Məhkəmə qərarları › İş №1(043)-34/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-34/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-34/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – İbrahimov Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 85 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbrahimov Təqsirləndirilən şəxs, xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü İbrahimov Yusif Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat məbləğində alimentin cavabdeh kimi ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair verilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1962/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona icra məmuru tərəfindən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış 5040,00 manat aliment borcundan cəmi 310 manat ödəniş etməklə, qalan 4730 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur və onların nikahından bir uşaqları doğulmuşdur. Sonradan Zərərçəkmiş şəxs valideynləri ilə münasibətləri korlandığından ayrılmışlar. Daha sonra Zərərçəkmiş şəxs alimentin alınması məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən ondan uşağın saxlanılması üçün hər ay 80 manat alimentin tutulması qərara alınmışdır. Alimenti ödəmədiyi üçün bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin, həbsdən azad olunduqdan sonra rəsmi və ya qeyri-rəsmi şəkildə aliment borcundan ödənişlər etmişdir. Lakin, ödədiyi məbləğlərin hamısı nəzərə alınmamışdır. Hesablanmış aliment borcunu isə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2004-cü ildə İbrahimov Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların nikahından bir uşaqları doğulmuşdur. Təqsirləndirilən şəxs İbrahimovla birgə yaşayışları alınmamış, xasiyyətləri uyğun gəlməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs evi tərk edərək anasının yanına getmişdir. Uşağa maddi cəhətdən baxmadığına görə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarına əsasən oğlu Yusifin saxlanılması üçün Təqsirləndirilən şəxs İbrahimovdan hər ay 80 manat alimentin tutulub ona ödənilməsi qərara alınmışdır. Lakin, Təqsirləndirilən şəxs İbrahimov aliment borcunu ödəmədiyinə görə onun barəsində bir dəfə cinayət işi başlanmış və nəticədə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbsdən azad edildikdən sonrakı müddətdə Təqsirləndirilən şəxs İbrahimov çox cüzi məbləğdə, yəni ümumilikdə 310 manat aliment ödənişi etmiş, alimentin hesablanmış qalan məbləğini bugünədək ödəməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs İbrahimovdan aliment borcunun qalan hissəsinin ödənilməsini tələb etdiyini bildirdi və aliment borcunu ödəmədiyi təqdirdə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 Calal oğlu ifadəsində bildirdi ki, İbrahimov Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü İbrahimov Yusif Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Lakin, Təqsirləndirilən şəxs İbrahimov tələbin vaxtaşırı ödənilməsini yerinə yetirməmiş və sonda Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra ona müəyyən vaxtın verilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etməmiş, bu səbəbdən xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs İbrahimov yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1962/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, xx xxxx 2008-ci il təvəllüdlü İbrahimov Yusif Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İbrahimov Təqsirləndirilən şəxs xx xxxxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx xxxxxx 2013-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1962/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx xxxxxx 2013-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu İbrahimov Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1962/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-59/2015 saylı, xx xxx 2015-ci il tarixli hökmündən görünür ki, xx xxxx 2015-ci il tarixədək hesablanmış aliment borcunun ödənilməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2015-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən Təqsirləndirilən şəxs İbrahimovun barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2020-ci il tarixə kimi aliment ödənilməmiş, ödənilməmiş alimentin miqdarı 5040,00 manat təşkil edir. xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İbrahimov Təqsirləndirilən şəxs tərəfindən poçt vasitəsi ilə ümumilikdə 310 manat aliment pulu Zərərçəkmiş şəxs ödənilmişdir. Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İbrahimov Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etməmiş və işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Gələcəkdə o, iş axtarmaq məqsədi ilə mərkəzə müraciət edərsə, onun işə düzəlməsinə qanun çərçivəsində müvafiq köməklik göstəriləcəkdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(043)-335/2019 saylı qərarından görünür ki, İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1962/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə İbrahimov Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İbrahimov Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan və iltizamdan görünür ki, İbrahimov Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun tərəfindən tələbkara ödənilməmiş aliment borcunun məbləği 5040,00 manat göstərilsə də, həm cinayət işinin materialları ilə, həm də məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən şəxs həmin məbləğdən 2016-2018-ci illər ərzində ümumilikdə 310 manat ödəniş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ittihamın həmin hissəsi əsassız hesab olunmalı, hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən tələbkara ödənilməli olan alimentin məbləği 4730 manat kimi nəzərə alınmalıdır. Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində İbrahimov Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq beş ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 5040 manat aliment borcundan cəmi 310 manat ödənişin həyata keçirilməsi, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İbrahimov Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən eyni cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, İbrahimov Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə axtarışda olduğuna görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İbrahimov Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, İbrahimov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbrahimov Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbrahimov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. İbrahimov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. İbrahimov Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar