Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-33/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2005-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngə, yataqxana 5, otaq 1-də qeydiyyatda olan və yaşayan, barəsindən “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmişdir. Belə ki o, şəxsiyyəti istintaqa dəqiq məlum olmayan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə gecə saat 01:20 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Yamən” ərzaq mağazasının giriş qapısına fiziki təsir edib açmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus kassa aparatında olan 1170 manat nəğd pulu, vitrindəki hər birinin dəyəri 3 manat 50 qəpik olan 2 ədəd nazik göy “Sobraniya” markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan iki ədəd qalın “Vinston” markalı siqareti, dəyəri 2 manat 20 qəpik olan bir ədəd “LD “ markalı siqareti, dəyəri 1 manat 40 qəpik olan bir ədəd iri “Snikers” şokoladını və kassa masasının üzərində olan kompyuterin yanından bir manat məbləğində xırda qəpik pulları, vahid niyyətlə ümumilikdə 1187,20 manat dəyərində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndə (anası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ilə yaxındır orta məktəbə getmir. Bakı şəhərində küçələrdə salfet sataraq pul qazanır. Qrişa adlı oğurluğa getdiyi uşağı təxminən hadisədən 6-7 ay əvvəl tanımışdır. Belə ki, o, Qirşa adlı şəxslə bir neçə ay əvvəl təsadüfən Gəncə şəhəri “Azərittifaq” adlanan yerdə tanış olmuş və həmin vaxtdan da aralarında münasibət yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında o, Qrişanın yaşadığı əraziyə getmişdir ki, sonuncu ilə birlikdə Gəncə şəhərində “Azərittifaq” adlanan yerə gedib orada bir az gəzsinlər. Orada o, Qrişanın yaşadığı ərazidən yerdən pastlanmış bir vintaçan görüb həmin vintaçanı özü ilə götürmüşdür. Lakin Qrişa onunla gəlməmişdir. Buna görə də o, çıxıb yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində Qrişa onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Qrişa ona sonuncunun evlərinin yaxınlığından niyə yerdən vintaçanı götürməyini irad tutub onunla sözlə mübahisə etmiş, lakin sonradan onlar barışmışlar. Bir qədər sonra onlar söhbət edən vaxt onun pula ehtiyacı olduğu üçün o, Qrişaya təklif etmişdir ki, gedib oğurluq etsinlər. Qrişa onunla razılaşmışdır. Bundan sonra onlar birgə “Azərittifaq” adlanan yerə getmişlər. Orada olan binaların birinin qarşısında bir qədər kart oynayıb vaxt keçirmiş və xx xxxxx 2020-ci il tarixdə təxminən saat 02 radələrində onlar qərara gəlmişlər ki, gedib oğurluq etsinlər. Bu məqsədlədə onlar birlikdə Atatürk prospekti ilə Yeni Gəncə qəsəbəsi istiqamətində piyada getməyə başlamış, lakin yolda PPX avtomobilini görüb geri qayıtmışlar. Həmin vaxt Qrişa ona təklif etmişdir ki, oğurluq üçün Gəncə şəhəri Poçt qəsəbəsinə getsinlər. O, da Qrişa ilə razılaşmış və onlar piyada Poçt qəsəbəsinə getmişlər. Onlar Poçt qəsəbəsində Abbas Səhət küçəsi ilə piyada gedən vaxt “Yamən” adlı bir mağaza görmüş və o, Qrişaya təklif etmişdir ki, həmin mağazadan oğurluq etsinlər. Qrişa da onunla razılaşmışdır. Bundan sonra onlar həmin mağazaya yaxınlaşmışlar. Bu vaxt Qrişa mağazanın yan tərəfində dayanmışdır ki, gələn olsa ona xəbər versin, o, isə özündə olan əvvəlcədən götürdüyü vintaçanla mağazanın plastikdən olan qapısının arasına salıb güc verərək qapını açmış və qapı açılan kimi içəri daxil olmuşdur. Onun arxasınca Qrişa da içəri daxil olmuşdur. Onlar mağazanın içərsinə daxil olduqdan sonra o, kassanın siyirməsini açmış və orada 4 ədəd 100 manatlıq əskinaz və bir ədəd 50 manatlıq əskinazların olduğunu görüb ümumilikdə 450 manat pulu oradan götürmüş, bundan sonra digər siyirməni açmış və orada 20, 10 manatlıq əskinaz görüb onlarıda götürmüşdür. Qrişa isə kassanın yaxınlığında olan vitrindən 2 qutu nazik göy “Sobraniya” markalı siqareti, 2 qutu qalın “Vinston” markalı siqareti, 1 qutu “LD” markalı siqareti, 1 ədəd iri “Snikers” şokoladını, həmçinin kassa masasının üzərində olan kompyuterin yanından 1 manat xırda qəpik pulları götürmüşdür. Bundan sonra onlar mağazadan çıxıb getmiş və Gəncə şəhərində “Tural” şadlıq sarayının yaxınlığında oğurladıqları pulu aralarında bölmüşlər. Oğurladıqları puldan o, 180 manat pulu Qrişaya vermiş, Qrişa isə ona 1 qutu “Sobraniya” markalı və 1 qutu “LD” markalı siqaret ona vermişdir. Bundan sonra onlar birlikdə X5 getmiş, orada Qrişa çıxıb öz yaşadığı evə, o isə öz yaşadığı evə getmişdr. Əldə etdiyi pulun bir qismini şəxsi tələbatlarına xərcləmiş, ertəsi gün təxminən saat 14 radələrində isə polis əməkdaşları gəlib onu sorğu sual edən vaxt o, etdiyi oğurluğu etiraf etmişdir. Həmin vaxt oğurladığı puldan üzərində qalan bir ədəd 100 manat, bir ədəd 20 manat və iki ədəd 5 manatlıq əskinasları polisə təqdim etmişdir. Onlar oğurluq etdikdən sonra bu barədə heç kimə heçnə deməmişdilər. Qeyd edilən oğurluq hadisəsindən başqa onlar ayrı cinayət hadisəsi törətməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən “Yamən” ərzaq mağazası ona məxsusdur. Həmin mağazanı onun qardaşı oğlu Şahid işlətmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Məhərrəm mağazanın giriş qapısını bağlayaraq yaşadığı evə getmişdir. Məhərrəm səhər təxminən saat 08 radələrində mağazanı açmağa gəldikdə qapının açıq olmasını, içəriyə daxil olduqda yerdə vintaçan olduğunu görmüşdür. İlk öncə oğurluq olmasını bilməmiş, lakin sonradan kassaya diqqət etdikdə orada olan 1170 manat nəğd pulun olmamasını aşkar etmişdir. Mağazanın kamerasına baxdıqda isə saat 01:20 radələrində 2 nəfər görünüşdən uşaq olan şəxslərin mağazaya daxil olaraq oğurluq etdikləri, daha sonra kənara çəkilib oğurladıqları pulları böldükləri görünmüşdür. Ona görədə Məhərrəm polisə şikayət etmişdir. Daha sonra oğurluq olması barədə ona da məlumat vermişdir. O, mağazaya gələn zaman ona məlum olmuşdur ki, naməlum şəxslər ona məxsus “Yamən” ərzaq mağazasında olan kassadan ona məxsus 1170 manat nəğd pulu, hər birinin dəyəri 3 manat 50 qəpik olan 2 ədəd nazik göy “Sobraniya” markalı siqaret, hər birinin dəyəri 2 manat 80 qəpik olan iki ədəd qalın “Vinston” markalı siqaret, dəyəri 2 manat 20 qəpik olan bir ədəd LD markalı siqareti, dəyəri 1 manat 40 qəpik olan bir ədəd iri “Snikers” şokoladını və kassa masasının üzərində olan komputerin yanından bir manat məbləğində xırda qəpik pulları oğurlamaqla ona ümumilikdə 1187 manat 20 qəpik dəyərində maddi ziyan vurulmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən “Yamən” ərzaq mağazası əmisi Zərərçəkmiş şəxs məxsusdur. Lakin, həmin mağazanı o, işlədir. xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində o, mağazanın giriş qapısını bağlayaraq yaşadığı evə getmişdir. Səhər təxminən saat 08 radələrində mağazanı açmağa gəldikdə qapının açıq olmasını, içəriyə daxil olduqda yerdə vintaçan olduğunu görmüşdür. İlk öncə oğurluq olmasını bilməmiş, lakin sonradan kassaya diqqət etdikdə orada olan 1170 manat nəğd pulun olmamasını aşkar etmişdir. Mağazanın kamerasına baxdıqda isə saat 01:20 radələrində 2 nəfər görünüşdən uşaq olan şəxslərin mağazaya daxil olaraq oğurluq etdiklərini, daha sonra kənara çəkilib oğurladıqları pulları böldüklərini görmüşdür. Ona görədə polisə şikayət etmişdir. Daha sonra oğurluq olması barədə əmisi Rafaelə məlumat vermişdir. Əmisi Rafael mağazaya gələn zaman məlum olmuşdur ki, naməlum şəxslər işlədiyi “Yamən” ərzaq mağazasında olan kassadan 1170 manat nəğd pulu, hər birinin dəyəri 3 manat 50 qəpik olan 2 ədəd nazik göy “Sobraniya” markalı siqaret, hər birinin dəyəri 2 manat 80 qəpik olan iki ədəd qalın “Vinston” markalı siqaret, dəyəri 2 manat 20 qəpik olan bir ədəd LD markalı siqareti, dəyəri 1 manat 40 qəpik olan bir ədəd iri “Snikers” şokoladını və kassa masasının üzərində olan kompyuterin yanından bir manat məbləğində xırda qəpik pulları oğurlamaqla ümumilikdə 1187 manat 20 qəpik dəyərində maddi ziyan vurmuşlar. Onlar sonradan bilmişlər ki, mağazadan oğurluq etmiş şəxslər Rafiq və Qrişa adlı ilk görünüşdən uşağa bənzər şəxslər olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx xxxxx 2020-ci il tarixli, 72 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Qrişa adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İşə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerini Şahid təqdim edərək işlədiyi mağazadan oğurluq olduğu yeri göstərmişdir. Hadisə yerindən hadisədə istifadə edilən bir ədəd vintaçan götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış və götürmə” haqqında xx.xx.2020-ci il tarixli, 118 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı pulları- 1 ədəd 100 manat, 1 ədəd 20 manat və 2 ədəd 5 manat pulu təqdim etmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət işinin istintaq adiyyəti üzrə göndərilməsi” haqqında xx xxxxx 2020-ci il tarixli, 73 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Gəncə şəhər Kəpəz RPİ-nin TB-də başlanmış ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Gəncə BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma” haqqında xx xxx 2020-ci il tarixli, 271 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. “Qanuni nümayəndə təyin edilməsi” barədə xx xxx 2020-ci il tarixli, 279 nömrəli qərarın surətindən görünür ki, Qanuni nümayəndə, yetkinlik yaşına çatmamış oğlu, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və cinayət prosesinin iştirakçısı qismində tanınması qərara alınmışdır. “Diskə baxış keçirilməsi” haqqında xx xxx 2020-ci il tarixliŞ 552 nömrəli protokoldan görünür ki, görüntüdə olan yerin ünvan 1 ünvanında yerləşən “Yamən” ərzaq mağazasının qarşısı olması görsənmişdir. Görüntünün 00:00:08-ci saniyəsində Təqsirləndirilən şəxs bir nəfər şəxslə marketin qarşısından keçmişdir. İkinci görüntü isə cəmi 00:00:38 saniyədir. Baxış zamanı görüntüdə Təqsirləndirilən şəxs tanışı olan bir nəfər şəxslə oğurluq nəticəsində əldə etdikləri pulu bölüşdürmüşlər. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxx 2020-ci il tarixli, 1017 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən X6 Dispanserində “əqli inkişafın ləngiməsi” diaqnozu ilə qeydiyyatda durur. Gəncə şəhər Narkoloji Dispanser xx xxx 2020-ci il tarixli, 3043 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması” haqqında xx xxxx 2020-ci il tarixli, 339 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx xxxx 2020-ci il tarixli, 340 nömrəli qərardan görünür ki, xx xxxx 2005-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngə, yataqxana 5, otaq 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tutularkən Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx xxxx 2020-ci il tarixli, 341 nömrəli qərardan görünür ki, cinayət işinin istintaq müddətinin az olmasını nəzərə alaraq barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılması qərara alınmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 341 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 560 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində nəzarət altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqnda” qərardan görünür ki, cinayətin digər iştirakçısı barədə həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli başqa bir cinayət işi ayrılmışdır. Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxxxxxx 2020-ci il tarixli, 548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni “anlaqlı” olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterlin məcburi müalicə tədbirlərinə ehtiyyacı olmamaqla, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxxxx 2020ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(004)- 205/2020 saylı hökmünün surətindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində həmin Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən yerli icra hakimiyyəti orqanının nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanının üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək; Təqsirləndirilən şəxs icbari orta təhsilini davam etdirməsinə nəzarət etmək; onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə təhsilini davam etdirmək, eyni zamanda yerli icra hakimiyyəti orqanının köməkliyi ilə onun təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı istiqaməti üzrə könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s kimi layihələrdə iştirak etmək vəzifəsi qoyulsun. Tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhər Xətai rayon Məkəməsinin xx xxxx 2021-ci il tarixli, 1(011)-37/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus mağazadan 450 manat pul vəsaitini oğurlaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətinin protokolu, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Digər tərəfdən, məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi də, onun ifadəsini təkzib edir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi (CM 59.1.2., 59.1.10) maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasının orta həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Probasiya Şöbəsinin icraatına hökm və ya qərar daxil olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 37/2021 saylı xx xxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Gəncə şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə şübhəli şəxs qismində, həmçinin həbs və ev dustaqlığı qətimkan tədbiri qismində 86 (səksən altı) gün müddətində saxlanılmışdır. Məhkəmə hesab edir ki, həmin müddət cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd 100 manatlıq əskinas, bir ədəd 20 manatlıq əskinas və iki ədəd 5 manatlıq əskinasların qanuni sahibinə qaytarılması və iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd vintaçan həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübut olduğundan yuxarıda qeyd olunan maddi sübutlar barədə ayrılmış cinayət işi üzrə yekun qərar qəbul ediləcəyi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-37/2021 saylı xx xxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu, həbs və ev dustaqlığı qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 86 (səksən altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 5 (beş) ay 22 (iyirmi iki) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd 100 manatlıq əskinas, bir ədəd 20 manatlıq əskinas və iki ədəd 5 manatlıq əskinasların qanuni sahibinə qaytarılması və iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd vintaçan həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübut olduğundan yuxarıda qeyd olunan maddi sübutlar barədə ayrılmış cinayət işi üzrə yekun qərar qəbul ediləcəyi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-33/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-33/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver