Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-32/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X7 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X12 iştirakları ilə, xx.xx.1991-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan, "xxxx" MMC-nin Gəncə şəhərində fəaliyyət göstərən «Gəncə-1» filial supermarket mağazasında müdir vəzifəsində işləyən, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs 19.02.2019-cu il tarixdən "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında mağaza müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına və "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmrə əsasən rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsi və təşkil olunması ona həvalə edildiyi halda o, "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, konkret olaraq kabinası oturma meydançasından aralanın zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verməklə və həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs yük liftindən istifadə qaydada təlmatlandırılmasını təmin etməyərək «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.213 və 4.2.14 maddələrinin tələblərini pozması səbəbindən "xxxx" MMC-nin «Gəncə-1» mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs 10 may 2020-ci il tarixdə saat 09:08 dəqiqədə mağazanın ikinci mərtəbəsində kabinası oturma meydançasından aralandıqda avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin şaxtasına yıxılaraq ehtiyatsızlıqdan sol İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərdə kontuziya sahələri, ağciyərlərin kəskin ödemi, sol ağ ciyərin cırılması, qarının dərialtı yumşaq toxumalarına qansızma, sağ bazu, sol bud nahiyyələrinin qançıarı xəarətləri ilə müşaiyət olunan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərindən 18 may 2020-ci il tarixdə X16 mərkəzində ölmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2016-cı ildən "xxxx" MMC-də çalışır, 2020-ci ilin aprel ayından hal-hazıra kimi "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında mağaza müdiri vəzifəsində işləyir. "xxxx" MMC-nin Gəncə filialı Gəncə şəhəri, N.Nərimanov prosekti 76 ünvanda yerləşir. Mağazanın fəaliyyət göstərdiyi qeyri yaşayış binası "xxxx" MMC-nin rəhbərliyi tərəfindən fiziki şəxs Şahid4 icarəyə götürülmüşdür. Mağaza müdiri kimi onun vəzifəsi mağazanın fəaliyyətinə nəzarət etməkdir. Əməyin mühafizəsi, texniki qaydalara nəzarət onun vəzifəsinə aid deyildir. Rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariyaməişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin və təşkil olunmasının ona həvalə edildiməsinə dair "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmrdən məlumatı olmamış, həmin əmrin mövcudluğunu barəsində cinayət işi başlanandan sonra xəbər tutmuşdur. Həmçinin bildirir ki, "xxxx" MMC-nin Gəncə filialının fəaliyyət göstərdiyi mağazada iki ədəd eskalator, bir ədəd sərnişin lifti və bir ədəd kustar üsulla hazırlanmış yük lifti quraşdırılmışdır. Həmin qurğuların texniki şərtlərinin olub-olmadığı barədə məlumatı yoxdur. Lakin həmin qurğular daimi saz və işlək vəziyyətdədirlər. Mağazada istismar edilən yük lifti kustar üsulla hazırlanmışdır. Həmin liftin qapılarının elektron qaydada açılıb-bağlanması avtomatlaşdırılmamış, yük lifti binanın zirzəmisində, 1-ci və 2-ci mərtəbələrində çağrı düyməsi ilə təchiz olunmuş, liftin qapıları lifti yalnız çağırmış şəxs tərəfindən açıla bilir. Həmin liftdən yalnız mağazada çalışan işçilər yük daşıma məqsədi ilə istifadə edirlər. Zərərçəkmiş şəxs 27 dekabr 2019-cu il tarixdən "xxxx" MMC-nin Gəncə filifalında satıcı kimi işə qəbul olunmuş və "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında əmək müqvailəsi (kontraktı) bağlanmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMCnin Gəncə filialının mağazasında 2-ci mərtəbədə qeyri qida məhsullarının satıcısı kimi fəaliyyət göstərmiş və özünü bacarıqlı işçi kimi göstərmişdir. Zərərçəkmiş şəxs sonuncu dəfə «Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi haqqında» 01 mart 2020-ci il tarixdə təlimatlandırılmış və bu barədə «Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat» jurnalında təlimat almasına dair imza etmişdir. 10 may 2020-ci il tarixdə istirahət günü olduğundan iş yerində olmamış, həmin günü saat 11 radələrində mağazanın müdir müavini Eşqin Şəmi-zadə ona telefonla məlumat verərək satıcı Zərərçəkmiş şəxs mağazanın 2-ci martəbəsində liftin şaxtasına yıxılması və hazırda özünün danışa bildiyi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs əvvəlcə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya, daha sonra isə X14 Mərkəzinə aparılmış, orada onun üzərində cərrahiyyə əməliyyatı aparılmış, lakin həkimlərin səylərinə baxmayaraq Azu Əliyeva 18 may 2020-ci il tarixdə vəfat etmişdir. Göstərirəm ki, mağazanın 2-ci mərtəbəsində, pilləkən meydançasında quraşdırılmış müşahidə kamerasında 08 may 2020-ci il tarixdə, saat 13:14 dəqiqədən saat 13:17 dəqiqəyədək olan müddətdə qeydə alınmış videogörüntülərlə müəyyən edildi ki, satıcı Zərərçəkmiş şəxs özü ehtiyatsızlıq edib, yük liftinin çağırış düyməsini basıb lifti çağırmadan liftin qapısını açıb müştəri arabasını çəkərək, liftin içərisinə baxmadan arxa-arxaya doğru hərəkət etməklə liftin şaxtasına daxil olur və hündürlükdən həmin vaxt zirzəmidə şaxtada olan liftin kabinəsinin üzərinə düşür. O, əvvəllər "xxxx" MMC-yə məxsus digər mağazalarda işləmiş, həmin mağazalarda lift olmamış, onun tərəfindən daim işçilər mağazada olan kəsici alətlərlə və digər avadanlıqlarla davranış qaydaları izah olunmuşdur. 2020-ci ilin aprel ayından "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında mağaza müdiri vəzifəsində işə başlayarkən həmin mağazada olan liftlərdən istifadə edilmiş, ona həmin liftin istifadə edilməməsi, liftdən istifadə qaydalarına dair onun işçiləri təlimatlandırması bildirilməmiş, həmçinin liftdən istifadə və texniki şərti barədə onun məlumatı olmamış, hadisə baş verən zaman onun həmin mağazada işlədiyi heç bir ayı tamam olmadığından və işçilər rüblük olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırıldığından ondan əvvəlki rəhbərlik sonuncu təlimatlandırmanı etmişdir. Həmçinin sözügedən kustar üsulla hazırlanmış liftin çöl hissəsində liftlə bağlı lövhələr vurulmuşdur və həmin lövhələrə əsasən işçilərin yük liftinə daxil olması ondan aşağı və yuxarı qalxmaq üçün istifadə edilməsi qadağan edilmişdir. "xxxx" MMC-nin işçilərinə yük liftindən yalnız yüklərin daşınması məqsədi ilə istifadə edilməsi üçün icazə verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X23 ifadəsində göstərdi ki, 1989-cu ildə X27 ilə ailə qurmuş, nigahılarından üç uşaqları olmuşdur. Qızı Zərərçəkmiş şəxs ailənin kiçik uşağı olmuşdur. Arzu orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində «Bolmarket» mağazasında çörəkbişirmə sexində işləmiş, 2019-cu ilin dekabr ayının sonundan isə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən "xxxx" supermarket mağazasında satıcı kimi işə qəbul olunmuşdur. Qızı Arzu ailə üzvləri ilə birlikdə yaşamışdır. 10 may 2020-ci il tarixdə qızı Arzu səhər tezdən işə getmiş, həmin günü saat 12 radələrində dostu Vəli telefonla zəng edərək qızı Arzunun iş yerində yıxıldığını və X17 Mərkəzinə aparıldığını bildirmişdir. O, həmin tibb müəssisəsinə gəldikdə ona məlum olmuşdur ki, Arzu iş yerində lftin şaxtasına yıxılmış və iş yoldaşlarının köməkliyi ilə xətəxanaya çatdırılmışdır. Xəstəxanada həkimlər qızı Arzunun 9 ədəd qabırğasının sındığını, vəziyyətinin ağır olduğunu bildirmişlər. Həkimlərin səylərinə baxmayaraq qızı Arzu 18 may 2020-ci il tarixdə müalicədə olduğu xəstəxanada vəfat etmişdir. Qızı Arzunun iş yoldaşlarının deməsinə görə o, yük liftinə yük arabasını mindirərkən liftin açıq qapısından liftin şaxtasına yıxılmışdır. Qızı Arzunun iş yerində «Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları»na əməl olunması barədə təlimatlandırılıb-təlimatlandırılmamasına dair məlumatı yoxdur. Qızı Arzunun xəstəxanada olarkən onun müalicə xərcləri, dəfn və yas mərasiminə çəkilmiş xərcələr "xxxx" MMC-nin rəhbərliyi tərəfindən qarşılanmış və qızı Arzunun ölümünə görə onun işlədiyi "xxxx" MMCnin rəhbərliyindən və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2016cı ildən "xxxx" MMC-də çalışır. 2018-ci ildən hal-hazıra kimi isə "xxxx" MMC-nin Gəncə filialında, Gəncə şəhəri, N.Nərimanov prosekti 76 ünvanda yerləşən mağazada müdir müavini vəzifəsində işləyir. Mağazada müdir müavini kimi onun vəzifəsi malların sifarişlərinə, kassalara nəzarət emək, mağazanın vaxtında açılıb-balğanmasını təmin etməkdən ibarətdir. Mağazanın fəaliyyət göstərdiyi qeyri yaşayış binası "xxxx" MMC-nin rəhbərliyi tərəfindən fiziki şəxs Şahid4 icarəyə götürülmüşdür. Mağazada əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət və bu barədə işçiləri təlimatlandırmaq vəzifəsi mağaza müdirinin üzərinə qoyulmuşdur. "xxxx" MMC-nin Gəncə filialının fəaliyyət göstərdiyi mağazada iki ədəd eskalator, bir ədəd sərnişin lifti və bir ədəd kustar üsulla hazırlanmış yük lifti quraşdırılmış və həmin mağazada işlədiyi vaxtdan istifadə olunur. Həmin qurğuların texniki şərtlərinin olub-olmadığı barədə məlumatı yoxdur. Lakin həmin qurğular daimi saz və işlək vəziyyətdədirlər. Mağazada istismar edilən yük lifti kustar üsulla hazırlanmışdır. Həmin liftin qapılarının elektron qaydada açılıb-bağlanması avtomatlaşdırılmamış, yük lifti binanın zirzəmisində, 1-ci və 2-ci mərtəbələrində çağrı düyməsi ilə təchiz olunmuş, liftin qapıları lifti yalnız çağırmış şəxs tərəfindən açıla bilir. Həmin liftdən yalnız mağazada çalışan işçilər yük daşıma məqsədi ilə istifadə edirlər. Zərərçəkmiş şəxs 27 dekabr 2019-cu il tarixdən "xxxx" MMC-nin Gəncə filifalında satıcı kimi işə qəbul olunmuş və "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında əmək müqvailəsi (kontraktı) bağlanmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Gəncə filialının mağazasında 2-ci mərtəbədə qeyri qida məhsullarının satıcısı kimi fəaliyyət göstərmiş, Zərərçəkmiş şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları riayət edilməsi haqqında təlimatlandırılmışdır. 10 may 2020-ci il tarixdə özü işdə olarkən saat 09 radələrində yük lifti quraşdırılmış tərəfdən qışqırıq səsələrini eşidib həmin yerə getdikdə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs mağazanın 2-ci mərtəbəsindən zirzəmidə olan liftin şaxtasına yıxılmışdır. İşçilər köməkləşib Arzunu liftin şaxtasından çıxarmış, Zərərçəkmiş şəxs həmin vaxt sərbəst danışır, özünü sağlam göstərmək istəyirmiş. O, bu barədə müdriyyətə məlumat vermiş və Zərərçəkmiş şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə əvvəlcə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanasına aparılmış, sonra isə Zərərçəkmiş şəxs Gəncə X5 yerləşdirilmişdir. Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Lakin həkimlərin səylərinə baxmayaraq Arzu 18 may 2020-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Mağazanın 2-ci mərtəbəsində, pilləkən meydançasında quraşdırılmış müşahidə kamerasında 10 may 2020-ci il tarixdə, saat 09:08 dəqiqədə 30 saniyəlik müddətdə qeydə alınmış video görüntülərlə müəyyən edilmişdir ki, satıcı Zərərçəkmiş şəxs özü ehtiyatsızlıq edir, yük liftinin çağırış düyməsini basıb lifti çağırmadan liftin qapısını açıb müştəri arabasını çəkərək, liftin kabinəsi istiqamətində baxmadan, arxaarxaya doğru hərəkət edərək liftin şaxtasına daxil olur, hündürlükdən həmin vaxt zirzəmidə şaxtada olan liftin kabinəsinin üzərinə yıxılır. O, Zərərçəkmiş şəxs bacarıqlı işçi kimi tanımış, sonuncunun müalicə və dəfn xərclərini "xxxx" MMC öz üzərinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən hal-hazıra kimi "xxxx" MMC-nin Gəncə filialında, Gəncə şəhəri, N.Nərimanov prosekti 76 ünvanda yerləşən mağazada xadimə işləyir, mağazanın binasında 1-ci və 2-ci mərtəbələrdə, eləcə də zirzəmidə təmizlik işləri aparır. Mağazada işləyən bütün satıcılar, nəzarətçilər və texniki işçilər, o, cümlədən də xadimələr əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimat alır və bu barədə jurnalda imza edirlər. Həmin mağazada quraşdırılmış liftlərdən daim istifadə olunur, lakin yük liftinə insanların minməsi rəhbərlik tərəfindən qadağan edilmişdir. Zərərçəkmiş şəxs onun işlədiyi mağazada 2019-cu ilin dekabr ayından 2-ci mərtəbədə qeyri qida malları şöbəsində satıcı işləmişdir. O, Zərərçəkmiş şəxs sakit, tərbiyəli bir insan kimi tanımışdr. 10 may 2020-ci il tarixdə mağazanın binasının 2-ci mərtəbəsində pilləkən və yük liftinin meydançasında təmizlik işləri apararkən Zərərçəkmiş şəxs həmin meydançada müştəri arabasından tutub arxa-arxaya doğru liftin qapısı istiqamətində çəkməsini görmüşdür. Daha sonra ona nəzər yetirməmişdir. Bir neçə saniyədən sonra «taqqıltı» səsi eşidib liftə tərəf baxanda müştəri arabasnını liftin girişinin qarşısında qaldığını, Arzunun isə yox olduğunu görmüşdür. Yük liftinin qapısından qaranlıq şaxtaya boylandıqda isə Aynurun liftin şaxtasında aşağıda yıxılı vəziyyətdə qaldığını görüb qışqırıb haray-həşir salmış, digər işçilərlə birlikdə mağazanın birinci mərtəbəsinə düşdükdə, orada Aynurun yıxılı vəziyyətdə qaldığını görüb «özündən getmişdir». Ona sonradan məlum olmuşdur ki, Aynuru xəstəxanaya aparmışlar və 8 gündən sonra Aynur Əliyeva xəstəxanada ölmüşdür. Göstərir ki, Aynur özü ehtiyatsızlıq edərək yük lifti olmadığı halda liftin qapısını açıb liftin ikinci mərtəbədə olub-olmadığına nəzər yetirmədən şaxtaya daxil olmuş və hündürlükdən mağazanın zirzəmisində dayanmış liftin kabinəsinin üstünə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da ifadəsində göstərmişdir ki, 2014-cü ildən hal-hazıra kimi "xxxx" MMC-nin Gəncə filialında, Gəncə şəhəri, N.Nərimanov prosekti 76 ünvanda yerləşən mağazada xadimə işləyir. O, mağazanın binasında 1-ci və 2-ci mərtəbələrdə, eləcə də mağazanın zirzəmisində təmizlik işlərini aparır. Mağazada işləyən bütün satıcılar, nəzarətçilər və texniki işçilər, o, cümlədən də xadimələr əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimat alırlar. Təlimat almaqları barədə jurnalda imza edirlər. İşlədiyi mağazada quraşdırılmış liftlərdən daim istifadə olunur, lakin yük liftinə insanların minməsi rəhbərlik tərəfindən qadağan edilmişdir. Zərərçəkmiş şəxs işlədiyi mağazada 2019-cu ilin dekabr ayından 2-ci mərtəbədə qeyri-qida malları şöbəsində satıcı işləmişdir. Zərərçəkmiş şəxs sakit, tərbiyəli bir qız kimi tanımışdır. 10 may 2020-ci il tarixdə mağazanın binasının 2-ci mərtəbəsində pilləkən və yük liftinin meydançasının qarşısındakı inventarlar otağında təmizlik işləri aparkən pilləkən meydançasında onunla birlikdə mağazada xadimə işləyən Şahid1 qışqıraraq «kömək eləyin qız yıxıldı» dediyini eşidib pilləkən meydançasında çıxdıqda Kiafyət ona Zərərçəkmiş şəxs liftin şaxtasına yıxıldığını demiş və onlar mağazanın birinci mərtəbəsinə düşmüşlər. Orada mağaza işçilərinin köməkliyi ilə liftin şaxtasından Arzu çıxarılmışlar. Arzu liftin şaxtasından çıxarıldıqda özünü yaxşı hiss etdiyini desə də təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılmışdır. Ona sonradan məlum olmuşdur ki, Arzu müalicə olunduğu xəstəxanada 8 gündən sonra ölmüşdür. Zərərçəkmiş şəxs özü ehtiyatsızlıq edərək yük lifti olmadığı halda liftin qapısını açıb liftin ikinci mərtəbədə olub-olmadığına nəzər yetirmədən şaxtaya daxil olmuş və hündürlükdən mağazanın zirzəmisində dayanmış liftin kabinəsinin üstünə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 76 ünvanda yerləşən və hal-hazırda "xxxx" MMC-nin icarəsində olan, zirzəmidən, iki mərtəbə və mansarddan ibarət, ümumi sahəsi 3354 kv.m. qeyri yaşayış sahəsi olan bina onun özünə məxsusdur. Qeyd edilən binanı "xxxx" MMC ilə arasında 16 iyun 2014-cü il tarixdə bağlanmış müqavilə əsasında 10 il müddətinə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə əsasən marketin təmiri və fəaliyyəti ilə bağlı Dövlət Orqanlarından və ya digər aidiyyəti olan orqanlardan tələb edilən icazə və razılaşdırmaların alınması onun özünün öhdəsinə düşür, qeyri yaşayış sahəsi olan binanın texniki pasportu vardır. Həmin binada Azərbaycan istehsalı olan iki ədəd zəncir ötürücülü eskalator və bir ədəd Türkiyə istehsalı olan «Senkron» markalı, zavod üsulu ilə hazırlanmış yük lifti quraşdırılmışdır. Qeyd elilən eskalator və yük liftinin istismarı üçün «Təhlükə potensiallı obyektlərin Dövlət reyestrində» qeydə alınması təmin olunmuşdur və bu barədə müvafiq çıxarış vardır. Bununla belə, ona məxsus olub, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 76 ünvanda yerləşən qeyri yaşayış binasında əlavə olaraq kabinəli və giriş qapılarının açılıb-bağlanması elektron qaydada təmin edən avtomatlaşdırılmış qurğu quraşdırılmamış qaldırıcı qurğu quraşdırılmışdır. Qaldırıcı qurğunun giriş qapıları iki taylı olmaqla qapıların açılıb-bağlanması üçün qapının yuxarı baş hissəsində sürtkəc quraşdırılmışdır. Həmin sürtkəci hərəkətə gətirmədən qapıların açılması mümkün deyildir. Qaldırıcı qurğu kustar üsulla hazırlanmışdır. Həmin qaldırıcı qurğunun texniki şərtlərini müəyyən edən pasportu yoxdur və həmin qurğu «Təhlükə potensiallaı obyektəlrin Dövlət reyestrində» qeydə alınmamışdır. Həmin qurğunun istismar edilməsi üçün müvafiq texniki şərtlər və «X10 Görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyi»ndən müvafiq icazə və çıxarış alındıqdan sonra həmin qaldırıcı qurğu istifadə olunmalıydı. Onun tərəfindən «Bazarstore MMC»-yə icarəyə verilmiş qeyri yaşayış binasında quraşdırılmış qurğulardan istifadə vaxtı «Texniki təhlkəsizlik qaydaları»na əməl edilməsi vəzifəsi icarə müqaviləsinə əsasən icarədarın öz üzərinə qoyulmuşdur. 10 may 2020-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus olub, «Bazarstore MMC-yə icarəyə verilmiş, market kimi istifadə edilən qeyri-yaşayış binasında satıcı ilşəyən bir qız binada quraşdırılmış və qaldırıcı qurğu kimi istifadə edilən liftin şaxtasına düşərək xəsarət almış və daha sonra bədən xəsarətlərindən ölmüşdür. Həmin satıcı qızın hansı şəraitdə qaldırıcı qurğu kimi istifadə edilən liftin şaxtasına yıxılması və xəsarət alması barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi vəzifəsində işləyir. Bədbəxt hadisə ilə bağlı bildirir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 76 ünvanda yerləşən "xxxx" MMC-də yük lifti kustar üsulla hazırlanmış, kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlanan qıfıllarla təchiz olunmamış və lift quraşdırılarkən müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmamışdır. Belə lift quraşdırılmış bina ümumiyyətlə icarəyə verilə bilməzdi. Həmin yük lifti təhlükə potensialına malik olduğu üçün onun ayrıca təlimatı olmalı, liftdən istifadəyə dair müəssisənin rəhbərliyi tərəfindən işçilər əmək funksiyasını yerinə yetirərkən təlimatla tanış olmalı idi. Hər bir halda həmin qadağanedici nişanlarla birgə məlumat verilərkən təlimat da verilməli idi. Lakin belə bir təlimatlandırılma aparılmamışdır. Ona görə də müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin X10 görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyinin, Qərb Regional X10 görülməsi və Dağ-Mədən nəzarəti müfəttişliyinin baş məsləhətçisi, baş müfəttişi vəzifəsində işləyir. Hüquqi və ya fiziki şəxslərə məxsus yaşayış və qeyri yaşayış binalarında quraşdırılan liftlər və digər qaldırıcı qurğulara nəzarət, onların texniki yoxlamalardan keçirilməsi "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na və "Digər qaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən aparılır. "Qaldırıcı qurğuların Agentlikdə qeydiyyata alınması sahibinin yazılı müraciəti və qurğunun təqdim olunmuş texniki pasportunun qurumun mütəxəssisi tərəfindən yerində olan avadanlığın texniki göstəricilərinin uyğunluğu araşdırıldıqdan sonra aparılır. Lift quraşdırılıb qeydiyyata alındıqdan sonra isə "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən müfəttiş tərəfindən texniki müayinədən keçirilib, istismarına icazə alınmalıdır. Liftlərin dövrü texniki müayinəsi isə 12 aydan gec olmayaraq keçirilməli və pasportunda növbəti müayinə vaxtına qədər istismarına icazə haqqında yazılmalıdır. "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında baş verən hadisə ilə bağlı bildirir ki, liftin quraşdırılması üçün lisenziyalı təşkilata yazılı ərizə ilə müraciət edilməli və orada qeydiyyatda alınmalı idi. Sözügedən liftin quraşdırılması üçün heç bir sənədi və icazəsi olmamış, kustar qaydada hazırlanmış və icrayə götürülən tərəfindən bu hallar araşdırılmamış və həmin liftdən istifadə edilmişdir. İlkin olaraq həmin liftin planı hazırlanmalı və şaxtası da olmalı idi. Lakin bu qaydaların heç birinə riayət olunmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə Qazax ərazi dairəsində bölgə müdiri vəzifəsində işləyir. Onların vəzifəsi vitrinlərin təmizliyi, vitrin məsələlərini həll etməkdən ibarətdir. Mağaza müdirləri onun tabeliyində fəaliyyət göstərirlər. "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasının əvvəlki müdiri İlkin Əfəndiyev olmuşdur. Sonradan həmin mağazaya müdir olaraq "xxxx" MMC-nin direktoru tərəfindən əmrlə X9 təyin edilmişdir. Yeni təyin edilmiş müdirə təhlükəsizlik təlimatları ilə bağlı məsələləri izah edən nəzərdə tutulmamışdır. Sadəcə olaraq təlimatlandırılma kitabları vardır, SƏTƏM tərəfindən həmin təlimatlandırılmalar verilir. Mağaza müdirləri texniki şərtlərin təlimatlandırılması barədə məlumatsızdırlar. "xxxx" MMC-nin İnşaat qrupu vardır, onlar tərəfindən mağazaların lahiyələri verilir. Binanı İnşaat qrupu təhvil götürür. Bazarstore» MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə- 1» supermarket mağazasında baş vermiş hadisə ilə bağlı bildirir ki, həmin istifadə olan liftin kustar üsulla hazırlanıb-hazırlanmaması barədə məlumatı yoxdur. Həmin "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazası "xxxx" MMC tərəfindən icarəyə götürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 Əliqulu oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. 2013-cü ildən "xxxx" MMC-də fəaliyyət göstərir. Yeni işə qəbul edilən şəxsə vəzifə təlimatına uyğun olaraq izahlar edilir, sonra rəhbərlik tərəfindən əmr əsasında mağaza müdiri vəzifəsinə təyin edilir. "xxxx" MMC-yə məxsus təhlükəsizlik təlimatı vardır, ona birbaşa mağaza müdiri cavabdehdir, həmin təlimatları o təqdim etmir. Təlimatlar "xxxx" MMC-yə məxsus qovluqlarda saxlanılır. Sadəcə olaraq yeni təyinat alan əməkdaşlara təlimatlar onun tərəfindən keçirilir. Həmin təlimatlara əsasən, mağaza müdiri nasazlıq olan zaman, dərhal məlumat verməlidir. Texniki təhlükəsizlik sənədləri və avadanlıqların alınıb-verilməsi onun üzərinə düşür. Ümumilikdə nəzarət onun tərəfindən həyata keçirilir. "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında baş verən hadisə ilə bağlı bildirir ki, həmin mağaza "xxxx" MMC tərəfindən 2014-cü ildə icarəyə götürülmüşdür. Həmin obyektin istismara verilməsinə dair sənədlər, çıxarış alınması üçün aidiyyəti üzrə Dövlət Reyestr Xidmətinə təhvil verildiyindən hazırda mövcud deyildir. O, həmin mağazada təxminən 2018-2019-cu illərdə ezam olmuşdur, lift o zaman istifadə edilirdi. Sözügedən liftin kustar üsulla hazırlanması haqqında sonradan məlumatı olmuşdur, onun kustar üsulla hazırlanması onlara icarəyə götürülən zaman deyilməmişdir. Həmin lift standartlara uyğun olaraq yığılıb, lakin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Liftlə bağlı o, məsələni şifahi formada şöbə müdirinə bildirmiş, o da rəhbərliyə bu barədə məlumat vermişdir. Onun kustar üsulla hazırlanmış liftin istifadəsinə hər hansı bir məhdudiyyət qoymaq, dayandırmaq vəzifəsi yoxdur. O, ümumi nəzarəti həyata keçirir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasına müdir təyin edilərkən ona heç kim təlimat keçməmiş və onu avadanlıqlarla tanış etməmişdir. Bu məsələ ilə bağlı "xxxx" MMC-nin Kadrlar şöbəsi maraqlanmalı idi. Təqsirləndirilən şəxs onlar tərəfindən dəvət edilməli və ona vəzifə təlimatları barədə məlumat verməli idi. O, Təqsirləndirilən şəxs liftdən istifadə edib-etməməsi barədə heç bir şey deməmişdir. Liftlə bağlı nasazlıq baş verən zaman müxtəlif lift təmir şirkətləri dəvət edilirdi və onlar təmirlə bağlı problemi aradan qaldırırdılar. Həmin lift təxminən 6 il həmin mağazanın istifadəsində olmuşdur. Həmçinin əlavə olaraq bildirmək istəyir ki, sözügedən kustar üsulla hazırlanmış liftin çöl hissəsində liftlə bağlı lövhələr vurulmuşdur və həmin lövhələrə əsasən işçilərin yük liftinə daxil olması ondan aşağı və yuxarı qalxmaq üçün istifadə edilməsi qadağan edilmişdir. "xxxx" MMC-nin işçilərinə yük liftindən yalnız yüklərin daşınması məqsədi ilə istifadə edilməsi üçün icazə verilmişdir. Əlavə olaraq bildirir ki, o, "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmr elektron poçt vasitəsi ilə Təqsirləndirilən şəxs elektron poçtuna 21 yanvar 2020-ci il tarixdə göndərmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə dindirilən ekspert Şahid6 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzində mühəndistexniki ekspertizalar şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu vəzifəsində işləyir. Tərəfindən iş üzrə tərtib edilən rəylə bağlı bildirir ki, "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında kustar üsulla hazırlanmış lift quraşdırılmışdır. Həmin liftin 6 il işləməsi barədə onun heç bir məlumatı olmamışdır. Liftin texniki müayinədən keçirilməsi məsələsi obyekt sahibi Şahid4 üzərinə, amma sırf istismarla bağlı məsələ "xxxx" MMC-nin üzərindədir. Həmçinin orada tərəflər arasında icarə müqaviləsinin olması öz əksini tapmışdır. İcarə müqaviləsinin 6-7 bəndinin tələblərinə əsasən, binanın qanunvericiliyin tələblərinə uyğun istismar olunmasını icarəçi öz üzərinə götürür. Həmin liftlə bağlı təlimat keçirilsə də belə liftin istifadəsi tam olaraq qadağandır. Lift FHN-də və digər müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınmalı idi. Liftə onun tərəfindən baxış keçirilməmiş, rəy verilərkən cinayət işi materiallarına istinad edilmişdir. Liftlərin quraşdırılması və istismarı ilə bağlı müəyyən təhlükəsizlik qaydaları vardır. Ən əsası lift bu qaydaların tələblərinə cavab verməli idi, FHN-də də ilkin olaraq bu qaydalar tələb ediləcəkdir. Lakin heç bir qaydalara əməl olunmadığından sözügedən lifdən istifadə oluna bilməzdi. Gündəlik həyatda istifadə edilən liftlərin iki qapısı vardır, bu da təhlükəsizlik baxımından qoyulmuşdur ki, çöl qapının biri ən azından bağlı vəziyyətdə qalsın. Həmçinin, qaydalara əsasən lift kabinadan 11 sm aralanarsa onun qapısı açılmamalıdır. Hadisənin video görüntüsündən görürnür ki, şaxtada lift yoxdur, xanım gəlir qapını açır və arxaya doğru hərəkət edərək, liftin boşluğuna düşür. Bu hadisədən də məlum olur ki, lift düzgün quraşdırılmamışdır. İş materialları ilə tanış olan zaman məlum olmuşdur ki, həmin mağazada əlavə bir ədəd lift də olmuş və müvafiq icra hakimiyyəti orqanlarından qeydiyyatdan keçmişdir. O, iş materiallarında olan sənədlər üzərindən araşdırma aparmışdır. Onun "xxxx" MMC-nin strukturundan məlumatı yoxdur. İş materialına əlavə edilmiş mağaza müdirinin vəzifə təlimatına və iş materiallarında olan sənədlərə uyğun müvafiq rəy tərtib etmişdir. Onun tərəfindən verilmiş rəydə texniki səhv olaraq "xxxx" MMC-nin direktorunu yazmışdır, lakin o, filial direktorunun məsuliyyətini nəzərdə tutmuşdur. Əlavə olaraq bildirir ki, "xxxx" MMCnin mağaza müdirinin vəzifə təlimatı ilə tanışdır, digər vəzifə təlimatları tanış olmamışdır və barədə məlumatı yoxdur. O, "xxxx" MMC-nin digər vəzifəli şəxslərinin vəzifə təlimatları ilə tanış olsaydı, rəy verərkən müəyyən dəyişiklik ola bilərdi. "xxxx" MMC-nin sədrinin 25 fevral 2019-cu il tarixli əmri vardır, həmin əmrdə "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar, un məmulatları departamenti, meyvə-tərəvəz və ət məhsullarının çeşidlənməsi şöbəsi, yeməkxana, nasos stansiyaları, qazanxana, ofis və s) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsi üçün cavabdeh şəxslər həmin müəssisənin müdirləri təyin edilmiş, cavabdeh şəxslərin rəhbərlik etdikləri müəssisəslərin ərazilərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin təşkil olunmasını təmin etmələri əmr edilmişdir. Əmrin icrasına nəzarət ƏM və TT aparıcı mütəxəssis Şahid5 həvalə edilmişdir. Hesab edir ki, sözügedən lift texniki müayinədən keçməyib və mağaza müdiri bu barədə təlimatlandırılmayıb. Lakin, qanunu bilməmək məsuliyyətdən azad etmir, o bu barədə məlumatlandırılmalı idi. "xxxx" MMC-nin rəhbərliyi ƏM və TT aparıcı mütəxəssis Şahid5 göndərməli idi, ƏM və TT aparıcı mütəxəssis Şahid5 da həmin mağazanı yoxlayıb ona nəzarət etməli idi. Ona aydın olur ki, ƏM və TT aparıcı mütəxəssisi Şahid5 vəzifə təlimatlarında müəyyən qayda pozuntuları vardır. Liftlə bağlı onu demək istəyir ki, liftin nə qədər müddətdir işləməsi barədə onun məlumatı olmamışdır. Ekspert tərəfindən rəy verilərkən, liftin bir gün və yaxud altı il işləməsinin əhəmiyyəti yoxdur. İş materiallarında olan 16 iyun 2014-cü il tarixli icarə müqaviləsindən və müqaviləyə dəyişiklik edilməsi haqqında əlavədən görünür ki, ünvan 15 ünvanında qeydiyyatda olan Şahid4 ilə Bakı şəhəri Babək pr.1129 olan, nizamnamə əsasında hərəkət edən baş direktor Zeynəb Konyar şəxsində "xxxx" MMC arasında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 76 ünvanında yerləşən 3354.8 kv.m qeyri-yaşayış sahəsini olan daşınmaz əmlak barəsində icra müqaviləsi imzalamışlar. Həmin müavilənin 7.6-cı bəndinə əsaasən icraəçi icarə müddətində icra obyektinin Azərbaycan Respubliaksının qanunvericiliyinə, müvafiq olaraq istifadə edir. İş materiallarında olan Azərbaycan Respubtikası FHN X10 Görülməsi və X6 tərəfindən 10.12.2019-cu il tarixdə verilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-11414 nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 76-da yerləşən obyektdə 02 ədəd eksalator (9000 adam/saat) və 01 ədəd yük tifti (yük/q 1000 kq) qeydiyyata alınmışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti rəisinin 13 may 2020-ci il tarixli **********7 nömrəli “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiqi edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” əmri tərtib edilmiş təhqiqat aktının “3.Bədbəxt hadisənin şəraiti” başlığında olan hissəsində tədqiqatın gedişində "xxxx" MMC-nin "Gəncə-1" mağazasında istifadədə otan yük liftinin (qaldırıcı qurğunun) texniki sənədləri, qurğunun quraşdırılma, sınaq və istismara qəbul aktı komissiyaya təqdim olunmamış, icarəyə verən Şahid4 izahatında bədbəxt hadisə baş vermiş yük liftinin (yük qatdırıcı qurğunun) həmin qeyri-yaşayış sahəsini icarəyə verməzdən əvvət quraşdırıldığını bildirmiş və qurğunun istismara qəbut aktının olmadığını təsdiq etmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin baş direktoru X31 ilə Zərərçəkmiş şəxs arasında 27 dekabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs pərakəndə satış departamentinə satıcı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin «Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı» jurnalından və «Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təkrar, ilkin yanğın təhlükəsizliyi təlimat» jurnalından görünür ki, Zərərçəkmiş şəxs təlimatlandırılmış və jurnallarda imza etmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin baş direktoru X25 ilə Təqsirləndirilən şəxs arasında 11 may 2016-cı il tarixdə pərakəndə satış departamentinin mağaza müdir müavini vəzifəsinə dair müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əlavədən görünür ki, Təqsirləndirilən şəxs eyni departamentə mağaza müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "Bazarstore” MMC tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli 304 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.05.2020-ci il tarixinədək "Bazarstore” MMC-nin Bərdə mağazasında, 01.05.2020-ci il tarixdən hal-hazıradək "Bazarstore” MMC-nin Gəncə mağazasında mağaza müdiri vəzifəsində işləyir. İş materiallarına əlavə olunmuş məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC 01.11.2021-ci il tarixli, 461 nömrəli məktubunda göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan X9 barəsində 1(043)-32/2021 nömrəli cinayət işi üzrə "xxxx" MMC-yə ünvanlanan 26.10.2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, ibtidai istintaq orqanlarının cinayət işinin materiallarına əlavə olunmuş mağaza müdirinin vəzifə təlimatı ibtidai istintaq orqanına iş yerində baş vermiş bədbəxt hadisənin təhqiqatını aparan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən təqdim edilmişdir. X19 Xidmətinə həmin sənəd "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı və uçota alınması Qaydalarf'na əsasən Xidmətin sorğusu əsasında 2020-ci ilin may ayında Gəncə-1 Bazarstore mağazasının müdiri Nurəddin Rəhimovun şəxsi iş qovluğundan götürülmüş və "xxxx" MMC-nin İnsan Resursları Departamentinin əməkdaşı tərəfindən təqdim edilmişdi. Lakin qeyd etməliyik ki, Nurəddin Rəhimovun şəxsi iş qovluğunda həmin tarixdə iki vəzifə təlimatı mövcud olmuş, əməkdaşımızın diqqətsizliyindən hadisə baş verənədək təsdiq olunmuş son vəzifə təlimatı yox, ilkin vəzifə təlimatı təqdim olunmuşdur. Sonradan bununla bağlı müraciət daxil olmadığından ikinci vəzifə təlimatı məhkəmədən bu barədə sorğu daxil olanadək heç bir orqana təqdim edilməyib. Nəzərinizə çatdırmaq istərdik ki, "xxxx" MMC-də iş fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və şirkət əməkdaşlarının vəzifə səlahiyyətlərinin daha da konkretləşdirilməsi məqsədi ilə şirkət əməkdaşlarının vəzifə təlimatı dönəm-dönəm dəyişdirilir, təkmilləşdirilir və hər bir əməkdaşımız vəzifəsinə uyğun olaraq, müvafiq vəzifə təlimatları ilə tanış edilərək, həmin sənədlər əməkdaşların şəxsi iş qovluğuna daxil edilir. Bundan əlavə, bildirmək istərdik ki, əvvəlki vəzifə təlimatında işçilərin mağaza müdiri tərəfindən texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılması vəzifəsi qeyd edilmiş, işçilər də mağaza müdiri tərəfindən müvafiq qaydada təlimatlandırılmış və bu barədə "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə Giriş təlimatı" jurnalında və "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar təlimat" jurnalında işçilər tərəfindən imzalar atılmışdır. Belə ki, məlum bədbəxt hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs 27.12.2019-cu il tarixində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı ilə və 01.03.2020-ci il tarixində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təkrar qaydada təlimatlandırılmışdır. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən təsdiq edilməklə məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin mağaza müdirinin vəzifə təlimatından görünür ki, mağaza müdirinin vəzifələri: Şirkətin prinsip və dəyərlərinə sadiq olmalı və riayət etməlidir. Şirkətin qanunvericilikdən irəli gələn daxili prosedur və əsasnamələrinə, iş təlimatlarına mütləq şəkildə riayət etməlidir. Rəhbərliyin verdiyi təlimatları yerinə yetirmə ciddiyyətinin və gərəkliliyinin fərqində olmalıdır. İş müddətində əmək təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etməlidir. İş müddətində sanitariya, ümumi və şəxsi gigiyena qaydalarına riayət etməlidir. Şirkətin təyin etdiyi işə gəliş və gediş saatlarına və iş davamiyyətinə riayət etməlidir. İş müddətində geyim qaydalarına riayət etməli və yaxa kartını taxmalıdır. Mağaza anbarının qapısını rəhbərliyin təyin etdiyi vaxtdan gec olmamaq şərti ilə açmaq. Mağaza nəzarətçisi ilə birlikdə içəri girdikdən sonra ilk olaraq siqnalizasiyanı söndürmək. Mağaza nəzarətçisi ilə birlikdə mağazanın yanğın çıxış qapılarım, soyuducuları, mal anbarını yoxlamaq. Mağazanın nəzarət anketini imzalamaq. Yeni malları depodan qəbul edərək rəflərə yerləşdirilməsini və köhnəlmiş malların mağaza açılışından əvvəl seçilməsini təmin etmək. İşçilərin gəlməsi və mal qəbulu üçün depo qapısını açdırmaq. Səhərin iş fəaliyyətlərini görülür, günlük qiymətlər işlənib kassalara göndərilir. Mərkəz anbar sifarişinə nəzarət edilir, mağazanın əskik mallarının sifarişləri yazılıb depoya göndərilir. Mağazanın çalışma başlayan bölümlərində (soba, tərəvəz, meyvə, ət, ət və süd məhsulları vitrinləri) işıqlar yandırılır. Saat 7-də mağazaya gələn mağaza təmizlik personallarmın mağaza təmizliyinə başlamasma nəzarət edir. Qiymətli malların stokları sayılır və bir əvvəlki axşam stoklan ilə qarşılaşdırılır. Satıcıların işinə - Mağazanın ət və süd məhsulları bölməsinin mal tarixlərini yoxlamalarına, satışa yararsız malların rəflərdən götürülməsinə nəzarət edır. Meyvə və tərəvəz vitrinində malın keyfiyyətinə nəzarət edir. Saat 8-də mağazaya gələn xəzinədar tərəfindən bir öncəki günə aid satışlar və hesabatın işlənib hazırlanmasına nəzarət edir. Axşam saat 21:30-da mağaza satış bölmələri və ekspozisiyaların bağlanış üçün hazırlanmasını təmin edir. Saat 23:00-da mağazada satış dayanır. Bu anonslar müştəriyə çatdırılır. Son müştəri mağazadan çıxana qədər kassa açıq saxlanılır. Müştəri çıxışı ilə bərabər giriş və çıxış qapılan bağlanılır. Mağaza satış sahəsinin işıqlan söndürülür, son personalın çıxması ilə bərabər mağazanın bütün texniki bölümləri gecə rejiminə keçirilir. Mağaza kassalarının gün sonu əməliyyatı üçün hazır olması yoxlanılır. Gün sonu hesabatı alınır. Nəzarətçi və texniki personal ilə birlikdə mağaza yoxlanılır. Mağaza yoxlanış siyahısma imza atılır. Mağaza xarici polisə təslim aktına imza atdırılaraq mağazaya təslim edilir. Mağaza sifarişləri aşağıdakı şəkildə həyata keçirilir: Tranzit sifarişləri. Mərkəz anbar sifarişləri.Mağazalardan firmalara bilavasitə verilən sifarişlər. Əlaqədar bölmələrdə mağaza personalı tərəfindən bu bölmələr üçün bir həftəlik mal sifarişləri yazılır. Hər bölmənin personalı əlində qalan ehtiyatları (stoku) yoxlayaraq gələn həftə boyunca sata biləcəyi qədər mal miqdarını sifarişə yazar. Sonda bütün bunlara nəzarət edilir. Mərkəz anbar sifarişləri hər gün əlaqədar bölmə personalı tərəfindən kompüterə mərkəz anbar sifarişi siyahısına yazılır. Mağazada azalan və ya bitən mallar mərkəz anbar ehtiyat mallar siyahısında görünərsə sifarişi yazılır və mağazaya istənilir. Mağaza müdriyyəti, firmalara sifarişləri telefon və ya faks vasitəsilə verərək mağazaya gətirilməsini təqib edir. RF qəbulunda sifariş ilə cari qəbul arasında fərqli miqdarlar olarsa giriş-fərq siyahısı hazırlanır. Əgər mallar çəkilidirsə malı qəbul edən müdir müavini malın çəkisini tərəzidə yoxlayaraq faktura üə uyğun olub-olmadığına baxır. Əgər firmalar spirtli içkilər verirlərsə bu malların sayından başqa aksizlərinin normalara uyğun olub - olmadığına nəzarət edilir və sonra satışa qoyulur. Qida mallarının qəbulunda mütləq mal girişində bütün malların istehsal və son istifadə tarixləri yoxlanılır. Əgər malın istifadə tarixinin 1/3 hissəsindən azı qalmışdırsa bu mallar mağazaya qəbul edilə bilməz. Satılmış məhsulların yerlərinin zamanında doldurulmasına nəzarət edir. Mövsümi olaraq satılan məhsullarla bağlı rəf düzümünün edilib edilməməsinə nəzarət edir. Satış kampaniyasmda olan məhsullarla bağlı lazımi rəf düzümünün edilib edilməməsinə nəzarət edir. Satış xidmətlərinin keyfiyyətli edilib edilməməsinə nəzarəti edir (məhsulların qablaşdırılması, səbət və əl arabalarının yetərliliyi və s.) Pik saatlarda sıxlığa görə qabaqlayıcı ön tədbirlərin alınmasına nəzarət edir. Ehtiyac durumunda kassada əməliyyatları icra edir və onlara nəzarət edir. Müştəri şikayətlərinin diqqətə almması və nəzarətini edir. Səhər mağaza nəzarəti (rəflər, işıqlar, ofis, yeməkxana və s) edir. Kompüterdə səhər əməliyyatlarım apanr (qiymət dəyişiklikləri daxil). Mağazanın iç və çöl təmizliyini yoxlayır. Mağazanın rəf və mal düzülüşünü yoxlayır. Malların tarixinə nəzarət edir. Təlimatda göstərilən vaxtda malları rəfdən endirilməsini təmin edir. Personalın işə davamiyyətinə nəzarət edir. Personalın yemək və çay saatlarma nəzarət edir. Personalın geyim qaydalarına riayət etməsinə nəzarət edir. Gündəlik işlənən malm qiymət dəyişiklikləri varsa etiketlərinin rəflərdə dəyişdirilməsini təmin edir. Mərkəz anbar sifarişlərini hazırlayıb göndərir. Personallar arasında iş qrafikini, istirahət vaxtını bölüşdürür və məzuniyyətləri planlayır. Lazım gəldikdə personalla birlikdə mağazanın və anbarın sayımını edir. Endirim etmək üçün rəhbərliyə təkliflər verir, təsdiq aldıqdan sonra mağazadakı mallarda endirim edir. Məhsulların yetərli stok miqdarının təmin olunub olunmamasına nəzarət edir. Stok out malların səbəblərini araşdırır və təkrarlanmaması üçün tədbirlər alır. Məhsul mühafizə şərtlərinin nəzarətini edir. Mağazanın Polis nəzarəti (alarm)pultunun qoşulmasım həyata keçirir. Neqativə düşən malların gündəlik təqibini edir, neqativə düşmə səbəblərini araşdıraraq tədbirlər alır. 500 Azn üzərində olan stoklan təqib edir, açıqlama və tədbirlərini rəhbərinə həftəlik hesabat verir. Dəyərli məhsulların sayımını edərək rəhbərinə həftəlik hesabat verir. LFL da geri qalan mal qruplannı sinif üzrə incələyərək tədbir alır və rəhbərinə həftəlik hesabat verir. Əsas məsuliyyətləri: Satış müdirinin bildirdiyi aylıq satış büdcəsini günlər üzrə bölüşdürür. Bölüşdürülmüş büdcə üçün satış müdirinin təsdiqini alır. Təsdiqli büdcənin mağaza kompüterlərinə sistemə girilməsini təmin etmək. Hər gün sonu satış, büdcə rəqəm və fərqlərini satış müdirinə bildirmək. Ay sonu büdcə - hədəf nəticə rəqəmlərini satış müdirinə göndərmək. Büdcədə göstərilən hədəfləri tutdurmaq istiqamətində mağazada lazımi satış tədbirlərini almaq. Mağazada geri qaytarılmalı olan məhsulların qruplaşmasını (normal, orijinal) edərək, çıxışa hazır vəziyyətə gətirmək. Firmalara və anbara veriləcək geri qaytarmaları qərarlaşdırılan müddətlər daxilində etmək. Geri qaytarma çıxış sənədində, malın adının yanına geri qaytarma səbəbini yazmaq. Endirim olacaq məhsulların sifarişlərini vermək. Endirimli məhsulların ekspozisiyalarını qurmaq və rəf paylarını genişləndirmək. Endirimli məhsulların müvafiq yerlərdə afişalarını yerləşdirmək. Endirimli məhsulların kassalarda qiymət nəzarətini etmək. İki ayda bir dəfə, ay sonunda mağazaya təhkim olunmuş bütün malların inventar sayımını etmək. İnventar sayım sənədini hazırlayıb şirkət mühasibatlığma göndərmək. Mal sayım nəticə rəqəmlərinin hesbatını hazırlamaq. İnventar sayımdan sonra mağazanı satışa hazır hala gətirmək. Tranzit və anbar boş sifariş sənədlərini hazırlayıb müvafiq şəxslərə təslim etmək. Boş sifariş sənədlərinə sifarişləri yazmaq və yazılanları yoxlamaq. Bütün sifarişləri kompüterə sistemə daxil etmək və nəzarətini etmək Anbar və digər mağaza sifarişlərinin sənədlərini anbar maşım ilə göndərmək.Gələn malların sifarişinin fakturalar ilə uyğunluğuna nəzarət edərək qəbulunu həyata keçirmək, uyğunsuzluq durumunda geri qaytarmaq. Mərkəz anbar və mağazalardan gələn mallarla sifarişlərin arasındakı miqdar və məhsul fərqlərinin siyahısım tutub mühasibatlığa və qarşı tərəfə bildirmək. Mal qəbulunda qida malları üçün tarix yoxlama nəzarətini həyata keçirmək. Mağazaya gələn müştərilərin istək və problemlərini həll etməyə çalışmaq. Şikayət qutularına atılan təklif və şikayət yazılarma uyğun adekvat tədbirləri həyata keçirmək. Müştərilərin fərqli çeşid və rəngdə hədiyyə qablaşdırma tələbləri üçün lazım olan malı hazır saxlamaq. Hədiyyə qablaşdırmalarım təmin etmək. Afişa və afişa ləvazimatlarını düzgün qaydada hazır saxlamaq. Əmanət çek nömrələrini düzgün qaydada hazır saxlamaq. Mağaza anbar qapısım rəhbərliyin müəyyən etdiyi saatdan gec olmamaq şərtilə açmaq. Mağazaya nəzarət etmək və nəzarət formunu imzalamaq. Təzə malları anbardan qəbul edərək rəflərə yerləşdirilməsini və köhnəlmiş malların mağaza açılışından əvvəl çeşidlənib çıxarılmasım təmin etmək. Qiymətli malların stok sayımını həyata keçirmək. Mağaza giriş və çıxış qapılarını müştəriyə müəyyən olunmuş saatdan gec olmamaq şərti ilə açmaq. Mərkəz anbar sifarişlərini hazırlayıb göndərmək. Vitrin rəf etiketlərini mütəmadi olaraq dəyişdirilməsini təmin etmək. Şəxsinə bağlı maddi avadanlıqların qorunmasından məsuldur. Gizlilik kəsb edən məlumatların qorunmasından və aidiyyatı olmayan yerlərə paylaşılmamasmdan məsuldur. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən təsdiq edilməklə məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssisin vəzifə təlimatı: şirkətin prinsip və dəyərlərinə sadiq olmaq və riayət etmək, şirkətin qanunvericilikdən irəli gələn daxili prosedur və əsasnamələrinə, iş təlimatlarına mütləq şəkildə riayət etmək, rəhbərliyin verdiyi təlimatları yerinə yetirmə ciddiyyətinin və gərəkliliyinin fərqində olmaq, iş müddətində əmək təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək, iş müddətində sanitariya, ümumi və şəxsi gigiyena qaydalarına riayət etmək, şirkətin təyin etdiyi işə gəliş və gediş saatlarına və iş davamiyyətinə riayət etmək, iş müddətində geyim qaydalarına riayət etmək və yaxa kartını taxmaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət edilməsinə, əmək şəraitinə görə işçilərə müəyyən olunmuş güzəşt və kompensasiyaların verilməsinə nəzarəti həyata keçirmək, iş yerlərində əmək şəraitini öyrənmək, mühafizə texnikasının, qoruyucu və bağlayıcı qurğuların, digər təhlükəli və zərərli istehsalat faktorlarının təsirindən mühafizə vasitələrinin daha mükəmməl konstruksiyalarının işlənib hazırlanması və tətbiq edilməsi barədə təkliflər hazırlamaq və təqdim etmək, müvafiq xidmətlər tərəfindən avadanlıqların, maşın və mexanizmlərin vəziyyətinin texniki müayinələrinin və lazımi sınaqlarının vaxtı-vaxtında keçirilməsinə, təhlükəli və zərərli istehsalat faktorlarının parametrlərinin ölçü qrafiklərinə riayət edilməsinə, dövlət nəzarət orqanlarının göstəriş məktublarına icra edilməsinə, əməyin mühafizəsi və istehsalat prosesində əməyin təhlükəsizliyi standartları üzrə qüvvədə olan normaların, qaydaların və təlimatların tələblərinə riayət olunmasına, həmçinin yeni tikilən və yenidən qurulan istehsalat obyektlərinin layihələndirilməsi və zamanı müvafiq norma və qaydaların tələblərinin gözlənilməsinə nəzarət etmək, müəssisələrin struktur bölmələrinə metodiki köməklik etmək, dövri olaraq işçilərə təlimlər həyata keçirmək, binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətinin müayinələrinin, havadəyişmə sistemlərinin işinin effektivliyinin, sanitar-texnıki qurğuların, sanitar-məişət otaqlarının, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin vəziyyətinin yoxlamalarının aparılmasında iştirak etmək, onların əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə uyğunluğunun təyin edilməsində və işçilərin həyat və sağlamlıqlarına təhlükə yaradan və ya qəzalara gətirib çıxara biləcək pozuntular aşkar edilməsi zaman ayrı-ayrı iş yerlərində işlərin saxlanılması, maşın və avadanlıqların istismarının dayandırılması üzrə tədbirlər həyata keçirilməsində iştirak etmək, müəssisənin digər struktur bölmələri ilə birlikdə iş yerlərinin və istehsalat avadanlıqlarının əməyin mühafizəsi, tələblərinə uyğunluğunun attestasiya olunması və sertifikatlaşdırılması işinin aparılmasında iştirak etmək, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə qədər gətirilməsi, yanğınların qarşısının alınması üzrə tədbirlərin işlənib-hazırlanmasında. həmçinin işlənib-hazırlanmış tədbirlərin yerinə yetirilməsi üzrə təşkilatı köməklik göstərilməsində iştirak etmək, yeni tikilən bina yenidən qurulan obyektlərin istismara qabulunda iştirak etmək, İşçilər əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və ya sağlamlıqlarına zərər yetirilən digər hallarda işəgötüran tərəfindən xəsarət alanlara kompensasiyaların verilməsi məsələlərinə baxılmasında iştirak etmək, İşçilərin mütləq qaydada tibbi baxışdan keçməsi uçun peşə və vəzifə siyahılarının, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, təhlükəli və zərərli əmək şəraitində işləyənlərə kompensasiya və imtiyazların verilməsi üçün peşə və vəzifə siyahılarının tərtib edilməsində iştirak etmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə təlimatların, müəssisənin standartlarının və əməyin təhlükəsizliyi standartlarının işlənibhazırlanmasında və onlara yenidən baxılmasında iştirak etmək, işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə təlimatlandırılması, tədrislərə cəlb edilməsi və biliklərinin yoxlanılması işinin təşkil olunmasında iştirak etmək, müəssisəyə bütün yeni işə qəbul olunanlarla, ezam edilənlərlə, istehsalat tədrisinə və ya praktikaya gəlmiş təhsil alan tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatı keçirmək, kollektiv müqavilənin "Əməyin mühafizəsi" bölməsinin tərtib olunmasında, istehsalat zədələnməsi, peşə və istehsalat səbəbli xəstəliklər baş verdiyi hallarda təhqiqatların aparılmasında iştirak etmək, onların səbəblərini öyrənir, onların qarşısının alınması üzrə görülən tədbirlərin effektivliyini təhlil etmək, xüsusi geyimin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasının, işçilərə verilməsinin, yuyulmasının və kimyavi təmizlənməsinin, tozdan və yağdan təmizlənməsinin, təmirinin təşkil edilməsinə, qoruyucu ləvazimatların və mühafizə qurğularının vəziyyətinə, həmçinin müəssisənin struktur bölmələrində əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə nəzarət etmək, müəyyən olunmuş formada və təyin edilmiş müddətlərdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etməkdən ibarətdir. İş materiallarında olan "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən imzalanmış 25.02.2019-cu il tarixli 12 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar, un məmulatları departamenti, meyvə-tərəvəz və ət məhsullarının çeşidlənməsi şöbəsi, yeməkxana, nasos stansiyaları, qazanxana, ofis və s) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsi üçün cavabdeh şəxslər həmin müəssisənin müdirləri təyin edilmiş, cavabdeh şəxslərin rəhbərlik etdikləri müəssisəslərin ərazilərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin təşkil olunmasını təmin etmələri əmr edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin idari işlər üzrə şöbə müdirinin vəzifə təlimatlarında isə göstərilmişdir ki, o, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqinə və onlara əməl olunmasına nəzarət edilməsindən məsuldur. İş materiallarında olan "xxxx" MMC-nin Baş mühəndisinin vəzifə təlimtlarında isə inşaat və texniki işlər işçilərinin texniki təhlükəsizlik qaydalarına riayət etməklərindən məsuldur. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri, N.Nərimanov prospektində, "xxxx" MMC-nin supermarket filialının yerləşdiyi mağazadır. Məlumata əsasən həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs 10 may 2020-ci il tarixdə saat 11 radələrində mağaza binasının ikinci mərtəbəsində yük liftinin şaxtasının qapsını açaraq ehtiyatsızlıq nəticəsində yük liftinin şaxtasına yıxılaraq xəsarət almışdır. Mağazanın binası iki mərtəbədən, satış zalından və anbar kimi istifadə edilən zirzəmidən ibarətdir. Mağaza binasının N.Nərimanov prospekti tərəfindən avtomatlaşdırılmış bir giriş və bir çıxış qapısı vardır. Mağazaya girişdən sol tərəfdə, birinci və ikinci mərtəbələr arası iki ədəd eskalator və bir ədəd yük lifti quraşdırılmışdır. Həmin eskalator və yük lifti saz və işlək vəziyyətdədir, zavod üsulu ilə hazırlanmışdır. Mağazaya girişdən sağ tərəfdə, birinci mərtəbədə, girişdən 29 metr irəli istiqamətdə pilləkən meydançası, pilləkən meydançasının sol yan tərəfində isə yük qaldırıcı liftin şaxtası vardır. Liftin şaxtasının iki taylı qapıları bağlıdır. Liftin qapıları yuxarı hissədə quraşdırılmış mexaniki dəstəkli qıfıl vardır və həmin qıfıl əllə açılıb-bağlanır. Liftin şaxtasının qapılarının sol tərəfində divarda elektron çağrı düyməsi quraşdırılmışdır. Mağaza binasının ikinci mərtəbəsində, hadisə yerində pilləkən meydançasının sol yan tərəfində yük liftinin metal materialdan şaxta qapısı quraşdırılmışdır. Meydançada liftin şaxtasının giriş qapısının sağ yan tərəfində, içərisində bir ədəd karton qutu olan müştəri səbəti vardır. Liftin şaxtasının qapısı iki taylı olmaqla, hündürlüyü 2 m 14 sm, sol yan qapının eni 85 sm, sağ yan qapının eni 88 sm-dir. Liftin şaxtasının qapısının sağ yan tayı üzərində yuxarı hissədə quraşdırılmış mexaniki dəstəkli qıfıl şaxta qapsının özülünə bağlı vəziyyətdədir və qıfıl əllə açılıb-bağlanır. Liftin şaxta qapısı açıldıqda lift kabinəsinin şaxtada zirzəmidə daynmış vəziyyətdə olduğu, liftin kabinəsinin üst hissəsində, kabinənin hərəkət istiqamətində, liftin kabinəsinin hərəkətəini təmin edən qurğular üzərində hər hansı bir kənar əşya və ya maddə müşahidə edilmir. Liftin kabinəsinin şaxta qapıları açıq vəziyyətdə olarkən elektron lövhənin çağrı düyməsi işə salındıqda liftin kabinəsi hərəkətə gələrək ikinci mərtəbəyə qalxdı və dayandı. Liftin kabinəsinin özündə avtomatlaşdırılmış, açılıb-bağlanan qapı yoxdur. Liftin kabinəsinin özül hissəsi metal materialdan kustar üsulla hazırlanmışdır. Kabinənin hündürlüyü daxildə 2 m 20 sm, uzunluğu 2 m 17 sm, eni 1 m 80 sm-dir. Liftin daxili taxta materialdan üzlənmişdir, işıqlanması yoxdur. Kabinədə iki ədəd müştəri səbəti və içriəsində müxtəlif əşyalar olan bir ədəd qara rəngli sallafan torba vardır. Liftin maşın bölməsi şaxtanın yuxarı hissəsində, binanın damında quraşdırılmış və lifti hərəkətə gətirən elektrik mühərriki, əlavə avadanlıqlar vardır. Liftin kabinəsini qaldırıb-endirən tros üzərində zədə izləri, eləcə də liftin kabinəsi, kabinənin yuxarı örtüyünün üst hissəsi üzərində qanabanzər ləkə izləri aşkar olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş hadisənin baş verdiyi mağazanın 2-ci mərtəbəsində, pilləkən meydançasında quraşdırılmış müşahidə kamerasında 10 may 2020-ci il tarixdə, saat 09:08 dəqiqədə 30 saniyəlik müddətdə qeydə alınmış video görüntüdən müəyyən edilir ki, satıcı Zərərçəkmiş şəxs yük liftinin çağırış düyməsini basıb lifti çağırmadan liftin qapısını açıb müştəri arabasını çəkərək, liftin kabinəsi istiqamətində baxmadan, arxa-arxaya doğru hərəkət edərək liftin şaxtasına daxil olur, hündürlükdən həmin vaxt zirzəmidə şaxtada olan liftin kabinəsinin üzərinə yıxılır. İş materiallarında olan «Məhkəmə-texniki təhlükəsizlik» ekspertizasının 19.08.2020ci il tarixli, 10/1998 salı rəyindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov prosektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlanan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunması hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin tələbləri pozulmuşdur. Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında quraşdırılmış yük liftinin müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməsini, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsini təmin etmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.1.1 bəndinin tələbləri tikilinin sahibi Şahid4 tərəfindən pozulmuşdur. Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, konkret olaraq kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verdiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. Hadisənin yük liftinin mövcud qaydalara uyğun quraşdırılmaması nəticəsində baş verdiyini və Zərərçəkmiş şəxs liftdən istifadə qaydalarına dair təlimatlandırılmadığını nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 18.06.2020-ci il tarixli, 37 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərdə kontuziya sahələri, ağciyərlərin kəskin ödemi, sol ağ ciyərin cırılması, qarının dərialtı yumşaq toxumalarına qansızma, sağ bazu, sol bud nahiyyələrinin qançıarı xəarətlər öərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 10.05.2020-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin qapalı küt travması nəticəsində qabırğaların çox saylı sınığından, sol ağciyərin cırılmasından, hər iki ağciyərin kontuziyasından əmələ gələn trvamatik penvmaniya nəticəsində yaranan kəskin tənəffüs çatışmamazlığı olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən məhkəməyə ünvanlanmış 25 iyun 2021-ci il tarixli 55 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin «Gəncə-1» mağazasının istismara qəbul edilməsi ilə bağlı sənədlər həmin mağazanın təhvil alındığı 2014-cü ildən bəri "xxxx" MMC-də bir çox kadr dəyişikliklərinin baş verməsi, mağazanın təhvil alınmasından uzun illər keçməsi, sənədlərin arxivə verilməsi və arxivdə saxlanılma müddətinin keçməsi ilə əlaqədar aşkar olunmamışdır. Həmin mağazada mövcud olan yük lifti obyektin mülkiyyətçisi X3 tərəfindən həmin obyekt "xxxx" MMC-yə təhvil verilməmişdən qabaq quraşdırılmışdır. Bunu Azərbaycan Respubikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriiyi yanında X19 Xidməti tərəfindən tərtib olunan təhqiqat aktı, habelə Şahid4 verdiyi izahat da təsdiq edir. Sözügedən yük lifti hadisə baş verən tarixədək obyektin mülkiyyətçisinin təyin etdiyi şəxs tərəfindən servis xidməti göstərilirdi. Bundan əlavə, «Gəncə-1» mağazası "xxxx" MMC tərəfindən icarəyə götürülməzdən qabaq başqa təyinatla mülkiyyətçisi tərəfindən istifadə edildiyindən həmin obyektin ilkin istismara qəbul aktlarının obyektin mülkiyyətçisində ola bilməsi ehtimalı üzrə Şahid4 ilə əlaqə saxlanılmışdır. Lakin bildirdiyinə görə, həmin sənədlər obyektə Çıxarış alınması üçün adidiyyəti Dövlət Reyestr Xidmətinə təhvil verildiyindən artıq mövcud deyil. Məhkəmənin 12 avqust 2021-ci il tarixli qərarı əsasında verilmiş Əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 10/4501 nömrəli rəyində göstərilmişdir ki, 1) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin, "xxxx" MMC-nin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssisinin vəzifə təlimatı”nın 8, 10 bəndlərinin və "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4"nda olan «Müəssisə direktorunun əmək funksiyası»nın tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki və təşkilati səbəbləri olmuşdur. 2) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında mövcud qaydaların tələblərinə uyğun olmayan, müvafiq qaydada texniki müayinə və sınaqlardan keçirilməsi, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsi təmin edilməmiş yük liftinin istismarına yol verilməklə iş sahəsində işçilərin əməyi üçün təhlükəsiz və əlverişli şəraitin yaradılması təmin edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nm 4.2.13, 4.2.14 bəndlərinin və "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4"nda olan «Müəssisə direktorunun əmək funksiyasının tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. 3) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında quraşdırılmış avadanlıq, maşın və mexanizmlərin (o cümlədən yük liftinə) vəziyyətinə texniki müayinə və lazımi sınaqların keçirilməsini təşkil etməklə, mağazanın daxilində əmək təhlükəsizliyi standartları üzrə qüvvədə olan normaların tələblərinin gözlənilməsinə nəzarət etmədiyinə görə, vəzifə təlimatının 8, 10-cu bəndlərinin və «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14-cü bəndlərinin tələbləri "xxxx" MMC-nin Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssisi tərəfindən pozulmuşdur. 4) "xxxx" MMCnin baş direktoru Burhan Sevahilin 25.02.2019-cu il tarixli 12 ÜM №-li əmrinə əsasən "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar və s.) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə cavabdeh mağaza müdirləri təyin edilmişdir. Hadisə baş vermiş mağazanın müdiri X9 tərəfindən «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14-cü bəndlərinin tələblərinin pozulması halı məhkəmə tərəfindən sonuncunun həmin əmrlə tanış olubolmaması məsələsi müəyyən edildikdən sonra həll edilə bilər. 5) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında quraşdırılmış yük liftinin müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməsini, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsini təmin etmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.1.1 bəndinin tələbləri tikilinin sahibi Şahid4 tərəfindən pozulmuşdur. 6) Rəyin tədqiqat hissəsində (səhifə-14) göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən cəmiyyətin struktur bölgüsü müəyyən edilməklə idarə işlər şöbə müdiri və inşaat və texniki işlər bölməsinin baş mühəndisinin "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə dair öhdəliklərinin olub-olmaması aydıntaşdırıldıqdan sonra sonuncular tərəfindən vəzifə təlimatlarının tələblərinin pozulub-pozulmaması müəyyən edilə bilər. 7) "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən imzalanmış 25.02.2019-cu il tarixli 12 nömrəli əmrin "Bazarstore” MMC-nin mağaza müdirinin vəzifə təlimatına uyğun olub-olmaması hüquqi xarakterli məsələ olmaqla məhkəmə tərəfindən həll edilə bilər. Dövlət ittihamçısının sorğusu əsasında "Bazarstore” MMC 01.11.2021-ci il tarixli, 462 nömrəli məktubunda bildirmişdir ki, "xxxx" MMC-yə məxsus Gəncə-1 mağazasının müdiri Nurəddin Rəhimov “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə cavabdeh şəxslərin təyin edilməsi barədə” 12 ÜM saylı əmr "xxxx" MMC-nin SƏTƏM mütəxəssisi Şahid5 tərəfindən 21.01.2020-ci il tarixində elektron poçt ilə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli R-51203 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmalı və ya eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olmalıdır. Göstərilən normanın mənasına görə, bu cinayət əməlinin subyekti xüsusi subyek olmalıdır, yəni subyektin üzərinə müvafiq normalarla tutduğu vəzifə və fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmalıdır. Həmin şəxslər qismində mülkiyyət formasından və təşkilatı-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın mülkiyyətçisi və rəhbəri, onun müavinləri, baş mühəndislər və baş mütəxəssislər (xüsusən də əmək mühafizəsi üzrə mütəxəssislər) və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsi həvalə olunmuş digər şəxslər çıxış edə bilərlər. Obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: 1) Yuxarıda qeyd olunan xüsusi subyektlər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; 2) Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmasına və ya ölümünə səbəb olmalıdır; 3) Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nəticə - sağlamlığa ağır və ya az ağır zərər vurulması və ya ölüm arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyasında əməlin obyektiv cəhətini müəyyənləşdirərkən, əməyin mühafizəsinin məhz hansı norma və qaydalarının pozulması aydınlaşdırılmalı, eyni zamanda əmək mühafizəsi qaydalarının pozulmasında və ictimai təhlükəli nəticələrin baş verməsində zərərçəkmiş şəxsin özünün rolu da aydınlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, konkret olaraq kabinası oturma meydançasından aralanın zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verməklə və həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs yük liftindən istifadə qaydada təlmatlandırılmasını təmin etməyərək «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13 və 4.2.14 maddələrinin tələblərini pozması səbəbindən "xxxx" MMC-nin «Gəncə-1» mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs 10 may 2020-ci il tarixdə saat 09:08 dəqiqədə mağazanın ikinci mərtəbəsində kabinası oturma meydançasından aralandıqda avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin şaxtasına yıxılaraq ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və almış olduğu bədən xəsarətlərindən 18 may 2020-ci il tarixdə X16 mərkəzində ölmüşdür. İbtidai istintaq orqanı belə qənaətə gələrkən Təqsirləndirilən şəxs mağaza müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına və "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmrə əsasən rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin və təşkil olunmasının ona həvalə edildiyinə və mağazada satıcı işləyən Zərərçəkmiş şəxs yük liftindən istifadə qaydası haqqında təlmatlandırılmasını təmin etməməsi səbəbindən hadisənin baş verməsinə əsaslanmışdır. İlk öncə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanının cinayət işinin materiallarına əlavə etdiyi mağaza müdirinin vəzifə təlimatının kserosurətinin 49-cu bəndində (cild 1 iş vər 90) onun texniki təhlükəsizlik qaydaları haqqında işçiləri təlimatlandırmaq vəzifəsinin olması göstərilsə də, "xxxx" MMC-dən məhkəmənin sorğusu əsasında alınmış mağaza müdirinin vəzifə təlimatının təsdiq edilmiş surətində onun belə bir vəzifəsi və ya məsuliyyəti nəzərə tutulmamış, həmçinin "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktubunda hadisə baş verən vaxt məhkəməyə təqdim edilmiş mağaza müdirinin vəzifə təlimatı qüvvədə olduğu bildirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”nın rəyləri, iş üzrə sübutlar və tərəflərin ifadələri ilə müəyyən edilmişdir, "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasının binası Şahid4 məxsus olmuş və onun tərəfindən həmin qeyri yaşayış binasında kustar üsulla hazırlanmış yük lifti quraşdırılmış və 16 iyun 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-yə icrarəyə vermişdir. Həmin vaxtdan "xxxx" MMC tərəfindən binada sahibkarlıq fəaliyyət ilə məşğul olunması ilə yanaşı kustar üsulla hazırlanmış yük liftindən istifadə edilmişdir. 01.05.2020-ci il tarixdən Nurəddin Rəhimov həmin mağazada müdir vəzifəsində fəaliyyətə başlamış, qısa müddət sonra "xxxx" MMC-nin «Gəncə-1» mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs 10 may 2020-ci il tarixdə mağazanın ikinci mərtəbəsində kabinası oturma meydançasından aralandıqda avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin şaxtasına yıxılaraq 18 may 2020-ci il tarixdə X16 mərkəzində ölmüşdür. Bununla da “Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları”nın tələbləri 4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmışdır. Lakin təlimatlandırma jurnallarında təlimatın aparılma mövzusu, konkret olaraq sonuncunun liftdən istifadə qaydaları barədə təlimatlandırılması barədə hər hansı məlumat yoxdur. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Zərərçəkmiş şəxs kustar üsulla hazırlanmış və istismara verilmiş yük liftindən istifadə etməsi nəticəsində həyatını itirmişdir. Təqsirləndirilən şəxs mağaza müdiri olaraq vəzifə təlimatında göstərilməməsinə baxmayaraq, "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmrə əsasən "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar, un məmulatları departamenti, meyvə-tərəvəz və ət məhsullarının çeşidlənməsi şöbəsi, yeməkxana, nasos stansiyaları, qazanxana, ofis və s) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsi üçün cavabdeh şəxslər həmin müəssisənin müdirləri təyin edilmiş, cavabdeh şəxslərin rəhbərlik etdikləri müəssisəslərin ərazilərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin təşkil olunmasını təmin etmələri göstərilmişdir. Məhkəmə "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmrlə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC 01.11.2021-ci il tarixli, 461 nömrəli məktubunda göstərmişdir ki, ibtidai istintaq orqanlarının cinayət işinin materiallarına əlavə olunmuş mağaza müdirinin vəzifə təlimatı ibtidai istintaq orqanına iş yerində baş vermiş bədbəxt hadisənin təhqiqatını aparan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən təqdim edilmişdir. X19 Xidmətinə həmin sənəd "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı və uçota alınması Qaydaları'na əsasən Xidmətin sorğusu əsasında 2020-ci ilin may ayında Gəncə-1 Bazarstore mağazasının müdiri Nurəddin Rəhimovun şəxsi iş qovluğundan götürülmüş və "xxxx" MMC-nin İnsan Resursları Departamentinin əməkdaşı tərəfindən təqdim edilmişdi. X22 şəxsi iş qovluğunda həmin tarixdə iki vəzifə təlimatı mövcud olmuş, əməkdaşlarının diqqətsizliyindən hadisə baş verənədək təsdiq olunmuş son vəzifə təlimatı yox, ilkin vəzifə təlimatı təqdim olunmuşdur. "xxxx" MMC-də iş fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və şirkət əməkdaşlarının vəzifə səlahiyyətlərinin daha da konkretləşdirilməsi məqsədi ilə şirkət əməkdaşlarının vəzifə təlimatı dönəm-dönəm dəyişdirilir, təkmilləşdirilir və hər bir əməkdaşın vəzifəsinə uyğun olaraq, müvafiq vəzifə təlimatları ilə tanış edilərək, həmin sənədlər əməkdaşların şəxsi iş qovluğuna daxil edilir. Əvvəlki vəzifə təlimatında işçilərin mağaza müdiri tərəfindən texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılması vəzifəsi qeyd edilmiş, işçilər də mağaza müdiri tərəfindən müvafiq qaydada təlimatlandırılmış və bu barədə "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə Giriş təlimatı" jurnalında və "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar təlimat" jurnalında işçilər tərəfindən imzalar atılmışdır. Belə ki, məlum bədbəxt hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs 27.12.2019-cu il tarixində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı ilə və 01.03.2020-ci il tarixində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təkrar qaydada təlimatlandırılmışdır. Bununla da müəyyən olunur ki, təqsirləndirlən şəxs X1-1 Bazarstore mağazasında işə başlayarkən və qeyd edilən hadisə baş verərkən onun texniki təhlükəsizlik qaydaları haqqında işçiləri təlimatlandırma vəzifəsi olmamış, həmçinin onun həmin mağazada rəsmi işə başladığı müddətdən 01.05.2020-ci il tarixdən on gün keçdikdən sonra qeyd edilən hadisə 10.05.2020-ci il tarixdə baş verdiyindən, rüblük olaraq işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırma aparıldığından ondan əvvəlki rəhbərlik bunu etmişdir. Həmçinin "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmr ilə bağlı qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısının sorğusu əsasında "Bazarstore” MMC 01.11.2021-ci il tarixli, 462 nömrəli məktubunda, “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə cavabdeh şəxslərin təyin edilməsi barədə” 12 ÜM saylı əmr "xxxx" MMC-nin SƏTƏM mütəxəssisi Şahid5 tərəfindən 21.01.2020-ci il tarixdə elektron poçt ilə "xxxx" MMC-yə məxsus Gəncə-1 mağazasının müdiri Nurəddin Rəhimova göndərildiyi bildirilmiş, məhkəmə iclasında "xxxx" MMC-nin SƏTƏM mütəxəssisi Şahid5 bu halı təsdiq etmiş və bildirmişdir ki, Nurəddin Rəhimovu qeyd edilən əmrlə şəxsən tanış etməmiş və əmrin icrası ilə bağlı hər hansı bir təlimatlandırma aparmamışdır. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, Nurəddin Rəhimov 2020-ci ilin may ayında "xxxx" MMC-yə məxsus Gəncə-1 mağazasında müdir vəzifəsində fəaliyyətə başlamış və qeyd edilən hadisə baş verməmişdən əvvəllər, yeni vəzifə təlimatı MMC tərəfindən təsdiq edilmiş, "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmri mağaza müdirinin yeni vəsifə təlimatına uyğun olmamış və qeyd edilən əmr Nurəddin Rəhimova şəxsən təqdim edilməməklə yanaşı təlimatlandırılmamış, qeyd edilən 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmr 21.01.2020-ci il tarixdə elektron poçt ilə yəni həmin mağazada işə başlamamışdan əvvəl göndərilməsi bildirilmiş, lakin Nurəddin Rəhimov tərəfindən alınmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, 12 ÜM saylı əmrdən məlumatı olmadığını, həmin əmrin mövcudluğunu barəsində cinayət işi başlanandan sonra xəbər tutduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əmək müqaviləsində rəhbərliyin göstəriş, əmr və təlimatlarının ona digər qaydada, o cümlədən elektorn poçt vasitə ilə göndərilməsi nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında yük lifti həmin qeyri-yaşayış sahəsi icarəyə verilməmişdən əvvəl quraşdırılmış, müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməsi, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsi təmin edilməmişdir. Həmin yük lifti isə icarə müqaviləsi bağlandıqdan sonra yəni, 16 iyun 2014cü il tarixdən sonra istismara verilmiş və qeyd edilən hadisə baş verənədək istifadə edilmişdir. «Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktybr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydaları”nın 2-ci maddəsinə əsasən bu qaydaların müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əməl olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 162.2-ci maddəsinin subyekti texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs olmamış, vəzifə həmin şəxsə qanun, ya onun xidməti (qulluq) vəziyyətinin xarakterinə görə həvalə olunmamışdır. Təhlükə potensiallı obyekt olan "xxxx" MMC-nin filial supermarket mağazasında yük lifti qanunun tələblərinə uyğun quraşdırılmamış, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilməmiş, kustar üsullarla hazırlanmış, istismarına isə Təqsirləndirilən şəxs həmin mağazada işə başlamamışdan və müdir vəzifəsinə təyin edilməmişdən əvvəl, 2014-cü il tarixdə mağaza binasının icarəyə götürüldüyü vaxtdan verilmiş, Təqsirləndirilən şəxs həmin liftin istismarını dayandırmaq və yoxlama aparmaq səlahiyyəti olmamaqla yanaşı, o, bu sahəyə aid hər hansı xüsus biliyi olan şəxs olmamışdır. Həmçinin «Məhkəmə-texniki təhlükəsizlik» ekspertizasının 19.08.2020-ci il tarixli, 10/1998 saylı rəyində və əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 10/4501 nömrəli rəyində, baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs təqsiri müəyyən edilməmişdir. 26 yanvar 1971-ci ildə təsdiq olunmuş «Lifttərin quraşdırıllması və istismarında təhlükəsizlik qaydaları»nın tətəblərinə görə, bənd 4.2.13. «Lift şaxtalarının qapıları, kabina oturma meydançasından 150 mm aralanmadan qapıları bağlayan avtomatik qıfıllarla təchiz olunmalıdırlar»; bənd 4.2.14. «Lift şaxtasının qapılarının avtomatik qıfılları elə quraşdırılmalı və tənzimlənməlidir ki, qapıları çöldən aralamaqla açılması mümkün olmasın»; bənd 7.1.1. «Lift quraşdırıldıqdan sonra texniki və sınaqlardan keçməli, dövlət texnəzarət orqanlarında qeydiyyata götürülməli və həmin dövlət texnəzarət orqanının müfəttişliyi tərəfindən liftin texniki cəhətdən istismara hazır olması barədə akt tərtib edildikdən sonra istismara buraxılır». «Lifttərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın tətəblərindən göründüyü ki, Gəncə şəhəri, N . Nərimanov prospektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunması hadisənin baş verməsini şərtləndirmişdir. Bundan başqa qeyd olunmalıdır ki, mağaza müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs texniki təhlükəsizlik qaydaları haqqında işçiləri təlimatlandırmaq vəzifəsi olmasını ehtimal edilmiş olsa belə, müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməmiş, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməmiş, qanunsuz olaraq kustar üsullarla mülkiyyətçi tərəfindən quraşdırılmış və MMC-nin rəhbərliyi tərəfindən 2014-cü ildən istismarına icazə verilmiş lift barədə işçiləri təlimatlandırıbtəlimatlandırmamasının heç bir əhəmiyyəti olmayacaqdır. Çünki qanunvericiliklə müəyyən olunur ki, ümumiyyətlə belə bir liftin istismarı qadağandır. Qeyd edilən səbəblərdən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Liftlərin quraşdırılması və istismarında təhləkəsizlik qaydaları»nın tələblərinin pozulması hallarına yol verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Lakin, yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalı, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pul dövlət büdcəsi hesabına aid edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 50 (əlli) saat vaxt sərf etdiyindən Müdafiəçi dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 350, 352-354, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 -ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat dövlət büdcəsi hesabına aid edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-32/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-32/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver