həmin otaqda yerlşən qab rəfindən işlənməmiş vəziyyətdə 100 manat dəyərində stəkanları ilə birlikdə su qabı, işlənməmiş vəziyyətdə 80 manat dəyərində 12 ədəd nəlbəkiləri ilə birlikdə xurustal stəkanlar, işlənməmiş vəziyyətdə 60 manat dəyərində 12 ədəd xurustal armudu stəkanlar, hər birinin qiyməti 7 manat olmaqla 28 manat dəyərində dörd ədəd xurustal meyvə qabları, hər birinin qiyməti 6 manat olmaqla 24 manat dəyərində dörd ədəd konfet qabları, işlənməmiş vəziyyətdə 50 manat dəyərində 1 ədəd elektrik samovarı, işlənməmiş vəziyyətdə 35 manat dəyərində 1 ədəd elektrik çaydanı, həmin otaqdan 180 manat dəyərində Almaniya istehsalı olan gümüş qab (futliyar), həmin qabın içərisində işlənməmiş vəziyyətdə 200 manat dəyərində 80 ədəd qaşıqlar, işlənməmiş vəziyyətdə 40 manat dəyərində 1 ədəd elektrik çaydanı, işlənməmiş vəziyyətdə 40 manat dəyərində 1 ədəd «toster», işlənməmiş vəziyyətdə hər birinin qiyməti, 10 manat olan 60 manat dəyərində Türkiyə istehsalı 6 ədəd məhrabalar, işlənməmiş vəziyyətdə 15 manat dəyərində bir cüt evdə geyinmək üçün yay çəkməsi, bundan başqa naməlum şəxs və ya şəxslər həmin otaqda olan mebeldən düzəldilmiş sandığın qapısını qıraraq içərisindən də əşyalarımı oğurlamışlar. Belə ki işlənməmiş vəziyyətdə hər birinin qiyməti 10 manat olan 60 manat dəyərində 6 ədəd kiçik mebel stolu üçün nəzərdə tutulan skater, işlənməmiş vəziyyətdə hər birinin qiyməti 20 manat olan 120 manat dəyərində 6 ədəd böyük skater, işlənməmiş vəziyyətdə qutularda olan hər birinin qiyməti 15 manat olan 150 manat dəyərində 10 ədəd yataq dəstləri oğurlanmışdır. Bundan başqa evinin yataq otğından təxminən 3 il əvvəl aldığı hər birinin qiyməti 60 manat olan 360 manat dəyərində 6 ədəd 2,5 kiloluq yorğanlar, hər birinin qiyməti 100 manat olamaqla 200 manat dəyərində 10-12 kiloluq döşəklər, 2013-cü ildə aldığı hər birinin qiyməti 800 manat olan 1600 manat dəyərində işlənmiş vəziyyətdə iki ədəd 3,5-4,5 metr ölçülərdə İran istehaslı olan xalçalar, bir ədəd anasından yadigar qalmış 2500 (iki min beş yüz) manat dəyərində əl ilə toxunmuş olan xalı, müxtəlif vaxtlarda almış olduğu hər birinin qiyməti təxminən 150 manat olan ayrıayrı ölçülərdə, yəni təxminən 2-3 metr ölçülərdə Bakı istehsalı olan 13 ədəd xalçalar, həmin yataq otağındakı çarpayıların yanından hər birinin qiyməti 20 manat olan iki ədəd 40 manat dəyərində gecə lampaları, bundan başqa onun yataq otağından 30 il əvvəl aldığı 1500 manat dəyərində bir ədəd Yalona markalı gitara, həmin otaqdakı dolabdan hər birinin qiyməti 150 manat olan geyinilməmiş vəziyyətdə 450 manat dəyərində üç ədəd qadın donları, hər birinin qiyməti 20 manat olan müxtəlif ölçülərdə olmaqla 600 manat dəyərində 30 dəst məhrabalar, hər birinin qiyməti 15 manat olan işlənməmiş vəziyyətdə 90 manat dəyərində 6 ədəd yay üçün adyallar, hər birinin qiyməti 50 manat olan işlənməmiş vəziyyətdə 100 manat dəyərində 2 ədəd qış üçün qalın adyallar, hər birinin qiyməti 20 manat olan işlənmiş vəziyyətdə 60 manat dəyərində 3 ədəd çarpayının üzərinə örtülən örtüklər oğurlanmışdır. Bundan başqa naməlum şəxs və ya şəxslər binanın qarşı tərəfinə açılan zirzəminin kiçik pəncərəsindən içəriyə daxil olaraq oradan 80 manat dəyərində bir ədəd «ORSK» markalı işlənmiş vəziyyətdə olan soyuducunun mühərrikini, işlənmiş vəziyyətdə 80 manat dəyərində bir ədəd aspirator, hər birinin qiyməti 20 manat olan 60 manat dəyərində 3 ədəd aşsüzən, 25 manat dəyərində 10 kiloluq bir ədəd qazan, 30 manat dəyərində işlənmiş vəziyyətdə çəngəl-qaşıq dəsti, 25 manat dəyərində bir ədəd işlənmiş vəziyyətdə elektrik sərinkeşi, 10 manat dəyərində ayaq hissəsi qartal formasında olan bir ədəd işlənmiş vəziyyətdə divar saatı oğurlamışdır. Daha sonra isə naməlum şəxs və ya şəxslər həmin zirzəmidə divardan asılmış açar dəstini götürüb digər zirzəminin qapısını açaraq oraya daxil olub həmin zirzmidən 20 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd iri qırmızı rəngli qaz balonu, həmin zirzmidən 15 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd kiçik yaşıl rəngli qaz balonu, 80 manat dəyərində bir ədəd xeyir-şər qazanı, 100 manat dəyərində bir ədəd iri aş bişirmək üçün nəzərdə tutulan qazan, 150 manat dəyərində bir ədəd 3 kiloluq mejmayı, 60 manat dəyərində bir ədəd 1 kiloluq mejmayı, hər birinin qiyməti 15 manat olan 90 manat dəyərində 6 ədəd müxtəlif ölçülü mürəbbə bişirmək üçün şirəli ləyənlər, hər birinin qiyməti 30 mant olan 60 manat dəyərində iki ədəd miss materialdan hazırlanmış iri tiyən, hər birinin qiyməti 15 manat olan 60 manat dəyərində 4 ədəd iri ölçüdə tiyənlər, 80 manat dəyərində iri ölçüdə bir ədəd məngənə, bir ədəd anasından ona yadigar qalmış 130 manat dəyərində 8 litrlik mis materialından hazırlanmış köz samovarı və 5 il əvvəl 250 manata aldığı işlənmiş vəziyyətdə LG markalı tozsoran oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin cinayət nəticəsində vurmuş olduğu zərəri ödəmədiyindən zərərçəkmiş şəxsin ondan şikayətçi olduğunu bildirib ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X7 onun bacısıdır. Çiçək Mustafayeva ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Çiçək hadisədən 2 il əvvəl Azərbaycan Respublikası ünvan 4 ünvanında yerləşən evinə gəlmişdir. Çiçək Mustafayeva Azərbaycana gələndə onun yaşadığı evdə qalmış və günün müxtəlif saatlarında özünə məxasus evinə getmişdir. Bacısı Rusiya Federasiyasına gedərkən yalnız evin açarlarını ona vermiş və müxtəlif vaxtlarda evə gedib nəzarət etməyi ondan xahiş etmişdir. O isə müxtəlif vaxtlarda evə gedib baş çəkib qayıtmışdır. Sonuncu dəfə 2021-ci ilin may ayının sonlarına yaxın evə getmişdir. O, evə getdikdə ilk öncə evin qapı və pəncərələrinə baxıb orada heç bir sındırılma əlamət olmadığına görə evinə qayıtmışdır. Bu səbəbdən evə daxil olub içəridə olan əşyaların oğurlanıb-oğrlanmamasına baxmamışdır. 24 iyun 2021-ci il tarixdə o, yenidən həmin evə gedəndə evin qapısında olan iki ədəd kilidə açarları salıb açmaq istəyəndə qapının üstündə olan birinci kilid bir dövr fırlanmış, ikinic kilid isə açıq olduğu üçün fırlanmamışdır. O, bundan sonra qapının açıq olduğunu görüb evdən oğurluq olmasından şübhələnmişdir. O, evə daxil olduqda ilk öncə pilləkənin baş tərəfində yerləşən kiçik mətbəxdə paltaryuyan maşının və su qızdırıcının olmadığını görmüşdür. Bundan sonra evin zalına daxil olmuş, orada evdə olan plazma televizorun və taxta materialından hazırlanmış boz rəngli televizor altlığının olmadığını görmüşdür. Bundan sonra o, polisə evdən oğurluq olması haqqında məlumat vermişdir. Onun nəzarət etdiyi bacısı Çiçək Mustafayevanın evindən bir ədəd markasını və modelini bilmədiyi paltaryuyan maşın, markasını və modelini bilmədiyi bir ədəd televizor, televizor altlığı, evdə olan 2 ədəd ölçülərini bilmədiyi xalça, evin qab rəfində olan saylarını və markalarını bilmədiyi qab dəstləri və evin zirzəmisində olan köhnə soyuducunun motoru sökülərək oğurlanmışdır. Çiçək Mustafayevanın evindən oğurluq açar seçmə üsulu ilə törədilmişdir. Evin qapısında və pəncərələrində heç bir sındırılma izləri olmamışdır. Sonradan bacısı Çiçək Mustafayeva ona evin açarlarının bir surətinin evin zalında olan qab rəfindəki qabın içərisində oduğunu və həmin açarların yerində olmadığını demişdir. Çiçək Mustafayevanın evinin açarları ondan başqa heç kəsdə olmamış, həmin evə ondan başqa heç kəs nəzarət etməmişdir. O, sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonlarında evə daxil olmuş, həmin vaxt evdən heç bir əşya oğurlanmamışdır. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs adlı bacısıgilin qonşusu olduğunu bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Gəncə şəhərində “X21 Ticarət Mərkəzində” yerləşən icarə əsasında işlətdiyi dükanda işlənmiş məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 2021-ci ilin fevral ayının ortalarında, gününü dəqiq bilmədiyi tarixdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya işlənmiş vəziyyətdə olan bir ədəd sərinkeş, bir ədəd xalçanı gətirib satmaq istədiyini demişdir. O, şəxsiyyət vəsiqəsini istəyib müvafiq qeydlər aparmaq istəyəndə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, bir-iki gün müddətinə yenidən bazara gələndə şəxsiyyət vəsiqəsini gətirib ona təqdim edəcəyinə söz vermişdir. Ramindən satmaq istədiyi əşyaları haradan əldə etdiyini, oğurluq olubolmadığını Təqsirləndirilən şəxs soruşduqa o, həmin əşyaların özünə məxsus olduğunu, maddi imkanı zəif olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. O, Raminin dediklərinə inanıb həmin əşyaları ondan almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs bir ədəd sərinkeşi 35 manata, bir ədəd xalçanı isə 34 manata satdığını bildirmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 69 manat pul ödəyib ondan bir ədəd sərinkeş, bir ədəd xalça almışdır. Təqsirləndirilən şəxs aldığı bir ədəd xalça və bir ədəd sərinkeş mağazasında olduğundan könüllü olaraq istintaqa təqdim etmiş və həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayının ortalarında tanışı Təqsirləndirilən şəxsla yaşadığı küçədə rastlaşmışdır. Təqsirləndirilən şəxs əlində iç-içə beş ədəd qazanlar olmaqla bir dəst qazan apardığını görmüşdür. Təqsirləndirilən şəxs ona həyat yoldaşı rəhmətə getdiyi üçün maddi imkanı zəif olduğuna görə evində olan əşyaları satdığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs iç-içə beş ədəd qazanlar olmaqla bir dəst qazanı satmağa apardığını ona bildirmişdir. O, evlərində istifadə etmək məqsədilə həmin qazanı Təqsirləndirilən şəxs almaq istəmişdir. O, qazanları Təqsirləndirilən şəxs neçəyə satdığını soruşanda sonuncu 140 manata satdığını bildirmişdir. O, Raminə 140 manat ödəyib iç-içə beş ədəd qazanları ondan alıb yaşadığı evinə aparmışdır. Təqsirləndirilən şəxs almış olduğu qazanların oğurluq yolu ilə əldə edilməsini sonradan bilmişdir. Bundan sonra həmin qazanları istifadə etməyib yaşadığı evdə saxlamışdır. Şahid X13nın məhkəmə istintaqında tədqiq olunmuş ifadəsindən görünür ki, artıq 25 ildir ki, Gəncə şəhəri Köhnə kolxoz bazarının yanında özünə məxsus mağazada işlənmiş məişət əşyalarının alqı-satqısı ilə məşğul olaraq çörəkpulu qazanır. Onu tanışları Leyla adı ilə tanıyır lakin, əsl adı X11. O, işlənmiş məişət əşyaları yalnız mağazaya satmaq üçün gətirmiş şəxslərdən bir qədər ucuz qiymətə alır və bir qədər baha qiymətə satır. Bütün müştərilərdən hər hansısa bir əşyanı alarkən onun şəxsiyyət vəsiqəsini tələb edərək surətini götürür və dəftərində müvafiq qeydlər aparır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 12 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi mağazaya 6 ədəd stəkan, 6 ədəd sok içmək üçün bakal, 4 ədəd Rusiya istehsalı olan konfet qabı, 6 ədəd qaşıq və 6 ədəd çəngəl gətirib satmaq istədiyini demişdir. O, Ramindən şəxsiyyət vəsiqəsini istəyib müvafiq qeydlər apamış və gətirdikləri əşyalara ümumilikdə 100 manat pul verib almışdır. Ramin əşyaları satarkən arvadının öldüyünü bu səbəbdən ev əşyalarını satıb Bakı şəhərinə getmək istədiyini demişdir. Bundan üç gün sonra 15 fevral 2021-ci il tarixdə 30 ədəd Rusiya istehsalı olan xrustal çay stəkanı, 3 ədəd Rusiya istehsalı olan xrustal mürəbbə qabı, 3 ədəd sadə şüşə materialdan hazırlanmış mürəbbə qabı, bir ədəd qrafin və altı ədəd onun stəkanını gətirib satmaq istədyini demişdir. O, əşyalara 150 manat pul verib onları almış və dəftərində müvafiq qeydlər aparmışdır. Növbəti dəfə 24 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 12 ədəd sok içmək üçün şüşə materialdan hazırlanmış stəkan, 12 ədəd mürəbbə yemək qüçün qab, 18 ədəd nəlbəki, 6 ədəd Çin istehsalı duz qabı, 12 ədəd dəmir materialdan hazırlanmış Rusiya İstehsalı olan aş qaşığı, 12 ədəd kiçik çömçə, 48 ədəd qaşıq və çəngəl, 24 ədəd çay qaşığı, 60 ədəd sadə qaşıq, 8 ədəd kofe içmək üçün qaşıq gətirib 90 manata satmışdır. Növbəti dəfə 01 mart 2021-ci il tarixdə İran istehsalı olan “Tefal” markalı qazan dəstini 35 manata Ramindən almışdır. 11 mart 2021-cii l tarixdə müxtəlif ölçülərdə qarşıq 30 ədəd boşqab, Rus istehsalı olan 1 ədəd şüşə materialdan hazırlanmış meyvə qabı, 12 ədəd aş qoymaq üçün bulud, bir ədəd ləpə qabı, 1 ədəd şüşə materialdan konfet qabı, 6 ədəd düz aş boşqabı, 2 ədəd böyük xəngəl üçün buludu 75 manata ondan almışdır. Bundan sonra 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs **-CM-*** nömrə nişanlı, taksi maşını ilə işlətdiyi mağazaya 2 ədəd 1,5x2 metr ölçüdə 1 ədəd isə ölçüsü daha böyük olan Gəncə xalçasını, 1 ədəd elketirikli sərinkeş gətirib 70 manata satmışdır. 08 aprel 2021-ci il tarixdə isə 2 ədəd kiçik ölçüdə xalça və bir ədəd dəhliz üçün nəzərdə tutulmuş nazik uzun sintetik materialdan hazırlanmış xalçanı 45 manat pula, bir dəst yemək boşqab dəstini 25 manata, 2 manata 2 ədəd bulud, 6 ədəd duz qabı və bir ədəd 3 manata üç mərtəbəli ləpə qabını, 4 manat pula bir ədəd əl-üz məhrəbasını almışdır. 17 aprel 2021-ci il tarixdə sonuncu dəfə Təqsirləndirilən şəxs ona bir ədəd İran istehsalı, saçaqlı, 2x3 ölçüdə olan xalçanı gətirib 100 manata satmışdır. Lakin indiyə qədər onun cinayət törətməsi barədə məlumatı olmamış və bu barədə ona heç kim heç bir məlumat verməmişdir. Həmin əşyaları hər dəfə Ramin ona satarkən həmin əşyaların özünə məxsus olduğunu demişdir. Ramindən almış olduğu qeyd etdiyi əşyaların hamısı hal-hazırda onun mağazasındadır. Polis əməkdaşlarından Ramindən almış olduğu əşyaların oğurluq olduğunu bildikdən sonra həmin əşyaların hamısını mağazanın bir kənarına yığmışdır. Şahid3 məhkəmə istintaqında tədqiq olunmuş ifadəsindən görünür ki, 2021-ciilin təxminən fevral ayında dəqiq gününü xatırlamadığı tarixdə Raminin yaşadığı küçədən əlinə bir ədəd alüminium qazan aparıb getdiyini görmüşdür. O, Ramindən hara getdiyini soruşanda sonuncu əlindəki qazanı metal qəbulu məntəqəsinə aparıb satacağını bildirmişdir. O, həmin qazanı 5 manata ala biləcəyini bildirdiyi üçün onlar razılaşmış və o, Raminə 5 manat pul verib sonuncudan həmin qazanı almışdır. O, qazanı haradan aldığını Ramindən soruşanda sonuncu evlərindən götürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs aldığı həmin qazanı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qazanı oğurluq yolu ilə əldə etdiyini bilməmiş, sonuncudan bir ədəd həmin qazandan başqa bir əşya almamışdır. Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs kiməsə hər hansı bir əşya satması barədə onun məlumatı olmamışdır. Şahid2 məhkəmə istintaqında tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl bir neçə dəfə onların evinə gəlmişdir. Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olmuşdur. 2021-ci ilin fevral ayının ortalarında, gününü dəqiq bilmədiyi tarixdə Təqsirləndirilən şəxs onların evinə gəlmiş, həyat yoldaşı rəhmətə getdiyi üçün Bakı şəhərinə köçməyi ilə əlaqədar olaraq evlərini satmaq istədiyini və bu səbəbdən də evində olan əşyaları satdığını bildirmişdir. Təqsirləndirilən şəxs bir ədəd böyük ekranlı televizor, bir ədəd tozsoran, 4 ədəd yorğan və bir ədəd su qızdırıcısını ona göstərib satmaq istədiyini demişdir. O, həmin əşyaları Təqsirləndirilən şəxs neçəyə satdığını soruşanda Təqsirləndirilən şəxs televizor 400 manata, bir ədəd tozsoranı 30 manata, 4 ədəd yorğanı 60 manata və bir ədəd su qızdırıcısını isə 30 manata satdığını demişdir. O, ümumilikdə 520 manat pul verib Təqsirləndirilən şəxs həmin əşyaları alıb evinə qoymuşdur. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs aldığı su qızdırıcısını istifadə etmək istəyəndə nasaz vəziyyətdə olduğunu görmüş, ustaya aparıb təmir elətdirmək istəyəndə usta ona yararsız halda olduğu üçün təmir olunsa da işləməyəcəyini demişdir. O, məcbur qalıb su qızdırıcısını zibilliyə atmışdır. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs almış olduğu həmin əşyaların oğurluq yolu ilə əldə olunmasını bildirmişdir. Bundan sonra o, həmin əşyaları istifadə etməyib yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs aldığı televizor, tozsoran və 4 ədəd yorğanı könüllü olaraq istintaqa təqdim etmişdir. Həmin əşyaların oğurluq olduğunu bilməmiş, Təqsirləndirilən şəxs başqa əşyalar almamış onun oğurluq cinayəti törətməsi barədə heç bir məlumatı olmamışdır. Şahid4 məhkəmə istintaqında tədqiq olunmuş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin mart ayında dəqiq gününü xatırlamadığı vaxtda tanışı Ramin yaşadığı yataqxanaya gələrək ona 2 dəst yataq üzlüyü dəstini və bir ədəd yorğan satmaq istədiyini demişdir. O, 40 manat pul verib Ramindən 2 yataq üzlüyü dəstini və bir ədəd yorğanı almışdır. O, Ramindən yorğanı və yataq dəstlərini haradan əldə etməsini soruşduqda ona həmin yorğanları və yataq dəstlərini evlərindən götürdüyünü demişdir. Həmin yataq dəstinin biri və Ramindən aldığı bir ədəd yorğan hal-hazırda yaşadığı evdə olduğundan həmin yataq dəstini və yorğanı istintaqa könüllü olaraq təqdim etmək istəmişdir. Yataq dəstlərinin və yorğanın oğurluq olmasını bilməmiş və Ramin ona satdığı yataq dəsatlərini və yorğanı evlərindən götürüb satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs oğurluq etməsindən xəbəri olmamış və onunla birlikdə heç bir cinayəti törətməmiş, ondan yataq dəstindən və yorğandan başqa heç bir əşya almamışdır. Onun başqa kiməsə hər hansı bir əşyanı satması haqqında heç bir məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş; “Baxış keçirilməsi haqqında” 24 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə olunan fotoşəkillərdən görünür ki, hadisə X4 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində baş vermişdir. 08 iyul 2021-ci il tarixli, 21/910 nömrəli arayışdan görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindirik mexanizmi zavod üsulu ilə istehsal olunub, işlək vəziyyətdədir. Silindirik mexanizmin açar oyuqlarının xarici səthi üzərində, üz lövhəsində (korpusunda) və silindirik mexanizmin ştiftlərinin (içərisi oyuq lövhələr) işçi səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilmədi. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. Təqdim edilmiş bir ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş daxili qıfılın silindirik mexanizmin açarıdır. “İstintaq eksperimenti aparılması haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş kilidi ifadənin yerində yoxlaılması zamanı Təqsirləndirilən şəxs evindən göürülümüş açarla açılıbaçılmamasını yoxlamaq məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin KTB-nin kriminalistinspektoru X5 iştirakı ilə istintaq eksperimenti aparılmış və eksperiment zamanı Çiçək Mustafayevanın yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin qapsının üzərindən hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş bir ədəd qapı kilidinə ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi açar hər iki tərəfdən daxil edilərək sağa və sola istiqamətində hərəkət etdirilmiş və qeyd edilən açarın kilidi açıb bağladığı müəyyən edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Çiçək Mustafayeva mağazada olan 6 ədəd stəkan, 6 ədəd sok içmək üçün bakal, 4 ədəd Rusiya istehsalı olan konfet qabı, 6 ədəd qaşıq və 6 ədəd çəngəl, 30 ədəd Rusiya istehsalı olan xrustal çay stəkanı, 3 ədəd Rusiya istehsalı olan xrustal mürəbbə qabı, 3 ədəd sadə şüşə materialdan hazırlanmış mürəbbə qabı, 1 ədəd qrafin və 6 ədəd onun stəkanını, 12 ədəd sok içmək üçün şüşə materialdan hazırlanmış stəkan, 12 ədəd mürəbbə yemək üçün qab, 18 ədəd nəlbəki, 6 ədəd Çin istehsalı duz qabı, 12 ədəd dəmir materialdan hazırlanmış Rusiya İstehsalı olan aş qaşığı, 12 ədəd kiçik çömçə, 48 ədəd qaşıq vəçəngəl, 24 ədəd çay qaşığı, 60 ədəd sadə qaşıq, 8 ədəd kofe içmək üçün qaşıq, İran istehsalı olan “Tefal” markalı qazan dəsti, müxtəlif ölçülərdə qarşıq 30 ədəd boşqab, Rus istehsalı olan 1 ədəd şüşə materialdan hazırlanmış meyvə qabı, 12 ədəd aş qoymaq üçün bulud, bir ədəd ləpə qabı, 1 ədəd şüşə materialdan konfet qabı, 6 ədəd düz aş boşqabı, 2 ədəd böyük xəngəl üçün bulud, 2 ədəd 1,5x2 metr ölçüdə, 1 ədəd ölçüsü daha böyük olan Gəncə xalçası, 1 ədəd elektrikli sərinkeş, 2 ədəd kiçik ölçüdə xalça və 1 ədəd dəhliz üçün nəzərdə tutulmuş nazik uzun sintetik materialdan hazırlanmış xalça, bir ədəd yemək boşqab dəsti, 2 ədəd bulud, 6 ədəd duz qabı və bir ədəd üç mərtəbəli ləpə qabı, 1 ədəd əl-üz məhrəbası, 1 ədəd İran istehsalı, saçaqlı, 2x3 ölçüdə olan xalçanı tanıyaraq onun evindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat tapşırığına 27.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 2021-ci ilin fevral ayının əvvəllərindən aprel ayının sonlarınadək olan müddət ərzində X4 məxsus yaşayış evindən ev əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən Çiçək Mustafayevaya məxsus yaşayış evindən oğurlanmış sübut əhəmiyyətinə malik ola biləcək əşyaların çox hissəsini Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən X13 məxsus mağazaya, bir ədəd televizor, bir ədəd tozsoran, bir ədəd su qızıdırıcı və dörd ədəd yorğanıə Gəncə şəhəri, 1-ci Mikrorayonda yaşayan Şahid2, bir ədəd qazan dəstini Şahid6 və bir ədəd qazanı Şahid3, bir ədəd yorğanı və 2 dəst yataq üzlüyü dəstini X9 1 ədəd əl ilə toxunmuş xalça və bir ədəd sərinkeşi Şahid5 satması müəyyən edilsə də həmin evdən oğurlanmış digər əşyaları kimə satması və yaxud haradasa saxlamasıını müəyyən etmək mümükün olmamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsində başqa şəxs və şəxslərin iştirakçılıqları olmamış, şəhər ərazisində törədilmiş başqa cinayətlərdə iştirak etməmiş və oğurluğu etdiyi zaman kənardan onu görə biləcək şəxsin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs “ifadəsinin yerində yoxlanılması haqqında” 12 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək X4 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq etdiyi yerləri, cinayət yolu ilə əldə etdiyi əşyaları satdığı yerləri təfərrüatı ilə göstərmişdir. “Götürmə aparılması haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarı əsasında X13 məxsus ünvan 7 ünvanında yerləşən mağazasından Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə edib ona satmış olduğu sübut əhəmiyyətinə malik olan 6 ədəd stəkan, 6 ədəd sok içmək üçün bakal, 4 ədəd Rusiya istehsalı olan konfet qabı, 6 ədəd qaşıq və 6 ədəd çəngəl, 30 ədəd Rusiya istehsalı olan xrustal çay stəkanı, 3 ədəd Rusiya istehsalı olan xrustal mürəbbə qabı, 3 ədəd sadə şüşə materialdan hazırlanmış mürəbbə qabı, 1 ədəd qrafin və 6 ədəd onun stəkanını, 12 ədəd sok içmək üçün şüşə materialdan hazırlanmış stəkan, 12 ədəd mürəbbə yemək qüçün qab, 18 ədəd nəlbəki, 6 ədəd Çin istehsalı duz qabı, 12 ədəd dəmir materialdan hazırlanmış Rusiya İstehsalı olan aş qaşığı, 12 ədəd kiçik çömçə, 48 ədəd qaşıq və çəngəl, 24 ədəd çay qaşığı, 60 ədəd sadə qaşıq, 8 ədəd kofe içmək üçün qaşıq, İran istehsalı olan “Tefal” markalı qazan dəsti, müxtəlif ölçülərdə qarşıq 30 ədəd boşqab, Rus istehsalı olan 1 ədəd şüşə materialdan hazırlanmış meyvə qabı, 12 ədəd aş qoymaq üçün bulud, bir ədəd ləpə qabı, 1 ədəd şüşə materialdan konfet qabı, 6 ədəd düz aş boşqabı, 2 ədəd böyük xəngəl üçün bulud, 2 ədəd 1,5x2 metr ölçüdə, 1 ədəd ölçüsü daha böyük olan Gəncə xalçası, 1 ədəd elketirikli sərinkeş, 2 ədəd kiçik ölçüdə xalça və 1 ədəd dəhliz üçün nəzərdə tutulmuş nazik uzun sintetik materialdan hazırlanmış xalça, bir ədəd yemək boşqab dəsti, 2 ədəd bulud, 6 ədəd duz qabı və bir ədəd üç mərtəbəli ləpə qabı, 1 ədəd əl-üz məhrəbası, 1 ədəd İran istehsalı, saçaqlı, 2x3 ölçüdə olan xalça məcburi qaydada götürülmüşdür. “Götürmə aparılması haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd alüminium qazan maddi sübut kimi götürülmüşdür. “Götürmə aparılması haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd böyük ekranlı televizor, bir ədəd tozsoran, 4 ədəd yorğanlar maddi sübut kimi götürülmüşdür. “Götürmə aparılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi bir dəst yataq üzlüyü və bir ədəd yorğan maddi sübut kimi götürülmüşdür. “Götürmə aparılması haqqında” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi bir ədəd sərinkeş və bir ədəd xalça maddi sübut kimi götürülmüşdür. “Götürmə aparılması haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid6 təqdim etdiyi iç-içə 5 ədəd olmaqla bir ədəd qazan dəsti maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq-ekspertizasının 26 noyabr 2021-ci il tarixli 9/7065 saylı rəyindən görünür ki, bir ədəd işlənməmiş vəziyyətdə olan 10 kiloluq “LG” markalı paltaryuyan maşın 700,00 manat, bir ədəd təxminən 10 il əvvəl almış olduğu az işlənmiş vəziyyətdə olan markasını bilmədiyi su qızıdırıcısı (minutka) 80.00 manat, bir ədəd təxminən 10 il əvvəl almış olduğu işlənmiş vəziyyətdə olan eletrik tərəzisi 15,00 manat, bir ədəd təxminən 10 il əvvəl almış olduğu işlənməmiş vəziyyətdə olan “Samsung” markalı soyuducu 1800,00 manat, bir ədəd təxminən 10 il əvvəl almış olduğu işlənməmiş vəziyyətdə olan 120 ölçüdə Samsung markalı plazma televizor və 3D eynəklə birlikdə 800,00 manat, bir ədəd təxminən 10 il əvvəl almış olduğu işlənməmiş vəziyyətdə olan televizor altlığı 60,00 manat, 60 ədəd 5-6 il əvvəl almış olduğu stəkan və nəlbəki dəsti 180,00 manat, 24 ədəd 5-6 il əvvəl almış olduğu işlənməmiş xurustal mürəbbə qabları 240,00 manat, 12 ədəd SSRİ dövründə aldığı işlənməmiş Rusiya istehsalı olan mürəbbə qaşıqları 24,00 manat, 12 ədəd 5-6 il əvvəl almış olduğu işlənməmiş qənddan 24,00 manat, 12 ədəd işlənmiş vəziyyətdə SSRİ istehsalı olan böyük buludlar 12000 manat, 12 ədəd işlənmiş vəziyyətdə dovğa kasalar 12.00 manat, bir neçə il əvvəl aldığı Rusiya istehaslı olan işlənməmiş vəziyyətdə sellofan bağlamalarda saxladığı 48 ədəd çəngəl, 48 ədəd xörək qaşıqları və 48 ədəd çay qaşıqları 100,00 manat, 5-6 il əvvəl almış olduğu Almaniya istehsalı olan müxtəlif ölçülərdə işlənməmiş vəziyyətdə 18 ədədlik qazan dəsti 220,00 manat, 1 ədəd işlənməmiş vəziyyətdə göy rəngli gül qabı 30,00 manat, bir dəst işlənməmiş vəziyyətdə çayni servis 100,00 manat, 2 ədəd işlənməmiş vəziyyətdə meyvə qabı və iki ədəd konfet qabı dəsti 130,00 manat, 6 ədəd 0,7 litrlik Tekila araqları 180,00 manat, 1 ədəd işlənməmiş vəziyyətdə stəkanları ilə birlikdə su qabı 80,00 manat, 12 ədəd işlənməmiş vəziyyətdə nəlbəki ilə birlikdə xurustal stəkanlar 80.00 manat, 12 ədəd işlənməmiş vəziyyətdə xurustal armudu stəkanlar 48,00 manat, 4 ədəd xurustal meyvə qabları 28,00 manat, 4 ədəd konfet qabları 400,00 manat, 1 ədəd işlənməmiş vəziyyətdə elektrik samovar 50,00 manat, 1 ədəd işlənməmiş vəziyyətdə elektrik çaydanı 35,00 manat, 80 ədəd işlənməmiş vəziyyətdə qaşıqlar 200,00 manat, 1 ədəd işlənməmiş vəziyyətdə elektrik çaydanı 40,00 manat, 1 ədəd işlənməmiş vəziyyətdə «toster» 40,00 manat, 6 ədəd işlənməmiş vəziyyətdə Türkiyə istehsalı məhrabalar 60,00 manat, 1 cüt işlənməmiş vəziyyətdə evdə geyinmək üçün yay çəkməsi 10,00 manat, 6 ədəd işlənməmiş vəziyyətdə kiçik mebel stolu üçün nəzərdə tutulan süfrə 60,00 manat, 6 ədəd işlənməmiş vəziyyətdə böyük süfrə 180,0 manat, 10 ədəd işlənməmiş vəziyyətdə qutularda olan yataq dəstləri 150.00 manat, 6 ədəd 2,5 kiloluq yorğanlar 300,00 manat, 2 ədəd 10-12 kiloluq döşəklər 80,00 manat, 2 ədəd 2013-cü ildə aldığı işlənmiş vəziyyətdə 3,5-4,5 metr ölçülərdə İran istehaslı olan xalçalar 1000,00 manat, 13 ədəd 2-3 metr ölçülərdə Bakı istehsalı olan xalçalar 1300,00 manat, 2 ədəd gecə lampaları 20,00 manat, 1 ədəd 30 il əvvəl aldığı Yalona markalı gitara 200,00 manat, 1 ədəd təxminən 5 il əvvəl aldığı işlənmiş vəziyyətdə LG markalı tozsoran 80,00 manat, 30 dəst məhrabalar 300,00 manat, 6 ədəd işlənməmiş vəziyyətdə yay üçün adyallar 90,00 manat, 2 ədəd işlənməmiş vəziyyətdə qış üçün qalın adyallar 80,00 manat, 3 ədəd işlənmiş vəziyyətdə çarpayının üzərinə örtülən örtüklər 30,00 manat, 1 ədəd “ORSK” markalı işlənmiş vəziyyətdə olan soyuducunun mühərriki 80,00 manat, 1 ədəd işlənmiş vəziyyətdə aspirator 30,00 manat, 3 ədəd aşsüzən 30,00 manat, 1 ədəd 10 kiloluq qazan 15,00 manat, 1 ədəd işlənmiş vəziyyətdə çəngəl-qaşıq dəsti 10,00 manat, 1 ədəd işlənmiş vəziyyətdə elektrik sərinkeşi 15,00 manat, 1 ədəd ayaq hissəsi qartal formasında olan işlənmiş vəziyyətdə divar saatı 5,00 manat, 1 ədəd işlənmiş vəziyyətdə iri qaz balonu 20,00 manat, 1 ədəd işlənmiş vəziyyətdə kiçik qaz balonu 15,00 manaf, 1 ədəd xeyir-şər qazanı 60.00 manat, 1 ədəd iri aş bişirmək üçün nəzərdə tutulan qazan 80,00 manat, 6 ədəd müxtəlif ölçülü mürəbbə bişirmək üçün şirəli ləyənlər 60,00 manat, 2 ədəd mis materialdan hazırlanmış iri tiyən 60,00 manat, 4 ədəd iri ölçüdə tiyənlər 40,00 manat, 2 ədəd 8 litrlik mis materialından hazırlanmış köz samovar 130,00 manatdır. Tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirilməyən digər əmlak, yəni bir ədəd Almaniya istehsalı olan gümüş qab (futlyar), bir ədəd 100 yaşlı, əl ilə toxunmuş qədimi xalı, üç ədəd geyinilməmiş vəziyyətdə qadın donları, bir ədəd 3 kiloluq mejmayı, bir ədəd 1 kiloluq mejmayı və bir ədəd iri ölçüdə məngənə faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmadı. “Sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X12 götürülmüş 6 ədəd stəkan, 6 ədəd sok içmək üçün bakal, 4 ədəd Rusiya istehsalı olan konfet qabı, 6 ədəd qaşıq və 6 ədəd çəngəl, 30 ədəd Rusiya istehsalı olan xrustal çay stəkanı, 3 ədəd Rusiya istehsalı olan xrustal mürəbbə qabı, 3 ədəd sadə şüşə materialdan hazırlanmış mürəbbə qabı, 1 ədəd qrafin və altıədəd onun stəkanı, 12 ədəd sok içmək üçün şüşə materialdan hazırlanmış stəkan, 12 ədəd mürəbbə qabı, 18 ədəd nəlbəki, 6 ədəd Çin istehsalı duz qabı, 12 ədəd dəmir materialdan hazırlanmış Rusiya İstehsalı olan aş qaşığı, 12 ədəd kiçik çömçə, 48 ədəd qaşıq və çəngəl, 24 ədəd çay qaşığı, 60 ədəd sadə qaşıq, 8 ədəd kofe içmək üçün qaşıq, İran istehsalı olan “Tefal” markalı qazan dəsti, müxtəlif ölçülərdə qarışıq 30 ədəd boşqab, Rus istehsalı olan 1 ədəd şüşə materialdan hazırlanmış meyvə qabı, 12 ədəd aş qoymaq üçün bulud, bir ədəd ləpə qabı, 1 ədəd şüşə materialdan konfet qabı, 6 ədəd düz aş boşqabı, 2 ədəd böyük xəngəl üçün bulud, 2 ədəd 1,5x2 metr ölçüdə 1 ədəd ölçüsü daha böyük olan Gəncə xalçası, 1 ədəd elketirikli sərinkeş, 2 ədəd kiçik ölçüdə xalça və 1 ədəd dəhliz üçün nəzərdə tutulmuş nazik uzun sintetik materialdan hazırlanmış xalça, bir ədəd yemək boşqab dəsti, 2 ədəd bulud, 6 ədəd duz qabı və bir ədəd üç mərtəbəli ləpə qabı, 1 ədəd əl-üz məhrəbası, 1 ədəd İran istehsalı, saçaqlı, 2x3 ölçüdə olan xalça, Şahid2 götürülmüş bir ədəd böyük ekranlı televizor, bir ədəd tozsoran, 4 ədəd yorğanlar, Şahid3 götürülmüş bir ədəd alüminium qazan, Şahid4 götürülmüş bir dəst yataq üzlüyü və bir ədəd yorğan, Şahid5 götürülmüş bir ədəd sərinkeş və bir ədəd xalça, Şahid6 götürülmüş iç-içə 5 qazan olmaqla bir dəst qazan, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı onun yaşadığı ünvan 8 ünvanından aşkar olunub götürülmüş bir ədəd ütü və X4 məxsus ünvan 4 ünvanın giriş qapısının kilidi və bir açar dəsti iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 04.11.2021-ci il tarixli, 5750 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 07.11.2021-ci il tarixli, 6024 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 06.11.2021-ci il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.05.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nın 66.5-ci maddəsinə əsasən qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli 01 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Onun əməlində cinayət tərkibinin olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, həmçinin, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin oğurluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etiraf etməsi ilə yanaşı, tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən də onun niyyəti yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməkdən ibarət olmuşdur. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.05.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nın 66.5-ci maddəsinə əsasən qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli 01 may 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs həmin hökmlərlə məhkum olunmamışdan və həmin hökmlər qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 2021-ci ilin fevral ayının əvəllərindən aprel ayının sonlarına kimi olan müddət ərzində qəsdən cinayət törətsə də, o, həmin cinayətin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, başqa sözlə Təqsirləndirilən şəxs hazırki iş üzrə törətmiş olduğu cinayət əməlini Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.05.2021-ci il tarixli hökmü və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli hökmündən əvvəl törətdiyindən ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək, səmimi peşmanlıq keçirməsini və himayəsində iki azyaşlı uşağının olmasını əməlində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.04.2010-cu il təvəllüdlü Tofiq və 15.05.2021-ci il təvəllüdlü Əminə adlı 2 azyaşlı uşaqları vardır. Həmin xüsusat sözügedən hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə əməldə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmaması, eləcə də iş üzrə zərərçəkmiş şəxslərə vurulan ziyanın ödənilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı 01 may 2021-ci il tarixdən hesablanmalı və hazırda həbsdə olması nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli, 1(100)-284/2021 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilərək, cəzasının başlanğıcı 01 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş X12 götürülmüş 6 ədəd stəkan, 6 ədəd sok içmək üçün bakal, 4 ədəd Rusiya istehsalı olan konfet qabı, 6 ədəd qaşıq və 6 ədəd çəngəl, 30 ədəd Rusiya istehsalı olan xrustal çay stəkanı, 3 ədəd Rusiya istehsalı olan xrustal mürəbbə qabı, 3 ədəd sadə şüşə materialdan hazırlanmış mürəbbə qabı, 1 ədəd qrafin və altıədəd onun stəkanı, 12 ədəd sok içmək üçün şüşə materialdan hazırlanmış stəkan, 12 ədəd mürəbbə qabı, 18 ədəd nəlbəki, 6 ədəd Çin istehsalı duz qabı, 12 ədəd dəmir materialdan hazırlanmış Rusiya İstehsalı olan aş qaşığı, 12 ədəd kiçik çömçə, 48 ədəd qaşıq və çəngəl, 24 ədəd çay qaşığı, 60 ədəd sadə qaşıq, 8 ədəd kofe içmək üçün qaşıq, İran istehsalı olan “Tefal” markalı qazan dəsti, müxtəlif ölçülərdə qarışıq 30 ədəd boşqab, Rus istehsalı olan 1 ədəd şüşə materialdan hazırlanmış meyvə qabı, 12 ədəd aş qoymaq üçün bulud, bir ədəd ləpə qabı, 1 ədəd şüşə materialdan konfet qabı, 6 ədəd düz aş boşqabı, 2 ədəd böyük xəngəl üçün bulud, 2 ədəd 1,5x2 metr ölçüdə 1 ədəd ölçüsü daha böyük olan Gəncə xalçası, 1 ədəd eleketirikli sərinkeş, 2 ədəd kiçik ölçüdə xalça və 1 ədəd dəhliz üçün nəzərdə tutulmuş nazik uzun sintetik materialdan hazırlanmış xalça, bir ədəd yemək boşqab dəsti, 2 ədəd bulud, 6 ədəd duz qabı və bir ədəd üç mərtəbəli ləpə qabı, 1 ədəd əl-üz məhrəbası, 1 ədəd İran istehsalı, saçaqlı, 2x3 ölçüdə olan xalça, Şahid2 götürülmüş bir ədəd böyük ekranlı televizor, bir ədəd tozsoran, 4 ədəd yorğanlar, Şahid3 götürülmüş bir ədəd alüminium qazan, Şahid4 götürülmüş bir dəst yataq üzlüyü və bir ədəd yorğan, Şahid5 götürülmüş bir ədəd sərinkeş və bir ədəd xalça, Şahid6 götürülmüş iç-içə 5 qazan olmaqla bir dəst qazan, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı onun yaşadığı ünvan 8 ünvanından aşkar olunub götürülmüş bir ədəd ütü və X4 məxsus ünvan 4 ünvanın giriş qapısının kilidi və bir açar dəsti hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X4 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə maddi ziyan vurulsa da, lakin dəymiş ziyanla bağlı məhkəmə istintaqı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edilir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(100)-284/2021 nömrəli hökmü ilə təyin edilmiş qəti 7 (yeddi) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü üzrə tutulduğu 01 may 2021-ci il tarixdən hesablansın və hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş X12 götürülmüş 6 ədəd stəkan, 6 ədəd sok içmək üçün bakal, 4 ədəd Rusiya istehsalı olan konfet qabı, 6 ədəd qaşıq və 6 ədəd çəngəl, 30 ədəd Rusiya istehsalı olan xrustal çay stəkanı, 3 ədəd Rusiya istehsalı olan xrustal mürəbbə qabı, 3 ədəd sadə şüşə materialdan hazırlanmış mürəbbə qabı, 1 ədəd qrafin və altıədəd onun stəkanı, 12 ədəd sok içmək üçün şüşə materialdan hazırlanmış stəkan, 12 ədəd mürəbbə qabı, 18 ədəd nəlbəki, 6 ədəd Çin istehsalı duz qabı, 12 ədəd dəmir materialdan hazırlanmış Rusiya İstehsalı olan aş qaşığı, 12 ədəd kiçik çömçə, 48 ədəd qaşıq və çəngəl, 24 ədəd çay qaşığı, 60 ədəd sadə qaşıq, 8 ədəd kofe içmək üçün qaşıq, İran istehsalı olan “Tefal” markalı qazan dəsti, müxtəlif ölçülərdə qarışıq 30 ədəd boşqab, Rus istehsalı olan 1 ədəd şüşə materialdan hazırlanmış meyvə qabı, 12 ədəd aş qoymaq üçün bulud, bir ədəd ləpə qabı, 1 ədəd şüşə materialdan konfet qabı, 6 ədəd düz aş boşqabı, 2 ədəd böyük xəngəl üçün bulud, 2 ədəd 1,5x2 metr ölçüdə 1 ədəd ölçüsü daha böyük olan Gəncə xalçası, 1 ədəd elketirikli sərinkeş, 2 ədəd kiçik ölçüdə xalça və 1 ədəd dəhliz üçün nəzərdə tutulmuş nazik uzun sintetik materialdan hazırlanmış xalça, bir ədəd yemək boşqab dəsti, 2 ədəd bulud, 6 ədəd duz qabı və bir ədəd üç mərtəbəli ləpə qabı, 1 ədəd əl-üz məhrəbası, 1 ədəd İran istehsalı, saçaqlı, 2x3 ölçüdə olan xalça, Şahid2 götürülmüş bir ədəd böyük ekranlı televizor, bir ədəd tozsoran, 4 ədəd yorğanlar, Şahid3 götürülmüş bir ədəd alüminium qazan, Şahid4 götürülmüş bir dəst yataq üzlüyü və bir ədəd yorğan, Şahid5 götürülmüş bir ədəd sərinkeş və bir ədəd xalça, Şahid6 götürülmüş iç-içə 5 qazan olmaqla bir dəst qazan, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı onun yaşadığı ünvan 8 ünvanından aşkar olunub götürülmüş bir ədəd ütü və X4 məxsus ünvan 4 ünvanın giriş qapısının kilidi və bir açar dəsti hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X4 qaytarılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Zərərçəkmiş şəxs X4 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar