Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-31/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 aprel 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1973-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Çay Depo adlanan ərazidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 199,1 qram çətənə (kannabis) bitkisindən olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə edib yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, “Çay Depo” adlanan ərazidə yerləşən fərdi yaşayış evində və evin həyətində olan “Chevrolet Malibu” minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 19 iyul 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 0,44 qramını tanışı Şahid8 10 manat pul müqabilində, həmin günü saat 10 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 0,18 qramını tanışı Şahid6 10 manat pul müqabilində, həmin günü saat 16 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 1,49 qramını Şahid5 40 manat pul müqabilində, həmin günü saat 16 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 1,72 qramını Şahid4 30 manat pul müqabilində satmış, 19.07.2021-ci il tarixdə saat 16 radələrində DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, “Çay Depo” adlanan ərazidə yerləşən fərdi yaşayış evində aparılmış axtarış və götürmə zamanı evin qarşısında olan stolun üzərindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,07 qram və 4,38 qram olmaqla ümumi təmiz çəkisi 9,45 qram, evin həyətində olan “Chevrolet Malibu” markalı minik avtomobilində axtarış aparılarkən avtomobilin salonundakı sürət qutusunun yanından açıq vəziyyətdə ümumi təmiz çəkisi 0,82 qram, yaşadığı evdə sanitar qovşağında unitazın arxasında sellofan torbada ümumi təmiz çəkisi 185 qram narkotik vasitə olan qurudulmuş marixuna, bundan sonra Şahid5, Şahid6, Şahid8 və Şahid4 həmin günü həmin yerdə saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-nin BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilmiş, Şahid5 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,49 qram, Şahid8 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəksi 0,44 qram, Şahid6 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,18 qram, Şahid4 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəgli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,72 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yaxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur.Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. 19 iyul 2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olarkən bir neçə nəfər mülki geyimli şəxslər yaşadığı ünvana gəlmiş, ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək ünvanına baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, həmin şəxslərə etiraz etməmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana video çəklişlə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətində olan stolun üzərindəki iki kibrit qutusunda və örtüyün üzərində olan narkotik vasitə marixuana və iki ədəd elektron tərəzi həmin vaxt həyətində olan və baxışda iştirak edən tanıdığı şəxslər, yəni həyətində usta işləyən Etibarın, Elvinin, Azərin və Ramilin iştirakları ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra onun həyətində olan, Türkiyə Respublikasında yaşayan bacısına məxsus bir ədəd “Şevrolet” markalı avtomobilə baxış keçirilərkən həmin avtomobilin salonunda sürət qutusunun yanından istifadə etmək üçün qoyduğu narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Bundan sonra baxış keçirilərkən o, yaşadığı evin sanitar qovşağında unitazın arxasında saxladığı bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı özü könüllü təqdim etmişdir. Həmin torba digər boş sellofan torbaya qoyulub tərəzidə çəkilmiş çəkisi 200 qram olmuşdur. O və iştirakçılar həmin aşkar olunan və qablaşdırılan zərflərin və kisənin üzərini imzalamışdırlar. Bundan sonra onlar birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsininin əməkdaşları onu həmin şöbənin inzibati binasına dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. 2020-ci ilin iyun ayının 24-də gecə saat 04 radələrində Gəncə şəhərində yerləşən DİN-nin QBRŞ-nın əməkdaşları həmin gecə evinə basqın edərək uşağının dirəyib ona məxsus 25000 manat pulunu və qızıllarını apararaq ona ziyan vurmuşlar. Bundan sonra o, Gəncə şəhər prokurorluğuna bu barədə şikayət etmişdir. Buna görə QBRŞ-nin əməkdaşları Tural, Anar və Seymur adlı əməkdaşlar ona təkfil etmişlər ki, ona narkotik vasitə marixuna verəcəklər o isə satıb onların apardığı pulu çıxaraqdır. O da razılşaraq həmin polis əməkdaşlarından təxminən 250 qram narkotik vasitə marixuana almışdır. Həmin narkotik vasitədən özü istifadə etmişdir. Yaşadığı ünvandan aşkar olunan narkotik vasitə marixuana həmin vaxtdan qalmışdır. Qeyd etdiyi əməkdaşlar onunla razılaşmışlar ki, ona verdikləri narkotik vasitəni satıb pulunu götürsün qarşılığında isə həmin polis əməkdaşlarının səs yazısını aidiyyəti qurumlara verərək şikayət etməsin. O narkotik vasitəni satmamışdır heç kimə. Stolun üstündə olmuşdur evdə işləyən ustalar ondan xəbərsiz götürmüşdür. Barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ildən DİN-nin BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Kəpəz rayonu “Çay Depo” adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə marixuana saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə almaq məqsədi ilə orada olan Şahid4 şübhəli şəxs olaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılmış və barəsində olan əməliyyat-axtarış tədbirləri qərarı ilə tanış edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs evində usta kimi işləyən Şahid5 şübhəli şəxs kimi saxlanılmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məxsus yaşayış evində baxış keçirilməmişdən qabaq Şahid6 və Şahid8 yaşayış evinə daxil olmuşlar və şübhəli şəxs kimi saxlanılmışlar. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Ünvana baxış həyətin giriş hissəsində olan darvazanın yanında başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana o və BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, BNMİ-nin QBRŞ-nin operator polis nəfəri, polis baş serjantı, Şahid3, yaşayış evinə baxış keçirilən Təqsirləndirilən şəxs, Şahid4, Şahid5, Şahid6, Şahid8 iştirakları ilə Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddə marixuananın satışında şübhəli olunduğu və eləcə də yaşadığı ünvanda saxlamaqda şübhəli olduğu bildirilmiş və ona yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim edilməsi təklif olunmuş və cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olduğunu bildirərək həmin narkotik vasitənin ona QBRŞ-nin əməkdaşları tərəfindən satılması məqsədi ilə verildiyini qeyd etmişdir. Həyətdə evin qarşısında olan stolun üzərinə baxış zamanı stolun üzərindəki iki ədəd kibrit qutusunda və örtüyün üzərində yaşıl rəngli, kəskin iyili narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş həmin kibrit qutuları və örtüyün üzərindəki kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 15,32 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı vasitəsi ilə bağlanmış, möhürlənərək qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Aşkar olunmuş kütlənin nə olması Təqsirləndirilən şəxs soruşulduqda həmin aşkar olunmuş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və QBRŞ-nin əməkdaşları tərəfindən satılması məqsədi ilə ona verilmiş olduğunu bildirmişdir. Bundan sonra həmin stolun üzərində olan üzərinə “Beste” və “Polaris” yazılmış iki ədəd elektron tərəziyə baxış keçirilərkən “Beste” markalı tərəzinin üzərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qalıqlarının olduğu aşkar olunmuşdur. Həmin elektron tərəzilər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs həmin tərəzilərin ona verilmiş narkotik vasitələrin çəkilməsində isdifadə elədiyini bildirmişdir. Bundan sonra evin həyətində olan “Şevrolet Malubu” markalı **-TY-*** dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin solundakı sürət qutusunun yanında yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq bir ədəd ağ rəngli kağızın arasına bükülərək həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq bağlanıb möhürlənərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs soruşulduqda həmin aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və QBRŞ-nin əməkdaşları tərəfindən satılması məqsədi ilə ona verilmiş narkotik vasitədən özünün isdifadəsi üçün ayırıb qoyduğunu bildirmişdir. Budan sonra həmin həyətdə olan VAZ 2107 markalı **-BP-*** dövlət qeyddiyat nişanlı avtomobildən narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən o, yaşadığı evin sanitar qovşağında unitazın arxasında saxladığı bir ədəd selofan torbanı çıxardaraq təqdim etmiş həmin torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin kütlənin də QBRŞ-nın əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Həmin sellofan torba bir ədəd digər sellofan torbaya qoyularaq elektron tərəzidə çəkilərək ümumi çəkisi 200 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imza çəkilmişdir. Mənzildən, başqa iş üçün əhəmmiyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanında olan fərdi yaşayış evinə baxış keçirildikdən sonra BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilmiş, hüquqları izah edilmiş və ona 1 saylı vəkillər birosunun vəkili X6 müdafiəçi təyin edilmiş və üzərinə video çəkiliş ilə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı işdirak edən şəxslər o və BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, polis mayoru Şahid1, operator polis nəfəri, polis baş serjantı, Şahid3, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə hüquqları izah edildikdən sonra baxış keçirilmişdir. Üzərində hər hansı narkotik vasitələri, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə cavab olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla qadağan edilmiş digər əşyanın olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar olunmuş “Redmi” markalı telefon tədqiqatçı tərəfindən iş üçün əhəmiyət kəsb edə biləcəyindən götürülmüşdür. Şübhəli şəxs kimi saxlanılan Şirinov X5 Seymurun yaşayış evinə baxış keçirildikdən sonra QBRŞ-nin inzibati binasına gətirilmiş o və BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid2, baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, operator polis nəfəri, polis baş serjantı, Şahid3, müdafiəçi 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Şahid4 üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında üzərinə baxış keçirilmişdir. Şahid4 əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, sol yan cibindən isə bir qutu “Pall Mall” markalı siqareti, bir ədəd avtomobil açarını, bir ədəd “Samsung” markalı mobil telefonu, arxa sol cibindən 30 manat pulu çıxardaraq otaqdakı stolun üstünə qoymuşdur. Kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun üzərində aşkar edilmiş kibrit qutusuna baxış keçirilən zaman, qutunun içərisində yaşıl rəngli, kəskin iyili, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin qutu elektron tərəzidə çəkilərək çəkisinin 4,91 qram olduğu müəyyən edilmiş və qblaşdırılmışdır. Şahid4 sorğu-sual zamanı bildirmişdir ki, təxminən 5-6 ildir ki narkotik vasitə və narkotik vasitələrin dən yalnız qurudulmuş marixuana isdifadə etmiş, üzərindən aşkar olunmuş narkotik vasitəni 19.07.2021-ci il tarixdə saxlanmamışdan bir neçə dəqiqə əvvəl Gəncə şəhəri Kəpəz rayonu “Çay Depo” adlanan ərazidə yaşayan tanışı Təqsirləndirilən şəxs öz isdifadəsi üçün 30 manata əldə etmişdir. Daha sonra şübhəli kimi saxlanılan Şahid5 Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildikdən sonra QBRŞnin inzibati binasına gətirilmiş,Şahid5 üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında baxış keçirilmiş, baxış keçirilərkən Şahid5 əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, və bir ədəd “PRO” markalı mobil telefon, sol yan cibindən isə bir qutu “Prima” markalı siqareti çıxardaraq otaqdakı stolun üzərinə qoymuş həmin kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir.Şahid5 üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusuna baxış keçirilərkən qutunun içərisində yaşıl rəngli, kəskin iyili, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə qutusu ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 4,48 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kibrit qutusu zərfə qoyularaq DİN-nin zərflər üçün möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışlar. Şahid5 sorğu sual zamanı bildirmişdir ki, təxminən 20 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana isdifadə etmişdir. Həmin narkotik vasitəni 19.07.2021-ci il tarixdə yəni saxlanmamışdan bir neçə dəqiqə əvvəl Gəncə şəhəri Kəpəz rayonu “Çay Depo” adlanan ərazidə yaşayan tanıdığı Təqsirləndirilən şəxs özünün isdifadəsi üçün 40 manata əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilən zaman şübhəli kimi saxlanılmış Şahid6,Şahid2 şübhəli şəxs qismində tutularaq üzərlərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı üzərlərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şübhəli şəxslər Şahid6 və Şahid2 sorğu sual zamanı bildirmişdirlər ki, özləri narkotik vasitə istifadə etdikləri üçün üzərlərindən aşkar olunan narkotik vasitəni 19.07.2021-ci il tarixdə saxlanılmamışdan bir neçə dəqiqə əvvəl Gəncə şəhəri kəpəz rayonu “Çay Depo” adlanan ərazidə yaşayan tanıdığı Təqsirləndirilən şəxs öz isdifadəsi üçün 10 manata əldə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid7 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitə marixuana istifadə edir. O, Gəncə şəhəri “Çay Depo” adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onunla yaxşı münasibəti var. O, narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs alaraq istifadə etmişdir. 19 iyul 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Həmin vaxt həyətdə usta işləyən sonradan adı ona məlum olan Etibar adlı şəxs orada olmuşdur. O, getməmişdən əvvəl 55 manat verərək Seymurdan bir qutu içərisində narkotik vasitə olan marixuana almışdır. Həmin vaxt sonradan adlarının Azər və Ramil olduğunu öyrəndiyi şəxslər də narkotik vasitə almaq üçün Seymurun həyətinə gəlmişlər. Bir neçə dəqiqə sonra bir neçə nəfər mülki geyimli şəxslər evin həyətinə gələrək onlara yaxınlaşmış Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda onların isə narkotik vasitəni üzərində saxlamaqlarında şübhəli olduqlarını bildirmişlər. Baxış zamanı evin həyətində olan stolun üzərindən, həyətdəki Şevrolet markalı avtomobildən və evin sanitar qovşağında unitazın arxasından narkotik vasitə qurudulmuş marixuana, stolun üzərindən isə iki ədəd elektron tərəzi aşkar olunaraq onların iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasına gedəcəyini bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşərək Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına getmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, Təqsirləndirilən şəxs aldığı və əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxardaraq stolun üzərinə qoymuşdur. Həmin qutuya onun iştirakı ilə baxış keçirilmiş sonra elektron tərəzidə çəkilmiş, içərisində marixuana olan qutunun çəkisi 4,91 qram olduğu müəyyən edilmişdir. Həmin qutu ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Onun üzərinə axtarış keçirilərkən başqa qanunsuz əşya aşkar olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, di ki, fərdi əməklə məşğul olur. Təxminən 20 ildir ki, narkotik vasitə marixuana istifadə edir. Təqsirləndirilən şəxsi yaxşı tanıyır və onunla normal münasibətdə olmuşdur.O, Təqsirləndirilən şəxs evində tikinti təmir işləri aparmışdır. 19 iyul 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs evində olarkən özünün istifadəsi üçün Təqsirləndirilən şəxs həyətində olan narkotik vasitəni qablaşdıran zaman polis əməkdaşları daxil olraq onları saxlamışdırlar. Həmin vaxt stolun üzərində olan narkotik vasitəni özü istifadə etmək üçün qablaşdırmaq istəmişdir. Narkotik vasitəyə görə Seymura pul verməmiş, usta kimi gördüyü işin müqabilində almışdır. Həmin gün təxminən yarım saat sonra adının Elvin olduğunu bildiyi şəxs Seymurun həyətinə gələrək Seymurla danışarkən sonradan adlarının Azər və Ramil olduğunu bildiyi şəxslər də Seymurun evinin həyətinə gəlmişlər. Bir neçə dəqiqə sonra isə bir neçə nəfər mülki geyimli şəxslər evin həyətinə gələrək onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda onların isə narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sorğu zamanı o, üzərində narkotik vasitə marixuana olmadığını bildirmişdir. Baxış zamanı evin həyətində olan stolun üzərindən həyətdəki “Şevrolet” markalı avtomobildən və evin sanitar qovşağında unitazın arxasından narkotik vasitə qurudulmuş marixuana stolun üzərindən isə iki ədəd elektron tərəzi aşkar olunaraq onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşərək Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinin inzibati binasına getmişlər. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, Təqsirləndirilən şəxs gördüyü bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin qutuya onun iştirakı ilə baxış keçirilmiş sonra elektron tərəzidə çəkmişlər, qutu 4 qramdan artıq olmuşdur. Həmin qutu kağız zərfə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3-4 aydır ki, narkotik vasitə marixuana istifadə edir. O, narkotik vasitə marixuananı Gəncə şəhəri Kəpəz rayonu “Çay Depo” adlanan ərazidə yaşayan tanıdığı Təqsirləndirilən şəxs əldə etmişdir. 19 iyul 2021-ci il tarixdə təxminən saat 16 radələrində o və iş yoldaşı Şahid8 ilə birlikdə hərəsinə bir büküm narkotik vasitə marixuana almaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt həyətdə Təqsirləndirilən şəxs başqa iki nəfər tanımadığı şəxslər də olmuşdur. O, Azərlə həyətə keçərək hər birinə bir büküm narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmişlər.O, əvvəllər Seymurdan aldığı narkotikə görə pul verməmişdir. Lakin ikinci dəfə Azərlə gedəndə həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər evin həyətinə gələrək onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda onları və digər iki nəfər şəxsin narkotik vasitəni üzərində saxlamağlarında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini onlara göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sorğu zamanı o, üzərində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs özünün istifadəsi üçün aldığını bildirmişdir. Baxış zamanı evin həyətində olan stolun üzərindən, həyətdəki “Şevrolet” minik markalı avtomobildən və evin sanitar qovşağında unitazın arxasından narkotik vasitə qurudulmuş marixuana, stolun üzərindən isə iki ədəd elektron tərəzi aşkar olunaraq onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra onlar birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinin inzibati binasına gedəcəyini bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşərək həmin şöbəsinin inzibati binasınına getmişlər. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, Təqsirləndirilən şəxs aldığı və əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxararaq stolun üzərinə qoymuşdur. Həmin bükümü onun iştirakı ilə baxış keçirilmiş sonra elektron tərəzidə çəkilmiş, içərisində marixuana olan bükümün çəkisi 1 qrama yaxın olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Tapdıq oğlu ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, narkotik vasitə marixuana istifadə edir. O, narkotik vasitə olan marixuananı Gəncə şəhəri Kəpəz rayonu “Çay Depo” adlanan ərazidə yaşayan tanışı Təqsirləndirilən şəxs əldə etmişdir. Həmin narkotikə görə pul verməmişdir. 19 iyul 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində iş yoldaşı Şahid6 ilə birlikdə hərəsinə bir büküm narkotik vasitə marixuana almaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt həyətdə Seymurdan başqa iki nəfər tanımadığı şəxslər də olmuşdur. O, Ramillə həyətə keçərək ikisi birlikdə Təqsirləndirilən şəxs hərəsinə bir büküm narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmişlər. Seymur da hərəsinə bir ədəd kağız bükümdə narkotik vasitə marixuana vermişdir. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər evin həyətinə gələrək onlara yaxınlaşmış Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda onların və digər iki nəfər şəxsin narkotik vasitəni üzərində saxlamaq şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini onlara göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sorğu zamanı o, üzərində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni Seymurdan özünün istifadəsi üçün aldığını bildirmişdir. Baxış zamanı evin həyətində olan stolun üzərindən, həyətdəki “Şevrolet Malibu” minik markalı avtomobildən və evin sanitar qovşağında unitazın arxasından narkotik vasitə qurudulmuş marixuana, stolun üzərindən isə iki ədəd elektron tərəzi aşkar olunaraq onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra onlar birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə avtomobililə əyləşərək Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsininin Regional Şöbəsinin inzibati binasına getmişlər. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, Təqsirləndirilən şəxs aldığı və əynində olan şalvarın cibində saxladığı bir ədəd kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxararaq stolun üzərinə qoymuşdur. Həmin bükümə onun iştirakı ilə baxış keçirilmiş sonra elektron tərəzidə çəkilmiş, içərisində marixuana olan bükümün çəkisi 1,26 qram olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 19.07.2021-ci il tarixli, 16/731 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan Şevrolet Malubu markalı.....” yazılı ilə imzalı olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. «Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan qabaq stolun üzərindən aşkar olunmuş….» .....” yazılı ilə imzalı olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,07 qram, 4,38 qram ümumi təmiz çəkisi 9,45 qram olan qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. «Təqsirləndirilən şəxs yaşadığı evin sanitar qovşağında unitazın arxasından aşkar olunmuş» yazılı ilə imzalı olan kağız paketdəki 1 ədəd polietilen paketdə olan digər bir ədəd sellefon paketdə təmiz çəkisi 185 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki stolun üzərindən aşkar olunmuş 1 ədəd “Beste” yazısıvə “Polaris “ yazısı olan 2 ədəd elektron tərəzi , yazı və imzalar olan kisədəki 2 ədəd “Beste” və “Polaris “markalı elektron tərəzilər üzərindəki bitki qalıqları mikrohissəcik şəklində olduğundan tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 20.07.2021-ci il tarixli, 16/738 nömrəli rəyindən görünür ki,- üzərlərində «Şahid8 Tapdıq oğlunun əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş...» yazı ilə imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə olan çəkisi 0,44 qram olan bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. «Şahid8 Tapdıq oğlunun əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş...», “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan Şevrolet Malubu markalı.....” «Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan qabaq stolun üzərindən aşkar olunmuş….» «Təqsirləndirilən şəxs yaşadığı evin sanitar qovşağında unitazın arxasından aşkar olunmuş» yazı və imzalar olan kağız paketdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20.07.2021-ci il tarixli, 16/734 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid5 əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş” yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd kibrit qutusunda təmiz çəkisi 1,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərlərində “Şahid5 əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş.....”, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan Şevrolet Malubu markalı......”, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan qabaq stolun üzərindən aşkar olunmuş......”, “Təqsirləndirilən şəxs yaşadığı evin sanitar qovşağında unitazın arxasından aşkar olunmuş.......” yazı və imzalar olan kağız paketlərdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20.07.2021-ci il tarixli, 16/739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid6 sağ yan cibindən aşkar olunmuş .....” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərlərində “Şahid6 sağ yan cibindən aşkar olunmuş ......”, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan Şevrolet Malubu markalı......”, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan qabaq stolun üzərindən aşkar olunmuş......”, “Təqsirləndirilən şəxs yaşadığı evin sanitar qovşağında unitazın arxasından aşkar olunmuş.......” yazı və imzalar olan kağız paketlərdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20.07.2021-ci il tarixli, 16/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid4 əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş......” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,72 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərlərində “Şahid4 əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş......” “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan Şevrolet Malubu markalı......”, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan qabaq stolun üzərindən aşkar olunmuş......”, “Təqsirləndirilən şəxs yaşadığı evin sanitar qovşağında unitazın arxasından aşkar olunmuş.......” yazı və imzalar olan kağız paketlərdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 21.10.2021-ci il tarixli, 1271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatada alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 08.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 07.07.2009-cu il tarixdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 09.09.2010-cü il tarixdə qərarı ilə CM-77 maddəsinə əsasən cəzasının çəkilməmiş 02 il 06 ay günü azadlığın mədudlaşdırılması ilə əvəz edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 04.08.2011-ci il tarixdə qərarı ilə cəzasının qalan 01 il 07 ay 11 günü islah işləri- cəzası ilə əvəz edilmişdir. 03.02.2012ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.22.01.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Şübəli şəxsin tutulması haqqında 19.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdə tutulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.07.2021-ci il tarixli, 4(043)-135/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 19.07.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.10.2021-ci il tarixli, 4(043)-195/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə 19.10.2021-ci il tarixdən 19.12.2021-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.12.2021-ci il tarixli, 4(043)-238/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə 08.01.2022-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(043)-234/2021 nömrəli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 199,1 qram çətənə (kannabis) bitkisindən olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə edib yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, “Çay Depo” adlanan ərazidə yerləşən fərdi yaşayış evində və evin həyətində olan “Chevrolet Malibu” minik markalı **- TY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 19 iyul 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 0,44 qramını tanışı Şahid8 10 manat pul müqabilində, həmin günü saat 10 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 0,18 qramını tanışı Şahid6 10 manat pul müqabilində, həmin günü saat 16 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 1,49 qramını Şahid5 40 manat pul müqabilində, həmin günü saat 16 radələrində yaşadığı evin həyətində həmin narkotik vasitənin 1,72 qramını Şahid4 30 manat pul müqabilində satmış, 19.07.2021-ci il tarixdə saat 16 radələrində DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, “Çay Depo” adlanan ərazidə yerləşən fərdi yaşayış evində aparılmış axtarış və götürmə zamanı evin qarşısında olan stolun üzərindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,07 qram və 4,38 qram olmaqla ümumi təmiz çəkisi 9,45 qram, evin həyətində olan “Chevrolet Malibu” markalı minik avtomobilində axtarış aparılarkən avtomobilin salonundakı sürət qutusunun yanından açıq vəziyyətdə ümumi təmiz çəkisi 0,82 qram, yaşadığı evdə sanitar qovşağında unitazın arxasında sellofan torbada ümumi təmiz çəkisi 185 qram narkotik vasitə olan qurudulmuş marixuna, bundan sonra Şahid5, Şahid6, Şahid8 və Şahid4 həmin günü həmin yerdə saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-nin BNMİ-in QBRŞ-nin inzibati binasına gətirilmiş, Şahid5 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,49 qram, Şahid8 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəksi 0,44 qram, Şahid6 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,18 qram, Şahid4 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəgli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,72 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, baxış protokolu, maddi sübut və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uuşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19.07.2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 152 (bir yüz əlli iki) manat Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində xüsusi yerdə məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,36 qram, 4,61 qram, 3,92 qram, 184,54 qram, 1,29 qram, 0,42 qram, 0,16 qram və 1,17 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində “Beste” və “Polaris” yazılmış 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Baxış və götürmə zamanı video görüntünü özündə əks etdirən 5 ədəd DVD disk cinayət işinin materialında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 19.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın . İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində xüsusi yerdə məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,36 qram, 4,61 qram, 3,92 qram, 184,54 qram, 1,29 qram, 0,42 qram, 0,16 qram və 1,17 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində “Beste” və “Polaris” yazılmış 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Baxış və götürmə zamanı video görüntünü özündə əks etdirən 5 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 152 (bir yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-31/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-31/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver