Məhkəmə qərarları › İş №1(043)-37/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-37/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-37/2020 15.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x3 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızının və zərərçəkmiş şəxs x1 iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 25.11.2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhər H.Əliyev prospekti 12 saylı binanın yaxınlığında tanıdığı x5 ilə aralarında borc məsələsi nəticəsində yaranmış mübahisə zəminində taxta parçası ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona- sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, alın sol alt göz qapağının qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs (CİNAYƏT QANUNUNDA NƏZƏRDƏ TUTULMUŞ ƏMƏLİ TÖRƏTMİŞ ŞƏXS) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşmiş icraat materialı üzrə özünü təqsirli bilərək göstərdi ki,2006-ci ildən x6 ilə rəsmi qaydada ailə qurmuş, birgə nigahdan 2 övladı vardır. Fərdi qaydada Gəncə şəhəri Natavan qəsəbəsində avtomobil ustası işləyir. İşlədiyi yerdə avtomobilləri yuyan işləyən Fuad avtoyuma məntəqəsinin pulunu verə bilmədiyi üçün həmin məntəqəni təhvil vermiş və Fuadın 130 manat borcu qalmışdır. Fuadın atası Vüqar 15.11.2019-cu il tarixdə Fuadın borcunu verəcəyini bildirmişdir. O, öz cibindən 130 manat pulu avtoyuma məntəqəsinin sahibi Əliyə vermişdir. 25.11.2019-cu il tarixdə Vuqar ona zəng edərək onu yaşadığı evin qarşısına çağıraraq borcu verəcəyini bildirmişdir. O, Vüqara pulu verməsini bildirmiş və Vüqar ona pul düşmədiyini, “sən nə arsız adamsan” demişdir. Sonra Vüqarla birlikdə ona məxsus avtomobilə əyləşmişlər. Sonra Vüqar onu nalayiq ifadələr ilə təhqir etmişdir. O və Vüqar avtomobildən düşdükdən sonra o, yerdə olan taxta parçasını götürərək başından bir dəfə zərbə vurmuşdur. Sonra o, həmin yerdən çıxıb getmişdir. Hazırda törətdiyi əməldən peşimandır, barəsində yüngül cəza növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxslə barışıq əldə etmək istəsə də bu mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs x5 göstərdi ki, Fuad Tağıyev onun ögey oğludur. Təqsirləndirilən şəxs oğlu Fuadın vasitəsi ilə tanıyır. Bir müddət əvvəl ögey oğlu Fuad Gəncə şəhər Natəvan qəsəbəsində yerləşən avtoyuma məntəqəsini icarəyə götürmüş və özü də orada işləmişdir. Fuad həmin yerdə bir müddət işlədikdən sonra icarə haqqını verə bilmədiyi üçün həmin obyektin sahibi Əli adlı şəxsə təhvil vermişdir. Fuad həmin icarəyə götürdüyü yeri təhvil verən zaman 130 manat borcu qalmışdır. Həsən həmin vaxt Fuadın yerinə 130 manat borc pul vermişdir. 25.11.2019-cu il tarixdə saat 18 radələrində Həsən onun mobil telefonuna zəng edərək yaşadığı evin yanına gəldiyini və onun evdən çıxmağını demişdir. O, evdən çıxıb yaşadığı evin yaxınlığında Həsənin avtomobilində görüşmüşdür. Həsən həmin vaxt ondan Fuadın 130 manat borcunu istəmişdir. O, x2 pul gələcəyini və həmin puldan Fuadın borcunu verəcəyini demişdir. Lakin Həsən onunla razılaşmamış və aralarında mübahisə yaranmışdır. O, Həsənin avtomobilindən düşmüşdür. Həsən də həmin vaxt avtomobildən düşüb yerdən taxta parçasını götürüb onun baş nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Sonra Həsən avtomobilinə əyləşib çıxıb getmişdir. Daha sonra o, Gəncə şəhər 3 nömrəli xəstəxanaya müraciət etmişdir. Xəstəxanada olan zaman o, döyülməyi barədə məlumat vermədiyi üçün yıxılaraq xəsarət aldığını demişdir. Sonra yaşadığı evə gəlib qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid demişdir. 26.11.2019-cu il tarixdə Elmira DİN-in 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Sonra o, bu barədə Kəpəz RPİ-yə ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Nizamiyevna ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin Gəncə şəhəri Nizami prospektində yerləşən “Aydan”qadın salonunda həkim laziroloq işləyir, 2017-ci il tarixdən x5 ilə qeyri rəsmi evlənmişdir. 25.11.2019-cu il tarixdə işdən yaşadığı evə gələn zaman əri Vüqarın baş nahiyəsinin qanamasını görmüş və Gəncə şəhər 3 saylı xəstəxanasına getmişlər və orada ilkin yardım edilərək baş nahiyəsinə tikiş qoyulduqdan sonra yaşadıqları evə qayıtmışlar. O bu barədə 26.11.2019-cu il tarixdə DİN-nin 102 xidmətinə zəng etdib məlumat vermişdir. Ona hadisə ilə bağlı məlum olan budur ki, 25.11.2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhəri H.Əliyev prospektində yaşadıqların evin yaxınlığında Həsən adlı şəxs taxta parçası ilə Vüqarın başına vurmuşdur. Hadisə olan gün əri Vüqar şikayət etmək istəmədiyi üçün xəstəxanaya müraciət edən zaman yıxılmasını bildirmişdir, o həmin gün onun vurulması barədə xəbəri olmamış, 26.11.2019-cu il tarixdə xəbər tutmuş və bu barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin “29” noyabr 2019cu il tarixli, 1949 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, x1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, alın sol alt göz qapağının qançırları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 25.11.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş 14.12.2019-cu il tarixli 4203 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Ruhi-əsəb Dispanseri tərəfindən verilmiş arayışından məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş 14.12.2019-cu il tarixli 4230 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 10.12.2019-cu il tarixli, M-46390 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25.11.2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhər H.Əliyev prospekti 12 saylı binanın yaxınlığında tanıdığı x5 ilə aralarında borc məsələsi nəticəsində yaranmış mübahisə zəminində taxta parçası ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq yüngül bədən xəsarəti yetirməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz təqsirini boynuna almış. Digər tərəfdən zərərçəkmiş şəxs hadisəni ətraflı təsvir etmiş, məhz təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirildiyini ibtidai araşdırma zamanı və məhkəmə istintaqında bildirmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri əsasında həqiqətən də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında 25.11.2019-cu il tarixdə münaqişənin olduğu müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə x1 bədəni üzərindəki xəsarətlərin məhz 25.11.2019-cu il tarixə uyğun gəldiyi və bərk küt əşyanın təsiri nəticəsində törədildiyi təsdiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi əsaslı şübhədən kənar sübutlarla öz təsdiqini tapmışdır. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə məhkəmə xərci təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli puldan ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 saylı qərarına uyğun olaraq göstərdiyi 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pul dövlət büdcəsi hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 5 (ay) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinə əsasən göstərdiyi hüququ yardım görə vəkil Həsənova Gövhərşah İzzət qızına çatdırılması üçün dövlət büdcəsi hesabına 48 (qırx səkkiz) manat pul tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (bank «Xalq Bank» Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************, SÜİFT BİK:HAJCAZ22; hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar