Məhkəmə qərarları › İş №1(043)-32/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-32/2020

03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-32/2020 03.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x3 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi x1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Azərbaycan küçəsi 8-ci döngə, ev 6-da qeydiyyatda olmaqla, Gəncə şəhəri Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi C.Şıxliniski küçəsi ev 2, mənzil 7-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 iyun 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində «20 Yanvar» abidəsinin yaxınlığında yerləşən icarəyə götürüb işlətdiyi «Kitab» mağazasına giriş qapısının kilidini sındırıb qanunsuz daxil olaraq oradan bir bağlaması 5 manat 40 qəpik olan 108 manat dəyərində 20 bağlama «Assis» markalı A4 formatda kağız, 28 manat 50 qəpik dəyərində bir ədəd «Citizen» markalı kalkulyator, 15 manat dəyərində bir ədəd «Assis» markalı kalkulyator, 10 manat dəyərində bir ədəd «Oyal» markalı kalkulyator, bir ədədi 20 qəpik olan 20 manat dəyərində 100 ədəd «Oyal», «Assis», «PRC» markalı qələmlər, bir ədədi 30 qəpik olan 30 manat dəyərində 100 ədəd «Oyal», «Assis», «PRC» markalı qələmlər, 18 manat 50 qəpik dəyərində bir ədəd «Oyal» markalı ofis naboru, 60 manat dəyərində bir ədəd «PRC» markalı ofis naboru, bir ədədi 10 manat olan 20 manat dəyərində iki ədəd «PRC» markalı ofis naboru, 25 manat dəyərində bir ədəd «Assis» markalı qiymət vuran, 15 manat dəyərində bir ədəd «PRC» markalı qiymət vuran, bir ədədi 3 manat olan 60 manat dəyərində 20 ədəd «Oyal», «PRC» markalı rəngli qələmlər, 30 manat dəyərində bir ədəd «Oyal» markalı kağız tikən, bir ədədi 50 qəpik olan 10 manat dəyərində 20 ədəd «Oyal», «PRC» markalı qələmlər, bir ədədi 50 qəpik olan 10 manat dəyərində 20 ədəd «Oyal» markalı lövhə markeri, bir ədədi 3 manat 70 qəpik olan 25 manat 90 qəpik dəyərində 7 ədəd «Özokul» markalı rəngli qələmlər, 10 manat dəyərində bir ədəd «PRC» markalı skoc bağlayan, 7 manat 50 qəpik dəyərində bir ədəd «PRC» markalı kalkulyatoru, ümumilikdə 503 manat 40 qəpik dəyərində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir.Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 iyun 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində «20 Yanvar» abidəsinin yaxınlığında yerləşən icarəyə götürüb işlətdiyi «Kitab» mağazasına giriş qapısının kilidini sındırıb qanunsuz daxil olaraq oradan bir bağlaması 5 manat 40 qəpik olan 108 manat dəyərində 20 bağlama «Assis» markalı A4 formatda kağız, 28 manat 50 qəpik dəyərində bir ədəd «Citizen» markalı kalkulyator, 15 manat dəyərində bir ədəd «Assis» markalı kalkulyator, 10 manat dəyərində bir ədəd «Oyal» markalı kalkulyator, bir ədədi 20 qəpik olan 20 manat dəyərində 100 ədəd «Oyal», «Assis», «PRC» markalı qələmlər, bir ədədi 30 qəpik olan 30 manat dəyərində 100 ədəd «Oyal», «Assis», «PRC» markalı qələmlər, 18 manat 50 qəpik dəyərində bir ədəd «Oyal» markalı ofis naboru, 60 manat dəyərində bir ədəd «PRC» markalı ofis naboru, bir ədədi 10 manat olan 20 manat dəyərində iki ədəd «PRC» markalı ofis naboru, 25 manat dəyərində bir ədəd «Assis» markalı qiymət vuran, 15 manat dəyərində bir ədəd «PRC» markalı qiymət vuran, bir ədədi 3 manat olan 60 manat dəyərində 20 ədəd «Oyal», «PRC» markalı rəngli qələmlər, 30 manat dəyərində bir ədəd «Oyal» markalı kağız tikən, bir ədədi 50 qəpik olan 10 manat dəyərində 20 ədəd «Oyal», «PRC» markalı qələmlər, bir ədədi 50 qəpik olan 10 manat dəyərində 20 ədəd «Oyal» markalı lövhə markeri, bir ədədi 3 manat 70 qəpik olan 25 manat 90 qəpik dəyərində 7 ədəd «Özokul» markalı rəngli qələmlər, 10 manat dəyərində bir ədəd «PRC» markalı skoc bağlayan, 7 manat 50 qəpik dəyərində bir ədəd «PRC» markalı kalkulyatoru, ümumilikdə 503 manat 40 qəpik dəyərində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ildir tanıyır. 16 iyun 2019-cu il tarixdə həmişə olduğu kimi Təqsirləndirilən şəxs2la Gəncə şəhəri “Xan bağı” adlanan parkda görüşmüşlər, orada peraşki, meyvə alıb stolun üstündə spirtli içki ilə qəbul etdikdən sonra şəhərdə bir müddət gəzmişlər və daha sonra onun yaşadığı evə getmişlər. Onlar pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra saat 01 radələrinə qədər onun evində oturub televizora baxdıqdan sonra həmin saatda Qabillə birlikdə evdən çıxıb adını sonradan bildiyi Orxan adlı şəxsin Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Şəhidlər” abidəsinin yaxınlığında yerləşən kitab, müxtəlif çeşiddə məktəb və ofis ləvazimatları satılan «Kitab» mağazasının yanına getmişlər. O, evdən əvvəlcədən götürdüyü mismar çıxardan dəmir parçası ilə mağazanın şüşədən olan qapısının ayaq hissəsindəki qıfılı sındırmış və Qabillə birlikdə mağazanın içərisinə daxil olmuşlar. O, Qabillə birlikdə mağazanın içərisində olan A4 kağız bağlamalarını, ayrı-ayrı çeşiddə kalkulyatorları, müxtəlif növ qələmləri, ofis naboarlarını, sənəd tikənləri, markerləri mağazanın içərisindən götürdükləri sellofan torbalara yığmışlar. Bundan sonra Qabillə birlikdə içərisində mağazadan oğurladıqları məktəb və ofis ləvazimatları olan 3 ədəd sellofan torbaları da götürüb mağazadan çölə çıxmışlar. O, Qabillə piyada Ş.İ.Xətai prospekti ilə “Azərbaycan Texnologiya Universiteti” istiqamətində yolun kanarı ilə gedən vaxt “Xanımın dükanı” adlanan yerin yaxınlığında taksi avtomobilinin hərəkət etdiyini görüb əl edərək saxlatmışlar. Onlar əllərindəki sellofan torbaları avtomobilin yük yerinə qoyub avtomobilə əyləşmişlər və yaşadığı evin ünvanını sürücüyə deyib həmin istiqamətində sürməyi bildirmişdir. Onlar yaşadığı evin yanına çatıb avtomobildən yerə düşəndə üstlərində pulları olmadığı üçün sürücüyə 40 qəpik pul və mağazadan oğurladıqları təzə vəziyyətdə olan markasını bilmədiyi bir ədəd elektron kalkulyator verib Bakı şəhərindən gəldikləri üçün üstlərində pulları olmadığını bildirmişlər. Bundan sonra yaşadığı evə getmişlər və Qabil həmin gecəni onun evində qalmışdır. Səhəri gün oğurladıqları məktəb və ofis ləvazimatlarını onun yaşadığı evin yaxınlığında yerləşən ərzaq mağazasına satıb əvəzində spirtli içki və yemək üçün kolbasa almışlar. Həmin ərazidə çoxlu çayda ərzaq mağazaları olduğu üçün o, sərxoş vəziyyətdə olduğuna görə məktəb və ofis ləvazimatlarını satdıqları mağazanı dəqiq xatırlamamışdır. Eyni zamanda mağazadan oğurladıqları A4 kağız bağlamalarını Qabillə birlikdə “Sovxoz Nizami” adlanan yerə aparıb oradakı sənədlərin ksero surəti çıxardılan yerə onun özü daxil olub bir bağlamasını 3 manata sataraq 27 manat pul əldə etmiş, bir qutu qələmi isə Gəncə şəhəri Nizami küçəsində köhnə bazarın yaxınlığında tanımadığı şəxsə 2 manata satmışlar. Sonra isə yerdə qalan məktəb və ofis ləvazimatlarını Qabillə öz aralarında bölmüşlər, sonuncu öz payına düşən əşyaları da götürüb getmişdir. O, da öz payına düşən məktəb və ofis ləvazimatlarını “Dəmir yol” vağzalının yaxınlığında tanımadığı şəxslərə hissə-hissə səyyari qaydada satıb əldə etdiyi təxminən 70 manat məbləğində pula özü üçün yemək yemiş və siqaret almışdır. Təqsirləndirilən şəxs2 da öz payına düşən əşyaları satıb özü üçün xərcləmişdir. Onun payına düşən oğurladıqları məktəb və ofis ləvazimatlarından yaşadığı evdə 5 ədəd «Oyal» markalı lövhə markeri və 30 ədəd «Oyal» markalı qələmlər qaldığı üçün o, həmin ləvazimatları istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirdi ki, hazırda törətdiyi əməldən peşmandır, maddi imakını olmadığından zərərin bir qismini ödəməsi mümkün deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir tanıyır. Təqsirləndirilən şəxs1 “Ded Qasan” ləqəbi ilə də çağırırlar. 16 iyun 2019-cu il tarixdə həmişə olduğu kimi Təqsirləndirilən şəxs1lə Gəncə şəhəri “Xan bağı” adlanan parkda görüşmüşlər, orada peraşki, meyvə alıb stolun üstündə spirtli içki ilə qəbul etdikdən sonra şəhərdə bir müddət gəzdikdən sonra Elşadın yaşadığı evə getmişlər. Onlar bir qədər televizora baxdıqdan sonra üstlərində pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər və saat 01 radələrində evdən çıxıb piyada Ş.İ.Xətai prospektində gəzən vaxt adını sonradan bildiyi Orxan adlı şəxsin Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Şəhidlər” abidəsinin yaxınlığında yerləşən kitab, müxtəlif çeşiddə məktəb və ofis ləvazimatları satılan «Kitab» mağazasının yanından keçəndə oradan oğurluq etmək qərarına gəlmişlər. Elşad evdən əvvəlcədən götürdüyü mismar çıxardan dəmir parçası ilə mağazanın şüşədən olan qapısının ayaq hissəsindəki qıfılı sındırmış və birlikdə mağazanın içərisinə daxil olmuşlar. O, Elşadla birlikdə mağazanın içərisində olan A4 kağız bağlamalarını, ayrı-ayrı çeşiddə kalkulyatorları, müxtəlif növ qələmləri, ofis naboarlarını, sənəd tikənləri, markerləri mağazanın içərisindən götürdükləri sellofan torbalara yığmışlar. Bundan sonra Elşadla birlikdə içərisində mağazadan oğurladıqları məktəb və ofis ləvazimatları olan 3 ədəd sellofan torbaları da götürüb mağazadan çölə çıxmışlar. O, Elşadla birlikdə piyada Ş.İ.Xətai prospekti ilə “Azərbaycan Texnologiya Universiteti” istiqamətində yolun kənarı ilə gedən vaxt “Xanımın dükanı” adlanan yerin yaxınlığında taksi avtomobilinin hərəkət etdiyini görüb əl edərək saxlatmışlar. Onlar əllərindəki sellofan torbaları avtomobilin yük yerinə qoyub avtomobilə əyləşmişlər və Elşad evi istiqamətində sürməyi sürücüyə bildirmişdir. Onlar Elşadın evinin yanına çatıb avtomobildən yerə düşəndə üstlərində pulları olmadığı üçün sürücüyə 40 qəpik pul və mağazadan oğurladıqları təzə vəziyyətdə olan markasını bilmədiyi bir ədəd elektron kalkulyatoru verib Bakı şəhərindən gəldikləri üçün üstlərində pulları olmadığını bildirmişlər. Bundan sonra Elşadın evinə getmişlər və o, həmin gecəni Elşadın evində qalmışdır. Səhəri gün oğurladıqları məktəb və ofis ləvazimatlarını Elşadın yaşadığı evin yaxınlığında yerləşən ərzaq mağazasına satıb əvəzində spirtli içki və yemək üçün kolbasa almışlar. Həmin ərazidə çoxlu sayda ərzaq mağazaları olduğu üçün məktəb və ofis ləvazimatlarını satdıqları mağazanı dəqiq xatırlamamışdır. Eyni zamanda mağazadan oğurladıqları A4 kağız bağlamalarını Elşad “Sovxoz Nizami” adlanan yerdə aparıb bir bağlamasını 3 manata sataraq 27 manat pul əldə etmişlər, bir qutu qələmi isə Gəncə şəhəri Nizami küçəsində köhnə bazarın yaxınlığında tanımadığı şəxsə 2 manat satmışlar. Sonra isə yerdə qalan məktəb və ofis ləvazimatlarını Elşadla öz aralarında bölmüşlər və o, öz payına düşən əşyaları götürüb getmişdir. O, öz payına düşən məktəb və ofis ləvazimatlarını tanımadığı şəxslərə hissəhissə səyyari qaydada satıb əldə etdiyi təxminən 50-60 manat məbləğində pula özü üçün yemək yemiş və siqaret almışdır. Elşad da öz payına düşən əşyaları satıb özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs2 həmçinin bildirdi ki, törətdiyi əməldən peşman olmuş və oğurladıqları malların onun payına düşən hissəsinin dəyərini onun tərəfindən zərərçəkmiş şəxsə nağd pul şəkilində tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kitab» mağazasını icarəyə götürüb işlədir. Həmin mağazada kitablar, müxtəlif çeşiddə məktəb və ofis ləvazimatları satılır. 17 iyun 2019-cu il tarixdə, saat 09 radələrində həmin mağazada işləyən satıcı ona zəng edib bildirmişdir ki, 16 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər mağazanın giriş qapısının kilidini sındırma yolu ilə qırıb mağazanın içərisinə qanunsuz daxil olaraq müxtəlif növ ofis, məktəb ləvazimatları oğurlamışlar. O, bu xəbəri eşidən kimi dərhal mağazaya getmiş və baş vermiş oğurluq cinayəti nəticəsində əvvəlcə 445 manat məbləğində maddi ziyan dəyməsi barədə Kəpəz Rayon Polis İdarəsinə şikayət ərizəsi yazsa da bir neçə gün sonra mağazanın içərisinə diqqətlə nəzər salanda müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən mağazadan bir bağlaması 5 manat 40 qəpik olan 108 manat dəyərində 20 bağlama «Assis» markalı A4 formatda kağız, 28 manat 50 qəpik dəyərində bir ədəd «Citizen» markalı kalkulyator, 15 manat dəyərində bir ədəd «Assis» markalı kalkulyator, 10 manat dəyərində bir ədəd «Oyal» markalı kalkulyator, bir ədədi 20 qəpik olan 20 manat dəyərində 100 ədəd «Oyal», «Assis», «PRC» markalı qələmlər, bir ədədi 30 qəpik olan 30 manat dəyərində 100 ədəd «Oyal», «Assis», «PRC» markalı qələmlər, 18 manat 50 qəpik dəyərində bir ədəd «Oyal» markalı ofis naboru, 60 manat dəyərində bir ədəd «PRC» markalı ofis naboru, bir ədədi 10 manat olan 20 manat dəyərində iki ədəd «PRC» markalı ofis naboru, 25 manat dəyərində bir ədəd «Assis» markalı qiymət vuran, 15 manat dəyərində bir ədəd «PRC» markalı qiymət vuran, bir ədədi 3 manat olan 60 manat dəyərində 20 ədəd «Oyal», «PRC» markalı rəngli qələmlər, 30 manat dəyərində bir ədəd «Oyal» markalı kağız tikən, bir ədədi 50 qəpik olan 10 manat dəyərində 20 ədəd «Oyal», «PRC» markalı qələmlər, bir ədədi 50 qəpik olan 10 manat dəyərində 20 ədəd «Oyal» markalı lövhə markeri, bir ədədi 3 manat 70 qəpik olan 25 manat 90 qəpik dəyərində 7 ədəd «Özokul» markalı rəngli qələmlər, 10 manat dəyərində bir ədəd «PRC» markalı skoc bağlayan, 7 manat 50 qəpik dəyərində bir ədəd «PRC» markalı kalkulyator oğurlanmışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 503 manat 40 qəpik məbləğində maddi ziyan dəymiş, oğurlanmış 53 manat dəyərində əmlakı istintaq dövründə ona geri qaytarılmışdir. Əlavə olaraq, məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərdən 250 manat hissəsi önənildiyindən ona qarşı şikayət və tələbi yoxdur, hazırda ona vurulmuş ziyandan 200 manat ödənilməmişdir, Təqsirləndirilən şəxs1 onunla razılıq və ya barışıq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, “Sovxoz Nizami” dairəsi adlanan ərazidə yerləşən “ABC” Telekom adlı sənədlərin ksero surətinin çıxırıldığı mağazada günü 6 manata işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, həmin şəxslə əvvəllər hər hansı bir münasibəti və ya düşmənçiliyi olmamışdır. 17 iyun 2019-cu il tarixdə, saat 14 radələrində işlədiyi mağazanın içərisində olan vaxt əvvəllər tanımadığı, adını sonradan bildiyi Elşad adlı şəxs mağazaya gəlib pula ehtiyacı olduğu üçün özündə olan A4 markalı kağız satmaq istədiyini bildirmişdir. O, neçəyə satdığını soruşanda Elşad özünə məxsus A4 kağızı 3 manata satacağını ona təklif etmiş və o, da Elşadla razılaşmışdır. Bundan sonra Elşad mağazanı tərk etmiş və təxminən 2-3 dəqiqə keçdikdən sonra 9 ədəd «Assis» markalı A4 formatda kağız bağlamalarla mağazaya qayıtmışdır. O, 27 manat pulun müqabilində Elşaddan almış və sonuncu mağazadan çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 aldığı «Assis» markalı A4 formatda kağız bağlamaların oğurluq olması barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 aldığı A4 formatda 8 bağlama kağızları sonradan istintaqa təqdim etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 göstərmişdir ki, o, özünə məxsus VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksilik edib ailəsini dolandırır. 16 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixə keçən gecə baş vermiş oğurluq cinayəti barədə məlumatı olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti olmamışdır. O, həmin şəxsləri ilk dəfə 17 iyun 2019-cu il tarixdə, saat 01 radələrində taksilik etdiyi avtomobilinə müştəri kimi əyləşəndə görüb tanımışdır. 17 iyun 2019-cu il tarixdə, saat 01 radələrində taksilik etdiyi həmin VAZ-2106 markalı avtomobili ilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsini keçib Azərbaycan Texnologiya Universiteti istiqamətində hərəkətdə olan vaxt 2 nəfər cavan oğlan əl edib onu saxlatmışlar. Həmin şəxslər “Dəmir yol” vağzalına aparmağı ona bildirdikləri üçün o, müştəri qismində deyilən ünvana aparmağa razı olmuşdur. Bundan sonra həmin şəxslər əllərindəki 3 ədəd sellofan torbaları avtomobilin yük yerinə qoyub avtomobilə əyləşmişlər. “Dəmir yol” vağzalına çatanda həmin şəxslərdən biri oradan “Sovxoz Nizami” adlanan yerə aparmağı xahiş etdiyi üçün o, deyilən ünvana aparmışdır. O, həmin şəxsləri dedikləri ünvana aparıb Z.Hacıyev küçəsində düşürdəndə həmin şəxslərdən biri ona yol haqqı olaraq 40 qəpik vermiş və Bakı şəhərindən gəldikləri üçün üstlərində pul olmadığı üçün təzə vəziyyətdə ona bir ədəd elektron kalkulyatoru vermişlər. O, da həmin şəxslərin hərəkətinə əsəbiləşib oradan çıxıb getmiş və həmin kalkulyator da avtomobildə qalmışdır. Həmin şəxslərin yol haqqı olaraq ona verdikləri elektron kalkulyatorunun oğurluq olması barədə onun məlumatı olmamışdır. Ümumiyyətlə həmin şəxslər avtomobildə oğurluqla bağlı söhbətlər etməmişlər, onlar tam sakit halda avtomobildə əyləşərək həyəcanlanmadan getdikləri ünvanı ona bildirdikləri üçün o, həmin şəxslərin hərəkətlərindən şübhələnməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş: 21.06.2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Kəpəz Rayon Polis İdarəsinə ünvanlandığı ərizədən görünür ki, 16 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixə keçən gecə naməlum şəxs(lər)in özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində icarəyə götürüb işlətdiyi «Kitab» mağazasının giriş qapısını sındırma yolu ilə daxil olaraq oradan 445 manat dəyərində müxtəlif növlərdə dəftərxana ləvazimatlarını talayıb zərərçəkmiş şəxsə ümumilikdə 445 manat dəyərində maddi ziyan vurmaqla oğurluq edilmişdir. 21.06.2019-cu il tarixli baxış keçiriməsi barədə protokoldan görünür ki, 21 iyun 2019-cu il tarixdə Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru x12 tərəfindən oğurluq cinayətinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Kitab» mağazasına baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. 22 iyun 2019-cu il tarixli əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, 22 iyun 2019-cu il tarixdə Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru x12 tərəfindən əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib olunmuş, Şahid1 təqdim etdiyi «Oyal» modelli elektron kalkulyator sonuncudan götürülmüş və götürülmə aparılması barədə fotoşəkillər çəkilmişdir. 18 avqust 2019-cu il tarixli əşyanın götürülməsi protokolundan görünür ki, baxış keçirilməsi istintaq hərəkəti keçirilmiş, vətəndaş Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5 ədəd «Oyal» markalı lövhə markeri və 30 ədəd «Oyal» markalı qələmlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. 18 avqust 2019-cu il tarixli əşyanın götürülməsi protokolundan görünür ki, götürmə və baxış keçirilməsi istintaq hərəkəti keçirilmiş, vətəndaş Şahid2 təqdim etdiyi «Assis» markalı A4 formatda 8 bağlama kağız iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. 02 dekabr 2019-cu il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, 02 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. 02 dekabr 2019-cu il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, 02 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İşin materiallarına əlavə olunmuş ekspertin 06 noyabr 2019-cu il tarixli, 75 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs məxsus dəftərxana ləvazimatlarının bir ədədinin 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir. «Citizen» markalı kalkulyator 28,50 manat; «Assis» markalı kalkulyator 15 manat; «Oyal» markalı kalkulyator 10 manat; «Oyal» markalı qələm 0,20 manat; «Oyal» markalı qələm 0,30 manat; «Oyal» markalı ofis dəsti 18,50 manat; «PRC» markalı ofis dəsti (nabor) 60 manat; «PRC Oyal» markalı ofis dəsti 10 manat; «Assis» markalı qiymət yapışdırıcısı 25 manat; «PRC» markalı qiymət yapışdırıcısı 15 manat; «PRC» rəngli qələm 3 manat; «Oyal» markalı kağız tikən 30 manat; «PRC» markalı qələm 0,50 manat; «Oyal» markalı lövhə markeri 0,50 manat; «Öz Okul» markalı rəngli qələm 3,70 manat; «PRC» markalı skoç bağlayan 10 manat; «PRC» markalı kalkulyator 7,50 manat; İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev x10 Rayon Məhkəməsinin 26.01.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Lakin cinayət işinə əlavə olunmuş Gəncə şəhəri Probasiya Şöbəsindən alınmış 02.12.2019-cu il tarixli, 4-59/16 nömrəli məktubdan görünür ki, “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5ci bəndi tətbiq edilməklə Əliyev x10 Rayon Məhkəməsinin 26.01.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə islah işləri cəzasından azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumluğu götürülmüş hesab olunur. Odur ki, hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 x14 Məhkəməsinin 01.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Lakin cinayət işinə əlavə olunmuş məktubdan görünür ki, məhkumluğu ödənilmişdir. Odur ki, hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan və təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunması haqqında qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barələrində seşilmiş «polisin nəzarəti altına vermə» qətimkan dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x16 tərəfindən verilmiş 28.11.2019-cu il tarixli 4658 və 4659 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 x4 Dispansenerində qeydiyyatda durmurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x7 Dispanseri tərəfindən verilmiş 05.12.2019-cu il tarixli 4071 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 x15 Dispansenerində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x7 Dispanseri tərəfindən verilmiş 05.12.2019-cu il tarixli 4070 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 15.03.2014-cü il tarixdən Polinarkomaniya diaqnozu ilə x15 Dispansenerində qeydiyyatda durur. Həmçinin 01 noyabr 2019-cu il tarixdə cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək 06 noyabr 2019-cu il tarixli, 75 nömrəli rəy alınsa da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ekspertin rəyində göstərilən qiymətlərlə razılaşmayıb istintaqa verdiyi əlavə ifadəsində baş vermiş oğurluq cinayəti nəticəsində Gəncə şəhəri Ş.İ.Xətai prospektində «20 Yanvar» abidəsinin yaxınlığında yerləşən icarəyə götürüb işlətdiyi «Kitab» mağazasından oğurlanmış müxtəlif çeşiddə ofis və məktəb ləvazimatlarının ayrı-ayrılıqda dəyərini göstərmişdir. Odur ki, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş qiymətlərlə və “Asis” markalı A4 kağızının 1 bağlamasının qiyməti Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi 5 manat 40 qəpik məbləğində hesablanmalıdır. Beləliklə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxslərin özlərinin səmimi etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşmançılıq çəkməsini, vurduğu maddi ziyanı ödəməsini və zərərçəkmiş şəxslə razılıq əldə edərək ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bu təqsirləndirilən şəxslərin əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cəza müddətini müəyyən edərkən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməklə barışıq əldə etməsi və Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməyərək onunla barışıq əldə etməməsi, təqsirləndirilən şəxslərin əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum olunmaları və şəxsiyyətlərini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 15 saat vaxt sərf etdiyindən müdafiəçi x2 dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132, 179-188, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi :

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə KOD 201025, VÖEN **********, SWİFT-kod AİİNAZ2X, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AİİB******************** hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi x2 dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxslər isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : i Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar