Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-36/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 160 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında məlum olmayan tarixdə Gəncə şəhəri Təbriz küçəsində yerləşən zibil qabından tapdığı, döyüş sursatı hesab edilən 91 ədəd zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı 5,6 mm kalibirli patronları, nasaz vəziyətdə və atəş açmaq üçün yararsız vəziyyətdə olan, qeyri avtomatik, yivsiz odlu silahı hesab edilən “Flober” sistemli “Montekristo” konstruksiyalı tapançanı və təyinatları üzrə istifadəyə yararlı olan, lakin döyüş sursatı hesab edilməyən zavod üsulu ilə hazırlanmış, 94 ədəd pistonu üzərində gəzdirməklə daşıyıb yaşadığı ünvan 2 mənzil 160 ünvanında yerlşən evinə gətirərək, yaşadığı evin eyvanında gizlədib saxlamış, xx xxxx 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13 radələrində yaşadığı evin evin eyvanında olan olan torbadan döyüş sursatı hesab edilən 91 ədəd zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı 5,6 mm kalibirli patronlar, nasaz vəziyətdə və atəş açmaq üçün yararsız vəziyyətdə olan, qeyri avtomatik, yivsiz odlu silahı hesab edilən “Flober” sistemli “Montekristo” konstruksiyalı tapançan və təyinatları üzrə istifadəyə yararlı olan, lakin döyüş sursatı hesab edilməyən zavod üsulu ilə hazırlanmış 94 ədəd pistonlar aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Gəncə şəhər icra Hakimiyyətinin MKTİBdə fəhlə vəzifəsində işləmiş, gündəlik olaraq Gəncə şəhər Bağbanlar qəsəbəsində zibil maşını ilə gəzərək böyük zibil qutularını zibil maşınına boşaltmışdır. 2019-cu ilin iyul ayının əvvəlində Gəncə şəhər Bağbanlar qəsəbəsində, “Mal bazarı” adlanan ərazinin yaxınlığında zibil qutusunu zibil maşınına aşırmışdır. Bu zaman o, hər dəfə etdiyi kimi maşının arxasına çıxaraq boşaltdığı zibil qutusunun içərisində hər hansı bir metalın və ya yararlı hər hansı əşyanın olub-olmadığına baxan zaman birdən gözü bir torbaya sataşmışdır. Həmin torbanı eşələyərək içərisində olan əşyalara baxmağa başlamışdır. Elə bu vaxt birdən zibillərin altında bir ədəd nə isə silaha bənzəyən dəmirdən olan əşya və çox sayda balaca dəmirlərlə, bir çox sayda balaca güllələr tapmışdır. Sonradan o, həmin əşyaları götürüb məişət tullantıları yığan avtomobilin arxasından asmış, iş qurtardıqdan sonra maraq üçün həmin əşyaları evə aparmaq istəmişdir. O, səhər saat 07-08 radələrində həmin silahı, güllələri və pistonları götürərək yaşadığı Gəncə şəhər A.Ziyadxanov küçəsində yerləşən evə aparmışdır. Sonra bir ədəd silahı, dəmirləri və güllələri torbanın içərisində evin eyvan hissəsində olan boş bankalar olan yerə qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 13 radələrind iki nəfər polis əməkdaşı onların evinə gəlmiş və evə baxış keçiriləcəyini demişdir. O da baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış zamanı onun zibillikdən tapdığı həmin silah, piston və güllələr əvvəlcədən qoyduğu eyvanda olan bankaların arxasındakı torbada aşkar edilərək götürülmüşdür. O, tapdığı həmin əşyaları istifadə etmək məqsədi ilə saxlamamışdır. Sadəcə maraqlı gəldiyi üçün həmin əşyaları zibillikdən tapdıqdan sonra evinə aparmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Yaşadığı evdə Əlişdən başqa əri Rayşan da onlarla yaşayır. Əliş əvvəllər Gəncə şəhəri MKTİB-də işlədiyi üçün şəhər ərazisində olan zibil qablardakı zibili yığmaqla məşğul olurdu. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində yaşadıqları evdə olan zaman iki nəfər polis əməkdaşı onların evə gəlmiş və oğlu Əlişin evdə silah və güllələri saxladığını, evə baxış keçiriləcəyini demişdir. Əliş də evə baxış keçirilməsinə etirazı olmamasını bildirdi və polis əməkdaşları evə baxış keçirdilər. Baxış zamanı onların evinin eyvanında olan, bankaları yığmaq üçün istifadə etdikləri şkafın içərisindən torba aşkar etdilər. Torbanın içərisindən bir ədəd tapança, gülləllər və dəmir parçaları aşkar etdilər. Bundan sonra Əlişi izahatını almaq üçün polis idarəsinə apardılar. Əliş evə gələndə silahı haradan almasını soruşanda onlara silahı zibil qabının içərisindən tapdığını, maraq üçün gətirib evdə gizlətdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə isə 2017-cı il tarixdən xidmət edir. ünvan 2 mənzil 160 ünvanında yaşayan Təqsirləndirilən şəxs odlu silah əldə etməsi və yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı gizlətməsi barədə onlara əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Bununla bağlı təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 160 ünvanında yerləşən evin eyvan hissəsində bankalar yığılmış yeşiyin içərisindən torba aşkar edilmişdir. Torbanın içərisinə baxış keçirilən zaman torbadan bir ədəd tapança, 91 ədəd patron və 94 ədəd piston aşkar edilmişdir. Bundan sonra tərəfindən bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra da həmin silah və sursat zərfdə qablaşdırılaraq möhürlənmişdir. Qeyd edilən güllələri sayan zaman sayını səhvən 90 ədəd saymış, lakin sonradan güllələri səhv saydığını, əslində oradan 91 ədəd güllə aşkar olunduğunu müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilən Şahid4 ifadəsi elan edilməklə tədqiq edilmiş və onun da Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ünvan 3 mənzil 64 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 mənzil 160-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq silah əldə etməsi, saxlaması və gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğundan onun yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. “Baxış və götürmə haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 160 ünvanda yerləşən mənzilin eyvanının sol hissəsində yerləşən əşyaların içərisində qəhvəyi rəngli torbanın içərisindən 1 ədəd kustar üsulla hazırlanmış silaha bənzə əşya, 94 ədəd kiçik dəmir parçaları və 90 ədəd 5,6 millimetrlik güllələr aşkar edilərək götürülmüşdür. Baxış və götürmə videoçəkiliş vasitəsi ilə gündüz vaxtı keçirilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 5(043)-89/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 xx.xx.2019-cu il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. Bir ədəd “DVD” diskə baxış zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin əməliyyat müvəkkilləri X2, Şahid4 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 160 ünvanına baxış keçirilir. Baxış zamanı X1 yaşadığı həmin evin eyvanında olan yeşikdən torba aşkar olunur. Torbanın içərisinə baxış keçirilən zaman bir ədəd dəmir konstruksiyalı silah, 91 ədəd güllə, 94 ədəd piston aşkar edilir və onların hər biri ayrılıqda sayılır. Bundan sonra iştirakçıların iştirakı ilə həmin tapança və sursat kağız konvertdə qablaşdırılaraq DİN-nin 120 saylı möhürü ilə möhürlənir. Baxış zamanı başqa heç bir şübhəli əşya və ya predmet aşkar edilmir. Bundan sonra isə bu barədə protokol tərtib edilir. Məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 19732/19877 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, silah kustar üsulla ilə hazırlanmış, 5.6 mm kalibrli “Flober” tipli patronlardan istifadə olunmaqla atəş açmaq üçün nəzərdə tutulmuş “Flober” sistemli “Montekristo” konstruksiyalı, qeyriavtomotik tapançadır, yivsiz odlu silahı hesab edilir, hal-hazırda nasaz vəziyətdədir və atəş açmaq üçün yararsizdır. Tədqiqata təqdim edilmiş 91 (doxsan bir) ədəd predmet zavod üsullu ilə istehsal edilmiş, 5.6 mm kalibrli, (TO3-8, TO3-16, TO3-17, TO3-8M, TO3-18 və s.) yivli idman ov tüfəngində, (TO3- 35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 94 (doxsan dörd) ədəd piston zavod üsulu ilə hazırlanmış, yivsiz (hamar lüləli) odlu ov silahlarının patronlarının barıt atımının alışdırılması üçün atəş komponenti kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, mərkəzdən alışan, “açıq” tipli pistonlardır, döyüş sursatı hesab edilmirlər, təyinatları üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş silahın lülə kanallarından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerinə yoxlanılan zaman döyüş sursatı olan 91 ədəd 5.6 mmlik güllələri tapdığı Gəncə şəhəri Təbriz küçəsində yerləşən zibil qabları olan yeri əyani surətdə göstərmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş 91 ədəd 5,6 mm kalibrli patronlar, “Flober” sistemli “Montekristo” konstruksiyalı tapança, 94 ədəd piston iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin əşyalar hal-hazırda Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Birliyin təmizlik şöbəsinə zibil yükləyən fəhlə işinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə 74 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Belə ki, Təqsirləndirilən şəxs zibil qapından tapdığı və evində saxladığı kustar üsulla hazırlanmış tapançanın yivsiz odlu silah olmaqla nasaz vəziyyətdə olduğuna görə atəş açmaq üçün yararsız olduğuna, eləcə də 94 ədəd pistonlar döyüş sursatı hesab edilmədiyinə görə həmin əşyaların əldə edilməsi və saxlanması onun əməlində cinayət tərkibini yaratmır. Lakin, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 91 ədəd patron ekspertiza tədqiqatının nəticələrinə əsasən döyüş sursatı hesab edilməklə istifadəyə və atəşə yararlı olduqları müəyyən edildiyindən, onun tərəfindən həmin patronların qanunsuz olaraq əldə edilməsi və saxlanması Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmışdır. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən, döyüş sursatı müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atım, yaxud onların məcmusu olan silahlanma predmetləri və ya tullayıcı sursatlar başa düşülür. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxx 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 91 ədəd 5,6 mm kalibrli patronlar, “Flober” sistemli “Montekristo” konstruksiyalı tapança və 94 ədəd piston hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 90 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılan 91 ədəd 5,6 mm kalibrli patronlar, “Flober” sistemli “Montekristo” konstruksiyalı tapança və 94 ədəd piston hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-36/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-36/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver