Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-37/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 06 avqust 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, 1-ci döngə, ev 51, mənzil 35-də qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 02 sentyabr 2019-cu il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində olarkən, avtoqəza keçirmiş “Mersedes Benz 312 D” markalı ** BA *** qeydiyyat nömrə nişanlı avtomobilin sağ yan pəncərəsinin açıq vəziyyətdə olmasından istifadə edərək, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 məxsus, avtomobilin salonunda sağ oturacağın üzərindən daxilində 1 ədəd 5 manat dəyərində ***- ***-**-** mobil nömrəsinin olduğu 300 manat dəyərində 1 ədəd “Samsung J2” markalı mobil telefonu, həmin mobil telefonun üzərindəki 1 ədəd 10 manat dəyərində arxa qoruyucusunu və həmin qoruyucunun içərisində olan 600 manat məbləğində pulu ümumilikdə Zərərçəkmiş şəxs2 915 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 18 aprel 2020-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Aydınbəyov küçəsi, bina 49A, mənzil 41-də yerləşən evə sonuncunun evdə olmamasından istifadə edərək evin pəncərəsinin süşəsini sındırmaqla qanunsuz daxil olub oradan 55 manat pulu, 250 manat dəyərində “karaca”markalı 6 hissədən ibarət çəngəl-bıçaq-qaşıq dəstini, birinin dəyəri 225 manat olan 675 manat dəyərində 3 ədəd “karaca” markalı yataq dəstini, 1 ədəd 50 manat dəyərində 5 litrlik latun samovarı, 1 ədəd 60 manat dəyərində “Richman Systems” markalı təzyiq ölçən aparatını, 1 ədəd 225 manat dəyərində “West” markalı tozsoranı, 1 ədəd 120 manat dəyərində “Geepas” markalı şirəçəkən maşını, 1 ədəd 60 manat dəyərində “karaca” markalı 12 hissədən ibarət qab-qacaq dəstini, ümumilikdə Zərərçəkmiş şəxs1 1495 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. İşsiz olduğu üçün 02 sentyabr 2019-cu il tarixdə yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə iş axtarmaq məqsədi ilə getmiş, həmin gün təxminən saat 09:30 radələrində Bakı şəhər Metropolitenin “20 yanvar” stansiyasının yaxınlığı ilə hərəkətdə olan zaman yolun kənarında iki avtomobilin qəza törətdiyini və hər iki avtomobilin sürücüsünün avtomobillərdən bir qədər kənarda dayanaraq sözlə mübahisə etdiklərinin şahidi olmuş, həmin avtomobillərdən biri «Mersedes Benz 312» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı, digəri isə ağ rəngli dəqiq markasını xatırlamadığı avtomobil olmuşdur. O, həmin avtomobillərdən «Mersedes Benz 312» markalı avtomobilin sağ yan şüşəsinin açıq olduğunu görüb yaxınlaşaraq avtomobilin salonuna nəzər saldıqda orada sağ oturacağın üzərində bir ədəd «Samsung J2» markalı mobil telefonun olduğunu görmüşdür. Ətrafa nəzər salıb hər iki avtomobilin sürücüsünün söhbətə başlarının qarışıq olmalarını və ona heç kimin fikir vermədiyini görüb əlini avtomobilin açıq olan sağ yan pəncərəsindən salaraq sağ oturacağın üzərində qoyulmuş «Samsung J2» markalı mobil telefonu götürüb cibinə qoyaraq cəld addımlarla oradan uzaqlaşmış, həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı «Samsung J2» markalı mobil telefona aparatına baxdıqda onun üzərində qara rəngli qoruyucu olmuş, lakin həmin qoruyucunu çıxarıb içərisinə baxmamışdır. O, həmin günü iş tapa bilmədiyindən parkda gecələmiş və həmin günün sabahı, yəni 03 sentyabr 2019-cu il tarixdə yaşadığı Gəncə şəhərinə qayıtmaq üçün yenidən Bakı şəhər Metropolitenin “20 yanvar” stansiyasının yaxınlığına gəlmiş, həmin vaxt pulu olmadığı üçün oğurluq yolu ilə əldə etdiyi «Samsung J2» markalı mobil telefonu tanımadığı şəxsə 60 manata satmış və bundan sonra yol maşını ilə yaşadığı Gəncə şəhərinə gəlmişdir. Zərərçəkmiş şəxs1 əvvəldən tanımışdır. Belə ki, Nərinə onunla Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsində qonşu binada yaşayır. 2020-ci ilin aprel ayının ortalarında əvvəldən Nərinənin səhhəti ilə bağlı yaşadığı evdə olmadığını bilmiş, buna görə də 18 aprel 2020-ci il tarixdə gecə saat 04 radələrində Nərinənin evdə olmadığı və həmçinin də maddi vəziyyəti yaxşı olmadığı və pula ehtiyacı olduğu üçün Nərinənin evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Nərinənin evi Gəncə şəhəri Aydınbəyov küçəsində 49A saylı binanın ikinci mərtəbəsində yerləşdiyindən o, Nərinənin yaşadığı binanın blokunun girişində qapının üzərində olan beton hissənin üstünə çıxaraq oradan Nərinənin evinin pəncərəsini sındırıb içəri daxil olmuş və həmin ev bir otaqdan ibarət olmuşdur. O, evin otağını axtarmış və həmin otaqda olan pulqabından 20 manat pul, şəxsiyyət vəsiqəsi ilə plastik bank kartı, otaqda olan bankadan 5 manat dəyərində 50 qəpiklik götürmüş, bundan sonra isə evin bağlı eyvanında olan rəfdən 1 ədəd samovar, 1 ədəd qutuda təzə şirəçəkən maşın və 1 ədəd çəngəl-bıçaq-qaşıq dəsti götürüb evdə olan açar ilə evin içəri hissəsindən giriş qapısını açaraq qapıdan çıxmışdır. O, həmin vaxt oğurladığı əşyaları yaxınlıqda olan dəmiryolunun yanında otların arasına gizlədib yaşadığı evə qayıtmış, yolda gedən zaman isə şəxsiyyət vəsiqəsi və plastik bank kartını ona lazım olmadığı üçün yolun kənarına atmışdır. Bundan sonra o, 18 aprel 2020-ci il tarixdə günorta saatlarında əşyaları gizlətdiyi yerə getmiş və oradan samovarı götürüb poçt qəsəbəsində tanımadığı, modelini və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə ünvan 1 ünvanında dəmir qəbulu ilə məşğul olan Səbuhi adlı şəxsə 40 manata satmışdır. Bundan sonra isə oğurladığı 20 manat pulu və 50 qəpiklikləri şəxsi ehtiyaclarıa xərcləmişdir. Etdiyi cinayət əməlindən peşman olduğu üçün oğurladığı şirəçəkən maşını və çəngəl-bıçaq-qaşıq dəstini gizlətdiyi yerdə saxlamış, lakin Nərinənin onunla qonşu olduğundan utanıb etdiyi əməli etiraf edib əşyaları ona qaytara bilməyərək istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məxsus evdən pulqabından pul götürərkən şəxsiyyət vəsiqəsi və plastik bank kartını tələsik olaraq yanlışlıqla götürmüş, onları götürməkdə hər hansı məqsədi olmamış, bundan sonra isə evdən çıxdıqda şəxsiyyət vəsiqəsini və plastik kartı yolun kənarına atmışdır. Samovarı satdığı Səbuhi adlı şəxsin həmin samovarın oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. O, Səbuhiyə həmin samovarın özünə məxsus olması və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Törətdiyi əməlindən olduqca peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədi ilə Gəncə şəhərində özünə məxsus olan «Mersedes Benz 312D» markalı ** BA *** qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhər su idarəsinin fəhlələrinin daşınması ilə məşğul olur. 02 sentyabr 2019-cu il tarixdə saat təxminən 09:00 radələrində özünə məxsus olan «Mersedes Benz 312D» markalı ** BA *** qeydiyyat nömrə nişanlı avtomobili ilə avtomobilinin təmiri üçün Bakı şəhərinə getmişdir. Həmin günü özünə məxsus avtomobili ilə Bakı şəhəri Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə hərəkət edərkən onun avtomobilinə arxadan digər bir ağ rəngli markasını xatırlamadığı avtomobil dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. O, həmin zaman avtomobilini yolun kənarına çəkərək saxlamış və avtomobilin qapılarını və pəncərələrini bağlamayaraq düşüb avtomobilin arxasına keçmişdir. O, avtomobilin arxa hissəsinə baxıb əzilməsini görmüş və qəza törətmiş digər avtomobilin sürücüsü ilə bir qədər söhbət etməyə başlamış, daha sonra onlar yolun kənarında dayanaraq polis əməkdaşlarının və sığorta işçilərinin gəlmələrini gözləmişlər. Həmin vaxt avtomobillərin hərəkəti intensiv şəkildə olmuş və ətrafda piyadaların hərəkətləri müşahidə olunmuşdur. Təxminən 5-10 dəqiqə sonra mobil telefonunu götürmək üçün gedib avtomobilinə baxarkən avtomobilinin salonundan oturacağın üzərinə qoyduğu ona məxsus «Samsung J2» markalı mobil telefonun, arxa qoruyucusunun içərisində olan 600 manat pulu ilə birlikdə qoyduğu yerdə olmadığını görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları və sığorta işçiləri gələrək yol nəqliyyat hadisəsini sənədləşdirib çıxıb getmişlər. Daha sonra isə o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş zərərəin ödənlidiyini göstərərək təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirdi. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlaraq təqsirləndirilən şəxslə barışdırğını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Aydınbəyov küçəsində ev 49A mənzil 41-də qızı X3 ilə birlikdə yaşayır, səhhəti ilə əlaqədar olaraq aprel ayının əvvəllərindən qızı Nərmin ilə birlikdə onunla qonşuluqda yaşayan bacısı X4 ilə sonuncunun yaşadığı ünvanda qalmış, həmin ərəfələrdə ona məxsus evdə heç kim olmamışdır. Həmin vaxt 14 aprel 2020-ci il tarixdə axşam təxminən saat 20 radələrində yaşadığı evə gələrək evdən feni götürüb yenidən bacısıgilə qayıtmış, 18 aprel 2020-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı evə gəlmişdir. Həmin vaxt o, evin qapısının açıq vəziyyətdə olduğunu və evə daxil olduqdan sonra isə evin dağınıq olduğunu və mənzilin eyvanının pəncərəsinin sınıq vəziyətdə olmasını aşkar etmiş və başa düşmüşdür ki, ona məxsus evdən oğurluq olmuşdur. Bundan sonra aşkar etmişdir ki, yaşadığı evdən qızı Nərmin Məmmədzadəyə məxsus şəxsiyyət vəsiqəsi, ona məxsus pul qabımın içərisindən içərisində pul olmayan kapital banka məxsus plastik əmək haqqı kartı, 20 manat nəğd pul, şüşə bankaya yığılmış 50 qəpikliklərdən ibarət 35 manat pul, 250 manat dəyərində “karaca”markalı 6 hissədən ibarət təzə çəngəl-bıçaq-qaşıq dəsti, 3 ədəd hər biri 225 manat dəyərində ümümilikdə 675 manat dəyərində “karaca” markalı təzə yataq dəsti, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş, istifadəyə yararlı 5 litrlik latun samovar, 1 ədəd 60 manat dəyərində “Richman Systems” markalı istifadə olunmuş, istifadəyə yararlı olan təzyiq ölçən aparat, 1 ədəd 225 manat dəyərində 1800 W-luq “West” markalı yeni tozsoran, 1 ədəd 120 manat dəyərində “Geepas” markalı yeni şirəçəkən maşın, 1 ədəd 60 manat dəyərində “karaca” markalı 12 hissədən ibarət qab qacaq dəsti oğurlanmış, evindən oğuruq edən şəxs pəncərənin şüşəsini sındırmaqla 20 manat, pərdəni cıraraq yararsız hala salmaqla isə ona 30 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmədə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, di ki, ona məxsus ünvan 2 ünvanında yerləşən evdə 2018-ci ilin əvvəllərindən dəmir qəbulu ilə məşğul olur. 18 aprel 2020-ci il tarixdə günorta saatlarında evdə olan zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs yaşadığı evə gələrək özünə məxsus 5 litrlik latun materialdan hazırlanmış samovarı olduğunu və maddi vəziyyəti yaxşı olmadığı üçün satmaq istədiyini bildirmişdir. O, isə Elçindən həmin samovarın kimə məxsus olmasını soruşduqda sonuncu samovarın anasına məxsus olduğunu və anasının razılığı ilə satdığını bildirmişdir. O, Elçindən sənəd tələb etdikdə üzərində sənədinin olmadığını, növbəti dəfə gəldikdə şəxsiyyət vəsiqəsini gətirəcəyini demiş, Elçini tanıdığı üçün ona inanıb həmin samovarı 40 manata Elçindən almışdır. İşdə olan “Əşyanın götürülməsi və maddi sübut kimi tanınması haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evdən oğurlamış olduğu 1 ədəd şirəçəkən maşın və 1 ədəd çəngəl-bıçaq-qaşıq dəsti götürülmüş və həmin əşyalara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd şirəçəkən maşın yeni, qara rəngli olmaqla üzərində qırmızı rəngli hissələri vardır və “geepas” markalıdır. Bundan başqa götürülmüş çəngəl-bıçaq-qaşıq dəsti yeni olmaqla qara rəngli qutudadır, yenidir və müxtəlif formalı hissələrdən ibarətdir. “Əşyanın götürülməsi və maddi sübut kimi tanınması haqqında” 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 3ünvanında yerləşən evdən oğurlamış olduğu 1 ədəd samovarı satdığı Şahid həmin samovar götürülmüş və əşyaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd samovar latun materialdan hazırlanmışdır, 5 litrlik həcmdədir, istifadə olunmuş vəziyyətdədir və hal hazırda istifadəyə yararlıdır “Baxış keçirilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi və ondan götürülmüş 1 ədəd şirəçəkən maşına və 1 ədəd çəngəl-bıçaq-qaşıq dəstinə və Şahid təqdim etdiyi və ondan götürülmüş 1 ədəd samovara baxış keçirilmiş və Zərərçəkmiş şəxs1 həmin əşyaları nəzərdən keçirərək əşyaların ona məxsus ünvan 3 ünvanında yerləşən evdən oğurlanmış əşyalar olmasını təsdiqləmişdir. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində 02.09.2020-ci il tarixdə ona məxsus avtomobildən içərisində 5 manat dəyərində nömrəsinin olduğu 300 manat dəyərində “Samsung J2” markalı mobil telefonu və həmin telefonun üzərindəki 10 manat dəyərində arxa qoruyucusunun içərisində olan 600 manat pulunun da oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2020-ci il tarixli 9/3656 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, qərarda göstərilən malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: Belə ki, 1 ədəd “karaca” markalı 6 hissədən ibarət yeni çəngəl-bıçaq-qaşıq dəsti- aydın deyil, 1 ədəd “karaca” markalı yeni yataq dəsti-aydın deyil, 1 ədəd istifadə olunmuş, yenidən istifadəyə yararlı 5 litrlik latun samovarın qiyməti 50 manat, 1 ədəd “Richman Systems” markalı istifadə olunmuş, istifadəyə yararlı olan təzyiq ölçən aparatının qiyməti 30 manat, 1 ədəd 1800 W-luq “West” markalı yeni tozsoranın qiyməti 150 manat, 1 ədəd “Geepas” markalı yeni şirəçəkən maşının qiyməti 25 manat, 1 ədəd “karaca” markalı 12 hissədən ibarət yeni qab qacaq dəsti-aydın deyil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 9/3928 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “Samsung J2” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2019-cu ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 80.00 manat müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 07.10.2020-ci il tarixli 370/2011 saylı arayışında Təqsirləndirilən şəxs Gəncə şəhər Ruhi-Əsəb dispanserində onun 01 aprel 2011-ci ildən hal-hazırki tarixədək “şəxsiyyətin psixo-emosional davranış pozuntusu ” diaqnozu ilə qeydiyyatda olması göstərilmişdir. Azərvbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası psixonevroloji dispanserinin 16 oktyabr 2020-ci il tarixli 574 saylı məhkəməpsixiatriya ekspertizasının rəyindən görünür ki. Təqsirləndirilən şəxs hal-hazırda Emosional davamsız şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Vəliyev X5 davamsız şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Vəliyev X5 davamsız şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirdiyindən, həmçinin həmin xəstəlik dekompensasiya mərhələsində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmədiyi üçün onun əməli Azərbaycan Respublikası CM-nin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda ambulator şəraitdə psixiatriya müəssisəsində müalicəyə ehtiyacı vardır, müalicə başa çatdıqdan sonra Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 26.09.2020-ci il tarixli 3323 saylı arayışından görünür ki, Vəliyev X6 Dispanserlərdə qeydiyyatda olması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 07.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli qərarı ilə 01 il 05 ay 26 gün müddətinə təyin edilmiş cəzanın 01 il, 16 gün hissəsini çəkməkdən azad edilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizlərindən görünür ki, qeyd edilən cinayət hadisələri nəticəsində onlara dəymiş maddi ziyan tamamilə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Şübhəli şəxsin tutulması haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və “MSY-dən azad etmə haqqında” 23 sentyabr 2020-ci il tarixli qərarldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o Gəncə şəhəri BPİ-in MSY-dən azad edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2020-ci il tarixdə tutulmuşdur. MSY-dən azad etmə haqqında 25 sentyabr 2020-ci il tarixli qərarldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-in MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixatriya xəstəxanasının 29 mart 2021-ci il tarixli 176 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, 1-dön, ev 51, m 35-də yaşayan Təqsirləndirilən şəxs 07.03.2018-28.03.2018, 08.06.2019-29.06.2019, 01.02.2020- 27.02.2020, 24.02.2021-05.03.2021-ci il tarixlərdə “Şəxsiyyətin emosional davranış pozuntusu, dekompensasiya mərhələsində, özünə xəsarət yetirməklə” diaqnozu ilə Gəncə şəhər Psixiatriya xəstəxanasında olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 1(044)-70/2018 nöimrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 7(044)- 216/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.06.2018-ci il tarixli 1(044)-70/2018 saylı hökmü ilə ona təyin olunmuş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 16 gün hissəsini çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatriya müalicəsi təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi onun yaşayış yeri üzrə Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserin 13 aprel 189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda emosional, davamsız şəxsiyyət pozuntusu, dekimpensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Vəliyev X5, davamsız şəxsiyyət pozuntusu, dekimpensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq cinayət əməlini törədərkən və hazırki ekspertiza zamanı öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur və iqtidarındadır, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Vəliyev X5, davamsız şəxsiyyət pozuntusu, dekimpensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirdiyindən, həmçinin həmin xəstəlik dekompensasiya mərhələsində olduğundan o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmədiyi üçün onun əməli AR CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 16.08.2021-ci il tarixli 103 saylı stasionar məhkəmə-psixiatrik ekspertiza rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman onda impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusu olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində məruz qaldığı neqativ təbiətli psixogen amillərin təsiri nəticəsində onun əziyyət çəkdiyi psixi pozuntu dərinləşmiş, şəxsiyyət və davranış dəyişiklikləri ifadəli formaya keçmişdir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs aşkarlanan impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törədən zaman «Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs düçar olduğu impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusu onu cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlləri dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyətinin davam etdiyi müəyyən edilir. Belə bir vəziyyət hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini tam dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyətinin davam etdiyi müəyyənləşdiyindən onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda stasionar şəraitdə müalicəsinə ehtiyac olmasa da, onda müəyyən edilən impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusu çərçivəsində təzahür edən əlamətlər ambulator şəraitdə medikamentoz korreksiya olunmalı və sosial reabilitasiya tədbirləri həyata keçirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəkildə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs E.E.Əliyevin psixi vəziyyətini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmamaqla barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəkilndə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin mümkün olub-omamamsına dair qəti hökm vermək yalnız məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə onlarla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, habelə onun anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə onlarla barışıq əldə etməsini, əməlindən peşman olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 4 gün müddət cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-psixiatrik ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törədən zaman «Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Ona ittiham olunan cinayət əməlləri dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilmiş, təyin edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi onun yaşayış yeri üzrə Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinə həvalə edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilməsi üçün məhkəmə əsas görmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 180 ( bir yüz səksən iyirmi) manat pul X2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd şirəçəkən maşın, 1 ədəd çəngəl-bıçaq-qaşıq dəsti və 1 ədəd samovarın sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 8 (səkkiz) günü çıxarılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 180 (bir yüz səkən) manat pul SüTəqsirləndirilən şəxs ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-37/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-37/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver